150 Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr lər xarici siyasətin hədəfinə (digər ölkənin ictimaiyyəti, siyasətçiləri və
mediasına) xitab edərək, bu yolla təsir etməyə cəhd göstərirlər. QHT-lər
beynəlxalq qurumlar vasitəsilə də (birlikdə layihələr həyata keçirməklə və
s.) effektiv fəaliyyət göstərməyə çalışırlar. Vurğulamaq istərdik ki, bəzi
dövlətlər QHT-ləri digər ölkələrin daxili siyasətinə müdaxilə vasitəsi kimi
istifadə edir, nəticədə bəzi dövlətlər də bu mövzuda ciddi narahatlıqlar
keçirirlər. Xüsusilə, postsovet məkanında bu mövzuda ciddi narahatlıqlar
dilə gətirilir. Demokratiyadan çəkinən və QHT-lərin xarici ölkələr tərəfindən
birbaşa olmayan təsir vasitəsi kimi istifadəsi barədə məlumatlara sahib olan
idarəçilər ictimai qurumlarla sərt rəftar edirlər.
QHT-lər Türkiyə və Azərbaycanın xarici siyasətlərində yuxarıda
qeyd edilənlər çərçivəsində, xüsusilə, gözlənilməz proseslər baş verdiyi
zaman daha çox əhəmiyyət qazanmışlar. Məsələn, Türkiyənin ətrafındakı
regionlarda baş verən proseslər bu ölkədəki müxtəlif təbəqələri, yəni
fərqli etnik, dini, dil, mədəni, coğrafi (məsələn, qafqazlı və s.), ideoloji
və s. icmaları hərəkətə keçirib. Türkiyədə yaşayan müxtəlif təbəqələrin
özlərini yaxın hiss etdikləri coğrafiyalarda baş verənlər, yaşanan
müxtəlif problemlər (Bosniya-Herseqovinada yaşananlar, Ermənistanın
Azərbaycan ərazilərini işğal etməsi, Fələstin problemi, Çeçenistan
müharibəsi, Kosova problemi, Abxaziya problemi, İraqda yaşananlar və
xüsusilə türkmənlərin vəziyyəti, uyğurlarla əlaqədar problemlər, Kəşmir
problemi, Krım türklərinin və Ahıska türklərinin vəziyyəti və s.) və
müxtəlif hədəflər (AB üzvlüyü, türk dünyasının inteqrasiyası, müsəlman
dünyasının birliyi, avrasiyaçılıq və s.) ötən əsrin 90-cı illərində Türkiyədə
xarici siyasətin “ictimailəşməsinə”, cəmiyyətin xarici siyasət mövzularına
marağının artmasına və müxtəlif vasitələrlə xarici siyasətdə qərar qəbuluna
təsir etməsinə səbəb olub.
Bununla yanaşı, bir az qlobal, bir az da milli səbəblərə görə xarici siyasət
soyuq müharibə dövrünün standart qəlibindən kənara çıxıb. İqtisadi, ictimai
və siyasi liberallaşmanın təsirləri də hiss edilib. Xarici siyasətdə rəsmi
olmayan vasitələrin öhdəçilik daşıması dövlətdən rol “oğurlama” kimi şərh
olunur və düşünmək olar ki, bu, xarici siyasətdə yeni kanalların açılmasını
təmin edir. QHT-lər Türkiyənin qardaş toplumlarla əlaqələrində - Qarabağ,
Çeçenistan və Bosniya-Herseqovina nümunələrindən göründüyü kimi
müharibələrdə, Abxaziyada olduğu kimi dövlətin rəsmi siyasətinə paralel
siyasətin inkişaf etdirilməsində əhəmiyyətli bir vasitə funksiyası daşıyıb.
Hazırda beynəlxalq əlaqələr o qədər ictimailəşib ki, bir ölkə (o cümlədən
Türkiyə) ikinci bir ölkə ilə əlaqələrini müəyyən edərkən yalnız daxili və