27 Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri Rusiyada Putinin hakimiyyətə gəlməsi, enerji layihələrinin həyata
keçməsi, münaqişə zonalarında nisbi sakitliyin yaranması regionda rəqabəti
azaltdı. 2001-ci il Əfqanıstan əməliyyatı və 2003-cü il İraq əməliyyatları
qlobal mənada diqqəti Cənubi Qafqazdan sözügedən yerlərə çəkdi. ABŞ-ın
mübarizəsinə dəstək verən Azərbaycan İraq və Əfqanıstana əsgər yolladı,
Əfqanıstandakı Azərbaycan əsgərləri türkiyəli həmkarlarının komandanlığı
altında fəaliyyət göstərdi. Türkiyə və Azərbaycan kimi Rusiya da ABŞ-a
dəstək verərək, bu məsələdə Türkiyə və Azərbaycanla eyni mövqedə yer aldı.
Regional mənada Türkiyə-Azərbaycan-Rusiya arasında fikir ayrılığına
səbəb olacaq digər bir hadisə 2004-cü ildə Gürcüstanda yaşanan inqilab
və Mixail Saakaşvilinin hakimiyyətə gəlməsi olub. Regionda Rusiya ilə
Qərbi qarşı-qarşıya gətirən növbəti hadisə 2008-ci ilin avqustunda baş
verən Rusiya-Gürcüstan müharibəsi idi. Saakaşvilinin hakimiyyətə gəlmə
metodu və qərb meyilli, Rusiyaya qarşı radikal xarici siyasəti Azərbaycan
və Türkiyədə müsbət qarşılanmasa da, Gürcüstanı qorumaq hər iki dövlətin
regional siyasətinin əsasını təşkil etdi.
2000-ci illərdən etibarən Türkiyənin Rusiya siyasəti soyuq müharibə
əhval-ruhiyyəsindən daha fərqli bir vəziyyətə keçdi və Türkiyə-Rusiya
münasibətləri xüsusilə ticarət sahəsində inkişaf etdi. Ədalət və İnkişaf