5
Azərbaycan-Türkiyə: dostluq, qardaşlıq və strateji tərəfdaşlıq
Qədim tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri
bu gün birgə, qarşılıqlı səylər və sarsılmaz iradə əsasında inkişaf etdiri-
lir. Ümummilli lider Heydər Əliyevin səsləndirdiyi “bir millət iki dövlət”
ifadəsi yeni dövrdə iki dövlət arasında olan münasibətlərin səciyyəvi
xüsusiyyətlərinin çox gözəl təcəssümüdür. XX əsrin əvvəllərində baş
verən hadisələrə nəzər salsaq görərik ki, azərbaycanlılar və türklər hər
zaman çiyin-çiyinə dövrün çətinliklərinə sinə gərib, ağır sınaqlardan al-
nıacıq çıxıblar. Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə
azərbaycanlı könüllülər türk qoşunları ilə birgə vuruşaraq, böyük rəşadət
göstəriblər. Vaxtilə Bakını işğal edən erməni daşnaqları bolşeviklərin xeyir-
duası ilə 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımı törədib, on
minlərlə soydaşımızı qətlə yetiriblər. Qubada tapılan kütləvi məzarlıqdakı
insan cəsədlərinin qalıqları Azərbaycanın digər bölgələrində də bu cür mis-
li görünməmiş vəhşiliyin həyata keçirilməsindən xəbər verir. Məhz belə
çətin anlarda Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu qardaş
Azərbaycanın köməyinə gəlib.
Artıq həmin dövrdə geosiyasi maraqların diqqət mərkəzində olan
Azərbaycan beynəlxalq sistemin əsas aktorlarının dünyada hegemonluq
siyasətində mühüm strateji məntəqəyə çevrilmişdi. Zaman dəyişir, vasitələr
Dostları ilə paylaş: