156 Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr iki ölkədəki QHT-lərdə “həssaslığı bir kənara buraxaq, Ermənistan ilə daha
yaxşı əlaqə yaradaq” deyənlər və dövlətin rəsmi siyasətinin bir parçası
olanlar mövcud idi, həmçinin rəsmi siyasəti tənqid edərək fərqli görüşlər
ortaya qoyanlar da var idi. Bu zaman Azərbaycanda Türkiyənin mövqeyi
sərt şəkildə tənqid edilmişdi (tənqidin böyük hissəsi Türkiyə rəhbərliyinə
yönəlmişdi). Bu dövrdə QHT-lərin çoxsaylı qarşılıqlı ziyarətləri baş
tutub və birgə toplantılarda inanılmaz yaxınlaşma müşahidə olunub.
Azərbaycandan edilən ziyarətlər içərisində QHT Milli Forumu və QHT
Dövlət Dəstəyi Fondu nümayəndələrinin etdikləri səfərlər və keçirdikləri
tədbirlər ictimaiyyət arasında ciddi əks-səda doğurub.
Azərbaycan və Türkiyənin iqtisadi sahədə araşdırma aparan QHT-
ləri layihələr əsasında əməkdaşlıqlar ediblər. Bu sahədə daha intensiv
işləyən dərnəklərdən biri olan Azərbaycan İqtisadi Araşdırmalar Mərkəzi
Türkiyədəki İqtisadi Araşdırmalar Vəqfi ilə əməkdaşlığı inkişaf etdirmək
üçün qarşılıqlı ziyarətlər həyata keçirib və toplantılar təşkil edib.
Toplantılarda belə qərara alınıb ki, iki ölkə arasındakı iqtisadi əlaqələrin
inkişafı haqqında elmi konfransın təşkili üçün birgə fəaliyyətə start verilsin.
Azərbaycan İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Türkiyə-Ermənistan
protokolları ilə bağlı Azərbaycan-Türkiyə əlaqələrində gərginlik yaşandığı
dövrdə prosesləri qiymətləndirmək məqsədilə Bakıda Qafqaz Beynəlxalq
Əlaqələr və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) ilə ortaq şəkildə bir
konfrans da həyata keçirib. Konfransda ikitərəfli əlaqələrin iqtisadi ölçüləri
ətraflı müzakirə mövzusu olub.
QAFSAM həmçinin Türkiyənin iki QHT-si - TÜRKSAM və Azərbaycan
Birlik Təşkilatı (ABT) ilə ortaq şəkildə Türkiyənin çoxsaylı universitet
tələbəsi üçün təqdimat layihəsi reallaşdırıb.
İki ölkənin QHT-ləri arasında səhiyyə sahəsində əməkdaşlıq az
sayda olsa da mövcuddur. Səhiyyə Mənsubları Dərnəyi (SAMEDER) ilə
Beynəlxalq Qeyri-Hökumət Təşkilatlarını Dəstəkləmə və İnkişaf Etdirmə
Dərnəyi (USİDER) tərəfindən reallaşan əməkdaşlıq istiqamətində Türkiyə
ilə Azərbaycan arasında şəfa körpüsü qurulub. Bu layihəyə Azərbaycandan
Səhhətimiz Naminə Təbiblər Dərnəyi (SNT) də qoşulub. Layihə
çərçivəsində Bakıya səfər edən türkiyəli həkimlər dörd min Azərbaycan
vətəndaşını ödənişsiz müayinə ediblər. Bu sahədə nümunə sayıla biləcək
digər bir fəaliyyət mərkəzi Ankarada olan Avrasiya Gastroenteroloji Dərnəyi
tərəfindən həyata keçirilib. Dərnək davamlı olaraq Azərbaycan QHT-ləri ilə
ortaq şəkildə fəaliyyətlər reallaşdırır, tibb sahəsində ortaq elmi işlərə ciddi
töhfələr verir.