Ɔ Xarici siyasət və qeyri-hökumət təşkilatları Klassik mənada beynəlxalq münasibətlər beynəlxalq sistemdəki
elementlərin, xüsusilə də beynəlxalq münasibətlərin əsas oyunçusu
kimi qəbul edilən dövlətlərin digər dövlətlər və qeyri-dövlət qurumları
(beynəlxalq/regional/hökumətlərarası təşkilatlar) ilə münasibətlərini əhatə
edirdi. Sonradan bu tərifə beynəlxalq şirkətlər, beynəlxalq normalar və
beynəlxalq ictimaiyyət də əlavə olundu. “İkitərəfli münasibətlər” ifadəsi
ilə nəzərdə tutulan məna da, əsasən, bir dövlətin digər dövlət, ya da
dövlətlər tərəfindən yaradılan strukturlar ilə əlaqələri idi. Lakin vətəndaş
cəmiyyətinin siyasi və ictimai həyatda rolunun artması ilə bu ifadə bir az da
dəyişib. Siyasi ədəbiyyatda “iştirakçılıq”, “idarəetmə” (daha sonra “yaxşı
idarəetmə”) terminlərini tez-tez eşitməyə başladıq. Zaman keçdikcə bu iki
ifadə beynəlxalq təşkilatlar tərəfindən milli dövlətlərə “ev tapşırığı” kimi
verilməyə başlandı.
İştirakçılıq və idarəçiliyin əsas dəyər halına gəlməsi prosesi ilə birlikdə
bəzən də ondan müəyyən qədər müstəqil şəkildə vətəndaş cəmiyyətinin
təşkilati formada dövlət idarəçiliyində klassik demokratiya vasitələri ilə
birbaşa təmsil olunmaqdan başqa yeni vasitə və üsullarla təsir gücünə
malik olduqları da müşahidə edildi. Bütün bu dəyişikliklər ortaya çıxdıqca,