Əlil Uşaqlarla İş Mərkəzinə dəstək Azərbaycanda əlil uşaq və gənclərin sosial problemlərinin həlli
istiqamətində fəaliyyət göstərən Əlil Uşaqlarla İş Mərkəzinə əlil uşaqların
asudə vaxtlarını dəyərləndirə bilmələri üçün tikiş maşınları və idman
ləvazimatları hədiyyə edilib. Bundan əlavə, əlil uşaq və gənclərin müxtəlif
məqsədli şəhərdaxili gəzintilərini təmin etmək məqsədilə Mərkəzə bir ədəd
mikroavtobus verilib.
Sosial məzmunlu layihə və fəaliyyətlərin sırasında əlavə olaraq
aşağıdakıları da qeyd etmək olar:
- Müharibə veteranı olan qadınlar üçün Məişət Xidməti Mərkəzinin
yaradılması;
- İnsan alveri qurbanları üçün Sosial Reinteqrasiya Mərkəzinin
yaradılmasına dəstək;
- Azərbaycan Əlillər Cəmiyyəti Yasamal Rayon Şöbəsinə dəstək;
- Bakı Əlil Uşaqlar Reabilitasiya Mərkəzinə avadanlıq yardımı;
- Azərbaycan Uşaq Təşkilatı Yasamal Rayonu Şöbəsində istilik sisteminin
qurulması.