16
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
elan edib və təkrar suveren aktor olaraq beynəlxalq münasibətlər sistemində
yer alıb.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana regionda cərəyan
edən hadisələr birbaşa təsir göstərdiyi kimi ölkənin özü də regionda marağı
olan dövlətlərin təsir dairəsinə girib. Suveren dövlət olaraq ölkənin milli
maraqlarının qorunması məsələsi ortaya çıxdı və bu maraqlara təsir edən
amillərə qarşı siyasi və müttəfiq münasibətlər qurma ehtiyacı yarandı.
Regionda cərəyan edən hadisələr Türkiyə və Azərbaycanın müttəfiq
münasibətlər qurmasına səbəb oldu. Regional hadisələr baxımından Türkiyə
və Azərbaycanın müttəfiq münasibətləri hər zaman eyni səviyyədə olmayıb.
Hər iki dövlətin digər regionlarda maraqlandığı başqa məsələlər olub. Lakin
eyni zamanda hər iki dövlət çox vaxt arzuları ilə real siyasət arasında seçim
etmək məcburiyyətində qalıb.
Bu məqalə Azərbaycanın müstəqilliyini əldə etməsindən sonra
Azərbaycan və Türkiyənin regionda maraqlarına təsir edən müştərək
hadisələrin təhlili əsasında qurulub. Qarabağın işğalı, Rusiya, İran və
Gürcüstanın regiondakı mövqeyi, Şimali Kipr Türk Respublikasının
tanınması və iqtisadi izolədən azad olunması və İsrail məsələsi kimi hadisələr
iki dövlət arasında münasibətlərə təsir edən amillər olub. İki dövlətin
münasibətlərinə təsir edən amillərin başında, bəlkə də, enerji layihələri gəlir,
lakin enerji mövzusuna SAM-ın enerji üzrə mütəxəssisi Gülmira Rzayeva,
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndələri Rəşad Rəsullu
və Kənan Aslanlı məqalələrində yer verdikləri üçün buna toxunmamışıq.
Dostları ilə paylaş: