Ɔ Rusiya və Azərbaycan-Türkiyə münasibətləri Azərbaycan təxminən son iki yüz il ərzində Rusiyanın idarəsi altında
olub. 1991-ci ildə Azərbaycan rəsmi Moskvaya qarşı mübarizə apararaq
müstəqilliyini əldə edib və bu mübarizə ərəfəsində yaşanan bəzi hadisələr
Azərbaycan xalqında Rusiyaya qarşı “nifrət” hissinin yaranmasına səbəb
olub. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)
bolşeviklər tərəfindən işğal olunması, tarixən Azərbaycan-Ermənistan
müharibələrində rusların erməniləri dəstəkləməsi, 19-20 yanvar 1990-cı il
tarixində Sovet Ordusunun Bakını işğal edərək dinc insanları qətlə yetirməsi
və Qarabağ müharibəsi dövründə regiondakı rus qoşunlarının ermənilərə
yardım göstərməsi Azərbaycan xalqında Rusiyaya qarşı etimadsızlıq
yaradıb. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycandakı xalq hərəkatı
liderlərinin şüarları xalqdakı bu nifrəti daha da artırdı.
Türkiyə ilə Rusiya Cənubi Qafqazda yüz illər boyu bir-birinə rəqib olub.
XIX əsrdə iki dövlət arasında dörd müharibə yaşanıb. Cənubi Qafqaz eyni
zamanda Rusiya təhlükəsinə qarşı Türkiyə üçün bir tampon bölgə olub.
Məsələn, 1877-1878-ci illər Rus-Türk müharibəsində və İkinci Dünya
müharibəsindən sonra Sovet İttifaqı Türkiyəni Cənubi Qafqaz üzərindən
təhdid edib.
17
Ortaq düşmən (İngiltərə) səbəbi ilə 1920-ci illərdə Türkiyədə Qurtuluş
mübarizəsi, Rusiyada isə Bolşevik inqilabı vaxtında müttəfiq olan bu iki
dövlət İkinci Dünya müharibəsindən sonra təkrar “düşmən” dövlətlərə
çevrildilər. İkinci Dünya müharibəsindən sonra regionda şərtlərin dəyişdiyini
irəli sürən Sovet İttifaqı Birinci Dünya müharibəsində Türkiyəyə vermək
məcburiyyətində qaldığı torpaqları geri tələb edib. Türkiyənin NATO-ya
üzvlüyünə səbəb olan bu hadisə Stalinin ölümünə qədər davam edib, ondan
15 http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20100305081100545, 2010-03-05
16 http://www.meclis.gov.az/?/az/statement/view/27/
17 Ahmet Davudoğlu, göstərilən əsəri, s.125.