Ɔ İkitərəfli əlaqələr və beynəlxalq sahədə əməkdaşlıq 20 il ərzində Türkiyə ilə Azərbaycan arasında bütün səviyyələrdə bir
sıra səfərlər həyata keçirilib. Bu səfərlər zamanı ikitərəfli əlaqələrin inkişafı-
na yönəlik çoxlu sayda razılaşma əldə olunub. Türkiyə qardaş Azərbaycanın
güclənməsi və beynəlxalq səviyyədə layiq olduğu hörməti qazanması üçün hər
cür dəstək verib və səy göstərib. Təsadüfi deyil ki, Azərbaycan xalqının ulu
öndəri Heydər Əliyev bu həmrəyliyi “Bir millət, iki dövlət” fikri ilə ifadə edib.
Keçən vaxt ərzində Türkiyə və Azərbaycan siyasi, hərbi, iqtisadi,
mədəni, ictimai olmaqla bütün sahələrdə ortaq addımlar atıb, əsasən, regio-
nal miqyasda effektiv nəticələr verən əhəmiyyətli layihələri həyata keçirib.