Ɔ Ümumilikdə Azərbaycan-Türkiyə əlaqələri Türkiyə və Azərbaycan türkləri eyni millətin övladları kimi uzun illər
boyunca eyni bölgədə yaşayıblar. Lakin tarixin müəyyən dövrlərindən
etibarən bu iki cəmiyyət ayrı-ayrı dövlətlər qurub. Xüsusilə Osmanlı və Səfəvi
dövründə bu iki türk cəmiyyəti arasında ciddi qopma, ictimai səviyyədə
olmasa da dövlət səviyyəsində qarşıdurma yaşanıb. Səfəvi dövlətinin
dağılmasından sonra Azərbaycanda meydana çıxan xanlıqlar ilə Osmanlı
dövləti arasında əlaqələr mövcud olub. Osmanlı dövləti ilə çar Rusiyası
arasında yaşanan döyüşlərdə digər Qafqaz xalqları kimi Azərbaycan türkləri
də cəmiyyət olaraq Osmanlıya yaxın olublar. Azərbaycan və Anadolu
türkləri arasındakı əlaqələr XIX əsrin sonları, XX əsrin əvvəllərində yüksək
səviyyəyə çatıb. Sovet işğalı altında olarkən Azərbaycanın Türkiyə cəmiyyəti
ilə əlaqəsi tam kəsilməsə də, çox məhdudlaşıb. 1991-ci ildə Azərbaycanın
müstəqillik əldə etməsindən sonra iki cəmiyyət arasında əlaqələr yenidən
inkişaf etməyə başlayıb. Azərbaycan müstəqilliyinə qovuşduğu zaman onu
ilk olaraq Türkiyə tanıyıb. Rusiyadan dəstək alan Ermənistan ona hücum
edən zaman Türkiyə Azərbaycanın yanında olub. Müstəqillikdən bu günə
qədər keçən müddətə nəzər saldığımızda iki ölkə arasındakı əlaqələrin
əhəmiyyətli mərhələlər qət etdiyini söyləyə bilərik.
Bu əlaqələr başlanğıcda hisslərə və ideologiyaya əsaslanan dövr keçib.
Çünki həm Türkiyədə, həm də Azərbaycanda müstəqilliyə qovuşmadan öncə
milliyyətçi bir seqment formalaşıb. İkinci mərhələdə fərdi əlaqələr ön plana
çıxıb. Azərbaycan Prezidenti Heydər Əliyev ilə Türkiyə Respublikasının
Prezidenti Süleyman Dəmirəl arasındakı şəxsi əlaqələr ikitərəfli əlaqələrin
təməlini təşkil edib. Üçüncü isə əlaqələrin təşkilatlanması mərhələsidir.
Bünövrəsi əvvəlki idarəçilər tərəfindən qoyulan münasibətlərin inkişafı
Azərbaycanda İlham Əliyevin, Türkiyədə Ədalət və İnkişaf Partiyası (AK