QIZIL GÜL MÜRƏBBƏSİ
Ərzaqlar:
qızılgül ləçəkləri – 100 q.
şəkər – 900 q.
limon turşusu – 2 q.
Ən yaxşı mürəbbə Qazanlıq qızıl gülünün ləçəklərindən alınır. Ləçəklərin aşağı ağ hissəsi kəsilib atılır, yuyulur və 5 dəqiqə qaynar suda pörtülür. Pörtülmək üçün istifadə olunan suda 40% -li məhlul-şərbət hazırlanır, ləçəklərin üstünə tökülür və bir dəfəyə hazır olunca bişirilir. Hazır olana yaxın limon turşusu əlavə edilir. İtburnu gülünün ləçəklərindən də mürəbbə bişirilir.
ƏNCİR MÜRƏBBƏSİ
Ərzaqlar:
əncir – 1 kq.
şəkər – 1 kq.
limon turşusu – 1 q.
vanilin – 0,5 q.
Əncirdən qabıqlı və qabığı soyulmuş halda mürəbbə bişirilir: 1. Qabıqlı mürəbbə bişirdikdə əncirin saplağı kəsilir, 5 dəq. istiliyi 80-85 0 C olan suda pörtülür. əncirin üzərinə şərbət tökülür və 2 dəfəyə bişirilir. 2. Qabığı soyulmuş əncirin üzərinə toz-şəkər səpilir, 8-10 saat saxlanılıb zəif alov üzərində 50-60 dəq. bişirilir. Hazır olana yaxın limon turşusu və vanilin əlavə edilir.
Dostları ilə paylaş: |