Ɔ Dağlıq Qarabağ və Türkiyə-Azərbaycan Dağlıq Qarabağ sadəcə separatçılıq, işğal faktı və ya Azərbaycanla
Ermənistan arasında müharibə məsələsi deyil, eyni zamanda regional
və qlobal güclərin Cənubi Qafqazda apardığı geosiyasi hakimiyyət
mübarizəsinin bir parçasıdır. Qarabağ müharibəsi nəticəsində Rusiya
və İranın müttəfiqi (eyni zamanda Türkiyənin rəqibi) olan Ermənistan
Türkiyənin strateji müttəfiqi olan Azərbaycanın torpaqlarını işğal edib.
Azərbaycan torpaqlarının işğalı Türkiyənin Cənubi Qafqazdakı mövqelərinə
ciddi zərbə olub. Bu mənada, Əhməd Davudoğlunun Qarabağın Ermənistan
tərəfindən işğalını soyuq müharibədən sonra Türkiyənin ən əhəmiyyətli
strateji itkisi
6
kimi qiymətləndirməsi bu işğalın Türkiyənin region siyasətinə
ciddi mənfi təsir göstərməsindən xəbər verir.
XIX əsrin əvvəllərində Rusiya Azərbaycanı işğal etdikdən sonra
Azərbaycanın qərbində erməniləri yerləşdirib. Mərhələli şəkildə Qarabağda
sayı artan ermənilər 1918-ci ildə Qarabağın Ermənistana verilməsi üçün
tələblər irəli sürüblər. Azərbaycan və Ermənistan bolşeviklər tərəfindən
işğal olunduqdan sonra 1923-cü ildə Dağlıq Qarabağa Azərbaycanın
tərkibində muxtar status verilib. Ötən əsrin 80-ci illərinin sonunda
3 Ahmet Davudoğlu, göstərilən əsəri, s.125.
4 Ahmet Davudoğlu, göstərilən əsəri, s. 221.
5 Kamer Kasım, “Büyük Güçlerin Kafkasya Politikaları”, der. Cavid Veliev ve Araz Aslanlı, Güney
Kafkasya: Toprak Bütünlüğü, Jeopolitik Mücadeleler ve Enerji, Ankara, Berikan, 2011, s. 331.
6 Ahmet Davutoğlu, göstərilən əsəri, s. 127.