12 Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış Türkiyə ilə Azərbaycanın xarici siyasətlərində birlikdə hərəkət etmə,
həmrəylik içərisində olma qanunu hər zaman istiqamətverici xüsusiyyət
daşıyıb. Türkiyə qardaş Azərbaycanın torpaqlarının işğal edilməsinə reak-
siya olaraq Ermənistanla sərhədləri bağlayıb. İkitərəfli əlaqələr baxımından
bir dövlətin başqa bir dövlət üçün üçüncü bir dövlətlə sərhədini bağlaması
münasibətlərin bənzərsiz olduğunun və başqa ölkə əlaqələri ilə müqayisə
edilə bilməyəcəyinin göstəricisidir.
İki ölkənin daha sıx əməkdaşlıq etdiyi əsas mövzulardan biri Dağlıq
Qarabağ problemidir. Türkiyə Azərbaycanın müstəqillik əldə etdikdən son-
ra qarşı-qarşıya qaldığı Dağlıq Qarabağ probleminin ilk gündən etibarən
yaxın təqibçisi olub, Azərbaycanın haqlı mövqeyini beynəlxalq sahədə və
ikitərəfli görüşlərdə gündəmə gətirməyə səy göstərib.
Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll edilməsi və işğal edilən Azərbaycan torpaqlarının qaytarılması Qafqaz-
da əhatəli barış və sabitliyin ən əhəmiyyətli ünsürünü təşkil edir. Qafqazda
istiqrarlı sülh, sabitlik və xalqlar arasında inamın yenidən bərpa edilməsi
Türkiyənin prioritetli hədəfidir. Bu mənada, Dağlıq Qarabağ məsələsi
bölgənin təhlükəsizliyi, sabitliyi və inkişafı baxımından böyük bir maneə
olub, problemin beynəlxalq hüquq qayda və qanunları çərçivəsində həlli və
Azərbaycan torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi lazımdır.
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə operativ qarşılıqlı
müşavirə və ünsiyyət mövcuddur. 2010-cu il avqustun 16-da Türkiyə Res-
publikanın Prezidenti cənab Abdullah Gülün Azərbaycana səfəri zamanı
“Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin imzalan-
ması ənənəvi ortaqlığın, həmrəyliyin, əzm və möhkəmliyin təbii nəticəsidir.
Strateji əməkdaşlıq səviyyəsində olan əlaqələrin daha da
möhkəmlənməsini təmin etmək məqsədilə 2010-cu ildə keçirilən Türk-
dilli Ölkələrin Dövlət Başçılarının İstanbul Sammiti zamanı Türkiyə-
Azərbaycan Ali Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair ortaq
fikir yaranıb. Şuranın ilk toplantısı 2011-ci il oktyabrın 25-də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Respublikasının
Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmirdə keçirilib. İki
qardaş ölkədən 10 nazirin iştirak etdiyi toplantıda 20-yə yaxın sənəd imza-
lanıb, ikitərəfli əlaqələr geniş müzakirə olunub.
İqtisadi sahədəki əlaqələr hər keçən il daha sürətlə inkişaf edib, güclənən
ikitərəfli münasibətlər Bakı-Tbilisi-Ceyhan neft boru xətti və Bakı-Tbilisi-
Ərzurum təbii qaz boru xətti layihələri ilə fərqli özəllik qazanıb. 2013-cü ildə
istifadəyə verilməsi planlaşdırılan Bakı-Tbilisi-Qars dəmiryolu xətti Avrasiya
miqyasında əhəmiyyətli bir nəqliyyat şəbəkəsi olacaq. Son olaraq, Ali Strateji