1. Basketbolun yaranma tarixi haqqında


Futbolçunun hərəkət texnikası



Yüklə 75,44 Kb.
səhifə8/38
tarix02.01.2022
ölçüsü75,44 Kb.
#42989
1   ...   4   5   6   7   8   9   10   11   ...   38
idman oyunları

6. Futbolçunun hərəkət texnikası

Hərəkət texnikası aşağıdakı hərəktlər qrupunu özündə birləşdirir: qaçış,hoppanmalar,dayanmalar,dönmələr.

Oyun fəaliyyəti prosesində hərəkət texnikasının fəndləri müxtəlif cür əlaqələndirilərək istifadə edilir.Belə ki,oyunda futbolçuların (yerdəyişmə) hərəkət sürəti dəyişir: yavaş yeriş qaçışa çevirilir,gözləniulmədən qaçışın ritmi və istiqaməti dəyişir.

Futbolçuların hərəkətinin xüsusiyyəti müxtəlif növlü qaçışın hoppanmalar,dayanmalar,dönmələrlə əlaqələndirilməsini tələb edir.

Hərəkət texnikasının fəndləri və üsulları meydan oyunçularının və qapıçının topa yiyələnmə ustalığı ilə qarşılıqlı əlaqədədir.Hərəkət texnikasının fəndlərinin məqsədəuyğun və kompleks tətbiqi bir çox taktiki məqsədlərin (topu təbiq etmək və rəqibi yayçndçrmaq üçün “açılmaq”,mövqe seçmək,oyunçunu “bağlamaq” və s.) səmərəli həllinə imkan verir.

Qaçış-futbolda əsas hərəkət vasitəsidir.Qaçışın köməyi ilə topsuz futbolçuların müxtəlif yerdəyişmələri həyata keçirilir.Bundan əlavə qaçış topa yiyələnmə texnikasının tərkib hissəsini təşkil edir.Futbolda qaçışın aşağıdakı fəndlərindən istifadəolunur: adi, daldala, çarpaz addımla, bitişik addımla qaçış.

Adi qaçış əsasən “boş” yerə çıxmaq üçün düz xətlə hərəkət edərkən,rəqibi izləyərkən və s. hallarda oyunçular tərəfindən tətbiq edilir.O,həm hərəkət sisteminə,(dayaq və uçuşun ayrı-ayrı fazalara bölünməsinə) həm də quruluşuna görə atletik qaçışdan fərqləndiyi üçün adi adlandırılmışdır.Ancaq addımın uzunluğu,tezliyi və ritminə görə müəyyən fərqlər vardır.

Sprinterlərdə qaçış addımının uzunluğu 2-2,2 metrə yaxın,yuxarı yaşlı futbolçularda isə 1,2-1,5m-ə bərabərdir.

Daldala qaçış əsasən müdafiədə topun rəqib komandadan alınmasından və rəqibibn “Tullanmasında” iştirak edən oyunçular tərəfindən istifadə oliunur.Qaçışın bu növü dövriliyi ilə (ikili addım) xarakterizə olunur.

Ona qısa tez-tez atılan addımlar və qısa uçuş fazası xasdır.Bu onular əlaqədardır ki,yellənən ayağı arxaya apararkən bud oynağının bükülməsi məhdud olur.Oyun şəraiti çox vaxt daldala qaçışın maksimal sürətini tələb edir.Sürət addımlarının tezliyi hesabına artır,bu isə xeyli dərəcədə ayaqların arxaya fəal hərəkəti ilə bağlıdır.

Daldala qaçan oyunçu bəzən müvazinətini itirərək yıxılır.Burada müvazinət şərtlərindən biri şaquli vəziyyətdə açılmış dayaq ayağının dayaq sahəsində olduğu anda bədənin ağıqlıq mərkəzi oxunun düzgün yerləşdirilməsidir.

Çarpaz adımla qaçış dönmələrdən sonra,yerindən sağa və sola sürətli qaçış zamanı hərəkətin istiqamətinin dəyişdirilməsi üçün tətbiq edilir.Bu qaçış növü hərəkətin spesifik vasitələrindən olub,əsasən qaçışın növləri ilə əlaqədə yerinə yetirilir.Çarpaz qaçış yan tərəfə icra edilən hərəkət addımları ilə xarakterizə oliunur.Tsikilin addımlarının birində (ikiqat addım) yellənən ayaq dayaq ayağının qabağından çarpazlaşdırılıb keçirilir.Qaçışda uçuş fazası olduqca qısadır.


Yüklə 75,44 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin