154 Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr fəaliyyət, şərh və s.) aparan azsaylı QHT-lər arasında yer alır.
Hələ ötən əsrin 90-cı illərində adında “Azərbaycan” sözü keçən, türk və
müsəlman coğrafiyasında marağı olan dərnək və vəqflər Türkiyədə müəyyən
işlər görüblər. Türk Ocağı, Azərbaycan Kültür Dərnəyi, Azərbaycan
Dayanışma Dərnəyi, Türkiyə-Azərbaycan Dostluq və Dayanışma
Dərnəyi, KÖKSAV və digər dərnək və vəqflər Türkiyədə, ümumiyyətlə,
Azərbaycanın Qarabağ problemi başda olmaqla digər problemlərinin,
həmçinin Azərbaycan mədəniyyətinin tanınmasına, qarşılıqlı əlaqələrin
müxtəlif sahələrdə inkişafına ciddi töhfələr veriblər.
Xüsusilə 2000-ci illərdə Türkiyədə bu cür dərnəklərin sayında ciddi
artım müşahidə edilib. Bu, həm münasibətlərin inkişafındakı sürət, həm
Türkiyədəki müvafiq qanunvericilikdəki dəyişikliklər, həm də Azərbaycanın
Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin nəticəsi idi. Əlbəttə,
kəmiyyət artımı keyfiyyət artımında arzuolunan şəkildə əks olunmasa da və
tənqid edilsə də, bu QHT-lərin sadəcə təsis toplantısı ilə əlaqədar xəbərlərin
mediada və ictimaiyyətdə yaratdığı effekt vurğulanmalıdır. Türkiyənin
müxtəlif şəhərlərində həmin şəhərin adı və “Azərbaycan” sözünü daşıyan
dərnəklərin yaradılması iki ölkənin köklü şəkildə yaxınlaşma potensialından
xəbər verir. İzmir Azərbaycan Mədəniyyət və Dayanışma Evi Dərnəyi,
Çanaqqala Azərbaycan Evi Dərnəyi, Kocaeli Azərbaycan Evi Dərnəyi,
Ankara Azərbaycan Evi Dərnəyi, İstanbul Türk-Azərbaycan Dostluq
Mədəniyyət və Dayanışma Dərnəyi, Əskişəhər Azərbaycanlıları Dərnəyi,
Antalya Azərbaycan Evi Dərnəyi, İstanbul Azərbaycan Mədəniyyət və
Sənət Dərnəyi kimi təşkilatları buna misal göstərə bilərik. Bu dərnəklərin
bir qismi Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası adı ilə ortaq bir
platformada birləşib.
Türkiyədə “Azərbaycan” adlı dərnəklərin ilki olan Azərbaycan Kültür
Dərnəyi 1949-cu il fevralın 1-də yaradılıb və 1952-ci il aprelin 1-dən
etibarən “Azərbaycan” adlı jurnal da nəşr etməyə başlayıb. Dərnək eyni
zamanda Azərbaycanın tarixini, sənətini və siyasi həyatını əhatə edən 56
ədəd kitab nəşr edərək ölkənin Türkiyədə daha yaxşı tanınmasına ciddi səy
göstərib.
Son illərdə qurulan dərnəklər içərisində isə Türkiyə-Azərbaycan Dərnəyi
daha çox diqqəti cəlb edir. 2010-cu il iyulun 31-də Ankarada yaradılan
dərnək qısa müddət ərzində ciddi fəaliyyətlərə imza atıb. 24 sentyabr 2011-
ci ildə dərnəyin İstanbul şöbəsi açılıb ki, bu mərasimdə millət vəkilləri və
Azərbaycanın səlahiyyətli nümayəndələri də iştirak edib.
Azərbaycanda daha ciddi işlər görən təşkilatlardan Azərbaycan Türkiyə