21 Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri etibarən başlayıb. Kəlbəcərin işğalından (3 aprel 1993-cü il) sonra Türkiyə
Ermənistanı işğaldan əl çəkməyə çağırıb və münasibətlərini mərhələli
olaraq məhdudlaşdırıb. Lakin Ermənistanın işğalı davam etdirməsindən
sonra Türkiyə bu ölkə ilə sərhədlərini bağlamaq qərarına gəlib. 5 aprel
1993-cü ildə Prezident Turqut Özal ilə birlikdə türk respublikaları səfərinə
çıxan xarici işlər naziri Hikmət Çətin bəyan edib ki, Türkiyə üzərindən
Ermənistana gedən bütün humanitar yardımlara icazə verilməyəcək, bu
qadağanı pozmaq istəyən təyyarələrə atəş açılacaq.
13
1993-cü ildən sonra Türkiyənin Qarabağ məsələsinə müdaxiləsi,
sərhədlərini bağlı saxlaması Azərbaycanın lehinə oldu. Sərhədləri açması
üçün Türkiyəyə beynəlxalq səviyyədə ciddi təzyiqlər olmasına baxmayaraq,
rəsmi Ankara daxili ictimai fikri və Azərbaycanın mövqeyini nəzərə alaraq
sərhədləri açmayıb.
Lakin 2000-ci illərdən etibarən Qarabağ məsələsinin həllinin uzanması
ilə Türkiyədə fərqli fikirlər səsləndirilməyə başlanılıb. Bu nöqtədə əsas
iddialar aşağıdakılar olub:
1. Ermənistan bağlı sərhədlərlə yaşamağa öyrəndiyi üçün bu, məsələnin
həllinə müsbət təsir göstərmir
2. Azərbaycan Qarabağ məsələsini həll etmək istəmir, bu səbəbdən Türkiyə
sərhədləri açarsa, Qarabağ məsələsinin həllində rolu arta bilər.
3. Türkiyə-Ermənistan sərhədləri açılarsa, Ermənistanın Rusiyadan asılılığı
azalar, Türkiyənin Ermənistanda siyasi qərar vermə prosesinə təsiri artar
və Ermənistanın Qarabağ məsələsində müsbət addım atmasına təsir
göstərər.
4. Türkiyə Ermənistanla sərhədləri bağlamaqla Cənubi Qafqaz siyasətini
Qarabağın əsiri edib, tərəf olub və Cənubi Qafqazın bütövlüyünə təsir
etmək imkanı bu şəkildə məhdudlaşıb.
5. Türkiyə Ermənistanla sərhədləri bağladığı üçün bir çox dövlətlə, o
cümlədən Avropa İttifaqı və ABŞ ilə münasibətləri zərər görür.
Bu iddialar Türkiyənin Ermənistan və Qarabağ siyasətinin dəyişməsinə
səbəb oldu. Proses Türkiyə-Ermənistan arasında əvvəlcə gizli görüşmələrin
başlaması, sonra isə sərhədlərin açılması və diplomatik əlaqələrin inkişafına
dair protokolların imzalanması ilə nəticələndi. 10 oktyabr 2010-cu ildə
Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarda Dağlıq Qarabağ
şərti yer almadı. Ermənistan Qarabağ məsələsinin Türkiyə-Ermənistan
sərhədləri məsələsinə aid olmadığını bildirərək ABŞ və Rusiya vasitəsilə
Türkiyəyə təzyiq edərək Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail
13 Ayın Tarihi, Nisan 1993. Yakup Hurç, göstərilən əsəri, s. 55.