152
Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr
Sahib olduqları tarixi keçmiş, dövlət ənənələri və təşkilatanma
səviyyələri arasındakı fərqliliklər, I və II Dünya müharibələrinə və soyuq
müharibə dövrünə bağlı fərqli qəbul etmələr, soyuq müharibə dövrü sonrası
mərhələ ilə əlaqəli, ümumiyyətlə, ortaq müşahidələrə baxmayaraq, məruz
qaldıqları fərqli faktorlar Azərbaycan və Türkiyənin xarici siyasətlərinin
formalaşma müddətləri arasında ciddi fərqliliklər ortaya çıxarmışdır. Yenə
də, ümumiyyətlə, 1991-2011-ci illərdəki dövrün siyasi əlaqələrini daima
güclənən dövrlər olaraq xarakterizə etmək mümkündür. Bu müddətdə
ikitərəfli münasibətlərdə qısa, davamlı və nisbi, lakin əhəmiyyətli iki
gərginlik məqamından bəhs etmək mümkündür. Bunlardan ilki 1995-
ci ilin mart ayında Azərbaycandakı hərbi çevriliş cəhdinin Türkiyə ilə
əlaqələndirilməsi ilə başlayan və Heydər Əliyev ilə Süleyman Dəmirəl
arasındakı şəxsi əlaqələrin dəstəyi ilə ortadan qaldırılan gərginlik olmuşdur.
İkincisi, Türkiyə-Ermənistan əlaqələrinin son dövrlərdəki inkişafı ilə
bağlı (protokolların imzalanması və sərhədlərin açılması barədə müzakirələr)
Azərbaycanla “dərdini qardaşına izah edə bilməmə” və ya “doğru çatdıra
bilməmə” kimi xarakterizə olunan problemlər meydana çıxmışdı. Bu dövr
ikitərəfli əlaqələrdə QHT-lərin rolu baxımından, bəlkə də, ən sıx dövr olub.
Liderlər bir-birinə və ictimaiyyətə daha çox xitab etməyə başladıqdan
sonra isə ikitərəfli əlaqələrdə zirvə sayıla biləcək dövr başlayıb və iki ölkə
arasında Strateji Əməkdaşlıq Razılaşması (2010-cu ildə) imzalanıb və Ali
Strateji Əməkdaşlıq Şurası yaradılıb. Daha sonra Azərbaycan-Türkiyə Ali
Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı keçirilib və Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğan bu görüşü “sanki iki ölkənin ortaq kabinet
toplantısı” kimi xarakterizə edib.
Dostları ilə paylaş: