48. Fövqəladə hallarla mübarizədə dövlət orqanları və onların vəzifələri Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və digər təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir. Yeni Qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə Respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirməsini təşkil etmək, habelə icraya nəzarət məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik edir. Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:
-Naxçıvan Muxtar Respublikasında–Müxtar Respublikasının Milli məclisinin
sədri;
-Şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə -müvafiq icra hakimiyyəti başcıları və onların nümayəndələri;
-təsərrüfat birliklərində və obyektlərdə -onların rəhbərləri və sahibkarları.
Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu, onların vəzifə borcuna daxildir. Onların rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları vasitəsilə yerinə yetirilir.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat obyektləri (müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri (müəssisələr) mülki müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir. Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt
dedikdə idarə, müssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.