1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə19/203
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#30462
1   ...   15   16   17   18   19   20   21   22   ...   203
N 87

17
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Xəzər hövzəsinə aparan ticarət və enerji yolları açıldı. Nəticədə, Mərkəzi 
Asiya  və  Xəzər  hövzəsi  ölkələri  ilə Türkiyə  arasında  daha  yaxın  coğrafi 
əlaqələr  meydana  çıxdı.  Bu  imkan  regionda  yaranmış  güc  boşluğundan 
qaynaqlanan geosiyasi hakimiyyət uğrunda mübarizəyə daxil olma fürsəti 
verdi.  Türkiyə  həm  tarixi,  mədəni  və  sosial  yaxınlığı,  həm  də  siyasi  və 
enerji  maraqları  səbəbi  ilə  region  dövlətlərindən  Azərbaycan  ilə  strateji 
əlaqələr  qurmağa  başladı.  Gürcüstanın  coğrafi  mövqeyi  və Azərbaycanla 
olan əlaqələri nəticəsində regionda Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyü 
meydana gəldi. 
Azərbaycan-Türkiyə əlaqələri iki sütun üzərində qurulan münasibətlərdir. 
Birinci  sütun  mənəvi  yaxınlıq,  digəri  isə  maraqların  üst-üstə  düşdüyü 
nöqtələrdir.  Ümumilikdə,  “Güclü  Azərbaycan  Güclü  Türkiyə!”  və  ya 
“Güclü  Türkiyə  Güclü  Azərbaycan!”  şüarları  hər  iki  dövlətin  elitası 
tərəfindən qəbul olunsa da, tərəflərin milli maraqlarına təsir edən regional 
hadisələr mövcuddur. Lakin eyni zamanda bəzi regional hadisələr Türkiyə 
və  Azərbaycanın  birlikdə  hərəkət  etmə  zərurətini  ortaya  çıxarır  və  bu, 
bir ittifaqın yaranmasına səbəb olur. Lakin regional məsələlərlə bağlı iki 
dövlətin milli maraqlarına fərqli şəkildə təsir edən hadisələr də yaşanıb. 
Türkiyənin  xarici  işlər  naziri  Əhməd  Davudoğlu Azərbaycanı  ümumi 
olaraq  Qafqazda,  xüsusi  olaraq  isə  Cənubi  Qafqazda  ən  vacib  strateji 
müttəfiq  kimi  görür.  Davudoğluna  görə,  Qafqazda  Azərbaycan,  Balkan 
yarımadasında isə Albaniya güclü və sabit bir regional mövqe əldə etmədiyi 
müddətcə  Türkiyənin  hər  iki  regionda  ağırlığını  artırması,  yaxın  dəniz 
hövzəsi  olmaqla  birlikdə  Xəzərə  doğru  siyasi  genişləmə  yaşaya  bilməsi 
imkansızdır.
1
 
Türkiyə  regionda  güclü  olmaq  üçün  Azərbaycanla  tarixi  və  mədəni 
yaxınlığından  faydalanaraq  Azərbaycan  üzərindən  bölgədə  var  olmağa 
çalışır. Hər iki dövlətin region dövlətləri olan Rusiya, İran, Gürcüstan və 
Ermənistanla  sərhədləri  var.  Hər  iki  dövlət Aralıq  dənizi  və  Qara  dəniz 
hövzəsində cərəyan edən hadisələrlə qarşılıqlı təsir
2
 içindədir. 
Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında boğaz rolunu 
oynayır. Rusiya və İran Türkiyənin müttəfiqi olan Qərb dövlətləri tərəfindən 
təcrid olunduğu üçün Mərkəzi Asiya neft və qaz yataqlarının Türkiyəyə və 
Qərbə  çatdrılmasında Azərbaycanın  rolu  artır.  Türkiyənin  enerji  körpüsü 
rolu oynayaraq, geosiyasi dəyərini artırma strategiyası rəsmi Ankara üçün 
1   Ahmet  Davutoğlu, “ Stratejik Derinlik: Türkiye`nin Uluslararası Konumu”, İstanbul, Küre, 2009, 34. 
Baskı,  s. 127-128. 
2   Qarşılıqlı təsir tərəflərin biri-birinə təsir etmə imkanının olmasıdır. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin