Çuğundur cecəsi - təzə və quru cecədə turşuluq olmur, Keyfiyyətsiz turş cecə boz – palçıq rəngdə, xəmirvari konsistensiyalı , yağ turşusu iyi verən və pH 3.4 – 4.4 olan yemdir. Dən cecəsi – heyvanların yemləndirilməsində ancaq təzə cecə istifadə olunmalıdır. uzun müddət açıq xəndəklərdə saxlanılan dən cecəsi yemlənməyə yararsızdır.
Çuğundur – donmuş, çürümüş, göbələklərlə sirayət olunmuş halda olduqda yemlənməyə yararsızdır. Çuğunduru bişirdikdə və ya buğa verdikdə, əsasən də (qırmızı) mətbəx çuğundurunun tərkibində toksiki (nitratlar və azot oksidi) maddələr əmələ gəlir. Kartof – bakteriya, göbələklər, nematodlar (həlqəvari çürümə, xəndək çürüməsi, qaraayaq, fitaftora, qoturluq, gövdə nematodu) və s. sirayət oluna bilər.
Kartof torpaqdan təmizləndikdən sonra yuyulur, keyfiyyətsiz hissələri ayrılır, qalan hissəsi isə heyvanlara əksər hallarda bişirilərək verilir.
Dostları ilə paylaş: |