22 Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri olmağa və Türkiyə-Azərbaycan münasibətlərinə zərər verməyə çalışdı.
Vaxtaşırı Ermənistanla görüşən Azərbaycan Türkiyə-Ermənistan
diplomatik görüşmələrinə qarşı çıxmadı. Azərbaycanda etiraz doğuran
məsələ görüşmələrin gizli davam etməsi və protokollarda Qarabağ şərtinin yer
almaması oldu. Sərhədlərin bağlı olmasını Ermənistana təzyiq vasitəsi kimi
görən Azərbaycan Qarabağ məsələsi həll edilmədən sərhədlərin açılmasına
qarşı çıxdı. Azərbaycan sərhədlərin açılmasından sonra Ermənistanın
güzəştə getməyəcəyini və daha da cəsarətlənəcəyini düşünürdü. Bundan
başqa, belə fikir də mövcud idi ki, Rusiyanın Ermənistana təsiri və gücü
kifayət qədərdir və sərhədlərin açılması Türkiyəyə rəsmi Yerevanın siyasi
qərarlarına təsir etmə imkanı verməyəcəkdi. Azərbaycan tərəfi bildirirdi ki,
Ermənistan 2008-ci ildə qlobal dünyada baş verən iqtisadi böhran və Rusiya-
Gürcüstan müharibəsinin iqtisadi cəhətdən mənfi təsirindən qorunmaq üçün
sərhədlərin açılmasına daha çox ehtiyac duyur.
Bu hadisə regional bir məsələdə Türkiyə-Azərbaycan arasında ortaya
çıxan fikir ayrılığıdır. Lakin bu fikir ayrılığı uzun çəkmədi və Türkiyə
Böyük Millət Məclisi (TBMM) protokolları təsdiqləmədi. Ermənistan
Konstitusiya Məhkəməsinin aldığı qərar isə prosesi dondurdu
14
. Protokolların
imzalanmasından sonra Türkiyə Qarabağ məsələsini beynəlxalq aləmdə
daha çox gündəliyə gətirdi. Türkiyə Ermənistanla normallaşma prosesinə
daxil olmaq yolu ilə Minsk Qrupu həmsədr ölkələri arasında yer almağa
çalışdı və bu nöqtədə Azərbaycan da Türkiyənin Minsk Qrupu həmsədr
ölkələri arasına daxil olmasını dəstəklədi. Lakin Rusiya və Ermənistan
protokolların Qarabağ məsələsinə aid olmamasını əsas gətirərək buna qarşı
çıxdılar.
Qarabağ məsələsindən başqa Türkiyə və Azərbaycanı erməni
məsələsində birləşdirən digər məqam hər iki dövlətin beynəlxalq aləmdə
erməni diasporunun hədəfində olmasıdır. Erməni diasporu Türkiyəyə qarşı
iddialarını və Qarabağın işğalını qəbul etdirmək üçün beynəlxalq aləmdə
təbliğat aparır. Erməni diasporuna qarşı mübarizə apara bilmək üçün 2007-
ci ildə Bakıda Türkiyə-Azərbaycan Diasporlararası Əməkdaşlıq Qurultayı
keçirilib. Hazırda ABŞ və Avropada Türkiyə və Azərbaycan diaspor
təşkilatları erməni iddialarına qarşı birlikdə hərəkət edir. 2010-cu ildə
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin
1915-ci il hadisələri ilə əlaqədar qəbul etdiyi qərara qarşı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının
14 Cavid Vəliyev. Türkiyə-Ermənistan protokolları: udan kim, uduzan kim? //“SAM-ın icmalı”, buraxılış
1, may 2010, s. 25.