ÇİYƏLƏK MÜRƏBBƏSİ
Ərzaqlar:
çiyələk – 1 kq.
şəkər – 1 kq.
Çiyələk təmizlənir, yuyulur və qurudulur. Sonra iri qaba tökülür və şəkər səpilir. 3-4 saat saxlanılır. Mürəbbəni 3 dəfə 5 dəqiqə qaynadırlar.
ÜZÜM MÜRƏBBƏSİ
Ərzaqlar:
üzüm – 1 kq.
şəkər – 1 kq.
su – 1 st.
Üzümü saplaqlardan təmizləyib yuyun və qazanın və ya teştin içinə yığın, üstünə şəkər əlavə edib, 8-9 saat saxlayın. Gilələrin üstünə su töküb odun üstündə 5 dəq. qaynadın. Odun üstündən qaldırıb soyudun. Bu qayda ilə 3 dəfə təkrar edin. Qaynadıb, soyudub və s. Bişmiş gilələr kəhrəbaya oxşayırlar, şirəsi isə bal kimidir. Gilələr nə çox bərk, nə də çox yumşaq olmalıdılar.
Dostları ilə paylaş: |