Çiləmədə topun yaxalanması. Müdafiəçi topu çiləyən hücumçuya çatan vaxtı bu üsul yerinə yetirilir. Topun çiləmə ritminə və sürətinə düzlənmək zəruridir. Müdafiəçi hücumçunun arxasından çıxaraq bir an qabaqlayaraq sıçrayan topu yaxın olan əli ilə qəbul edir və əks istiqamətdə çiləyərək aparır.
Atmada topun yaxalanması. Boyca və tullanmada hücumçudan üstün olan müdafiəçi atmada topun əllərdən çıxmasına imkan verməmə-lidir. Bu zaman müdafiəçinin əli topun yanında olmalıdır. Bükülü əli topa yandan – yuxarıdan qoyur və atma baş tutmur.
Tullanaraq atmada topu geri qaytarma. Tullanaraq atmaya effektivli müqavimət – müdafiəçinin gücünü, bacarığını və diqqətini toplamağı tələb edən ən çətin məsələdir. Topun səbətə uçuş trayektori-yasından geri qaytarmaq üçün ən yaxşı moment hücumçunun barmaqlarının ucundan aralanan vaxtdır.
Öz lövhəsindən sıçrayan topa yiyələnmə .Hücumçunun atmasın-dan sonra müdafiəçi rəqibin lövhəyə yolunu kəsib, sıçrayan topun mübarizəsinə tullanaraq qoşulur. Tullanma qaçaraq, ya da yerindən bir və ya iki ayaqla təkan vuraraq yerinə yetirilir. Yuxarı tullanaraq və topu ələ keçirərək oyunçu yerə enərkən ayaqlarını aralı qoyur və gövdəsini əyir ki, mübarizədə rəqibə lövhəyə və topa nəzərən yaxşı mövqe tuta bilməsinə mane olsun.