1. Azərbaycanın təbii-coğrafi şəraiti


Şəddadi və Rəvvadi sülalə dövlətləri



Yüklə 344,46 Kb.
səhifə43/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   39   40   41   42   43   44   45   46   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

42.Şəddadi və Rəvvadi sülalə dövlətləri.

Sülalənin banisi Məhəmməd ibn Şəddad ibn Qurtaq Salarilər hökmdarı Mərzban ibn Məhəmmədin həbs olunmasından sonra yaranmış vəziyyətdən istifadə edərək 951-ci ildə, Mərzbanın tabeçiliyində olan Dvin (Dəbil) şəhərini ələ keçirir. Bu zaman Azərbaycanı idarə edən İbrahim Salari atasının vassalı Vayzur (Vayotsdzor) hakiminin qoşununu Məhəmməd ibn Şəddada qarşı göndərir. Lakin Məhəmməd şəhər əhalisinin köməyilə Salari qoşunlarını darmadağın edə bilir. Çox keçmədən, İbrahimin özünün başçılıq etdiyi qoşun Dvini ələ keçirə bilir və Məhəmməd öz adamları ilə birgə Vaspurakana qaçır; 955/56-cı ildə Vaspurakanda vəfat edir. Dvin əldən çıxdıqdan sonra Məhəmmədin Vayzur hakiminin himayəsinə sığınan iki oğlundan böyüyü - Əbülhəsən Əli Ləşkəri 965-ci ilədək Vayzurda qalır. Kiçik oğlu Fəzl isə nəhayət, Salarilərə xidmət etməyə başlayır və Salari hakimi Əli ət-Tazi tərəfindən idarə olunan Gəncəyə gələrək 969/70-ci ilədək burada yaşayır. Gəncədə olarkən Fəzl şəhər rəisinin məsləhəti ilə böyük qardaşı Ləşkəriyə xəbər göndərərək onu Gəncəyə dəvət edir və Gəncə hakimi olmağa razılıq verməsinə nail ola bilir. Fəzllə razılığa gəlmiş Gəncə şəhərinin rəisi Yusif əl-Quzzaz şəhərin Salari hakimini həbs etdirərək şəhər qapılarını Ləşkərinin üzünə açdırır. Beləliklə, Ləşkəri ibn Məhəmməd 971 -ci ildə Gəncənin idarəsini ələ alaraq sülaləsinin hakimiyyətinin əsasını qoyur. Çox keçmədən Şəddadilər Gəncə ətrafında olan Bərdə, Şəmkir və b. torpaqlarda möhkəmləndilər. Ermənistanın şərq hissəsini ələ keçirdilər.

Dövlətinin ərazisi əsasən Kür-Araz çayları arasındakı torpaqları əhatə edirdi. Şəddadilər şimal tərəfdən Şəki və Kaxetiya çarlığı, cənubdan Rəvvadilər dövləti ilə həmsərhəd idi. Dövlətin cənub-qərbində yerləşən Dəbil şəhəri də Şəddadilərə tabe idi. 1088-ci ildə səlcuqlar bu dövlətin valığına son qoydular. Paytaxtı Gəncə şəhəri  olmuşdur.

Ərəb köklü Rəvvadi nəsli 775-ci ildən Təbriz və onun çevrəsində hakimlik edirdi. Rəvvad əl-Əzdi və oğulları quruculuq işləri apararaq Təbrizi kiçik bir kənddən böyük bir şəhərə çevirmişdilər. Tarixi qaynaqlara görə, məşhur qəhrəmanımız Babək iki il Məhəmməd ibn Rəvvadın yanında qulluq etmişdi. Rəvvadilər bir əsr ərzində Təbriz, Marağa, Qaradağ və Əhər vilayətlərində hakimiyyət sürmüş, bu zaman bəzən xəlifədən asılı, bəzən də müstəqil olmuşdular. Bu nəslin nümayəndələrindən olan Əbülhicanın adı Salaroğlu Mərzbana tabe olaraq, ona xərac verən (955/956) əmirlər sırasında əlindən hakimiyyəti alaraq Azərbaycan taxtına oturmuşdu. Rəvvadilərin dövründə Azərbaycan dövlətinin paytaxtı Təbriz şəhəri oldu. Rəvvadilər Azərbaycanın cənub torpaqlarını qəti olaraq öz idarəsi altına aldıqdan sonra Muğan hakimliyini də asılı vəziyyətə sala bilmişdilər. 988-ci ilədək hakimiyyətdə olmuş Əbülhicanı əvəz etmiş oğlu Məmlan 30 ilə yaxın Azərbaycan taxtında oturmuşdu. Məmlandan sonra taxta çıxan Vəhsudanın hakimiyyəti dövründə (1020-1059) oğuzların Azərbaycana axınları başlamışdı. Qəznəvilərə qarşı üsyan qaldırmış və 1028-ci ildə Azərbaycanda sığınacaq tapmış 2000 oğuz ailəsini (10000 nəfərdən çox əhali) dostcasına qarşılamış, onlara yerləşmək üçün torpaq vermişdi. Azərbaycanın görkəmli hökmdarı Vəhsudan müsəlman və türklərin düşməni, o zaman xristian dünyasının önündə gedən Bizans imperiyasına qarşı müharibədə oğuzların gücündən istifadə etmək istəyirdi. Azərbaycan torpaqlarına XI əsrin 40-cı illərinin əvvəllərindən başlayan Səlcuq yürüşlərinin qarşısını almaqda çətinlik çəkən Rəvvadilər bir tərəfdən də Azərbaycanın qərb torpaqlarına (Dvin, Ani, Van gölü ətrafı) Bizansın müdaxiləsinin qarşısını almağa çalışırdılar. Ölkəsinin xarici siyasi vəziyyətinin mürəkkəbliyi şəraitində Vəhsudan XI əsrin 30-cu illərinin sonunda Gəncəyə səfər etmiş və Azərbaycanın şimal torpaqlarını nəzarətində saxlayan Şəddadi hökmdarı ilə danışıqlar apararaq onunla ittifaq bağlamışdı. Bu ittifaq nəticəsində Azərbaycanın şimalı və cənubu arasında əlaqələr güclənmişdi.





Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin