1. Bakteroloji silahlar


X 44. Yolxucu xəstəliklər, törədicilərə onların vurduğu ziyan



Yüklə 103,72 Kb.
səhifə28/52
tarix19.12.2022
ölçüsü103,72 Kb.
#76224
1   ...   24   25   26   27   28   29   30   31   ...   52
Mulki Mudafi Final docx

43. X


44. Yolxucu xəstəliklər, törədicilərə onların vurduğu ziyan
Epidemiya –kəskin yolxucu xəstəliklərin sürətlə və geniş halda insanlar arasında yayılmasına epidemiya deyilir. Epidemik xəstəliklər ilkin yoluxma ocaqlarından ətrafa müxtəlif yollarla və vasitələrlə geniş yayıla bilər. Yolxucu xəstəliklərin törədiciləri mikroblardır. Onlara aiddir: bakteriyalar, viruslar, riktersiyalar və göbələkciklər. Xəstəlik müxtəlif yollar və vasitələrlə keçir: tənəffüs orqanları vasitəsilə, yoluxmuş ərzaq məhsullarından, alafdan və sudan istifadə edərkən, yoluxmuş əşyalara toxunarkən, xəstə adamlar və heyvanlarla təmasda olarkən, xəstəlik daşıyıcı həşarat və gənələr dişləyərkən. Epizootiya –rayonda və ya ölkədə, bəzən isə bütün qitədə heyvanlar arasında xəctəliyin geniş yayılmasına deyilir. Zərərvericilərin geniş yayılması da xalq təsərrüfatına, xüsusən də meşə və kənd təsərrüfatına ciddi ziyan vurur. Eyni zamanda insanların məhvinə də gətirib çıxarır. Məsələn, son bir neçə ildə yayılmış quş qripi xəstəliyi bəzi yerlərdə insanların məhvinə səbəb oldu. 2005-2010-cu illərdə quş qripi nəticəsində dünyada yüzlərlə adam məhv olmuşdu. Epifitotiya –bitki xəstəliklərinin yayılmasından ibarətdir və əsasən bu xəstəliklərlə səciyyəvidir: dənli bitkilərin pas xəstəliyi, çəltiyin göbələkcik xəstəliyi, fitoftoroz, yaxud kartof çürüməsi- kartofun yarpaq, budaq və kökünü çürüdən ən zərərli göbələkcik xəstəliyi və c. Müxtəlif kimyəvi maddələrdən düzgün istifadə edilməməsi nəticəsində də bitkilər məhv ola və ya xəstəliklərə məruz qala bilər. Infeksion xəstəlik ocağı yaranarkən yoluxmuş ərazidə insanların, heyvanların və bitkilərin mühafizəsi üzrə tədbirlər müvafiq orqanlar tərəfindən, o cümlədən də dövlət sərhədlərində gömrükxanalar tərəfindən yerinə yetirilir.


45. Fövqəladə hallarda mülki müdafiənin mühafizə qurğularının təyinatı və təsnifatı
Fövqəladə hallarda əhali arasında itkilərin qarşısının alınması və ya maksimum dərəcədə azldılmasına yönəldilən mühəndis – texniki tədbirlər kompleksinə mühəndis – mühafizə sistemi deyilir. Mühafizə qurğuları kollektiv mühafizə vasitələridir. Onlar təyinatına, yerləşdirilməsinə, tikilmə müddətinə, materialına, xassələrinə görə belə təsnif edilir. Təyinatına görə: -idarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular; -Əhalinin mühafizəsi üçün qurğular. Tikilmə müddətlərinə görə: -əvvəlcədən tikilən qurğular ( sülh dövründə təsərrüfat obyektlərinin planları üzrə tikilən; əsaslı və rekonstruksiya prosesində tikilən) -teztikilən qurğular. Mühafizə xassələrinə görə: -sığınacaqlar; -radiasiya daldalanacaqları (radiasiyadan qoruyan daldalanacaqlar); -sadə daldalanacaqlar ( sığınacaqlar vəradiasiya daldalanacaqları çatışmadıqda ) Yerləşdirilməsinə görə: -bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birinci mərtəbələrində, sənaye müəssisələrinin yeraltı mərtəbələrində və yardımçı binalarda); -binadan ayrı tikilən qurğular. Yüklənən konstruksiyaların materialına görə: -dəmir – beton konstruksiyalı qurğular; -daş divarlı qurğular. -meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular.

Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin