11 Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış 1990-cı ildə yaşanan “20 yanvar qırğını” Türkiyədə ictimaiyyəti ayağa qal-
dırıb, media, universitet ictimaiyyəti, hökumət və sıravi vətəndaşlar Bakı-
da yaşanan insanlıq dramını kəskin şəkildə qınayıb və Azərbaycan xalqına
dəstəklərini bəyan ediblər.
Amma bu kədərli hadisələr qardaş xalqın müstəqilliyə olan həsrətini
soyuda bilməyib və Azərbaycan Milli Məclisi 1991-ci il avqustun 30-
da müstəqilliyini elan edib. Bu qərar 1991-ci il oktyabrın 18-də qüvvəyə
minib. Azərbaycan Milli Məclisi 1991-ci il oktyabrın 29-da bütün dünya
dövlətlərini və Birləşmiş Millətlər Təşkilatını ölkənin müstəqilliyini tanı-
mağa dəvət edib.
Türkiyədən müstəqil Azərbaycanı ziyarət edən ilk heyət Xarici İşlər Nazir-
liyi nümayəndələrindən təşkil olunub və 1991-ci il sentyabrın 12-14-də Bakıya
rəsmi səfər edilib, görüşlər keçirilib. Heyət Türkiyəyə qayıtdıqda Azərbaycanı
ilk tanıyan ölkənin Türkiyə olması istiqamətində hökumətə hesabat təqdim
edib. Belə ki, 1991-ci il noyabrın 9-da o dövrün Baş naziri Məsud Yılmaz
Azərbaycanın müstəqilliyinin Türkiyə tərəfindən tanındığını bildirib. Qafqaz və
Orta Asiya respublikalarının tanınmasında tələsik davranılmaması üçün edilən
təzyiqlərə baxmayaraq Türkiyə Azərbaycanı tanıyan ilk ölkə olub.
1991-ci il dekabrın 30-da Türkiyə Cümhuriyyəti Bakı Baş konsullu-
ğunun səfirlik səviyyəsinə yüksəldilməsi haqqında qərar verib və iki ölkə
arasında “Diplomatik əlaqələrin qurulmasına dair” Protokol 1992-ci il yan-
varın 14-də imzalanıb. Bununla da Bakıda ilk səfirliyi Türkiyə açıb.
1923-cü ildə respublikanın elan edilməsi ilə müstəqilliyinə qovuşan
Türkiyə qardaş türk respublikalarına ehtiyacı həmişə duymuş və müstəqillik
əldə etdikdən sonra ortaq dil, mədəniyyət və tarixi bağları olan Azərbaycana
imkan çərçivəsində kömək və dəstək verməyi özünün siyasi və mənəvi bir
vəzifəsi bilmişdir.