155 Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələr İş Adamları Birliyi (ATİB), Türkiyə Sənayeçi və İş Adamları Birliyi
(TÜSİAB) və Gəncliyə Yardım Fondunun adları da mütləq qeyd edilməlidir.
Bu qurumlar müxtəlif ictimai, akademik, mədəni fəaliyyətlər təşkil edir və
Türkiyə adına yardımları həyata keçirirlər.
İkitərəfli əlaqələrə töhfə verən ən əhəmiyyətli qurumlardan biri də
Azərbaycandakı “İrəli” İctimai Birliyidir. Bu ictimai birlik ikitərəfli
əlaqələrdə orijinal sayıla biləcək fəaliyyətləri həyata keçirib. Birlik 2010-
cu il 27 yanvar - 06 dekabr arasında Ərzurumda təşkil edilən 25-ci Dünya
Universitetlərarası Qış Olimpiadalarında 20 nəfərlik bir qrupla iştirak
edərək xarici heyətlər üçün təmənnasız əlavə tərcüməçi dəstəyini göstərib.
Buna bənzər fəaliyyət 2011-ci il 23-30 iyul tarixində Trabzonda keçirilən XI
Avropa Gənclər Yaz Olimpiadalarında da təşkil olunub. Hər iki iş Türkiyə
və Azərbaycan mediasının diqqətini yaxından çəkib və “İrəli”nin addımları
ikili əlaqələrdə qarşılıqsız dəstək nümunəsi olaraq müsbət qarşılanıb.
“İrəli” İctimai Birliyi 2009-cu ildən etibarən hər yaz Türkiyədə
(Karabük) və Azərbaycanda (Lənkəran) hər iki ölkədən 20 nəfər olmaqla
cəmi 40 şagird üçün “Türkiyə və Azərbaycan Gənclərinin Dostluq
Düşərgəsi” adlı yaz proqramı təşkil edir. Bundan başqa, 56-cı Avroviziya
Mahnı Müsabiqəsinin yarımfinalında Türkiyənin müsabiqədən kənarda
qalmasından sonra “İrəli” Bakıda bir qrup türk və azərbaycanlı tələbələrlə
Türkiyənin Azərbaycanı dəstəkləməsi istiqamətində fəaliyyət həyata
keçirib. Bəzi QHT-lərin dəstəyi nəticəsində Türkiyənin yardımı ilə
Azərbaycan bu yarışmada birincilik əldə edib.
Son dövrlərdə göründüyü kimi, Türkiyə-Ermənistan və Azərbaycan-
İsrail əlaqələrində dövlətlər bəzən yalnız daxili ictimaiyyətin rəyini deyil,
bir-birlərinin ictimai rəyini də diqqətə almaq məcburiyyətindədirlər.
Türkiyə-Ermənistan əlaqələrindəki protokollar müddətində, Türkiyədə
terror hücumlarının artdığı dövrlərdə, ŞKTR-ə dəstək mövzularında və son
Van zəlzələsi əsnasında bir daha müəyyən oldu ki, hər iki ölkənin vətəndaş
cəmiyyəti təşkilatları inanılmaz qarşılıqlı dəstək nümunəsi göstərir. Xüsusilə
protokollar müddətində Azərbaycan və Türkiyədəki çoxlu sayda QHT ortaq
hədəf üçün ikitərəfli əlaqələrin əsl potensialını ortaya qoydu. Eyni zamanda
ikitərəfli əlaqələrdə QHT-lərin fəaliyyətinin inkişafına daha çox ehtiyac
olduğu aydınlaşıb.
Protokollara qədər Türkiyə-Ermənistan əlaqələrinin inkişafını müdafiə
edən QHT-lər daha ön planda olublar. Bu təşkilatlar media üzərindən çox
ciddi işlər həyata keçirməklə dövlət orqanlarını istiqamətləndirmək və
ictimai fikri yönəltmək üçün addımlar atıblar. Protokollar müddətində hər