15 Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri Bugünkü Azərbaycan Respublikasının varisi olduğu Azərbaycan Xalq
Cümhuriyyəti (AXC) 1923-cü ildə Mustafa Kamal Atatürkün qurduğu
Türkiyə Cümhuriyyətindən əvvəl, 28 may 1918-ci ildə müstəqillik
qazanaraq Şərqin ilk demokratik dövləti statusunu əldə edib. Lakin 1920-ci
ildə bolşeviklərin işğalı və 1922-ci ildə Azərbaycanda sovet hakimiyyətinin
qurulması ilə müstəqillik itirilib. Türkiyə isə 1923-cü ildə Türkiyə
Respublikasının qurucu anlaşması olan Lozan müqaviləsi ilə beynəlxalq
münasibətlər sistemində suveren dövlət olaraq yerini alıb. 1991-ci ilə
qədər Azərbaycan müstəqil bir aktor olmadığı üçün müstəqil xarici siyasət
yeritməyib və bu mənada ona təsir edən xarici (regional və qlobal) hadisələrə
üzv olduğu İttifaqın mərkəzindən - Moskvadan cavab verilirdi. Ötən əsrin
20-ci illərində müttəfiq olmasına baxmayaraq, II Dünya müharibəsindən
sonra Türkiyə və Sovet İttifaqı, eyni zamanda Azərbaycan rəqib qütblərdə
yer alıblar. Bu səbəbdən formal şəkildə Türkiyə ilə Azərbaycan beynəlxalq
aləmdə və regionda bir-birinə rəqib olub.
Beynəlxalq münasibətlər sistemində ikiqütblülüyün təcəssümü olan
soyuq müharibəni Türkiyənin üzvü olduğu Qərb İttifaqı udub və nəticədə
Sovet İttifaqı dağılıb. Bu ittifaqın dağılması nəticəsində Azərbaycan 1918-ci
ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqilliyini
Cavid VƏLİYEV Strateji Araşdırmalar Mərkəzinin
Türkiyə koordinatoru