1. Baytarlıq mualicə elminin qısa tarixi



Yüklə 1,02 Mb.
səhifə9/55
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#34752
1   ...   5   6   7   8   9   10   11   12   ...   55
Terapiya muhazirələr

Simptomatik terapiya – xəstəliklərin qeyri əlverişli simptomların azalması və ləğvinə yönəlmiş terapiya vasitələrinin istifadəsidir. Terapiyanın bu növü adətən müstəqil sərbəst bir metod kimi istifadə edilmir, çünki xəstəliyin hansısa bir simptomlarının ləğvi hələ sağalma və ya xəstəliyin əlverişli keçməsi demək deyil, əksinə müalicədən sonra arzu olunmayan nəticə verə bilər. Bu metod başqa metodlarla, əsasən patogenetik terapiya üsulu ilə birlikdə aparılır.Simptomatik terapiyanın nümunəsi kimi orqanizmdə temperaturun yüksəlməsində titrəmə zamanı həyat təhlükəsi olduqda temperaturu aşağı salan, orqanizmdə güclü öskürək və oksigen çatışmazlığı yaratdıqda öskürəyi zəiflədən, orqanizmdə şiddətli ishal olduqda həyata təhlükəli susuzlaşma baş verdikdə büzüşdürücü, ürək döyüntüsü və tənəffüs hərəkətlərinin zəifləməsində tənəffüs mərkəzini qıcıqlandıran və ürək fəaliyyətini gücləndirən preparatların istifadəsini göstərmək olar. Bir çox tədqiqatçılar simptomatik terapiyanı patogenetik terapiyanın bir növü kimi təqdim edirlər, çünki bəzi hallarda kompleks müalicə fonunda heyvanların sağalmasında həlledici üsullardan biri ola bilər.Terapevtiki vasitələrin və farmokoloji preparatların istifadəsində üstünlük təşkil edən məqsədyönlü (etiotrop, patogenetik, sinir – trofik nizamlayan, əvəzedici, simptomatik terapiya) bölünməsinin şərti olmasına baxmayaraq baytarlıq kliniki təcrübəsində xəstəliyin əsaslandırılmış müalicə planının seçimində özünü doğruldur və yaxşı nəticə verir. Nümunə kimi mədə - bağırsaq və respirator xəstəliklərində müalicə tədbirlərinin planlı surətdə aparılmasını göstərmək olar. Belə ki, mədə - bağırsaqların selikli qişalarının iltihabında (qastroenteritlər) aparılan planlı müaicədə terapiya metodlarının hamısını nəzərə almaq lazımdır: etiotrop (antibiotik və sulfanilamid preparatları), patogenetik (dietik yemləmə, mədə - bağırsaqların yuyulması, yumşaldıcı, peristaltikanı zəiflədən və gücləndirən, mədə şirəsinin ifrazatını artıran, sekresiyanı gücləndirən), sinir trofik funksiyaları nizamlayan (novokain blokadaları), əvəzedici terapiya (orqanizmin susuzlaşması zamanı izotonik məhlulların, mədə şirəsinin, pepsin və bağırsaq fermentlərinin yeridilməsi) və simptomatik terapiyadan (büzüşdürücü vasitələr) istifadə edilir. Bronxopnevmoniyalarda terapiyanın vasitə və üsullarının hamısından istifadə edilir: mikrob əleyhinə etiotrop vasitə kimi antibiotik və sulfanilamid preparatları, patogenetik vasitə kimi – fizioterapevtiki və bəlğəmgətirici preparatlar, sinir – trofik funksiyaları nizamlayan – simpatik ulduzlu düyünlərin novokain blokadası, əvəzedici terapiya kimi – dərialtı və inhalyasiya formasında oksigen, simptomatik terapiya kimi – öskürək əleyhinə preparatlar istifadə edilir. Beləliklə, terapiyanın elmi əsaslarla aparılmasının əsas şərti onun kompleksliyi və terapiya metodlarının düzgün istifadəsidir. Bir çox xəstəliklərdə və profilaktik məqsədlə müxtəlif terapevtiki vasitələrin kompleks istifadəsinin nümunəsi kimi dietoterapiyanı göstərmək olar.

Dietoterapiya – yemlərin müalicə məqsədilə istifadə edilməsidir. Dietoterapiyanın əsas məqsədi xüsusi yemləmə ilə patoloji prosesi ləğv etmək (patogenetik terapiya) və orqanizmdə çatışmayan maddələri bərpa etməkdir (əvəzedici terapiya). Dietoterapiyanı heyvanın növündən, cinsindən, məhsuldarlığından, saxlanma texnologiyasından və konkret patologiyadan asılı olaraq aparırlar.Dietik yemləmədə asan həzmə gedən zülal, karbohidrat, vitamin və mineral tərkibinə görə tam dəyərli və yüksək keyfiyyətə (orqanoleptik və laborator qiymətləndirilməsinə görə) malik yemlərdən istifadə edilir. Dietik yemlərdə çatışmayan müxtəlif maddələri (makro – mikro elementlər, duzlar, vitamin əlavələri, dəmləmə və həlimləri) əlavə olaraq onlara qarışdırırlar. Yemlərin yaxşı mənimsənilməsi üçün onların xüsusi emalı (xırdalanma, dənəvərləşdirmə, yastılaşdırma, cücərtmə, buğavermə, mayalama, qıcqırtma) aparılır.Yaxşı yemə və düzgün yemləməyə orqanizmin həmişə ehtiyacı vardır. Bu ehtiyac xəstəlik zamanı daha da kəskinləşir. Patoloji proseslər zamanı orqanizmin zülallara, yağlara, karbohidratlara, vitaminlərə, mineral maddələrə ehtiyacı daha da çox olduğu üçün, adi yemləmə bu ehtiyacı təmin edə bilmir. Ona görə də xəstəliyin xarakterindən asılı olaraq maddələr mübadiləsindəki pozğunluqların xüsusiyyəti müəyyənləşdirilməli və buna müvafiq olaraq yem və yemləmə qaydası təmin edilməlidir. Bu cür yem heyvanın məhsuldarlığının və iş qabiliyyətinin bərpa olunmasına kömək edir.Müalicə yemləməsi təyin edərkən yemlərin asan mənimsənilməsi və xoş dada malik olması, mədə - bağırsaq sisteminin, qaraciyərin və endokrin vəzilərinin funksiyası, xəstəliyin xarakteri, xəstənin vəziyyəti və s. nəzərə alınmalı, yemləmə qaydalarına riayət olunmalıdır. Müalicə yemləməsini xəstəliyin səbəbini aradan qaldırmağa və heyvana qulluğu yaxşılaşdırmağa yönəldilən vasitələr və digər müalicə metodları ilə (farmakoterapiya və s.) əlaqələndirmək lazımdır.İribuynuzlu heyvanlar üçün dietik yemləmə kimi təzə biçilmiş ot, müxtəlif ot qarışıqları, yonca və quru yonca, ot unu, yerkökü, yem çuğunduru və keyfiyyətli premiks, vitamin və mineral qarışıqlı yemlər istifadə edilir. Xırda buynuzlu heyvanlar üçün dietik yemləmə kimi müxtəlif ot qarışıqları və ya çəmən otu, vitamin və mineral qarışıqlı qüvvəli yemlərdən istifadə edilir. Donuzlar üçün qüvvəli yemlərdən ibarət yem qarışıqları, bişirilmiş kartof, kökümeyvəlilər, üzsüz süd və göy ot məsləhət görürlər. Ətyeyənlərə dietik yemləmə kimi farş, süd, ət bulyonları, vələmir sıyığı və s. təyin edilir. Atlar üçün dietik yemlər kimi adətən yumşaq çəmən otları, vələmir qırıntısı və ya cücərdilmiş vələmir, kəpək və s. təyin edilir.Müalicə yemləməsində heyvanın növü, yaşı nəzərə alınmaqla onu təbii yollarla dietik yemləməli və müşahidə olunan kliniki əlamaətlər itdikdən sonra tədricən adi yemləməyə keçirtmək lazımdır.Körpə buzovlar üçün mədə - bağırsaq pozuntuları zamanı sekresiya və sorulmanı yaxşılaşdıran, geniş istifadə edilən dietik vasitələrdən (ot dəmləməsi, adi dazı, əvəlik, çobanyastığı, sincanotu dəmləmələri və s.) bağırsaq mikroflorasının tərkibini normallaşdıran (asidofil bulyon kulturası, asidofilin, soğan və sarımsaq dəmləmələri və s.) büzüşdürücü və loğalayıcı vasitələrdən (palıd qabığının dəmləməsi və həlimi, vələmir həlimi və s.) göstərmək olar. Yeni doğulmuş körpələr üçün ən yaxşı dietik yem sağlam inəklərdən alınmış ağız südüdür. Südəmər çoşkalar üçün dietik yemlər kimi qovrulmuş taxıl, vələmir həlimi, vələmir südü və başqa vasitələrdən istifadə edilir. Heyvanların vəziyyətindən və qoyulan diaqnozdan asılı olaraq baytar həkimi dietanı (pəhriz yemləməni) təyin edir və ya dəyişir, yemləmə rejimini və həcmini nəzarətdə saxlayır. Məsələn, iribuynuzluların ketozunda asan həzmə gedən karbohidrat yemlərin (göy ot, ot, ot unu, yem və şəkər çuğunduru) verilməsi artırılır, uyğun olaraq konsentrat yemlərin miqdarı azalır. Qaraciyər və böyrək xəstəlikləri zamanı heyvanların yem payında duzun miqdarı azaldılır, dən cecəsi və yağsızlaşdırılmış cecənin verilməsi dayandırılır.Pəhriz qaydaları müxtəlifdir. Belə ki, bunlar tam aclıq və yarımaclıq pəhrizindən, xüsusi qoruyucu yemləmə rejimindən ibarətdir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin