5.Azərbaycan milli mətbəcində Kabablar
Azərbaycan mətbəxinə aid olan ətli xörəklər öz müxtəlifliyinə görə rəngarəng olsa da onların arasında kabab öz populyarlığı ilə seçilir. Rusların “şaşlık” dediyi bu söz mənşəcə türk sözü olan “şişlik” sözündən götürülüb. Qədim “Kitabi Dədə Qorqud” dastanında “şişlik” sözünə dəfələrlə rast gəlinir. Azərbaycan şişliyinin – yəni kababının müxtəlif növləri var. Tava kababı, manqal kababı, təndir kababı, sac kababı, lülə kabab, basdırma kabab və başqaları bu qəbildəndir. XIX əsrin ortalarında Azərbaycana səfər etmiş Aleksandr Düma, səyahət boyu rast gəldiyi ən ləzzətli yeməyin məhz kabab olduğunu yazırdı.
Azərbaycan xörəklərinin adlarının yaranmasında müəyyən qanunauyğunluqlar var. Məs., qatlama, dolma, doğramac, əzmə kimi adlar xörəyin ilkin hazırlanma qaydalarını; qızartma, pörtləmə, qovurma, bozartma və s.-nin adı istilik emalı əməliyyatlarını; dindili küftə, yarpaq xəngəl, lüləkabab, yuxa və s. xörəyin fiziki formasını; yarpaq dolması, yarma sıyığı, düyü çənkürü, səbzə-kükü və s. istifadə edilən əsas ərzaq növünü; sulu xəngəl, sıyıq və s. yeməyin qatılığını; turşuqovurma, şirin nazik xörəklərin dadını; saciçi, tavakababı, taskabab, çölməbuğlama xörəyin hazırlandığı qabın adını; təndirkabab, külfə çörəyi və s. xörəyin bişirildiyi ocağın adını; Gəncə paxlavası, Qarabağ basdırması, Şəki halvası xörəyin bölgə xüsusiyyətini və s. Əks etdirir. Bəzi hallarda xörəyin adı onun müəyyən xörək qrupuna aid olduğunu göstərir. Məs., Azərbaycan xörəkləri içərisində 200-dən çox plov, 30-dan çox dolma, 20-dən çox kabab növü və s. mövcuddur. Bütün türk xalqlarına aid olan daha bir qanunauyğunluq xörəklərin adında da təzahür edir (imambayıldı, vəzirbarmağı, xəngəl, tərxan, axsaq oğlaq, qalac və s.).alıqlı xörəklərin hazırlanmasında daha çox nərə və pullu balıqlardan istifadə edilir
Saciçi
Mərcili çiy küftə
Təbriz küftəsi
Tikə kabab
Lülə kabab
Tava kababı
Cücə kabab
Balıq kababı
Dostları ilə paylaş: |