54 Parlamentlərarasi əlaqələr: nailiyyətlər və perspektivlər əldə etməklə mümkün olur.
Sovet İttifaqının dağılması nəticəsində Cənubi Qafqaz və Mərkəzi Asi-
yada yeni müstəqillik əldə etmiş dövlətlər ərazi bütövlüyü və təhlükəsizliyin
təmini, habelə siyasi-iqtisadi-sosial problemlərin həllini beynəlxalq aləmə
inteqrasiyada gördüyündən ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük
veriblər. Bu ölkələr dövlət müstəqilliklərini bərpa etdikləri ilk illərdə BMT,
ATƏT, MDB kimi universal və regional təşkilatlara üzv olub və ya namizəd
statusu əldə edib. Zaman keçdikcə bu dövlətlər yerləşdikləri regionda inteq-
rasiya prosesini sürətləndirmək və milli maraqlarının daha yüksək səviyyədə
təmin olunması məqsədi ilə sadəcə mövcud olan müəyyən təşkilatlara
üzvlüklə kifayətlənməyiblər. Daha böyük təcrübəyə və Qərblə sıx əlaqələrə
malik olan dövlətlə müəyyən regional təşəbbüs və ideya ətrafında birləşərək,
bu mexanizm çərçivəsində qarşılıqlı problemlərinin bərabərhüquqlu
əsaslarda həlli və mövcud əməkdaşlıq meyillərinin gücləndirilməsinə
zərurət yaranıb. Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradıl-
masını bu zərurətin təzahürü saymaq olar. Türkdilli ölkələrin bu addımı ta-
rixi, mədəni, dini və dil birliyinə əsaslanan əlaqələrinin müasir mərhələdə
daha da inkişaf etdirilməsi, dövlətlərin mənafelərinə uyğun çoxtərəfli
əməkdaşlığın genişləndirilməsi istəyi ilə izah edilə bilər.
Əlbəttə, türkdilli ölkələrin qanunvericilik orqanlarının müəyyən mexa-
nizm çərçivəsində və müxtəlif istiqamətlər üzrə birgə fəaliyyət təşəbbüsü
regional kontekstdə kifayət qədər əhəmiyyətli və uğurlu addımdır. Digər
tərəfdən bu təşəbbüsə və onun reallaşmasına şərait yaratmış və daha əvvəl
baş vermiş proseslərin nəzərdən keçirilməsinə ehtiyac var.
Əvvəl də qeyd olunduğu kimi, Azərbaycan, Qazaxıstan, Türkmənistan,
Özbəkistan və Qırğızıstan xarici siyasətlərində beynəlxalq aləmə inteqra-
siyanı prioritet vəzifələrdən biri kimi görüb və bu çərçivədə eyni etnik və
tarixi köklərə malik olduqları Türkiyə ilə əməkdaşlığa əhəmiyyət veriblər.
Xüsusilə vurğulanmalıdır ki, Türkiyə bu dövlətlərin müstəqilliyini tanı-
yan ilk ölkələrdən biri olub və onlarla əlaqələrin inkişaf etdirilməsinə səy
göstərib. Belə bir məqamda, Türkiyənin 1992-ci ildə irəli sürdüyü Türk-
dilli Ölkələrin Dövlət Başçılarının Zirvə Görüşünün keçirilməsi təşəbbüsü
və onun reallaşması yeni müstəqillik qazanmış ölkələrə həm Türkiyə ilə
əməkdaşlığın genişləndirilməsi, həm də öz aralarında sovet dövründə möv-
cud olan siyasi-iqtisadi əlaqələrin bərpası məqsədilə alternativ mexanizmin
formalaşdırılması baxımından əhəmiyyətli olub. Bu mənada, Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin 1995-ci il avqustun 28-də Bişkekdə ke-