53
Parlamentlərarasi əlaqələr: nailiyyətlər və perspektivlər
Türkiyə hakimiyyətinin Azərbaycanla bağlı siyasətində heç bir dəyişiklik
baş verməyib və Dağlıq Qarabağ məsələsi həll edilmədən, Azərbaycanın
ərazi bütövlüyü təmin olunmadan Ermənistanla heç bir diplomatik
əlaqələrin qurulmasından və sərhədlərin açılmasından söhbət gedə bilməz.
TBMM sədrinin bu səfəri iki ölkə arasında yaranmış gərginliyi azalt-
sa da, “Protokol böhranı” ilə meydana çıxan gərginliyi aradan qaldırmaq
üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi 11 nəfərlik deputat qru-
pu Ankarada Baş nazir Rəcəb Tayyib Ərdoğan, TBMM-in sədri Məhmət
Əli Şahin, ana müxalifət partiyalarının rəhbərləri ilə görüşlər keçirərək
məsələni müzakirə edib.
Bu səfərdən qısa bir müddət sonra TBMM-in Xarici əlaqələr komitəsinin
sədri Murad Mərcanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana gəlib.
Prezident İlham Əliyev və parlamentin sədri Oqtay Əsədovla görüşən
nümayəndə heyəti Azərbaycanın maraqlarını zədələyəcək heç bir addım
atılmayacağını bir daha bəyan edib.
Türkiyə Ermənistan ilə sərhədini açmayıb. Bu məsələ ilə bağlı görüşlərin
birində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “dünyada
Türkiyə ilə Azərbaycan qədər səmimi əməkdaşlıq edən ölkələr yoxdur”
deyərək ölkələr arasındakı münasibətlərin səviyyəsini qiymətləndirib.
Dostları ilə paylaş: