1. Azərbaycanda milli mətbəxdə balıq xörəkləri Azərbaycan milli mətbəxində şirniyyatlar Azərbayan milli mətbəxində mürəbbələr


Azərbayvan milli mətbəxində dolmalar



Yüklə 43,49 Kb.
səhifə11/29
tarix02.01.2022
ölçüsü43,49 Kb.
#42646
1   ...   7   8   9   10   11   12   13   14   ...   29
MİLLİ MƏTBƏX

4.Azərbayvan milli mətbəxində dolmalar

Azərbaycanın qədim milli xörəklərindən biridir. Dünyada dolmanın 30-a yaxın növü var. Dolma qədim türk sözü olub, mənaca "dolmaq" felindən götürülüb. Bəzi regionlarda buna "sarma" da deyirlər. Bu da "sarmaq" felindən götürülüb. Qədim istifadə olunan məhsullardan və texnologiyadan asılı olaraq müxtəlif növləri vardır.


Azərbaycanda dolma hazırlamaq üçün müxtəlif növ üzümün (ağ şanı, qara şanı) cavan yarpaqlarından, kələmdən, bəzi regionlarda (Quba, Qusar) əncir, heyva və bəzi digər ağacların yarpaqlarından istifadə olunur. Hazırlanma prosesi zamanı bu yarpaqlar çox nazik və aromatlı bir qabığa çevrilir. Lap əvvəllərdən dolma hazırladıqda içinə çəkilmiş ətdən və tərəvəzlərdən başqa, ağ balıq və durna balığının duzlanmış əti də doldurulurdu.

Yay mövsümündə Azərbaycanda dolma 3 tərəvəz – badımcan, pomidor və şirin bibərdən də hazırlanır. Bu cür dolmanın içərisinə çəkilmiş quzu əti, ətirli göylər və ədviyyalardan ibarət qarışıqlar doldurulur. Bu dolma “badımcan dolması” adlandırılır. Yuxarıda sadaladığımız bütün dolma növlərinin yanında (balıq dolmasından başqa) masaya qatıq, sarımsaqlı qatıq və ya digər ağartı məhsulları qoyulur. Ümumilikdə Azərbaycanda 10-dan çox dolma növü mövcuddur və bu yemək adlarının hamısında “dolma” sözü işlədilir. 2017-ci ildə Azərbaycanda "Dolma hazırlanması və bölüşdürülməsi ənənəsi mədəni identikliyin göstəricisi" kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmışdır.

Azəbaycan milli mətbəxinin əsas xörəklərindən olan dolmanın isə 30-dan çox növü var.  Dolmalar yarpaq dolmalarına və doldurma dolmalara bölünür. Yarpaq dolmasıkələm dolmasıSumqayıt dolmasıəvəlik dolması və s. Doldurma dolmalar isə tərəvəzin və ya meyvələrin içini içliklə dolduqmaqla hazırlanır. Badımcan dolmasıpomidor dolmasıxiyar dolmasıbibər dolmasıalma dolmasıheyva dolmasıgöbələk dolması və digər xörəklər var ki, doldurma dolmanın növləridir.


Yüklə 43,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin