Ɔ Tarixi miqyas və diplomatik əlaqələrin qurulması Türkiyə ilə Azərbaycan arasındakı yaxın əlaqələr, əsasən, ortaq tarix və
köklərimizə əsaslanır. Qardaşlıq əlaqələrinin təbii nəticəsi olaraq Türkiyə
Cümhuriyyəti 1991-ci ildə, tam 71 il sonra müstəqilliyini yenidən bərpa
edən Azərbaycan Respublikasını 1991-ci il noyabrın 9-da tanıyan ilk ölkə
olub. Aramızdakı yaxın əlaqə və qardaşlıq münasibətlərinə təkcə XX əsr
ərzində baxdığımız zaman 1918-ci ildə qardaş Azərbaycanın respublika
olaraq elan olunmasını və 1918-ci il sentyabrın 15-də Nuru Paşanın ko-
mandanlığında olan Qafqaz İslam Ordusununun Bakını bolşevik və erməni
işğalından xilas etməsini xatırlayırıq.
O dövrdə Azərbaycanın Anadoluda yaşayan qardaşlarına münasibətini
ifadə etmək üçün Məmmədəmin Rəsulzadənin bu sözlərini xatırla-
maq kifayətdir: “Kiçik Türkiyə xalqı ilə böyük Türkiyə xalqı arasındakı
münasibət iki qardaş münasibəti qədər səmimidir...”. Mustafa Kamal Ata-
türk isə “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” demişdir.
Azərbaycan türkləri sovet rejimində öz mədəniyyətini və dilini qoruyub
və çətin şərtlər altında Türkiyə ilə əlaqələrini davam etdirməyə çalışıblar.
İki ölkənin iftixar mənbəyi olan və ortaq tarixdən qaynaqlanan ənənələri,
köklü mədəniyyəti, dili bu uzun həsrət dövründə iki xalqı birləşdirən bağı
meydana gətirib.
Türkiyə Cümhuriyyəti Azərbaycanı hər vaxt xüsusi bir maraqla
müşahidə edib, məsələn, Azərbaycan xalqının müstəqillik mübarizəsində