BADIMCAN MÜRƏBBƏSİ
Ərzaqlar:
təmizlənmiş badımcan – 1 kq.
şəkər – 1,5 kq.
limon turşusu – 1,5 q.
vanilin – 0,5 q.
Mürəbbə bişirmək üçün 3-4 günlük xırda badımcanlar götürülür. Saplağı kəsilir, qabığı soyulur və 5-6 saat soda məhlulunda saxlanılır. Sonra badımcanlar yuyulur, bir neçə yerdən deşdəklənir, üzərinə qaynar şərbət tökülüb 8-10 saat saxlanılır. İkinci gün şərbət süzülür, qaynadılır və badımcanların üstünə tökülür. Üçüncü gün əməliyyat təkrar edilir və 6-8 dəqiqə badımcanlar şərbətdə bişirilir. 4-cü gün isə mürəbbə hazır olana kimi bişirilir, limon turşusu və vanilin əlavə olunur.
Dostları ilə paylaş: |