Partiyasının (AK Parti) hakimiyyəti dövründə isə bu inkişaf siyasi sahəyə də
yayılmağa başladı. 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsində
müttəfiqi ABŞ və Gürcüstanın narazılığı bahasına Gürcüstana yardım
aparan ABŞ hərbi gəmilərinə 1936-cı il Montro Boğazlar Müqaviləsini
tətbiq etdi və nəticədə, ABŞ gəmiləri 21 gün ərzində Qara dənizi tərk etmək
məcburiyyətində qaldı. Rəsmi Ankara Rusiyanın da daxil olduğu Sülh və
Sabitlik Platformasını təklif etdi. ABŞ ekspertləri Türkiyənin bu təklifindən
Vaşinqtonun xəbərsiz olmasını iradla qarşıladı. Gürcüstan Avropa İttifaqı və
ABŞ-ın bu platformda yer almamasından narazılığını bildirdi, Azərbaycan
isə qeyri-şərtsiz platformaya dəstək verdi. Əslində, bu dəstək Türkiyənin
Cənubi Qafqazda qurmaq istədiyi sistemə dəstək anlamına gəlirdi.
2009-cu ildə Türkiyə-Azərbaycan münasibətlərində Türkiyə-Ermənistan
protokolları səbəbindən yaşanan böhranı Rusiya daha da dərinləşdirməyə
çalışdı. Bir tərəfdən Türkiyənin Ermənistanla gizli protokollar imzaladığını
rəsmi Bakıya bildirərək münasibətlərə zərər verməyə çalışan Rusiya
Azərbaycanı öz tərəfinə çəkərək enerji müqavilələrində bu fürsətdən
bəhrələnmək istədi. Digər tərəfdən Türkiyə-Ermənistan sərhədlərinin
açılmasına qarşı çıxmayan Rusiya protokolların təsdiqlənməsi üçün
Türkiyənin Qarabağ şərtinin qəbuledilməz olduğunu bildirdi. Azərbaycanın