1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə146/203
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#30462
1   ...   142   143   144   145   146   147   148   149   ...   203
N 87

Azərbaycanla-Türkiyə 
arasında təhsil əlaqələri


112
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri
məktəblərini  bitirən  Türkiyə  vətəndaşlarının  diplomlarının  Türkiyənin 
müvafiq qurumları tərəfindən tanınmaması kimi ciddi problemə səbəb olub. 
Türkiyə Respublikasının vətəndaşları yalnız ölkələrinin Ali Təhsil Şurası 
(YÖK)  tərəfindən  tanınan  ali  məktəblərin  müvafiq  ixtisaslarında  təhsil 
aldıqda belə problemlə rastlaşmırlar.
Türkiyədə  daha  çox  ehtiyac  duyulan  ixtisaslar  üzrə  kadr  hazırlayan 
Azərbaycan ali məktəblərinin diplomlarının qardaş ölkədə tanınması üçün 
hüquqi bazanın yaradılması son dərəcə zəruri idi. Bu məsələ Azərbaycan 
Respublikasının  təhsil  naziri  Misir  Mərdanovun  1998-ci  il  noyabrın 
2-9-da  Türkiyəyə  səfəri  zamanı  həll  olunub.  Səfər  zamanı  “Azərbaycan 
Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi 
və Ali Təhsil Şurası rəhbərliyi arasında təhsil və elm sahələrində əməkdaşlıq 
haqqında” Razılıq Protokolu imzalanıb. 
Bu  Protokolun  təhsil  sahəsində  imzalanmış  əvvəlki  sənədlərdən  əsas 
fərqi məhz türkiyəli gənclərin Azərbaycan ali məktəblərində təhsil almasına 
imkan  verən  14-cü  maddənin  məzmunundadır.  Protokolun  bu  maddəsi 
aşağıdakı şəkildə ifadə olunur:
“Azərbaycan ali təhsil ocaqları tərəfindən aşağıda göstərilən ixtisaslar 
üzrə  hər  səviyyədə  verilən  ali  təhsil  diplomları  Türkiyə  Respublikası  Ali 
Təhsil  Şurası  tərəfindən  tanınacaqdır.  Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyi tərəfindən müəyyən edilən rəsmi dövlət universitetlərindəki dəqiq 
elmlər, tarix, incəsənət tarixi, coğrafiya, sosiologiya, klassik arxeologiya, 
türk dili və ədəbiyyatı, müasir türk dilləri və ədəbiyyatları, ingilis dili və 
ədəbiyyatı, fransız dili və ədəbiyyatı, alman dili və ədəbiyyatı, holland dili 
və  ədəbiyyatı,  polyak  dili  və  ədəbiyyatı,  italyan  dili  və  ədəbiyyatı,  ispan 
dili  və  ədəbiyyatı,  ərəb  dili  və  ədəbiyyatı,  rus  dili  və  ədəbiyyatı,  bolqar 
dili  və  ədəbiyyatı,  fars  dili  və  ədəbiyyatı,  urdu  dili  və  ədəbiyyatı,  yapon 
dili  və  ədəbiyyatı,  koreya  dili  və  ədəbiyyatı,  incəsənət,  tətbiqi  riyaziyyat, 
hesablama texnikası, fizika müəllimi, riyaziyyat müəllimi, kimya müəllimi, 
biologiya müəllimi, bədən tərbiyəsi və idman müəllimi, incəsənət müəllimi, 
xarici dil müəllimi, Azərbaycan Dövlət Neft Akademiyasında asfaltit və neft-
qaz istehsalının fiziki mərhələləri, dənizdə neft və qaz istehsalı avadanlığı, 
neft  və  təbii  qaz  geologiyası,  neft-qaz  quyularının  və  anbarlarının 
layihələndirilməsi,  inşası  və  istismarı,  neft  və  qaz  istehsal  maşınları  və 
təchizatı, neft-qaz yataqlarının istismarı və istifadəsi, Azərbaycan Texniki 
Universitetində  kompyuter  mühəndisliyi  sahələrindəki  əyani  (gündüz) 
təhsili ixtisasları.
 Azərbaycan Respublikası Təhsil Nazirliyi hər il üçün əvvəlki ilin noyabr 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin