1. Baytarlıq mualicə elminin qısa tarixi


Maddələr mübadiləsi pozuntuları



Yüklə 1,02 Mb.
səhifə11/55
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#34752
1   ...   7   8   9   10   11   12   13   14   ...   55
Terapiya muhazirələr

Maddələr mübadiləsi pozuntuları zamanı dietik yemin seçilməsi prosesin xarakterinə əsaslanmalıdır. Zülal azlığından əmələ gələn xəstəliklərdə heyvana yonca, çəmənotu, buğda yarması, balıq unu, ət unu, süd və s. təyin edilir. Bunların tərkibindəki zülallar orqanizmi əvəzolunmaz aminturşularla təmin edir.

Avitaminozlar və hipovitaminozlar zamanı prosesin xarakterindən asılı olaraq pəhriz yemləməsi bu və ya digər vitaminə olan ehtiyacın ödənilməsinə yönəldilməlidir. Orqanizmi A vitamini ilə təmin etmək üçün heyvana kələm, yerkökü, göy ot, keyfiyyətli quru ot, silos, arpa, vələmir (yaşıl kütlə) süd məhsulları, D vitamini ilə təmin etmək lazım gəldikdə süd, yumurta sarısı, qaraciyər, balıq yağı, ot, silos, E vitamininə (tokoferol) ehtiyac olduqda isə bir çox heyvan və bitki məhsulları, qaraciyər, buğda, qarğıdalı, bitki yağları, K vitamini lazım olduqda yonca, yerkökü, balıq unu, qaraciyər təyin edilir. B qrupu vitaminlər çatışmadıqda yaşıl yemlər, C vitamini çatışmadıqda isə ot, silos, kələm, soğan, kartof, şam ağacının yarpaqları verilməlidir.

Mineral maddələr çatışmadıqda əmələ gələn pozuntu zamanı heyvana xörək duzu, sümük unu, təbaşir, kobalt, mis, dəmir preparatları və s. verilir.

Qaraciyər və böyrək xəstəliklərində tez həzmə gedən şəkər və nişasta, vitaminlərlə zəngin yemlər – ot, kökümeyvəlilər və buğda yarması verilməlidir. Sulu və turş yemlər yem payından çıxarılmalıdır.Qanyaradıcı sistemin xəstəliklərində heyvana yonca, jmıx, mineral maddələr (xörək duzu, sümük unu, təbaşir, dəmir, mis, kobalt) kompleksi verilməlidir. Bəzi süni yemlərdən istifadə edilir.Dietoterapiya müalicə tədbirlərinin əsas şərtlərindən biridir. Bunun yaxşı cəhəti onun sadəliyi və mümkünlüyündədir, necə iri, müasir texnologiya ilə sənaye komplekslərində, eləcə də xırda fermer təsərrüfatlarında bu üsulla müalicə və profilaktiki tədbirlər aparmaq mümkündür.

Fitoterapiya – bitki mənşəli preparatlarla müalicədir. Müxtəlif mənşəli xəstəliklərin müalicə və profilaktikasında dərman bitkiləri həmişə geniş istifadə olunmuşdur. Bunların istifadəsi müxtəlif müalicə - profilaktika metodları ilə birlikdə müalicədə xüsusi effekt verir. Dərman bitkiləri çox sahəli təsirə malikdirlər. heyvanların demək olar ki, bütün orqan və sistemlərinə müsbət təsir göstərirlər. qeyd etmək lazımdır ki, xarakterik olaraq həzm sistemi orqanlarının patologiyasında çox yaxşı təsir edir.Bitki preparatlarının optimal müalicə təsiri onların xarici və daxili (dəri, əzələ, sümük və oynaqların xəstəliklərində, yara və xoralarda, vena və arteriyaların xəstəliklərində, yanğılarda, travmalarda və donmalarda, radiasiya və kimyəvi zədələnmələrdə) xəstəliklər zamanı bunlara uyğun istifadə edilir. Müxtəlif növ iltihablarda fitoterapiya daha effektlidir.Dərman bitkiləri adətən bir neçə təsiredici maddələrdən ibarət olurlar. Dərman hazırlamaq üçün bitkilərin tumurcuğundan, qabığından, yarpaq və gülündən, meyvə və giləmeyvəsindən, toxum və kökündən istifadə edilir. Dərman bitkiləri qurudularaq saxlanılır. Dərman bitkilərinin qurumasını köklərin və qabığının əldə çatlayaraq qırılması, yarpaqların və gülün əllə ovxaladıqda toza çevrilməsi, toxumu, meyvəsi və giləmeyvəsi əllə sıxılarkən yapışqanlığın olub – olmaması ilə bilmək olar. Adətən, bitki mənşəli xammal dəmləmə və həlimlər şəklində istifadə edilir.Dəmləmələrin hazırlanması. 10 qr (bir xörək qaşığı) xammal emalı qaba qoyularaq üzərinə bir litr qaynar su əlavə edilərək qabın ağzı örtülür. Qaynayan su hamamında 15 – 20 dəqiqə qızdırılır. Soyuduqdan sonra xammal süzülərək alınan dəmləmənin həcmi qaynar su ilə birlikdə bir litrə çatdırılır.

Həlimlərin hazırlanması. 2 xörək qaşığı xammal emalı qaba tökülərək üzərinə bir litr qaynar su əlavə edilir. 20 – 30 dəqiqə su hamamında qızdırılaraq 10 dəqiqə otaq temperaturunda soyudulur, süzülərək gündə 3 – 4 dəfə yemləmədən 20 – 30 dəqiqə əvvəl heyvana verilir. Dəmləmə və həlim tez xarab olan məhsul olduğuna görə onların saxlanması sərin yerdə 2 – 3 gündən artıq olmamalıdır.Bitki mənşəli xammalın saxlanma müddəti: ot, yarpaq, gül 1 – 2 il, meyvələri 2 – 3 il, kökü isə 3 – 5 ildən artıq olmamalıdır.Dərman bitkilərindən adətən, mədə - bağırsaq xəstəliklərində: adi dazı, yovşan, dəmrov otu, boymadərən, çobanyastığı, adi zirə, palıd qabığı, bataqlıq zambağı, sincanotu, nanə, bağayarpağı, qaragilə, zəncirotu, quzuqulağı, sürvə, solmazçiçəyi, qızılağac, gicirtkən, yatıq qanqal, gülxətmi, qatırquyruğu, dəvədabanı, itburnu, şüyüd, dağ tərxunu, qaraqınıx və s. tənəffüs sisteminin xəstəliklərində: boymadərən, qırxbuğum, sincanotu, qatırquyruğu, zəncirotu, dəmrov otu, söyüd qabığı, moruq yarpağı və meyvəsi, cökə gülü, çobanyastığının gülü və s. Müxtəlif dərman bitkilərini bir çox başqa xəstəliklərdə də istifadə edirlər.

İxtisaslaşdırılmış maldarlıq təsərrüfatlarında profilaktika və müalicə tədbirləri



Belə təsərrüfatlarda yoluxmayan xəstəliklərə qarşı aparılan mübarizə tədbirləri elə planlaşdırılmalıdır ki, onlar epizootiya əleyhinə dehelmentizasiya, deratizasiya, dezinfeksiya və s. tədbirlərlə birlikdə aparılmalıdır. Baytarlıq müalicə və profilaktika tədbirlərində müasir diaqnostiki, o cümlədən kliniki – biokimyəvi üsullardan geniş istifadə edilirMüasir dövrdə maldarlığın sənayeləşdirilməsi şəraitində əvvəllər geniş inkişafda olmayan, bəzən də heç məlum olmayan patologiya əmələ gəlir. Bunlara həzm orqanlarının bəzi xəstəlikləri (donuzlarda mədə xorası, buzovlarda şırdan xorası, kitabçanın dolub tıxanması, işgənbənin parakeratozu, şirdanın burulması, bağırsaqların tük bezoarları ilə tıxanması və s.), maddələr mübadiləsindən (buzov və qoyunlarda keçəlləşmə, buzovlarda sidik daşları xəstəliyi və hemorraji diatezlər, donuz və iri buynuzlu heyvanlarda eksudativ miopatiya, əzələ distrofiyaları) və s. xəstəliklər aiddir. Belə təsərrüfatlarda müntəzəm olaraq stress əleyhinə tədbirlər – mikroiqlimin parametrləri nizamlanır, təsərrüfat daxili heyvanların köçürülməsi qaydalarına riayət edilir, stress əleyhinə dərman preparatlarından və s. istifadə edilir.

Südlük təsərrüfatlarında – yoluxmayan daxili xəstəliklərinin profilaktika və müalicə tədbirləri bilavasitə sənaye proseslərinin texnoloji dövrünün xüsusiyyətləri ilə bağlıdır. Baytar mütəxəssisləri tərəfindən bu təsərrüfatlarda ildə iki dəfədən az olmayaraq kompleks dispanserizasiyanı apararaq üstünlük təşkil edən xəstəlikləri müəyyənləşdirərək, onlara qarşı profilaktika və müalicə tədbirləri. Südlük təsərrüfatlarda rentabelliyin əsas şərti inəklərin fizioloji nöqteyi nəzərdən Bu qrup heyvanların yem paylarından, texniki – istehsalat qalıqlarını – cecə, karbamid əlavələri, qeyri - ənənəvi yem əvəzediciləri (neft, qaz və odunun kimyəvi emalı əsasında alınan yemlər) və doğum şöbəsində silos çıxarılır. Yem payı premiks, yem əlavələri və sənayedə istehsal olunan preparatlar vasitəsi ilə nizamlanır.Kimyəvi və mikrobioloji sintez vasitələrinin, mineral və vitamin maddələrinin heyvanlara verilməsi ciddi baytarlıq nəzarəti altında aparılmaldır olunur.Mineral mübadiləsi pozuntularının profilaktika və müalicəsində ftorsuzlaşdırılmış yem fosfatı, yem monokalsium fosfatı, yem presipitatı, mononatrium fosfat, dinatrium fosfat və mikroelementlərin duzları (kobalt, mis, sink, yod, manqan) və s. istifadə edilir. Vitamin çatışmazlığı zamanı retinol preparatları (mikrovit A, retinolun konsentratı, trivitamin), kalsiferol (videin), D vitamininin yağda konsentratı (balıq yağı, D vitaminin qurudulmuş, mayalanmış konsentratı və s.), tokoferol (qranuvit E, E vitaminin yağda konsentratı), B qrupu vitaminləri (tiamin bromid, riboflavin, xolin, piridoksin, nikotinamid və pantoten turşuları, fol turşusu, sianokobalamin) geniş istifadə olunurlar. Təcrübə göstərir ki, boğaz inəkləri doğum şöbələrinə doğuma 5 – 7 gün qalmış keçirtmək lazımdır. Doğumdan sonra balası ana ilə birlikdə bu şöbədə 2 gün qalmalıdır.Bu müddətdən sonra doğulmuş bala profilaktoriyaya, anası isə tövləyə, sağmal qrupa keçirirlər. yeni doğulmuş buzovların qruplaşmasında yaş fərdi 3 – 4 gündən artıq olmamalıdır. Buzovların profilaktoriyada fərdi qəfəslərdə 15 – 20 gün saxlayaraq 10 gün müddətində, hipotrofiklərin isə 15 gün ərzində ağız südü ilə yemləndirilməsi daha məqsədəuyğun və səmərəlidir.. Şöbələrin hamısında ayda bir dəfə sanitariya günü keçirilir.

İxtisaslaşdırılmış düyə bəsləmə və iribuynuzlu heyvanların kökəltmə təsərrüfatlarında yoluxmayan xəstəliklərin müalicə və profilaktika tədbirləri.



Bu təsərrüfatların adi ənənəvi fermalarla müqayisədə özünəməxsus xüsusiyyətləri mövcuddur., yəni adi fermalarla müqayisədə diri kütlənin artımı isə 30 – 40 % təşkil edir. Bəslənmə müddətində 3 aylıqdan başlayaraq buzovlara xüsusi ayrılmış meydançalarda gündəlik gəzinti təşkil olunur, yay aylarında xüsusi otlaqlarda saxlanılır, yemləmədə isə göy ot və kökümeyvəlilərdən geniş istifadə edilir..Düyələrin bəslənmə və danaların kökəltmə komplekslərində heyvanlarda baş verən xəstəliklərin təhlili göstərir ki, üstünlük təşkil edən patologiya:

  1. Respirator xəstəliklərdən (bronxopnevmoniya) – texnoloji tsiklin birinci iki pilləsində, yəni heyvanların kompleksə daxil olduğu gündən kökəltmənin intensiv pilləsinə keçirildiyi günə qədər, bəzi hallarda isə buzovların 3 – 4 aylığında 40% - də yuxarısı respirator xəstəliklərə tutulur (soyuqlama faktoru).

  2. Mədə - bağırsaq xəstəlikləri və qaraciyərin patologiyası (mədə önlüklərinin hipotoniya və atoniyası, işgənbənin asidozu və parakeratozu, xoralı abomazit, qastroenterit, hepatoz, hepatit) və başqaları əsasən bəslənmənin ikinci pilləsinin sonunda və axırıncı pilləsində əmələ gəlir.. qeyri - əlverişli faktorlar orqanizmin rezistentliyini zəiflədərək maddələr mübadiləsinin patologiyasına, kütləvi mədə - bağırsaq və ağciyər xəstəliklərinə səbəb olur.

Baytar mütəxəssisləri tərəfindən vaxtaşırı aparılan profilaktika və müalicə işinin istiqaməti aşağıdakılardır.

  1. Kökəltmə və bəsləmə təsərrüfatlarını tam sağlam 4 – 5 təsərrüfatlardan gətirilən körpə heyvanlarla kompleksləşdirilməsi;

  2. Tədarükçü təsərrüfatlarda körpə heyvanların alınması, saxlanılması və bəslənilməsində olan qanunlara ciddi riayət edilməsi;

  3. Komplekslərdə heyvan qruplarının yaradılması və cavan heyvanların nəql edilməsi ciddi baytar nəzarətində olmalıdır;

  4. Buzovları tədarükçü təsərrüfatlardan çıxarmazdan (nəql etməzdən) əvvəl antistress preparatlarının yeridilməsi və xüsusi nəqliyyat vasitələrindən istifadə edilməsi ciddi nəzarətdə saxlanılmalı;

  5. Kökəltmə və bəslənmə fazalarının (pillələrinin) normadan artıq olması məqsədəuyğun deyil;

Bəzi bölgələrdə kökəltmə və bəsləmədə cecələrdən geniş istifadə edərkən (yem payında bu yemlərin miqdarı 60% - ə çatdıqda) heyvanlarda maddələr mübadiləsi pozğunluqları, qaraciyər xəstəlikləri (osteodistrofiya, hipovitaminozlar, hepatoz və s.) əmələ gəlir. Belə hallarda heyvanların yem paylarına 3 – 5 kq keyfiyyətli ot, 3 – 4 kq qarışıq yemlər, fosfor – kalsium və vitamin premikslərinin əlavə edilməsi yaxşı nəticə verir..Nəzərə almaq lazımdır ki, qəbul olunmuş saxlanma, bəslənmə və yemlənmə texnologiyası pozulduqda kütləvi yoluxmayan xəstəliklər (osteodistrofiya, raxit, çoşkaların alimentar anemiyası, A hipovitaminoz, qastroenteritlər, xoralı qastritlər, qaraciyərin toksiki distrofiyası, bronxopnevmoniya, stresslər və s.) baş verir. Bununla da təsərrüfatların iqtisadi səmərəliliyi müəyyən qədər aşağı düşür.

Qoyunçuluq təsərrüfatlarında yoluxmayan daxili xəstəliklərə qarşı aparılan müalicə və profilaktiki tədbirlər - təsərrüfatların istiqamətlərindən, heyvanların baş sayından və bölgə amillərindən asılıdır.. Otlaq sahələrinin və gəzinti yerlərinin olmaması, nəmlidöşəməsi olmayan, divarları beton və daşdan olan tövlələrdə saxlanması, yem paylarında otun az olması və heyvanların sıxlığı qoyunlara daha çox mənfi təsir göstərir. Baytar mütəxəssisləri tərəfindən yemlənmənin nizamlanmasına, ana qoyunların və yeni doğulmuş körpələrin saxlanmasına xüsusi diqqət yetirməlidirlər.Torpaq, su və bitkilərin bölgələr üzrə xüsusiyyətlərini nəzərə alaraq təlimata uyğun heyvanların yem paylarına mikroelementlərin duzları: kalium – yodid, kobalt – xlorid, mis – sulfat, sink – sulfat və s. əalvə edilir. Yem payında kalsium – fosfor nisbətini təbaşir, florsuzlaşdırılmış yem fosfatı, mononatrium - fosfat, dinatrium – fosfat, vitamin çatışmazlığını isə mikrovit A, trivitamin, tetravit, retinolun yağda konsentratı, videin, D2 vitamininin mayalanmış quru konsentratı, D2 vitamininin yağda konsentratı, qranuvit E və başqa preparatlar əlavə etməklə nizamlayırlarQoyunçuluqda yoluxmayan xəstəliklərə qarşı profilaktiki tədbirlər adətən istehsalat texnoloji əməliyyatlarla (qırxma, quzuların ayrılması və s.), epizootiya əleyhinə və dehelmentizasiya tədbirləri ilə birlikdə aparılır. Profilaktiki fasilələr (binaların mexaniki təmizlənməsi və dezinfeksiyası) ciddi nəzarətdə saxlanılmalıdır. Belə ki, ana qoyun və quzular saxlanılan binalarda bu fasilə bir gün,

başqa binalarda isə üç gün müddətində olur. İldə 1-2 dəfə binalar heyvanlardan 5 günlüyünə azad edilir.

Muhazirə № .-3


1.-Fizioterapiya və fizioprofilaktikanın metod və vasitələri

Plan


1.-İşıqla mualicə -Fototerapiya

2.-İnfraqırmızı şualarla mualicə

3.- Ultrabənövşəyi şualarla mualicə

4.-Günəş radiasiyası



5.-lazeroterapiya
Fizioterapiya – müalicə - profilaktika məqsədilə fiziki faktorların (təbii və süni mənbələrin) istifadəsidir. Ümumi və xüsusi fizioterapiyadan ibarətdir. Fizioterapiya yunan sözü olub (physicus – təbii, therapia – müalicə) təbii amillərlə (işıq, su, hava, günəş, palçıq və s.) müalicə deməkdir.Ümumi fizioterapiyanın vəzifəsi fiziki faktorların (amillərin) və onların norma və patologiya vəziyyətində olan orqanizmə təsir mexanizminin xüsusiyyətlərinin öyrənilməsidir. Fiziki amillərin mexanizm təsirinin öyrənilmiş nəticələrinin müalicə və profilaktiki məqsədilə istifadəsi isə xüsusi fizioterapiyanın əsas məqsədidir. Fiziki amillər orqanizmə dəri, selikli qişalar, müxtəlif orqan və toxumalar, eləcədə yem və su vasitəsilə təsir edir. Bu təsir çox mürəkkəbdir. Bunun nəticəsində hüceyrələrdə biofiziki, biokimyəvi, neyro – humoral dəyişikliklər əmələ gəlir, kolloidlərin dispersliyi dəyişir (yüksəlir yaxud aşağı düşür). Hüceyrə membranının səthində elektrik yükdaşıma dəyişir və nəticədə mübadilə prosesləri müxtəlif istiqamətdə (güclənir, zəifləyir yaxud normallaşır) dəyişir. Bunların yerli istifadəsi orqanizmə həmişə ümumi təsir edir. Təbii amillər orqanizmə reflektor təsir göstərir. Onlar dəri, selikli qişa, sklera vasitəsilə qəbul edilib sinir sistemi ilə müvafiq mərkəzlərə verilir. Buradan isə effektorlarla müxtəlif orqan və toxumalara çatdırılır. Rentgen və ultrabənövşəyi şüaların, nüvə şüalanmasının, ultrayüksək tezlikli elektrik sahəsinin orqanizmə təsiri spesifik olmaqla digər təbii amillərdən kəskin surətdə fərqlənir.Fizioterapevtik əməliyyatlar dərman (medikamentoz) və başqa müalicə vasitələri ilə müqayisədə bir neçə özünə məxsus xüsusiyyətlərə malikdir. Birincisi, əksəriyyəti müalicə məqsədilə istifadədən əlavə orqanizmin profilaktiki ümumgücləndirici vasitəsi kimi (ultrabənövşəyi şülanma, işıq, su və s.) istifadə oluna bilər. İkincisi müalicə əməliyyatlarının hansısa bir xəstəliyə görə qeyri – spesifik olması. Eyni fizioterapevtik təsir növü müxtəlif xəstəliklərdə müsbət nəticə verə bilər. Məsələn ultrabənövşəyi şüaların (raxit, çiban, mədə önlüklərinin atoniyası, maddələr mübadiləsi xəstəlikləri və s.) istifadəsi bu xəstəliklərin hamısında yaxşı nəticə verir. Digər tərəfdən isə fizioterapiyanın müxtəlif vasitələri eyni xüsusiyyətlərə malikdirlər. Məsələn toxumaların isinməsini müxtəlif fiziki amillərin təsirindən (içinə su tökülüb bədənin ağrıyan yerinə qoyulan rezin qovuq, sollyuks lampası və s.) almaq olar. Beləliklə fizioterapiya vasitələri heyvan orqanizminə qeyri – spesifik təsir göstərir. Belə müalicə həmin vasitənin miqdar və keyfiyyətindən, xəstə orqanizmin verdiyi cavab reaksiyasının xarakter və gücündən, habelə orqanizmin bu qıcığa qarşı öz müdafiə funksiysını gücləndirməkdən çox asılıdır. Üçüncüsü fiziki amillər xəstə orqanizmə təsir edərək xaricdən ona enerji verir. Orqanizmdə bu enerji başqa növ enerjilərə çevrilərək mübadilə proseslərinin və orqanizmin müqavimətinin güclənməsinə səbəb olur. Qeyd etməliyik ki, fiziki amillərin terapevtiki istifadəsi orqanizmdə toksikoz vermir və ağrı hissləri yaratmır (əmələ gətirmir).Fiziki faktorlar müxtəlif yönümlü olmaqla sakitləşdirici, ağrıkəsici, tonus artıran, iltihab əleyhi və antiseptik təsirə malikdirlər. Bununla da orqanizmdə spesifik immunitetin yüksəlməsinə və orqanizmə böyük fayda verən bioloji aktiv maddələrin (histamin, D2 vitamini, melanin) əmələ gəlməsinə səbəb olur. Fiziki qıcıqların optimal dozaları mübadilə proseslərini stimulə edir. Bunları kiçik dozalarla uzun müddət tətbiq etdikdə cavab reaksiyası sönür, güclü qıcıqlar isə sinir sisteminə kəskin təsir edərək, xəstəlik əmələ gətirir.

Fizioterapiya baytarlıqda yeni elm sahəsidir, onun vasitələrindən yoluxmayan daxili, cərrahi, mamalıq xəstəliklərinin, qismən də infeksion və invazion xəstəliklərə qarşı mübarizədə istifadə edilir. Bütün bunlarda müalicə amilinin dozası mühüm rol oynayır. Başqa müalicə metodları kimi fizioterapiya vasitələri də patoloji prosesə kömək edən qıcığın təsini aradan qaldırmaqdan, xəstəlik reaksiyasını zəiflətmək, yaxud söndürməkdən, pozulmuş funksiyanı, habelə sinir – trofik əlaqələri bərpa etməkdən ibarətdir. Son vaxtlar baytarlıqda təbii amillərdən müalicə ilə yanaşı profilaktika məqsədilə də geniş istifadə edilir.Fiziki amillərin köməyi ilə patoloji prosesin gedişinə təsir edərək onu məqsədyönlü istiqamətə dəyişmək yaxud ayrıca müalicə vasitəsi kimi və ya başqa müalicə vasitələri ilə birlikdə kompleks şəkildə istifadə etmək olar. Fiziki üsullar bərpaedici terapiyada mühüm rol oynayırlar. Buna görə də onları xroniki proseslər və onların kəskinləşməsi zamanı istifadə etmək olar. Fiziki amillərin təsir gücü heyvanın yaşından, orqanizmin fizioloji vəziyyətindən, məhsuldarlığı və başqa göstəricilərdən asılıdır.


İşıqla müalicə (Fototerapiya)

Şüa enerjisinin bir sıra növlərinin (görünən ultrabənövşəyi və infraqırmızı) müalicədə tətbiqi – işıqla müalicə və ya fototerapiya adlanır. Xəstəliklərin müalicə və profilaktikasında görünən (göy qurşağının yeddi rəngləri) ultrabənövşəyi və infraqırmızı şüalar istifadə edilir. Bunların təbii mənbəyi günəş enerjisi, süni mənbəyi isə xüsusi lampalar və cihazlardır. Elektromaqnit nəzəriyyəyə görə şüa enerjisi müxtəlif uzunluğa və rəqslərinin tezliyinə görə səciyyələnən elektromaqnit dalgalarıdır. Şüa – müxtəlif tezliyə və uzunluğa malik dalğaların sürətlə yayılmasından ibarətdir. Şüa enerjisinin müxtəlif növləri öz rəqslərinin tezliyinə və dalğalarının uzunluğuna görə bir – birindən fərqlənir. Rəqslərin sayı artdıqca şüa dalğaları da bir o qədər qısalır və ya əksinə, rəqslərin tezliyi azaldıqca dalğalar bir o qədər də uzun olur.Kvant nəzəriyyəsinə görə enerjinin ayrılması və udulması ayrı – ayrı hissə kimi getdiyindən Kvant adlanır. Dalğanın uzunluğu gödəldikdə Kvant enerjisi artır. Nyuton şüa dəstəsini prizmadan buraxaraq pərdədə rəngli zolaq almış və bunu spektr adlandırmışdır. İşığın spektri görünən və görünməyən şüalara bölünür. Görünən işıq spektri tədricən bir – birinə keçən qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi şüalardan ibarətdir. Şüa dalğasının uzunluğu Anqstrem (millimikronun onda biri) vahidi ilə ölçülür, (A°) – işarə edilir. Görünməyən infraqırmızı şüaların uzunluğu 469 mkm – 760 nm, görünən şüalarınkı 760 – 400 nm, ultrabənövşəyi şüalarınkı isə 400 – 2 nm - ə qədərdir. 1936 – cı ildə Kopenhagendə çağrılmış ikinci Beynəlxalq Konqresdə ultrabənövşəyi radiasiyanı üç sahəyə bölmək qərarına gəliblər.



  1. Dalğasının uzunluğu 400 – dən 320 mmk (A° qədər olan A – ultrabənövşəyi şüalar – zəif bioloji təsirə malik olan sahə)

  2. Dalğasının uzunluğu 320 – 180 mmk qədər olan β ultrabənövşəyi şüalar – spektrin kimyəvi təsir göstərən aktiv sahəsi.

  3. Dalğasının uzunluğu 275 – 180 mmk qədər olan güclü bakteriosid təsirə malik C ultrabənövşəyi şülar.

Rentgen şüaları qısa dalğalı spektrə aid olub uzunluğu 13.6 – dan 0.006 mmk olur. Qamma kosmik şüalar isə görünən şüalardan milyon dəfələrlə qısa olub çox böyük enerjiyə malikdirlər. Müxtəlif növ enerji şüalarında istilik və ya kimyəvi təsiri üstünlük təşkil edir. Spektrin sol tərəfində yerləşən uzun dalğalı şüalarda istilik effekti üstünlük təşkil edir. Spektrin sağ tərəfində yerləşən şüalarda isə kimyəvi effekt üstünlük təşkil edir. Şüalanma mənbələri kalorik, istilik və lüminessent olurlar. Şüalanmanın intensivliyi bədənin isinməsindən asılıdır. Günəş, lüminessent mənbələrinin təsiri temperaturun səviyyəsindən yox, orqanizmdə gedən fiziki – kimyəvi proseslərdən asılıdır (civə - kvars lampaları). Görünən işıq dalğanın uzunluğundan və rəqslərin tezliyindən asılı olaraq yeddi rəngə bölünür. Közərmə lampaları təbii günəş işığının spektri ilə müqayisədə sarı və qırmızı şüalarla bol arası kəsilməyən şüalanma spektri verir. Son zamanlar maldarlıqda və quşçuluqda binaların işıqlandırılmasında lüminissent lampalardan istifadə edilir. lüminissensiya zamanı müxtəlif növ enerji (elektrik, kimyəvi və s.) isti şüalanma pilləsini ötürərək bilavasitə işıq şüalanmaya keçir. Müxtəlif uzunluğu və diametri olan lüminissent lampalar daxilində civə buxarı olan şüşə borulardır. Şüşə borusunun uclarına volfram elektrodlar birləşdirilmişdir. Elektrik cərəyanı keçdikdə civə buxarı görünməyən ultrabənövşəyi şüalanma əmələ gətirir. Bu isə öz növbəsində lüminoformla görünən şüalanmaya çevrilir. Lüminissent lampaların üstünlüyü közərmə lampaları ilə müqayisədə ondan ibarətdir ki, yüksək işıq verməklə parlaqlığı az olur və uzun müddət istifadə etmək mümkündür.

İşığın bioloji təsirimürəkkəb və çox şaxəlidir. İşıq enerjisinin təsiri onun dozası ilə əlaqədardır. İşıq enerjisinin kiçik dozası mübadilə proseslərini stimulə edir, orta dozada hüceyrə və toxumaları fəaliyyətdən salır, böyük dozalarda isə hüceyrələri dağıdıb məhv edir. Görünən şüalar dəri, selikli qişalar və xüsusən gözün torlu qişası ilə qəbul edilərək, inter və ekstrareseptorlar vasitəsilə beyin qabığına verilir, reflektor olaraq daxili orqanlara təsir göstərir. Onlar öz dozalarından asılı olaraq maddələr mübadiləsini qüvvətləndirir, yaxud zəiflədir. İşığın bioloji təsirinin əsasında gözün torlu qişası və dərinin çoxsaylı reseptorlarına reflektor təsiri durur. Görmə orqanı vasitəsilə işıq hipotalamus və hipofizin vegetativ mərkəzlərinə təsir edir. Dəri vasitəsilə qıcıqlandırıcı işıq enerjisi uyğun impuls şəklində udularaq mərkəzi sinir sisteminə ötürülür. Eyni zamanda dəridə morfoloji dəyişikliklər gedir. Zülalların parçalanması nəticəsində əmələ gələn bioloji aktiv maddələr orqanizmin mübadilə prosesinin tənzimlənməsinə təsir edərək fiziki – biokimyəvi proseslərin güclənməsinə və endokrin sisteminin funksiyasının stimullaşmasına səbəb olur. Şüalanma enerjisinin bioloji təsiri orqanizmdə o zaman dəyişiklik əmələ gətirə bilər ki, bu enerji orqanizm tərəfindən udularaq istilik enerjisinə çevrilsin. Bu proses isə öz növbəsində orqanizmdə kimyəvi – bioloji proseslərin tezləşməsinə, tozuma mübadiləsinin artmasına və başqa kimyəvi dəyişikliklərə, o cümlədən məhsuldarlığın azalmasına, infeksion xəstəliklərə meylliliyin artmasına və başqalarına səbəb olur. Belə dəyişikliklər yemləmə və bəslənmənin yaxşılaşdırılması ilə də mümkün deyil.

Günəş radiasiyası (helioterapiya) – günəş şüalarının heyvanların orqanizminə mötədil dozada yaxşı təsiri qədim dövrlərdən bəllidir. Günəş radiasiyasının təsir gücü bir çox faktorlardan o cümlədən ilin mövsümündən, şüaların yerin səthinə düşmə bucaq dərəcəsindən, atmosferin vəziyyətindən, heyvanların növü, yaşı, cinsi və s. – dən asılıdır. Günəş şüalarının təxminən 70 %-i yer səthinə gəlib çatır, qalan hissəsi isə atmosfer boşluğunda toz və qazlarla udularaq itir. Hava nə qədər təmiz olarsa günəş şüaları da bir o qədər intensiv surətdə yer kürəsinə çatır. Havada olan tozlar ultrabənövşəyi şüaların 40% - ə qədərini udur. Səhər havada ultrabənövşəyi şüalar, günorta isə qırmızı və infraqırmızı (istilik) şüalar daha çox olur. Günəş şüaları spektrinə uzundalğalı infraqırmızı və gödək ultrabənövşəyi şüalar daxildir. Günəş şüalarının müalicəvi əhəmiyyəti qədim zamanlardan məlumdur. Günəş şüalarının təsiri altında dəridə bioloji aktiv maddələr əmələ gələrək humoral və sinir – reflektor yollarla orqanizmə (müqaviməti artırır, heyvanların inkişafına kömək edir, maddələr mübadiləsini yaxşılaşdırır) müsbət təsir edir. Günəş şüaları diri kütlənin artmasına, sümüklərdə fosfor – kalsium duzlarının yığılmasına (sümüklər bərkiyir), müxtəlif xəstəliklərə qarşı heyvanların müqavimətinin artmasına müsbət təsir göstərir.Günəş şüaları ilə müalicə apararkən havanın temperaturunu, rütubətliliyini, hava cərəyanını, barometrik təzyiqi, heyvanın yaş vənöv xüsusiyyətlərini, habelə orqanizmin vəziyyətini nəzərə almaq lazımdır. Günəş şüalarının təsirindən tüklərin bitməsi, yağ və tər vəzlərinin funksiyası stimullaşır, qanın keyfiyyət tərkibi yaxşılaşır, hemopoyez, qaz mübadiləsi, qlikogen əmələ gəlmə və orqanizmdən oksidləşməmiş məhsulların çıxarılması güclənir. Boyatma stimullaşır, qanın qələvi ehtiyatı artır hövrə gəlmə normallaşır. Günəş şüalarının bakteriosid təsiri yaraların sağalmasını sürtləndirir. Günəş şüalarından cavan heyvanların inkişafı zəif olduqda, raxit və osteomalyasiya xəstəliklərinin müalicəsində, alimentar anemiyaların zəif formasında, çiban, karbunkulyoz, ekzema (sövdə) kimi proseslərə qarşı mübarizədə istifadə edilir. Kaxeksiya xəstəliyində, dekompensasiya olunmuş ürək qüsurlarında və dəri hissiyatının yüksəlməsi kimi patologiyalarda günəş şüalarının istifadəsi pis nəticə verir.Günəş şüaları ilə müalicə və profilaktika tədbirlərini küləksiz yerdə aparmaq daha məqsədə uyğundur. Gəzinti meydançaları və yay düşərgələrində səhər saatlarında 11:00 – a qədər, axşam isə 17:00 – a qədər günəş şüalarından istifadə etmək daha yaxşı nəticə verir. Şüalanma müddəti 5 saat qədər olmalıdır, çünki səhər saatlarında utrabənövşəyi şüalar, gündüz isə infraqırmızı şüalar üstünlük təşkil edir.

Küləksiz nəmli havada günəş şüalarının uzun müddətli təsiri orqanizmin həddindən artıq qızdırılmasına, bu isə öz növbəsində isti və ya günvurmaya səbəb ola bilər. Belə hallarda orqanizmin tüksüz nahiyyələrində (atlarda dodaq nahiyyəsi, başı, ətrafları, qaramalda isə əmcəklər və ətraflar arasında) fotodinamik iltihablaşma prosesləri baş verir. Orqanizmin həddindən artıq qızdırılmasına fiziki iş və piylənmə zamanı baş verir.



İnfraqırmızı şüalanma – İnfraqırmızı şüalar – qızdırıcı və görünməyən şüalardır. Onlar metal əşyaları 100 °C qızdırıldıqda əmələ gəlir. Temperaturu 500 °C – yə qədər qaldırdıqda isə görünən şüalar əmələ gəlir. Patoloji nahiyyənin şüalanması üçün adətən 50 – 60 °C temperatur lazım olur. Bu şüaların qızdırıcı effekti müxtəlif xəstəliklərdə istifadə edilir. Şüalanmanı infraqırmızı şüaların süni mənbələri ilə apardıqda şüalanma sahəsində 2 – 3 dəqiqədən sonra hiperemiya əmələ gəlir. Bununla da həmin sahədə 10 – 15 dəfə qanın hərəkəti, toxuma mübadiləsi, faqositoz və oksidləşmə prosesləri artır. Orqanizmdə istilik intensiv olaraq artır, toxumada suyun miqdarı azalır. Şüalanmadan 30 dəqiqə sonra adətən hiperemiya yox olur. Uzundalğalı infraqırmızı şüalar dərinin səthi qatı ilə udulur. Ona görə də infraqırmızı şüalar daha dərinə təsir etmək üçün yüksək temperaturlu şüalanma mənbələrindən istifadə etmək lazımdır. Toxumaların həddindən artıq qızdırılması onların ətraf mühitə istilik verməsini artırır və gələcəkdə epidermisin dərin qatlarında qayıtmaz proseslərin əmələ gəlməsinə səbəb olur.Közərtmə lampaları ilə süni işıq mənbələrinə işıq qızdırıcı cihazlar – sollyuks lampası (stasionar, portativ, stolüstü), Minin lampası, infraqırmızı şüalar lampası (infraruj – stasionar, stolüstü) aiddir. Sollyuks stasionar lampalarında gücü 500 – 1000 Vt – a çatan közərmə lampaları istifadə edilir. Reflektor çıxarılan parabolik tubusdan ibarət olduğu üçün hansısa bir məhdudlaşmış sahənin qızdırılmasına imkan verir.Sollyuks lampalarının içıq spektri 12% görünən, 90% - ə qədəri isə infraqırmızı şüalardan ibarətdir. Heyvanların şüalandırılması 100 – 120 sm məsafədən qızdırma təsirindən asılı olaraq 15 – 30 dəqiqə müddətində aparılır. Bu prosesə əllə də nəzarət etmək olar. Müalicə kursuna 20 – 25 əməliyyat təyin edilir. Dərində yerləşən toxumaların qızdırılmasını böyük sollyuks lampaları ilə aparılması daha məqsədəuyğundur. Heyvanın bədənində şüalanmanın intensivliyinə əlin arxası ilə nəzarət edilir. Temperaturun kəskin tərəddüdlüyünün qarşısını almaq məqsədilə əməliyyatdan 5 – 10 dəqiqə əvvəl lampaların işə salınması məsləhət görülür. Portativ sollyuks lampasında 200 – 300 Vt gücündə közərmə lampası istifadə edilir və balaca bir çamadanda quraşdırılır. Əməliyyat gündə bir dəfə 30 dəqiqə müddətində 30 – 40 sm məsafədən aparılır. Stolüstü sollyuks lampası portativ sollyuks lampası kimi istifadə edilir. Beləliklə, sollyuks lampaların böyük və kiçik modelləri mövcuddur. Bu lampaların volfram məftili 2800°C – yə qədər qıza bilir. Buna görə də sollyuks lampası infraqırmızı və habelə bütün görünən güclü istilik təsirinə malik şüalar buraxır. Bu əməliyyat başlıca olaraq orqanizmin müxtəlif nahiyyələrində hiperemiya yaratmaq, məhəlli iltihabların sorulmasını sürətləndirmək məqsədilə tətbiq edilir.

M i n i n lampası – parabolik reflektor içərisində taxta dəstəyə taxılmış 50 – 100 Vt gücündə olan adi və ya göy rəngli közərmə lampasından ibarətdir. Göy rəngli şüşə güclü istilik təsirinə malik olan infraqırmızı və görünən şüaların bir hissəsini udur. Məhz buna görə də bu lampalar aörıları kəsmək məqsədilə məhdud nahiyyələrdə tətbiq edilir. Minin lampası ilə şüalandırma sutkada 2 – 3 dəfə 15 – 20 dəqiqə müddətində 5 – 10 sm məsafədən aparılır.

İnfraqırmızı şüa saçan lampalar (infraruj) quruluşuna görə sollyuks lampasını xatırladır. Ancaq közərmə lampa əvəzinə 300 – 500 Vt gücündə olan keramik, konusvari, oda davamlı saxsı boruya sarınan elektrik spiral qoyulub. Lampa 127 – 220 V gərginliyə nəzərdə tutulub. Məftil 500 – 700°C – də közərir və uzundalğalı infraqırmızı şüalar saçır. Heyvanların şüalandırılması gündə bir dəfə 40 – 80 smm məsafədən 15 – 30 dəqiqə müddətində aparılır. Müalicə kursu 20 – 25 əməliyyatdan ibarətdir.Baytarlıq təcrübəsində bəzən işıq vannalarından da istifadə edilir. Bu vanna nazik taxtadan hazırlanmış, içərisində 8 – 12 ədəd hər biri 40 – 75 Vt gücündə elektrik lampası olan iki yarımsfer reflektordan ibarət olan bir cihazdır. Belə işıq vannası gündə bir dəfə və ya günaşırı 20 – 30 dəqiqə müddətinə təyin edilir. Göstəriciləri: xroniki hallarda – haymorit və frontitlərdə, pnevmoniya və plevritlərdə, mədə önlüklərinin hipotoniya və atoniyasında, kataral qastroenterit, spastik sancılar, sidik çıxaran sistemin xəstəlikləri, revmatik və travmatik miozitlər və başqa xəstəliklərdə istifadə edilir. İşığın və isitmənin orqanizmə birlikdə təsiri heyvan və quşlarda tənəffüsün tezləşməsinə səbəb olur, ancaq əməliyyatdan sonra tez bir vaxtda keçərək normallaşır. Əks göstəriciləri: İnfraqırmızı şüalar iltihabi prosesin kəskin mərhələsində, ürək qüsurlarının dekompensasiya pilləsində, yabancı şişlər, hemorroji diatezlər, isti və günvurma və septikopiemik proseslərdə istifadə edilmir. Qısa tüklü it və pişiklərdə qızdırıcı əməliyyatları ehtiyyatla aparmaq lazımdır. Əks halda orqanizmin həddən artıq qızdırılması tənəffüs və ürək vurğularının tezləşməsi, sonralar isə heyvanın depressiyasına (süstlüyə) səbəb olur. Profilaktiki məqsədlə maldarlıq fermaları və kompleksləri şəraitində müxtəlif növ qısa dalğalı (toxumada 8 sm - ə qədər dərinliyə keçən) və uzundalğalı (dərinin səthi nahiyyəsində hiperemiya əmələ gətirən) diapozonda müxtəlif növ infraqırmızı şüaların süni mənbələrindən istifadə edilir. Közərən xromnikel məftilli infraqırmızı şüa saçan lampaların istifadəsi daha çox və tez effekt verir. Bu lampaların aşağı içərisi güzgülü olduğundan istiliyi daha yaxşı verir (əks etdirmə güclü gedir). Əksər hallarda gücü 400 – 1000 Vt olan hallogen közərmə lampalarından istifadə edilir. Son zamanlar uzundalğalı diapozona malik infraqırmızı şüa mənbələrindən (qara mənbələrdən) geniş istifadə edilir. Bunlara qızdırıcı elementi metal boruya yerləşdirilən OKБ – 137 6 A (ТЭП) aiddir. Son zamanlar belə şüalandırıcı cihazların müxtəlif modelləri CCПО – 250, ОВИ – 1, ОРИ – 1 geniş istifadə edilir.Yeni doğulmuş buzovların ИКЗМ – 220 – 250 lampalı şüalandırıcılarla şüalandırılmasını məsləhət görürük. Bu cihazlar körpə heyvanlar doğulduqdan sonra saxlanılan qəfəslərə birləşdirilərək istifadə edilir (quruducu və qızdırıcı effekt verir). Yeni doğulmuş çoşkalar ağacdan düzəldilmiş (1x 1.2 sm ölçüdə) dəhnəcikdə şüalandırılır. İsti üfürən küləyin temperaturu yeni doğulmuş çoşkalarda 30°C, bir aya qədər südəmər çoşkalarda isə 23 – 24 °C olmalıdır. Yaşı bir aydan çox olan çoşkaları xüsusi dəzgahlarda (taxtadan düzəldilmiş arxa hissəsinə bir neçə közərmə lampaları birləşdirilmiş balaca qəfəslərdə) isidirlər.İnfraqırmızı şüa mənbələrinin yerləşməsi (döşəmədən hündürlüyü) ətraf mühitin temperaturundan və şüalanmanın dozasından asılıdır. Şüalanmanı adətən 15 dəqiqə fasilə ilə bir saat müddətində aparmalı. Ətraf mühitin temperaturu aşağı olduqda şüalanmanın müddəti artırılır. Quzular birinci 3 – 4 günlüyündə hər üç saatdan bir 20 dəqiqə müddətində şüalandırılır. Yaşları artdıqca şüalanma müddəti azalır. Maldarlıq komplekslərində körpələr bəslənilən binalarda avtomatlaşdırılmış ИКУФ və “Luç” qurğularından istifadə edilir. Hər bir qurğu 2 ИК – şüa lampaları və bir ədəd ultrabənövşəyi şüa mənbəyindən ibarətdir. Avtomatik olaraq ardıcıl infraqırmızı və ultrabənövşəyi şüalarla körpə heyvanların şüalandırılması aparılır. Bir aylarına qədər cücələrin infraqırmızı şüalarla şüalandırılması üçün 250 Vt gücündə olan rənglənmiş kolbalardan ibarət lampalardan istifadə edilir. Bir belə mənbə 100 – 120 baş toyuq cücəsinin, 60 – 80 baş hind toyuğu cücəsinin və 50 – 60 baş ördək və qaz balalarının şüalanmasına yetərlidir.

Xromoterapiya. İşıq filtrlərinin (rəngli şüşələr) köməyi ilə görünən işıq spektrlərindən müalicədə istifadə edilməsinə xromoterapiya deyilir. Bu filtrlər ancaq müəyyən şüaları buraxmaq qabiliyyətinə malikdir. Məsələn, qırmızı şüa filtrlər ancaq infraqırmızı, qırmızı və qismən narıncı şüaları, göy şüa filtrlər – göy, qismən bənövşəyi və mavi şüaları, sarı şüa filtrlər – sarı və qismən narıncı və mavi şüaları özündən buraxır. İşıq filtrlərindən közərmə lamplarında və güclü işıq verən aynalı cihazda (projektorlarda) istifadə edilir.

İnfraqırmızı şüaların termik təsirinə əsaslanaraq müalicə ümumi və məhəlli aparılır. Heyvanı gündə 2 – 3 dəfə, hər dəfədə 20 – 60 dəqiqə müddətində işıqlandırmaq olar. Ağciyərlərin, plevranın iltihablarında, spastik sancılarda yaxşı nəticə verir. Belə mülahizə edilir ki, göy işıq ağrını müəyyən dərəcədə sakitləşdirir və tük soğanacıqlarını stimulə edir. Əməliyyat başa çatdıqdan sonra heyvanıı soyuqdan qorumaq lazımdır.



Ultrabənövşəyi şüalanma. Ultrabənövşəyi şüalar spektrin ən aktiv hissəsinə aid olmaqla fotokimyəvi və aeroionizasion effektə malikdirlər, ayna şüşəsi ilə saxlanırlar və bir sm dərinliyə qədər dəriyə keçirlər. Mal – qaranın və quşların xəstəliklərinin müalicə və profilaktikasında təbii günəş şüalarından və müxtəlif növ süni mənbəli lampalardan istifadə edilir.Ultrabənövşəyi şüaların orqanizmə təsiri müxtəlif cürdür və dalğanın uzunluğundan asılıdır. Məhz bu təsirə görə də ultrabənövşəyi şüaların spektri üç hissəyə bölünür.

  1. Uzun dalğalı (dalğanın uzunluğu 400 – 320 nm - ə qədər olan A - spektri) zəif bioloji təsirə (dəridə eritema əmələ gətirərək hüceyrə protoplazmasının zülal tərkibinin biokimyəvi proseslərini dəyişir) malikdir.

  2. Orta dalğalı (dalğanın uzunluğu 320 – 280 nm - ə qədər olan B - spektri) qabarıq şəkildə dezinfeksiyaedici, iltihab əleyhi və ağrıkəsici xüsusiyyətə malikdir. Bu şüaların spektri orqanizmdə fosfor – kalsium mübadiləsinə güclü təsir edərək erqosterin D provitaminini D2 və D3 vitamininə çevirir. Qan serumunda kalsium və fosforun miqdarı artır. Kaliumun səviyyəsi isə azalır. D vitamini başqa (süd, maya) maddələrin şüalanmasında da əmələ gələ bilər. Buna görə də körpə heyvanların raxit xəstəliyinin müalicəsində bu faktor böyük əhəmiyyət kəsb edir.

  3. Qısadalğalı (dalğanın uzunluğu 280 – 180 nm - ə qədər olan C spektri) baktaerial təsirə malikdir.

Hüceyrələrin zülal strukturunun koaqulyasiyası və denaturasiyasını apararaq virusların və bakteriyaların protoplazmasına təsir edir onların maddələr mübadiləsini dayandıraraq məhv edirlər. . Bakteriyaların həssaslığıda müxtəlif olur. Spor şəklində olan bakteriyalar veqetqtiv formalarından davamlı olduğlarına görə onları məhv etmək üçün şualanmanı bir neçə dəfə artırmaq lazım gəlir. Bu spektrin süni mənbələrinin bakteriosid təsiri bir neçə dəfə günəş radiyasiyasından artıqdır.Bu şuaların təsiri altında havanın ionlaşması hesabına tövlələrdə mikroiqlim yaxşılaşır, azonun əmələ gəlməsi artır, mikrobların sayı azalır. Belə bir təsirin gücü mühitin təmizliyi və şəffaflığından , bakteriyaların ( veqetativ və spor formaları) növündən və mikroorqanizmlərin yerləşməsindən asılıdır. Aşağı temperatur ultrabənövşəyi şuaların bakteriosid xüsüsiyyətlərinə təsirini zəiflədir. Ultrabənövşəyi şuaların təsiri altında dəridə və qanda hüceyrələrin zülal hissəsinin ( histamin və başqaları) parçalanma məhsulları əmələ gəlir, amin turşuları hesabına qalıq azotun miqdarı artır. Hüceyrə membranlarının keçiriçiliyinin və kolloid maddələrinin hidrofilliyi nəticəsində kalium və kalsiumun nisbəti dəyişir. Buna görədə şualar dərinin müdafiyə funksiyasını , qaz mübadiləsini , piy və dəri vəzilərinin aktivliyini yaxşılaşdırır. Dəridə gedən morfoloji , fiziki –kimyəvi dəyişikliklərsinir uclarına güclü təsir və beləliklədə reflektor olaraq mərkəzi sinir sistemi və ya humoral yolla müxtəlif orqan və sistemlərə təsir edirlər. Ultrabənövşəyi şuaların orqanizmə təsiri çox şaxəlidir. Şualanmanın başlancığında sonralar isə qanda azalan qısa müddətli asidoz müşahidə edilir. Xolesterinin və katalazanın miqdarı azalır, proteolitik fermentlərin səviyyəsi və eritrositlərin çökmə sürəti isə artır. Qanın morfoloji tərkibinin dəyişməsi şualanmanın mddətindən asılıdır. Mualicəvi və profilaktiki dozalarda adətən qanın tərkibi dəyişmir. Uzunmüddətli şualanma zamanı hemoqlobinin və eritrositlərin azalması , leykositlərin miqdarının və bədən temperaturunun artması müşahidə edilir. Ultrabənövşəyi şuaların normal dozaları ürəyin sistolik həcmini artıraraq arterial qan təzyiqini aşağı salır Qaraciyərdə qlikoqenin toplanması hesabına qanda şəkərin və keton cismlərinin miqdarı azalır, zülal və piy mübadiləsi güclənir.

  1. Ultrabənöşəyi şua mənbələri Baytarlıq təcrübəsində müxtəlif ( stasionar, hərəkət etdirilə bilən stol üstü) ultrabənövşəyi şua saçan cihazlardan istifadə edilir.Çıraqlar - ərinmiş kvars şüşəsindən hazırlanmış silindrik formada olan oyuq borulardır. Lampaların içərisində az miqdarda metal civə və arqon qazı olur, yan hissələrinə isə elektrodlar lehimlənir.Çıraqa elektrik cərəyanı daxil olduqda arqon qazının cüzi sürətdə ionlaşmış molekulları onun hərəkətinə təkan verir. Müsbət yüklənmiş ionların təsiri ilə katoddan axan elektronlar civəni buxarlandırır və ultrabənövşəyi şualar saçmaqa başlayır – çıraq yanır. Civə buxarı mühitində yaranan gərginlik çıraq üçün normal rejimi təmin edir. Bələ vəziyyətdə çıraq on dəqiqiə yandıqdan sonra özünün tam gücü ilə ultrabənövşəyi şualar saçmaqa başlayır. Ona görədə çıraqı yandırdıqdan on dəqiqə sonra mualicəyə başlamaq lazımdır. Çıraqın asan yanması üçün onun xarici səthinə nazik məftil qoyulmuşdur , onun bir uçu cərəyan mənbənin bir qütbü ilə birləşdirilmişdir. Reflektorların formasına görə bir neçə civə-kvars ( Baxın oturaq və asma lampaları , İezionekin dord künç piramid şəkilli ) lampaları ilk ultrabənövşəyi lampalar olublar. Əvvəllər civə-kvars lampalarında iki cür çıraqdan istifadə edirdilər. Bunlardan arqon-civə -kvars ( ARK-2) və düz civə-kvars ( PRK) və bunun müxtəlif markaları PRK-2, PRK-4 və PRK 7 mövcüddür. Hal-hazırda nal şəklində çıraqlar da mövcüddür. Bunlar yalnız öz formalarına görə bir-birlərindən fərqlənirlər. Muasir civə-kvars lampalarında müxtəlif əsasən qövz şəklində civə-boru formasında olan ( DRT) çıraqdan istifadə edilir. Mualicə məqsədilə istifadə edilən cihazlar müxtəlif çıraqlarla –DRT-400 ( PRK-2), DRT 200 ( PRK-4), DRT-100 (PRK-7) və Ark-2, buraxılır.Bunlardan əlavə ultrabənövşəyi spektri məhdudlaşdıran lampalardan –uviol ,LE-15( EUV) və başqalarından qeniş istifadə olunur. DRT çıraqı ilə buraxılan lampalar ultrabənövşəyi şuaların ( ABS) spektrinin hamısını özlərində cəmləyirlər.Bunlar yalnız öz gücləri və konstruktiv xüsüsiyyətləri ilə fərqlənirlər. DRT-400 lampasında çıraq 370vt gücündə olaraq 1000 saat fasiləsiz işləməyə qadirdir. Çihaz reflektorla birlikdə vertikal ştativ üstündə hərəkət edir . DRT -200 lampasının çıraqı 200vt gücündə olaraq reflektorla birlikdə balaca bir çamadanda quraşdırılmışdır. .Lampanın şua buraxma qabiliyyəti 800 saat işlədikdən sonra 50% azalır. DRT-1000çıraqı ilə olan “ Mayak”-lampaları istehsal edilən lampaların ən güclüsüdür. Lampanın gücü 1200vt, yanma müddəti 1200 saata bərabərdir.Lampa- stasionardır, vertikal çıraqı və ağır gövdəsi vardır . Aşağı təzyiqli eritem-uviol lampaları LE-15, LE-30, içərisinə luminofor çəkilmiş uviol şüşədən hazırlanır.Bu lampalar 15-30 vt gücündə buraxılır, 310-320nm uzunluqu olan ultrabənövşəyi şualar saçırlar . 1000 saat işlədikdən sonra şualanma effektliyi 50% azalır. Məhdudlaşmış sahələrin şualanması üçün adətən az qabaritli ultrabənövşəyi şualandırıcılardan :” Malış”, “Liliput” və b. istifadə edilir.” Malış” –şualandırıcı cıhaza əlavə infraqırmızı mənbə qoyulmuşdur. Ona görədə eyni vaxtda hər ikisindən birlikdə istifadə etmək olar. Bu cihazda dalğanın diapazonu 250-400nm-bərabərdir. Ultrabənövşəyi şualandırıcıların bakteriosid mənbələrinə BUV-15 ( bakteriosid-uviol) və QB ( qövs-bakteriosid) lampaları aiddir. Belə lampalardan dalğasının uzunluğu 254nm olan 80% şualanma almaq mümkündür. Bu cihazlarda istifadə edilən lampalar bir neçə üstünlüyə malikdirlər.Havada azon və azot oksidləri əmələ gətirən , orqanizmə uzun müddət təsir etdikdə ciddi zərər vuran qısa dalğalı şuaları saxlayaraq bakteriosid şuaları buraxır. Güclü bakteriosid təsirə malik olduğuna görə bu lampalar ət və süd məhsulları saxlanılan binaların , cərrahiyyə əmələyatları aparılan otaqların dezinfeksiyasında və havanın zərərsizləşdirilməsində istifadə edilir.

Şualnma metodu ( usulu).Ultrabənövşəyi şualardan mualicə və profilaktika məqsədilə düzgün istifadə etmək üçün mənbənin maksimum şualanma intensivliyinə çatmasını gözləmək lazımdır. Bunun üçün cihazı şualanmadan 5-10 dəqiqə əvvəl işə salmaq lazımdır . Ultrabənöşəyi şualanmanın dozası vacib əhəmiyyət kəsb edir . Çünki şualanma az və zəif olduqda lazımı effekti vermir. Artıq və çox güclü olduqda isə yanıxlara və. s. səbəb olur. Mualicə zamanı mənbənin gücü, heyvanın növü , vəziyyəti, təsbit olunması , individual xüsüsiyyətləri , tük ortüyünun qalınlığı nəzərə alınmalıdır. Ultrabənövşəyi şuaların intensivliyini müəyyənləşdirmək üçün biodozimetrdən istifadə edilir. Biodozimetr bir-birindən 5-6mm məsafədə olan diametri 5*15mm-ə bərabər 6 deşikdən ibarət lövhədir və deşiyin açılıb- bağlanması üçün özünün pərdəsi mövcüddür. Heyvanın üzərinə təsbit etmək üçün bağlar qoyulmuşdur. Əvvəlcə birinci deşik açılaraq ultrabənövşəyi şualarla bir dəqiqə müddətində 50-60sm məsafədən açılmış birinci deşiyin sahəsi şualandırılır. Sonra ikinci deşik açılır , bir dəqiqə müddətində şualnma aparılır. Beləliklə , ardıcıllıqla altı deşiklərin hamısı açılaraq şualanma aparılır. Bir sutkadan sonra müəyyənləşdirilir ki , hansı deşik nahiyyəsində dərinin minimal qızarması ( eritema) əmələ gəlmişdir. Məsələn əgər eritema altıncı deşikdə əmələ gəlibsə deməli bu heyvan üçün eritema dozası altı dəqiqədir. Atlarda biodoza boyun nahiyyəsində , inəklərdə boynun sağ və sol tərəfində bir balaca yeri tükdən təmizlədikdən sonra aparmaq olar. Inəklərdə yelin nahiyyəsində də aparmaq əlverişlidir. İtlərdə biodozanı qarının dərisində və ya paçaarası nahiyyədə , donuzlarda isə paçaarası nahiyyədə aparırlar. Ultrabənövşəyi şuaların miqdarca saçmasını ultraviolometr, ufidozimetr və ufimetr cihazları ilə ölçmək olar. Biodozimetrlərdən fərqli olaraq adı cəkilən cihazlarla –ölçdükdə heyvanların orqanizminin biodozaya reaksiyası nəzərə alınmır. Şualanmanın eritema dozası millier \ s.m2 (mer. s\m2 ) .eritem şualanması ( eritem sacmasının kəmiyətcə miqdarının, şualanmış sahəyə nisbəti ) er\m2.və ya mэr\m2 kimi işarələnirlər .Ultrabənövşəyi mənbənin kücündən və şualanan sahəyə qədər məsafədən asılı olaraq . şualanmanı 25sm-1m qədər məsafədə aparmaq olar.Mualicə məqsədi ilə heyvanların şualanması müxtəlif UB-şualar mənbələri ilə aparırlar. LЭ-15 və LЭ-30,lampaları ilə olan eritem şualandırıcıları döşəmədən( poldan) 2-2,2 m hündürlüyündə quraşdırırlar , quşları və heyvanları 6-12 saat müddətində şualandırırlar . DRT-200 lampası isə 0,8-1m hündürlüyündə asılır və 15 dəqiqə şualanma aparılır. DRT-400 lampasi ilə , uyqun olaraq 40-80sm , 20 dəqiqəyə qədər. DRT-1000 lampası-1,5-m, hündürluyündə və 5dəq müddətində aparılır. İşi aparan kuratorun sifəti qorunmaq ucun işci tərəfdə vertikal cıraqların bir tərəfinə boy uzunu dyuraldan olan lövhə qoyulur. Elektrik kabelin uzunluğu imkan verir ki işci tövlə boyu şualanmanı apara bilsin . Profilaktiki məqsədlə iri buynuzlu heyvanlarda şualanma yelin nahiyyəsi və dal ətrafların icəri hissəsində , it və donuzlarda isə paca arası nahiyələrdə aparılır. Şualanma adətən payız-qış aylarında 10 qünlük fasilə ilə 10 qun müddətində aparılır. Şualanmanın ekspozisiyası qündən qünə artırılaraq , elə hesab olunur ki maksimum dozası dekadanın axırıncı qününə düşsün. Bakterisid şualanma cihazlarını ya divara və ya döşəmədən 2-2,5 m hündürlüyündə asırlar. Acıq mənbələr havanı 1-1,5saat, bağlılar isə 8saat ərzində zərərsizləşdirirlər. Bakterisid şualanmadan əvvəl tövlə və binalarda mexaniki təmizləmələrin aparılması məqsədə uyğundur.Mal-qaranın və quşların qrup şəklində şualanması məqsədi ilə müxtəlif növ cihazlardan avtomatik və mexaniki(əllə idarəetmə usulu) idarə edilən infraqırmızı şualarla birqə olan stasionar “ İQUB” və “ LUC” tipli qurqulardan istifadə edilir. Əvvəlcədən verilmiş proqramla ardıcıl və ya birqə infraqırmızı və UB-lampalar işə düşərək qrup şəklində aparılan mualicənin effektliyini daha da artırır. Quşların coxmərtəbəli saxlanma usulunda UB-şualanma məqsədilə DRT-400 cıraqı ilə YOK-1 şualandırıcı qurğudan istifadə edilir, haraba ilə birləşdirilmiş bu cihaz motor vasitəsilə 1-dəq. 1m sürətlə quşculuq fermalarında kecid yollarla o başa bu başa kedib -qələrək şualanmanı aparır . Bundan başqa UB-şua cihazlarindan : LЭ-30-1 ,ОRК-2, ОRKŞ,UOK-1 lampaları ilə olan eritem şualandırıcı- ЭO1-3OМ, ЩЭ-1 və ОЭ-2, cihazlardan istifadə edilir ., Bu cihazlarda DRT-400 cıraqı istifadə olunur. UB-şualardan istifadə edərkən özünümüdafiyə qaydalarına da ciddi əməl olunmalıdır. Xidməti şəxslər gözlərinə qara eynək taxmalı , şualandırma aparılan binada ventilyasiya yaxşı işləməlidir . UB-şualar selikli qişaya ( xüsüsən gözə) kəskin təsir edir. Havanı ionlaşdırdığı ucun adamda başaqrısı, və. s. xoşaqəlməz hallara səbəb olur Nəzərə almaq lazımdır ki heyvan və quşları UB-şualarla şualadıqda havada azot oksidi və karbon qazının miqdarı artaraq insan və heyvan orqanizminin fizioloji vəziyyətinə mənfi təsir göstərir, ona qörə də heyvan yerləşdiyi binalarda havanı tez-tez dəyişmək lazımdır. UB-şuaların uzun müddət gözə təsiri küclü konyunktivit və yaşaxma əmələ qətirir , buna görədə baytar mütəxəssisləri şualanma apardıqda ( uzun dalqalı diapazona aid şualanmadan başqa),gözlərinə qoruyucu qara rənqdə eynəklər taxmalı, heyvanların gözlərinə isə sarıq qoymalıdırlar. Bələliklə ultrabənövşəyi şualardan profilaktika məqsədi ilə istifadə edilir. Heyvanların sağlamlığını qorumaq, məhsuldarlığını yüksəltmək ücün mühüm amillərdən biri də UB-şualardır. Heyvanlar qışda tövlə şəraitində lazımı səviyyədə yemləndirilsədə , işıq amilinin kifayət qədər olmaması asidozluğa və vitamin-mineral catışmazlığına kətirib cıxarır ki , bu da cavan heyvanların zəif inkişaf etməsinə səbəb olur. Belə hallarda UB-şualarla işıqlandırmaq mühüm profilaktik əhəmiyyətə malik olub , mübadilə prosesinin nizamlanmasına kömək edir. Uzun müddət yüksək konsentratlı yemlərdən istifadə edilən təsərrüfatlarda inəklər arasında dərin distrofik və deqenerativ xassəli patoloji proses müşahidə edilir. UB-şualarla işıqlandırmanın tətbiqi mübadilə pozuntusu proseslərinə tədricən təsir göstərərək , fizioloji prosesləri nizamlayır , nəticədə boğaz inəklər və camışlardan alınan balalar sağlam və xarici təsirlərə davamlı olur. UB- şualar çoşqalarda kökəlməyə kömək etdiyi kimi , onları aqciyər xəstəliklərinə davamlı edir, quşculuqda məhsuldarlığı artırır.

Lazeroterapiya- inqilis dilindən tərcümədə “- stimullaşdırılmış sacma (şua) ilə işıqın qücləndirilməsi” . Lazerin ikinci bir adı optiki kvant qeneratoru- (elektrik enerjisini hasil edən mexanizm) .Adi işıqla muqayisədə lazerin şuası bir necə xüsüsiyyətlərə malikdir.

1-Koqerentliyi-rəqslərin amplitudalarının artması deməkdir, bunların vasitəsi ilə orqanizmin bioloji sistemlərinə təsir etmək olar , adi təbii işıqla bu effekti almaq mümkün deyil.

2-Monoxromatizmi-sacma dalqanın bir uzunluqundan əmələ qəlir (bir rənqli) .Adi işıqın şuası ilə muqayisədə bu dalqalarla aparılan mualicənin effekti daha yaxşı olur.

3-Qütbləşməsi-maqnit və elektrik qərqinliyinin vektorlarının rəqsliyi ciddi bir müstəvidə qedir. Lazer şuasının belə bir xüsüsiyyətini bioloji obyektlərin şualanmasında keniş istifadə etmək olar. Lazer şualarının yuksək istiqamətləndirilməsi , imkan verir ki onları nəinki uzaq, bir məsafəyə ötürəsən, hətta şualanmanın gücünü bir balaca diametrdə fokuslaşdırasan ( cəmləşdirəsən) , adi işıqla buna nail olmaq mümkün deyil. Lazerlər-qüclü və aşağı intensivli,dalqanın uzunluquna qörə -görünən qırmızı spektrin heliy- neon şualanmasına və adi göznən qörünməyən infraqırmızı sacmalara( şua) bölünür.Şualanma usuluna qörə- dayanmadan ( daimi şualandıran) və impulslarla ( ayrica alovlanma, və ya alışma ilə ) sacan formalara bölünürlər.Lazer şualanması insan həyatının müxtəlif növ -elmi, hərbi, texniki və b. sahələrində geniş yer tutmuşdur .Muasir dövrdə lazer baytarlığ və tibbidə özünə məxsus yer tutmuşdur . Onların geniş istifadəsi –onların effektliyi , prosedurların qısa müddətli olması , baytar mütəxəssisləri və heyvanlara əlavə ziyanverici təsirin olmaması, cihazların balaca həcmli olması , və iqtisadi səmərəliliyi ilə əlaqədardır . Lazer şuası hüceyrənin ferment sistemini aktivləşdirir , və hüceyrə membranlarının enerji aktivliyini artırır, iltihablaşma fazaları qısalır, eksudasiya azalır. proliferativ proseslər stimullaşır, immun sistemi aktivləşir. Orqanizmin özündə və ayrı-ayrı orqan və toxumalarda funksiyaların nizamlanması müşahidə edilir. Lazer şualanması sinir, sümük, və epiteli sisteminin reqenerativ-bərpa prosslərini aktivləşdirərək tezləşdirir. Muasir dövrdə patoloqiyadan asılı olaraq baytarlıq təcrübəsində STP-3 tipli lazer istifadə olunur, bu tipli lazer cihazları heyvan üzərində xarici, rektal və vaqinal istifadə etmək mümkündür. Baytarlıq lazer preparatlarından istifadə etdikdə nəzərə almaq lazımdır ki lazer şuası seansin ( əməliyatın) əvvəlində 16-18 sm, ortası və sonunda 50sm dərinliyə qədər heyvan orqanizminə kecə bilər.Zədələnmiş nahiyyədə seanslar 1-5dəq. müddətində , gündə1-2 dəfə. 6saatdan bir aparılır Aparılan əmıliyatların müddəti və sayı xəstəliyin ağırlığından, zədələnmiş nahiyənin həcmindən, heyvanın yaşı , növü, diri cəkisi və istifadə olan cihazın növündən asılıdır .Aparılan tədqiqatlar qöstərir ki mualicədə istifadə olunan lazer şuaları , nə xəstə heyvana nədə ki mualicəni aparan həkimə hec bir zərər vermir

.Göstərişlər-yaralar, xarici xoralar, abseslər, fleqmonalar , artritlər, hematomalar, nekrozlar, sancılar, miokardit, endokardit, qaraciyər və qarın boşlüğü xəstəlikləri( hepatit. Peritonit, )böyrək xəstəlikləri (nefrit, nefroz ), qan sistemi və maddələr mubadiləsi xəstəlikləri. Son zamanlar dəri örtüyü ,bəzi cərrahi xəstəliklər , sinir sistemi və ağız boşliğu xəstəlikləri zamanı terapevtiki lazer cihazı ALT “ MUSTANQ” istifadə edilir.Cihaz iki kanallı blokdan ibarətdir , və müxtəlif başlığlarla işləyir.

Təhlükəsizlik texnikası: Baytar mütəxəssisi xəstə üzərində lazer prosedurları apararkən aşağıdaki qanunlara riayət etməlidir

1-Lazer cihazını işə saldığda lazer şuasını heyvanın və əməliyyatı aparan həkimin gözlərinə salmağ qəti qadağandir.

2-Uzun müddətli mualicə apardığda baytar mütəxəssisi qara rəngli qoruyucu eynəklərdən istifadə etməlidir

3-Butun hallarda cihaz işə salındığda , lazer şualandırıcısı insan və heyvan olmayan tərəfə yönəldilməlidir.

Muhazirə №-4

Elektro, mexano və hidroterapiya

PLan

1.-Elektroterapiya və onun növləri



2.-Halvanoterapiya, elektroforez

3.-Faradizasiya., darsonvalizasiya, induktoterapiya,

4.- Mikrodalqalı terapiya, ultryüksəktezlikli terapiya, ultrasəsterapiya

5.-Aeroionoterapiya

6.-Mexanoterapiya,

7.-Hidroterapiya



8.-Naftalanoterapiya

Heyvan orqanizmi eyni vaxtda elektrik cərəyanın həm keciricisi həm də mənbəyidir. Müxtəlif toxuma , orqan və ayrı- ayrı hüceyrə elementlərinin vəziyyəti və fəaliyyəti . onların daxilində olan elektik proseslərlə bağlıdır. Heyvan orqanizminin müxtəlif nahiyələrinin elektrik keciriciliyi . müxtəlif səbəb və şərtlərdən asılıdır , ona görə də elektrodlar arasında cərəyan qısa məsafə ilə kecmir.Orqanizmdə mayeli mühitlər ( qan, limfa, onurqa- beyin mayesi-likvor, boşluqların mayeləri) cərəyanın- yaxşı, sümük piy və sinir toxuması əsasən də dəri və epidermis- isə pis keciriciləridir.Dərinin elektrik keciriciliyi onun səthinin vəziyətindən asılıdır. Quru bədənin bəzi nahiyələrində göbud olan dəri elektrik cərəyanını kecirmir. Dərinin elektri keciriciliyi hiperemiya , nəmişlik , və ödem olduqda – artır. Baytarlığ terapiyasında elektrik enerjisindən keniş istifadə edilir . Elektrik çərəyanı sabit və dəyişən , aşağı və yüksək gərqinli , aşağı, yüksək və ultrayüksəktezlikli , uzun, orta , qısa və ultraqısa dalğalı olur. Elektrik çərəyanı çanlı orqanizmə müxtəlif formada təsir göstərir . Xəstəliklərin xüsüsiyətlərindən asılı olarağ mualicədə müxtəlif çərəyan növlərindən istifadə olunur. Toxumaların elektrikkeçirmə qabiliyətinin elektroterapiyada rolu böyükdür. Bu isə ( elektrikkeçirmə) toxumanın tərkibində olan suyun , kristalloidlərin və biokolloidlərin miqdarından asılıdır. Heyvan toxumasının 80% -ə qədəri sudan, həll olmuş halda natrium, kalium, kalsium, maqnezium, fosfor, və dəmir duzlarından ibarətdir. Məhlulda müsbət və mənfi elektrik yükü daşıyan ionların sayı bərabər olur. Elektrik çərəyanının təsiri nəticəsində məhfi elektrik yükü daşıyan və ya anionlar müsbət qütbə - anoda doğru gedir ki , buna anaforez , müsbət elektrik yüklü ionlar-kationlar isə mənfi qütbə -katoda doğru gedir ki . buna kataforez deyilir. Bu hadisə hüceyrədə elektroosmos əmələ qətirir.Elektroterapiyada kücü az və gərginliyi aşaqı olan daimi cərəyanlı( halvanizasiya, elektroforez) , yüksək kərqinliyi və yüksək tezlikliyi olan( darsonvalizasiya, induktoterapiya), impulslu cərəyanlar( faradizasiya), dəyişən elektrik sahəsi ilə ultrayüksəktezlikli elektrik və maqnit sahələri( UYT) Istifadə edilir.Qalvanoterapiya-aşağı qərqinli ( 30-80 v) və az gücü olan ( 50mA) sabit elektrik cərəyanın mualicədə tətbiqi halvanizasiya və ya halvanoterapiya adlanır. Bu usulun fiziki-kimyavi və fizioloji əsası ondan ibarətdir ki heyvan bədəninə elektrodlar qoyulduqda elektrolit məhlulu olan toxumaların sıyıq hissəsində halvanik elektrik cərəyanının təsiri altında , müsbət doldurulmuş ionlar –katoda , mənfi doldurulmuş ionlar isə-anod tərəfə hərəkət edirlər. Qalvanik elektrik cərəyanı toxumalardan kecərkən dəridəki reseptorlara təsir edərək , elektroliz və elektroosmos ( katafarez və anafarez) yaradır. Bunun sayəsində dəri və selikli qişaların reseptorlarının qıcığlanması əmələ qəlir. Elektrodlar qoyulan nahiyələrdə qistamin əmələ qəldiyinə qörə əməliyatdan sonra 1,5-2 saat müddətində saxlanılan qabarıq şəkildə burüzə verən hiperemiya müşahidə edilir. Bu isə öz növbəsində reqenerativ proseslərin güclənməsinə və bununla da toxumada parcalanma məhsullarının sorulmasına səbəb olur. Maddələr mübadiləsi yaxşılaşır , ağrılar azalır , vəzlərin ifrazatı artır. Təsir edilən nahiyədə sinir reseptorlarının qiciğlanması dəyişir. Bunun nəticəsi olaraq mərkəzi sinir sisteminə və veqetativ mərkəzlərə gedən impulslar , yerli, seqmentar və genişlənmiş tipli reflektor reaksiyalar əmələ qətirirlər.Bu isə öz növbəsində endokrin sisteminin qiciğlanması nəticəsində ikincili humoral təsirə gətirib cıxara bilər.Qalvanizasiyanın terapevtiki effekti –elektrik cərəyanının intensivliyi və təsir müddətindən asılıdır. Beləliklə qalvanik elektrik çərəyanı toxumalardan kecərkən dəridəki reseptorlara təsir edərək , elektroliz və elektroosmos ( kataforez və anaforez) yaradır. Bunun sayəsində maddələr mübadiləsi yaxşılaşır , ağrılar azalır , elektrodlar qoyulmuş nahiyədə aktiv hiperemiya əmələ qəlir. Qalvanik elektrik çərəyanı vəzlərdə sekresiyanı gücləndirir , lakin onların kimyəvi tərkibini dəyişmir .Dissosiasiya güclənir , məhlul və kolloid hissəciklərinin hərəkəti sürətlənir (eleektroosmos) . Bunun sayəsində hüceyrəarası mübadilə güclənib iltihabın sorulmasına şərait yaradır. Qalvanizasiya qaydasi-bunun ücün AQN-1, AQN-2plasmas kövdəli üstü acılan aparatları istifadə edilir.Aparatın ön panelində qoşucu və qərqinliyi dəyişən acar ücün dəliklər , miliampermetr, potensiometr, siqnal lampası, və qurğuşundan düzəldilmiş elektrodların məftillərinin klemaları (sıxıcıları) yerləşir. Qurğuşunu onun yumşağ və elastikliyinə görə istifadə edirlər. Elektrodların səthi düz və şumal olmalıdır. Əkər iş prosesində onlar oksidləşir və ya cirklənirsə , onları təmizləmək və ya təzələri ilə əvəz etmək lazımdır. Son zamanlar sıx –karbondan (98% karbondan ibarətdir) hazırlanmış elektrodlardan istifadə edilir, onlar yaxşı keciriciliyə malikdirlər və məhlula ionlar ayırmırlar. Qalvanizasiyanı aparmaq ücün qalvanik aparatı və patoloji prosesin həcminə uyğun iki elektrod secilir. Sonra elektrik çərəyanının 1sm2 sıxlığı hesablanır. Qalvani elektrik çərayanının ən yüksək terapevtiki dozası 1sm2-0,5 mA-dir. Heyvanın bədən sahələrinin hissiyatından asılı olaraq elektrod qoyulduqda , elektrik çərəyanının mümkün olan kücü (0,2-0,5mA ) aktiv olan balaca elektrodun sahəsinə vurulur. Bundan sonra elektrodların hər biri pamazi kisəyə yeləşdirilir, və məftillərin sıxıcları ilə cihaza birləşdirilir. Metal elektrodları ( qurğuşun lövhələrin aktiv tayının səthi kicik olur, və yumşaq olduqlarindan qoyulan sahənin vəziyyəti və formasını alır) bilavasitə heyvan bədəninə qoyulmur , ona görə ki onların səthində əmələ qələn elektroliz məhsulları ( mənfi elektrodda- natrium hidroksid və hidroqen, müsbət elektrodda isə hidroqen xlorid və oksiqen) dəriyə yandırıcı təsir göstərirlər. Kisələr elektrodlardan böyuk olaraq hər bir tərəfdən 1,5-2sm qırağa cıxasıdırlar . Elektrod qoyulacağ sahədə tük örtuyu jaqsızlaşdırılır , qismən tükdən təmizlənir, qurudulub və hanslsa bir məhlulla nəmişləndirilir ( distillə su , və spirt rektifikatdan başqa), adətən bu məqsədlə Nacl izotonik məhlulundan istifadə edilir.Qalvanik elektrik cərəyanının yaxşı kecirilməsi ücün kisəcikləri nəmişləndirirlər. Elektrodlar öz kisəsində sahə üzərinə qoyulduqdan sonra muvafiq qaydada təsbit edilir. Bunun ücün üc qayda mövcüddür : 1-elektrodlar üz-üzə və ya qarşı-qarşıya 2-Şaquli vəziyətdə biri diqərindən hündürdə ,3-Üfüqi istiqamətdə eyni səviyyədə təsbit olunur. Elektrodların qoyulmasından asılı olmayaraq elektrik cərəyanının təsiredici sahəsi onların arasında olmalı . Elektrodlar bütün bədən nahiyyələrdə rezin bintlə təsbit edilir. Cihaz işə salindıqdan 2-3dəq sonra potensiometrin qulpunu saat əqrəbi istiqamətində cevirərək hesablanmış elektrik cərəyanının sıxlığını miliampermetrdə qeyd edirlər.Prosedur müddəti cərəyanın sıxlığından , xəstəliyin xüsüsiyətindən , və heyvanın bu əməliyata həssaslığından asılı olaraq 20-60dəq. qədər aparılır.Alınan nəticədən asılı olaraq mualicə kündəlik və ya qünaşırı aparılır. Xroniki xəstəliklər zamanı adətən 20-30 prosedur təyin edilir.Köstərişlər-Yarımkəskin və xroniki proseslər , oynaqların revmatiki və travmatiki iltihablaşmaları, əzələlərin, vətərlərin , qalxanabənzər vəzin , əlavə burun, və baş yollarının iltihablaşması, mastitlərin aseptik formaları, nevralqiyalar və nevritlər.Əks köstərişlər-qalvanik tok cərəyanına həssaslıq, hemorraqik diatezlər, yaman bəd xassəli şişlər, qayıtmaz deqenerativ proseslər , epilepsiya və s.Elektroforez-daimi elektrik cərəyanın köməyi ilə , dərman maddələrinin ionlar şəklində zədələnməmiş dəri və selikli qişaların vasitəsi ilə orqanizmin toxumalarına yeridilməsi usuludur. Bunun təsiri altında epidermisdən dəri qatlığına yeridilən dərman maddələrinin ionları kecərək , burada toplanır limfa və qanla orqanizmə yayılırlar. Dəridə qan dövranı zəif olduquna görə ion deposu zəif sorulur, bu isə öz növbəsində dərman maddələrinin daimi və uzun müddət qana daxil olmasına səbəb olur. Elektroforez zamanı yeridilən dərman maddələrinin orqanizmə mənfi təsiri minimaldır .Burada qalvanik elektrik cərəyanı dərman maddələrinin farmakoloji səmərəsini bir o qədər də artırmır. Elektrik cərəyanı ancaq hüceyrənin membranasına təsir edərək elektrolitlərin hərəkətinə kömək edir. Qalvanik elektrik cərəyanı məhluldan kecərkən orada olan duzları ionlara ayırır , dərmanla isladılmış aktiv elektrod olan döşəkcənin altında “depo” yaranır və buradan həmin ionlar tədriclə qana və limfaya kecərək , bütün bədənə yayılır. Az hissəsi isə depoda qalıb kolloidlərlə adsorbsiya olunur və ionlar halında diffuziya , osmos, elektroosmos, və ionoforez qanunu üzrə toxumalarda hərəkət edir. Elektroforez usulunun xüsüsiyəti ondan ibarətdir ki yeridilən dərman maddəsi orqanizmə daha aktiv şəkildə kecir , və qalvanik elektrik cərəyanla birqə təsir edərək mübadilə proseslərini aktivləşdirir.Yeridilən dərman maddəsi əsasən məhdudlaşmış bir yerdə toplanaraq , dərinə kecmir və orqanizmə əlavə təsir göstərmir. Elektroforez usulunun üstünlüyü ondan ibarətdir ki dərman maddələrini başqa usullarla yeridə bilməyən nahiyyələrdə istsfadə etmək mümkündür . Dərman maddəsinin elektrofarez usulu ilə yeridilməsi onun farmokoloji təsirindən asılıdır. Raxit və osteodistrofiyada –kalsium ionları, endemik zob və sümük ( dəyənəklərinin) mozollarının sorulmasında yod və s yeridilir. .Həlledici məhlulun tərkibində mənfi ionlar olmamalı və dərman maddəsini yaxşı həll etməlidir. Məsələn sulfanilamid preparatları və tetrasiklin-tərkibli antibiotikləri distillə suda həll olunmuş zəif xlorid turşusu ilə həll etmək mümkündür. Elektroforez qalvanizasiya usulu kimi aparılır , lakin yeridilən dərman maddəsinin ionlarının yüklənməsindən asılı olaraq onunla eyni yüklü elektrodu nəmişləmək lazımdır. Müsbət elektroddan –metal ionları və məhlulda müsbət yulkənmiş mürəkkəb maddələrin ( novokain) ionları yeridilir. Mənfi elektroddan isə turş radikalların ionları , və mürəkkəb maddələrin ( penisillin) məhlulda mənfi yüklənmiş elementləri yeridilir. Məsləhət qörürük ki hər dərman maddəsi ücün ayrıca kisəcik isladılsın , əməliyatdan sonra onlar suda yaxalanıb , qurudulmalıdır. Bahalı dərman maddələrinin istifadəsində , dərmana qənaət etmək məqsədilə , məsləhət qörərdik kisəciyi yox , icinə qoyulmuş filtr kağızı və ya balaca cunanı isladasız. Müxtəlif dərman preparatları istifadə etdikdə -mütləq təlimatında olan cədvəldən istifadə etmək lazımdır, orada onların müsbət –mənfi olması , konsentrasiya və həlledici məhlulu köstərilir. Elektrik cərəyanının sıxlığı 0,2-0,3mA\sm2 prosedurun müddəti 30-60dəq. kündə bir dəfə aparılır.Köstərişlər- yarım kəskin və xroniki iltihablaşma prosesləri( travmatiki miozit, periferik sinirlərin travması, udlağın və qırtlqğın kəskin iltihabı, əlavə baş və burun boşluqlarının iltihabı bə. s .Əksköstərişlər-Qalvanizasiyada olduğu kimi ələcədə bu və müxtəlif preparatların farmakoloji əks göstərişləri.Aşağı qərqinli və tezlikli impuls cərəyanı ilə elektroterapiya-Son zamanlar baytarlığ təcrübəsində elektrostimulyasiya məqsədi ilə əzələlərin tonusunu dəyişən elektrik cərəyanindan istifadə edilir. Bu usulda eninə köndələnzolağlı əzələlərin yığılma və boşalması ( ritmik faradizasiya) , və ya qısa müddətli 1-1,5ms (mili saniyə) . və 100 Qs tezlikli elektrdiaqnostika və elektrostimulyasiya cihazlarından istifadə olunan faradik elektrik cərəyanlarının aralama impulsları əmələ kəlir .Makaradan alınan az tezlikli , uzundalğalı dəyişən cərəyan Faradey elektrik cərəyanı olub , bunun mualıcədə tətbiq edilməsi faradizasiya adlanır. Əvvələr istifadə olunan tezliyi 1san. 60-80 impulsa , və aralama impulsnın müddəti 1-2ms bərabər olan faradik elektrik cərəyanı, skelet əzələlərinin uzun müddətli yığılmasına , bununla da onların yorulması və atrofiyasına səbəb olurdular. Daimi və dəyişən impuls təsirlərinin ritmini orqan və toxumaların ritminə uyqun dəyişmək olar. İmpulsun təsr müddəti milisaniyə ilə ölcülür ( ms) .Müxtəlif formalı impulslar: ücbucağ, düzbucağ, eksponensial, sinusoidal və. s. mövcüddür.Bunlar bir- birindən –artma müddəti, impulsların enməsi ( kücü, vaxtı) , forma və tezliklərinə körə səciyələnirlər məs elə buna körə də prosedurun təyini onun təsiri xüsüsiyətindən asılıdır .İmpulsların qərqinliyi artıqdqa toxumalarda yarımkecirici membranların üzərində ionlar toplanır və sinir reseptorlarının oyanmasına səbəb olur, və bu zaman qiciqlanmanın müddətindən asılı olaraq parabioz və əzələ yıqılması baş verə bilər. İmpulslarda qərqinlik azaldıqda , diffuziya və osmos prosesləri nəticəsində ionlar əvvəlki köhnə vəziyyətə qayıdırlar, oyanma zəifləyir və sakitlik dövrü başlayır.Oyanma və ardınca müddətli dincəlmənin bir-birini əvəz etməsi , aparılan mualicənin effektliyini artırır. Beləliklə faradey elektrik cərəyanının təsiri sayəsində hiss və hərəki sinirlər oyanır. Nəticədə eninəzolağlı əzələlərdə küclü , saya əzələlərində isə zəif yığılma əmələ kəlir.Belə ritmik yığılmalar və əzələlərin boşalması qan və limfa damarlarının küclənməsinə, toxumalarda qidalanmanın yaxşılaşmasına səbəb olur. Aşağı qərqinli və tezlikli impulslu elektrik cərəyanlarının xüsüsiyətləri ondan ibarətdir ki , hərəki sinirləri və ya əzələnin özünü qıcığlandırdıqda , onların yığılma qabilyyəti oyanır. Bu isə öz növbəsində , elektrik cərəyanının gücü , təsir müddəti və yıqılma dövriyəsinin tezliyindən asılıdır.Elektrodiaqnostika və elektrostimulyasiya aparmaq ücün müxtəlif elektroimpulsatorlardan :ЭU-1, ASM. ASM-3, YЭU-1 ” Amplipuls” SNIM-1 və. s .istifadə edilir. Əməliyatın aparılma qaydası-Cihazı işə salmazdan əvvəl qoşucu elektrk acarları sıfr vəziyyətə qoyulur. Cihaz qoşulduqdan 1-2 dəq. sonra işə hazır olur. Əzələləri bir və ya iki dövrəli ( polyusu) usulu ilə stimullaşdırırlar.Bunun ücün əməliyatdan əvvəl istadılan hidrofil döşəkcəli qurğuşun lövhədən olan elektrodlardan ( kicik lövhələr- 8sm2 ,böyuk lövhələr isə 50-400sm2) istifadə edirlər.Bir dövrəli ( polyuslu) usulla aktiv elektrod əzələ və ya sinirin hərəki nöqtəsində fiksasiya olunur, ikinci elektrod isə qurğuşun lövhəsi şəklində -böyun və ya bel nahiyyədə fiksasiya olunur. İki dövrəli usulla hidrofil döşəkcələrlə birqə elektrodlar zədələnmiş əzələnin başlanciğı və qurtaracığında təsbit edilir.Döşəkcələr adi su ilə islanır( nəmişləndirilir). Elektrodları bintlə təsbit edirlər. Cihazı 1-dəq. 30-40 hərəkətə (patensiometrin acarını saat əqrəbi tərəfə cevirərək) nizamlayaraq , heyvanin narahatlıqına yol vermədən, əzələnin ritmik hərəkətinin kücünə diqqət yetirirlər.Aparici mütəxəssis heyvanın narahatlığına yol vermədən əzələlərin ritmik yığılmasına diqqətlə fikir verir. Əməliyatı düzqün aparmaq və əzələni həddindən artıq yormamaq ücün , əzələ yığılmasının kücünə, ritminə , və prosedurun müddətinə nəzarət etmək lazımdır.. İmkan daxilində əzələlərin tetanik yıqılmasını , onların dincəlməkləri ilə növbələmək lazım qəlir.Əməliyat 1-2dəq - 10-15 dəqiqəyə qədər hər qün və ya qünaşırı aparılır.Əməliyatın müddəti və kücü əzələnin funksional pozulmasından asilidır.Əzələ funksiyasının dərin pozulması əməliyatın müddəti və kücünü qisaldir və azaldir.Yıqılaraq əzələ -limfa və qanı özundən cıxarır, dinc vəziyətdə isə özünə cəkir. Bələliklə də əzələnin qidalanması yaxşılaşır və həcmi böyüyür.Aşağı tezlikli və qərqinli elektrik cərəyanı ilə aparılan elektrostimulyasiya , sinir əzələ sisteminə qıcığlandırıcı təsirdən əlavə orqanizm toxumalarına antiseptik, ağrıkəsici , damarkenişləndirici təsir edərək, sinir sisteminin trofiki ( qidalanma) funksiyasını kücləndirir.Köstətişlər-parez, iflic, əzələ atrofiyası, işkənbə və mədə bağırsağların atoniyas.Əks köstərişləri-kəskin iltihablaşma prosesləri, istifadə olunan elektrik cərəyanına yuksək hissiyat, sinirin ciddi zədələnməsi ilə əlaqədar əzələnin istifadə olunan elektrik cərəyanına reaksiyasının olmaması, irinli proseslər və. S.Darsonvalizasiya - coxtezlikli (110 kQs) , yüksəkgərqinli (20 kv qədər ) və az güclü ( 0,02mA) , dəyişkən impulslu sinusoidal elektrik cərəyanı ilə aparılan mualicədir. İlk dəfə mualicə məqsədi ilə yüksək tezlikli elektrik cərəyanının istifadəsi fransız həkimi Darsonval tərəfindən təklif edilmişdir . Orqanizmə ümümi və yerli təsir göstərir. Baytarlığ təcrübəsində əsasən yerli, nadir hallarda isə ümümi darsonvalizasiya aparılır, cünki ümümi darsonvalizasiyada istifadə olunan qəfəs-solenoidlər və elektron –lampa aparatları baytarlığda geniş istifadə olunmur, bəzi hallarda qəfəs-solenoidlər xırda heyvanların mualicəsində istifadə olunur. Yerli darsonvalizasiya aparmağ məqsədilə “İSKRA-2” ,”ATNC 22-11”, “ULTRATON” cihazları təqdim edilmişdir. Elektrodlar müxtəlif forma və uzunluğunda , ucunda metal birləşdiricisi olan şüşə borulardan ibarətdir. Bunların icərisində hava 0,5 mm civə sütünü təzyiqinə qədər boşaldılır . Borunun icindən yüksək tezlikli elektrik cərəyanı buraxildıqda , hava ionlaşır, və cəhrayi-bənövşəyi işığlanma verir. Elektrodla dəri arasındakı məsafə uzandığda azca istiliklə daha şiddətli qıcıqlanma əmələ qəlir. Darsonvalizasiya yandırıcı xüsüsiyətə malik ola bilər, əməliyat zamanı bunu nəzərə almağ lazımdır. Darsonvalizasiyanın fizioloji təsiri dəri reseptorlarının hissiyətinin azalması və mərkəzi sinir sisteminin oyanmasına səbəb olur , belə hallarda qan damarları genişlənir , qan dövranı güclənir , qranulyasiya tezləşir, toxumalarda qaz mübadiləsi artır, qızdırıcı effekt isə zəif olur.Darsonvalizasiyanın aparılma qaydaları –cihazı işlətməkdən öncə yəqin etməlisən ki idarəətmə acarı qıraq sol vəziyətdədir, lazımı formada olan elektrodu secərək, rezonatorun uyqun deşiyinə qeydirilir. Qoşucunu işə saldıqdan 2-3dəq. sonra , cihaz işə hazır olur.Darsonvalizasiyanın iki : kontakt və məsafəli usulu mövcüddür. Kontakt istifadə usulunda yerli ağrıları kəsmək məqsədi ilə , dəri təmizləndikdən sonra elektrod dəri və ya tük örtüyünə qoyulur , və düz xətli vəya dairəvi hərəkətlərlə elektrodu dəri səthindən kötürmədən , lazımı sahədə hərəkət etdirilir. Məsafəli usulda isə elektrodu dəri səthindən elə bir aralığda saxlamaq lazımdır ki ( 2-3mm) əvvəla qıcıqlanma sonra isə ağrıkəsmə efekti verən dəri və elektrod arasında qığılcım yaransın , güclü qıqılcım hopma- yandırıcı effekt də verə bilər. Dozalanma müddəti qığılcımın intensivliyi və əməliyyatın sayından asılıdır. Bədənin 400-600sm2 sahəsində aparılan əməliyatın müddəti 3-5 dəq., ümümi müddəti isə 5-15 dəq. olmaqla, kündəlik və ya qünaşırı aparmaq olar.Mualicə kursu 10-20 prosedurdur. Xırda heyvanlarda isə balaca qəfəs-solenoidlərdən istifadə olunur, prosedur 20-30 dəq. davam edir.Köstəriçlər -uzun müddət sağalmayan yaralar, ekzema, ciban, periferik sinirlərin xəstəlikləri, itlərin taun xəstəliyindən sonra gedən dəyişirliklər, enteralqiyalar, spazmatik sancılar.Əksköstərişləri-qanaxma verən törəmələr, ürək-damar sisteminin catışmazlığı.İnduktoterapiya-(qısa dalğalı diatermiya-) – mualicə məqsədi ilə coxtezlikli, dəyişən maqnitsahəsi ilə təsir etmək deməkdir, toxuma dərinliyinə kecərək istiyə cevirilir ( indukto--yonəlmə, thermo isə isti deməkdir) . Əməliyat toxumaların qızdırılması məqsədi ilə aparılır. Toxumada əmələ qələn istiliyin miqdarı onların elektrokeciriciliyindən asılıdır. Qan, limfa , qaraciyər, öd və. Ss. yaxşı elektrokeciriciliyə malikdir. Elektrodla bədən arasındakı məsafə arttığca , toxumaların dərin qatlarında istiliyin miqdarı azalır. İnduktoterapiya – sahə rəqslərinin tezliyi 13,56mlnQs, dalğanın uzunluqu isə 22,13m olan cihazları ilə aparılır. Cihazlara diametri 20 və 30 sm olan induktor dairələri ( diskləri) və 3,5m uzunluğunda induktor –kabel əlavə edilmişdir. İnduktor- diskləri dairəvi plastmas qutudan ibarətdirlər. Onların üzərinə metal borudan ibarət yastı spiral bərkidilmişdir. Elektrodları , cihaza saxlayıcılarla bərkidirlər, iki əyilkən birləşdirici məftillər isə cihazın cıxış dəşiklərinə birləşdirilir.İnduktor coxözəkli, əyilkən ,örtüyü rezinli və hər iki ucunda metal sonluqlqrı olan keciricidir.Əməliyatın aparılma usulu – Cihazı işə saldıqdan sonra voltmetrin əqrəbi , dərəcəni göstərən cihazın ( şkalanın) qırmızı sektoruna quraşdırılır. Ağ rənkli lampa yandıqda , yüksək qərqinlik qoşularq terapevtiki( mualicəvi) konturun rezonansına uyğunlaşdırılır. Cihazın gücü nizamlandıqdan sonra , işə hazır vəziyətdə olur. Əməliyata başlamazdan öncə, heyvanın bədənindən metaldan ibarət əşyalar götürülür. İri heyvanlarda əməliyat taxtadan olan dəzqahlarda , xırda heyvanlarda isə taxtadan olan masada aparılır. Təsir sahəsindən asılı olaraq müxtəlif elektrodlar istifadə etmək olar. Məsələn düz səthə təsir etmək ücün dairəvi ( diskvari) ətraflar ücün isə spiral formalı elektrodlardan istifadə edilir. Elektrodla heyvan bədəninin arasındakı məsafə 1-sm cox olmamalıdır, bələ olarkən orqanizm toxumaları eyni səviyədə qızdırılır.Qızdırılan nahiyəyə elektrodla dəri arasına məhraba qoyulur. İnduktotermiyanı anod cərəyanının gücünü göstərən miliamperlə dozalayırla.r DKV-1 aparatının zəif isidici dozasında miliampermetrin göstəriciləri. -150-200 mA, orta rəqəm 220-280mA (UKV-4 sihazlarda 4-6 bölüm) yüksək doza isə 300mA və ondan da artıq ola bilər.)Xəstəliyin xarakterindən, və təsir gücündən asılı olaraq əməliyatın davamlılığı ( müddəti) orta hesabla 20-40 dəq. gündəlik və ya qünaşırı aparılaraq , cəmi 15 seansdan ibarət olmalıdır.Bələliklə diatermiyada darsonvalalizasiyaya nisbətən vahid zamanda keciricidən daha cox cərəyan kecdiyindən toxumalarda istilik artıq olur. Diatermiyada istilik enerjisi toxumalara kənardan gətirilmir, coxtezlikli cərəyanın toxumadan kecməsi orqanların muqaviməti və fizioloji xüsüsiyəti , ionların və elektriklə yüklənmiş başqa cisimciklərin hərəkətindən , hüceyrədaxili istilik yaranır. Diatermiyanın məhəlli təsiri nəticəsində orqanizmin ümümi temperaturu 0,1-0,2 C, ümümi təsiri nəticəsində isə 2-4 C qədər, ayrı-ayrı toxumalarda isə hətta temperatur 7C –yə qədər yüksəlir. Endogen istilik aqrını sakitləşdirir , əzələlərdəki titrəmələri azaldır, aktiv hiperemiya yaradır , toxumaların qidalanmasını sürətləndirir , iltihabı məhsulların sorulmasına kömək edir, mübadilə və fermentativ prosesləri niszamlayır. Məsələn qaraciyər nahiyəsinə diatermiya tətbiq etdikdə onun fəaliyəti güclənir, öd ifrazı intensivləşməyə başlayır.Köstərişlər -Sidik cıxaran sistemin yarımkəskin və xroniki xəstəlikləri, mədə- bağırsaq sistemin funksional pozuntuları, spastik sancılar, enteralqiyalar, tənəfüs sistemi xəstəlikləri.Əks köstərişləri-yeni törəmələr, kəskin irinli proseslər, və qanaxmalar.Mikrodalğalı terapiya –Mualicə məqsədi ilə cox yüksəktezlikli (CYT) 300-30000MQs, dalqanın uzunluqu-12,6sm (santimetrli dalğalar-SMD ) və 100-10sm( desimetrli dalğalar-DMD)olan elektromaqnit rəqslərin istifadəsidir.Xüsüsi qenerator vasitəsi ilə DMD-şualandırıcının köməyi ilə xəstə heyvanın bədən nahiyəsinə yönəldilərək yüksəktezlikli elektromaqnit sahəsi yaradılır. DMD- şualanması bədən nahiyəsi səthini azca qızdıraraq , daha dərin toxumalara catır, nəinki mikrodalğalar (MD) .Santimetrli dalqalar dəri və dəri altı təbəqə ilə cüzi udulur. Su ilə bol olan toxumalarda udulma daha intensiv olduğundan , onlar daha cox isinir.SMD ücün “LUC -58 “ -stasionar və “ LUC-2” bir yerdən diqər yerə kecirilə bilən cihazları istifadə edilir.Cihazlara dəyişirilən müxtəlf diametrləri olan dalğaaparıcı-şualandırıcılar əlavə olunur. Cihazların dəqiq işlətmə qaydaları , əlavə olunmuş kitabca –təlimatda dəqiq verilir.Mualicə məqsədi ilə uzunluğu 12.6 santimetr , tezliyi 2.3-5MQs olan, və 5-6 sm dərinliyə kecən dalqalardan istifadə edilir. DMD-terapiyanın yerli əməliyatları ücün 65sm uzunluqunda və 460MQs tezliyiyində dalqa verən stasionar “ VOLNA -2” və portativ “ ROMAŞKA” cihazlarından istifadə edilir. VOLNA-2 cihazına uzunsov və silindrik şualandırıcı ,” ROMAŞKA”-portativ cihazına isə dörd şualandırıcı əlavə edilir.DMD-enerjisi toxumalarda 10 sm dərinliyə kecir.Coxyuksəktezlikli( CYT) və DMD-şualanmanın orqanizmə fizioloji təsiri, ondan ibarətdir ki enerjinin udulması nəticəsində toxumalarda istilik əmələ qəlir, və rəqslərin tezliyindən asılı olarağ , qeyri istilik ( ossilyator təsiri) əmələ qəlir. CYT –şualanma təsirinə məruz qalan nahiyələrdə maddələr mübadiləsi yüksəlir, retikuloendotelial sisteminin , limfa və qanaxmanın fəaliyəti güclənir, orqanizmin sinir-reflektor funksiyaları stimullaşır, sinir qutaracağlarının həssaslığının azalması hesabına ağrıkəsici təsir müşahidə edilir. CYT-şualanma bakteriya və iltihab əlehi təsir köstərir. Desimetrli diapazonun mikrodalqaları yüksək desensibilizasiya təsirə malikdirlər.Bunlarla mualicə- induktoterapiya və santimetrdalqalı şualanma terapiyasından daha effektlidir.Əməliyatın aparılma qaydası - SMD-terapiyadan əvvəl ,bədəndə yanqılar olmasın deyə heyvandan metal əşyalar cıxarılır. SMD vəDMD əməlyatlarını distansion ( məsafəli) LUC-58, VOLNA-2, ROMAŞKA , cihazlarının şualandırıcıları dəri səthindən 5sm aralıqda saxlanılır.İkinci kontakt usulunda LUC-2 və ROMAŞKA cihazlarının şualandırıcıları bədənin səthinin üzərinə qoyulur ( sıxılır) Əməliyatın aparılma müddəti 30 dəq.olmağla kündəlik və ya künaşırı təyin edilir, mualicə kursu5-15 prosedurdan ibarət ola bilər.Şualanma dozası onun intensivliyi və prosedurun müddətindən asılıdır, və cihaz üzərində olan dəyişdirici acarlarla aparılır.Şualanmanın intensivlyi onun gücü və diametrindən asılı olaraq üc - zəif ( 40 vt qədər ), orta (60vt qədər)və güclü istilik verən ( 100vt qədər) yerə bölünür. LUC-2 cihazından - zəif istiverici təsiri 2-4vt, orta istiverici təsiri 5-7vt, küclü istiverici təsir isə 13-20 vt kücü ilə verilir. Hər prosedurdan sonra heyvanlar dəyişdirildikcə , şualandırıcılar dezinfeksiya edilir Göstərişlər-yarıkəskin və xroniki kecən haymorit . frontit , ciban , ətrafların zədələnməsi , periferik sinirlərin xəstəlikləri ( nevralqiya , nevrit ) Əksgöstərişlər –yaman xassəli törəmələr, travmatiki retikuloperikardit, boğazlıq dövrü, qanaxmalar, dekompensasiya edilmiş ürək qusurları, qan təzyiqinin artması və.s. Ultrayüksəktezlikli terapiya- (UYT –terapiya ) - Heyvan toxumalarına ultrayüksəktezliki ( 40.68 MQs ) dəyişkən elektromaqnit sahəsi ilə təsir göstərərək aparılan mualicə usuludur.Elektromaqnit sahəni heyvan üzərində kondensator lövhələri ilə əmələ qətirirlər. UYT- terapiyanin əsas təsiri –toxumalarda istilik yaratmaq ,hüceyrə membranlarının elektrik dolğunluğunu və hüceyrə kolloidlərinin strukturlarını dəyişməkdir.UYT-terapiya ücün istifadə edilən cihazlar –stasionar ( UYT-300, ekran-1, ekran-2) , və portativ –( UYT-62, UYT-30 (ş.-3) UYT-66) olurlar. Bunların hamısı öz gücləri ilə secilən dairəvi və ya düzbucağ elektrodlarla təmin olunurlar. Heyvan bədənində ciddi məhdudlaşmış bir sahədə UYT-in təsirini yaratmaq qeyri mümkündür. UYT-in güc xətləri radial şəkildə dağılırlar.UYT-in elektromaqnit sahəsi toxumaların səthi təbəqələri ilə az bir miqdarda udulur ona qörədə bunlar toxumalarda cox dərinə kecirlər. Beləliklə də UYT –terapiyanın istilik təsiri daxili orqan və toxumalara daha güclüdür nəinki induktoterapiyada .Elektrodla bədən səthinin arasında olan məsafə orqanizmin müqavimətinə uyğundur, və induktoterapiya şualarından fərqli olaraq UYT –şuaları bu məsafədən asanlığla kecirilir.UYT-terapiyanın üstünlüyü ondan ibarətdir ki , səthi toxumalarda isinmə az olur , cünki elektrod ətrafında güc xətlərinin yığılması heyvan bədənindən kənarda yerləşir. UYT-terapiyanın heyvan orqanizminə bioloji və fizioloji təsiri müxtəlif şərtlərdən – elektrodların böyüklüyündən , dəri və elektrod arasında olan məsafədən, rəqslərin tezliyi və UYT elektromaqnit sahəsinin intensivliyindən , əməliyat aparılan müddətdən və. s. asılıdır.UYT- şuaların zəiflənmiş dozaları , toxuma və orqanların funksiyalarını artırır , sinirin reqnerasiyasına kömək edir, kəskin iltihab əlehi təsir köstərir. Yüksək verilən dozalar əks effekt verir , beləki iri zülal molekulların parcalanması nəticəsində iltihablaşmanin küclənməsinə , toxuma keciriciliyi və PH-aşağı düşməsinə səbəb olur. UYT- terapiya limfa və qan dövranının güclənməsi hesabına toxumaların qidalanmasını yaxşılaşdırır, eksudatın sorulmasını tezləşdirir , orqanizmdə maddələr mübadiləsi , immunitet və oksidləşmə prosesləri artır, iltihab əlehi və ağrıkəsici təsir göstərir , leykositlərin miqdarı artır, retikuloendotelial sistemi fəallaşır, və iltihaba uğrayan toxumaların dehidrotasiyası baş verir. Beləliklə ultrayüksəktezlikli elektrik sahəsi orqanizmə məhəlli və ümümi təsir göstərir. Toxumaların daxilində yaradılan istilik , qan damarlarını genişləndirir , qidalanmanı yaxşılaşdırır, toxuma kolloidlərində struktur dəyişiklik törədir, eritropoez güclənir, faqositoz artır.Bütün bunlar orqanizmin immunobioloji xüsüsiyyətini yüksəldir, iltihabın sorulmasını tezləşdirir.Əməliyatın aparılma qaydası—Heyvanlardan metal əşyalar cıxarılır, taxtadan düzəlmiş , altında döşəməsi rezin və ya elektrik cərəyanı buraxmayan döşəkcələrdən ibarət təsbitedici dəzqaha salinir.Xırda heyvanlarda əməliyyat taxtadan düzəldilmiş masa üzərində aparılır.Orqanizmdə gedən patoloji prosesdən asılı olaraq elektrodlar secilir , heyvan bədəni üzərində qabaq-qarşı uzunlamasına , köndələninə və ya bucaq altında qoyulur. Elektroterapiyanın diqər növlərindən fərqli olaraq burada elektrodlar biləvasitə mualicə ediləcək sahə üzərinə qoyulmur.Dəridə yanqılar yaratmamağ ücün , elektrodların arasındakı məsafə , onların ölcüsündən az olmamalıdır. Birləşdirici məftillər biri- diqərinə və eləcədə heyvanın bədəninə toxunmamalıdırlar.Orqanizmə səthi təsir etdikdə elektrodlarla dərinin arasında- 1sm , dərin təsir etdikdə isə 4-5sm məsafə olmalıdır.Bu məsafəni əməliyat aparılan müddətdə saxlamağ ücün elektrodların altına uyğun ölcüdə kecədən ibarət döşəmə qoyulur. UYT sahənin gərginliyi elektrodun mərkəzi və onun altında olan sahədə daha güclüdür , ona görə də nə qədər ki elektrod və dəri səthi arasındakı məsafə qısadır o qədər də orqanizmin səthi toxumalarında cox, dərin toxumalarında isə az və əksinə istilik əmələ qəlir. UYT sahənin intensivliyi vakuum elektrodun işıqlanmasının gücündən asılıdır, ( darsonvalizasiya ücün elektrodlardan və neon lampalarından da istifadə etmək olar ) . Onları lövhəli elektroda yaxınlaşdırdıqda işıqlanmanın gücü artır . Parlaq işıqlanma UYT –sahəsinin isidici təsirindən xəbər verir . Düzqün aparılan əməliyat heyvanda narahatlıq yaratmamalıdır. Qips və bint sarqıları əməliyatın aparılmasına mane olmur. Seanslar kündəlik və ya günaşırı təyin olunur , əməliyatların davamı 10-15 dəq. olmaqla 10-15 seans təyin edilir. Əməliyatdan sonra heyvan isti, cərəyanı olmayan binada saxlanmalı , və cullanmalıdır.Köstərişlər-sümük və oynaqlarda , dəridə gedən kəskin iltihabı proseslər, nevralqiyalar, fleqmona və tromboflebitlər, plevritlər, atların paralitik mioqlobinuriyası, haymorit və frontitlər , bronxopnevmoniyalar.Əksköstərişlər-yaman xassəli törəmələr, hemorraqik diatez, aqciyər və baş-beyinin ödemi, travmatik retikuloperikardit, hipertoniya.

Ultrasəs mualicəsi

ULTRASƏS-20 kQs- mühitdə olan mexaniki dalqalı rəqslərdir. Vakuumda ultrasəs yayılmır. Mualicə məqsədi ilə- yüksəktezlikli 800kQs -3mQs , dalğasının uzunluğu isə 1.5mm qədər olan ultrasəs istifadə edilir. Ultrasəsin orqanizmə terapevtiki təsiri coxşaxəlidir , və mexaniki, termiki , fiziki- kimyəvi, reflektor təsirlərlə əlaqədardır.Mexaniki təsiri ondan ibarətdir ki , ultrasəs toxumalara tərədüd edən hərəkətlər kecirir , ( dəyişən sıxılma və genişlənmə) bununla da toxuma elementlərinin özünəməxsus massaj və istiliyin əmələ qəlməsi müşahidə edilir. İki müxtəlif muqaviməti olan mühitlərin sərhəddində istilik daha cox əmələ qəlir.Ultrasəs enerjisi daha cox sümük toxuması ilə udulur. Ultrasəsin fiziki-kimyəvi və başqa təsirinin dərəcəsi onun intensivliyi və təsir müdətindən asılıdır, Bu zaman əzələ toxumasının morfoloji dəyişirliyi , mühitin PH-( alkoloz tərəfə) dəyişkənliyi və.s . ola bilər. Ultrasəsin bioloji aktivliyinin dozasından asılı olaraq , toxuma proseslərində stimulyasiya və ya sıxıntı ola bilər . İntensivliyi zəif olan ultrasəs yaxşı təsir göstərir –beləki qan damarlarının qenişlənməsi , faqositozun , toxuma membranlarının keciriciliyinin , reqenerasiya proseslərinin , toxumalarla oksiqenin mənimsənilməsinin artması , sinir-əzələ oyanmasının isə nizamlanması müşahidə edilir. Ultrasəsin orqanizmə ( sinir reseptorlarına) təsiri nəticəsində əmələ qələ biləcək reflektor reaksiyanı da nəzərə almaq lazımdır.Ultrasəs orqanizmdə gedən aqrıları azaldır və ya tam kəsir, iltihab ələhi təsir edir, və orqanizmin ümümi tonusunu yüksəldir. Ultrasəs-terapiyanı aparmaq ücün müxtəlif cihazlardan : stasionar-UTS-1, UTS-1M, UTS-3, və portativ UTP-1, UTP-3M, UZ-T5, UZT-104 və . b. istifadə edilir. Ultrasəs əsasən yumşaq toxumalara və oynaqlara daimi arasıkəsilməyən impulslarla təsir etmək ücün istifadə edilir , bu zaman toxumalara mexaniki təsiretmə üstünlük təşkil edir, istiliyin əmələ qəlməsi isə zəifləyir..Əməliyatın aparılma qaydaları-ultrasəs terapiya vibratoru biləvasitə zədələnmiş nahiyəyə qoymaqla və ya hansısa bir orqana sinir düyünləri vasitəsi ilə təsir etməklə aparılır. Vibrator biləvasitə dəri səthinə qoyulduqda , dəri və vibrator arasında hava qalmamaq ücün , vibratoru qliserin və ya bitki yaqları ilə yaqlayırlar. Vibratoru hansısa bir nahiyədə təsbit edirlər, əksər hallarda patoloji nahiyə üzərində yavaş-yavaş kəzdirirlər. Əməliyatın vaxtı patoloji nahiyədən asılı olaraq 5-10 dəq. aparılır Kəskin proseslər zamanı 6-10 , xroniki proseslərdə isə 12 əməliyata qədər təyin edilir . Prosedur gündəlik və ya günaşırı təyin edilir.Ultrasəs şualanmanın gücü 1sm2 0.2-0.4 vt 1-1.2vt qədər olmalıdır.Göstərişlər-oynaqların xroniki iltihablaşma xəstəlikləri, bursitlər, tendovaqinitlər, göz xəstəlikləri- (keratitlər, keratokonyunktivitlər ), mastitlər, yanqılar, xoralar, yaralar, zədələnmələr və. s.Əksgöstərişlər-bəd xassəli törəmələr, dərin boğazlıq, ürək catışmamazlığı, kaxeksiyalar, vərəm. Ultrasəslə baş-beyin və onurqa beyinin şualanmasını məsləhət qörmürük.

AEROİONOTERAPİYA.

Aeroionoterapiya- mualicə məqsədi ilə suyun elektrik yüklənmiş qaz molekullarının ( hidroaeroionların) istifadəsidir.Aeroionizasiya orqanizmə biləvasitə oksiqenin mənfi ionları ilə stimullaşdırıcı təsir göstərir. Aeroionların sinir-reflektor təsiri , onların tənəffüs yollarına düşməsi nəticəsində əmələ qəlir, burada aqciyər reseptorlarını qıcıqlandıraraq , öz enerji ehtiyatını qana verirlər. Elektrik xüsüsiyətlərini dəyişdirmiş qan, hüceyrə elementlərinin elektrik proseslərini gücləndirir.Yüngül mənfi aeroionlar daha fəal olaraq xəstəliklərin mualicə və profilaktikasında böyuk əhəmiyət kəsb edirlər : - orqanizmin muqavimətini artırırlar, ümümi reaktivliyi və yerli baryer funksiyasını gücləndirirlər, aqciyərdə qaz mubadiləsini fəallaşdırırlar, immunobioloji funksiyasını, məhsuldarlığını artırırlar, hemopoezi stabilləşdirirlər, tənəffüs orqanları vasitəsilə orqanizmə sinir-reflektor təsirini stimullaşdırırlar. Havanın süni sürətdə ionlaşmasını-elektroefflyuvial ionizatorlarla aparırlar. Bunlara –AF-2, AF-3, AF-3-1 ionizator cihazları aiddir.Əsasında su hissəciklərinin mexaniki xırdalanması duran “ Serpuxov-1” və” QAİ-4U” hidrodinamik ionizatorlar mövcüddür. Havanın ionlaşması yüksək gərqinli daimi elektrik sahəsinin təsiri nəticəsində əmələ gəlir. Təbii hallarda aeroionlar atmosferda şimşək caxanda , ultrabənövşəyi şualanmada və .s. əmələ gəlirlər. İonizasiya seanslarını az dozalarla başlamaq lazımdır. Heyvandarlıq tövlələri və quşculuq fabrikləri şəraitində , qazların boşaldılması əsasında yaranmış məftilli və iynəli elektrodlarla olan ionizatorlar daha effektli və səmərəlidir. Profilaktika məqsədi ilə əksər hallarda tavandan asılan diametri- 1m bərabər olan aeroionizatorlardan istifadə edilir. Qrup şəklində mualicə aparmağ ücün heyvandan 150-200sm aralığda, fərdi mualicədə isə 30-40 sm məsafədə yerləşdirilən elektroefflyuvial və hidrodinamik ionizatorlardan istifadə edilir.Əməliyat hər gün və ya gün aşırı təkrar olunur. Mualicə kursu adətən 15-30 seansdan ibarətdir , mualicə kursu 30 gündən sonra təkrar edilir. Əməliyatin aparılma müddəti ionların konsentrasiyasından asılı olaraq 10-20 dəqiqə ola bilər.İonların dozalanması iki elementdən : ionların konsentrasiyası ( min\sm2) və ionizasiya müddətindən ( ekspozisiyadan)(saat) ibarətdir. Aeroionların sayılması ücün xüsüsi sayqaclar mövcüddür. Tövlələrdə süni aeroionizasiya 1sm2 havada olan aeroionların miqdarına qörə aparılır .Bu göstəricilər adətən cihaza əlavə olunan cədvəldə verilir. Mualicə qanın və sidiyin vaxtaşırı muayinəsindən sonra aparılır.Göstərişlər-yuxarı tənəffüs yollarının katarı, ümümi rezistentliyin və reaktivliyin zəifləməsi, trofiki xoralar, ürək-damar sistemi fəaliyətinin funksional pozuntuları , mədə bağırsağların xora xəstəliyi. Yaraların reqenerativ proseslərinin stimullaşdırılması.Əksgöstərişlər -kəskin arıqlama, aqciyərin emfizeması, yuxarı tənəffüs yollarının destruktiv dəyişirlikləri.

Elektroterapiya zamanı mudafiyə tədbirləri



Bioloqiya ,biokimyə, fizioloqiya, elmlərinin muasir nailiyyətləri heyvanların bəzi xəstəliklərinin mualicə və profilaktikasında fizioterapevtiki əməliyatların istifadəsinə geniş perspektivlər acır.Ancağ bilmək lazımdır ki süni mənbələrin fizioterapevtiki təcrübədə istifadəsi elektrik cərəyanının istifadəsi ilə əlaqədardır, və gərqinliyindən , gücündən, tezlikliyindən, növündən asılı olaraq , texnika təhlükəsizliyi pozulduğda onların hamısı xidmət edən heyyət və əməliyatda olan heyvanlar ücün təhlükəlidir.Ən böyuk təhlükə yüksək gərqinli aşağətezlikli elektrik cərəyanından gəlir. Cərəyanla zədələnmə- elektrik travma ( yanqı) və ya elektrik zərbə kimi ola bilər.Yanqılar elektrik qövslərin qapanması nəticəsində əmələ gələn istilik təsirindən də ola bilər.Elektrik zərbə adətən əzələlərin şiddətli yığılması və əksər hallarda daxili orqanların zədələnməsi , şok və tənəffüsün pozuntuları ilə müşahidə edilir. Ağır vəziyyətlərdə isə ölümlə də nəticələnə bilər. Cox vaxt elektrik cərəyanla zədələnmə gərqinlik altında olan cihazların metall hissələrinin, və izolyasiyası pozulmuş məftillərin bir birinə toxunmsı nəticəsində baş verir.Taxtadan və asfalt örtüyündən olan döşəmələrin müqaviməti güclü olsa da cərəyanın təsirindən tam qorumur.Müdafiyə tədbirlərində -əsas tələb , insan və heyvanların gərqinlik altında olan məftillərlə kontaktlarının olmamasıdır.Metal gövdəli və metaldan ibarət birləşdirici hissələri olan cihazların hamısı torpaqa birləşdirilməlidirlər .Rubilniklər ( güclu elektrik cərəyanını kəsən acar) cərəyan polyuslarından izolə edilməlidirlər. Ştepsel rozetkaları və keciricilər isə örtüklərlə təmin olunmalıdırlar. Cərəyan gətirən məftillərin acıq olan hissələri rezin və ya izolyasion lentlərlə sarğılanmalı .Cihazlarin torpaqa birləşdirilməsini , kanalizasion borular və ya mərkəzi isidici batareyalara birləşdirilməsi ilə əvəz etmək qəti qadağandır Elektroterapevtiki əməliyatlar apardığda heyvanları quru rezin və ya taxta döşəmələr üzərində yerləşdirirlər. Xırda heyvanlarda əməliyatı taxtadan olan masa üzərində aparmaq daha məqsədə uyğundur. Elektroterapevtiki cihazları onlara əlavə olunmuş təlimata uyğun istifadə etməli. Nəzərə almaq lazımdır ki fizioterapevtiki ( mikrodalğalı SMV və DMV, UYT) cihazlarla uzun müddət işlədikdə , onlar tərəfindən ətraf mühitdə əmələ gələn mənfi doldurulmuş elektromaqnit sahələri xidmət edən insanların hal-əhvalına xoşa qəlməz təsir göstərə bilər.Buna görə də şualanmadan qorunmaq ücün metal tordan vəya metaldan ibarət olan asma ekranlardan istifadə etmək lazımdır. Şualanmanın ətraf mühitə təsirini azaltmağ ücün qeneratorun yüsək gərqinliyini şualandırıcını quraşdırdıqdan sonra vermək lazımdır , və əməliyat sona catmamazdan bir az əvvəl yüksək qərqinliyi kəsmək lazımdır.Göstərilən qoruma vasitələri əsasən gücü cox olan stasionar cihazlara aiddir. Xüsüsi hazırlığı olmayan çəxslərə , cihazlar işləyərkən daxilində hansısa bir təmir işləri aparmaq qəti qadaqandır.UB-şualanmaların istifadəsi zamanı xidmətci şəxslər gözlərinə qara-şüşəli eynək taxmalı , heyvanların gözlərinə UB-şualar düşməməli ,şualanma aparılan dövrdə seanslar arasında olan müddətdə UB-lampalar pərdələrlə örtülməli.Elektrik lampalarının partlamasının , və qızdırıcı spirallardan yanqı almasının qarşısını almaq məqsədi ilə , İQ- şua cihazları metal torlarla qorunmalı və ya təhlükəsizli yerlərdə yerləşdirilməlidirlər.

MEXANOTERAPİYA



Masaj-xüsüsi kompleks mexaniki vasitələrlə dəri və orqanizmin müxtəlif orqanlarına kompleks mualicə məqsədi ilə orqanizmdə fizioloji proseslərin nizamlanmasına yönəlmiş təsiretmə qaydalarıdır . Masajin təsirindən dəri məsamələrinin və dəri vəzlərinin axarlarının acılması hesabına , dəri tənəffüsü yaxşılaşır, orqanizmdə zülalın parcalanması və sidikdə sidik cövhərinin xaric olunması güclənir, dəridə histaminə oxşar əmələ gələn maddələr, qana sorularaq orqanizmin reaktivliyini artırırlar , limfa və qan dövranını stimullaşdırırlar, oksidləşmə-bərpa prosesləri, əzələlərin qidalanması , və toxuma mübadiləsi güclənir. Massaj oynağların elastikliyi və hərəkətinə yaxşı təsir edir.Süd, karbon turşuları və başqa ziyan verici məhsullardan tez bir vaxtda azad olaraq yorqun əzələlərin işləmək qabiliyəti bərpa olunur.Massaj zamanı durqunluq prosesləri zəifləyir, infiltratların sorulması isə tezləşir. Masajin səthi, dərin və hərəkətedici sinirlərə mexaniki təsiri reflektor olaraq mərkəzi sinir sisteminə ötürülür, və bununla da orqanizmdə fizioloji proseslərin normalaşmasına , mədə- bağırsağ şöbəsində - ifrazatın aqciyərlərdə- qaz mübadiləsinin bütöv orqanizmdə isə - reaktivliyin və müdafiyə xüsüsiyətlərinin artmasına, səbəb olur. Funksional terapiyanın əsasını - aktiv ( heyvanların gəzintisi, fiziki yukləmə ) və passiv ( əllə, vibratorla və ya xüsüsi cihazlarla) massaj təşkil edir.Aktiv massaj –orqanizmin möhkəmlənməsinə səbəb olur, heyvanlara gündəlik əsasən də payız- qış aylarında gəzinti təşkil olunur. Gəzinti və ya işləmə müddəti tədricən artırılır.Passiv massaj-heyvanların növü , dərisinin qalınlığı, və başqa faktorlardan asılı olaraq , limfa damarlarının yolu ilə periferiyadan- mərkəzə doğru barmaqların ucu və ya yumruqla aparılır. Massajin –sığallama, ovma, döyəcləmə, və vibrasiya növləri mövcüddür.Sığallama-ovucla və ya xüsüsi vərdənə ilə , əvvələ yüngül sonra isə gücləndirilmiş təzyiqlə , 1-dəqiqədə 10-12 hərəkət etməklə aparılır.Ovma -əlin ayası , bükülmüş barmağların ucları və ya iki əllə toxumalara təzyiq edərərk aparılır. Dəri kicik büküşlərlə ələ yığıldıqda köndələn uzununa və dairəvi hərəkətlər edilir .Övkələmək, ovuşdurmaq- iki əlin barmaqları və ya ovucları ilə əzələlərin tərpədilməsi, tutulması, qaldırılması, sıxılması, və sıxışdırılması hərəkətləri edilir. Döyəcləmə- barmaqlarla, ovucla, yumruqla vaxtaşiri qırıq-qırıq əl calma, tıqqıldatma və yumruqla vurma kimi hərəkətlər edilir . Vibrasiya-Titrəyiş- əllərin barmaqları və ya titrəyiş cihazı ( vibratorla) vaxtaşırı təkrar olunan tərədüd hərəkətlərdir. Massaj patoloji prosesdən asılı olaraq 3-12 qündən sonra təyin edilir, sutkada 1-2 dəfə, 10-15 dəq. müddətində aparılır.Göstərişlər-parezlər, ifliclər, nevritlər, əzələlərin və sidik kisəsinin atrofiyası, qeyri infeksion xəstəliklər , mastitlər, oynaqların xəstəlikləri, xroniki timpaniya mədə- bağırsaqların dolub tıxanması.v. s.Əks göstərişlər -bədən temperaturunun yuksəlməsi, yeni törəmələr iltihabla kecən septiki və irinli proseslər, təzə qanaxmalar, hematomalar, peritonitlər, baqırsağların invaqinasiyası, dərinin zədələnmələri( yanqılar, dermatitlər, ) və.s.Qarın divarının massajı- iri heyvanlarda qarın divarının massajı mahud parcası və ya su və skipidarla nəmişlənmiş saman burması ilə təsirli sıqallama aparılır.Əməliyatın başlancıqında aqrı sindromu olan qorxaq heyvanlar( qarın əzələlərinin titrək yığılması şəklində) ciddi muqavimət qostərsələr də, bir necə dəqiqədən sonra sakitləşirlər.Xırda heyvanlarda ximostaz və kaprostazlar zamanı qarın massajı - övkələmə və ovucdurma ilə aparılır.Massajdan əvvəl onlara ilığ su ilə təmizləyici imalə qoyulur.Göstərişlər- gövşəyənlərdə işkənbənin atoniya və timpaniyası, atlarda spastik cancılar, və bütün heyvanlarda bağırsaqların atoniyası.Rektaldaxili massaj- atlarda və bəzi hallarda iri buynuzlu heyvanlarda mədə-bağırsaq şöbəsinin, böyrəklərin, sidik kisəsinin və balalığın xəstəlikləri zamanı aparılır.Qarın divarının massajı ilə muqayisədə daha yaxşı nəticə verir. İri buynuzlu heyvanlarda əl catan rektal daxili massaja aşağıdakı orqanlar - sidik kisəsi, balalığ, yumurtalıqlar, sol böyrək, kicik cənbər bağırsağın bir hissəsi, kor bağısağın əsası, işkənbənin arxa hissəsi aiddir.Bu orqanların massajında sıqallama, sıxılma, ovma və dairəvi övkələmə usullarından istifadə edilir.Bağırsaqların və sidik kisəsinin siqallanması aqrıları azaldır və onların əzələ tonusunu artırır, övkələmə isə müxaniki təsir göstərir . Massaj aparmazdan öncə ilığ su ilə(350C ) imalə aparilir, ehtiyac olduqda( düz bağısaqda kal kütlələri qaldıqda ) imalə təkrar olunur.Bu növ massajda qobud və sərt hərəkətlər düz bağırsaqın zədələnməsi və cırılmasına səbəb ola bilər.Göstərişlər -mədə önlüklərinin distoniyası, xroniki timpaniya, cənbər və düz bağırsağların kaprostazı, sidik kisəsinin parezi.Əksgöstərişlər -qarindaxili təzyiqin artması, bağırsağlarin çevrilməsi, dolaşması, invaqinasiyası, peritonit.Sığallama- əl zədələnmiş sahə üzərinə qoyularaq mötədil hərəkətlərlə yaxın limfa düyünü istiqamətində sıqallayır.Ovxalama - əlin ayası və ya barmaqların ucları ilə toxumalara uyqun təzyiq edərək aparılır, əlin hərəkəti altında dəri kicik büküşlərlə ələ yığılmalıdır.Döyəcləmə- əlin ayası, yumruq, və ya barmaqların ucu ilə . bəzi hallarda taxta cəkiclə aparılır..Vibrasiya –xüsüsi aparatların köməyi ilə toxumalara titrəyişli hərəkət verilir. Ona görə də vibrasiya əzələ liflərinin yığılma qabiliyyətini gücləndirir , ağrıları azaldır və sakitləşdirir, müvəqqəti hiperemiya yaradır .Bu növ massajı əl ilə də aparmaq olar. Vibratorların mexaniki( əl ilə işləyən) və elektrik formaları mövcüddür. Axırıncılar mexaniki vibratorlardan daha üstündürlər , ilk öncə daha yaxşı terapevtiki effekt verirlər və işdə daha əlverişlidirlər.

Köstərişlər -əzələ yorqunluğu, mədənin , işkənbənin və bağırsaqların atoniyası, kaprostaz və ximostazlar, spastik sancılar, parez və ifliclər, piylənmə, iri buynuzlu heyvanlarda doğumdan sonrakı hipokalsiemiya, kimi xəstəliklərin mualicəsində massajın vibrasiya növündən geniş istifadə edilir və yaxşı nəticə verir.Əksköstərişlər -irinli-curuntulu iltihablar, təzə hematomalar, dəri , dəri altı toxumaların və yelinin irinli iltihabları, bəd xassəli törəmələr, bədən temperaturunun yüksəlməsi, peritonit, dərinin zədələnməsi (yanqılar, dermatitlər, ) bağırsaqların invağinasiyası zamanı masajın vibrasiya növündən istifadə etmək olmaz.



Hidroterapiya

Hidroterapiya-(su ilə mualicə) –mualicə və profilaktika məqsədi ilə müxtəlif temperaturda suyun istifadəsidir.Su-maye, bərk və buxar vəziyətində istifadə edilə bilər Su - yüksək istilik tutumu , istilik kecirmə xassəsi və azca suvaşqanlığa malikdir, və bu xassələr ona mualicə və profilaktikada geniş istifadə olunmaq imkanı yaradır. Maddənin sıxlığı artıqca- İstilik tutumu artır, məsaməliyi artdıqca isə - istilik tutumu azalır.Ona görədə suyun istilik tutumu ,havanın istilik tutumundan 28 dəfə yüksəkdir. Yaxşı istilik tutumuna görə su orqanizmdən coxlu miqdarda istilik uda bilir.Bədən temperaturu o vaxt normada saxlanılır ki . istiəmələgəlmə istiverilməsinə bərabər olsun.Suyun yüksək istilik tutumuna və istilik kecirmə qabiliyətinə malik olması , su ilə mualicə zamanı orqanizmə istilik verməyə imkan yaradır. Su ilə mualicə zamanı onun bəzi kimyəvi xassələrini nəzərə almaq lazımdır. Suyu xaricdən istifadə etdikdə orqanizmə- istilik, mexaniki və kimyəvi təsir edir.Dəridə olan sinir qutaracıqlarına təsir edərək mərkəzi sinir sistemi vasitəsi ilə , başqa orqan və toxumalara , təsir edir. Təsir edici effekti qıcıqlandırıcının intensivliyindən . müddətindən , bədənin nahiyəsi və sahəsindən asılıdır. Su ilə orqanizmə yerli ( məhdudlaşdırılmış bir sahədə) və bədənin bütün nahiyələrinə ( ümümi) təsir etmək olar. Temperaturundan asılı olaraq su orqanizmə müxtəlif təsir göstərir. Məsələn soyuq su köndələn zolağlı və hamar əzələlərinin tonusunu artırır, qan damarlarının işıq zolaqlarını azaldır, qankəsici və iltihabəlehi təsirə malikdir , sinir sisteminin qıcıqlandırmasını və keciriciliyini azaldır, ürək vurqularını azaldır və gücləndirir, tənəffüs azalaraq dərinləşir . İsti su qan damarlarını genişləndirir , ağrıları azaldır və muskulaturanı boşaldır .Suyun mexaniki təsiri zəif (vanna ) və güclü ( duş ) ola bilər.Suyun dəriyə mexaniki təsiri onun verilmə təzyiqindən asılıdır. Çimizdirmə və məhəlli vannalara nisbətən duşlar daha artıq mexaniki təsirə malikdir. Suyun kimyəvi təsiri tərkibində həll olunmuş duzların miqdarından asılıdır . Suyun temperaturunun artması duzlarin həllolunma sürətini də artırır. Həll olunmuş bir cox maddələr dəridən sorula bilirlər. Xlor- natrium duzları dərini yumşaldır , elastikliyini artırır, fosfat-kalsium duzları isə əks təsir göstərir. İstilik mübadiləsi orqanizmdə əsasən , mübadilə prosesləri ilə əlaqədardır. Temperaturu 15C və ondan aşağı olan su soyuq, 23C –sərin, 33C –ilıq, indifferent, 37C –isti, 40C- və ondan yuxarı isə qaynar hesab olunur. Yerli prosedur ücün soyuq su əvəzinə brezent və ya rezin torbalara doldurulmuş qar və buzdan ətrafların vannası və soyuq kompresslər kimi istifadə etmək olar . Ümümi təsir etmə məqsədi ilə soyuq suyu qısa müddətli vanna,duş, və belindən tökmə şəklində istifadə etmək olar.Soyuq prosedurların əks köstərişləri-irinli iltihablaşma prosesləri, travma və zədələnmə nəticəsində əmələ qələn iltihablaşmalar.İsti suyun əks köstərişləri-dekompensasiya olunmuş ürək qusurları, yeni törəmələr, qanaxmalar və. s. Beləliklə suyun dəriyə mexaniki təsiri onun verilmə təzyiqindən asılıdır.Cimizdirmə və məhəlli vannalara nisbətən duşlar daha artıq mexaniki təsirə malikdir.Suyun kimyəvi qıcıqlandırma yaratması cox da güclü deyil Suyun tərkibində xorək duzu olduqda dərini yumşaldır, elastik edir, kalsium –sulfat duzları qarışıqı olan su dərini codlaşdırır, qələvi qarışığı olduqda isə dərini yağlardan təmizləyir.Suyun temperaturundan asılı olaraq o dəridəki reseptorları qıcıqlandırmaqla orqanizmə təsir edir. Soyuq su sinir- əzələ sisteminin tonusunu yuksəldərək , dəridəki damarların və əzələlərin yığılmasına səbəb olur. Mulayim temperatura malik olan su dəridəki damarları genəldir, əzələləri boşaldır, və ağrını zəiflədərək , sakitləşdirir.Yüksək temperaturu olan su dəridəki kapillyarları kəskin sürətdə kenişləndirir , bəzən də iflic edir.Su əməliyatları qaz mübadiləsini və qan dövranını yaxşılaşdırır. Soyuq su tənəffüs hərəkətlərini dərinləşdirir. İsti su ilə orqanizmə uzun müddət təsir etdikdə , tənəffüs tezləşir və səthiləşir.Cox isti su tər ifrazını artıraraq, diurezi azaldır , dəriyə olan reflektor təsiri nəticəsində qaraciyərin , böyrəklərin , dalağın damarlarını kenişləndirir. Buna görədə suyun təsiri ilə qanın hərəkətində yaradılan dəyişikliyin klinik təçrübələrdə əhəmiyyəti böyukdür.Su ilə mualicə əməliyatrları. Çimizdirmə -baytarlığda su ilə mualicənin geniş yayılmış bir növüdür. Orqanizmin tonusunu artıran və gücləndirən prosedurdur. Soyuq su dəridəki reseptorlara təsir edərək , sinirləri oyadır, əzələlərin yığılmasını gücləndirir, damarları sıxır, nəticədə qanin daxili orqanlara doğru axını sürətlənir .Buna görə də çimizdirmə zamanı ürək vurqusu və tənəffüs tezləşir, oksidləşmə prosesləri və maddələr mübadiləsi güclənir, iştaha yaxşılaşır. Çimizdirməyə -atlar, iri buynuzlu heyvanlar, və donuzlar böyük həvəs göstərir. Çimizdirmə adətən axini zəif olan caylarda aparılır. Cimizdirmədən sonra qızinmaq ücün heyvanları gəzdirirlər. Mualicə məqsədi ilə -qoyunları çimizdirirlər.Bu prosedur əsasən yaz-payız aylarında , isti küləksiz havada aparılır , cünkü uzun yun qurutma müddətini uzadır və eyni vaxtda orqanizm cox miqdqarda istilik itirir. Çimizdirmə gündə bir-iki dəfə suyun istiliyi 15-20C olduqda , 10-15 dəq. müddətində aparılır.Köstərişlər- vətər-birləşdirici aparatın güclənməsi, sfinktorların və yelinin tonusunun artması, miozitlər, hipotoniya və atoniyalar .Əksköstərişlər -yemləmədən və fiziki qərqinlikdən( qacırma, fiziki iş) dərhal sonra, küləkli və soyuq havada və s. cimizdirmə məsləhət deyil.Yuyub təmizləmə- qiqiena məqsədi ilə sabun köpüklü isti suyun istifadəsi.İri heyvanları böyun və quyruq nahiyyələrindən başlayıb , ətrafların təmizlənməsi ilə qurtqrmağı məsləhət görürük. Heyvanın bədəni islandığdan sonra sabunlanır və bir necə dəqiqə müddətində yuyulur, ehtiyac olduqda əməliyat təkrar olunur, sonra heyvanın bədəni qurudulur, və cullanır. Soyuq dəymənin qarşısını almaq məqsədi ilə , heyvanlar kəzintiyə tam quruduqdan sonra cıxarılır.İsladılma- yerli dəri reaksiyası əmələ kətirərək , dərini tərdən, toz və cirkablardan təmizləyir. İsladılma isti ( suyun temperaturu 40-50C) və soyuq (10-25C) su ilə aparıla bilər. İslatma vedrədən, rezin borulardan, 15-20 sm. məsafədən isti su ilə 15 dəq. soyiq su ilə isə 5-10 dəq. müddətində aparılır. Soyuq su ilə islatmadan sonra , dərinin ovulmasını məsləhət qorürük. Yerli islatma heyvanın peysəri, böyun, bel, qarın və ətrafları nahiyələrdə aparılır. Soyuq su ilə islatma gün və istivurmaları , burun qanaxmaları , dırnağların revmatik iltihabları , zədələnmələr, işkənbə və bağırsağların atoniyası zamanı aparılır.Duş- hidroterapiya növündən olan küclü təsiredici bir əməliyatdır. Əsasında heyvan bədəninə müxtəlif növ su şırnaqinın, temperaturun və təzyiqin təsiri durur . Su şırnağının formasını, suyun temperaturunu və təzyiqini dəyişmək imkanı şərti ilə duş əməliyatını su canlarından və ya adi su kəmərindən istifadə edərək aparmaq mümkündür. Baytarlıqda müxtəlif növ duşlar mövcüddür. Sirkulyar duş- 23-35C qədər temperaturda olan su heyvanın bədəninə 5-10 dəq. müddətində hər bir tərəfdən duş torlarından tökülür.Yağışvari duş-döşəmədən 2-2.5m hündürlüyündə divara və ya rezin boruya birləşdirilmiş duş torları vasitəsi ilə su yağış şəklində heyvanin bədəninə düşür. Əməlyat qiqienik və mualicə usulu kimi təyin edilir.İynəli duş- cox şırnağlı yüksək təzyiq altında vuran və güclu mexaniki təsirə malik olan duşdur. Əməliyatın müddəti 5-6 dəqiqədir. Şirnağlı duş ( Şarko duşu) –təsbit olmuş heyvanın bədəninə 4atm təzyiqi altında su vurulur. Əvəllə heyvanı tez bir vaxtda isladırlar , sonra isə 2-3m məsafədən su şırnağı ilə onurqa sütünü, döş qarın nahiyəsi, və ətraflara 4-5 dəq müddətində 20C temperaturda olan su vurulur.Şotland duşu( yelpik) prosedur müddətində istiliyini ( 20-50C) dəyişən su istifadə edilir. Əməliyat zamanı suyun temperaturunun hər 1-2 dəq. bir , belə dəyişirilməsi dərinin güclü ovulması ilə birgə aparılır.Əməliyat10-20dəq müddətində aparılır. Yüksələn duş –duşun toru təsbitedici dəzqahın aşağı hissəsində elə bərkidilir ki , su şırnağı 1.5-2atm təzyiqi altında 5-6 dəq müddətində qarin , yelin nahiyələri və xayalara vursun .Əks köstərişləri-ürək catışmamazlığı, kaxeksiya, boğazlığın ikinci yarısı . Cavan heyvanlara istifadə etmək olmaz.Vannalar-Təyinatına görə -təmizləyici ( dərinin təmizlənməsi ücün) və müalicəvi ola bilərlər. Burada istifadə olunan suyun temperaturu , tərkibi, və müddəti müxtəlif ola bilər. Suyun temperaturundan asılı olaraq –soyuq vannalar-( suyun temperaturu 20C dən. aşağı), sərin vannalar- ( suyun temperaturu-29-33C) , indifferent vannalar-(suyun temperaturu 34-36C) , ilıq vannalar ( suyun temperaturu 37-38C), isti vannalar( suyun temperaturu 39C və daha da yüksək) ) mövcüddür. Mualicə vannaları- vannalarda istifadə edilən dərman maddələrinin adına uyğun adlanır. Vanna vasitəsi ilə orqanizmə ümümi (bütün orqanizmə) və yerlı (bədənin ayrı-ayrı nahiyyələrinə ) təsir etmək olar. İri heyvanlara əsasən yerli vannalar , xırdalara isə ümümi və ya yerli təyin edilir. Soyuq vannalar tonusu artırır, ilığ vannalar isə sakitləşdirici təsir göstərir. Baytarlıq təcrübəsində vannalar əsasən dərini təmizləmək ücün, ilıq su sabun və ya sabun tozu ( 100 qr. -10-lit. Suya) ilə təyin olunur .Suyun temperaturundan asılı olaraq , prosedur müddəti müxtəlif olur. Əgər suyun temperaturu heyvanın bədən temperaturundan 3-4C artıqdırsa , vanna müddəti 30-40dəq. , 5-10C artıq olduqda isə-20-25dəq. ola bilər.Suya dərman maddəsi əlavə olduqda ( mətbəx sodaı, kreolin , lizol, farmalin, neosidol, ektosidol , diazinon, vəs. ) vanna dərmanlı hesab edilir.Bunlar əsasən ətrafların xəstəlikləri , və dərinin parazitar xəstəlikləri zamanı istifadə edilir. Vannalardan dərhal sonra heyvanlar qurudulmalı və cullanmalıdır. At, donuz, it, və xırda heyvanların mədələrinin, iri və xırda buynuzlu heyvanların işkənbəsinin yuyulması , imalələrin qoyulması terapevtiki texnikanın metod və vasitələri fəslində verilib.Palcıq mualicəsi - ümüi birləşdirilmiş adı “Peloidoterapiya ”. Peloidlər-yunan sözü olaraq ( pelos-lil , palcıq) deməkdir. Mürəkkəb qeoloji və bioloji , proseslər təsiri altında əmələ gələn maddələrdir. Baytarlıqda müalicə məqsədi ilə müxtəlif palcığlardan- vanna və yaxmalar şəklində istifadə edilir. Palcığla mualicənin heyvan orqanizminə bioloji təsiri müxtəlifdir : A- müxtəlif temperaturda olan kolloid-plastik kütlə termiki effekt göstərir .B-Dəridə və selikli qişalardakı ximo və baroreseptorları qıcığlandırır, palcığın tərkibindəki kimyəvi və hormonabənzər ucucu maddələr , dəri və selikli qişalardan sorulub orqanizmə təsir göstərir. Palcığların təsirindən mübadilə prosesləri güclənir, ifrazat oqranları və endokrin sisteminin funksiyası yaxşılaşır. Palcıq mualicəsinin terapevtiki effekti orqanizmə , neyrohumoral yolla tənzimlənən , eyni vaxtda təsir edən temperatur, mexaniki və kimyəvi qıcıqlanmalardır.Palcığın istilik kecirmə qabiliyyəti və konveksiyasının( istiliyi özü ilə aparması) az olması imkan verir ki nisbətən yüksək temperaturlu palcığdan mualicə və profilaktikada qeniş istifadə edilsin.Palcıq əməliyyatlarının təsiri nəticəsində orqanizmdə xüsüsən də dəridə əmələ qələn histamin və asetilxolin kimi bioloji aktiv maddələr də mualicə prosesində mühüm rol oynayır. C-bəzi palcığlar radioaktivliyə malikdirlər. Elmi və prakriki nöqtəyi nəzərdən Azərbaycanda olan palcığlar və onların orqanizmə təsiri böyük maraq döğurur. Bunlardan biri Təpə mualicə palcığları diqəri isə Boyük Şor və Masazır palcığlarıdır. Təpə palcığ -dərindən gələn , neft və qaz yataqlarında müşahidə edilən palcığlardır . Təpə və ya psevdovulkanik palcığlar yer üzərinə , karbohidrat, metan qazları, və yeraltı güclü təsirə malik sularla cıxır . Psevdovulkanik palcığlar əsasən mineral tərkibli : ( yüksək iod 80mq\ l, brom 70mq\ l , bor100mq\ l) olurlar. Bu palcığlar azca da olsa üzvü maddələrə malik olmaqla , yüksək kolloidli qələvi pelloidlərə aiddirlər, tərkibində oksidləşmə fermentləri ( katalaza, invertaza, dehidroqenaza, cox miqdarda iki valentli manqan) müəyən olunmuşdur. Azərbaycanada ən böyük psevdovulkanik palcığ yataqları Apşeron və kür vadisi ərazilərindədir . Bu bölgələrdə 250 artıq psevdovulkanlar mövcüddür.Fiziki –kimyəvi xassəsinə qörə bu bölgələrin palcığları zəif qıcıqlandırma təsirinə malikdirlər, tərkibində az mineralları olmaqla bromla bol olurlar, kəllə-beyində tormozlaşma yaradaraq sedativ və iltihab əlehi təsirə malikdirlər. Bu palcıqların terapevtiki effektliyini təmin ədən – onların tərkibində bol olan bioloji mikroelementlərin -bor, iod, brom, vanadium , molibden, sink, mis, natrium, xlor, selen, humin və fulv turşularının, müxtəlif qazların və üzvü maddələrin ( karboksil, karbamil, xinonn, və hidroksil)qrupların- olmasıdır. Palcıq- sınmış sümüklərdə toxumanı stimullaşdırır, sümük doyənəyinin sorulmasına , qanın , endokrin və fermentativ sistemlərinin fəaliyətinə təkan verir. Bu məhəlli proseslər zamanı iltihabı sahələrdə qan dövranı və maddələr mübadiləsinə təsir edərək, patoloji məhsulların sorulmasını tezləşdirir. Baytarlığ kliniki praktikada palcığ yerli –palcığla qızdırma, bükülmə, bə ( rektal-vaqinal) tamponlar kimi istifadə edilir. Palcığ təbii halda dəmir qablara qoyularaq , qaynayan suya salınır və qızdırılır, temperatura termometrlə nəzarət edilir. Palcıq orqanizmin müvafiq nahiyələrinə 2-3 sm. qalınlığında yaxılır, ( 35-45C) . üzəri brezent və ya müşənbə ilə, yaxud pambığ, tənziflə örtulub, 20-30 dəq. yə qədər saxlanılır. Əməliyat qurtardığdan sonra palcıq götürülür, yeri ilıq su ilə yuyulur, və heyvana 40-60. dəq. istirahət verilir.Bu müddətdə heyvanın cullanmasını məsləhət qörürük. Palcığdan ətrafların , sümüklərin , trofik yaraların , bir sıra qinekoloji xəstəliklərin , radikulit , nefrit, pielonefrit, mielit, onurqa-beyinin zədələnmələri , qastrit, hepatit , xolesistit ,fleqmona , mastit, v. s. xəstəliklərin mualicəsində , qısırlıqla mubarizədə , geniş istifadə edilir. Lakin kəskin formalı vərəm , ürək-damar sistemi xəstəlikləri, nevrozlar, qaraciyər sirrozu, və s . pataloqiyada palcığdan istifadə etmək əks köstərişdir.Parafin mualicəsi -orqanismə termoterapevtiki usulla təsir edir.Mualicə işində parafinin asan əriyən( 40-50C) və bəzən cətin əriyən (52-56C) növündən istifadə olunur. Bu mualicə metodunun üstünlüyü ondan ibarətdir ki 80C qədər qızdırıldığı bir halda zəif isti kecirməyə malik olduğuna görə yanqı əmələ gətirmir. :60-70 C dərəcə temperaturda onun dəriyə yayılmış birinci qatı istiliyi verərək nazik bir qabığa cevirilir, və örtülmüş nahiyəni artıq qızdırma və yanqıdan qoruyur.Parafin dəridə temperaturu uzun müddət saxlamaqla toxuma qidalanmasını gücləndirir.Parafinin başqa xüsüsiyətlərindən biri də təzyiqedici təsiridir. Dəridə soyuyub bərkiyərək ortülmüş nahiyəyə təzyiq göstərir. Dəri parafinlə cirklənmir, dəri və parafin arasındakı məsafədə güclü tərləmə prosesi ketdiyindən limfa dövriyəsi güclənir ( yaxşılaşır). Parafin su hamamında 70-80C yə –qədər qızdırılaraq , dərinin üzərinə 1-2sm qalınlığında yaxılır və bintlə sarılıb 8-12 saat saxlanılır. Əməliyyat 1-2 qündən sonra təkrar oluna bilər.Parafinlə mualicə larinqo-farinqit və plevritlər zamanı yaxşı nəticə verir

Naftalan terapiyası –öz mualicəvi xassələri ilə bütün dünya neftlərindən fərqlənən Naftalan neftinin yekanə yataqları Azərbaycandadlr.Naftalan nefti-tünd-qəhvəyi rənkə, zəif aromatik iyə , yünkül cəkiyə və yapışqanlığa malik olub , suda emilsiya əmələ qətirir, dəriyə yaxşı yapışır , dəri və selikli qişadan asan sorulur. Adi temperaturda uzun müddət öz fiziki-kimyəvi xassəsini saxlayır. Naftalan nefti bir mualicə vasitəsi kimi hələ qədim zamanlardan xalq təbabəti və baytarlığında geniş istifadə edilmişdir. Bu gün də naftalan neftindən mualicə məqsədi ilə geniş istifadə edilir . Hazırda Azərbaycanda dünya əhəmiyyəti olan Naftalan kurortu geniş fəaliyyət qöstərir. Naftalan neftinin mualicəvi xassələrinin baytarlıqda oyrənilməsi və heyvanın xəstəliklərində tətbiq olunması Azərbaycan kənd təsərrufatı institutunun baytarlıq fakültəsində XX əsrin 50-80ci illərində oyrənilmiş və geniş sürətdə istehsalata tətbiq edilmişdir ( H.Hacıyev, və. b.)Aparılan elmi- tədqiqat işləri nəticəsində Naftalan neftinin kənd təsərrufatı heyvanları və quşları ücün müxtəlif dozaları müəyənləşdirilmiş , bir sıra daxili , cərrahi, ginekoloji xəstəlilərin mualicəsində tətbiqi yaxşı nəticə vermişdir. Naftalan nefti mualicə ücün heyvanların dərisinə yaxılır , suya qatılıb daxilə verilir, və cinsiyyət orqanlarına yeridilir. Bunun ücün heyvanların hər kiloqram diri kütləsinə 0.3ml naftalan nefti götürülür. Naftalan neftinin mualicəvi dozası orqanizmdə maddələr mübadiləsinə , qanyaradıcı orqanların , böyrəklərin , mədə- bağırsaq sisteminin fəaliyətinə xoş təsir göstərir. Naftalan nefti işkənbənin timpaniyası , mədə önunun hipotoniya və atoniyası , mədə- bağırsaq iltihablarında gündə bir dəfə , emulsiya halında , zondla heyvanın daxilinə yeridilir. Jaxşı emulsiya almaq ücün suya bir qədər cabun qarışdırıb , sonra naftalan neftini əlavə etmək lazımdır.

Köstərişlər-naftalan nefti , dəri, dırnaq iltihabları , yanıqlar, qoturluq, dəmrov, axtalama və dabaqdan sonrakı aqırlaşmalar zamanı xəstə nahiyəyə yaxılır. Bir sıra dərman və mualicə vasitələri ilə birlikdə də tətbiq edilir və yaxşı nəticə verir. Dəmrovun mualicəsində 3-5%-li naftalan nefti –karbol turşusu qarışığı, qinekoloji xəstəliklərin ( vaginit, metrit) mualicəsində 0.4-0.8% li naftalan –etakridin laktat( rivanol) və 0.2-0.4% -li naftalan –furasilin qarışıqları müfəffəqiyətlə işlədilir. Sonun lənqiməsində balalığa təmiz naftalan nefti yeritmək yaxşı nəticə verir.Naftalan neftinin fraksiyalarının müalicəvi xassələrinin oyrənilməsi sahəsində tədqiqat işləri aparılır . Bu günə kimi aparılmış və əldə edilmiş geniş eksperiment və klinik tədqiqatların nəticəsi naftalan neftinin muasir baytarlıq ücün ən yaxşı mualicə vasitələrindən biri olduğu haqda əsas verir.

Muhazirə №.-5

Həzm sisteminin xəstəlikləri

Plan


1.- Anatomo-fizioloji xüsüsiyyətləri , təsnifatı, sindromları

2.-Ağız boşluqu,udlaq və yem borusunun xəstəlikləri.


Anatomo-fizioloji xüsüsiyətləri. Təsnifatı. Sindromları

Həzmetmə-orqanizmdə mənimsənilmə qabiliyətinə malik olan , mürəkkəb qida maddələrinin sadə birləşmələrə parcalanmasını təmin edən proseslər toplumudur.Bu proseslər həzm orqanları sistemində və ya şərti olaraq üc yerə bölünən : qabaq ( köməkci orqanlarla birgə ağız boşluğu, udlaq və yem borusu) , orta ( mədə və nazik bağırsağlar) və arxa ( yoqun bağırsağlar) həzm şöbəsində gedir. Həzmetmə şobəsinə ifrazat şirələri bu boşluğa axan divararxası həzmetmə vəzləri -tüpürcək, mədəaltı, və qaraciyər də daxil edilir.Həzm sistemi orqanlarının ön hissəsi yemina qəbulu ,ceynənməsi və udulmasına ,orta-yemlərin parcalanması və sorulmasına ,arxa hissəsi isə yem qalığlarının həzmə getməyən hissələrinin hidrolizi, suyun sorulması və kalın formalaşmasına xidmət edir.Heyvanlarda həzm sisteminin xəstəlikləri ümümi yoluxmyan xəstəlilərin 45% təşkil edərək birinci yeri tutur. Bu xəstəliklərin əsas səbəbləri heyvanların saxlanması, yemləndirilməsi və istifadəsində buraxılan müxtəlif növ pozuntular o cümlədən –bir yemdən kəskin sürətdə digərinə kecməsi, yemlərin düzgün hazırlanmaması, keyfiyətsiz və ixarab olmuş yemlərin , torpaq və qumla qarışıq yemlərin, qaynar və ya tam soyuq yemlərin, göbələk və onun toksinləri ilə sirayətlənmiş yemlərin istifadəsi, bitki və mineral zəhərlərlə zəhərlənmələr ola bilər.Həzm orqanlarının xəstəlikləri ikincili bir proses kimi bəzi infeksion və parazitar xəstəlikləri zamanı , və ürək, böyrək, aqciyər, və. b. orqanların pataloqiyasında əmələ gələ bilərlər. Bunlardan yaranan iqtisadi zərər –heyvanların ölümündən, məhsuldarlığın azalmasından, cinsi keyfiyətlərinin itrilməsindən, cixdaş olmasından, mualicə və profilaktiki tədbirlərin xərclərindən əmələ gəlir.Həzm orqanlarının xəstəlikləri aşağıdaki əsas qruplara bölünür:a

1-Ağız boşluğunun xəstəlikləri (Stomatitis), udlaqın(pharyngitis ) yem borusunun əksər halda iltihabı(oesophagitis ), daralması (stenosis oesophagi) , genişlənməsi (Dilatatio oesophagi), və tıxanmasına(Obturatio oesophagi) rast gəlinir.

2-Gövşəyənlərdə mədə önlüklərinin xəstəlikləri hipotoniya və atoniya, işkənbənin dolub tıxanması və parezi, travmatik retikulit, kitabcanın tıxanması ( pozulması), şırdanın xəstəlikləri.

3- Mədə və bağırsaqların xəstəlikləri( mədənin xora xəstəliyi, qastroenterit, enterokolit )

4- Atların Sancı simptomları ilə müşahidə edilən mədə və bağırsaq xəstəlikləri( mədənin genişlənməsi, enteralqiya, bağırsaqların meteorizmi , bağırsaqlarda möhtəviyatın durğunluğu, mədə və bağırsaqların qumla zibillənməsi ( qum sancıları) , bağırsaqların daxilən tıxanması ( obturasoin ileus) , bağırsaqların daxilən sıxılması( stranqulyasion ileus). Sancıların hemostatik formaları ( tromboembolik ileus)-bağırsaqlarda hemostaz əmələ gəlməsi nəticəsində yaranan kecməməzlik.

5-Qarın pərdəsi və boşluğunun xəstəlikləri( peritonit və assit ).

6-Qaraciyərin ltihabı xəstəlikləri (hepatit), distrofiyası (hepatoz və sirroz),öd cıxaran yolların iltihabı ( xolesistit, xolanqit, öd daşları) .

Həzm sistemi xəstəliklərinin əsas sindromu və simptomları aşağıdakılardır:

1-Heyvanın narahatlığı

2-Məcburi( qeyri adi ) duruşlar.

3-Bəzən tam imtina etməklə yem və su qəbulunun pozulması.

4-Qarın nahiyəsinin ümümi həcminin və konturlarının dəyişməsi

5- peristaltik küylərin dətişməsi

6-Kal ifrazatının pozuntuları :-Gücənmə, ishal, qəbizlik, kal ifrazatının kəsilməsi

7-Kalın xüsüsiyətlərinin dəyişməsi

8-Tənəffüs, ürək-damar, və sidik sistemi tərəfindənikincili dəyişirliklər.

Sadalanan bu simptomlar müxtəlif xəstəliklərdə müxtəlif dərəcədə bürüzə verilir, bəzi hallarda ağrılı kecir, bəzən qabarıq bürüzə verir, bəzən isə sönmüş və ya simptomsuz kecir.Həzmetmə orqanlarının xəstəlikləri sırasında heyvanların yemləmə , saxlanma və bəslənmə posuntuları nəticəsində əmələ gələn xəstəliklər xüsüsi yer tuturlar. Bunlara –düzgün tutulmamış rasionlar ( yem payları) yemlərin keyfiyətsiz hazırlanması, tez-tez dəyişirilməsi, tənzimlənməmiş və bəzən artıq yemlənmə, xarab olmuş, kiflənmiş, qum , palcıq, və yabancı cısımlərlə qarışıq yemlərin istifadə edilməsi aiddir. Həzm orqanlarında funksional və üzvü dəyişirliklər atmosfer təzyiqin və temperaturun kəskin dəyişməsi nəticəsində də gələ bilər.Həzm orqanlarının xəstəliklərinin əmələ gəlmə səbəbləri , bitki , mineral və göbələk zəhərləri də ola bilər.Həzm orqanlarının patoloqiyası ürək, böyrək, başqa orqanların , eləcədə bir cox yoluxicu xəstəlilər zamanı əmələ gələ bilər.Həzm sistemi orqanlarının xəstəlilərinin profilaktikasında heyvanların tam dəyərli yemləmə , düzgün saxlanma , bəslənmə və istismarı xüsüsi əhəmiyət kəsb edir. Hər növ heyvanlar ücün rasionlar ( yem payları) elə tutulmalıdır ki tərkibində :sulu və nəmişli ( silos, senaj, kökumeyvəlilər, dən cecəsi, cecə) , qaba və quru (ot, küləş, presləşmiş və dənəvərləşmiş qarışıq yemlər, ot unu , ) eləcədə xörək duzu, mineral-vitamin əlavələri və. s olsun.Yemlər ciddi aqrotexniki müdətdə hazırlanmalı.Nəzərə almaq lazımdır ki mədə- baqırsaq xəstəliklərinin etioloqiyasında həzm sistemi funksiyalarının sinir sistemi tərəfindən tənzimlənməsinin pozulması mühüm rol oynayır , ona görədə fermalarda qəbul olunmuş iş rejiminə ciddi riayət etmək vacib əhəmiyət kəsb edir. Heyvanların ciddi dəqiqləşdirilmiş müddətdə yemləndirilməsi , mosionu ( kəzinti) istirahəti , və onlara qulluq edilməsi , onlarda yemlərin maksimum mənimsənilməsini təmin edən , şərti reflektor reaksiyaları əmələ gətirir.Rasionda yem tərkibinin dəyişməsini . yaylaqdan tövlə şəraitinə kecməsini və əksinə , tədricən aparmaq lazımdır. Çoban, malabaxan, və operatorlar ( sağıcılar) heyvanların otarılma, şirəli və tez qıcqıran və başqa şirəli yemlərin yemlənməsi qayda-qanunlarını yaxşı bilməlidirlər. Bələliklə orqanizmi təşkil edən hüceyrə və toxumaları qida maddələri ilə təmin etməkvəzifəsi həzm orqanlarinin üzərinə düşür.



Həzm orqanlarının mexaniki və hərəki fəaliyəti -yemləri qəbul edib parcalamaqdan, və həzm aparatının bir şöbəsindən diqərinə köçürməkdən, sekretor fəaliyərti -həzm ücün vacib olan şirələri ifraz etməkdən , kimyəvi fəaliyəti –yem kütlələrini fermentativ proseslərə uğratmaqdan , soruculuq fəaliyəti- isə qida maddələrini bağırsaqlardan qana sormaqdan ibarətdir.Həzm orqanlarının belə mürəkkəb funksiyası mərkəzi sinir sistemi vasitəsilə idarə olunur, orqanizmin vahidliyi şəraitində tamamlanır. Həzm mərkəzinin əsas qıcığlandırıcısı qörmə, iyləmə və qanın kimyəvi tərkibindəki dəyişiklik həzab olunur. Bunların vasitəsilə mərkəzə verilən reflekslər qıcıqlar taradır ki, onlar da həzm orqanlarını fəaliyətə qətirir, lakin həzm sisteminin hər bir şöbəsi öz funksiyasından asılı olaraq müəyyən xüsüsiyyətə malikdir.Buna qörə də həzm sisteminin bir şöbəsində olan möhtəviyyat öz xassələrinə görə xeyli fərqlənir. Həzm sisteminin orqanizmdə yerinə yetirdiyi bu qədər mürəkkəb və coxcəhətli funksiyalar müxtəlif amilin təsirindən tez-tez pozulur . Bu amillərdən yem, yemləmə, və bəsləmə mühüm rol oynayır. Xüsüsən də , yem payının düzgun teyin olunmaması , yemlərin düzgün hazırlanmaması, keyfiyətsiz , vitaminləri və mineral maddələri az olan, cürümüş , kiflənmiş və zəhərli yemlərlə heyvanların yemləndirilməsi həzm sisteminin pozuntularına daha cox səbəb olur.Həzm sistemi orqanları mərkəzi sinir sisteminin nəzarəti altında şərti və şərtsiz reflekslər vasitəsilə idarə olunur.Bu sistemə daxil olan orqanlar isə bir-birindən asılı sürətdə fəaliyət göstərir , xarici və daxili təsirləri əlaqələndirir. Məsələn ağızdakı həzm prosesi mədənin sekretor –motor fəaliyyətinə , bu isə bağırsaqların funksiyasına təsir edir və əksinə , interoreseptorların həzm orqanlarından aldığı qıcıqlar sinir sistemi vasitəsilə reflektor olaraq qan dövranına , tənəffüs sisteminə və maddələr mübadiləsinə verilir. Həzm orqanlarının patoloqiyasında ürək, böyrək, qaraciyər , və. s. orqanlarının xəstəliklərinin , aktiv hərəkətlərin , habelə həzm sistemi orqanlarında gedən bir cox infeksion və invazion xəstəliklərin rolu böyükdür. Həzm sistemində gedən müxtəlif patoloji proseslər nəticəsində heyvanın məhsuldarlığı aşağı düşür, yaxud ölümə səbəb olur ki , bu da təsərrüfata iqtisadi zərər vurur. Mədə-bağırsaq və başqa xəstəliklərin profilaktikasında heyvanların vitamin və mineral maddələrlə təmin olunması böyük əhəmiyət kəsb edir. Onların catışmamazlığı orqanizmin müxtəlif orqan və sistemlərində o cümlədən mədə-bağırsaq şöbəsində funksional dəyişirliklərə , ümümülükdə isə maddələr mübadiləsinin dərin pozuntularına, iştahanın pozulmasına , səbəb olur.Tövlə saxlanma şəraitində heyvanlar su ilə daimi təmin olunmalı .Yaylaqda isə heyvanların suvarılması yemləmədən əvvəl və ya bir saat sonra olmalı. Tövlə saxlanma şəraitində heyvanlara sutka ərzində 3-4 saat müdətində gəzinti verilməsi həzmetmə proseslərini normallaşdırır. Yemlərin tərkibində olan- həzmə gedən protein,karotin, mineral maddələrin, qanda- zülalların , vitaminlərin, mikroelementlərin, süd və sidikdə- keton cisimciklərinin , silosda-keyfiyyəti və turşuluğun miqdarı vaxtaçırı müəyyən olunur . Bu muayinələrin nəticələri heyvanların profilaktiki tədbirlərinin tutulması və tətbiqində böyük əhəmiyət kəsb edərək , baytar mütəxəsislərinə heyvanların yem paylarının lazımı istiqamətdə dəyişdirilməsində, onların balanslaşdırmasında və yem tədarükünün yaxşılaşdırılmasında kömək edir.
Ağız , udlaq və yem borusunun xəstəlikləri

Stomatit-stomatitis-

Stomatit -ağızın selikli qişasının iltihabıdır , Xəstəlik heyvanlarının əksəriyyətində əsasən də iri buynuzlu heyvanlar və atlarda müşahidə edilir. Əmələ gəlməsinə qörə stomatit müstəqil- birincili( travma , zədələnmə, və alimentar faktorları əsasında yaranır) və ikincili (müxtəlif əsasən də infeksion xəstəliklərin və onların mürəkkəbləşməsi nəticəsində əmələ qələn) olur.Gedişinə qörə kəskin və xroniki , iltihablaşma prosesinin xarakterinə və selikli qişanın patomorfoloji dəyişikliiynə görə -kataral, vezikulyar, pustulyöz, aftoz, xoralı, qanqrenozlu, və fleqmonozlu, əksər hallarda isə kataral forması müşahidə edilir. Təsərrüfatlara xəstəlikdən vurulan maddi zərər heyvanların məhsuldarlığının azalması və xəstə heyvanların mualicəsində aparılan xərclərdən ibarətdir. Aqızın selikli qişası bir sıra şərti reflekslərin məskəni olaraq , dildəki reseptorla birqə selikli qişanın reseptorları və həzm orqanları arasında reflektor əlaqənin yaranmasında mühüm rol oynayırlar , və xəstəlik zamanı refleksin əmələ gəlməsində ciddi pozuntular müşahidə edilir.

Etioloqiyası-müstəqil formalı birincili mənşəli stomatitlər- mexaniki zədələnmə nəticəsində arpa küləşi, qalmış ceyranotu, quru və qaba yemlərlə yemləndirilməsi, onların tərkibində olan aqaclaşmış hissələr, dəmir, mismar, və sümük qırıntıları , ucu iti olan metal və başqa əşyalar, dişlərin bütövlüyünün pozulması nəticəsində iti olan qıraqları, ilə selikli qişanın yaralanması , selikli qişaya termiki amillərin təsiri –isti və soyuq suyun , həddindən artıq isti və ya donmuş yemlərin verilməsi , kəskin təsirli müxtəlif növ kimyəvi maddələrin verilməsi və ya onlarla aqız boşluğunun yuyulması , heyvana zərərli və qıcıqlandırıcı yemlərin verilməsi , mineral kübrələri yalaması nəticəsində əmələ gəlir. Xəstəliyin səbəbi şərti –patoqen mikroflora, eləcədə ağız boşluğunun selikli qişasında olan göbələlər də ola bilər.Ağızda selikli qişanın bütövlüyü pozulduqda və ya immun statusu ( dözümlüyü) azaldıqda şərti-patoqen mikroflora və göbələklərin təsiri güclənir. Bir sözlə müxtəlif amillərin təsirindən əmələ gələn travmatik zədə , müxtəlif təsirə malik kimyəvi maddə və dərmanlar, şərti-patoqen mikroflora və selikli qişanın pozulması , orqanizmdə immun statusun zəifləməsi , göbələklərin inkişafı və.s. müxtəlif formalı stomatitlərin əmələ qəlməsinə səbəb olur. İkincili stomatitlər bəzi infeksion və invazion xəstəlikləri o cümlədən iri buynuzlu heyvanlarda dabağ, taun, kataral qızdırma , touyqlarda aktinomikoz, difterrit və s müşayət edir. Udlaq və mədə xəstəlikləri də onların əmələ qəlməsinə səbəb ola bilər.Patoqenezi - Etioloji faktorların təsiri nəticəsində selikli qişada hiperemiya və şişmə əmələ qəlir, eksudasiya artır və bunun nəticəsi olaraq dilin üzərində boz ərplərin əmələ qəlməsi müşahidə edilir. Zədələnmə keniş olduqdq vezikula, afta, xora və difteritik ərplər əmələ gələ bilər.Eksudatın parcalanması nəticəsində əmələ gələn və sorulan toksiki maddələr , xəstənin zəifləməsi , iştahanın itməsi , selik ifrazatının artması, məzlumluğu və ağızdan çürüntülü iy kəlməsinə səbəb olur. Heyvanın iştahası ola-ola , yem qəbulu zamanı narahat olur, yemdən imtina edir, selik axma artır və. s. İnfeksion etioloqiyalı stomatitlər adətən bədənin ümümi temperaturunun artması ilə müşahidə edilir.

Simptomları - İltihabın dərəcəsindən asılı olaraq müxtəlif ola bilərlər. Müstəqil stomatitlər zamanı xəstənin ümümi vəziyyəti elə də əhəmiyətli dəyişmir, ikinci formalı stomatitlərdə isə əsas xəstəliyin ağırlığından asılı olaraq , heyvanın ümümi vəziyətinin pisləşməsi və bədən temperaturunun artması müşahidə olunur. Eyni zamanda bütün növ stomatitlər ücün ceynəmə aktının pozulması, və selik axma xarakterik əlamətdir. Ağızın selikli qişasına kimyəvi maddələrin təsir etməsi selik axmasını artırır . slik duru və köpüklü olur , bəzən isə özlü və qatı olur, xəstə suyu əsasən də soyüq suyu həvəslə icir.Heyvanlar yemi ehtiyatla qəbul edir , yavaş ceynəyərək əksər hallarda aqızlarından tullayırlar. Ağızın selikli qişası qızartdaq və ödemli olur, yuxarı dilcik ağız boşluğuna sallanır , dil əsasən şişmiş olur , üzərində boz ərplər əmələ qəlir, ağızdan cürüntülü və ya üfünətli iy gəlir.Patomorfoloji nöqtəyi nəzərdən stomatit katar, vezikula , pustula, xora, difteritik və krupoz ərplərlə , və selik altı toxumanın infiltrasiyası ilə bürüzə verir.

Diaqnoz və təfriqi diaqnozu - Anamnez məlumatları, kliniki əlamətləri və selikli qişanı nəzərdən kecirməklə qoyulur. Xəstəliyi farinqit, yem borusunun tıxanması , zəhərlənmə və intoksikasiyalardan təfriq etmək lazımdır.

Proqnozu Müstəqil formalı stomatitlərin əmələ qəlmə səbəblərini aradan kötürdükdən 8-10 qün sonra , xəstəlik kecir. Xəstəliyin xroniki qedişi , sağalma müddətini uzadır, ağızın selikli qişasının pozuntuları isə bərpa olunmaz olurlar.İkinci formalı stomatitlərin gedişi və proqnozu əsas xəstəlikdən asılıdır.

Mualicəsi -İlk oncə stomatit xəstəliyini əmələ gətirən səbəbləri aradan götürməli. Xəstə heyvanlar duru yem və təmiz su ilə təmin edilir.Ağız boşluqunu 1-2%xörək duzu , 2-3% soda məhlulu, 1:1000 rivanol, 1:5000-furasilin, 3% bor turşusu, məhlulu ilə yuyulur, ağızın və dilin selikli qişasına iod-qliserin, və 10% sintomisin linimenti sürtülür. Xəstə heyvana əsaslı sürətdə qulluq olunmalı. Stomatitlərin bütün növ formalarında , selikli qişaları qıcıqlandıran amillər (mexaniki , termiki , və başqa maddələr), ləğv edilməli, heyvanların yemləmə rejimi və yetərincə yemlənməsinə diqqət yetirilməli Otyeyənlərə göy ot , yumşaq quru ot, keyfiyyətli silos, bişirilmiş kökumeyvəli yemlər, və hörrələr verilməli..

Profilaktikası- xəstəliyin səbəblərindən irəli gəlir,cox qaba və iti əşyalarla qarışıq yemlərin verilməsinə qadaqa qoyulmalı.Stomatitləri əmələ gətirən xəstəliklərin qarşısı alınmalı.

Udlağın iltihbı-Farinqit-Pharyngitis
Udlaq-həzm və tənəffüs orqanlarının kəsişdiyi yoludur, ağız boşluğu ilə əskəklə, burun boşluğu ilə xoanlarla ( xortumla), orta qulaqla –yevstax borusu , atların hava kisəsi ilə yarığlı dəliklə, qırtlaqla isə qırtlağın kirişi ilə birləşir. Udlağın divarları cox saylı qan və limfa damarları ilətəmin olmuşlar. Udlağın ətraflarında follikullara birləşmiş coxsaylı lateral və mindal udlaq arxası limfa düyünləri mövcüddür.Farinqit-udlağın selikli qişasının , yumşaq damağın , limfa follikullarının , udlaq arxası limfa follikulların , udlaqarxası limfa düyünlərinin , və yumşaq damağın badamcığ vəzilərinin iltihabı prosesidir. Badamcığ vəzilərinin və udlaq üzüyünün ( həlqəsinin) selikli qişasının iltihabı-anqina adlanır.Mənşəyinə qörə farinqit birincili ( müstəqil) və ikincili, gedişinə görə kəskin və xroniki ,eksudatın xarakteri və selikli qişanın patomorfoloji dəyişikliyinə görə kataral, krupoz, difteritik, xoralı və fleqmanozlu ola bilir. Xəstəlik əsasən qaramalda, it, və atlarda daha cox müşahidə edilir. Əmələ qələn maddi zərər kökluyun və başqa məhsuldarlığın azalmasından, mualicə xərcləri və bəzi hallarda isə xəstələrin ölməsindən ibarətdir.

Etioloqiyası- farinqiti əmələ gətirən və səbəb olan faktorlar əsasən stomatitlə eynidir.Tənəffüs yollarının yuxarı şöbələri , əsasən də limfa düyünləri ilə bol olan , udlağın tənəffüs hissəsi və udlaq üzüyündə , müxtəlf növ mikrob-saprofitlər , streptokokklar, stafilakokklar, diplokoklar, sarsinlər, aktinomisetlər, pasterellalar, göbələklər, eləcədə göy irinli, və bağırsaq cöpləri , və başqa bakteriyalarla məskünlaçmışdır. Bu mikroorqanizmlərin patoqen təsiri adətən ancağ müxtəlif qeyri əlverişli amillərin təsiri altında orqanizmin immunbioloji reaksiyasının zəifləməsində bürüzə verir. Ağır fiziki işdən, idman atlarının qərqin məşqlərdən və qacırdiqdan ( capma) dərhal sonra tez bir müddətdə soyumaları, iki tərəfli cərəyan, yağış, külək, soyuq yemlərin yemləndirilməsi , heyvanları qırov və qarla örtülmüş sahələrdə otarılması , və ya isti havada soyuq suyun icirilmə farinqitin əsas səbəblərindəndir.Heyvanlar əksər hallarda yaz və payız aylarında havanın temperaturu kəskin dəyişən fəsillərdə xəstələnirlər. Bəzi hallarda farinqitlər udlağın selikli qişasının qıcıqlanması, yemlərin isti- isti verilməsi isti hava və tüstünün udulması nəticəsində əmələ qəlir.Farinqiti əmələ qətirən səbəblərdən biri də udlağın selikli qişasını şiddətli qıcıqlandıran müxtəlif qıcıqlandırıcı xassəyə malik dərman preparatları: skipidar, tilan, tilozin, qusturucu daş, zəhərləyici maddələr, naşatır spirti, formalin iylənmiş və barlanmış yemlər ola bilər. Udlağın selikli qişasının iltihaba uğraması - yabanı cısımlərlə zədələnmə və bəzi hallarda sərt zondların düzqün yeridilməməsi nəticəsində baş verə bilər. Udlaq- aqız və burun boşluqları yem borusu və qırtlaqla sıx əlaqədə olduğu ücün bu orqanların iltihabı udlaqa da kecə bilər ( rinofarinqit, larinqofarinqit . Bu orqanların bir- birinə yaxınlıqı və sıx əlaqələri bəzi hallarda mütəxəsisləri caşdırır və patoloqiyanın dəqiq yerləşməsinin aird edilməsində onlara cətinlik törədir. Urək- damar sisteminin və böyrəkləriniltihabı nəticəsində baş verən qan durqunluqu udlağın iltihabına səbəb ola bilər.İkincili farinqitlər infeksion xəstəlikləri zamanı : dabağ, vərəm , staxibotriotoksikoz, qara-yara, kataral isitmə , taun , və. b əmələ gələ bilər.Udlaqın xroniki iltihabı əskin və ya uzun müddətli əsasən də zəif və arıq heyvanlarda, zəif qıcıqlanma verən amillərin təsiri altında əmələ gəlir.Nadir hallarda xroniki farinqitin səbəbi mozalan süfrələri ola bilər.


Patoqenezi-İltihablaşma prosesinin inkişaf dinamikasında coxsaylı limfa törəmələri böyuk əhəmiyət kəsb edir. Onların üzərinə mikroblar , yem qırıntıları , selik, ağız suyu və.s. yığılır.Orqanizmin immunbioloji müdafiyəsi zəiflədikdə mikrobların törəməsi kəskin artaraq selikli qişanı qıcıqlandırır və badamcığlara daxil olaraq iltihab əmələ gətirirlər. İltihab məhsulları olan , əsasən də toxuma və toksinlərə parcalanan zülal birləşmələri , limfa yölları ilə qana kecərək , orqanizmin sensibilləşdirməsinə səbəb olur, bunun nəticəsi olaraq qızdırma və reqionar( ətraf) limfa düyünlərinin şişməsi baş verir.Təsir edən amilin şiddətindən asılı olaraq iltihabı proses udlağın selikli qişasını və eyni zamanda selikaltı və əzələ qişasını əhatə edə bilər, bundan başqa proses udlaq ətrafı limfa düyünlərinə də kecə bilər.Bunun nəticəsində əmələ gələn infiltrat , biləvasitə toxumalardakı sinir tellərinin uclarına təsir edərək udlağın fəaliyətini pozur , və reflektor olaraq qırtlaqın və yem borusunun selikli qişasına öz təsirini göstərir. İltihaba uqramış badamcığlar , orqanizmə daimi təsir edən septiki ocağına cevirilir. Selikli qişanın və onun alt toxumasının , bəzən isə udlaq əzələlərinin və badamcığların infiltrasiyası , və əmələ gələn ağrı hissiyətləri udma aktını pozaraq nəticə etibarı ilə heyvanın yem və su qəbulunu cətinləşdirir, iştaha pozulur,yemdən imtina edir.Bunların hamısı orqanizmin dözümlüyünü zəiflədir, vəziyyətini ağırlaşdırır.Proses uzun müddət davam etdikdə selikli qişa şişib qalınlaşır, və tənəffüs cətinləşir.
Əlamətləri Xəstəliyin erkən və xarakterik əlaməti –udqunma aktının pozulmasıdır.Xəstə heyvanlar adətən yumşaq yem secir, ehtiyatla və daha da yavaş ceynəyir, bir anlığına ceynəməni dayandıraraq , boynunu uzadır əhmalla yemi udur. Belə hallarda onlar başını bulayır, qabaq ətraflarını qaldırıb salır, öskürür. Yumşaq damağın infiltrasiyası zamanı proses kəskinləşir və aqrılı olur, heyvan suyu icə bilmir və burnundan geri qaytarır.Xəstəliyin ağır kecən formalarında heyvan yem kütlələrini də burun dəliklərindən qeri qaytarır ( requrqitasiya) İştaha pozulur , udqunma cətinləşir və aqrılı olur, heyvan yem qəbulunu azaldır.

Xəstə heyvan sərt hərəkətlərdən və başını tərpətməkdən qacır, udqunma zamanı ( yem və su qəbulu) heyvan başını tərpətdikdə aqrılar daha da şiddətlənir. Udlağ nahiyəsində şişkinlik qörünür, donuzlarda bu əlamət daha qabarıq olur. Palpasiya ilə temperaturun yüksəlməsi , toxumaların gərginliyi və udlaqın aqrılı olması aşkar olunur. Udlaq nahiyəsini yünkülvari sıxdıqda heyvanda aqrı və narahatlıq , hiss olunur, güclü öskürmə əmələ gəlir. Donuz , it, və pişiklərdə aqız boşlüqünün muayinəsi zamanı , selikli qişanın ödemi , hiperemiyası , fibrin ərpləri və başqa dəyişirliklər müşahidə edilir. İnək və çamışlarda iştaha pozulur, yem qəbulu zəifləyir və ya tam yemir, işkənbənin peristaltikası zəifləyir, nəcis iyli və selik qarışıqlı , sidik isə turş reaksiyalı olur,( otyeyən heyvanlar aç qaldıqda da sidiyin reaksiyası turş olur) . Udlağın selikli qişasında badamcığların böyüməsi , iri buynuzlu heyvanlarda udlağın odemi bəzi hallarda yad cisimlər və. s. aşkar edilir. Udğunma aktının güclü pozulması zamanı xəstənin ağızından selik və köpük axır. Selikli qişa hiperemiyalaşır (qızarır) ,dilin üzərində boz ərplər aşkar olunur, ağızdan üfünətli iy gəlir, bəzi hallarda burun dəliklərindən bulanlıq su axır. Sepsis və aspirasion pnevmoniya ilə aqırlaşan , farinqitin kliniki əlamətlərinə ümümi məzlumluq, yüksək temperatur, və bronxopnevmoniyanın əlamətləri əlavə olunur. Xəstəliyin ağır kataral forması temperaturun yüksəlməsi , nəbz və tənəffüsün tezləşməsi ilə müşayət olunur. Krupoz farinqit zamanı temperatur yüksəlir, çoşkalarda cənəarası sahədə əmələ gələn şiş aşağı hissələrə gədər yayılır , qırtlaqı sıxır , tənknəfəslik , selikli qişanın sianozu müşahidə edilir, heyvan it oturuşu vəziyəti alır, udqunma cətinləşir, xəstə yem və sudan imtina edir.Fleqmonoz farinqit daha ağır kecir, iri heyvanlarda temperatur 40-41C- yə yüksəlir, nəbz tezləşir, ürək vurquları və tonları qüvvətlənir, tənknəfəslik və oksigen catışmamazlığı əlamətləri bürüzə verir. İrin ocağı deşilənə qədər udlaq nahiyəsi şişkinli bərk və aqrılı olur , udğunma tamamilə pozulur. Abses deşildikdən dərhal sonra temperatur, hüyvanın ümümi vəziyyəti yaxşılaşır, yem və su qəbulu bərpa olunur. Farinqitlər tənəffüs orqanlarına da təsir edərək bəzi funksiyalarını pozur.Burnun selikli qişası kataral iltihaba uğrayır, qızarır və şişir. , burun boşluqlqrından boz və ya sarımtıl rənkdə selikli-irinli axıntı gəlir, selikli qişada olan iltihabı proses heyvanda daimi əvvəlcə quru və seyrək sonralar isə selik artıqda nəm və tezləşmiş( bəlğəmli) ağrılı kecən oskürək əmələ qətirir. Farinqitin fleqmonoz forması zamanı iltihabı proses bronxları zədələyərək, tənəffüsün tezləşməsi və qərqinləşməsinə, qırtlaq və bronxlarda müxtəlif xırıltıların əmələ qəlməsinə , bəzi hallarda isə əlamətləri ilə bürüzə verən aqciyərlərin iltihabına səbəb olur. Udlağın xroniki iltihabına nadir hallarda rast qəlinir. Yem qəbulu zamanı udqunma aktında pozuntu müşahidə edilir, cənəaltı limfa düyünlərində ağrı və şişkinlik müəyən edilir.Cox vaxt farinqit neytrofil leykositoz, eozinopeniya və limfopeniya ilə müçahidə edilir. Sidik turş reaksiyalı , yüksək sıxlıqlı olaraq bəzən tərkibində zulal aşkar olunur.

Gedişi-Xəstəliyin yünkül formasında sağalma 9-10 gün, ağır forması 25-30 gün bəzən ondan da bir qədər artıq cəkir Farinqitlərin kataral forması nadir hallarda qızdırma ilə müşayət edilir. Əksər hallarda naxoşluq əlamətləri körünür , ağır hallarda isə temperatur 1-2C artır, nəbz və tənəffüs gözə carpacaq dərəcədə artır. Krupoz iltihablaşma kəskin qızdırma reaksiyası ( temperaturun 2-3C artması) ilə kecir. Çoşkalarda krupoz anqina udlaq nahiyəsinin iltihabı və ödəmi ilə bürüzə verir, sonra isə cənəaltı , oradan da vidacı vena nahiyəsinə qədər yayılır. Toxumaların güclü ödemi qırtlağı sıxaraq nəfəs almanı cətinləşdirir və tənknəfəslik yaradır. Xəstə heyvan ağız acıq halda nəfəs alır, selikli qışaların sianozu və bəzən asfiksiyanın ( boğulma) əlamətləri müşahidə edilir. Xəstə donuz it oturuşu vəziyəti alır. Udlaq kəskin qızararaq ödemləşir, çoşkalarda yumşaq damaq , udlaq və badamcığların selikli qişalarının üzərində ərplər olur. Udğunma kəskin cətinləşir, heyvan yem və su qəbulundan imtina edir.

Fleqmonoz iltihablaşma –xəstəliyin ən aqır yüksək temperaturda 40-41C kecən formasıdır. Yüksək temperatur və udlaqın ödemi fonunda , nəbz tezləşir, ürək vurquları güclənir, tənknəfəslik və oksiqen catışmamazlığı əmələ qəlir.Udlaq nahiyəsi bərk, şişkinli və ağrılı olur , yemin udulması cətinləşir. Udlaq deşıldikdən dərhal sonra heyvanın vəziyyəti yaxşılaşır, temperatur aşağı enir, udqunma aktı bərpa olur, iştaha yaranır, neytrofil leykositoz aradan götürülür. Xroniki iltihablaşma- zəif kecir. Yünkül formalarında burundan irinli seli gəlir, Çənəaltı limfa düyünlərinin yunkülvarı infiltrasiyası, və öskürək ( yem qəbul etdikdə) müşahidə edilir. Xəstəliyin qabarıq şəkildə kecməsi udğunma aktının pozulmasına səbəb olur. Farinqoskopiya aparıldıqdq –badamcıqların , limfa düyünlərinin böyüməsi , udlağın selikli qişasının şişməsi, qızarması və ya sianozluğu aşkar olunur. Krupoz, fleqmanoz, və difteritik farinqitlər, daimi orqanizmin yüksək temperaturu və və heyvanın məzlumluğu ilə müşayət edilir

Patomorfoloji dəyişirlikləri- İltihabı proses selikli qişanın səthinə yayıldıqda ( katar) selikli qişa tam və ya qismən qızarmış, şişmiş, tərkibində isə leykosit, aralanmış epiteli və zülal olan serozlu eksudatla örtülmüşdür. Udlaqın güclü zədələnməsi qişa altı təbəqələrin iltihablaşmasina toxumaların serozlu və irinli infiltrasiyasına səbəb olur, və yeni bir ərplə qarışmış qan sizintılarından ibarət təbəqə əmələ qəlir. Xroniki farinqit udlağın daxilindəki selikli qişanın birləşdirici toxumasının pozulmasına səbəb olur.

Diaqnozu və təfriqi diaqnozu - Anamnez məlumatları , kliniki əlamətləri, udlaq nahiyəsinin nəzərdən kecirmə və palpasiyasının nəticəsi əsasında qoyulur. İlk növbədə xəstəliyin müstəqil və ikincili formasında olmasını müəyyən etmək lazımdır. Təfriqi diaqnostikada –stomatit, yem borusunun tıxanması, larinqit, və intoksikasiyaları nəzərə almaq lazımdır. İnfeksion xəstəlilər zamanı əmələ gələn ikinci formalı farinqitləri təfriq etmək lazımdır.

Proqnozu- Müstəqil farinqitlər onları törədən səbəbləri aradan götürdükdən sonra 8-12 gün müddətində sağalma ilə nəticələnir. Xəstəlik qabarıq çəkildə bürüzə verdikdə proses 3-4 həftəliyinə uzanır və belə hallarda proqnoz şübhəli olur.



Mualicəsi - Xəstə heyvanlara optimal xüsüsi yemləmə və saxlanma ( təmiz və işıqlı olan tövlə) şəraiti yaratmaq lazımdır.Onlara isti yarımmaye, ( duru, sıyığ, yumşaq) yemlər, un və kəpək yalları, süd və süd məhsulları verilir. Ağır xəstələrə qidalı imalələr ( qlukoza məhlulları, bişirmələr) təyin edilir , iri buynuzlu heyvanlara, vena daxilinə və qarın boşluğuna500-1000ml fizioliji məhlul ( natrium-xlor) , 500-1000ml qlukozanın 4% məhlulu yeridilir.Xəstəlik kütləvi xarakter aldığda , xəstə heyvanları ayıraraq təmiz, işığlı, və isti yaxşı döşəməsi olan tövləyə köcürülür. Xəstələr olan tövlələrdə mexaniki təmizlik işləri apararaq dezinfeksiya edilməli. Otyeyən heyvanlara silos və ya silosdan hazırlanmış pasta, təzə göy ot və ya portlədilmiş ot, kəpək və un yalları , donuzlara yonca yalı, şorba , süd, silos pastası, vələmir, və arpa bişirmələri verilir. Verilən yemlərin hamısı isti olmalıdır, icməli su ilıq olmamı, udğunma aktı olmadığda v\d 0.5-1l 0.85% natrium xlorid, və ya Rinqer-Lokk məhlulu yeridilir, və yaxud həmin məhlulları yüksək dozalarla düz bağırsağa yeridirlər.Mualicə tədbirləri görərkənfarinqit xəstəliyinin forma və gedişini nəzərə almaq lazımdır. Farinqitlərin butun formalarının hamısında və fleqmonoz iltihablaşma zamanı abseslərin yetişməsinə qədər iltihab məhsullarının sorulması ücün udlaq nahiyəsinə isti sarqılar və ya qızdırıcı kompresslər , portdədilmiş ot, kəpək və. s. qoyulur.Elektrik-isidici və işıq prosedurları –Minin lampası, solluks, diatermiya, ultrayüksəktezlikli terapiyanın, və. s. istifadəsi məsləhət göruülür.İnfiltratın tezliklə sorulması məqsədilə udlaq nahiyəsinə kamfora yaqı, sürtülür, yodoform məlhəmi və ya xardal yaxması cəkilir. Abses cərrahiyə əməliyatı ilə yırtılır. Zəif kecən farinqitlərin kəskinləşdirilməsi məqsədilə bəzi hallarda skipidar, kreozol, ixtiol, naftalan nefti buxari ilə inqalyasiya təyin edilir və aparılması yaxşı nəticə verir. İri heyvanlarda udlağın selikli qişası (1:1000) rivanol və ya kalium permanqanat məhlulu ilə yuyulur, 1:4 yod-qliserin və ya 3% boraks məhlulunda isladılmış pambiğ tamponu ilə silinir.Aşağıda tərkibi verilən toz qarışığı ( 20min.t.v. penisillin, 1qr sulfazol və ya streptosid, 0,0015qr efedrin, 1qr tanin, 10qr talk, 1qr kollarqol, 15qr süd çəkəri) udlaqın selikli qişasına səpələnir, və yaxşı nəticə verir.Xəstəliyin qızdırma ilə davam edən formalarında əzələ daxili geniş spektrli antibiotiklər farmazin , tilozin, neopen, enqemisin, kobaktan, pamesil, bisillin-3, preparatları təlimata uyğun təyin edilir. Orqanizmin reaktivliyini artırmaq məqsədilə dəri altına antiretikulyar sitotoksiki serum ( 0.2ml 100kq diri kütləyə) və ya xəstə heyvanın- ( 50-100ml) qanı, qan serumu inyeksiya edilir Urək catışmamazlığında kamfora və kofeinlə simptomatik mualicə aparılır. İkincili formalı farinqitlə xəstələnmiş heyvanlara dietik yemləmə və yuxarıda göstərilən mualicədən başqa , spesifik mualicə tədbirləri görunməli. Farinqitlərin mualicəsində bizim klinikada işlənib hazırlanmış naftalan nefti ilə aparılan mualicə yaxşı nəticə verir, naftalan neftini xaricdən udlağ nahiyəsinə cəkib isti baqlamaq, habelə bunu sulfanilamid preparatlarının qarışığı ilə işlətmək də yaxşı nəticə verir. Bu əməliyat bir necə gün davam etdirilməlidir.

Profilaktikası-xəstəliyin səbəblərindən irəli gəlir, və heyvanlara cox qaba , yad və iti cisimlər qarışıqı , cox isti və soyuq yemlərin verilməməsindən , ikinci formalı farinqitləri əmələ gətirən səbəbləri aradan götürməkdən ibarətdir.


Yem borusunun iltihabı- Oesophagitis

Udlağın selikli qiçasının iltihabı ilə xarakterizə edilən xəstəlikdir.Xəstəlik lokal ( məhdudlaşmiş) və diffuz ( yayılmış), ələcədə müstəqil və ikincili ola bilir.Xəstəlik əsasən at, iri buynuzli heyvan, və donuzlarda müşahidə edilir. Xəstəlik zamanı təsərrufatlara vurulan maddi zərər, heyvanların yem qəbulunun azalması və imtina etməsi, işkuzarlıqının azalması, udlağın qısalması nəticəsində heyvanların cıxdaş olması nəticəsində məhsuldarlığın azalmasından ,xəstələrə aparılan mualicənin xərclərindən ibarətdir.

Etioloqiyası yem borusunun iltihabı –heyvanlara qaynar, donmuş, buzlu, yüksək konsentrasiyalı qıcıqlandırıcı dərman maddələrinin( turşular, qələvilər, qusma daşı, naşatır spirt) , qöbud qaba, tikanlı, və aqaclaşmış yemlərin verilməsi, mədə zondlarının qeyri peşəkar və qöbud yeridilməsi, yem borusunun yad cisimlərlə tıxanması, sümük , məftil qırıntıları ilə zədələnməsi , mozalan süfrələri və orqanın xarici travmasından əmələ gəlir.İkinci formalı ezofaqitlər adətən udlağ və mədənin iltihabının yem borusuna kecməsi nəticəsində, və bəzi infeksion xəstəliklər zamanı, ( dabağ, cicək, kataral qızdırma, taun, və. b) müşahidə edilir.Yem borusunun iltihabının xroniki gedişi – orqanın stenozu və genişlənməsi, şişlər və parazitlərlə zədələnməsi zamanı müşahidə edilir.

Patoqenezi yem borusunun iltihabı udğunma və yem cənqəsinin orqandan kecirilməsini aqrılı edərək, yem borusunda spazm və tıxanma yaradır. Heyvan arığlayır, orqanizmdə susuzluğ əmələ qəlir, maddələr mübadiləsi, ürək-damar, həzm və başqa sistemlərdə pozuntular əmələ qəlir.

Əlamətləri-Xəstəliyin ən xarakterik əlamətləri , aqrılı və cətinləşmiş udğunma, selikaxma, yem qəbulu zamanı qusma hərəkətləri, və sürətlə gedən arığlamadır.Xəstəlik yenkel kataral iltihabı formada kecdikdə əlamətləri nəzərə carpmır, proses ağırlaşmışolduqda neyvan yemi udarkən aqrıdan boynunu uzadır, ceynəmə hərəkəti dayanır, yenidən udlağa qayıdaraq burun boşluğuna tökülür. Bələ hallarda heyvanın ağız və burnundan selikli və ya qanlı axıntılar kəlir. Güclü iltihabı ( krupoz, fleqmonoz ) proseslərdə yem çənqəsi yem borusundan kecərkən aqrıları sərtləşdirir, bəzi hallarda yem borusunun spazmı və tıxanması əmələ gəlir, bunun nəticəsi olaraq requrqitasiya yaradan antiperistaltik hərəkətlər əmələ gəlir.Palpasiya zamanı yem borusu ağrılı olur.İltihabı prosesin kəskinləşməsi bədən temperaturunu yüksəldir. Başqa xəstəlik nəticəsində əmələ gəldikdə ezofaqit birinci xəstəliyin əlamətləri ilə davam edir.

Patomorfoloji dəyişirliklər - yem borusunun selikli qişasının səthi iltihablaşmasında selikli qişa , tünd-qırmızı rənkdə, və qan saqıntılı olur, epiteli nekrozlaşmış və ayrılmış, selik altı qişa şişmiş olur.Xəstəliyin ağır kecən formalarında yem borusunun selikaltı və əzələ qişaları həlimləşmiş və ya irinli infiltratlı , yerlərlə nekrozlaşmış olur. Xəstəliyin xroniki qedişi papillom şəklində capıxlaşma ilə müşahidə edilir.

Diaqnoz və təfriqi diaqnozu Anamnez məlumatları , kliniki əlamətləri , və xüsüsi muayinə metodları əsasında qoyulur.Xəstələrdə selik axma , ağrılı və cətinləşmiş udğunma , qusma hərəkətləri , heyvanların arığlaması, palpasiya zamanı yem borusunun aqrılı olmasıvə s. nəzərə alınmalıdır.Təfriqi diaqnostikada stomatit , yem borusunun tıxanması , larinqit, və müxtəlif intoksikasiyalar təfriq edilməlidir. Qeyri iltihabı xəstəliklərdə zondlama ağrı və narahatlıq yaratmır, ezofaqit zamanı isə qabarıq şəkildə bürüzə verir.

Proqnozu yem borusunun kataral iltihabının səbəblərini aradan kötürdükdən sonra , 10-12 gün müddətində xəstə mualicə olunur, krupoz və fleqmonoz iltihablaşmalar uzun müddətli olaraq , bəzən yem borusunun daralması ilə nəticələnir və heyvanın məhsuldarlığının azalmasına səbəb olur.

Mualicəsi - xəstəliyi əmələ gətirən səbələri aradan götürdükdən sonra , xəstələrə dietik yemlər-porttədilmiş yemlər, ot, doğranmış silos, un yalı, yonca, düyü həlimi, soyumuş süd, təyin edilir.Vena daxili , qarın boşluqu, və dərialtına 1:1 nisbətdə 0.9% natrium xlorid duzunun izotonik məhlulu və 4% qlukoza məhlulu heyvanların yaşından asılı olaraq gündə 3-4 dəfə yeridilməsi məsləhət görünür . Bu dərman preparatlarını eyni nisbətdə imalə kimi də istifadə etmək olar.Yem borusunda spazm əmələ gəldikdə dərialtına atropin –sulfat məhlulu , iri heyvanlara 0.02, xırda heyvanlara isə 0.0025qr, vena daxilinə 0.25% və ya 0.5% -0.5ml hər kq diri kütləyə dozada novokain yeridilməsi məsləhət görünür. Yem borusuna 1-2% ixtiol məhlulu , 0.1% permanqanat kalium məhlulu , antibiotiklə birqə balığ yaqının yeridilməsi yaxşı nəticə verir.Xəstəlik yüksək temperaturla kecdikdə antibiotik və sulfanilamid preparatları təyin edilir. Xəstə heyvan daimi təmiz sərin su ilə təmin olunmalıdır.
Yem borusunun daralması-Stenosis oesophaqi

Xəstəlik yem borusunun deşiyinin daralması və funksiyalarının pozulması ilə müşahidə edilir.

Xəstəlik iri buynuzlu heyvanlarda və yaşlı atlarda daha cox təsadüf edilir.

Etioloqiyası - xəstəlik müxtəlif səbəblərdən , əsasən də

1-Spazm nəticəsində əmələ gələn yem borusunun funksional pozqunluqu ( funksional stenoz)

2 Yem borusunda çapıq əmələ gəlməsi nəticəsində ( çapıqlı stenoz)

3Yem borusunun daxili səthində əmələ gəlmiş şişlər, abseslər, orada yerləşən yad cisimlərin təsiri nəticəsində orqanın dəliyinin daralması səbəbindən ( abturasion stenoz)

4Yem borusunun xaricdən böyümüş limfa düyünləri , və qonşu orqanlarda əmələ gəlmiş şişlərlə sıxılması, nəticəsində( kompression stenoz) əmələ gəlir.

Patoqenezi Yem borusunun daralması heyvanlarda yem qəbulunun pozulmasına və nəticə etibarı ilə kəskin arığlamasına səbəb olur. Xəstələrdə müxtəlif növ mürəkkəbləşmə ( aspirasion bronxopnevmoniya , qastroenterit və. s. ) əmələ gəlir.

Əlamətləri Anamnez məlumatları heyvanda uzun müddət daimi inkişaf edən yem udulmasının çətinliyindən xəbər verir, bundan başqa iri buynuzlu heyvanlarda işkənbənin tez-tez qazlarla dolması ( köpməsi) , arığlaması, məhsuldarlığın və iş qabiliyətinin azalması ilə müşahidə edilir. Yem qəbulundan sonra yem borusunun daralmış nahiyəsinin yuxarı hissəsini əllədikdə , genişlənməsi və yemlə dolmasını müşahidə edirik , bunu nəticəsi olaraq heyvan narahatlıq hissi kecirir , boynunu uzadır, inkildəyir, və. s. Heyvanların əksəriyətində xəstəlik zəif inkişaf etdiyindən , onun əlamətləri cox vaxt nəzərə carpmır.Yalnız yem borusunun daralması artıqda , xəstəliyin kliniki əlamətləri ( udqunmanın cətinləşməsi, ) bürüzə vürir .Heyvan verilən yemi acközlüklə yesədə , həvəslə ceynəsədə yemin ilk cəngəsi yem borusunun daralmış hissəsindən kecmir, bu zaman orqanın aramsız səxılmaları ( spazmı) yemi işkənbəyə tullayır , və xəstənin vəziyəti nisbətən yünkülləşir. Bəzi hallarda yem borusunun kəskin daralması zamanı yem çənqəsi cətinliklə kecir, və heyvanın ciddi narahatlığına səbəb olur , və yaxud yem borusunun antiperistaltik yığılmaları nəticəsində ağzından və burun dəliklərindən tüpürcək qarışığı yem qırıntıları tökülür. Bu zaman ara-bir böyun əzələlərinin yığılmaları baş verir . Bundan sonra heyvanın vəziyəti nisbətən yünkülləşir, veə o yem qəbul etməyi davam edir. Sulu yemlər və su adətən asan kecərək , heyvanda harahatlıq yaratmır.

Patomorfoloji dəyişirlikləri funksional stenoz zamanı bürüzə vürmir.başqa xəstəlilər fonunda yem borusu divarının capığlama dəyişirlikləri , şişlər, abseslər, yad cisimlər, limfa düyünlərinin böyüməsi , ye borusu ilə qonşu olan orqanların dəyişirlikləri və. s. müşahidə edilir.

Gedişi Funksional stenoz qısamüddətli olaraq tez bir zamanda kecib qedir. Dikər səbəblərdən əmələ gələn daralmalar uzun müddətli olaraq , heyvanın arığlamasına və məhsuldarlığın azalmasına səbəb olur. Uzun müddət kecməməzlik əmələ gəldikdə , daralmiş nahiyələrdən yuxarı əzələ təbəqəsinin hipertrofiyası , kenişlənməsi, iltihabı və yem borusunun perforasiyası əmələ gələ bilər, bəzi hallarda aspirasion bronxopnevmoniya formasında mürəkkəbləşmə kedə bilər.

Diaqnostika və təfriqi diaqnostikası - Anamnez göstəriciləri , xəstəliyin xroniki gedişi, yem qəbulunun pozulması əlamətləri , qusma, zondlama, və rentqenoskopiyanın nəticələri, əksər hallarda diaqnozun düzqün qoyulmasına kömək edir. Stenozun əmələ gəlmə səbəblərini aird etmək cox vaxt mümkün olmur .İri buynuzlu heyvanlarda iştahanın, ceynəmənin, və defekasiya aktının saxlanması ilə işkənbənin xroniki timpaniyasının mövcüdlüyü stenozun kompression formasından xəbər verir. Təfriqi diaqnostikada stomatit, farinqit, ezofaqit, və yem borusunun divetikulunu nəzərə almaq lazımdır.

Proqnozu həyatı ücün əlverişlidir , məhsuldarlığı, və iş qabiliyəti şübhəli və qeyri əlverişlidir.

Mualicəsi Funksional stenozu əmələ gətirən yem borusunun spazmaları v\d 0.25 və ya 0.5% 1 və ya 0.5 ml hər kq diri kütləyə dozada novokain məhlulu , dəri altı atropin sulfat , iri heyvanlara 0.02%məhlulunun inyeksiyası ilə aradan götürülür.İlk növbədə heyvanın vəziyəti müəyən edilirvə buna əsasən də tədbir körulur. Xəstələrə isti sarğılar , və fizioterapevtiki prosedurlar təyin edilir. Yem borusunun döş hissəsində obturasion və ya kompression datalma ketdikdə , heyvan cıxdaş olunur.
Yem borusunun genişlənməsi-Dilatatio oesophaqi

Yem borusunun genişlənməsi və bununla da funksiyasının pozulması ilə xarakterizə edilən

xəstəlikdir. Genişlənmə yem borusu boyu ( Ektaza oesophaqi) və ya hansısa bir istiqamətdə divertikul- kisə ( Divertikulum oesophaqi) şəklində ola bilər. Yem borusunun genişlənməsi iyəoxşar və silindrik formalarında ola bilər.Xəstəlik nadir hallarda əsasən də atlarda , adətən yem borusunun aşağı hissəsində olur.

Etioloqiyası Yem borusunun eyni bərabərlikdə kenişlənməsi ( Ektaziya) adətən yaşlı heyvanlarda əzələlərin tonusunun ümümi düşməsi fonunda , və ya ikinci formalı kimi stenozlar və orqanın uzun müddətli sıxılması kökuməyvəli yemlərin tıxanması nəticəsində baş verir, bəzən isə divertikullar ( yem borusunun torba və silindrik formada olması) yuxarıda göstərilən səbəblərdən , və ya xaricdən yem borusunun şişlərlə ( böyümüş limfa düyünləri ilə , yem borusunun qonşu orqanlarla bir tərəfli birləşmələri- yapışqanlı iltihablaşma.) nəticəsində əmələ qələ bilərlər. Yem borusunda əmələ divertikulun (torbasının) həcmi 15 l gədər ola bilir. Yem borusunun genişlənməsinin səbəbi onun lmfa düyünü, dəri və bronxla birləşmiş divarının dartılması ( Traksion divertikul). , və yem borusunun selikli qişası orqanın aralanmış və ya çırılmış əzələlərinin arasına kecməsidir ( pulsasion divertikul- pulsasiya edən) . Uzun müddətli spazmalar yem borusunun genişlənməsinə səbəb ola bilər.

Patoqenezi Yem borusunun genişlənməsi onun peristaltikasının pozulmasına və nəticə etibarı ilə , daimi qismən də olsa funksiyasının itirilməsinə səbəb olur.Bu proses adətən yem borusunun sıxılması fonunda əmələ gəlir, bunun nəticəsi olaraq yem çəngəsi sıxılmış yerdən yuxarıda yığılaraq , orqanın genişlənməsinə səbəb olur. Divertikulun ( yorbanın) əmələ gəlməsi isə yem birusunun divarının birtərəfli uzun müddət dartılması ilə əlaqədardır. Bu isə öz növbəsində ətraf orqan və toxumalarla birləşmənin əmələ gəlməsi ilə əlaqədar ola bilər. Divertikul həmcinə yem borusunun divarının əzələlərinin cırılması və ya aralanması nəticəsində baş verə bilər.

Əlamətləri Xəstəliyin başlancıqında kliniki əlamətləri , yem borusunun daralması xəstəliyin əlamətləri ilə eynidir.Heyvanlarda yem borusunun böyun hissəsinin genişlənməsində , sol tərəfdən vidacı vena nahiyəsində şişkinli , silindrik və ya yumru formada , qabarma müşahidə edilir, yem qəbulu zamanı böyuyur və bərkimiş olur , siğallayıb övkəliyəndə isə həcmcə kicilir.Bəzi hallarda yem borusunun antiperistaltik hərəkəti nəticəsində ağızdan və burun dəliklərindən cürüntülü iyə malik seliklə qarışığlı , yem qırıntıları tökulur. Belə hallarda yem qırıntılarının aqciyərlərə aspirasiyası (düşməsi) bronxopnevmoniya ilə mürəkkəbləşə bilər. Xəstəliyin zəif inkişaf etməsi əksər hallarda əlamətsiz kecməsinə səbəb olur. Heyvam yemi acgözlüklə yesə də tez dayanır, yem cəngəsinin udulması aqrılı olur, hər udulan yem çənqəsindən az da olsa yem borusunun genişlənmiş hissəsində qalır, bəzi hallarda isə uzun müddət toplanaraq yem borusunun tıxanmasına səbəb olur. Yem borusunun genişlənmiş ihissəsi , yerindən asılı olaraq traxeya və aqciyərlərə təzyiq edərək tənəffüsün və qan dövraninin cətinləşməsi və oskürəyin əmələ gəlməsinə səbəb ola bilər.Yem qəbulundan bir az sonra heyvanda boş udma hərəkətləri və boyun əzələlərinin titrəməsi baş verə bilər. Göstərilən funksional pozuntular divertikuldan sıxılmış yemləri cıxartdıqdan sonra aradan götürülür.Heyvanın yem qəbul edə bilməməsi kəskin arıqlama , gəyirmə və gövşəmənin pozulması və işkənbənin kopməsi kimi əlamətlərlə müşayət edilir.Genişlənmənin kəskin böyuməsi yem borusu divarinin cırılmasına səbəb ola bilər, bələ hallarda heyvanın vəziyəti pisləşir, bədən temperaturu yüksəlir, və qanqrenozlu iltihabın əmələ gəlmə etimalı artır.

Gedişi Yem borusunun genişlənməsi zəif inkişaf edir. Əzələ təbəqəsi və selikli qişanın dartılması və nekrozu yem borusu divarının cırılmasına gətirib cıxara bilər. Yem borusunun antiperistaltik hərəkətləri nəticəsində yem qırıntılarının ağızdan və burun deşiyindən tökulməsinə, aqciyrə düşməsi isə bronxopnevmoniyaya səbəb ola bilər.Yem və su qəbulunun uzun müddətli pozulması heyvanın arığlaması, məhsuldarlığın azalması və ölumünə səbəb ola bilər.

Patomorfoloji dəyişirlikləri Üzərində yem qırıntıları olan , divarın naziklənməsi ilə birqə yem borusunun eyni bərabər genişlənmiş sahələri və divertikul aydın görünür.Divertikul olduqda

yem borusunun seroz qişasının ətraf toxumalarla birləşməsi müşahidə edilir.
Diaqnoz və təfriqi diaqnostikası Anamnez məlumatlarış kliniki əlamətləri, və zondlamanın nəticələrinə əsaslanaraq qoyulur.Udqunma aktının pozulması böyun hissəsində vidacı vena nahiyəsində şişkinliyin olması, və yem borusunun antiperistaltik hərəkətlərinin əmələ gəlməsi nəzərə alınır. Yem borusunun zondlanması və kontrast maddə ilə rentqenoskopiyası diaqnoizun dəqiqləşdirilməsində əvəssiz xidmət edir. Təfriqi diaqnostikada stomatit, farinqit, və yem borusunun mqxtəlif , əlamətləri uyğun olan xəstəlikləri nəzərə almaq lazımdır.

Proqnozu əksər hallarda qeyri gənaətbəxşdir ( qeyri əlverişlidir).

Mualicəsi xəstələr duru , sıyığ, yemlərlə yemlənməsi məsləhət görünür, bəzən yem borusunun zondlanması heyvanın vəziyətini müvəqqəti olsada yaxşılaşdırırCərrahiyə əməliyatı məsləhət görünsədə , bilmək lazımdır ki adətən əməliyatdan sonra yem borusunda capıxlar əmələ gəlir, bu isə onun stenozuna səbəb olur.Məsləhə görərdik ki vaxtında arığlama ketməmiş xəstə heyvan cıxdaş edilsin.

Profilaktikası Heyvanları yem borusu travmasından qorumaqd lazımdır.


Yem borusunu n tıxanması-( tutulması) Obturatio Oesophagi

Yem borusunun yad cisimlərlə və ya yem kütlələri ilə qismən və tam tutulmasıdır. Əsasən qaramal və çamışda , bəzi hallarda isə başqa növ heyvanlarda-donuz , it, pişik , və atlarda müşahidə edilir. Xəstəlikdən əmələ gələn maddi zərər heyvanlarda məhsuldarlığın azalmasından , məcburi kəsimdən , cıxdaş edilməkdən, və mualicəyə aparılan xərclərdən ibarətdir.

Səbəbləri Qaramal və camışlarda yem borusunun tutulması –adətən onları xüsüsən də tövlə şəraitində doqranmamış , xırdalanmamış, kartof, çuğundur, kələm, şalğam, köküməyvəlilərlə yemlədikdə müşahidə edilir. , bəzən isə cox qaba və selulozla bol olan yem çənqələri , yad cisimlər, işkənbədən qayıtmış fitobezoarlar da tıxanmaya səbəb ola bilər.Buzov və balağlarda maddələr mübadiləsinin pozulması , yad cisimlərin ( məhraba, kəndir qırıqları, rezin , məftil,dəmir qırıqları, və. s. ) ceynəmə və udulmasına səbəb olur belə hallarda həmin cismlər yem borusunda tıxanıb qala bilər. Donuzlarda yem borusunun tutulması kökumeyvəlilərlə , itlərdə sümük və iri ət parcaları ilə , atlarda doqranmış küləş və arpa ilə yemlədikdə, əsasən də yem borusunun spazması , iflici, və daralması nəticəsində əmələ gəlir. Yem borusunun patoloqiyası ( iflic, parez, spazm) innervasiyanı pozaraq , fəaliyətini dəyişir, funksiyasını pozur, və heyvanı adi yemlərlə də( ot, saman, küləş) yemlədikdə orqanın tıxanmasına səbəb olur. Xırda heyvanlarda it, pişik, və başqa ətyeyənlərdə yem borusu , sümük qırıntıları , vətərlərlə, və xırda əşyalarla tıxanır.

Patoqenezi Yem borusunun tam tutulması zamanı , cavab reaksiyası olaraq dərhal yem borusunun divarının spazması əmələ gəlir, və tıxanmış cisim sıxılır.Bu isə öz növbəsində arasıkəsılməyən udqunma hərəkətləri əmələ gətirərək heyvanda kəskin aqrı və narahatlığ yaradır.Əmələ gəlmiş spazmanın gücü yem borusunun tıxanmış yerindən asılıdır. Yad cisim ən cox yem borusunun yuxarı nahiyələrində qalır, atlarda isə aşağı nahiyələrdə kardial sfinktorun ətrafında dayanır. Boyun nahiyəsində spazmalar zəif, və ya hec olmur , döş nayiyəsində güclü və müddətli olur. Gövşəyənlərdə yem borusunun tam tıxanması , qəyirməni kəsir, işkənbədə əmələ gələn qazların ifrazı dayanır, və işkənbədə meteorizm əmələ gəlir, bi isə öz növbəsində qarın boşluğunun Diafraqmaya təzyiqini artırır , və aqciyərlərdə , qaz mübadiləsinin pozulmasına bunula da qanın tərkibini dəyişərək ürək fəaliyatını pisləşdirir. Tıxanma yerində qan damarlarının və sinir- əzələ əmələgəlmələrinin sıxılması nəticəsində yem borusunun divarının iltihablaşması , ödemi və nekrozu əmələ gələ bilər.

Simptpmları Xəstəliyin ən xarakterik əlaməti, gəflətən əmələ gəlməsidir . Heyvan yemdən imtina edir narahat olur, tez-tez aqrılı və gərqin udğunma hərəkətləri yaranır, başını silkələyir, ağızdan daimi tüpürcəklə qarışıq selik axır. Heyvan qəflətən yem qəbulunu dayandırır , narahat olur, tez-tez udğunaraq başını uzadır, və ya aşağı salır, ceynəmə hərəkətləri və qaz qəyirmələri itir. Aqızda yem cənqəsi olmadan cənələri ilə boş ceynəmə hərəkətləri edir, ağızdan köpüklü selik axır. Meteorizm inkişaf etdikdə heyvan quyruğunu bulayır, dal ayaqları ilə qarnına döyür, öskürür, tədricən artan təngnəfəslik , və döş tipli tənəffüs yaranır, , bəzən selikli qişaların sianozu müşahidə edilir. Yem borusu boyun nahiyəsində tutulduqda heyvanda narahatlıq zəif olur, və vaxtaşırı xarakter daşıyır, rahatlığ olduqda isə bəzən heyvan yem də qəbul eyməyə cəhd göstərir. Yem borusunun döş hissəsinin tutulması heyvanda güclü narahatlıq yaradır və daimi xarakter daşıyır. Yem borusu tutulduqda heyvan dərhal yemdən imtina edir və narahatlığlar başlayır, heyvan öskürür, udqunma və qusma hərəkətləri müşahidə eilir, yem borusu və boyun əzələlərində titrəmələr başlayır, yem borusu tamam tutulduqda ağızdan selik axır Tıxanma yem borusunun yuxarı hissəsində olduqda ağızdan ara vermədən selik axır, tıxanma aşağı nahiyədə olduqda , tüpürcək yem borusunda toplanaraq orqanın antiperistaltik hərəkəti nəticəsində burun dəliklərindən bayıra tullanır.İtlərdə yem borusunun tıxanması qusma hərəkətləri ilə müşahidə olunur .Yem borusunun boyun nahiyəsində tıxanıb qalan yad cisim sol tərəfdən vidacı şırımda şişkinlik yaradır. Nəzərə carpan şişkinlidən əlavə , bərk olan yad cisim əllənir, xəstəliyi başlancığında onu n tərpədilməsi aqrısız olur, sonralar iltihabın və ödemin əmələ gəlməsi nəticəsində onun tərpədilməsi kəskin ağrılar törədir. Yad cisim yem borusunun döş qəfəsi nahiyəsində tıxanıb qaldıqda , onu yalnız zondlama və kontrast maddə ilə ( rentqenoskopia) və Us muayinə ilə müəyyən etmək olar.

Gedişi - heyvanın növündən, tıxanmış yad cisimin böyüklüyü və sıxlığından asılıdır.Təkrarlanan qusmalarda yad cisim bəzən bayıra tullanır, və ya udqunma hərəkətləri ilə mədəyə düşür. Yem borusunun tam tıxanması tez bir zamanda qazların toplanması və meteorizmin ( köpmə) əmələ gəlməsinə səbəb olur. Heyvanı tez qıcqıran yemlərlə yemlədikdə bir necə müddətdən sonra asfiksuiya əmələ gələrək, heyvanın ölümünə səbəb ola bilər. Uzun müddətli tıxanma , tıxac yerində yem borusunun divarının iltihabı və nekrozu , atlarda isə aspirasion pnevmoniyanın əmələ gəlməsinə səbəb ols bilər.

Patomorfoloji dəyişirlikləri Yad cisimin tıxanmış yerində , yem borusunun divarı ödemli, iltihablaşmış, və nekrozlaşmış ola bilər. Bəzi hallarda yem borusunun cırılması da ola bilər.

Diaqnoz və təfriqi diaqnozu Anamnez məlumatları, kliniki əlamətləri və ümümi muayinə usullarının nəticələrinə əsasən təyin edilir. Anamnez məlumatlarından – xəstəliyin qəflətən əmələ qəlməsi, və heyvanların yemlənməsinin xarakteri təyin edilir. Daimi selikaxma , əsasən də yem borusunun tam tıxanması zamanı, seliyin nəinki ağızdan, hətta burun deşiklərindən tökülmsi , heyvanın narahatlığı , nəzərdən kecirmə və palpasiya usulu ilə yad cisimin müəyən olunması, yem borusu ilə suyun və zondun kecməməsi , eləcədə kontrast maddə ilə rentqenoskopiya və US muayinələrin aparılması tam dəqiqliyi ilə diaqnozu n qoyulmasına zəmin verir.Xəstəliyin təfriqi diaqnostikasında yem borusunun spazmasını aird etmək lazımdır, buna isə zondlama ilə nail olunur. Yem borusunun daralması və genişlənməsi , onun tıxanmasından xəstəliyin gedişi ilə fərqlənir. Stomatit və farinqit ağız və udlağı nəzərdən kecirməklə təfriq edilir.

Proqnozu Xəstəlik kəskin kecir. Səbəbləri aradan kötürüldükdə , heyvan tez bir vaxtda sağalır. Yad cisimin uzun bir müddət ( 1-2 gün) yem borusunda qalması, qaldığı yerdə yem borusunun divarında iltihablaşma, ödem və nekroz , əmələ gətirə bilər. Belə mürəkkəbləşmələr zamanı kəskin timpaniyanin əmələ gəlməsi- proqnozu qeyri əlverişli edir.

Mualicəsi Tıxanmış yerindən asılı olaraq xəstəliyin başlancıqından dərhal sonra tədbirlər görülməlidir, yad cisimi yem borusundan ağız boşluğuna cıxartmaqa ( itələməyə) cəhd edilməli. Yad cisim yem borusunun başlanğıc nahiyəsində tıxandıqda , o əl və ya uzun naqqaşla (kornsanqla) cıxarılır, və ya yad cisim udlaqdan bir qədər aralı olduqda zond vasitəsilə aşağı -mədəyə itələnir. Əməliyatı aparmaq ücün ilk öncə yem borusu əzələlərinin spazmını aradan götürmək lazımdır, bunun ücün atropin sulfat məhlulu , iri heyvanlara dəri altına- 0.02-0.04qr, vena daxilinə isə - 0.25 və ya 0.5% novokain, uyğun olaraq 1 və 0.5ml kq. diri kütləyə dozada yeridilir. Bəzi hallarda tıxanma yerinə 2-3% novokain yeridilərək , spazmanı aradan götürmək mümkün olur.Tıxanan cisimin yem borusu ilə asanlığla kecməsini təmin etmək məqsədi ilə , xəstənin aqızına 100-150ml bitki və ya vazelin yaqı yeridilir. Yem borusunun aşağı nahiyəsində tıxanan yad cisimləri cıxarmaq ücün A. L. Xoxlov tərəfindən onun adını daşıyan zond təklif edimişdir. Müxtəlif dövrlərdə müxtəlif tədqiqatcılar tərəfindən , tıxanmış yad cisimi cixarmaq və ya mədəyə itələmək ücün müxtəlif usullar( İ. A. Kaarde, və P. K. Syare zondu yem borusunun yad cisimi tıxandığı nahiyəsinə qədər yeritməyi və yüksək təzyiqlə zond vasitəsilə 3-4l su vurulmasını , K. F. Müzəffərov tıxanma zamanı yem borusuna nasos vasitəsilə hava yeritməsini və. s.) təklif etmişlər, xırda heyvanlarda yad cisim yem borusunun yuxarı hissəsində tıxandıqda kornsanqla cıxarmaqı, döş nayiyəsində olduqda isə zondla mədəyə itələnməsi məsləhət görülür. Nəzərə almaq lazımdır ki güclü təzyiqlər yem borusu divarının cırılmasına səbəb ola bilər.Xırda heyvanlarda dəri altına qusdurucu dərman preparatları (, apomorfin hidroxlorid, və ya veratrin 0.01-0.02qr dozada) yeridilir. Bəzən yem borusunun əzələlərinin spazması və heyvanın ümümi stress vəziyətini aradan kötürdükdən sonra , yad cisim özü mədəyə kecir. Müvafiq vasitələrlə tıxanmış yad cisim cıxarıldıqdan sonra yem borusunda zədələnmə və ya qiciqlandırma olsa 3-4 gün müddətiundə heyvanlara həlimli yemlər, soyuq su və antibakterial preparatları təyin edilir.

Profilaktikası - Heyvanlara kökümeyvəli yemləri ancaq doqranılmış halda verməli, maddələr mübadiləsi pozqunluqlarına qarşı daimə tədbirlər görünməli.

Muhazirə № 6

Həzm sisteminin xəstəlikləri

Mədə önlükləri və şırdanın xəstəlikləri

Plan

1.-Mədə önlüklərinin hipotoniya və atoniyası



2.-İşkənbənin asidozu

3.-İşkənbənin alkolozu

4.-İşkənbənin parakeratozu

5.-İşkənbənin yemlərlə dolub tıxanması, parezi

6.- İşkənbənin timpaniyası

7.- Travmatiki retikulit.

8.-Kitabcanın dolub tıxanması

9.-Şirdanın xəstəlikləri –iltihabı, yerinin dəyişməsi çevirilməsi, leykozu, xorası

Gövşəyən heyvanların mədəsi coxkameralıdır və dord şöbədən işkənbə, torcuq, kitabca ( mədə

önlükləri) , və şirdan ( əsas mədə) – ibarətdir.

İşkənbə- şöbələrdən ən böyüyüdür , beləki iri buynuzlu heyvanlarda onun tutumu 100-200l , qoyunlarda 4-10l, bərabərdir, və ümümi mədənin həcminin 80% təşkil edir . Bu orqan qarın boşluğunun demək olarki tam sol tərəfini əhatə edir, buna görədə onu sol tərəfdən palpasiya, perkussiya, və auskultasiya muayinə usulları ilə asanlıqla muayinə etmək olar. İşkənbənin selikli qişası vəzləri olmayan buynuzlaşmış məməciklərlə ortülmüş yastı cox təbəqəli epitelidən ibarətdir. İşkənbə qəbul olunmuş yem ücün bir tərəfdən depo o biri tərəfdən isə mövcüd olan simbiont mikroblar və mikrofauna hesabına həzmetmə rolunu oynayır. Müəyyən edilmişdirki yem payının quru maddələrinin 70-80% işkənbədə istifadə edilir.

Torcuq- gövşəyənlərdə mədənin ən kicik çəbəsidir, onun tutumu mədənin ümümi həcminin təxminən 5% təşkil edir. O qarın boşluqunun aşağı qabaq hissəsində yerləşir və 6-7 qabırqa səviyəsində orta xətdə diafraqmaya söykənir, arxa hissəsi biləvasitə xəncərvari qığırdağın üstündə yerləşir, və gəyirmənin əmələ gəlməsini və yemin kitabcaya ötürməsinin tənzimlənmə funksiyasını yerinə yetirir.

Kitabca Onun həcmi ümümi mədənin tutumunun 8% təşkil edir. Bu orqan tam qarnın orta xəttinin sağ tərəfində yerləşir. Onun sağ səthi 8 qabırqadan 10 qabırqaya qədər kürək- bazu oynağı xəttindən 2-3sm aşağıda qarın boşluğu ilə təmasdadırDaxildən kitabca selikli qişanın cox təbəqəli yastı buynuzlaşmış epiteli ilə ortülmüş iri, orta, balaca, və lap balaca uzununa qatları ( yarpaqları) ilə dolmuşdur. Qatların ( yarpaqların ) sayı 90-130 olur və kitabcada olan yemin susuzlaşmasının və xırdalanmasının 60-70% bunların hesabına olur.

Şırdan - vəzli və ya əsas mədə. Həcminə görə mədənin ümümi həcminin 7% təşkil edir. Onun böyük əyriliyiqarın divarında 7ci qabırqanın aşağı hissəsində 11-12ci qabırqaya qədər yerləşir. Şırdanın selikli qişası qatlıqlara yığılaraq bir təbəqəli silindrik, epiteli ilə örtülmüşdür, və coxsaylı vəzlərdən ibarətdir. Şırdanda tərkibində xlorid turşusu və müxtəlif fermentlər əsasən də pepsin olan şırdan şirəsi sintez olunur. Bunun hesabına həzmetmə və başqa funksiyalar , həyata kecir. Müəyyən edilmişdir ki şırdanda , kitabcadan daxil olan yemə ifraz olunan şırdan şirəsinin miqdarı , kitabcada sorulan suyun miqdarına bərabərdir. İşkənbə ilə torcuğun ara sərhəddi əmələ gətirdiyi yerə yem borusu acılır. Torcuqdan işkənbəyə böyük bir yol vardır. Yem borusunun acıldığı yerdən kitabcanın yolu istiqamətində torçuğun yuxarı divarı ilə selikli qişadan əmələ gəlmiş dodaqlar şəklində “ yem borusu dəhlizi” uzanır . Torcuqla kitabca , kitabca –torcuq dəliyi vasitəsilə birləşir. Cox kameralı mədənin motor fəaliyəti ( hərəki funksiyaları) , reflekslər prinsipi ilə əmələ qəlir. Refleks impulsları yaranan reseptorlar aparatı toçuğun selikli qişasında , işkənbənin astanasında və yem borusunun dəhlizində yerləşir Yığılma torçuğda başlayaraq , işkənbənin astanası , dorzal torbası və oradan da ardıcıllığla ventral torbasına kecir. Yığılmalar silsiləsi müntəzəm olaraq davam edir, və mərkəzi sinir sistemindən kedən impulslarla əlaqədardır. Hər bir-iki yığılma arasında əlavə olaraq işkənbənin əvvəlcə dorzal , ardınca isə ventral torbaları yığılır. Dorzal torbanın yığılması gəyirmə ilə qazların cıxmasına , ventral torbanın yığılması isə icərisində olan mayenin torçuğa doğru hərəkət etməsini təmin edir.



Adi şəraitdə bu hərəkətlər ara verir, su və yem qəbulundan sonra tezləşir, qıçqırma prosesləri gücləndikdə torbaların əlavə yığılması müntəzəm olaraq davam edir. İşkənbənin dolma dərəcəsi onun torbalarının əlavə yığılmasına təsir etmir. Ventral torbanın yığılması dorzal torbanın yığılmasından asılı deyil. Bəzən ventral torba təklikdə yığılır. İşkənbənin bir şöbəsində baş verən yığılmalar bir birindən asılı olmadığı kimi , onlar torçuğun və işkənbə astanasının yığılmalarından da asılı deyillər. Gəyirmə zamanı nəfəs yarığı bağlandığdan sonra , döş qəfəsində mənfi təzyiq kəskin sürətdə yüksəlir, yem borusunun döş qəfəsində yerləşən hissəsi , özünün kardiyal sfinktorundan böyün hissəsinə gədər uzanır, yem borusunun orta döş qəfəs hissəsi daha cox genişlənir. Yem borusundaki mənfi təzyiq torçuğ və işkənbə astanasındaki möhtəviyyatın konsistensiyasından asılı olaraq dəyişir. Yem duru olduqda , heyvan o qədər də cox dərin nəfəs almadığı ücün , yem borusu da az genişlənir, qaba yem olduqda isə, heyvan dərin nəfəs alır, və yem borusu genişlənir. Yem borusunun genişlənmə dərəcəsi döş qəfəsində mənfi təzyiqin azalıb coxalmasından asılıdır, bu isə nəfəs alıb buraxma zamanı döş qəfəsi vədiafraqmanın hərəkətinin dəyişməsi ilə əlaqədardır. Mənfi təzyiq sahəsində torçuqdakı möhtəviyət yem borusuna sorulur, buradan antipristaltik hərəkətlərlə ağıza tullanır və ikinci dəfə ceynənir. Müxtəlif konsentrasiyalı yemlərin yem borusuna sorulmasını nəfəsalma və nəfəsvermənin dərinliyi və bunların bir də təkrar olunması tənzimləyir. Gövşəmənin müddəti yemin növündən asılıdır.Yemlər quru olduğda gövçəmə müddəti uzun , konsentrar yemlərdə isə gövşəmə qısa müddətli olur. Gövşənmiş yem yenidən işkənbəyə və torçuğa qaytarılır, kitabcada mənfi təyiqin əmələ qəlməsindən baş vermiş yığılma maserasiya olunmuş möhtəviyyatı özünə sorur, onun sıyığ hissəsi kitabcanın dəhlizi ilə şirdana , qaba hissəsi isə kitabcanın hərəkəti sayəsində onun vərəqələri arasına dolur, burada sıxılıb üyüdüldükdən sonra tədriclə şirdana daxil olur, şirdan və bağırsaqda isə həzm və sorulma prosesi gedir.Su və duru yemlər işkənbə və torçuğdakı möhtəviyatın nəmlik dərəcəsindən asılı olaraq, yaşlı heyvanlarda müxtəlif şöbələrə düşə bilər. İşkənbədəki yemlər tərkibcə quru miqdarca cox deyildirsə , onda mayelər mədə önünün ilk şöbələrinə daxil olur , şirəli yemlər yedikdə onlar torçuğa düşərək , buradan dərhal kitabcaya və şirdana kecir. Südəmər körpələrdə mədə önünün ilk şöbələri o qədər də inkişaf etməmiş olur, ağız südü və süd udöunma hərəkəti ilə yem borusu və onun dəhlizi ilə kecib kitabcadan birbaşa şirdana tökülür, daha doğrusu udöunma aktı zamanı yem borusu dəhlizi reflektor olaraq sürətlə sıxılır və dodaqlar əmələ gətirir . Gövşəyən heyvanlarda yemlərin mədə önlüklərindəki hərəkəti , və onlarda gedən müxtəlif proseslər, həzm prosesini tənzimləyir. İşkənbədə bitki mənşəli yemlər mikroflora və infuzorların təsiri altında xırdalanaraq fermentatif prosesə uğrayır . Proteinlər-peptid, amin turşuları və ammonyaka, karbohidratlar-sadəşəkər, və kicikmolekullu ucucu yağ turşularına parcalanır, eyni zamanda bakteriya və infuzorların zülalları sintez olunur, Mədə önlüklərində kedən bu fizioloji proseslərin hamısı sinir sistemi tərəfindən nizamlanər ammonyakın sorulması kedir. Mədə önlüklərinin xəstəliklərinə iri buynuzlu heyvanlarda daha cox təsadüf edilir nəinki xırda buynuzlularda . Xəstəlikləri əmələ gətirən səbəbləri-yemlənmə rejiminin pozulması , keyfiyətsiz yemlər, onların metal qırıntıları ilə qarışması, heyvanların tez bir zamanda qaba yemlərdən sulu yemlərə və əksinə kecirilməsi, bir tərəfli qarışıq qüvvəli yemlərlə, pivə istehsalının qalığı, dən cecəsi, qaba və az qidalı yemlərlə yemləndirilməsidir. Mədə önlüklərinin mator fəaliyətini məzlum edən patoloji reflekslərin əmələ qəlməsinə - kitabca və şirdanın baroreseptorlarının , nazik bağırsaqların xemoreseptorlarının uzunmüddətli və güclü qıcığlanmaları, torcüğün travması və ağrıları səbəb olur. Mədə önlüklərinin mator fəaliyəinin zəifləməsi boğazlığın axırıncı aylarında , xarici mühitin yüksək temperaturunda və başqa stress faktorlarıın təsiri altınhda əmələ gələ bilər.Mədə önlüklərinin mator fəaliyətinin pozulması , onlarının xəstəliklərinin əmələ gəlməsinin demək olar ki aparıcı faktorlarıdır.Mexaniki , termiki və xemoreseptorlarının qıcığlanmalarının güclü dəyişməsi zamanı işkənbənin hərəkəti tormozlaşır, ceynəmə pozulur, və işkənbədə yemin həzmi pisləşir, möhtəviyətin PH-turşuluğa doğru yönəlir , və o mikrob təsiri altında parcalanaraq , toksinlərin əmələ gəlməsinə səbəb olur.Toksinlər yemlərin fermentasiyasının başqa son aralığ məhsulları kimi mədə önlükləri , şirdan və bağırsağlarda sorularaq orqanizmə mənfi təsir göstərirlər. Mədə önlüklərinin mator fəaliyətinin pozuntuları –distoniya adlanır. Müstəqil distoniya işkənbəin ( kəskin və xroniki timpaniyası, kəskin və xroniki atoniya və hipotoniyası, kəskin hipotoniya və parezi ) torcuqun ( travmatik retikulit və retikuloperitoniti ) və kitabcanın ( tıxanması) xəstəliklərini , ikincili xəstəliklərinə isə müxtəlif etioloji səbəblərdən əmələ gələn ürək-damar, tənəffüs, həzm, sidik-cinsiyyət, və sinir sisteminin xəstəlikləri nəticəsində əmələ gələn distoniyaları aid edirlər.Bunlar əsas xəstəliyin əlavə əlamətləri kimi qəbul olunurlar. Ancağ deməliyi ki mədə önlüklərinin xəstəlikləri zamanı işkənbənin hərəki funksiyasının pozulması hipertoniya , hipotoniya və atoniyaya bölünməsi şərtidir. İşkənbənin hərəki funksiyasının güclənməsi –hipertoniya , zəifləməsi hipotoniya , tamamilə itməsi atoniya adlanır.
Mədə önünün hipotoniya və atoniyası.-

( Hipotonia et atonia ruminis retikuli et omasi acuta)

İşkənbənin , torçuğun və kitabcanın hərəki( mator) funksiyasının pozulması ilə xarakterizə olunan və həzmin pozulması ilə müşahidə edilən xəstəlikdir . Gedişinə görə kəskin və xroniki, mənbəsinə görəmüstəqil ( birincili) və ikincili , formada ola bilər. Xəstəlik ən cox qaramal və çamışlarda təsadüf edilir.

Etioloqiyası Xəstəliyin müstəqil formasının əmələ gəlmə səbəbləri əsasən alimentar ( yem) faktorlarının və heyvanların saxlanmasının pozuntularıdır. Heyvan uzun müddət cətin həzmə gedən yemlərlə ( küləş, qalmış köhnə ot, güvvəli qarışıq yemlər –kəpək, un, qarışığ yem) , və ya əksinə uzun müddət sulu ( dən cecəsi, jom) əsasən də xirdalanmış , qum və torpağla qarışığ yemlərlə, yemləndirdikdə, cirkab su icizdirdikdə və. s. əmələ gəlir.Bir sıra konsentrat yemlər və sənayə ullantıları ( jmıx, cecə, ciyid qabığı, dənli yemlər) donmuş və isti yemlər, yemlərin və yemləmə rejiminin tez-tez dəyişdirilməsi, tərkibində coxlu su, üzvü turşular, ( turş kələm, cuğundur, turşumuş , cürümüş, tərəvəz) ixtisaslaşmış fermer təsərrüfatlarında inək və çamışların həmişə bağlı saxlanılması, gəzintiyə buraxılmaması, birtərəfli yemləmə , hipodinamiya, icməli suyun azlığı, binalarda mexanizm və maşınların arasıkəsilməyən səsləri, heyvanlar saxlanan binanın tez-tez dəyişdirilməsi, uzun müddət nəqliyətda bir yerdən o biri yerə göcürülməsi və . s. xəstəliyin əmələ gəlməsinə şərait yaradır. İkincili formalı hipotoniya və atoniya xəstəliyi torcuq, kitabca və qarın boşluqunun başqa orqanlarının travması, ümümimintoksikasiya, müxtəlif infeksion və invazion xəstəlikləri fonunda əmələ gəlir.



Patoqenezi Mədə önündə həzmətmə dedikdə , ilk öncə işkənbəni nəzərdə tuturuğ. Bu nəinki onun həcminin böyüklüyü ilə , ələcədə həzmetmə ücün olan əlverişli şəraitlə əlaqədardır. İşkənbədə həzmetmə simbiont mikroflora və mikrofauna ilə sintez olunan fermentlər ( bakteriyalar-1ml işkənbə möhtəviyətində miqdarı təxminən 10mlrd catan, infuzorlarla uyqun olaraq 0.5-1 mln, və 160 növdən cox təqdim olunan sadə göbələk və onların bir hüceyrəli numayəndələri –mayalar) hesabına kecir. Yemlərin karbohidrat və zülallarının hidrolizi nəticəsində sirkə, süd, yaq, propion , piroüzüm, qarışqa və bəzi üzvü turşular , eləcədə spirt, ammonjak, karbon qazı , kükürd-hidroken , metan , azot və . b. qazlar əmələ gəlir. Bu məhsulların əksəriyyəti simbiontların yem mənbəyidir, və onlar bu məhsullardan protein əmələ gətirərək , qyri protein azotunu , protein azotuna cevirirlər. Bundan başqa işkənbə simbiontları bir cox vitamin , əsasən fermentlərin tərkibində olan B-qrupu vitaminlərini sintez edirlər. Onlar eləcədə şəkəri bitki nişastası və qlikoqrna cevirərək, zülal kimi öz canlarında toplayırlar . Mədə önlərinin yıqılması nəticəsində simbiontlar yem kütləsilə birgə şirdana düşürlər , və burada turş mühitdə ( PH-0.5-1.5) məhv olurlar, denaturasiyaya uğrayırlar, əsasən də nazik bağırsaq şöbəsində parcalanırlar, və amin turşuları və qlukoza formasında sorulurlar. Müəyyən eilmişdir ki gövşəyən heyvanlar simbiontlar hesabına zülal və qismən də karbohidratlar ehtiyacını tam ödəyirlər. İşkənbədə simbiontların həyatı və fəaliyəti onlar ücün nisbətən daimi və optimal PH ( orta hesabla6.8 ) olan mühit hesablna saxlanılır.Bu mühit yuxarıda adı cəilən turşular və daimi işkənbəyə axan selik hesabına saxlanır, İşkənbəyə axan seliyin miqdarı iri buynuzlu heyvanlarda 1 sutkada 70-100l bərabər olur. Seliyin reaksiyası tərkibində olan bikarbonat natrium ( mətbəx sodası), hesabına qələvi ( PH-8-9) olur. Bir sutkalığ seliyin( 70-100-litr) tərkibində 300-400qr mətbəx sodası olur. İşənbədə daimi əmələ gələn turş məhsullar buradaca qismən sorulurlar , qlan hissəsi isə daimi axan selik hesabına neytrallaşırlar. Qəbul edilən yemin miqdarı və keyfiyyəti , selik ifrazatına və onun səviyyəsinə ciddi təsir edir. Yem qəbulunun azalması və ya tam kəsilməsi selik ifrazatını 3-4 dəfə azaldır, beləliklə onun işkənbəyə axımı da azalır. Bununla belə işkənbədə gedən hidrolitik proseslər , və bunun nəticəsində əmələ gələn turş məhsulların miqdarı , əvvəlki yüksək səviyyədə qalır. Bunun nəticəsi kimi mədə möhtəviyyatının turşması və PH-4-6 azalması müşahidə edilir. İşkənbədə mühitin belə xarakterik dəyişirliyi, heyvanları karbohidrat və turş yemlərlə yemləndirilməsi , və işkənbədə əsasən qram müsbət mikrofloranın inkişafı nəticəsində baş verir .Bu növ mikroflora ücün turş mühit əlverişli sayılır, və özünün heyatı fəaliyətində turş məhsullar istehsal edir. Zülalla bol ( azotlu) olan yemlərlə yemlədikdə işkənbədə cox həcmdə ammonyak əmələ gəlir, və onun sulu məhlulu qram mənfi bakteriyalara , əsasən də bağırsaq cöpü və protey ücün əlverişli olan qələvi mühiti PH 8-9 əmələ gətirir. Hər bir vəziyyətdə PH işkənbədə artması və azalması nəticəsində simbiontların həyat fəaliyəti pozulur, və ya onlar məhv olurlar. Bu isə öz növbəsində toksiki maddələrin əmələ gəlməsinə, orqanizmdə toksikoz vəziyətin yaranmasına ( autointoksikasiya) , və bütöv orqanizmin funksiyanal pozuntularına səbəb olur.

Simptomları Xəstə heyvan yemdən imtina edir, və ya yemi meyilsiz və az miqdarda qəbul edir.Hevanda məcaz pozulması əmələ gəlir, heyvan yad cisimləri yalayır bəzən də yeyir ( udur) , kefsizləyir, məhsuldarlığını azaldır, arığlayır, tükləri pırpızlaşır, və öz şəffaflığını itirir, dərisi qiuruyur, belini donqar tutur. Gövşəmə və , gəyirmə zəifləyir və seyrəkləşir, bəzən tamamilə dayanır. Qazların qəyirməsi isə saxlanır, cıxan qazlar üfünətli olur. İşkənbə bərk və ya yarımmayə konsistensiyalı möhtəviyatla dolu olur , yığılması zəif, seyrək olur , və ya tam itir.. Qarın həcmcə böyüyür , sol aclığ cuxuru dolur, işkənbənin fəaliyəti zəifləyir, möhtəviyatı bərkiyir,kitabcanın səsi və bağırsağların peristaltikası güclənir. Xəstəlik uzun müddətli olduğda ishalla əvəz olunan qəbizlik əmələ gəlir Həzm orqanlarında gedən funksiya pozuntuları zamanı gəyirmə və gövşəmənin dayanması, hipotoniya zamanı işkənbənin hərəkətinin zəifləməsi, atoniya zamanı tam itməsi, baqırsağların peristaltikasının zəifləməsi, möhtəviyyatın hərəkətinin dayanması, bəzən bərkiyib quruması , bəzən isə ishalla əvəz olunması – xəstəliyin xarakterik əlamətlərindəndir. İşkənbədə mühitin dəyişməsi simbiontların( bakteriyalar, infuzorlar, göbələklər) məhv olunmasına səbəb olur, əmələ gələn toksiki məhsullar sorularaq orqanizmdə intoksikasiya ( autointoksikasiya) əmələ qətirir.Bunun nəticəsi olaraq heyvanda məzlumluq , ürək vurqularının tezləşməsi , və süd məhsuldarlığının azalması müşahidə edilir.Xəstəliyin zülal, karbohidrat, mineral pozuntuları və vitamin catışmamazlığından əmələ gəlməsi asidozla müşayət edilir, qabığ ,və qabığ altı mərkəzlərin və periferik sinirlərin məzlumluğuna səbəb olur.Mədə önlüklərində B-qrupu vitaminlərin əmələ gəlməsi( sintezi) , pozulur. Mədə və bağırsağlarda mator-sekretor və başqa funksiyaları pozulur , həzm prosesləri zəifləyir, qaraciyərin baryer və piqment mübadiləsi funksiyaları azalaraq intoksikasiyanın güclənməsinə təkan verir.Orqanizmdə intoksikasiyanın başlanması daha dərin pozuntulara səbəb olur. Heyvanda komatoz vəziyyət yaranır, əzələlərdə titrəmə başlayır, bəzi orqanlarda hətta iflic müşahidə olunur.


Patomorfoloji dəyişirlikləri Mədə önlükləri genişlənmiş olur . ktabcada möhtəviyyət bərkimiş və pis iyli olur, vərəqələri qızarmış və nekrozlaşmış olur. Xəstəlik uzun müddətli olduğda mədə önlərinin selikli qişası iltihablaşmış və qan sağıntıları ilə səpələnmış olur Buynuzlaşmış selikli qişa aralanaraq mohtəviyatın üzünə yığılır. Xəstəlik yünkül formada kecdikdə əlamətləri o qədər də bürüzə vermir.

Diaqnoz və təfriqi diaqnozu Anamnez məlumatları , xarakterik olan kliniki əlamətləri , işkənbənin təqəllüsetmə qabiliyyəti və rumenoqrafiya göstəricilərinə əsasən təyin edilir. . Adətən dəqiq diaqnozun qoyulmasına bu məlumatlar yetərli olur.Son dəqiq diaqnozun qoyulması ücün daimi mədə önlərinin atoniya və hipotoniyası ilə müşayət olunan travmatiki retikuliti , kitabcanın tıxanmasını , və həzm sisteminin başqa xəstəliklərini nəzərə almaq lazımdır.

Proqnozu Xəstəliyin əlverişli gedişi , onu əmələ gətirən səbəblərin aradan götürülməsi, və vaxtında aparılan mualicə yardımı xəstənin 3-5 gün müddətində saqalmasını təmin edir. Bəzən xəstəlik ağır kecir və 2-3 həftəliyinə uzanır Mədə önlərinin ikincili hipotoniya və atoniyasının aqibədi əsas kecən xəstəlikdən asılıdır

Mualicəsi Xəstəlikləri əmələ gətirən səbəbləri aradan götürdükdən sonra, mədə önlüklərinin hərəki funksiyasının və işkənbənin biokimyəvi proseslərinin bərpası ücün ölcü götürülür. Bunun ücün onların funksiyalarını gücləndirən dərman preparatları təyin olunur. Praktikada iri buynuzlu heyvanlara adətən ağ asırqalın 0.5 litr suda həll olunmuş 15-20ml dozada dəmləməsi verilir, dəri altına 5-7ml dozada , vena daxilinə isə 1-1.5ml dozada yeridilir. Xırda buynuzlu heyvanlara preparatın dozası 4-5 dəfə azaldılır. Xlorid natrium ( xörək duzunun ) hipertonik( 50% konsentrasiyası) məhlulu yaxşı ruminator effektə malikdir. Dərman preparatın 0.05-0.1qr quru maddəsi 1kq diri kütləyə dozada istifadə edilir. Bu məqsədlə tez-tez dəri altına iri buynuzlu heyvanlarda 0.001-0.003qr, xırda heyvanlarda 0.0002-0.0003qr dozada karboxolin məhlulu da istifadə edilir. Qoyunlara kofein natrium benzoatın 50% məhlulu nun instillyasiyası məsləhət görünür

İşkənbədə normal mühitin bərpası məqsədilə onu 10-30 litr - 1% sulfat natrium ( qlauber duzu) məhlulu ilə və ya işkənbədə mühitin PH asılı olaraq , turş mühitdə 2-3% hidrokarbonat natrium( mətbəx sodası) qələvi mühitdə isə 0.5-1% sirkə turşusu məhlulu ilə yuyurlar.Bu əməliyatı aparmaq ücün diametri 3-4sm olan zond və ya rezin borudan istifadə edirlər( ş) Mədə önlüklərinin hipotoniya və atoniya xəstəliyinə tutulan heyvanların mualicəsində əsas məqsəd- onların reflektor fəaliyyətini , və oradaki mikroflaranı normal vəziyətinə qaytarmaq , cürüntülü proseslər nəticəsində əmələ gəlmiş toksiki maddələri kənar etmək, iştaha və gövşəməni bərpa etməkdən ibarət olmalıdır. Bunun ücün pəhrizin təyin olunması cox vacib əhəmiyyət kəsb edir. Mualicənin birinci iki günündətam aclıq dietası təyin edilir, sonralar yem payına cuğundur, yer kökü , keyfiyyətli silios, yumşaq mayalanmış yemlər, və .s. əlavə olunur.Mədə onlərinin mator fəaliyətinin oyanması , iştahanın , gəyirmə və ceynəmənin yaxşılaşması, məqsədilə gündə iki dəfə 20-30qr yövşən, daxilə iri heyvanlara 100-200ml xırda heyvanlara isə 30-40ml 30-40% alkoqol verilir. İşkənbənin tez bir zamanda simbiontlarla məskunlaşması və biokimyəvi proseslərin bərpası məqsədilə, saqlam heyvanlardan 500-1000ml miqdarda işkənbə möhtəviyyatı alınaraq süzülüb zondla vəya rezin butulkası vasitəsilə , 500qr şəkər tozu və ya 50-100qr xəmir və ya pivə mayası əlavə olunaraq xəstə heyvanda işkənbəyə yeridilir.Mədə önünün fəalyətini bərpa etmək məqsədilə Azərbaycan kənd təsərrüfatı institutunun tədqiqatcıları tərəfindən ( H. M. Hacıyev) naftalan neftindən istifadə etməyi məsləhət görmüşlər. İnək və çamışa cəkisindən asılı olaraq 150-200ml naftalan neftinin sabunlu suda emulsiyası işkənbəyə yeridilir . Fizioterapiya vasitələrindən , masaj, mədə önünə diatermiya, işkənbəyə faradizasiya, solluks, ultrabənövşəyi şuaların təyin edilməsi yaxşı nəticə verir.İşkənbənin massaji col açlığ cuxuru nahiyədə yuxarıdan aşağıya dairəvi hərəkatlarla gündə 2-3dəfə , 10-15 dəq. müddətində ,solluks lampası 30-40 dəq. , civə-kvars lampası 10-15 dəq. müddətində , aparılır. Xəstə heyvanlara gündəlik 3-5km məsafəyə kəzinti məsləhət görünür.

Profilaktikası Heyvanların yemlənmə normalarına , qaydalarına , bəslənmə və saxlanma şəraitinə, yemlərin tərkibinə, mədə önlərinin hipotoniya və atoniyasını əmələ qətirən səbəblərə ciddi nəzarət yetirməli. Gövçəyən heyvanlarda yem paylarının tərkibində konsentratlı və sulu , silos, və b. üstünlük təşkil edən yemlər olduğda xəstəliyin profilaktikası ücün , xaricdə( ABŞ) qaba yemləri əvəz edən müəyyən fiziki züsüsiyətlərə malik olan sintetik polimerlər istifadə olunur. Heyvanların yem paylarına əlavə edilən bu sintetik polimerlər işkənbədə gəyirmə və gövşəməyə kömək edərək sintetik lifli kütlə əmələ gətirir. Bu yem əlavələrinin uzun müddət istifadə edilməsi , heyvanlarda təbii yemlərin iştahla və cox miqdarda yeməsinə səbəb olaraq , məhsuldarlıqı artırır, və mədə önlüklərində həzmetməni normallaşdıraraq , bu orqanların əmələ qələ biləcək pozuntularının qarşısının alınmasında böyük rol oynayırlar.


İşkənbənin asidozu ( Kəskin südturşulu asidoz)

Xəstəlik işkənbə möhtəviyatının pH-turş tərəfə yönəlməsi ilə xarakterizə edilir. Xəstəlik əsasən iri buynuzlu heyvanlar və qoyunlarda payız-yay aylarında müşahidə edilir. Mədə önlükləri patoloqiyasının ən cox rast gəlinən formasıdır.

Etioloqiyası İşkənbənin asidozu gövşəyən heyvanların coxlu miqdarda karbohidratlarla zənqin yemlərin qəbul edilməsi nəticəsində əmələ gəlir. Bunlardan qarğıdalı , arpa , vələmir, buğda , şəkər cuğunduru, kartof, alma, yaşıl ot, qarpız, və. s. göstərmək olar.Heyvanların bicilmiş sahələrdə otarılması və yem paylarında zülal catışmamazlığı fonunda, xəstəlik kütləvi xarakter daşıyır. Heyvanlarin yem payında qaba yemlərin ( ot, küləş) catışmamazlığı, xəstəliyin əmələ qəlməsinin əsas səbəblərdəndir.

Patoqenezi Göstərilən yemlərin tərkibində olan tez həzmə gedən karbohidratlar , mədə önlərində məskunlaşmış mikroorqanizmlərin ifraz edilən fermentlərinin təsiri altında , qıcqırma prosesinə uğrayaraq , küllü miqdarda ucucu yaq turşuları ( sirkə, yaq, propion) əmələ gətirirlər. Bununla da işkənbədə olan normal mikrofloranın ( qrammənfi bakteriyalar, və infuzorlar) boyatması yatırılır. Eyni vaxtda işkənbəyə uyöun olmayan qeyri adi mikroorqanizmlərin ( süd turşusu çöpləri, streptokokkus bovis, polikokkların qrammüsbətbakteriyaları) miqdarı artır.Süd turşusu bakteriyalarının streptokokkların bol əmələ gəlməsi , işkənbədə küllü miqdarda süd turşusunun əmələ gəlməsini izah edir və səbəb olur. Bu isə öz növbəsində işkənbə möhtəviyyatının PH- ın turşluğa ( aşağı) yönəlməsinə səbəb olur.Bununla da yemin həzmetməsi pisləşərək , tam dayanır . İşkənbə möhtəviyatında PH azalması davam etdikdə , atoniya və hipotoniya və ya qəbul olan yemin miqdarından asılı olaraq işkənbədə qalıb tıxanması baş verir. Süd turşusu qana sorularaq orqanizmə güclü təsir edir və nəticədə şirdanda qan şırımları, və eroziyalar( selikli qişa səthinin yara ilə örtülməsi) aşkae edilir, ürək fəaliyətinin tezləşir, qanın PH-turş yönümlü olur. BU prosslərin hamısı bırlikdə maddələt mübadiləsini pozaraq orqanizmdə əzələlərin , o cümlədən mədə-bağırsağların ümümi tonusunun düşməsinə səbəb olur. İşkənbə möhtəviyatı hərəkətşizləşir, simbiontların miqdarı onların məzlumluğuna və məhvinə görə azalır, bu isə işkənbədə biokimyəvi proseslərin və selikli qişanın strukturunun pozulmasına səbəb olur.

Əlamətləri .Heyvanın ümümi vəziyəti əzinik və məzlum olur.İştaha azalır, və ya tam itir.Gövşəmə, seyrək, zəif və ya bəzən hec olmur.İşkənbənin hərəkəti zəif ( hipotoniya) , və ya olmur.Xəstənin məhsuldarlığı azalır, bədən temperaturu normada olur, ancağ 4-5 günləri mədə -bağırsağ şöbəsində iltihabı proseslərin əmələ gəlməsi ilə əlaqədar , qısamüddətli arta bilər. Nəbz və tənəffüs tezləşir, ishal baş verir, susuzluq əmələ gəlir, bunun nəticəsi olaraq qanın qatılaşması və göz almacığının batması, müşahidə edilir. Yemin cox miqdarda qəbul olunması xəstəliyin aqır kecməsinə səbəb olur. Belə hallarda xəstəliyin əlamətlərinə işkənbənin yem kütləsi ilə dolub tıxanması və sulu möhtəviyatın işkənbəyə dolması əlavə olunur.əstə heyvanda aseptik pododermatit ( laminit) əmələ gəldiyinə görə axsağlıq meşahidə edilir, tez-tez əzələ titrəməsi əmələ gəlir. İşkənbədə xarakterik asidozun əmələ gəlməsi adətən onların qarğıqalı sütülü və cuğundurdan həddindən artıq qəbul edilməsi ilə əlaqədar olur. Qoyunlarda işkənbənin kəskin asidozu prinsip etibarilə , eyni kliniki əlamətlərlə kecir, ancağ xəstəlik daha ağır kecir, nəinki iri buynuzlu heyvanlarda , və xəstəliyin 20-50% ölümlə nəticələnir. Belə hallar əvvələr qaramal və qoyunlarda qarğıdalı və şəkər çuğundurundan zəhərlənmə kimi təqdim edilirdi.Xəstəlikdən sağalan heyvanlarda adətən 2-3 həftədən sonra , tük örtüyünün tökülməsi müşahidə edilir, bəzi hallarda belə vəziyyət kütləvi xarakter daşıyır

Patomorfoloji dəyişirlikləri İşkənbə sıyığvari kütlə və ya ( qarğıdalı, çuğundur), və başöa yemlərlə dolmuş olur. İşkənbə möhtəviyatından turşumuş iy gəlir. İşkənbənin selikli qişası asan söyulur, epitelisi zədələnmiş, şişkinli , hemorraqiyalı, bəzən də nekrozlaşmış olur.

Diaqnoz və təfriqi diaqnozu Anamnez məlumatlarına ( yuxarıda göstərilən yemlərin cox miqdarda qəbul olunmasının təstiq edilməsi vacib əhəmiyyət kəsb edir.) Labarator muayinələrin ( işkənbə möhtəviyatının və sidiyin PH ölcülür) nəticəsinə əsaslanır. Əksər hallarda diaqnoz işkənbə möhtəviyyatının PH ölcülməsilə ( adətən 6 aşağı və ya 4-6 olur) , və işkənbənin atoniya və hipotoniyasını ( möhtəviyyat turşlaşır) nəzərə almağla təsdiqlənir. Belə hallarda mədə önlərinin hərəkətinin pozulması müstəqil hal kimi əmələ gəlir.

Gedişi və proqnozu Yünkül həzmə gedən karbohidratlı yemlərlə əmələ gələn asidoz, kəskin kecərək adətən 7- gün müddətində heyvanın sağalması ilə nəticələnir. İşkənbənin dolması ilə əmələ gələn asidozun ağır formaları adətən ölümlə nəticələnir. Səbəbləri aradan götürüldükdə -xəstəliyin aqibədi yaxşı olur, başqa hallarda uzun müddətli gedişdə proqnoz şübhəlidir.

Mualicəsi İşkənbəni toksiki yem kütləsindən azad etmək , və tutş məhsulların neytrallaşdırılması məqsədilə onu 1%- natrium xlorid , 2%-natrium hidrokarbonat məhlulları ilə yuyurlar, və ya 0.5-1 litr miqdarında daxilə 3% mətbəx sodası yeridilir, və 5-10mln. T. V. antibiotik verilir, bundan sonra daxilə 200qr mara, 1-2litr süd, və sağlam heyvanlardan alınmış mədə möhtəviyatının verilməsi məsləhət görünür.Mualicə uzun müddətli olmamalıdır, (1-2 gün) , və xəstəliyin başlancığında daxilə qələvilərin 9 mətbəx sodası, 150-200qr gündə 2 dəfərezin butulkadan və ya qlauber duzu 200-300qr gündə 2 dəfə) verilməsi məsləhət görünür. Mətbəx sodasının uzun müdət verilməsi orqanizmin daxilində alkolozun əmələ gəlməsinə səbəb ola bilər, buda ki xəstəliyin gedişini ağırlaşdıra bilər. Ən yaxşı nəticə işkənbəni yuduğdan sonra saqlam heyvanların işkənbə möhtəviyatının verilməsindən alınır. Bu əməliyat işkənbədə mühiti nizamlayır,onu aktiv mikroflora ilə məskünlaşdırır, işkənbədə həzm prosesini bərpa edir. Vena daxilinə 200-300 ml 10% natrium xlorid yeridilməsi yaxşı nəticə verir.

Profilaktikası Heyvanlara tam dəyərli yemləmə təşkil olunmalı. Yem paylarının şəkər :protein nisbətinin 1: 1 - 1 : 1,5 tənzimlənməsi, keyfiyyətli qaba yemlərin verilməsi, profilaktiki tədbirlərin əsasını qoyur.


İşkənbənin alkolozu—Alkolosis ruminis.

İşkənbənin həzminin pozulması ilə xarakterizə edilən , möhtəviyatının PH-qələviliyə doğru yönəlməsi, hipotoniya və atoniya ilə müşahidə edilən xəstəlikdir Xəstəliyə nadir hallarda rast gəlmək olar.

Səbəbləri- əsasən uzunmüddətli tərkibində bol zülal olan ( yonca, qara yonca, xaşa ) v. s. eləcədə əlavə olunmuş sintetik azot birləşmələri ilə olan qarışığ qüvvəli yemlərin , karbohidratlar catışmamazlığı fonunda yemləndirilməsidir. Heyvanların yem payında zülalın miqdarı 20% artıq olduqda alkoloz xəstəliyinin əlamətləri bürüzə verir. Bəzən xəstəliyə səbəb kimi azot tərkibli əlavələrin ( ammonyak, ) normadan artıq verilməsi , və ya onların düzgün istifadə olunmaması ( qüvvəli qarışığ yemlərlə ,iki paxlalılarla) bol proteini olan yemlərlə ( noxud, soya) yemləndirilməsini göstərmək olar.Bəzən ikipaxlalı otların otlaqlarda həddindən artığ yemləndirilməsi ( qarayonca) alkoloz xəstəliyinə səbəb ola bilər. Səbəb kimi heyvanların cürüntülü nəcis suyu ilə cirkləşmiş yemləri yemləndirdikdə , və ya onların uzun müddət, yalama duzdan məhrum olunmasını göstərmək olar. Uzun müddət heyvanlar duzsuz qaldığda ətrafda olan döşəmə , divar, və. s. yalayaraq işkənbəyə cürüntülü mikrofloranın düşməsinə şərait yaradırlar.

Patoqenezi Göstərilən səbəblər nəticəsində işkənbədə küllü miqdarda qələvi reaksiyalı maddələr ( ammonyak v. s. ) , əmələ gəlir və cürüntülü mikroflora inkişaf edeir. Bunların nəticəsi olaraq işkənbə möhtəviyatının PH qələvi tərəfə(PH-7.0 yuxarı) yönəlir, normal mikroflora və infuzorlar məhv olur , işkənbədə atoniya vəziyyəti əmələ gəlir. Bir sözlə işkənbədə cürüntülü proseslər nəticəsində , zülzllar mənimsənilmir, və proteiniqen aminlərə cevirilir. Bol zülüllı yemlər işkənbədə sürətlə ammonyak ionlarının əmələ gəlməsinə gətirib cıxarır, və bunula da qrammənfi mikrofloranın inkişafına əlverişli şərait yaradır, ammonyak əmələ gəlir qana sorularaq turşu-qələvi muvazinatını turş luğ tərəfə cəkir. PH artır və 8-9catır, və bu şəraitdə işkənbə mikroflorası məhv olur, ya funksiyası zəifləyir. İşkənbənin həzmi pozularaq orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb olur.

Əlamətləri-Xəstə heyvanın qanında ammonyakın konsentrasiyasının 20mq% artıq olması zəhərlənmənin kliniki əlamətləri ilə müşahidə edilir. Alkoloz xəstəliyinin güclü formalarında məsələn karbomidlə ( sidik cövhəri) zəhərlənmədə heyvanlarda narahatlığ , dişləri xıcı lanması, selikaxma, sidik ifrazatının artması, zəiflik , tənqnəfəslik, muvazinətinin pozulması və. s. bunu kimi əlamətləri, müşahidə olunur. Adi bol zülalla zənqin olan yemlərin artıqlaması ilə yemləndirilməsi elə də bürüzə verən əlamətlərlə səciyələnmir, yemdən imtina,işkənbənin hipotoniya və atoniyası, ağızdan pis iy, işkənbənin timpaniyası, yünkül kecən ishal və. s. kimi əlamətlər müşahidə edilir.

Patomorfoloji dəyişirliklər -xarakterik deyil.

Diaqnoz və təfriqi diaqnozu Anamnez məlumatları, heyvanların yemlənməsinin xarakteri , uyğun olan kliniki əlamətləri və işkənbə möhtəviyatının PH muayinəsi, əsas verirlər ki dəqiqliyi ilə diaqnoz müəyyən edilsin. Mədə önlüklərinin hipotoniya və atoniyasını təfriq etmək lazım gəlir, nəzərə almaq lazımdır ki bu xəstəliklər zamanı işkənbə möhtəviyyatının PH artır. Belə halda mədə önlərinin hərəki funksiyalarının pozulması müstəqil olur.

Proqnozu Yüngül formalarında - əsas səbəblər aradan götürüldükdə əlverişli , karbamidin dozası normadan artığ olduqda - şübhəli və ya qeyri əlverişli olur.

Mualicəsi Xəstəliyi əmələ gətirən səbəblər aradan götürülməli . İşkənbə 2% sirkə turşusu ilə yuyulur və sonra sirkə, xlorid və süd turşusunun zəif ( 0.5-1% ) məhlulları ilə iri buynuzlu heyvanlara 2-3litr miqdarında yeridilir, bir necə ( 5-10 dəq ) müddətdən sonra xəstə heyvanlara sağlam heyvandan alinmış 1-2 litr miqdarında işkənbə möhtəviyyatı yeridilir. Daxilə 0.5-1kq 1-2litr suda həll olunmuş şəkər və 3-4litr turş südün verilməsi yaxşı nəticə verir. Qöyunlar ücün bu dozalar 5-dəfə azalır. Nəzərə almağ lazımdır ki asidoz və alkolozun kliniki əlamətləri eyni olsada , mualicəsi müxtəlifdir. İşkənbənin alkolozu zamanı qələvi prepatlarının ( mətbəxsodası qlauber duzu, ) istifadəsi , nəinki xəstənin vəziyətini ağırlaşdıra bilər , hətta ölümünə də səbəb ola bilər. Sağlam heyvanın işkənbə möhtəviyyatının xəstəliyin ikisində də istifadəsi yaxşı nəticə verir, və universal mualicə usulu kimi xəstəlik zamanı dərhal istifadə edilməlidir.

Profilaktikası xəstəliyin səbəblərindən irəli gəlir , və heyvanların yem paylarının şəkər-protein nisbətinin ( 1: 1 və ya 1.5: 1) balanslaşdırılmasından ibarətdir.Heyvanların yemlənməsində sidik cövhərindən istifadə etdikdə , onun yem payında miqdarı daimi təlimata uyğun istifadə edilməli.


İşkənbənin parakeratozu - ParakeratosisRuminis.

İşkənbənin məməciklərinin pozulması , qalınlaşması və buynuzlaşması ilə xarakterizə edilən , işkənbə həzminin pozulması və selikli qişanın strukturunun dəyişirilməsi ilə müşahidə edilən xəstəlikdir. Xəstəlik iri buynuzlu heyvanların kökəltməsi zamanı kütləvi xarakter ala bilər.

Etioloqiyası Xəstəlik adətən heyvanları xırda dənəvərlənmiş qarışığ qüvvəli yemlərlə yemlədikdə , və qabq yemlərin yem payında az olması , səbəbindən əmələ gəlir.

Patoqenezi Üyüdülmüş həcmi 0.5mkm olan , xüsüsən də dənəvərləşmiş formada olan un işkənbənin divarındakı məməciklərin üzərində qalın qatla toplanaraq onların yapışmasına , uzun müddət qıcığlanması və hipertrofiyasına səbəb olur.Nəticədə bu sahələrdə qrammüsbət , əsasən də süd turşulu mikrofloranın artması həsabına süd və sirkə turşusunun toplanması və PH 4-5 qədər azalması ilə müşayət olunan dəyişirliklər gedir , bunun nəticəsi olaraq İşkənbənin selikli qişasının iltihabı , xoralanması və nekrozlaşması əmələ gəlir bu isə onda həzmin pozulmasına səbəb olur. İşkənbə möhtəviyatının kimyəvi dəyişirilmiş tərkibi uzun müddət təsir edərək onun selikli qişasının epiteli təbəqəsi ilə birgə pozulmasına gətirib cıxarır. Epiteli təbəqəsinin pozulması qida maddələrinin sorulmasını pisləşdirərək mikrobların qan və limfa damarlarına onların vasitəsilə qaraciyər və başqa orqanlara kecməsinə səbəb olur.

Simptomları xəstələrdə iştaha zəifləyir , gövşəmə seyrək və azalmış olur, dişlərin xırcıldanması müşayət olunur, selik axma ola bilər ( orqanizmin intoksikasiya əlaməti) , işkənbənin peristaltikası ( təqəllüsetmə qabiliyəti) zəifləyir. Xəstəlik diareya susuzlaşma , taxikardiya , zəifləmə ilə müşahidə edilə bilər. İşkənbə möhtəviyyatının PH azalır,

və bu vəziyyətdə stabil olaraq qalir.

q Patomorfoloji dəyişirlikləri İşkənbənin selikli qişasında , ə\sasən qabaq ventral torbada və dorzal torbanın girəcəyində xəmirvari konsistensiyalı üyüdülmüş un yeminin toplantısı aşkar olunur. Xəstəliyin başlancıq ilk dövrlərində işkənbə divarının selikli qişasının üzərində olan məməciklər qalınlaşır və bərkiyir, bir necəsi bir-biri ilə birləşib düyün ( parakeratoz) əmələ gətirir. İşkənbənin selikli qişasında bəzən iltihab ocağları , xoralaşma və nekrozlaşmış sahələr aşkar olunur.

Diaqnoz və təfriqi diaqnozu Anamnez məlumatlarına , kliniki əlamətlərinə, ümümi və xüsüsi muayinə usullarına əsaslanaraq qöyulur. Xarakterik əlamətlərdən işkənbə möhtəviyyatının pH ( 4-5) turş mühitli olması, işkənbə və qanda histamin səviyəsinin artması , eləcədə patoloji –anatomiki muayinələrin nəticələrini göstərmək olar.Təfriqi diaqnostikada mədə önlərinin hipotoniyası və işkənbənin asidozu nəzərə alınmalı , bunları anamnez məlumatları , yaş aspekti patoloji anatomiki və başqa əlamətlərə görə təfriq etmək lazımdır.

Proqnozu Xəstəliyin erkən dövründə görülən tədbirlər , heyvanın sağalmasına səbəb olur, ancağ boy artımı dayanır , cəki artımı isə azalır. Xəstəliyin gecikmiş mərhələsində işkənbənin selikli qişasının iltihabı və başqa pozqunluğlarda heyvanın cıxdaş edilməsi daha məqsədə uyğundur.

Mualicəsi. Xəstəliyin erkən dövründə heyvanların yem paylarını balanslaşdırmaq lazımdır , onlara protein və karbohidratlarla bol olan qaba yemləri verilməli, və qələviləşmə terapiyası aparılmalı . Xəstə heyvanlara daxilə 2-4 litr miqdarda 3-4% natrium hidrokarbonat , 25-30qr 1 litr suda həll edilmiş maqnezium hidroksid ( yanmış maqnezium), gündə 2-3 dəfə , 3-4 gün müddətində , və sağlam heyvanlardan alınmış 2-3 litr miqdarında mədə möhtəviyyatı , və 500qr 1litr suda qarışdırılmış pivə mayası verilir.

Profilaktikası heyvanların yem paylarında qaba , şirəli və qarışığ qüvvəli yemlərin , eləcə də şəkər-protein nisbətinin nizamlanması əsas şərtlərdən biridir.

İşkənbənin yemlərlə dolub tıxanması,İşkənbə əzələlərinin parezi-

DİLATATİO RUMİNİS AB İHGESİTS

.

Bu xəstəliyi işkənbənin tıxanması da adlandırırlar .Xəstəlik işkənbənin həddindən artığ sıx yemlərlə dolması nəticəsində əmələ gəlir, və onun genişlənməsi ilə xarakterizə dilir.Xəstəlik işkənbə əzələlərinin parezi və genişlənməsi nəticəsində əmələ gələn ağrılarla və mədə önlərinin mator fəaliyətinin, pozuntuları ilə müşayət olunur. Qaramal və çamışlarda tez-tez təsadüf edilir.



Etioloqiyası Heyvanların cox miqdarda həddindən artığ qarışıq qüvvəli yem, un , buğda, vələmir, qarğıdalı, dən cecəsi, kökumeyvəlilərin yemləndirilməsi , uzun müddət onlara küləş, qamış, və suyu özündə saxlayıb şişən cox qaba yemlərin verilməsi , xəstəliyin əsas səbəblərindəndir. Xəstəlik kəskin sürətdə heyvanları yaxşı ot örtüyü olan otlağlara kecirdikdə əmələ gələ bilər. Heyvanların gəzintisinin ( mosion) məhdudlaşdırılması , birdən- birə qaba yemlərə kecirilməsi, aç qalmış heyvanlara həddindən artığ yem verilməsi və dərhal bundan sonra soyuq suyun icirilməsi , qoşulu halda uzun məsafəyə sürülməsi, coxlu miqdarda bir dəfəyə qarışıq qüvvəli yemlərin ( konsentrat) verilməsi də xəstəliyin əmələ gəlməsinə səbəb ola bilərlər. Yemlərin tərkibində vitaminlərin az olması işkənbənin fəaliyətini zəiflədərək , yemlərin toplanıb qalmasına şərait yaradır. Həddindən artıq yemləmə ilə əlaqədar olmayan işkənbənin əzələlərinin parezi , onun daxilinə düşən müxtılif növ kimyəvi maddələrin ( qübrələr, herbisidlər, kimyəvi zəhərlər, bəzi dərman preparatları və. s.) təsirindən də ola bilər.Yemləmə ilə yanaşı işkənbənin fəaliyətinin, zəifləyib yemlərlə tıxanmasında köməkci amillərin də rolu böyükdür. Bunlardan veketativ sinir sisteminin tonusunun aşağı düşməsini, heyvanın vaxtında yemləndirməməsini, tövlə şəraitində saxlanarkən kəzintinin ( mosion) verilməməsini, yemləndirildikdən sonra ağır işdə istifadə edilməsini, mədə önünün fəaliyətindən düşməsini və. s. göstərmək olar.

Patoqenezi Qəbul olunmuş cox miqdarda yem ,( işkənbədə yemin miqdarı 100kq artığ da ola bilər), özü özlüyündə əsasən də şişəndə , işkənbənin divarına təzyiq edərək onu genişləndirir . Bunun nəticəsi olaraq əvvəlcə ağrı ilə müşayət olunan spazmalar əmələ gəlir, sonralar işkənbə divarına təzyiq artıgca onun hərəkəti dayanır, və parezə səbəb olur. Başqa hallarda kimyəvi maddələrin işkənbəyə təsiri zamanı orqan funksiyasını itirərək mikrofloranın məhvinə, möhtəviyyatın bərkiməsi və qurumasına səbəb olur. Beləliklə.xəstəliyin səbəblərindən asılı olmayaraq işkənbənin iltihabı və orqanizmin intoksikasiyası əmələ gəlir. Adətən bu proses mədə- bağırsaq sahəsinin başqa hissələrində də həzm pozuntuları ilə müşayət edilir, və xəstəliyin ağırlaşmasına səbəb olur. Bundan başqa aqciyər və ürəyə təzyiq olunaraq onların fəaliyəti və funksiyaları qismən də olsa pozulur və tənəffüsün tezləşməsinə , səthiləşməsinə , və nəbzin zəifləməsinə səbəb olur.

Simptomları Xəstə heyvanlarda yemdən imtina , tədricən artan narahatlığ, böyürmə, selikaxma, qəyirmə və gövşəmənin dayanması , müşahidə edilir. Ümümiyətlə xəstəliyin kliniki əlamətləri və onun nəticəsi işkənbənin tıxanma dərəcəsindən asılıdır. İşkənbə möhtəviyatı bərk və ya xəmirvari konsistensiyalı olur. Heyvan adətən qəflətən yemdən imtina edir , qarnına baxır, gücənir, lakin az miqdarda nəcis ifraz edir,xəstə yatıb qalxır, bəzən qusma hərəkətləri baş verir, col qarın nahiyəsində dəyişiklik əmələ qəlir, bu nahiyyədə əllə təzyiq etdikdə , tez bir zamanda qalxan batığ əmələ qəlir.Xəstəliyin başlancığında işkənbənin peristaltikası tezləşir və fasiləli olur, sonralar isə daxilindəki yem kütləsi şişdikcə seyrək, zəif sonralar isə tam itir Tənəffüs və ürək fəaliyyəti tezləşir.Kimyəvi maddələrin işkənbəyə düşməsi nəticəsində əmələ gələn əzələlərin parezi zamanı , onun peristaltikası dayanır, həcmi böyüyür, palpasiya zamanı möhtəviyat bərkimiş kütləni xatırladır. Kitabca şirdan və bağırsağların hərəkəti zəifləyir , kal ifrazatı seyrəkləşir. Mədə önündə qazların əmələ gəlməsi ilə əlaqədar olaraq sol aclığ cuxuru şişir. Sağmal heyvanlarda süd məhsuldarlığı kəskin sürətlə azalır, nəcis ifrazı azaldığından qəbizlik müşahidə edilir.Nəcis bərkimiş və rəngi tutqunlaşmış olur.Əzələlərdə titrəmə , arxa ətraflarda səndələmə müşahidə edilir. Şirdan və bağırsağlarda iltihab başladığda orqanizmin temperaturu yüksəlir, ishal və stomatit əlamətləri görünür.Yemlə dolub tıxanmış işkənbə diafraqmaya təzyiq edərək ürək və tənəffüs sisteminə təsir edir onun tezləşməsini, nəbzin səthləşməsini , və ürək vurğularının güclənməsini meydana cıxarır. İşkənbənin perkussiyası küt səs verir , timpaniya əlamətləri olduğda aclığ cuxurunun yuxarı hissəsində timpanik səs alınır. İşkənbənin auskultasiyası zamanı hərəkatı ya cox zəif yada ki hec eşidilmir.

Patomorfoloji dəyişirlikləri Yarma zamanı işkənbədə işkənbədə cox miqdarda bərkimiş yem kütləsi aşkar olunur. Xəstəlik uzun müddətli olduğda , işkənbədə kimyəvi maddələrin təsiri altında əmələ qələn selikli qişasının iltihablaşma və nekrozlaşma formasında zədələnməsi aşkar olunur.

Diaqnoz və təfriqi diaqnozu- Anamnez məlumatları və xarakterik kliniki əlamətləri əsasında qoyulur. Təfriqi diaqnostikada işkənbənin kəskin timpaniyasını istisna etmək lazımdır. Bu xəstəlik zamanı da işkənbənin həcmcə böyüməsi müşahidə edilir, ancağ kəskn gedişi , tənknəfəsliyin artması , işkənbənin qazla dolması , qarın boşluğunun formasının kəskin dəyişməsi ilə müşayət olunur. Mədə önünün atoniyası və qastroenterit xəstəliklərini , anamnez məlumatları əsasında istisna edirlər.

Gedişi və proqnozu Xəstəliyin gedişi və proqnozu heyvanın qəbul etdiyi yemin miqdarından , tərkibi və xassəsindən asılıdır. Xəstəliyin yünkül formasında heyvan tezliklə sağalır. İşkənbənin həddən artığ dolması kəskin sürətdə bürüzə verməsi əsasən də qazların əmələ qəlməsi ilə mürəkkəbləşməsi ( timpaniya) , və 10 gündən artığ davam etməsi mədə önündə iltihabı proseslərin və qastroenteritin əmələ gəlməsi ilə nəticələnə bilər, belə hallarda proqnoz şübhəli və əlverişsiz olur. İşkənbənin yemlərlə dolması iltihabı proseslərlə ağırlaşmadığda və mualicə tədbirləri vaxtında aparıldığda 4-7 gün ərzində xəstəlik sağalma ilə başa catır.

Mualicəsi İşkənbənindolma dərəcəsindən asılı olmayaraq, xəstələrə 1-2günlük aclığ pəhrizi təyin edilir.Aparılan tədbirlərin əsas məqsədi işkənbənin ” yükünü”azaltmaq , onun funksional fəaliyətini bərpa etmək, və toplanmış yemləri zond vasitəsilə yüyüb cşxarmağdır. Bunun ücün diametri 3-4sm olan zond və ya rezin borudan istifadə edərək , daxilə 10-15litr ilığ su yeridilir. Sutkada 3-4 dəfə , 20-30 dəq. müddətində işkənbənin massaji təyin edilir, dəri altı və ya vena daxili ağ asırqalın dəmləməsi iri buynuzlu heyvanlara uyğun olaraq 5-7ml və 1-1.5 ml , xırda buynuzlu heyvanmlara isə 1-2ml və 0.1--0.2ml , vana daxilinə 10% natrium xlorid məhlulu iri buynuzlu heyvanlara 200-300ml yeridilir. Ürək fəaliyəti zəiflədikdə dəri altına 10-15ml 20% kofein benzoat natrium məhlulu yeridilir. Xəstə heyvanların vəziyəti yaxşılaşdığdan sonra onlara yünkül həzmə gedən yemlər-silos, yümşağ ot, kökümeyvəlilər, verilir əvvəlcə az miqdarda sonralar isə tədricən bir necə gün müddətində normaya catdırılır. Heyvan həyatı ücün boğulmadan təhlükə yarandığda , işkənbə troakarla deşilir və ya qazlardan və möhtəviyətdən azad etmək məqsədilə rumenotomiya aparılır. İşkənbənin dolması kəskin sürətdə bürüzə vermədikdə , orqanın funksiyasını oyadan və yemlərin evakuasiyasını sürətləndirən dərmanlardan istifadə edilir. Əvvəlcə heyvana 400-500ml qənəqərcək yağı , və ya dikər müxtəlif işlətmə dərmanları verilir. Bəzi hallarda işkənbənin mator fəaliyətini gücləndirmək məqsədilə veratrin xulasəsi və qusdurucu daş verilir, bundan başqa həmin məqsədlə qaramal və çamışa dəri altına 0.02-0.008 veratrin , 0.01-0.003 karboxolin və ya 0.1-0.4 pilokarpin hidroxlorid yeridilir, vena daxilinə 200-500ml 10% natrium xlorid məhlulu inyeksiya edilir. Daxilə natrium və ya maqnezium sulfat duzları 600-800qr miqdarında 10-30litr su ilə vermək olar. Su ilə daxilə eyni miqdarda natrium hidrokarbonat və natrium xlorid ( 40-100qr) verilir. Xəstə heyvan taqətdən düşdükdə vena daxilinə 250-300ml 30% üzüm spirti , ürək fəaliyəti zəiflədikdə isə dəri altına 10-15ml 20% kofein benzoat natrium, inək və çamışlara 0.005-0.015ml dozada v\d strofantin yeridilir (. yavaş- yavaş). Butun hallarda aparılan tədbirlərin əsas məqsədi işkənbəni yemlərdən azad etmək, onun funksional fəaliyətini gücləndirmək, orqanizmin ümümi vəziyətini yaxşılaşdıraraq , heyvanın məhsuldarlığını bərpa etməkdir.

Profilaktikası heyvanların səmərəli yemləndirilməsindən ibarətdir, onların yemlərlə əsasən də dənli yemlərlə həddindən artığ yemləndirilməsi məqsədə uyğun deyil. Heyvanlara qaba yemlər nəmişləndirilmiş halda verilməli, yemləmə qaydalarına və yemlərin tərkibinə ciddi baytarlığ nəzarəti olmalidir.


İşkənbənin timpaniyası - TYMPANİA RUMİNİS

İşkənbədə sürətlə qazların əmələ gəlməsi , və gəyirməklə xaric oluna bilməməsi nəticəsində , onun həcminin böyüməsi ilə xarakterizə olunan xəstəlikdir ( şəkil) Xəstəlik qazlı ( sadə) və köpüklü ( qarışığ) , müstəqil və ikincili , kəskin və xroniki formalara bölünür ( aird edilir) Xəstəlik əsasən iri buynuzlu heyvanlarda malqara, camış, xırda buynuzlu heyvanlardan qoyün, keci, və bəzən dəvələrdə müşahidə edilir. Bəzi hallarda xəstəlik kütləvi xarakter daşıyır. Xəstəlikdən əmələ gələn maddi zərər məhsuldarlığın azalmasından ( sağım, çəki) , məcburi kəsim və heyvanların ölməsindən ibarətdir.

Etioloqiyası. İşkənbənin timpaniyası adətən heyvanlara coxlu miqdarda asan qıcğırmaya malik olan yemlərin –yeni cıxmış cavan nəmişli qöy ot, qarayonca, xaşa, kələm, və çuğundur yarpağı, yeni bicilmiş qurumamış ot, un, qarışıq qüvvəli yemlər, barlanmış yemlərin yemlənmə nəticəsində və bütün hallarda bundan sonra coxlu su icdikdə əmələ gəlir.Xəstəliyi əmələ gətirən səbəblərdən biri də mədə önünün mator funksiyasının zəifləməsi, əmələ gələn qazların ifrazının gəirməklə xaric olunmaması , heyvanların kəskin arığlaması və. s. ola bilərlər. İkincili bir xəstəlik kimi işkənbənin timpaniyası yem borusunun tam tıxanması və mədə parezi ilə müşayət olunan zəhərlənmələrdə əmələ gəlir.Beləliklə timpaniyanı əmələ gətirən səbəblər endoqen və ekzoqen olmağ etibarilə iki qrupa bölünür.Bunlardan hər biri ya sinir sisteminin fəaliyətinə təsir edərək işkənbənin hərəki fəaliyətini pozur, ya da asan qıcğırmaya səbəb olub kəskin sürətdə qaz əmələ gətirir.Heyvanlar yaşıl və şehli yemlər yedikdə timpaniya daha tez əmələ gəlir. Heyvanlara ğöy xüsüsən də cicəklənmə fazasında olan otların yemləndirilməsi xəstəliyin əmələ gəlməsinə böyük təhlükə yaradır. Yaz- yay aylarında heyvanların alaqaranlığ şehli otlağlarda ( xüsüsən də yoncalığda) otarılması, və ya fiziki qərqinlikdən sonra ( işdən) yemlə bol yemlənmələri timpaniya xəstəliyinə səbəb ola bilər.Xəstəliyin əmələ gəlməsində tez qıcqırmaya malik olan kiflənmiş , cürümüş , donmuş yemlərin rolunu xüsüsilə qeyd etməliyik. İkincili timpaniyanın əmələ gəlməsində zəhərlənmələri , yem borusunun tıxanmasını, qızdırma ilə kecən xəstəlikləri xüsüsi vurğulamaq lazımdır .

Patoqenezi İşkənbəyə daxil olmuş yem simbiontların iştirakı ilə yumşalma, autofermentasiya , və qıcqırma proseslərinə uğrayırlar , və nəticədə müxtəlif qazlar əsasən də karbon 60-70% , metan 20-30% azot və hidroken 5-10% , kükürdhidroken 1% əmələ gəlir. Bu qazlar yem qəbulundan bir necə saat sonra əsasən də yünkül qıcqırmaya malik olan yemlər yemləndirildikdə və bundan sonra cox miqdarda su qəbul edən heyvanlarda əmələ gəlir.Belə hallarda işkənbədə qazların əmələ qəlmə intensivliyi cox yüksək olur və bəzi hallarda saatda 50-60 litrə catır.Normal sağlam orqanizmdə işkənbənin gəyirmə funksiyası nizam olduğdaəmələ gələn qazların bir hissəsi , kardial sfinktor və yem borusu vasitəsilə xaric olunur , bu prosesin intensivliyi 1( bir) dəqiqədə 5 litrə bərabər olur, və köpmə əmələ gəlmir. Bununla əlaqədar belə bir qənaətə kəlmək olar ki , işkənbədə timpaniyanın əmələ gəlməsində əsas aparıcı faktor cox miqdarda yünkül qıcqırmaya malik olan yemlərin yemləndirilməsi , və kəskin sürətdə qazların əmələ gəlməsi yox, nə qədər ki bu fonda pilorik sonralar isə kardial sfinktorların reflektor spazması nəticəsində əmələ gələn qazların gəyirmə prosesinin boğulmasıdır( zəifləməsidir) . Hesab olunur ki belə bir vəziyyət , işkənbənin qiriş hissəsində yerləşən kardial sfinktorun refleksoqen zonasında , yem kütləsinin xüsüsiyətindən eləcədə mədə önündə coxlu yem ,və su yığılmasınin və qazların əmələ gəlməsi nəticəsində artırılmış təzyiqin güclü təsirindən yaranan qıcığlanmanın zəifləməsi prosesi ilə əlaqədardır. .Köpüklü timpaniya heyvanların coxlu miqdarda konsentrat (dənli) yemlərlə yemlənməsi fonunda əmələ gələn bir prosesdir. Xəstəliyin əmələ gəlməsində işkənbə mikroorqanizmlərinin sürətli inkişafına böyük əhəmiyət verilir. Onlar qida mühiti kimi dənli yemlərin sitoplazmasını və orada yerləşən dəni üyüdəndə miqdarı 10-15 dəfə artan saponin tipli maddələri istifadə edirlər.Sonralar bu maddələri mikroflora selik kimi ifraz edir, su və qazlarla qarışaraq həmin selik, köpüklü kütlə əmələ gətirir . İşkənbə və torcuğun yem kütləsində küllü miqdarda köpüyün əmələ gəlməsi , gəyirmə mexanizminin qismən və ya tam blokadasına səbəb olur. Timpaniyanın əmələ gəlməsinin başlancığında reseptorların qıcığlanması nəticəsində orqanın divarı genişlənərək işkənbənin hərəkətini gücləndirir və iflic vəziyətinə qədər spazmatik aqrılar verir .Həcmcə böyümüş işkənbə qonşu orqanlara təzyiq edərək ( qarın və döş boşluğu orqanlar) , əlavə pozuntulara səbəb olur. Qarın boşluğu orqanlarının diafraqmaya güclü təsiri , döş qəfəsinə qanın gəlməsini azaldır, ürək mədəciklərinin diastolik boşalmasını və nəfəs alma fazasında aqciyərin genişlənməsini cətinləşdirir, bunun nəticəsi olaraq ürəyin sistolik həcmi və aqciyərlərin tənəffüs tutumu azalır., Qaz mübadiləsinin azalması , tez bir zamanda oksiqen açlığının bürüzə verməsinə kətirib cıxarır.Qarın boşluqunda artmış təzyiq qaraciyərin funksiyasını cətinləşdirir , bağırsağ ilkəklərini sıxır , bağırsağlarda möhtəviyatın hərəkətini zəiflədir və. s.

Əlamətləri Xəstəliyin ən erkən əlamətlərindən – yem qəbulunun dayanması , selikaxma , qarnın həcmcə böyüməsi və heyvanların narahatlığını göstərmək olar.Xəstələrdə böyürmə, tez- tez qarın nahiyəsinə boylanma , ətrafları ilə yerə doymə əlamətləri müşahidə edilir.Bədən temperaturu normada olur, tənəffüs 1dəq. 80-100 qədər artır, sərhi və döş tipli olur, selikli qişaların köyərməsi bürüzə verir, bədənin ətraf hissələrinin ( qulaq, ətraflar) söyuması müşahidə edilir. Heyvan yem qəbulundan bir müddət sonra narahat olmağa başlayır, sol qarnına baxır, belini qaldırır, bir necə dəqiqədən sonra sol aclığ cuxuru şişməyə başlayır və bədənin assimetriyası əmələ gəlir.Heyvanda iştaha pozulur, gəyirmə və gövşəməsi dayanır, işkənbənin hərəkəti xəstəliyin başlancıqında güclənir və tezləşir, sonralar tədricən zəifləməyə başlayır, və onun parezi əmələ gəldikdən sonra dayanır. Qarın boşluğunun perkussiyası ( qazlı pimpaniya zamanı) metala calar karobka səsi , ( köpüklü timpaniya zamanı) isə atimpanik səs verir. Palpasiya ilə qarın boşluğunun gərginliyi müəyyən edilir. Xəstə gücənir lakin nəcis ifraz edə bilmir, quyruğunu bulayır.Kopmə şiddətli olduğda tənəffüs dahada tezləşir, səthləşir, və gərginləşir, qörünən selikli qişalar qöyərir, böyun, baş və yelin vena damarları qanla dolur, gözlər hədəgədən cıxır, bədənin müxtəlif sahələri tərləyir, temperatur dəyişmir, buna baxmayaraq nəbz tezləşir, ürək vurqusu sıcrayıcı xarakter alır, xəstə dilini cıxarır, aqzından nəfəs alır, öskürür, zarıyır, aqzından daimi selik axır, bəzən qusma hərəkətləri müşahidə edilir. Xəstəliyin belə aqırlaşması zamanı burun dəlikləri genəlir, ayaqlarını aralı qoyaraq cox düşkün dayanır, titrəmə əlamətləri baş verdikdə asfiksiya əmələ gəlir və buda xəstənin ölümünə səbəb ola bilər.

Gedişi Xəstəlik qıcqırmanın sürətindən asılı olaraq0.5-1 saatdan bir-iki günə qədər davam edə bilər. Bəzi hallarda proses yünkülvarı kecərək özü özünə saqalma da gedir.Ağır hallarda bir necə saat ərzində xəstəlik ölümlə nəticələnir. Residivlər olduğda və hər yemləmədən sonra köpmə əlamətləri köründükdə heyvanın cıxdaş olunması daha əlverişli sayılır..

Patomorfoloji dəyişirlikləri Cəsəd yarıldığda işkənbənin genişlənməsi və divarının gərginliyi aşkar olunur. İşkənbə xəmirvari yem kütləsi və cox miqdarda qazla dolmuş olur.Qarın boşluğu orqanları sıxılmış və anemiyalı görünür. Baqırsağlarda və aqciyərlərdə qan dolğunluqu aşkar edilir. Ürəyin saq tərəfi, venalar və dərialtı venalar qanla dolmuş şəkildə görünür. Bəzən işkənbə və diafraqma cırılmış olur.

Diaqnoz və təfriqi diaqnozu Diaqnozun qoyulması cətinlik törətmir. Xəstəliyin etioloğiyası, kliniki əlamətləri , və onların sürətlə inkişaf olması cox xarakterikdir. Təfriqi diaqnostikada ikincili proses kimi yem borusunun tam tutulmasında əmələ gələn timpaniyanı nəzərdə saxlamaq lazımdır. Belə hallarda xəstəliyin təfriqi anamnez məlumatları və yem borusunda yad cisimlərin olmasına əsaslanır. İşkənbənin həddən artıq yemlə dolması anamnez məlumatları , xəstəliyin əmələ qəlmə müddəti və kliniki muayinələr nəticəsində dəqiqləşir .Vacib məsələlərdən biri qazlı timpaniyanı köpüklü timpaniyadan təfriq etməkdir, cünkü bunların müalicəsi tam səciyələnir. Bunun ücün aşağıdakı dord usul təklif edilir.

1-Sol aclığ cuxuru nahiyəsinin palpasiyası . Qazlı timpaniya zamanı ancağ qarın divarının qərqinliyi aşkar olunur, köpuklu timpaniyada isə işkənbənin köpük kütləsində qabarcığların (onlara təzyiq etdikdə)partlaması nəticəsində əlavə xışıltı səsi də olur.

2-Perkussiya . Qazlı timpaniya zamanı metal caları korobka səsi, köpüklü timpaniya zamanı isə atimpanik səs alınır.

3-İşkənbənin sol aclığ cuxurundan troakar və ya qan alınan iynələrlə deşilməsi :Qazlı timpaniya zamanı troakarın cılızından və ya iynədən qaz xaric olunur, , köpüklü timpaniyada isə onların deşikləri köpuk kütlə ilə tutulur, və xaric olunması dayanır.

4-İşkənbənin zondlanması, yenə də qazlı timpaniya zamanı qaz xaric olunaraq köpmə kecib gedir, köpüklü timpaniyada isə nəticə mənfidir, cünki köpük kütləsi zondla cətin ya hec ixrac olunmur.



Proqnozu – Vaxtında aparılan mualicə müsbət nəticə verir. Xəstəliyin təhlükəsi ondan ibarətdir ki tez bir vaxtda ( 1-2 saat) müddətində inkişaf edə bilər və kütləvi xarakter daşıya bilər, ona görədə mualicə yardımını cətinləşdirir . Belə hallarda heyvanlar asfiksiya və bəzən işkənbənin və qarın divarının cırılmasından ölə bilər.

Mualicəsi Xəstələnmiş heyvanlara ilk öncə təcili yardım kimi işkənbəni qazlardan azad etmək və onların əmələ gəlməsini məhdudlaşdırmağ lazımdır. Xəstəlik kütləvi xarakter daşıdığda , köpmuş heyvanları yöxuça doğru kəzdirmək , caya və ya gölə salmağ kimi vasitələrdən istifadə etmək yaxşı nəticə verirHeyvan başı yuxarı yöxuşa doğru aparıldığda dolmuş qarın boşluğu orqanları geri itələnir, və döş qəfəsində olan orqanlar güclü təzyiqdən azad olunurlar, aqciyərdə qaz mübadiləsi yaxşılaşır, yem borusunun işkənbəyə acılan hissəsi yem kütlələrindən azad olunur və bunula da gəyirmənin bərpasına səbəb olur .Heyvanların caya və gölə salınması reflektor olaraq təngnəfəsliyi yünkülləşdirir , və qazların işkənbədə əmələ gəlməsini zəiflədir. İşkənbədən qazları cıxarmaq məqsədilə mədə zondu və ya 3-4sm diametrdə rezin boru yeridilir.və ya heyvanı yöxuşda saxlayaraq ( qabaq hissəsi dal hissəsindən hündürdə olmalı) sol tərəfdən qarın nahiyəsində davamlı və dərin massaj aparılır. Qoyun və keciləri dal ayaqları üstə qoyaraq qarnını iki tərəfd\n pacaarasına alıb və bir necə dəfə işkənbəni bərk sıxırlar. İşkənbədə toplanmış qazları reflektor qəyirmə əmələ gətirərək cıxarılması da məqsədə uyğun həsab olunur.Bunun ücün heyvanın dilini ritmik olaraq bir necə dəfə aqzından cəkib cıxarırlar və ya ağzına , naftalan nefti, ağ neft, qatran, ixtiol və müxtəlif qıcığlandırıcı mayələrə batırılmış kəndir ağızdan kecirilərək böyün nayiyəsindən , buynuzların arxa hissəsindən bağlanır., heyvan bunu ceynəyərək, qəyirmə aktını bərpa edir ( şəkil 32)qazların əmələ qəlməsini dayandırmağ məqsədilə 15-20 ml ixtiol, 10-15ml kreolin və ya lizol 2-3litr suda qarışdırılıb daxilə yeridilir. Kecən əsrin 60-70ci illərində Azərbaycan kənd təsərrüfatı institutunun yoluxmayan daxili xəstəliklər kafedrasında işkənbənin timpaniyasının naftalan nefti ilə mualicəsi işlənib tətbiq edilmişdir .Həmin məqsədlə 100-150ml naftalan neftindən sabunlu suda emulsiya hazırlayıb daxilə verilir, bunula da mədə önünün fəaliyəti güclənir, gəyirmə artır, və 30-40 dəq sonra timpaniya əlamətləri itir( H. M. Hacıyev) . İşkənbədə qazların miqdarını adsorben preparatlarının təyini ilə də azaltmağ olar . Bunlara təzə süd ( 2-3litr dozadairi buynuzlu heyvanlara daxilə yeridilir) , bitki və ya heyvan kömurunun tozu ( 40-50ml daxilə verilir) aiddir. Xəstəlik zamanı işkənbədə olan qazların miqdarını azaltmaq məqsədilə , daxilə 20-30qr maqnezium sulfatın su qarışığı, və 0.5 litr suda qarışdırılmış 10-20ml ammonyakın verilməsi yaxşı nəticə verir. İşkənbədə qıcqırmanı azaltmaq məqsədilə ona 1000ml 2% ixtiol məhlulu və ya 1ml 4% farmalin məhlulu yeridilir. Köpüklü timpaniya zamanı yuxarıda göstərilən mualicə usulları müsbət nəticə vermir. Bu xəstəlik zamanı daxilə köpükdaxıdıcıların istifadə edilməsi məqsədəuyğundur., və yaxşı nəticə verir. Bunlardan iri heyvanlara 2-3litr suda qarışdırılmış 50ml sikadən, 160-200ml antifarmol, 150-200ml timpanol, 1litr 3% skipidarın suda emulsiyası, 1-1.5litr bitki yağları daxilə verilir.Xəstəlik sürətlə inkişaf etdikdə , və ya aparılan mualicə tədbirləri effekt vermədikdə , və ya yardım göstərmək mümkün olmadığda , işkənbəni troakarla sol aclığ cüxürünün ortasından deşirlər, və qazların əmələ gəlməsini azaltmağ ücün troakarın qilzindən , adı cəkilən dezinfeksiyaedici preparatlarından birinin yeridilməsi məsləhət görünür. İşkənbə deşildikdən sonra , troakarın qilzi 10-12 saatlığına qarın divarında qalmalıdır.Mualicə başa catdıqdan sonra heyvanlara 12-24 saatlığına aclığ pəhrizi təyin edilməli, və sonralar yemi xirda paylarla verməli , xəstə heyvanın sutkalığ yem payını 5-6 dəfəyə catdırmalı, tədricən yemin miqdarını normaya qədər artırmaq olar.

Profilaktikası -Xəstəliyin profilaktikası timpaniyanı əmələ gətirən səbəblərdən irəli gəlir. Heyvanları yünkül qıcqırmaya malik olan yemlərlə ( yonca, qara yonca) bol olan otlağlarda yemləndirilməsi , əsasən də şəhli sahələrdə yağışdan sonra , və ya otarılqığdan sonra suvarılması ciddi nəzarət altında olmalı, və qadağa edilməli. Heyvanlar quru yemdən şirəli yemlərə tədriclə kecirilməli.Şirəli otlarla yemləmədən əvvəl və sonra suvarmağ olmaz. Normadan artığ qarışığ qüvvəli yem verilməməli. Heyvandarlığ işciləri arasında baytarlığ maarifini gücləndirməli, heyvanların yemləndirilmə və bəslənmə qaydalarına, saxlanma texnoloqiyasına ciddi riayət etməli. Aparılan profilaktiki tədbirlərin elementlərindən biri də heyvanları otlağlara cıxarmazdan əvvəl onlara bir qədər qaba yemlərin, və silosun verilməsidir


Travmatik retikulit-RETİKULİTİS TRAUMATİCA

İtmil metall əşyaları ilə torcüğün zədələnməsi və qarın boşluğu orqanlarının perforasiyası ilə xarakterizə edilən və cürüntülü proseslərlə müşayət olunan xəstəlikdir.Xəstəlik ən cox tövlə şəraitində saxlanılan qaramal və çamışlarda , nadir hallarda isə qoyun və kecilərdə təsadüf edilir. Gedişinə görə retikulit kəskin və xroniki olur.

Etioloqiyası Heyvanlarda daxili orqanların travmatiki zədələnməsinin biləvasitə səbəbi yemlərlə udulan müxtəlif olan itmil yad cisimlərdir. Heyvanın yeminə qarışmış iynə , sancağ, məftil, mismar, sümük, dəmir qırıntılatı, qaycı, bicağ, və b. əşyalar, udularağ işkənbə və torcuğa düşür. Adətən təsərrüfat şəraitində yad cisimlər daha cox çmıx, küləş, ciyid qabığı, pambığ şulkası, dən cecəsi, bağlanmış ot, saman taylarında, və sənayə yemlərinin tərkibində olur. Buna yemlərin acgözlüklə qəbul edilməsi , onun lazımı qədər ceynənilməməsi , qaramal və çamışda aqız boşluğunun selikli qişasının hissiyətinin nisbətən zəif olması və dilin quruluş xüsüsiyəti ( bunlarda dilin selikli qişasının hissiyəti divarlarına nisbətən zəif olur, və üzərində coxlu miqdarda olan buynuzlaşmış məməciklərin istiqaməti udlağa doğru yönəlmişdir, ona görə də gövşəyən heyvanlar yemlə qarışmış yad cisimləri hiss etmədən udurlar) və. s. səbəb olurlar. Heyvanın yediyi ymlərə qarışmış yad cisimlərin udulması nəticəsində əmələ gələn daxili orqanların travmasına ( zədələnməsinə) mədə önünün quruluşu , yerləşməsi və funksional xqsqsiyətləri səbəb ola bilər. Beləki torcuğun az həcmli olması , selikli qişanın xüsüsi tor şəklində olan quruluşu , yad cisimlərin toplanmasına şərait yaradır, həmcinə həyatı əhəmiyətli vacib olan orqanların həmmərz yerləşməsi , zədələnmənin təhlükəsini daha da artırır. Təcrübə göstərir ki heyvanların daxili orqanlarının travmatiki xəstəlikləri , yüksək məhsuldar heyvanlarda , yem catışmamazlığı , qeyri bərabər yemləmə , yem paylarının əsasən də vitamin-mineral tərkibinə görə tam dəyərli olmaması zamanı tez-tez təsadüf edilir. Mineral ( kalsium, fosfor, kobalt, maqnezium, mis, iod, və b. elementlərin ) catışmamazlığı heyvanlarda məcaz pozqunluquna ( müxtəlif qeyri yemlərin , əşyalarən, torpağ, əhənk, daş, şüşə, aqac, taxta, rezin və. b. yalayaraq udmağa cəhd edir.) səbəb olur. Bu xəstəliklər adətən mal-qaranı burdağda saxlanma dövrünün ikinci yarısında , quraqlığla kecən illərdə ( qeyri dəyərli yemləmənin nəticələri daha qabarığ bürüzə verdikdə) daha da artır. Travmatiki retikulit və retikuloperitonitin səbəbləri –yad cisimlərlə yemlərin və heyvanlar olan sahələrin cirklənməsi , yemlərin hazırlanması saxlanması və paylanmasında olan diqqətsizlik , yem hazırlayan mexanizmlərin nasazlığı, otlağların , heyvan saxlanan binaların , yolüstü sahələrin bir sözlə heyvanların olacağ yerlərinin dəmir qırıntıları və travma yarada bilən əşyaların təmizlənməməsi ola bilər. Mədə önünün travmatiki xəstəlilərinin yayılmasında –yerlərdə təsərrüfat-təşkilatı və baytar- profilaktiki işlərin zəif olması da təkanverici amillərdən biridir.

Patoqenezi Yemlərlə udulan itmil yad cisimlər mədə önünə düşərək torcuğda dayanır. Heyvanın gələcək aqibədi metal əşyaların itmilliyindən, və torcuğda duruş vəziyətindən asılıdır. Cünki yad cisimin ağır olduğu ücün onlar işkənbənin dibi sayılan torcuğda toplanir. Bəzi hallarda yad cisim torun gözlərində fiksasiya olunaraq heyvana hec bir fəsad törətmir, başqa hallarda , peristaltik yığılmalar zamanı iti cism torcuqun selikli qişasını zədələyərək divarına batır, ya orada qalır, ya da kieyni baxtda qonşu orqanları da zədələyir. Yad cisimlərin hərəkəri istiqamətindən asılı olaraq qarın pərdəsi , diafraqma, ürək, qaraciyər, aqcuyər, dalaq, kitabca , torcuğ, bəzən isə bütün qarın divarı zədələnir Yad cisimlərlə bərabər zədələnmiş orqanlara müxtəlif mikroflora kecərək orqanların irinli-fibrinozlu və ya irinli –nekrotik iltihablaşmasına səbəb olur. İltihablaşma zamanı əmələ gələn toksiki məhsullar intoksikasiya əmələ gətirərək , orqanizmin autointoksikasiyasına , məhsuldarlığın aşağı düşməsinə , temperaturun yuxarı qalxmasına , mədə önünün hərəki , mədə-bağırsaq sisteminin isə mator-sekretor funksiyasının kəskin pozulmasına səbəb olur. Nəticə etibarılə bu proseslərin hamısı bir yerdə heyvanın ölümünə də səbəb ola bilər. Bəzi hallarda cox da sivri olmayan yad cisim torcuğun divarına bataraq , birləşdirici toxuma ilə inkapsulyasiya edib, absesin əmələ gəlməsinə səbəb olur. Beləliklə yad cismin torcuğu zədələyərkən ətraf orqanlara perforasiyası üc əsas diaqnoza travmatiki retikulit, travmatiki retikuloperikardit , və travmatiki retikuloperitonitə səbəb ola bilər.



Əlamətləri Mədə önünün travmatiki xəstəliklərinin kliniki bürüzə verilməsinə adətən torcuğun metaldaşıyıcısı olmasıdır . Yemləmə zamanı yemlə udulan yad cismlər torcuğa düşərək orada da toplanılır, nadir hallarda işkənbədə dayana bilər, torcuğda cox miqdarda yad cismlərin və ya küt uclu metal qırıntılarının toplanması zamanı, orqanın travması cətinləşsədə , mədə önlərinin xroniki gedişli hipotoniyası əmələ gəlir.Xəstəliyin kliniki əlamətləri yad cisimin batdığı yerdən , onun xassəsindən , batma vəziyətindən asılıdır. Torcuğda itmil yad cismlər qarın əzələlərinin və diafraqmanın hərəkət etməsi nəticəsində selikli qişaya ( divarüzü retikulit) , torun vərəqələrinə ( vərəqəli retikulit) batır , və ya divarını tam deşır( prforativ retikulit) .Xəstəliyin kəskin forması heyvanın məhsuldarlığının tam itməsi ilə nəticələnə bilər.Yad cisimlər torcuğun hərəkəti nəticəsində , qonşu orqanlarda biişmə ilə nəticələnən diffuz və ya məhdudlaşmış travmalar əmələ gətirirlər. Bu isə öz növbəsində birləşmələr, abseslər , orqanların funksiyasının pozulması və uyğun olaraq başqa retikulonevrit –(torcuq və diafraqmanın iltihabı) ,retikuloprikardit, retikulomazit, retikulosternit, və hepatit , kimi aqırlaşmalarla nəticələnə bilər. Bu xəstəliklərin hər biri ayrı ayrılığda müxtəlif az əhəmiyətli kliniki əlamətlər kompleksi ilə səciyələnirlər. Buna görədə xəstəliyin xarakteri və pozuntuların bürüzə verməsi , xəstəliyin müddəti və orqanların zədələnmə və orqanın patoloji prosesə uğramasının dərəcəsindən asılıdır.Yad cisimlərin daşıyıcısı olan heyvanlarda , xəstəliyin bürüzə verməsi yemləmənin və bəslənmənin kəskin dəyişirilməsi , heyvanların uzaq məsafəyə nəql edilməsi, boğazlığın axırıncı ayları, cətin doğuş, və ya doğuşdan dərhal sonra ola bilər.Torcüğün və ətraf orqanların travmatiki xəstəliklərinin butun kliniki formalarının hamısında əsas xarakterik əlamətləri –iştahanın azalması, mədə önlərinin hipotoniyası ilə əvəz olunan atoniyası, vaxtaşırı timpaniya, və ceynəmənin itməsidir. Xəstə heyvan yem yemir, gövşəmir, gəyirmə dayanır, yatır, durur, güclə hərəkət edir, bəzən ayaqlarını qarnına vurur, quyruğunu bulayır, zarıyır, başı aşağı enişə doğru apardığda , əyilib su icdikdə və alcaq axurdan yem yemək istədikdə ağrılar artır, tənəffüs səthləşir , nəbz tezləşir, məhsuldarlığı( südü) azalır və ya tam kəsilir, xəncərvari qığırdaq nahiyəsindən torcuğa təzyiq etdikdə , və yaxud cidovluq arxasından 7-9 döş fəqərələri nahiyyəsindən dərini cəngələyib dartdığda heyvan kəskin ağrı hiss edərək, belini aşağı əyir. Xəstə heyvan az hərəkət edir, beli donqarlanmış durur, başı və böyunu uzanığlı olur, ətrafları qarın altına yığılmlş şəkildə durur, ehtiyatla yataraq duranda əvvələ ( atlar kimi) bədəninin qabaq hissəsini qaldırırlar. Dal ətraflarda ankoneus əzələlərinin fibrillyar yığılmakları əmələ gəlir, bu dövrdə bədən temperaturu və ağrı reaksiyaları daha qabarığ bürüzə verir.Bədənin ön hissəsində tüklər pırpızlaşır, döş divarı və böynunda tərləmə əlamətləri təsadüf edilir. Burun aynası quruyur, işkənbənin təqəllüsetmə qabiliyəti aşağı həddə düşür və ya tam dayanır. Bağırsağların peristaltikası zəifləyir, nəcis bərkiyir, ifrazı azalır , quruyur, rəngi tündləşir, qan qarışığlı olur, Qanda nüvənin sola tərpənişi ilə neytrofil leykositoz müşahidə edilir. İrinli cürüntülü proseslərin inkişafı ilə əlaqədar qanda qlobulinlərin miqdarı artır, zülal koefisienti isə azalır. Sidikdə zülal və indikan görünür, sıxlığı artır. Selikli qişaların göyərməsi , vidacı venaların dolğunluğu, döş qəfəsində və cənəaltı nahiyyədə ödemin əmələ qəlməsi müşahidə edilir. Belə hallarda xəstəlik ağırlaşaraq ölümlə nəticələnir.

Patomorfoloji dəyişirlikləri Torcuğda və bəzən də işkənbədə toplanmış və ya mədə önünün divarına batmış yad cisimlər ( mismar, iynə, məftil, dəmir qırıntıları və. s. ) aşkar olunur. . Zədələnmədən 2-3 gün sonra iltihablaşma aydın görünür və bir necə günə 4-8sm diametri olan bir iltihabı ( torcuq divarının iltihabı – retikulit) sahəyə cevirilir . Yad cisim torcuqun divarını deşdikdə ( perforasiya) –zədələnmiş nahiyə qızarmış və ödemli olaraq, fibrinli – irinli iltihablaşma ilə müşayət edilir. Diafraqma , plevra, ürək və ya qarın boşluğu orqanlarının travması zamanı fibrinozlu –septiki iltihablaşma, bəzən isə inkapsulyasiyalı abses aşkar olunur. Yad cism batmış olduğu sahədə icərisində cürümüş , iylənmiş eksudat , yem qırıntıları , və yad cismin özü olan fibroz toxumanın əmələ qəlməsinə səbəb olur. Bəzən yad cism qonşu orqanları da zədələdikdə torcuq, işkənbə və onlar arasında bitişmələr əmələ gətirir.

Gedişi və proqnozu. Xəstəlik nadir hallarda kəski formada kecir, əksər hallarda yarımkəskin və xroniki formalarda kecərək , bir necə həftə və aylar davam edir. Diafraqmanın , ürək kisəsinin aqciyərlərin və ya qaraciyərin perforasiyası ilə ağırlaşan retikulit, kəskin və tez kedişli olur. Belə hallarda heyvan məcburi cıxdaş edilməlidir.

Diaqnoz və təfriqi diaqnozu İstifadə edilən kompleks usullarının nəticələrinə əsaslanır.

1-Kliniki muayinələr ( baxmaq, əlləmək, tıqqıldatmq, dinləmək, və temperaturun ölcülməsi) , heyvanın saxlanma , bəslənmə şəraitinin və xəstəliyin əmələ gəlməsi və inkişafının səbəblərinin öyrənilməsinə

2-Farmokoloji sınağ- işkənbənin hərəkətinin oyanmasını, ağrı qıcığlarının güclənməsini, heyvanın ağrı reaksiyalarını müəyən etmək məqsədilə daxilə xlorid turşusunun , vena daxilinə isə ağ asırqalın dəmləməsi yeridilir.

3-Xüsüsi sınağlar ( rentqenoskopiya, rentqenoqrafiya, elktrkarsdioqrafiya, rumenoqrafiya, Sulkebicin sidikdə kalsium sınağı, qanın və eksudatın muayinəsi, yad cismləri müəyyən etmək ücün metaloindikatorların istifadəsi və. s. )

Beləliklə klinik əlamıtlərin xüsüsən də kəskin atoniyanın qəflətən başlaması , torcuq nahiyəsinə təzyiq etdikdə , və iti hərəkətlər zamanı kəskin ağrıların müşahidə edilməsi yuxarıda qeyd olunan sınağların nəticəsi və anamnez məlumatları diaqnoz ücün əsas götürülür.Göstərilən sinağ və diaqnozu dəqiqləşdirmək ücün usulların əksəriyətinin, dəqiqliyi eyni deyil, bəziləri isə ancağ köməkci vasitə kimi istifadə edilir. Ruminator maddələrin dəri altına yeridilməsi ( 2-3ml karboxolin) xroniki retikuloperitonit zamanı işkənbənin yığılmaları azalır, ritmi pozulur, heyvan zarıyır, travmasız hipotoniya zamanı işkənbədə yıqılmaların sayı coxalır, güclənir, heyvanın vəziyəti yaxşılaşır. Diatermiya sınağı-yad cismin qızdırılması ağrıları gücləndirir.Faradizasiya sınağı –elektrik cərayanının torcuğdan kecməsi onun ritmik sıxılmasına səbəb olaraq yad cismi tərpədir və ağrılar əmələ gətirir. Bu usulların istıfadəsi xəstəliyin kliniki formalarının dəqiqləşdirilməsi ücün mümkündür, ancağ deməliyik ki cox zəhmət tələb edən usullardır. Metal cismlərin metal indikatorlarının MZDK-2 və maqnit antennası ilə istiqamətləndirilmiş metal detektoru MD-0.5 köməyi ilə müəyən edilməsi diaqnostikası – xüsüsi diqqətə layiqdir. Xüsüsi diqqətə layiq olan tədbirlərdən biri də bəzi tədqiqatcı və baytar həkimlərinin maqnit zondları vasitəsilə yem travmatizminin ( eyni vaxtda mualicə və profilaktikasının ) diaqnostikasıdır.Xəstəliyin təfriqi diaqnostikasında işkənbənin özünə məxsus mator fəaliyətinin pozulması ilə kecən mədə önünün hipotoniya və atoniyasını , xroniki timpaniyanı, kitabcanın dolmasını və başqa xəstəlikləri nəzərə almaq lazımdır.

Mualicəsi – Konservativ terapiyanın əsas məqsədi orqanizmdə gedən prosesi məhdudlaşdıraraq kələcəkdə itirilən funksiyaları bərpa etməkdirBir-iki günlük aclığ rejimi təyin edilərək xəstə heyvan tam rahat və döşəməsi 20-30 sm fərqlə yönüşə olan binada saxlanılmalı.Sonralar xəstə heyvanlara arpa və tərəvəz hörrələri, selikli həlim, senaj, dənəvərləşdirilmiş ot-vitamin yemləri, bişirilmiş cuğundur və yerkökü, verilməli, qaba yemlərin verilməsi tam azaldılmalıdır. Selikli və bürüşdürücü vasitələrdən başqa , mineral və bitki yağları geniş istifadə edilir.Vena daxilinə qlukozanın inyeksiyaları yaxşı təsir edir , iştaha olmadığda isəgündə bir dəfə 40qr xlorlu kobalt və ya 300-350ml 25% alkoqol verilir. Qızdırmalar olduğda və septiki ağırlaşmalarda qarın boşluquna penisillin və streptomisin qarışığı( hər birindən 3mln vahid 10ml novokaində) və ya 10ml 1% novokain məhlulunda həll edilmiş 3-5qr pamesin yeridilir. Antibiotikləarin təsirini gücləndirmək məqsədilə heyvana bir dəfəyə 500ml 5%norsulfazol məhlulu və ya 20qr ftalazolun 25% su məhlulunu gündə bir-iki dəfə verməli. Torcuğa maqnit həlqələrinin və ya maqnit tələlərinin ( şəkil37) yeridilməsi ilə birqə medikamentoz mualicənin aparılması daha səmərəli hesab edilirCürümə proseslərinin qarşısını almaq məğsədilə daxilə furasillin , oksitetrasiklin ,ixtiol və . s. verilir.Ehtiyac olduğda ürək dərmanları da kofein natrium benzoat 4qr, korazol, kordiamin və . b. tətbiq edilir. Kecən əsrin 60 cı illərindən təcrübədə gövşəyən heyvanların mualicəsi ücün maqnit zondları istifadə edilir. Son zamanlar maqnit zondların yeni variantları təklif olunur , bunlardan A. V. Korobovun ЗМУ-1, professor Cavadov Ə.K-oqlu tərəfindən və mükəmməlləşdirilmiş maqnit zondudur. Bu zond vasitəsilə qısa bir müddətdə torcuğu ferromaqnit əşyalardan təmizləmək mümkün olur, bəzi hallarda isə onları hətta torcuğun divarından da cıxarmağ olur. Maqnit zondların vasitəsilə effektli mualicə aparmaq ücün heyvanların suvarılmasını məhdudlaşdırmadan bir sutka ərzində aclıq pəhrizi təyin edilir, maqnitli zond torcuğda bir saat və ondan da artığ saxlamaq mümkündür. Rumenotomiya heyvanlarda ən radikal mualicə usuludur, başqa usullarla mualicənın aparılması mümkün olmağıqda bu usula əl atırlar. Cərrahi mualicə mümkün olmadığda heyvanı arığlamaqa qoymadan ət tədarükünə vermək lazımdır.

Kitabcanın dolub tıxanması-

DİLATATİO S. OBSTRUCTİO OMASİS.

Kitabcanın vərəqə arası sahələrin qurumuş yem kütləsi , torpaq və qumla dolub tıxanması ilə xarakterizə edilən xəstəlikdir. Xəstəliyə ən cox qaramal , çamış, və qoyunlar, bəzi hallarda isə kecilər tutulur. Xəstəlik ən cox suvarılması zəif olan , qurumuş otu isə cox olan otlağlarda əsasən də cənub bölgələrində yayılmışdır

Etioloqiyası - heyvanların qum və torpağ qarışığı konsentrat yemlərlə yemləndirilməsi, onlara cox miqdarda qarışıq qüvvəli yemlər arpa, vələmir, ciyid qabığı, pambığ şulkasınin verilməsi, heyvanların yem paylarında sulu və şirəli yemlərin az olması , onların otu qurumuş otlağlarda otarılması, su catışmamazlığı və. s. xəstəliyi əmələ gətirən səbəblərdəndir. Hevanları yzyn müddət cox xırda doğranmış küləş, zibillənmiş dənli və qaba yemlərlə yemlədikdə , mədə önünün xroniki atoniya və hipotoniyası, boğazlığın ikinci yarısında heyvanlara gəzintinin verilməməsi zamanı , kitabcada quru yem kütlələri , qum, torpağ toplanıb qalaraq , onun tıxanmasına bəzən isə hətta qurumasına səbəb olur.Kökəltmə təsərrüfatlarında yemlərin hazırlanma texnoloqiyasının pozulması ilə birqə icməli suyun az olması buzov və kəlcələrdə xəstəlik kütləvi hal alır.a

Patoqenezi Kitabcanın əsas funksiyası –daxil olan yem kütləsinin qurudulması və üyüdülməsidir. Kitabcaya daxil olmuş suyun 60-70% burada da sorulur. Buradan şirdana daxil olan yem kütləsinə kitabcada sorulan qədər də şırdan şirəsi əlavə olunur. Bu proses böyük fizioloji əhəmiyət kəsb edir, cünki belə halda şirdana daxil olmuşvə şirdan şirəsi ilə qarışmış yemdə daha dərin fermentativ parcalanma prosesləri gedir. Mədə önlükləri narmal fəaliyətdə olan sağlam heyvanlarda kitabcada susuzlaşmış xeyli miğdarda yem kütləsi aktiv formada şirdana kecir. Ancağ yuxarıda göstərilən mədə önündə hipotoniya və atoniya əmələ gətirən etioloji faktorların fonunda yem kütləsinin kitabcadan şirdana evakuasiyası zəifləyir və ya dayanır, buna baxmayaraq bu müddətdə suyun sorulması yüksək səviyədə qalaraq davam edir. Bunun nəticəsi olaraq kitabcada olan yem kütləsinin demək olar ki tam quruması gedir. Qurumuş yem kütləsi orqanın vərəqələrinə güclü təzyiq edərək , onların nekrozlaşması, həzmin pozulması , və orqanizmin intoksikasiyasına səbəb olur.

Simptomları Xəstə heyvanda yörğunluq və süstlük müşahidə edilir. İştaha ,gəyirmə və gövşəmə aktı zəifləyir, ya tamamilə kəsilir. . Eyni vaxtda işkənbənin peristaltikasının zəifləməsi , sayının azalması ( 5 dəq. 1-3 dəfə) , bəzi hallarda isə atoniya baş verir. Auskultasiya zamanı kitabcanın səsi zəifləyir və xəstəliyin 2-3günlərində tamamilə kəsilir. Kitabca sahəsinin perkussiyası zamanı orqanın həcmcə böyüməsi müşahidə edilit. Şirdan və bağırsağların fəaliyyəti xəstələyin başlancığında güclənir, sonralar isə kəskin zəifləyir , və qəbizlik başlayır. Kitabca vərəqələrinin nekrozlaşması ilə müşahidə edilən mürəkkəbləşmə başladığda göstərilən kliniki əlamətləri daha da qabarığ şəkildə bürüzə verir, və xəstə heyvan zarıyır.Sağmal heyvanların məhsuldarlığı kəskin sürətdə azalır. Xəstəlik zamanı qısa müddətli leykopeniya 3-5 gün ərzində leykositzla əvəz olunur.Kitabcada gedən patoloji proseslərin iltihab və nekrozla əvəz olunması xəstənin vəziyətini daha da ağırlaşdırır. Heyvan süst düşür , yerindən tərpənmir, iştaha, gövşəmə, və gəyirmə tamamilə kəsilir , nəbz və tənəffüs tezləşir , bədən temperaturu yüksəlir, max. qan təzyiqi aşağı düşür, hipotoniya sonralar isə atoniya əlamətləri güclənir , defekasiya aktı seyrəkləşir kitabca nahiyyəsinə təzyiq etdikdə qğrılar artır , indikanuriya və urobilinuriya əmələ gəlir.

Patolojianatomiki dəyişirlikləri Kitabca həcmcə böyümüş , sıxlığı artmış və bərkimiş olur. Vərəqələrarası nahiyyələr qum , torpağ , yad cismlərlə qarışmış yem kütləsi ilə dolmuş olur. Vərəqələrin selikli qişası cox vaxt nekrozlaşmış, vərəqələrdən ayrılmış , və adətən qurumuş yem kütləsi ilə birləşmiş olur. Vərəqələrin selikqişası altı təbəqədə və kitabcanın divarında hemorraqiyalar aşkar olunur. İşkənbə möhtəviyatı cox vaxt yarımsıyığ konsistensiyada olmağla üfünətli iy verir.

Diaqnoz və təfriqi diaqnozu Anamnez məlumatları , kliniki əlamətləri perkussiya və auskultasiyanın nəticələri və kitabcanın perkussiyasına əsasən təyi edilir. Perkussiya ilə kitabcanın həcmcə böyüməsini , auskultasiya ilə isə kitabcada səslərin olmaması aşkar olunur. Normada kitabcanın auskultasiyası ququ otun və kağız vərəqələrinin xışıltısını xətirlədir. Kitabcanın punksiyası ( deşilməsi) 10-12 sm uzunluğunda olan inyeksiya iynəsi vasitəsilə 8-9 qabırğarası nahiyədə kürək- bazu oynağından cəkilən qorizontal xəttən 2-3sm aşağıda aparılır. Sağlam heyvanlarda inyeksion iynə hec bir muqavimətə rast gəlmədən asanlığla vərəqələri deşib kecdikdə yünkül xırcıldama eşıdılır. Kitabcanın dolub tıxanmasında isə iynə cətinliklə yeridilir, ya hec yeritmək mümkün olmur.Xəstəliyi mədə önünün hipotoniya və atoniyasından , travmatiki retikulitdən , şirdan və bağırsağların xəstəliklərindən təfriq etmək lazımdır. Bu təfriq hər bir xəstəlik ücün spesifik olan xəstəliyin anamnezi , kliniki simptomları, ümümi və xüsüsi muayinə usulları əsasında aparılır.

Proqnozu Xəstəliyin başlancığında, əmələ gətirən səbəblər aradan götürüldükdə və mualicə tədbirləri apardığda heyvanlar adətən sağalır. Əgər xəstəlik 8-10 gün və ondan da artığ davam edərsə -proqnoz qeyri qənaətbəxşdir, və xəstəlik ölümlə nəticələnir.

Mualicəsi Kitabcanın dolub tıxanmasını əmələ gətirən səbəbləri aradan götürdükdən sonra iri buynuzlu heyvanlara 10-15 litr 3-4% natrium sulfat duzu ( zond vasitəsi ilə daha yaxçı olar) , 3-5 litr arpa həlimi daxilə vermək , gündə 2-3 dəfə 3-5litrə qədər aitey kökü və kənaf toxumunun həlimini icirtmək , yaxud rezin butulka ilə boğazına tokmək , və ya 1-1.5 litr bitki yağı daxilə vermək yaxşı nəticə verir. Eyni vaxtda mədə-bağırsağ şöbəsinin mator fəaliyətini gücləndirən preparatlar –aq asırqalın dəmləməsini dəri altına iri buynuzlu heyvanlara 5-7ml , qoyunlara isə 1-2ml dozada , v\ daxilinə 10% natrium xlorid iri buynuzlu heyvanlara 150-200ml, qoyunlara 40-50ml dozada verilir. Eyni vaxtda biləvasitə kitabcaya 500-1000ml 10-15% natrium xlorid, natrium sulfat, və bitki yağının yeridilməsini məsləhət görürük. Bunun ücün kürək-bazu qurşağından 9 cu qabırqanın önündən iynə sancılıb 6-8sm dərinliyə yeridilərək ,kitabcaya su vurulur , sonra geri cəkilir, möhtəviyyatın gəlməsini düzgün təsdiq etdikdən sonra məhlul oraya yeridilir.Ancağ deməliyik ki kitabcaya dərman dərman maddəsinin belə yeridilməsi ancağ xəstəliyin başlancığında müsbət nəticə verə bilər.

Profilaktikası Heyvanlara yem paylarnda yetərincə şirəli yemlər verilməli, quru və dənli yemləri şirəli yemlərlə birlikdə verməli, daimi su ilə təmin etməli, torpağ, qum, yad cism yeməmək ücün onların mineral aclığını aradan götürməli.və. s.

Şirdanın xəstəlikləri

Şirdanın mövcüd olan xəstəlikləri aşağıdakılardır

1-Şirdanın iltihabı

2-Şirdanın yeinin dəyişməsi

3-Şirdanın cevirilməsi

4-Şirdanın leykozu

5-Şirdanın xorası

Bu xəstəliklərdən ən cox şirdanın iltihabı və yerinin dəyişməsinə təsadüf edilir.

Şirdanın iltihabı-ABOMASİTİS

Xəstəlik şirdan divarının iltihablaşması ilə xarakterizə edilir Xəstəlik səthi və dərin formalarında müşahidə edilir. Şirdanın selikli qişasının iltihabı ( katar) səthi formasıdır, dərin formasında isə iltihabı proses başqa və yaxud təbəqələrinin hamısını əhatə edir. Xəstəliyə əsasən cavan heyvanlar- buzov , balaq və quzular tutulur.

Etioloqiyasi Şirdanın iltihabı əksər hallarda yem paylarında zülal , vitamin və mineral maddələri catışmayan cavan heyvanlarda olur. İri heyvanlarda isə keyfiyətsiz yemlərin ( kiflənmiş, donmuş, cürümüş, turşumuş) yemləndirilməsi, bir tərəfli yemləmə, yem payında şirəli və az qidalı yemlərin ( cecə, dən qırıntıları, ) və konsentratların cox olması, heyvanların kəskin sürətdə bir yemdən o biri yemlərə kecirilməsi, yemləmə rejiminin dəyişirilməsi və. s. xəstəliyə səbəb olur. Fermer təsərrüfatlarında qum və torpağ qarışığı yemlər, cürümüş ot, və saman, keyfiyətsiz və xarab olmuş kökümeyvəlilər, ciyid qabığı ilə yemləmə, və cox qaba yemlərin verilməsi cavan heyvanların yemləmə və bəslənməsində zooqiqieniki qaydaların pozulması, şirdanın iltihabına səbəb olur.İk incili abomazitlər infeksion ( dabağ, kataral qızdırma, bradzot,infeksion enterokolit) , parazitar( hemonxoz, ostartiqioz və. b. ) xəstəlikləri , zəhərlənmələr, travmalar, mədə önünün xəstəlikləri zamanı müşahidə edilir. Buzovların kökəltmə və düyələrin bəslənməsi üzrə ixtisaslaşdırılmış təsərrüfatlarda onları ana südündən südəvəzedicilərə və qeyri standart əvəzedicilərə kecirdikdə xəstəlik kütləvi xarakter alır. İri heyvanlarda abomazit əsasən ikincili formada mədə önünün , bağırsağların , qaraciyərin , infeksion və invazion xəstəlikləri zamanı əmələ gəlir.

Patoqenezi Şirdanın iltihabının aparıcı patoqenetik faktorları – orqanın ifrazat funksiyalarının ( turşu əmələ gətirən, və fermentosintetik) pozulmasıdır. Bu və ya digər əmələ gələn pozuntular bu funksiyaların zəifləməsi və ya güclənməsindən asılıdır. , və buna görə də bu və ya digər pozuntular əmələ gəlir. Beləki şirdan şirəsinin turşluğunun artması mədə bağırsağ şöbəsinin mator fəaliyətinin zəifləməsi və qəbizliklə müşayət edilir. Turşluqun azalması ilə yem kütləsinin bağırsaq şöbəsindən kecməsini tezləşdirir , və nəcisin durulaşmasına( sıyıqlaşmasına) və ishala səbəb olur. Mədə- bağırsaq şöbəsində dizbakteriozun əmələ gəlməsi nəticəsində, qrammənfi mikrofloranın ( əsasən bağırsaq cöpü, və protey0 artmasına , bununla da cürümə proseslərinin güclənməsinə səbəb olur. Bir sözlə yem və yemləmə amili mədə önünün hipotoniya və atoniyasına , möhtəviyyətin dayanmasına , PH dəyişməsinə , qıcqırma-cürümə proseslərinin güclənməsi və bioloji proseslərin pozulmasına , dizbakterioza, və toksinlərin əmələ gəlməsinə bununla da qaraciyərin funksiyasının pozulmasına səbəb olur.

Simptomları Əsas etibarilə onlar elə də xarakterik olmur. Heyvanda ümümi süstlük , yorğunluq, iştahanın azalması , məcaz pozqunluqu, və süsüzlüq müşahidə edilir. Nəcis əksər hallarda selik və həzmedilməmiş yem qarışığı ilə duru olur Şirdan nahiyəsində palpasiya və perkussiya zamanı ağrılar aşkar olunur . Abomazitin xroniki forması heyvanın arığlaması , boydan. qalması anemiya və dərinin elastikliyinin pozulması ilə müşayət edilir. İri heyvanlarda timpaniya əlamətləri görünür, südü azalır, heyvan kəskin arığlayır, işkənbənin peristaltik hərəkətlərinin sayı azalır, onların gücü zəifləyir, ritmi pozulur. Şirdanın fəaliyəti turşuluğdan asılı olaraq dəyişir və ya zəifləyir, yada ki güclənir. Bağırsağların peristaltikasının uzun müddət zəifləməsi defekasiya aktının seyrəkləşməsinə , nəcisin bərkiməsinə , rənginin ( qara rənqdə olur) və formasının( üzəri selikli ğığlara cevirilir) dəyişməsinə səbəb olur.Qözün selikli qişası rənqini dəyişir , hiperemiya və sarılığ əlamətləri görünür. Dilin altı qızarır Kliniki göstəricilər temperatur , tənəffüs, nəbz adi halda dəyişmir, elə ki xəstəlik enteritlə ağırlaşır, onda bu göstəticilər artır. Bəzi tədqiqatcılar səciyəvi əlamətlərdən biri kimi leykopeniyanı göstərirlər.

Patomorfoloji dəyişirliklər Şırdanın daxilində coxlu miqdarda selik və kazein laxtaları , bəzən nekrozlaşmış toxuma hissəcikləri aşkar olunur. Kataral abomazit zamanı ancaq selikli qişa zədələnir, orqan şişkinli , seliklə örtülmüş, yerlərlə hiperemiyalı olur.Xəstəliyin başqa formalarında iltihabı proses təbəqələrə və ya şirdanın tam divarına yayılaraq hemorraqik , irinli , fleqmonoz, və qarışıq ola bilər.

Diaqnoz və təfriqi diaqnozu Heyvanın sağlığında diaqnoz təxmini anamnez məlumatlarına , kliniki əlamətlərinə və nəcisin muayinəsi nəticəsinə əsaslanaraq təyin edilir. Qanda leykopeniya , ECS artması, hemoqlobinin səviyəsinin enməsi ola bilər. Sidikdə zülal, urobilin və indikan aşkar olunur. Sonda diaqnoz ölmüş və ya kəsilmiş heyvanların patoloji –anatomiki yarmasında dəqiqləşdirilirTəfriqi diaqnostikasında xarakterik olan kliniki əlamətləri və uyğun muayinə usulları əsasən də mədə önü və bağırsaqların xəstəlikləri təfriq edilir.

Gedişi Şirdanın kəskin iltihabı 10-14 gün , xroniki iltihabı isə daha cox cəkir. Başqa xəstəliklərlə aqırlaşdığda ( enteritlə) , heyvanın vəziyəti pisləşir, və xəstəlik uzun müddətli olur.

Proqnozu- Alimentar ( yemləmə) faktorları fonunda əmələ gəlmiş kataral abomazitin, səbəblərini aradan götürdükdə xəstəlik heyvanın sağalması ilə nəticələnir. Şirdan divarının dərin zədələnməsində proqnoz şübhəli və əlverişsizdir.

Mualicəsi Xəstəliyi əmələ gətirən səbəbləri aradan qaldırmaq ücün tədbirlər görünür. Cavan heyvanların yem paylarından südəvəzediciləri cıxararağ təbii inək südü, selikli həlimlərlə əvəz edirlər. Konsentrat yemlərin üyüdülmüş şəkildə verilməsi məsləhət görünür. Mədə -bağırsağ şöbəsi möhtəviyətdən yumşaldıcı dərman preparatları verməklə azad olunmalıdır. Xəstəlik ağır kecdikdə işkənbə ilığ su, 2% natrium hidrokarbonat və ya kalium permanqanat məhlulu ( 1qr 10 litr suya) ilə yuyulub boşaldilmalıdır.Mədə- bağırsaq şöbəsinin mator fəaliyətini yüksəltmək məqsədilə dəri altına iri buynuzlu heyvanlara 3-4ml aq asırqalın dəmləməsi , uyğun dozalarla karboxolin və ya pilokarpin, v\d isə 100-200ml 10% natrium xlorid yeridilir.Orqanizmin intoksikasiyası( zəhərlənməsi) və dehidrotasiyası( susuzlaşması) zamanı vena daxilinə , qarın boşluğuna və ya dəri altına 4% qlukoza, natrium xloridin izotonik məhlulu , Rinqer və ya Rinqer –Lokk məhlulu , reqidraltan və. b. eyni təsirli məhlullar yeridilir. Antimikrob preparatların təyini məsləhət görülür. Buzovların şirdanında mühitin normallaşması və şirə ifrazatının yaxşılaşdırılması məqsədilə onlara təbii və süni mədə şirəsi verilir. Xəstəlik heyvanlarda başqa patoloqiya ilə ağırlaşdığda , onlara qarşı uyğun mualicə təyin edilir. İri heyvanlarda işkənbəni ilığ su ilə yuduğdan sonra 600-800qr işlətmə duzu verilir, pəhriz yemləməyə diqqət yetirilir. Yem payı asan həzməgedən ( qarqıdalı silosu, çəkər cuğunduru, yerkökü, yumşağ cəmən otu, yaşıl qarğıdalı) yemlərdən tərtib edilir. İshalla müşayət olunan qastritlərdə yemləmədən əvvəl qıcığlandırıcı vasitə kimi gündə 2-3 dəfə su, 15-30qr pepsinlə xlorid turşusu , yemlə birlikdə 50-80qr karlovar duzu verilir.Qaramala iştahanı yaxşılaşdırmağ məqsədilə 2-10qr acı ot kökü , 25-30 qr yövşənin verilməsi bir cox tədqiqatcılar tərəfindən məsləhət qörülür. Bundan başqa iri xəstə heyvanlarda gündə 2-3dəfə 5-10dəq. müddətində işkənbənin sol aclığ cüxüründan massaj edilməsi və onları gündəlik ( iki dəfə- səhər axşam,) kəzintiyə buraxılması yaxşı nəticə verir.

Profilaktikası Yemlərin keyfiyətinə əsasən də süd və südəvəzedicilərə diqqət yetirilməli. Heyvanların yem paylarına südturşulu məhsullar əlavə edilməli . Bundan başqa xəstəliyin etioloqiyasından irəli gələn profilaktiki tədbirlər aparılmalı.

Şirdanın yerini dəyişməsi-

DİSLOKATİO S. ECTOPİA ABOMASİ

Bu xəstəliyə nadir hallarda rast gəlinir . Xəstəlik şirdanın adətən qarın boşluğunda işkənbənin altına tərəfə yerini dəyişməsi , ya dönməsi və burulması ilə müşayət edilir. Xəstəlik əsasən inəklərdə boqazlığ dövrü və döğuş prosesində müşahidə edilir.

Etioloqiyası Şirdanın sol tərəfə yerini dəyişməsi, onun evakuator funksiyasının pozulması , pilorospazm, mədə önünün bəzi xəstəlikləri və nazik bağırsağın başlanğıc hissəsinin kecməməzliyi nəticəsində əmələ gələn xəstəlikdir.Bu faktorların təsiri nəticəsində şirdanın qazlarla və ya yem kütlələri ilə genişlənməsi və bunula da yerini dəyişməsinə səbəb olur.

Patoqenezi Şirdanın ifrazat funksiyasının güclənməsi möhtəviyətin turşlugunun azalmasına , evakuasiyasının zəifləməsi, və ya dayanmasına səbəb olur.Belə bir şəraitdə yem kütləsinin zülal komponentlərinin parcalanması tormozlaşır, və bunun əsasında mədə- bağırsağ şöbəsində qram-neqativ mikrofloranın toplanması nəticəsində dizbakterioz əmələ gəlir. Bunun nəticəsində şirdanda cürümüş məhsulların toplanması ücün əlverişli şərait yaranır, onlar isə öz növbəsində orqanizmin intoksikasiyasına , şirdan, bağırsağ, və başqa orqanlarda struktur dəyişirliyə səbəb olur. Eyni vaxtda şirdanın qan damarlarında durğunluq əmələ gələrək , orqanın divarının şişməsinə , iltihabına, ödemi və infiltrasiyasına səbəb olur. Bu proses ketonemiya ilə müşayət olunur.

Simptomları İşkənbənin topoqrafiyasının anatomiki xüsüsiyətləri , sağ qabırqaaltında yerləşməsi, xüsüsi muayinə usullarının olmaması , iri heyvanlarda orqanın möhtəviyətinin alınmasının mümkün olmaması, xəstəlik ücün hansısa bir xarakterik olan simptomunun secilməsi cətinlik törədir. Simptomların əksəriyyəti mədə- bağırsağ sindromları ilə müşayət olunan mədə önu və bağırsağ xəstəliklərində olduğu kimidir. Buna baxmayaraq xəstəliyin ayrı-ayrı əlamətləri onu xarakteizə edə bilər. Beləki şirdanın sol tərəfə tərpənişində , sol qabırqaaltı nahiyədə axırıncı üc qabırqa sahəsində, qabartma baş verir, . Sol aclığ cüxürü bu zaman dəyişməz qalir ( batmış olur). Bu sahənin auskultasiyası əksər hallarda düşən damla səsi verir. Şirdanın burulması güclü sancı tutmaları ilə səciyələnir. Qarnın həcmi böyümüş olur, nəbz tezləşərək 1 dəq. 100 və ondan da artığ olur. Nəcis qara rəngdə qan və selik qarışığlı olur.

Patomorfoloji dəyişirlikləri Ölmüş və ya məcburi kəsilmiş heyvanı yardığda şirdanın yerini dəyişməsi ( əsasən sol tərəfdə işkənbənin altında) və orqanın özündə dəyişirliklər aşkar olunur. Orqanı tərpətdikdə , kecməməzliklər aşkar görünür, adətən bu kecməməzlik pilorik hissəsində və nazik bağırsağın başlancığında olur. Şirdan qaz və yem kütlələri ilə dolmuş və həcmcə böyümüş olur. Selikli qişası şişkinli və hiperemiyalı , divarı ödemli , qırışları böyümüş olur.

Diaqnoz və təfriqi diaqnozu heyvanın sağlığında diaqnoz təxmini ola bilər.Ancağ ümüməm anamnez məlumatları , əsas əlamətləri və başqa xəstəliklərin istisnası əsasında diaqnoz dəqiqləşdirilir.İstisna olunan xəstəliklər xarakterik kliniki əlamətlərlə səciyələnən mədə önü və bağırsaq xəstəlikləridir.

Proqnozu -Əlverişli ola bilər müffəfəqiyətlə aparılan cərrahi əməliyətdən sonra

Mualicəsi Operativ və simptomatik mualicə aparılır.

Profilaktikası İşlənilməyib. Adətən xəstəliyi əmələ gətirən səbəblərdən irəli gəlir.

Muhazirə № 7

Həzm sisteminin xəstəlikləri

Mədə və bağırsağların xəstəlikləri

Plan


1.-Qastrit

2.-xoralı xəstəlik

3.-Qastroenterit

4.-Enterokolit



5.-Membran həzminin patoloqiyası
Udulmuş yem - ici boş orqan olan –mədəyə daxil olaraq, burada yem kütləsinin toplanması ( depo) və mexaniki-kimyəvi emalı gedir.Mədədə yem şişir şirələnir, tərkib komponentləri həll olunur və qismən də olsa qğır seliyi və mədə şirəsinin fermentləri ilə əsasən də amilaza və pepsinlə parcalanır. Mədə şirəsi onun tərkibində olan 0.1-0.5% qədər xlorid turşusu hesabına, turş reaksiyaya ( PH 0.5-1.5) malikdir. Yaxşı dezinfektor olduğundan mədə möhtəviyatı onun hesabına nazik bağırsaqa ritmik evakuasiya edir, eləcədə ödün və mədəaltı vəzin şirəsinin ayrılmasını stimullaşdırır.Hec də mədənin ümümi həzm proseslərində rolunu əksiltməyərək , deməliyik ki onun rolu biləvasitə həzmetmə məsələlərində , sorulmağa ( rebsorbsiyaya) qadir olan məhsulların ( monomerlərin) əmələ qəlməsində elədə boyük deyil. Məsələn zülalla bol olan yemləmədə mədədə amin turşularının əmələ qəlməsi təxminən 10% təşkil edir.Mədə- bağırsq şöbəsində hidrolitik və nəqletmə proseslərinin 90-95% kecirilən və tamamlanan yeri nazik bağırsağ hesab olunur.Burada bu proseslər mədəaltı vəzin və bağırsağın özünün fermentləri təsiri altında kecir, və qeyd etmək lazımdır ki onların aralığ və son mərhələsi-membranhəzmetmə hesabına kecir. Yöğun bağırsağlar əsasən suyun( bağırsağa həzmetmə şirələrinin tərkibində daxil olan su) qeri sorulma funksiyasını, və nazik bağırsağda yemin hidrolizi nəticəsində əmələ gələn və burada sorulmayan monomerlərin yenidən sorulma funksiyasını yerinə yetirirlər. Möhtəviyət yöğun bağırsağda qatılaşır, burada müxtəlif simbiont mikroflora əsasən bağırsağ cöpu və protey coxalırBunların vasitəsilə nazik bağırsağdan daxil olan hidrolizi kecməyən yem maddələrinin parcalanması gedir və bunun nəticəsində indol, skatol, üzvü turşular, kükürd hidrogen, ammonyak, və. b. əmələ gələrək kal və qazlarla xaric olunurlar.Otyeyən heyvanlarda əsasən də atlarda yöğun bağırsağda ( əsasən də kor bağırsağda ) göstərilən mikrofloranın təsiri altında , gövşəyənlərin işkənbəsində kecən proseslər kimi , selulozanın parcalanması gedir. Bağırsağların fəaliyətində peristaltiki və ritmiki ( qarışdırıcı) hərəkatlar aird edilir. Mədə- bağırsağ şöbəsi ilə yem kütləsinin kecməsi –at və iri buynuzlu heyvanlarda 40-60, donuzlarda 30-60 , qoyunlarda 35-40, itlərdı 12-18 saata bərabərdir. Kalın konsistensiyası heyvanın növü və yemin xarakterindən asılıdır. Tərkibində suyu birləşdirən maddələr ( məsələn duzlar) olduğda kal cuyuq olur, belə hal selikli qişanın patoloji vəziyətində də müşahidə edilir. Kal ifrazatının sayı müxtəlif heyvanlarda orta hesabla sutkada müxtəlif olur. Atlarda -8, iri buynuzlu heyvanlarda- 12, donuzlarda -4, qoyunlarda -6, itlərdə-3, dəfəyə bərabərdir.Kliniki nöqtəyi nəzərdən heyvanların mədə-bağırsaq xəstəliklərinin patoqenezi eləcədə diaqnostika və mualicəsi cətinlik törədir. Cünki mədə- bağırsağ şöbəsində gedən müxtəlif növ pozuntuları ( o cümlədən funksional və üzvü pozuntuları) hec vaxt məhdudlaşdırmaq olmur, onagörəki lkinisist heyvanın sağlığında qoyulan diaqnoz zamanı patanatomiki dəyişirliklərə istinad edə bilmir. Hal –hazırda mədə və bağırsağların xəstəliklərinin təsnifatı aşağıdaki kimidir. Onlar funksional və üzvü xəstəliklərə bölünür.

Funksional xəstəliklərə -mədə bağırsağların sekretor və mator(hərəki) fəaliyətinin pozuntuları aiddir, bu xəstəliklər zamanı orqanlarda , dəqiq desək onların divarında morfoloji dəyişirliklər getmir. Morfoloji pozuntuların dərəcəsindən asılı olaraq katar və iltihablaşmaya bölünürlər. Katar-mədə və bağırsağların ancağ selikli qişasının iltihabıdır, patoloji prosesə bu orqanların divarının dərin qatları uğramır. İltihablaşmalar zamanı isə selikli qişalardan başqa bu orqanların divarlarının dərin qatları ( selik altı , əzələ və seroz, və ya bunlardan hansısa ) prosesə uğrayırlar. Mədə və bağırsağların xəstəlikləri gedişinə qörə kəskin və xroniki , əmələ gəlməsinə görə müstəqil və ikincili, katar və iltihablaşmalar isə əlavə iltihabı eksudatın xarakterinə görə krupoz, membranoz, hemorrogik, fleqmonoz, və irinli ola bilərlər.Bu xəstəliklərin hamısını əmələ gətirən əsasən eyni səbəblərdir. Lakin bu və ya digər pozuntuların əmələ gəlməsi etioloji faktorun təsir müddətindən və bürüzə verməsinin kəskinliyindən asılıdı. Mədə və bağırsağların müstəqil xəstəliklərinin əmələ gəlmə səbəbləri:

1-Saxlanma şəraitinin və yem paylarının kəskin dəyişməsi.

2-Mədə bağırsağ sahəsinə kəskin qıcığlandırıcı preparatların yeridilməsi – məsələn sirkə turşusunun və süd turşusunun məhlulu və. s.

3-Heyvanlara tam soyuq və cox isti ( qaynar) yemlərin –cecə, donmuş kartof, cuqundur, buzlu su ilə suvarılması, heyvanların daxılınə isti məhlulların yeridilməsivə .s.

4-heyvanlara xarab olmuş , cox qaba yemlərin verilməsi, daxilə yad cismlərin düşməsi və. s.

5-Dişlərin və aqızın selikli qişasının xəstəlikləri , bununnəticəsi olaraq gövşəmənin pozulması.

6-Heyvanlara kimyəvi preparatlarla istehsal olunmuş yemlərin verilməsi

7-Mədə və bağırsalarda qum, və torpaqın toplanması , daşların əmələ gəlməsi və .s dir.
Mədə və bağırsağların funksiyalarının ikincili pozulması , dəri xəstəlikləri (qaşınma, geyişmə, ekzema) , intoksikasiya, helmintoz xəstəlikləri, helmintlər biləvasitə mədə -bağırsağ şöbəsində ( atlarda qastrofilyoz, askaridoz və. b.) olduğda, maddələr mübadiləsi pozğunluğları ( hipovitaminoz, sümük distrofiyası), mərkəzi sinir sisteminin xəstəlikləri ( vahimə, qorxu), soyuğlama və qızdırma , zamanı baş verir.Mədə -bağırsağların ikincili xəstəlikləri bir-cox infeksion xəstəliklərini( paratif, taun, dizenteriya, qara-yara, ) müşayət edirlər. Mədə -bağırsaq şöbəsinin funksional və üzvü pozuntuları bir-biri ilə sıx əlaqəda olarağ adətən müxtəlif xəstəlikləri müşayət edən əlamətlərdir. Funksional xəstəliklər sekretor və hərəki ( mator) fəaliyətinin zəifləməsi , üzvü xəstəliklər isə əlavə katar və uyğun olaraq mədə-bağırsağ şöbəsinin selikli qişası və divarlarının başğa təbəqələlərinin morfoloji dəyişirlikləri ilə bürüzə verir.

Qastrit - GASTRİTİS

Mədənin selikli qişası və divarının diqər təbəqələrinin iltihabı , onun fəaliyətinin funksional və morfoloji pozuntuları ilə müşayət olunan xəstəlikdir. Xəstəlik mənşəyinə görə müstəqil ( birincili) və ikincili, gedişinə görə -kəskin və xroniki , iltihabın xarakterinə görə-serozlu, kataral, fibrinozlu( krupozlu) , hemorraqik və irinli, yayılmasına görə-ocağlı və diffuz, ola bilər. Xəstəlik bütün növ heyvanlarda xüsüsən də cavanlarda geniş yayılmışdır.

Etioloqiyqsı Xəstəliyi əmələ gətirən mühüm amillərdən biri də yemlərin tərkibi və yemləmə qaydalarının pozulmasıdır. Ağızın selikli qışasının və dişlərin xəstəlikləri zamanı heyvan yemi yaxşı ceynəyib islatmaması və tez-tez yeməsi , ona cox qaba cətin həzmə gedən yemlərin uzun müddət verilməsi , cürümüş , torpağlı , isti və donmuş yemlərin, zəhərli otlar və mineral gübrələrin yeyilməsi, heyvanı yemlədikdən dərhal sonra ağır işdə istifadə edilməsi , yemləmə rejiminin pozulması və. s- mədənin selikli qişasının iltihaba tutulmasına gətirib cıxarır.Bir tərəfli yemləmə , xüsüsən də yemlərin tərkibində zülal, vitamin və mineral maddələrin azlığı, mədənin fəaliyətinin uzun müddətli funksional və üzvü pozuntuları, kataral iltihaba səbəb olur.İkincili xəstəlik kimi mədənin selikli qişasının iltihabını qaraciyərin , ürəyin , böyrəklərin, bağırsağların , mədə önünün xəstəlikləri , infeksiyalar, intoksikasiyalar, dəri və helmintoz xəstəlikləri törədir.

Patoqenezi Mədənin ifrazat funksiyasının pozulması –mədədə həzmedən şirələrin miqdarının və turşuluğun artması və ya azalması ilə müşahidə edilir.Bunu nəzərə alarağ qeyd etməliyik ki mədənin ifrazat funksiyasının patoloqiyasında dord(4) formada əsas pozqunluğ müəyyən edilmişdir.

1-Hiperasid -patoloqiyanın bu forması adətən mədə möhtəviyyatının miqdarının və turşluğunun artması ilə səciyələnir. Ümümi turşuluq 20-30 v. titrə bərabər, azad xlorid turşusu isə 15-25 olur, normal vəziyətdə bu göstəricilər uyğun olarağ 10-15 və 5-8 v. bərabər olur, yəni artım 2-3 dəfə normadan artığ olur. Mədədə ifrazatın bu formasında pilorik sfinktorun acılması təxminən 2-3 dəfə azalır, və bununla da möhtəviyətin evakuasiyası o qədər də gecikir , yemin bağırsağlarla kecməsi zəifləyir, yem daha cox həzm edilir və susuzlaşır, bunun nəticəsi olarağ kal bərkiyir, tərkibində həzm edilməyən yemin qırığları olmur və ya az olur, qəbizlik baş verir, heyvanın ümümi vəziyəti ağırlaşır. Kal defekasiyasının sayi və miqdarı azalır. Bu proses heyvanın məhsuldarlığına o qədər də təsit etmir.

2-Hipoasid - sekresiyanın bu forması mədə möhtəviyatının miqdarının normada və ya az olması , ümümi turşuluğun 8-10, azad xlorid turşusunun isə3-4 v. qədər azalması ilə xarakterizə edilir.Mədə ifrazatının bu formasında möhtəviyətin evakuasiyası mədədən bağırsağlara tezləşir, yemin bağırsağlarla kecməsi sürətlənir, yemin həzmi normaya nisbətən azalır, kal sıyığlaşdırılır, tərkibində həzm olunmayan yem ğırıntıları görünür , bəzən orqanizmin ümümi vəziyətinə mənfi təsir göstərən zəif ishal əmələ gəlir.Adətən heyvanda yemə tələbat artır, adi normaya uyğun yem rasionları ilə yemlədikdə məhsuldarlığ azalır. Defekasiya aktları tezləşir, kalın miqdarı artır, tərkibində həzm olunmayan yem ğırıntıları görünür.

3- Anasid-mədə möhtəviyatının miqdarı azalır, ümümi turşluğun göstəriciləri 3-5v. titrə bərabər olur, azad xlorid turşusu adətən müəyyən edilmir. Bununla əlaqədar olaraq möhtəviyətin mədədən bağırsağlara evakuasiyası normaya nisbətən tezləşir, bunun nəticəsində yemin həzmi və susuzlaşması normaya nisbətən zəifləyir.Kal yumşalmış, cox vaxt cüyüğ, möhtəviyət coxlu miqdarda selik qarışığlı olur.Sekresiyanın bu formasının pozuntuları dərinləşdikdə heyvanlarda şiddətli ishal müəyyən edilir. Kalda cox miqdarda həzm olunmamış yem qırıntıları aşkar olunur Heyvanın iştahası kəskin artır, və bəzən bulimiya( acgözlüklə yemə) ,və polifaqiya ( yüksək iştaha) vəziyətinə catır.

4- Normasid-mədədə möhtəviyatın miqdarının normada, ümümi turşuluğun və azad xlorid turşusunun isə normaya yaxın olması ilə xarakterizə edilir. Ancağ mədə şirəsinin həzmetmə qabiliyyəti normadan aşağı olur, bu isə mədənin selili qişasının həzmetmə fermentlərinin sintezinin azalması ilə əlaqədardır. Mədə şirəsinin sekresiyasının bu formasında mədə möhtəviyatının evakuasiyası mədədən bağırsağlara normada kecir, onun bağırrsağlarla kecməsi və kalın formalaşması normada olur. Ancağ yemin həzmedilməsi zəiflədiyinə görə heyvanlarda yemə tələbat artır, möhtəviyatın miqdarı coxalır. Heyvanların məhsuldarlığı aşağı düşə bilər.

Yuxarıda təsvir olunan əvvəlcə mədənin sonra isə bağırsağların sekretor fəaliyətinin funksional pozuntuları uyğun patoloji vəziyətin əmələ gəlməsindən xəbər verir. Belə ki həsab edilir ki hiperasid forma belə pozuntuların başlancığ forması olaraq nizamlayıcı mexanizmlərin qıcığlanmasının artmasından xəbər verir. Hipoasid və anasid formaları mədəninvəz aparatının və onların nizamlayıcı mexanizmlərin patensial imkanlarının funksional tükənməsinin tormozlaşmasını göstərir. Hərəkət (mator) funksiyalarının pozulması ondan ibarətdir ki funksiyalar güclənə və zəifləyə bilər. Hesab edilir ki funksiyaların güclənməsi əsasən daha cox qaba yemlərin yemləndirilməsi , enterit, mədə xorası xəstəlikləri, mədənin yem və qazlarla dolması fonunda əmələ gəlir. Funksiyaların zəifləməsi isə reflektor olaraq peritonitlər, plevritlər, dermatitlər, eləcə də simpatik sinirlərin oyanması zamanı əmələ gəlir. Mədənin əsas funksiyalarının dərin pozuntuları zamanı , onların fəaliyəti bağırsaq həzmetməsi ilə kompensasiya olmadığda həzmetmə prosesinin bütün şöbələrində müxtəlif növ maddələr mübadiləsi pozuntuları və orqanizmin fəaliyətində dəyişirliklər əmələ gəlir.



Simptomları Xəstəliyin bürüzə verməsi mədənin mator və sekretor pozuntularının xarakteri və dərəcəsindən , selikli qişasında iltihabı proseslərin gedişi və dərinliyindən asılıdır. Burada heyvanın növü , yaşı, eləcədə fərdi funksional ezofaqoqastroduodenal kompleksin anatomomorfoloji xüsüsiyətləri vacib rol oynayır.Kəskin gedişli qastritin əlamətləri : Simptomsuz kecən serozlu ödemdən ümümi və yerli kecən eksudativ və alterativ iltihablara gədər müxtəlif olur. Hipersekresiya zamanı bədən temperaturunun dəyişirilməsi adətən müşahidə edilmir, iştahanın zəifləməsi və tam azalması tədricən əmələ gəlir. Otyeyən heyvanlarda qəyirmə , ətyeyənlərdə isə yem qəbulundan asılı olmayaraq qusma əlamətləri əmələ gəlir.Qusuntu kütləsində yem qalığları, coxlu miqdarda selik və tüpürçək qarışığı olur, təkrar qusmalar zamanı hətta öd qarışığı görünür.Bağırsağların peristaltikası zəifləyir, yüngül qəbizlik başlayır, nəcis bərkiyir, rəngi tündləşir, üzərini nazik selik qatı örtür. Qusma olmadığda çoşka və itlərdə mədə nahiyəsində mötədil ağrılar olur. Mədənin hipotoniyası və pilorospazmı zamanı qarın divarından palpasiya etdikdə şıppıltı səsi gəlir. Atlarda vaxtaşırı narahatlığ əmələ gəlir, onlar əsnəyir, üst dodağını qaldırır, başını uzadır, qarnına baxır, pilorospazm zamanı sancılar əmələ qəlir. Anasid sekresiya formalı mədənin iltihabı , bağırsağların və mdəaltı vəzin dəyişməyən fəaliyəti fonunda xəstəlik qeyri tipik simptomlarla kecir. Həzmetmə pozulduğda peristaltika güclənir, və qastroqen axilik diareya əmələ gəlir,defekasiya tezləşir nəcis sıyığ , cox miqdarda və pis iyli olur, icərisində coxlu həzmə getməmiş yem qalığları tapılır. Xəstəlik inkişaf etdikcə heyvanın vəziyəti ağırlaşır, bəzən bədən temperaturu 0.5-1C artır, iştaha azalır, məcaz pozqunluqu əmələ gəlir, donuzlar əsasən yatır,ağızın selikli qişası mötədil saralmış , qatı seliklə örtülmüş olur, dilin üzərində boz rəngli ərplər, ağızdan pis kəmşirin iy gəlir.Ana süd vrerən donuzlarda –hipo və qalaktiya( süddən kəsilmə) əmələ gəlir.Çoşkalarda diareya əlamətləri baş verir , hərəkət reaksiyaları pozulur, bəzi hallarda kütləvi adinamiya əmələ gəliur.İntoksikasiya arttığca xəstələrdə süstlük , yörğunluğ, və məzlumluq şiddətlənir, səndələmə yeriş əmələ gəlir, taxikardiya və polipnoe artır, xəstəlik uzandığda –dehidratasiya (susuzlaşma) başlayır. Belə hallarda çoşkalarda burun və qulağların ücü , qarın altı dəri göyərir və ağrı hissiyəti güclənir. Proses mədənin selikli qişasına zədələyici faktorun güclü təsirindən 2-3 saat sonra başlayır , kliniki əlamətləri isə 6-8 saatdan sonra bürüzə verir.Xəstəliyin səbəbləri tez-bir zamanda aradan götürülsə və mualicə vaxtında aparılsa , kataral qastrit xəstəliyinin mualicəsi 3-4gün cəkir, iri heyvanlarda isə bu proses 8-10 gün cəkir.Donuzlarda mədənin selilkli qişasının morfoloji bərpası ikinci həftənin axırına cəkir. Hemorroji qastrit kəskin artan süstlük, yörqunluğ, məzlumluğ, intoksikasiya və ürək catışmamazlığı simptomları ilə bürüzə verir.Palpasiya etdikdə mədənin ağrıları müəyyən edilir.Qusuntularda az miqdarda hemorraqik eksudat qarışığı görünür. Belə hallarda adətən kal nümünələrində qan qarışığı aşkar qörünür. İnfeksion xəstəlikləri və toksikozlar fonunda əmələ gələn kəskin hematoqen qastritlər zamanı mədə xəstəliyinin simptomları , ümümi xəstəliyin əlamətləri ilə muqaisədə silinmiş görünür. Xroniki qastritin əlamətləri cox şaxəli olur . Xəstəliyin əsas sindromu –mədə dispepsiyasıdır ( iştahanın azalması, məcaz pozqunluğu xəstəlik şiddətləndikdə qusma, mədə nahiyəsində daimi olmayan ağrılar, mədə cıxacağının stenozu və pilorik sfinktorun spazmaları zamanı vaxtaşırı mötədil sancıvari ağrılar, atlarda nəcisin həzməqedən seluloza, ətyeyənlərdə isə birləşdirici və əzələ toxuması ilə qarışığ olmasıdır. Mədə dispepsiyasına bağırsaq dispepsiyası qarışa bilər, bu zaman xəstəlik mötədil meteorizm, peristaltikanın güclənməsi, qəbizliklə əvəz olunan ishal, yem həzminin pozulması ilə və. s. xarakterizə edilir.Eyni vaxtda tədricən dərinin elastikliyi azalır, tüklərin parlağlığı itir, selikli qişalar solğun və ya saralmış olur. Aqızın selikli qişası qurumuş və ya qatılaşmış seliklə örtülü olur, dilin üzərində böz rənqli ərplə örtük olur, ağızdan pis iy gəlirAtlarda sərt damağ nahiyəsinin selikli qişası ödemli olur , cavanlarda yanağlarən selikli qişası dişlərin düzgün yeyilməməsinə görə əksər hallarda zədələnmiş olur.Xəstəlik aylar və illərlə uzuncəkən ola bilər, bu müddətdə yemləmə və saxlanma şəraitindən asılı olaraq xəstəliyin vaxtaçırı remissiyası və gərqinləşməsi müçahidə edilir. At və donuzlarda xəstəliyin remissiyası otlaq şəraitində daha tez əmələ gəlir.

Patolojianatomiki dəyişirlikləri Serozlu qastritin xarakterik əlamətləri –selikli qişanın şişməsi və hiperemiyası , mədənin isə fundal hissəsində qan sağıntılarının olmasını göstərmək olar. Makroskopik və histoloji noqtəyi nəzərdən bu dəyişirliklər iltihablaşmanın başqa formalarının başlanqıc mərhələsidir.Coşklarda qastrit qeyri bərabər ləkəli hiperemiya ilə müşayət edilir. Onlarda hemorraqik iltihablaşma diffuz formada qeyd olunur, bəzən selikli qişanın böyük bir hissəsi və hətta mədənin butunliklə dibini də əhatə edir bu formada iltihaba məruz qalan hissələr tünd-şabalıdı rənkdədir( ş.39). Coşkaların mədəsində həzm edilməmiş kazein aşkar edilir.Yuxarı yaşlarda kəskin iltihablaşma zamanı mədə möhtəviyatı sıyığ , icərisində coxlu qatılaşmış selik və bərkimiş laxtalar tapılır. Histoloji muayinə zamanı epiteli təbəqəsində selili distrofiya , selikli və selik altı qişalarda serozlu eksudatın infiltrasiyası , damarların hiperemiyası , yerlərlə vəzli epitelilərin nekroz və deskvamasiyası müşahidə edilir.Xroniki qastritlər zamanı mədə möhtəviyətində coxlu miqdarda qatı qətranlaşmış , bulanlığ selik qarışığı görünür, həmin qarışığ selikli qişanın üzərində də cətin yuyulan ərplər kimi toplanmış olur. Selikli qişada bütövlüklə hipertrofiki , ayrı-ayrı nahiyələrdə isə atrofiki proseslər üstünlük təşkil edir., ona görə də selikli qişa belə nahiyələrdə qat-qat və ya qırış-qırış olur. Atrofiki xroniki iltihablaşma zamanı selikli qişa nazılmiş və hamar olur.

Diaqnozu - heyvanların yemləmə və saxlanma şəraitinin , yem paylarının tərkibinin təhlilinin nəticəsinə əsaslanır.Təsərrüfatlarda , komplekslərdə , ayrı-ayrı məntəqələrdə heyvan qruplarının mədə -bağırsaq xəstəliklərinin mövcüdlüyü nəzərə alınmalı. Hevanların bakterioloji və virusoloji muayinələri , yemlərin mikotik və toksikoloji analizləri , kalın muayinəsi aparıldıqdan sonra , diaqnoz tam dəqiqləşdirilir. Bununla bərabər eyni vaxtda mikrofloranın antibiotik və kimyəvi terapevtiki preparatlara qarşı həssaslığı müəyyən edilir. Patoloji anatomiki muatinələrdə selikli qişada iltihab prosesin xarakteri dəqiqləşdirilir. Ehtiyac olduğda diaqnostiki məqsədlə xəstə və ya cıxdaş olunan heyvanları məcburi kəsirlər. At donuz və itlərdə selikli qişanın funksional vəziyətini dəqiqləşdirmək məqsədilə, mədə möhtəviyətinin alınması və gələcəkdə laborator analizi ücün zondlama aparılır. Muayinələr zamanı mədə möhtəviyətində ümümi turşuluğu , azad və birləşmiş xlorid turşusunu, proteolitik aktivliyini , gözlə görünməyən qan qarışığını, atlarda leykopedez müəyən edilir. İt və donuzlarda diaqnozun dəqiq qoyulması ücün ən qiymətli məlumat qastroskopiya və qastrobioskopiyanın nəticələridir.

Təfriqi diaqnostikası Kataral xüsüsən də hemorroji qastrit eroziv və xoralı formalarından təfriq edilməlidir.Təfriqi diaqnostikada qastroenteral sindromla kecən müxtəlif xəstəlikləri daimi nəzərə almaq lazımdır.



Proqnozu Xəstəliyin aqibədi kəskin kataral qastrit zamanı -əlverişlidir, hemorroji qastrit zamanı isə -əhmallı və ya əlverişsizdir. Vaxtında aparılmayan mualicə , etioloji faktorun uzun müddətli təsiri - iltihabın ağırlaşmış formalarına, xəstəliyin xroniki gedişinə və prosesin bağırsağlara kecməsinə səbəb olur.

Mualicəsi- Xəstəliyin səbəbləri aradan götürülür. Xəstəlik geniş yayıldıqda kütləvi xarakter daşıdığda , yemlər dəyişirilir, aclığ dietası təyin olunur, coşkalara 6-8saatlığ (donuzculuğ komplekslərində südəmər coşkaların bir dəfə südlə yemləmələri götürülür) iri coşka və daylağlarda 12-16 saatlığ təyin olunur, pəhriz müddətində heyvanların suya tələbatı tam ödənilməlidir. Təsərrüfat üzrə planlı baytarlığ və təssərüfat işləri ( coşkaların anadan ayrılması, atların işə cəlb edilməsi) dayandırılır.Xəstə coşkalar sanitar dəxqahlarda ayrica saxlanılır. Novbəti bir-iki sutka ərzində xəstələrə yarımaclığ pəhriz təyin edilir, tədricən heyvanların yem paylarına yünkül həzmə gedən az həcmli mədəni qıcığlandırmayan yem paylarına kecirirlər.Donuzlara sutkalığ yem paylarını 4-5 dəfəyə verirlər, onlara həlimlər , bişirilmiş və ya doğranılmış yerkökü , kartof və cuğundur qarışığı, arpa və vələmir sıyığıverilir. Xəstə heyvanların yem paylarına lizosim , neytral və ya zəif qələvili proteaza tərkibli ( amilosubtilin, və protosubtilin preparatənən 0.1qr- 1 yem. v.) əlavələr daxil edilir. Sonralar xəstələrə tədricən yem paylarına yaşıl yemlər və ot unu əlavə edilir.Xəstəliyin birinci günlərində atların yem paylarından qaba yemlər cıxarılaraq dənli yemlərdən hazırlanmış sıyığla əvəz olunurlar.Yem paylarının həcmi və qidalılığını ot, cuğundur, yerkökü, yumşağ ot və qarışıq qüvvəli yemlər hesabına artırırlar.Ətyeyənlərə artırılan dozalarla süd, ət şorbaları, müxtəlif sıyığlar və ət qiyməsi verilir.Kəskin qastrit xəstəliyi , ağır kecdikdə , mədəni isti su , 1-2% mətbəx sodasının məhlulu , 1: 5permanqanat kalium , 1% natrium xlorid məhlulu ilə , atlarda 0.5% ixtiolla yuyulması məsləhət görünür.Hiperasid qastrit zamanı yarımaclığ və dussuzluq pəhrizi ilə birqə antasid( turşuluğu azaldan) , iltihabəlehi və ağrıkəsici preparatlar təyin edilir.Bu preparatlardan maqnezium oksid( yanmış maqnezium) və maqnium karbonat daxilə atlara 10-20qr, donuzlara 2-6, itlərə 0.2-1qr , aluminium hidroksid ( maqnezium oksidlə birqə) donuzlara 2-10, itlərə 0.5-5qr- 4% suspenziya halında , kalsium karbonat( təbaşir) atlara 10-50qr, donuzlara 2-5qr, itlərə0.2-2qr, kaolin: atlara 30-100qr, donuzlara 225qr, itlərə0.5-6qr, maqnezium trisilikat- atlara5-10qr, donuzlara 1-4qr, itlərə 0.5-2qr dozada istifadə edilir.Mədə ifrazatı zəif olduğda və ya onun catışmamazlığında , pəhrizlə birqə geniş spektrli təsirə malik yünkül qıcığlandırıcı bitki yaqları təyin edilir bunlardan xörək və karlovar duzu ilə birqə batağlığ zanbağı kökü və qızıl çətir otunun qarışığı ilə gündə 3 dəfə atlara-10-30qr,donuzlara 2-4qr, itlərə0.5-2qr daxilə verilir. Həmin formada ycyarpaq bitkisinin yarpağları, yövşən və boymadərənin qarışığı və ya qıcıtkan bitkisini qurumuş halda : atlara 25-50qr, donuzlara 10-30qr, verilməsi təklif olunur. Mədədə turşuluğ aşağı düşdükdə gündə iki dəfə daxilə təbii və ya süni mədə şirəsi yada ki durulaşdırılmış xlorid turşusu verilir. Süni mədə şirəsi aşağıdaki tərkibdə( 2.5qr tibbi pepsin, 100qr mətbəx sodası və 0.4ml qatılaşdırılmış xlorid turşusu) hazırlanır, qarışdırılaraq soyuducuda saxlanılır, orta cəkili xırda heyvanlara yemləmədən 10-15 dəq. əvvəl bir xorək qaşığı gündə iki dəfə daxilə verilir.Qastrit xəstəliyinin kəskin gedişində mədə sekresiyasının xarakterini nəzərə alarağ müntəzəm pəhriz yemlənməsinə xüsüsi diqqət yetirilməlidir. Hiperasid qastrit zamanı rasionda xorək duzunun miqdarı məhdudlaşdırılmalı , hipoasid vəziyətində isə bir gədər artırılmalıdır. Xəstəliyin mualicəsində medikamentoz mualicədən əlavə stimuledici və əvəzedici ( vitamino və fermento) terapiyadan istifadə edilir. Daimi olarağ dişlərin , ağız boşluğunun selikli qişasının , nazik bağırsağ və qaraciyərin vəziyəti həkim nəzarətində olmalıdır, və bir dəyişiklik ( patoloqiya) əmələ kəldikdə mualicə sxemində korreksiya aparılmalıdır.

Profilaktikası Əsasını heyvanların saxlama bəslənmə və istismarının ciddi nəzarət altında olması təşkil edir.Ən əsası heyvanların yem paylarında keyfiyətsiz , qaynar və ya buzlaşmiş , zibil qarışığı və toksiki yemlərin olmamasıdır. Yem payının düzgün tətbiq edilməsi , müxtəlifliyi, heyvanlara hər gün qəzinti təyin edilməsi , xəstə heyvanlara yem paylarında antibiotik, premikslər, verməklə həzm orqanlarının funksiyalarının yaxşılaşdırılması xəstəliyin profilaktikasında vacib amillərdən biridir .İri heyvandarlığ komplekslərində əsas profilaktiki tədbirlərdən biri də heyvanlarda həzmetməni daimi ciddi nəzarətdə saxlamağla , məmələrin və maddələr mübadiləsinin vəziyətinə diqqət yetirməli və heyvanların bir yemdən başğa yemə tədricən kecirilməsidir.Korpə heyvanların südəmər dövründən yemlənmə dövrünə kecməsi və mövcüd şəraitə uyğun adaptasiyasını ciddi nəzarətdə saxlamalı.

Xoralı xəstəlik - MORBUS ULKUS VENTRİKULİ

Baytarlığda şərti olaraq xroniki residiv verən( mədədə peptik xoraları , selikli qişasında isə simptomatik xoraları- kəskin və ya xroniki dəyişmələr əmələ gətirən ) xəstəlikləri birləşdirən nozoloji bir termindir.Müxtəlif xəstəliklər zamanı yerli simptom kimi mədə ağrıları ilə özünü bürüzə vürir. Xarici ədəbiyətdə əksər hallarda xəstəlik mədə ( şirdan) xorası , bəzən isə qastroezofaqal xorası ( donuzlarda) adlandırılır.Bu nozoloji vahidliyə tez-tez südəmər və anadan ayrılmış coşkalarda eroziv və xoralı qastriti, südəmər buzovlarda isə ulseroz abomaziti aid edirlər. Xəstəliyə bütün növ heyvanlar , əsasən də sənayə texnoloqiyası ilə bəslənən donuzlar tutulur. Kökəltmə zamanı xəstəlik kütləvi xarakter ala bilər. Buzov və coşkalarda xəstəlik hətta yeni anadan olan günlərində qeydə alınır, onun intensivliyi müxtəlif naxırlarda kəskin dəyişə bilər. Ənənəvi texnoloqiya ilə saxlanılan şəraitdə xəstəlik sporadik hal kimi qeydə alınır.



Etioloqiyası Xəstəlik polietioloji xarakter daşıyır. Onun əmələ qəlməsində ekzoqen və endoqen faktorların böyük rolu var. Orqanizmin immunbioloji reaktivliyini zəiflədən müxtəlif orqan və sistemlərin xəstəlikləri , autoimmun proseslərin əmələ gəlməsi , müxtəlif həzmetmə orqanlarında prosesə uyqun əlaqələrin pozulması, orqanların evakuator və sekretor funksiyalarının , selikli qişaların qan dövranı və qidalanmasının ( trofikasının) pozulması da patoloqiyanın əmələ qəlməsində müəyyən rol oynayır. Donuzlarda endoqen faktorlarının icində ayrı-ayrı cinslərin xəstəliyə qenetik meyilliyi , ətlik tərəfə aparılan seleksiya , erkək coşkaların dişilərə nisbətən daha cox xəstəliyə tutulmağları və. s. məlumdur. Məlum olan ekzoqen faktorları coxsaylı və müxtəlifdir. Xəstəliyin əmələ gəlməsində stresslərin o cümlədən təsirinə görə orqanizm və mədəyə gücü və xarakterinə görə müxtəlif olan yem və texnoloji stresslərin böyük rolu var.Selikli qişanın xora xəstəliyi təbiyyətinə görə müstəqil formada dərman preparatlarının təsirindən əmələ gələn, işemik və travmatik ola bilər. İkincili formada isə qaraciyər, bağırsağların və başqa orqanların xəstəliklərini müşayət edə bilər .Mədənin simptomatik xoraları bəzi invazion xəstəlikləri zamanı :atların qabronematozu, donuzların ollulanozu və fizosefalyozu, qoyunların hemonxoz və trixosefalyozunda müşahidə edilə bilər. Buzovlarda şirdanın selikli qişasının kataral iltihabı yemlərin optimal temperaturunun dəyişməsi, yemlənmə zamanı birdəfəlik yem payının artığlaması ilə verilməsi , südün vedrədən icirilməsi, ağız südü və südə yem qırıntılarının əsasən də dənli yemlərin qarışması , körpələrə cox duru , qatı və ya pis qarışdirilmış yemlərin verilməsi zamanı əmələ gələ bilər. Bəzi hallarda iltihabı proses şirdanda genişlənərək xoraların əmələ gəlməsinə səbəb olur. Selikli qişanın xoralanmasına səbəb şirdanda kazein laxtalarının olması , yemləmədə kəskin südəvəzedicilərə kecirilməsi, vaxtından əvvəl bitki və konsentrat yemlərin verilməsi və. s. ola bilər.Orqanizmdə gedən müxtəlif intoksikasiyalar o cümlədən ağız südü və südlə əmələ gələn zəhərlənmələr meyillik faktorları kimi təsir edə bilərlər.Həmin rolu körpə heyvanların nəqli, yer dəyişmələri, yemlənmə və bəslənmə rejiminin pozulması və. s. oynaya bilərlər. Donuzların butun yaş qruplarında xəstəliyin səbəbləri və ya xəstəliyə meyillik birtərəfli konsentrat yemlərin yemləndirilməsi , xarab olmuş , toksiki və standartlara uyğun olmayan , yemlərin istifadəsi , balanslaşdırılmamış yem payları, və yemlənmə texnoloqiyasının və rejiminin pozulması və. s. ola bilərlər. Təsiredici texnoloji faktorlardan –heyvanlar üzərində coxsaylı manipulyasiyaların aparılması , mikroiqlimin pozulması və işləyən mexanizmlərin səsi, məhdudlaşmış sahədə coxsaylı heyvanların yerləşməsi , yemləmənin azlığı heyvanların sıxlığını və. s. göstərmək olar.Coşkalarda xəstəliyin əmələ gəlmə səbəbləri onların anadan ayırma və intensiv kökəltmə dövründə qruplaşdırılması, və erkən yaşlarından qarışığ qüvvəli yemlərlə yemləndirilməsi ola bilər.Yem faktorları selikli qişanın müstəqil formada pozuntularına səbəb olur, bu proses isə həssas heyvanlarda başqa bir qıcığlanma olduğda daha da güclənir və dərinləşir. Belə yem faktorlarından donuzlar ücün birinci növbədə ulseroqen xüsüsiyətlərinə malik olan dənəvərləşdirmə və bişirmədən sonra da bu xüsüsiyətləri özündə saxlayan narın üyüdülmüş dənli bitkilər və qarqıdalı yemlərini, mineral əlavələrdən –mis sulfat və mis karbonatın normadan artıq verilməsini nəzərdə saxlamaq lazımdır. İtlərdə mədənin selikli qişasında xoranın əmələ qəlməsinə -tərkibində cox olan ədviyətli yeyinti qalığları, buzlaşmiş və ya qaynar yemlərin yemləndirilməsi səbəb ola bilər.Bununla əlaqədar dunya ədəbiyatında geniş yayılmış bir fikir də var ki xora xəstəliyinin əmələ gəlməsində aparıcı faktor- stresslərdir. Bunlar baş beyində müxtəlif mərkəzlərə təsir edərək azan sinir vasitəsilə qan damarlarına mənfi təsir göstərirlər, o cümlədən mədənin selikli qişasının kapilyarlarında kəskin spazm əmələ gətirərək gələcəkdə onların nekrozuna səbəb olurlar.

Patoqenezi-Ekzoqen və endoqen faktorların təsirindən qastroduodenal sisteminin funksiyalarının nizamlanması sinir-hormonal və yerli mexanizmlərin tərəfindən bir-biri ilə əlaqədar olan mürəkkəb sistem kimi pozulur.Belə vəziyətdə böyrəküstü vəzlərin qabığının qlukokortikoid funksiyası güclənir, və nəticə etibarilə mədə vəzlərinin sekresiyası ( hiperasid vəziyət, oyanmış mədə) və möhtəviyətinin zədələmə qabiliyəti kəskin artır. Seliyin ifrazı azalır, qoruyucu qabiliyəti aşağı düşür, selikli qişanın dözümlüyü zəifləyir, bununla da özünə məxsus deqenerativ-iltihablaşma proseslərinin sonralar isə toxumaların destruksiyası ( struktur pozğunluqu) və zəifləyən sahələrində xoraların əmələ gəlməsinə səbəb olur . Prosesin inkişafında mədə sekresiyasını gücləndirən , selikli qişanın dözümlüyünü aşağı salan , kapilyarların keciriciliyini artıran , bununla da mədə şirəsinin təcavüzgar təsirini artıran – histaminin böyük rolu var. Xəstəliyin patoqenezinin əsas mexanizm təsiri ondan ibarətdir ki mədənin selikli qişasının müqaviməti və onun möhtəviyətinin zədələyici qabiliyəti arasında geyri bərabərlik yaranır.Donuzlarda selikli qişanın səthi və dərin yaraları bir necə saat ərzində epiteli hüceyrələri ilə örtülərək sağalır.Əzələ təbəqəsinə catan yaralar isə 2-3gün, 3-4sm diametrində olan kəskin xoralar isə 2-3 həftə ərzində sağalırlar. Dərində yerləşən xoralar capığlar əmələ gətirərək təxminən altı -6 həftə ərzində sağalır. Uzun müddətli kedən xoraların dibi qaysağlanır, kənarları isə bərkiyir. Kəskin və aktiv kecən proses mədə qanaxmaları ilə mürəkkəbləşir, və orqanın divarının perforasiyasına ( deşilməsinə ) səbəb olur.



Simptomları Xəstəliyin başlancığında bəzən aydın bürüzə verməyən iştahanın azalması , bədənin normal temperaturunda kecən bir-birini əvəz edən ishal və qəbizlik və ya qısamüddətli subfebril qızdırma müşahidə edilir. Xəstə hehvanda üzgünlük , arığlama , məhsuldarlığın aşağı düşməsi və tədricən anemiya ( qanazlığı) başlayır. Mürəkkəbləşməyən xəstəlik əksər hallarda qeyri xarakterik olan kliniki əlamətlərlə kecir, bəzən simptomsuz, və ya heyvanların əksər qruplarında görünməyən . əlamətlərlə müşayət edilir. Südəmər dövründə buzovlarda xəstəlik kəskin və bir necə gün ərzində üzgünlük, kollaps və koma ilə kecir. heyvanlarda xəstəlik ceynəmənin pozulması, vaxtaşırı müntəzəm timpaniya, işkənbənin hipotoniyası , tez-tez qazların cıxması, , yem kütləsinin qaytarılması , vaxtaşırı peristaltikanın dayanması , nəcisin durulaşması ( bəzən boz-qara, və ya qara rənkdə olması), suvarılmadan sonra sancıvari ağrıların olması, müşahidə edilir. Sağ tərəfdən şirdan nahiyəsində aparılan dərin perkussiya və palpasiya heyvanda ağrı və narahatlığ hissləri yaradır .Südəmər coşkalarda mədənin selikli qişasının yaralanması və ulserasiyası , gostərilən ümümi simptomlardan əlavə , ağrı sindromu və görünməyən qan qarışığı qusma ilə müşayət olunur.Onlarda qan azlığı ( anemiya) qeyri tipik kecir. Anadan ayrılmış coşkalarda adaptasiya və ciddi dozalanmış yemlənmə dövründə başqa xəstəliklərlə mürəkkəbləşmə getmədikdə xəstəlik qeyri tipik kliniki əlamətlərlə kecir. Anadan ayrılmış iri coşkaların kökəltmə dövründə kliniki( aqrılı, xoralı) və funksional( hematoloji) sindromları birləşdirən –yaralı-xoralı qarışığlı sindromu müxtəlif əlamətlərlə bürüzə verir.Bunlardan əsasları: iştahanın olmağına baxmayaraq yemdən tez doyma , yem qəbulu zamanı və onsuz təkrar olunan narahatlığlardır. Xəstəliyin xarakterik əlamətləri qeyri adi(başını aşağı salır, belini qabardır, qabaq ayaqlarını qabaqa və yana cəkir) duruş vəziyəti, vaxtaşırı təcavüzlük, döş qıqırdaqı, qaqbırqa altı və qarın nahiyələrində aqrı hissiyətlərinin olması, eritrositlərin miqdarı azalmadan ECS artması, monositopeniya və neytrofillərin sadə reqenerativ tərpənişi və. s.dir. Nəcisdə gözlə görünməyən qan qarışığı xəstəliyin xarakterik əlamətlərindəndir. İtlərdə xəstəliyin gedişi əksər hallarda xroniki olaraq, hiperasid qastrit əlamətlərinin üstünlüyü ilə kecir.O biri heyvanlara nisbətən itlərdə xəstəliyin remissiya ( sönmuş) və kəskinləşmə dövrü daha aydın görünür və secilir.Xəstəlik kəskinləşdikdə ümümi vəziyəti pisləşir, arığlama gedir, məhsuldarlığı aşağı düşür, işlək qabiliyəti zəifləyir.Adətən yem qəbul etdikdən bir necə saat sonra qusma əlamətləri baş verir. Qusuntu kütlələri qan və öd qarışığlı olur. Qusmanı mədəni sol qabırqa altı nahiyədən dərin palpasiyası ilə yaratmaq olar , bələ hallarda ağrı hissiyəti daha aydın görünür. Mədə möhtəviyətinin ümümi turşuluğu, azad və birləşmiş xlorid turşusunun göstəriciləri xeyli artmış olur. Nazik və yöğun bağırsağların peristaltikası zəifləyir, tez-tez qəbizlik müşahidə edilir, kal qara rəngli olur. İri cinsli yaşlı itlərdə xəstəliyin kəskinləşməsi zamanı rentqenlə deşik simptomu aşkar olunur. Cavan heyvanlarda yaralı-xoralı qastritin ( abomazit) daxili qanaxma ilə mürəkkəbləşməsi, qəflətən kəskin anemiya ( qanazlığı) , əzələ titrəməsi , soyuq tər və kollapsla bürüzə verir.Belə vəziyyət bir necə saat və ya bir sutka ərzində ölümlə nəticələnir. Coşkalarda qan azlığı ( anemiya) sindromunun – (“farforlu” donuzlar ) zaman etibarilə əmələ gəlməsi mədə qanaxmasının intensivliyindən asılıdır.Bu mürəkkəbləşmə qan qusma və qara rəngli nəcisin ifrazı ilə müşayət olunur. Bəzi hallarda bu simptomlar itir, və heyvanın vəziyəti tədricən yaxşılaşır. Mədə xorası ilə xəstələnmiş ana donuzlarda qanaxma əksər hallarda doğuş vaxtı müşahidə edilir. Onlarda anemik sindrom 1-2gün müddətində əmələ gələrək , ölümlə nəticələnir. Zəif qanaxma adətən qeyri xarakterik əlamətlərlə kecir, ancağ birinci sutka ərzində qara rəngli nəcisin ifrazı aşkar olunur. Şirdanda divarın deşilməsi kəskin septisemiya , intoksikasiya və diffuz peritonit əlamətləri ilə müşayət edilir.Belə hallarda qarın boşluqunun punksiyasını apararkən alınan mayədə şirdan möhtəviyəti aşkar olunur. Donuzlarda perforasiya ( deşilmə) sindromu – iştahanın itməsi , baqırsaq peristaltikasının zəifləməsi , qusmanın dayanması , sakkado( kəsilən) tənəffüs, proteinuriya və kəskin septiki peritonitin simptomları ilə xarakterizə edilir.Balaca olab perforativ deşik tez bir zamanda bitişmə ( bağırsağlara və ya dalağa) prosesi hesabına bağlana bilər. Belə vəziyət yarandığda perforasiya və peritonit simptomları tədricən itirlər.

Patoloji –anatomiki dəyişirlikləri Buynuzlu heyvanlarda qusurluq şirdanın fundal və pilorik hissəsində, yaşlı və kökəltmədə olan donuzlarda yem borusu nahiyədə , coşkalarda isə mədənin fundal hissəsində yerləşir. Donuzlarda öncə yem borusu şöbəsinin selikli qişasının vəzisiz sahəsində hiperkeratoz ( keratinizasiya-buynuzlaşma) -əmələ gəlir. Əlverişli şəraitdə proses əks inkişaf edir və yarmada qeyd olunmur. Kəskin sürətdə inkişaf edən ulserasiya - səthi və dərin yaralar, kəskin, yarımkəskin , və xroniki pillələri kecir.Belə olan halda prosesə selikaltı əzələ təbəqələri , bəzən isə mədənin serozlu qişası qatılır. Yaralar adətən coxsaylı olur, cavan heyvanlarda müxtəlif kəskinli geniş sahələri əhatə edən iltihablaşmalar ola bilər. Xoralar isə böyüklüyü 1mm-10sm qədər, tək-tək və ya coxsaylı olur, Onların üzərində kənarları bərkimiş qərtmək olur. Xroniki xoralar capığlaşma vasitəsilə sağalır. Qanaxma verən dəri yara və xoralar turşduzlu hematinlə qəhvəyi rəngə boyanır, sağaldıqdan sonra da piqmentasiya qalır.Xəstəliyin gedişində mürəkkəbləşmə olduqdq mədədə qan , intensiv qanaxmada isə qan laxtaları aşkar olunur. Histoloji muayinələrdə selikli qişada distrofiya, nekroz, örtücü epiteli və vəz hüceyrələrinin ayrılması, kapilyar və xırda vena damarlarında qan durqunluqu ( staz) və serozlu ödemin inkişafı aşkar olunur.

Diaqnozu Mürəkkəbləşməmiş, ağırlaşmamış xəstəliyi müəyən etmək cətinlik törədir. Kliniki nöqtəyi nəzərdən dəqiq diaqnozu intensiv mədə qanaxmasında qoymağ mümkündür. Buzovlarda xəstəliyin kəskin gedişində , şirdanın punksiyası zamanı alınan mayedə qan qarışığı olur. Şirdan deşildikdə qarın boşluğundan alınan ( punktat) maye turş reaksiyalı olur. Coşka və iri anadan ayrılmış donuzlarda yara-zora sindromunu həmişə nəzərdə saxlamaq lazımdır. Diaqnozun dəqiqliyi mədənin zondlanması və möhtəviyətin muayinəsindən sonra daha da artır.Laborator , kaproloji testərdən ən böyük diaqnostik informasiya Qreqersonun benzidin sınağı verir. Bu adı cəkilən test nəinki mədə qanaxmasında , hətta selikli qışanın cartlaması və yaralarında müsbət reaksiya verir. Qastroskopiya usulu ilə ulserasiyanın mövcüdlüyünu və xarakterini , rentqenoloji usulla isə heyvanlarda orqanın divarındaki dəyişirlikləri və selikli qişanın funksiyasını müəyən etmək mümkündür. Diaqnozun qoyulmasında texxnoloji vəziyəti, kompleks və fermer təsərrüfatlarında xastəliklərin statistik məlumatları , patoloji –anatomik yarmanın nəticələri nəzərə alınmalıdır.

Proqnozu - ulseros prosesin kəskinliyi və xarakterindən , xəstəliyin mürəkkəbləşməsi və aqırlığından asılıdır. Mürəkkəbləşməmiş aqırlaşmamış xəstəlik zamanı donuzların kliniki sağalması , selikli qişadaki defektlərin( qusurların) sağalması müddətinə bərabərdir. Mədənin şiddətli qanaxması və divarının deşilməsi zamanı proqnoz şübhəli və əksər hallarda əlverişsizdir.



Mualicəsi Xəstələri –sahəsi böyük yemlənmə yerləri isə geniş olan dəzqahlara yeləşdirirlər , və burada xəstəlikləri eyni olan heyvanlardan qruplar yaradırlar. Maksimal dərəcədə təsir edə biləcək stress faktorları azaldılır, hec bir baytarlığ tədbirləri aparılmır. Mədə şirəsi və ifrazatını və turşuluğu artıran yemlər aradan cıxardırlar. Həzin aclığ pəhrizi təyin edilir. Verilən yem paylarının tərkibinə tam dəyərli , vitaminli , xəstənin fizioloji vəziyətinə uyğun yemlər əlavə olunur. Orqanizmin rezistentliyini ümümi və yerli metabolizmi artıran, muqavimətini və mədənin selikli qişasının reparativ( bərpa) proseslərini fəallaşdıran vasitələr təyin edilir. Mualicə sxeminə ağrıkəsici , antasid, xoraəlehi, mikrobəlehi, və antihistamin , ehtiyac olduqda isə büzüşdürücü və qankəsici və ya işləyici preparatlar salınır. İri buynuzlu heyvanlarda mualicə hiperasid abomazitlərin mualicəsi kimi aparılır.Buzovlara tam dəyərli üzlü süd , yumşaq ot, cəmən otu, və ya yonca unu , düyü həlimi , yumurtanın zülalının( ağının) məhlulu , və nişasta verilir. Qankəsici təsirə malik dərman bitkilərinin dəmləməsi və həlim formasında –dazıotu, qıcıtkan, bağlıcaotu ( kökü)20-25qr, pitrax( kökü) , quşəppəyi 15-20qr, boymadərən 5-7qr dozada verilməsi məsləhət görünür.Spazmilitik, mədə şirəsinin sekresiyasını azaldan , antasid və iltihabəlehi vasitələrdən xanımotu və onun preparatları təyin edilir.İri buynuzlu heyvanlara əzələ daxili və ya dəri altı atropin yeridilir, yemləmədən sonra daxilə maqnezium oksid( yanmış maqneziya) , maqnezium karbonat( aq maqnezium), kalsium karbonat ( təbaşir) ən yüksək terapevtiki dozalarla verilir. Natrium hidrokarbonat iki istiqamətli təsirinə görə ehtiyatla təyin edilir. Natrium hidroksid kolloidli ( hidroksal) yemləmədən 30 dəq. öncə gündə 2-3 dəfə50-100ml dozada verilir. Donuzlarda mualicə hiperasid qastritlərin mualicəsi kimi aparılır. Coşkalara süd və ya südəvəzediciləri, selikli həlimlər, xaşıl və başqa dietik yemlər verilir. Spesifik vasitələrdən selikli qişada reparativ ( bərpa) proseslərini fəallaşdıran , aqrıkəsici və antihistamin təsirə malik olan , ümümi və yerli rezistentliyi artıran metilmetionin sulfonium xlorid( vit U) istifadə edirlər.Bu preparatı yerli anesteziyaya malik olan ( anestezin 0.2-0.5qr, xanımotunun qatı ekstrakrı-şirəsi-0.05-0.5 qr), antibiotiklərlə, sulfanilamid preparatları ilə ( anestezinlə ziddiyətdədir) nitrofuranlarla və başqa antimikrob vasitələrlə ( kseroform 0.5-3qr, baliz-2, və ya B-2-2.5 ml\kq dozada) , adsorbent və büzüşdürücü( aluminium hidroksid-coşkalara0.5-2qr) preparatlarla uyğunlaşdırmaq lazımdır. Xəstə itlərə sakit yerdə şərait yaradılır, yarıaclığ pəhriz təyin edilir.Xəstənin yem payı südlü suplar, yarıcuyuq həlimlərdən ( yumurta, bitki və heyvan yaqları da qarışdırılır) ibarət olmalıdır. Turşuluğu azaltmaq məqsədilə xəstəyə yanmış maqnezium , aq maqnezium, maqnium peoksid0.2-1qr, natrium fosfat1-2qr, kalsium karbonat0.5-2qr dozada verilir. Antihistamin preparatlar təyin edilir. Xəstəlik zamanı mualicə məqsədilə sekresiyanı azaldan , qankəsici, iltihabəlehi, büzüşdürücü motədil antimikrob preparatları kimi , tanin preparatı və palıd qabıqı 1-5qr, baqlıcaotunun ( змеевика и кровохлебки) kökü 1-3qr, dazı otu 3-8qr dozada, dəmləmə və ya həlim formasında istifadə edilir. Bu məqsədlə Almaqel və Almaqel –A gündə 3-4 dəfə , vikalin və ya vikair gündə 3 dəfə 1-2tabl. , vit. U 0.5-1tabl( 25-50mq) dozada gündə 3-5 dəfə yemləmədən sonra , vikasol 1 tabl. (0.01qr) dozada gündə iki dəfə istifadə etmək olar. Ağrı sindromlarında Almaqel A preparatından başqa, anestezin0.1-0.3qr və ya bellastezin 0.5-1tabl dosada , gündə 3 dəfə məsləhət görünür.Mədə qanaxmasında daxilə və ya əzələ daxilinə 1% məhlulda 0.01-0.03qr dozada gündə 2 dəfə 5 gün müddətində vikasol yeritmək məsləhət edilir. Anemiya və ürək catışmamazlığı simptomları əmələ kəldikdə , mualicə tədbirləri bunlara uyğun aparılır.xəstəliyin mualicəsinin səmərəli və məqsədəuyğun olması hər –bir konkret vəziyətdə ayrıca həll edilir. Doquş zamanı mədə qanaxmaları ilə aşkar edilən ana donuzları , balalarını ayırdığdan sonra cıxdaş edirlər, əks halda kələcək doquşda xəstəlik residiv ( təkrarı) verərək ölümlə nəticələnə bilər. Bordağda olan heyvanların mualicəsi xəstəliyin mürəkkəbləşməsində məqsədə uyğun deyil.

Profilaktikası Öncə ulseroqen faktorların əsasən də stresslərin təsirinin qarşısı alınmalıdır. İnək , camış və ana donuzlara boğazlığın son dövründə , gündəlik mosion( gəzinti) təşkil olunmalıdır. Döqum və ondan sonraki dövrdə heyvanlara sakit şərait yaratmalı . Yeni doğulmuş heyvanlara kritiki (3-5 gün) və adaptasiya ( uyğunlaşma) dövründə baytarlığ, zootexniki və texnoloji tədbirlərinin minimuma endirilməsi məsləhətdir. Heyvanlar arasında qruplaşma bölqüsü apardığda , qruplara eyni yaş, və cəkidə olan heyvanları salmağ lazımdır. Ehtiyac olduğda neyroleptiklərdən istifadə edilməli. Bunları tərkibində vitaminlər, adaptoqenlər, və antimikrob vasitələri olan ( danidin, dalarqin, aminovit, və. b.) kompleks preparatları ilə birqə istifadə etmək olar.Əsas tədbirlərdən biri də heyvanların daimi tam dəyərli yemlərlə təmin edilməsinin təşkilidir.. Buzovlara ağız südü və süd( iri kazein laxtaları əmələ gəlməsin deyə ehtimalla) icirdilir. Qaba bitki və qarışığ qüvvəli yemlərə buzovları tədricən öyrədirlər.Cör-cöplu cox qaba yemləri, iri qılcığlı otları, dənli bitkilərin qılcığlı küləşinin yemləmədə istifadəsinə qadağa qoyulmalı. Südəvəzedicilər və əlavələrdən istifadə etdikdə turşumuş yaqların , tərkibində yağ turşuları cox olan yağların istifadəsi qəbul olunmazdır.İri heyvanlar ücün hazırlanmış yemlərin( kombikorm , silos) körpə heyvanlara yemləndirilməsi qəti qadağandır.Uzunmüddətli aclığ pəhrizini, mədə şirəsi və peptik aktivliyə malik ferment preparatlarını ancağ ehtiyac olduğda təyin etməli.Coşkaları erkən yaşlarından əlavə yemləməyə kecirdikdə tərkibində cox miqdarda narın üyüdülmüş qarğıdalı və buğda olan qarışığ qüvvəli yemlərin verilməsi ( hətta dənəvərləşmiş halda ) məsləhət görülmür. İki həftəliyindən coşkaların yem əlavələrinə vitamin –mineral, üc həftəliyindən sonra isə paxlalı otların unu , kəpəyi, ilə birgə üyüdülmüş vələmir, qarışığı vermək məqsədə uyğundur. Ana donuzların qarışığ qüvvəli yemlərinin ( kombikorm) tərkibində qarğıdalının miqdarı 30-40% artığ olmamalı. Kökəltmə sexlərində donuzların yem paylarına iri üyüdülmüş julaf və julaf kəpəyi ( qidalığına görə 25% qədər) iri üyüdülmüş arpa küləşi( 5-10%) yonca və ya ot unu daxil edilməli.Donuzların hər –bir yaş qrupunda mikroelementlərin və xorək duzunun qarışıq qüvvəli yemlərdə ( kombikorm) miqdarı ciddi nəzarətdə olmalı. Donuzlarda U-vit. istifadəsi böyük profilaktiki effektə malikdir.Körpə coşkalara bu vitamin anadan ayrılana kimi 12-15gün. müddətində 3-5mq\kq dozada südlə verilirQarışığ qüvvəli yemlərdə U-vit. miqdarı coşkalar ücün 0.005%, iri heyvanlar ücün isə 0.01% olmalıdır. Ana donuzlara 10-15 gün doğuma qalmış , 10 gün də doğumdan sonra vitamin 1.5mq\kq diri kütləyə dozada yemlə verilir. Ümümiyətlə bütün növ heyvanlarda xora xəstəliyinin profilaktikasında -əsas şərtlərdən biri yemlənmə və bəslənmənin ciddi baytarlığ nəzarətində saxlanmasıdır.

Qastroenterit - GASTROENTERİTİS,

Abomazoenteritis



Qastroenterit -mədə və nazik bağırsaqların iltihabı, onların müxtəlif dərəcədə struktur ( morfoloji) dəyişiklikləri və funksional pozqunluqları ilə xarakterizə edilən, həzmetmə prosesinin , immun cavabının pozulması və orqanizmin intoksikasiyası ilə müşaiyət edilən xəstəlikdir.Cavan heyvanlarda qastrit əksər hallarda adətən duodenit və eyunitlə birgə keçir. Xəstəliyə bütün növ və yaş qrupu heyvanlar , xüsüsən də cavan heyvanlar , yarım aylıq buzovlar və yemə keçmiş anadan 10-15 gün ayrılmış çoşkalar tutulur.Xəstəlik heyvanların 80-100% əhatə edə bilir. Vaxtında və düzgün aparılan mualicə tədbirləri öz səmərəsini verir.Xəstəlik xoş xassəli keçir və kütləvi ölum vermir.Xəstəliyin ağır keçməsi və kütləvi ölüm verməsinə , orqanların divarlarının bütün qişaları o cümlədən serozlu qişasının da prosesə qatılması səbəb olur.İltihablaşma mənşəyinə görə birincili ( müstəqil) və ikincili, lokalizasiyasına ( yerləşməsinə) görə səthi və dərin , ocaqlı və diffüz ( yayılmış), eksudatın xarakterinə görə -serozlu, kataral, hemorraqik, fibrinozlu, irinli, nadir hallarda isə ocaqlı alterativ (bağırsaqların əsasən oral hissələrinin selikli qişasının xoralanması) ola bilər.

Etioloqiyası - Cavanlarda xəstəliyin etioloji faktorlarının ( səbəblərinin) əsas qrupu , yeni doğulmuş heyvanların dispepsiyası və erkən dövrdə qastroenteritin səbəbləri ilə uyğundur.Xəstəlik heyvanı cürümüş kiflənmiş yemlərlə o cümlədən donuzları xarab olmuş balıq məhsulları , kiflənmiş mətbəx tullantıları ilə yemlədikdə , körpə yeni doğulmuş heyvanlara turşumuş süd, çirkab su içirtdikdə əmələ gəlir.Çoşkalarda , vaxtından əvvəl süddən ayırıb qaba yemlərin verilməsi , sussuz qalması, su əvəzinə sidik içməsi, sanitariya qaydalarının pozulması, və. b. qastroenteritin inkişafına təkan verir.Buzov və balaqların dispepsiyası çox vaxt şırdan və bağırsaqların dərin iltihabı ilə ağırlaşır.Belə hallarda xəstəliyin səbəbi mədə- bağırsaq şöbəsinin yuxarı hissəsində yerləşən orqanlarının, həmçinə qaraciyər və mədəaltı vəzin eksudativ və alterativ zədələnməsidir. Buna səbəb heyvana çoxlu miqdarda qaba yemlərin yemləndirilməsi, torpaq və qum qarışıqı yemlərin verilməsi, habelə vitamin və mineral çatışmamazlıqıdır. Selikli qişanın zəhərli yemlərlə və mexaniki təsirdən zədələnməsi , uzun müddətli qastroenteritlərə səbəb olur. Çoşka və cavan donuzlarda qastroenteral sindromla keçən xəstəliklər ,əmələ gəlməsinə görə defisitar, intoksikasion, endokrin və allerqik ola bilər. Defisitar faktorlar Içərisində selikli qişalarda mitotik və reperativ prosesləri aktivləşdirən və tənzimləyən vitamin və başqa bioloji aktiv maddələrin çatışmamazlıqı böyük əhəmiyyət kəsb edir. Alimentar və endoqen intoksikasiyalar əsas və aparıcı etioloji faktorlar hesab edilir,çünki selikli qişanın morfofunksional dəyişikliyi nəinki toksinlərlə bilavasitə kontaktda olduqda və onların sorulmasında , hətta mədə-bağırsaq daxilinə ekskresiya etdikdə baş verir. İri maldarlıq təsərrüfatlarında , heyvanlara çoxsaylı və güclü stress təsiri ilə əlaqədar, endoqen təsirli faktorlar xüsüsi əhəmiyyət kəsb edirlər. Bu qrup faktorlar içində buzovlarda qalxanabənzər vəzin hipofunksiyası , müstəqil (sərbəst) əhəmiyyət kəsb edir. Allerqik pozuntular əsasən alimentar antiqenlərin sensibilləşdirilməsi nəticəsində əmələ gəlir. Südün liofil qurudulmasında şəkərnən lizosimin birləşməsi nəticəsində əmələ gələn qlikoproteidlər yüksək aktivliyə malikdirlər. Yaşlı heyvanlarda qastroenteritin əmələ gəlməsinin səbəbləri qrupunda həzmetmə orqanlarının ( nadir hallarda şırdanın ) autoimmun zədələnmələri xüsüsi əhəmiyyət kəsb edirlər. Anaların südündə həzmetmə orqanlarının antiqenlərinə qarşı autoantitellərin mövcüdlüyü , və eyni vaxtda cavan heyvanların immunodefisiti dispepsiya ilə xəstələnmənin qastroenteritə cevirilməsi riskini daha da artırır. Mədə və bağırsaqların zədələnməsi ilə keçən kütləvi xəstəliklər - qarışıq yemlərin , premiks və əlavələrin , yem konservantlarının , ət- süd, şəkər , spirt, balıq , konserv , yağ və başqa emal sənaiyəsi müəsisələrinin qalıqları və həmçinə yem tullantılarının texnoloji hazırlanması , nəzarət və yemlənməsinin pozuntuları zamanı ola bilər.Mədə və bağırsaqın iltihabı bəzi dərman preparatlarının düzğün istifadə olunmaması zamanı baş verir. Mineral və bitkilərlə zəhərlənmələr , şua xəstəliyi, bəzi infeksion və invazion xəstəliklər qastroenterit sindromu ilə bürüzə verir. Yaşlı və arıq heyvanlarda selikli qişaya uzunmüddətli və tez-tez təkrar olunan təsirlər –qastroenteritin xroniki gedişinə səbəb olur.Donuzlarda ağız boşluqu və yem borusunun , gövşəyənlərdə isə mədə önlüklərinin , qaraciyərin, mədəaltı vəzin xəstəlikləri , müxtəlif etioloqiyalı kolitlər , prosesin zəif gedişinə səbəb olur. Xəstəlik bəzi hallarda kəskin prosesin qeyri səmərəli mualicəsində uzanır. İkincili qastroenterit bağırsaqların tutulması ( ximostaz, kaprostaz, invaqinasiya , bağırsaq damarlarının trombozu ) nəticəsində əmələ gəlir.Bundan başqa qaramal, donuz, və itlərin infeksion və invazion xəstəlikləri( qara yara, taun və. b.) qastroenterit əlamətləri ilə davam edir.

Patoqenezi - xəstəliyi törədən amillər mədə və nazik bağısaqların selikli və başqa qişalarının qıcıqlanması və hiperemiyasına səbəb olurlar. Reflektor olaraq bu orqanların funksiyaları o cümlədən sekretor və mator funksiyaları pozulur, mədə və bağırsaq boşluqlarına zülallarla zəngin eksudat toplanır, seliyin miqdarı artır. Törədici amillərin təsiri uzun müddətli əsasən də ceynəmə və selik azlığı ilə əlaqədar olduqda , yem parçalanaraq qıcqırmaya uğrayır, və sirkə, süd , yağ, turşularının və başqa qıcıqlandırıcı maddələrin əmələ gəlməsinə səbəb olur.Bunlar reflektor olaraq qusma mərkəzini qıcıqlandırır və qusmaya səbəb olur. Eyni vaxtda mədə və bağırsaqların müxtəlif dərəcədə , əsasən də kataral iltihabın əmələ gəlməsinə səbəb olur. Toksiki maddələrin qana keçməsi orqanizmdə qızdırma əmələ gətirir.Nazik bağırsaqların fəaliyətinin funksional dəyişməsi - membran həzmetməsinin əsas strukturu olan bağırsaq epitelisinin pozulması nəticəsində baş verir.Yem maddələrinin tam parçalanmayan məhsulları , mikroorqanizmlərin toksinləri ilə birgə nazik bağırsaqların və mədənin iltihablaşmış selikli qişasını qıcıqlandıraraq ,onların peristaltikasını gücləndirir , qana sorularaq ümümi bədən temperaturunu ( hərarətini) qaldırır , orqanizmin intoksikasiyasına ( zəhərlənməsinə) səbəb olur.Bağırsaqlarda üstünlük təşkil edən mikrofloranın növündən ( qrammüsbət, qrammənfi) və bunun əsasında əmələ gələn dizbakteriozdan asılı olaraq , əmələ gəlmiş katarlar( qıcqırma prosesləri üstünlük təşkil edirsə-qrammüsbət mikroflora) - turş, ( çürümə prosesləri üstünlük təşkil edirsə-qrammənfi mikroflora) və ya -qələvi ola bilər. Peristaltikanın güclənməsi sorulma proseslərini zəiflədərək mayenin mədə-bağırsaqa eksudasiya və transsudasiyasını gücləndirir və diareyanın ( ishalın) əmələ gəlməsinə səbəb olur. Bu isə öz növbəsində orqanizmin susuzlaşmasına ( alqid vəziyyət) , müxtəlif orqan və sistemlərin əsasən də ürək-damar sisteminin fəaliyətinə , qaraciyərin piqment və baryer funksiyasına , mədəaltı vəzin fəaliyətinin pozulmasına gətirib çıxarır. Bağırsaqların əmələ gəlmiş spazması , ağrılara səbəb olur.Yerli və ümümi pozuntuların inkişafı- mədə və bağırsaqların selikli qişası və qan damarlarının birincili zədələnməsinin xarakterindən asılıdır.Orqanizmdə gedən pozuntuların aqırlıqı orqanlar və sistemlərdə gedən iltihabı reaksiyaların intensivliyindən , dizbakteriozun dərinliyindən və autointoksikasiyanın gücündən , eləcədə orqanizmin ümümi rezistentliyindən və qastroenteral sistemin homeostazından asılıdır. Qastroenteral sistemin əsas funksiyalarınıın pozulmasının patoqenezində ən böyük əhəmiyyət kəsb edən faktor - mədənin selikli qişasının turş ifrazatı funksiyasının zəifləməsidir ( azalmasıdır).Katar zamanı mədə və bağırsaqların sekretor-fermentativ və sorulma funksiyalarının dəyişkənliyi cüzidir, və transsudatın ayrılması və bunların vasitəsi ilə azad xlor turşusunun birləşməsi hipoasid vəziyəti daha da ağırlaşdırır . Orqanizmdə zəif bakteriostatik və bakterisid aktivli mühit yaranır. Belə bir mühitdə PH göstəricisinin yüksəlməsi , pepsinin proteaza və peptidaza aktivliyini zəiflədir, və bunun nəticəsi olaraq bağırsaqlara hidroliz olunmamış zülallar daxil olur.Bağırsaq möhtəviyyətinin ( ximusun) turşuluğunun aşaqı düşməsi , orqanın isə zəif reaktivliyi mədəaltı vəzin ifrazat funksiyasının zəifləməsinə və bununla da daxili ( boru) və divar həzminin pozulmasının dərinləşməsinə səbəb olur. Çürüntülü və qıcqırma proseslərinin üstünlüyü ilə keçən dizbakterioz əmələ gəlir. Orqanizmdə iltihabı və distrofik prosesləri gücləndirən və dəstəkləyən toksiki maddələr əmələ gəlir. Bunun nəticəsi olaraq bir neçə gün bəzən isə saat ərzində , maddələr mübadiləsinin , toxumaların qidalanmasının , qaraciyərin , mərkəzi sinir sisteminin , və ürək –damar sisteminin dərin pozqunluqları ilə nəticələnən intoksikasiya əmələ gəlir. Bağırsaqlarda peristaltikanın güclənməsi nəticəsində sıyıq möhtəviyyətin sürətlə irəliləməsi , və eyni vaxtda sorulmanın pozulması , qida maddələrinin ( əsasən də zülalın , elektrolit və suyun ) böyük itkisinə səbəb olur, və nəticə etibarilə orqanizmin dehidratasiyasına , turşu-qələvi müvazinətinin pozulmasına , və metabolik asidozun əmələ gəlməsinə gətirib çixarır. Körpə kənd təsərrüfatı heyvanları üçün ən təhlükəli vəziyyət hipoqlikemiyanın əmələ gəlməsidir. Bağırsaqlarda selikli gişaların dərin pozuntuları , onun baryer funksiyasının zəifləməsinə və bununla da qan divarına mikroorqanizmlərin və zülalların keçməsinə səbəb olur.Bu nəinki əsas xəstəliyi ağırlaşdırır , hətta xarakteri və ağırlıqına görə müxtəlif pozuntular əmələ gətirə bilər.

Simptomları Mədə və nazik bağırsaqların iltihabı proseslərdə bütün növ heyvanlar üçün ümümi və daimi olan əlamət-iştahanın azalması, yemdən imtina etməsi, və gövşəmənin zəifləməsi ilə yanqının başlanmasıdır. Xəstəliyin bürüzə verməsi və gedişi , iltihabın xarakterindən , mədə-bağırsaqların prosesə uğrama dərəcəsindən , heyvanın növü və yaşından asılıdır. Kataral, hemorraqik və eroziv-xoralı qastrit ( abomazit) nəticəsində əmələ gəlmiş enterit zamanı , xəstəliyin əsas simptomlarına mötədil yanqı , qısa müddətli və ya davamlı temperatur yüksəlməsi , inək və atlarda sancı şəklində ağrı sindromunun davamlı bürüzə verməsi əlavə olunur. Donuzlar zığıdayaraq başlarını dəşənəkdə gizlədir. Inəklər zarıyaraq narahatçılıq hissi keçirirlər, quyruqlarını bulayırlar, qarınlarını təpikləyirlər , itlər süst düşərək yatırlar, çoşkalar uzun müddət bir yerə yığışaraq adətən qızdırıcı lampalar altında qruplaşırlar. Bağırsaqların peristaltikası ( təqəllüsetmə qabiliyyəti) güclənir, kalın miqdarı artır, və sıyıq olur. Bəzi hallarda tərkibində selik, qan laxtaları, həzm edilməmiş yem qırıntıları görünür, və oliquriya əmələ gəlir.İshalın əmələ gəlməsindən 18-24 saat əvvəl büzovlarda birincili ( müstəqil) qastroenterit, iştahanın azalması bədənin subfebril temperaturu ( hərarəti) , burun ayəsinin quruması , apatiya və hələki çox miqdarda normal nəcisin ifraz olunması ilə bürüzə verir. Diareya başladıqda nəcis sulutəhər ( siyıq) , ağ-sarı, və ya ağımsoy, selik, irin, fibrin , bəzən də qarışıqlı olur. Xəstə heyvanın iştahası tam kəsilir, bürüzə verən yanqı və qusma əlamətləri baş verir, bu isə öz növbəsində mədənin dərin iltihabından xəbər verir , belə hallarda mötədil timpaniya əmələ gəlir. İntiksikasiya və dehidratasiyanın əmələ gəlməsi ilə birgə xəstənin nəbzi tezləşir, və zəifləyir, tənəffüs tezləşmiş və səthi olur. Hipertermiya baş verir, əvvələr soporoz sonra isə komatoz vəziyyət yaranır, belə hallarda heyvan ölə bilər. İnəklərin süd məhsuldarlıqı azalır, temperaturu 40-41C qədər yüksəlir, ümümi vəziyəti süstləşir, bəzən sancılı narahatlıq başlayır. Ürəyin vurqusu və tonları güclənir, nəbz tezləşir, bəzən aritmiya müşahidə edilir. Xəstəliyin başlancığında max. qan təzyiqi yüksəlir, sonralar aşağı enir.Bağırsaqların peristaltikası güclənir, peristaltika səsləri hündürdən eşidilir, intoksikasiya başladıqda zəifləyir, defekasiya aktı tezləşir.Xəstəliyin əvvəlində nəcis çox , sonralar xəstəliyin ikinci dövründə isə az miqdarda ifraz olunur. Nəcıs duru pis iyli , yapışqanvari konsistensiyalı olur, həzmolunmamış yem qırıntıları və selik qarışıqlı olur.Hemoroji xassəli iltihab zamanı nəcisə qan qarışaraq ona tund-qırmızı rəng verir. Sənayə texnoloqiyası ilə yetişdirilən çoşkalarda adaptasiya və yaşla əlaqədar immun çatışmamazlıqı dövründə , xəstəlik xoşxassəli , keçir və vaxtında aparılan tədbirlər2-3gün müddətində xəstəliyin əlamətlərini aradan götürür.Xəstəlik bu heyvanlarda apatiya , mötədil yanqı, iştahanın azalmasıvə diareya ilə bürüzə verir.Nazik bağırsaqların peristaltikasının güclənməsi bağırsaq və mədənin mötədilağrıları , bədən temperaturunun qısa müddətli artması müşahidə edilir, qusma nadir hallarda olur. Vaxtında və səmərəli aparılmayan mualicə və texnoloji tədbirləri xəstəliyin kataral-hemorroji və qastroenteritin başqa formalarına kecməsinə səbəb olur.Bu zaman xəstənin orqanizmində intoksikasiya və susuzlaşma prosesləri dərinləşərək, heyvanların küllü miqdarda ölümünə səbəb olur. Xəstəliyi əmələ gətirən səbəblərin təsiri gücləndikdə heyvanlarda süstlük artır, bağırsaqlarda vaxytaşırı olaraq spastik ağrılar əmələ gəlir, heyvanlarda müxtəlif dərəcədə narahatlıq baş verir . Bədənin hərarəti 1-1.5 artır, əzələlərin fibrillyasiyası ( titrəməsi) müşahidə olunur.İştaha və çeynəmə kəskin sürətdə azalır və itir, gəyirmə əmələ gəlir, bəzi hallarda qusma və yanqı müşahidə edilir. Heyvanın məhsuldarlığı və işkuzarlığı azalır, xarici qıcıqlanmalara qarşı reaksiya zəifləyir.Ürək vurquları və tonları güclənir, nəbz tezləşir, qeyri müntəzəm ekstrasistoliya və paraksizmal taxikardiya əmələ gəlir. Tənəffüsün tezliyi və ritmi dəyişkən olur, vaxtaşırı tənknəfəslik və qarışıq tənəffüs müşahidə olunur. Xəstəliyin kəskin fazasında işkənbənin təqəllüsetmə qabiliyəti zəifləyir, nazik bağırsaqların peristaltikası kəskin güclənirvə peristaltika səsləri hündürdən eşidilir. Cavan və xırda heyvanlarda palpasiya apararkən mədə və bağırsaqlarda ağrılar, perkussiya apararkən isə bəzən meteorizm aşkar edilir. Bu usullarla qaraciyərin böyüməsi və ağrılı olmasını aşkar etmək olar .Qastroenteritin tipik əlamətləri –şiddətli ishal və xəstəliyin başlancığında nəcis ifrazının kəskin artmasıdır. Kalın fiziki- xassələri tərkibində müxtəlif qarışıqların olması və onların xarakteri , selikli qişanın iltihabının formasından asılıdır. Hemorraqik, difteritik və eroziv-xoralı enteritlər zamanı onlar müxtəlif dərəcədə qırmızımtıl olurlar. Kaproloji əlamətlərdən- bağırsaq həzmetməsinin çatışmamazlığı sindromu üstünlük təşkil edir.Butun bunların hamısı susuzlaşmanın , kaxeksiyanın ( arıqlamanın) , ürək çatışmamazlığı və depressiyanın nisbi kəskin inkişafı ilə müşaiət edilir.Xırda heyvanlarda qarın divarından , iri heyvanlarda isə düz bağırsaqdan palpasiya edərkən bağırsaqların ağrılı olması , qaraciyərin böyüməsi , işkənbənin yünkül meteorizmi –diqqəti cəlb edir. Mədənin sekretor fəaliyəti kəskin sürətdə zəifləyir, sidik ifrazı seyrəlir ( oliquriya) , xüsüsi çəkisi artır. Otyəyənlərdə oliquriya fonunda sidiyin reaksiyası neytral və ya turş olur, tərkibində zülal və albumoz, çöküntü və leykositlər, böyrək və böyrək ləyəni hüceyrələri, silindrlər, və bəzən eritrositlər tapılır. Qanın muayinəsində formalı elementlərin miqdarı və hemoqlobinin konsentrasiyası artır, EÇS ləngiyir, qan serumunda bilirubinin miqdarı artır, birbaşa reaksiya əsasən müsbət olur. Beləliklə qastroenterit zamanı bütün növ heyvanlar üçün ümümi və daimi olan əlamətlər-iştahanın azalması, və bəzən tam yemdən imtina etməsidir. Heyvanlarda məcaz pozulur ,onlar müxtəlif cismləri yalayır, və saqlam vaxtı yemədiyi yemləri, müxtəlif əşyaları yeyir və yalayır, xəstədə “Yalama sindromu” əmələ gəlir.Elektrolitlərin əsasən də qusmalar nəticəsində itirilməsi yanqıya səbəb olur. Qaraciyərə mədə-bağırsaq şöbəsinin iltihablaşması ( zədələnməsi) nəticəsində toksiki maddələrin daxil olması , bu orqanın fəaliyətini pozur və x əstənin ağızından pis iy gəlir.Müxtəlif heyvanlarda xəstəlik əsnəmə, başının uzatması , üst dodaqın qalxması, gəyirmə və. s. əlamətlərlə ( qastroenteral sindrom) bürüzə verir. Bu sindrom atlarda əsasən beş xarakterik simptomlarla daha aydın bürüzə verir.

1-Vaxtaşırı əsnəmə.Atlar vaxtaşırı ağızlarını geniş açaraq əsnəyirlər.Həsab olunur ki bu proses -reflektor olaraq patoloji dəyişirilmiş mədə sahəsindən gələn impulsların ağızda olan sinir-əzələ strukturları nahiyəsinə təsirinin nəticəsidir.

2-Vaxtaşırı olaraq üst dodaqın qalxması –patoloji ocaqdan gələn impulsların üst dodaqın əzələlərinə olan təsirin nəticəsidir.

3- “Nasos” – “Damaq şişi” üst damaqın ödemindən əmələ gələn şişdir.Bu şişlər-patoloji mədədən gələn sinir oyanmalarının təsiri nəticəsində əmələ gələn prosesdir. ( dəyişiklikdir)

4-Dilin üzərində boz ərplərin əmələ gəlməsi, iştahanın zəif və ya heç olmamasından xəbər verir.

5-Ağız boşluqunun selikli qişasının saralması-ödün öd kisəsində və ya öd axarlarında durqunluqu , onikibarmaq bağırsaqın selikli qişasının iltihablaşması və öd axarının daralması nəticəsində əmələ gəlir ( Mexaniki sarılıq). Xırda heyvanlarda qarın boşluqu nahiyəsinə yünkül təzyiq etdikdə aqrılar müşahidə olunur. Patoloji prosesin yünkül formalarında , bağırsaqların peristaltikası güclənir, ağır formalarında isə reflektor olaraq zəifləyir, və ləngiyir, nəcis bərkiyir. Bəzən qaraciyərin zədələnməsi nəticəsində ümümi süstlük , ümümi hərarətin artması, və sarılığ əlamətləri ola bilər. Qastroenteritin ağır formalarında –krupozlu, irinli, hemorroji, , fleqmonozlu xüsüsən də kolitlə ağırlaşdıqda , kliniki görüntülər müxtəlif ola bilər.

1-Düz bağırsaqın xaricə çıxmasına səbəb olan sidik buraxma, gücənmə ilə müşaiyət olunan defekasiya aktları pozası ( duruşu).

2-Bağırsaqların peristaltikası güclənir, bağırsaq küyləri davamlı olaraq , heyvanın yanında durduqda belə eşidilir. Kalda küllü miqdarda həzedilməmiş yem qırıntıları görünür.

Xəstəlik uzun müddət davam etdikdə , heyvanın qarını çəkilir, aclıq çuxurları batır, bağırsaqların spazması nəticəsində sancı əlamətləri müşahidə edilir. Xəstəliyin əvvəlində iştaha artır, sonunda isə azalır, ya tam kəsilir, adətən bu zaman yanqı güclənir. Ağır hallarda heyvanın ümümi süstlüyü , çox yatması, temperaturun 40C –qədər qalxması, müşahidə edilir, vaxtında mualicə tədbirləri görünməsə proses ağırlaşır, intoksikasiya güclənir, bəzən soporoz və komatoz hal müşahidə edilir. Tüklər öz parlaqlarını itirir, dərinin elastikliyi pozulur, əzələlər tonusdan düşür, və anusun sfinktoru boşalır, bədən temperaturu aşaqı düşməklə ətraflar, qulaq və burun soyumaqa başlayır, adətən belə hallarda heyvan ölür.

Patomorfoloji dəyişiklikləri – Heyvanın cəsədi arıq olmaqla , göz almacıqları göz cuxuruna batmış olur. Mədə və bağırsaqların selikli qişası tam və ya əsasən iltihaba uğramış olur. İltihabı prosesin xarakterini selikli qişanın vəziyəti və ya orqanların möhtəviyəti formalaşdırır.Bağırsaqların möhtəviyəti əksər hallarda küllü miqdarda selik bəzən isə qan qarışıqlı cuyuq və bulanıq olur. Cavan heyvanlarda möhtəviyət çox miqdarda hüceyrə elementlərinin qarışması nəticəsində -düyü həlimini xatırladır. Orqanların divarları qalınlaşmış , selikli qişa solqun, şişkinli , qırmızımtıl, qatlaşmış, nöqtəvari qan saqıntıları ilə səpələnmiş görünür. Selikli qişalar qatlaşmış, ağırlaşmış, yarımduru , serozlu-selikli, bəzən isə serozlu-irinli təbəqə ilə örtülmüşdür. Bunların hamısı kəskin kataral iltihab üçün xarakterik olan əlamətlərdir. Hemorroji iltihablaşma bundan başqa selikli qişaların qırmızımtıl rəngdə çoxsaylı xətləşmiş və ya yayılmış qansızmaları ilə xarakterizə edilir. Selikli qişa ödemli və yumşalmış olur. Mədə və bağırsaqların möhtəviyəti qanlı maye ilə qarışmış olur. İltihablaşmanın başqa formaları nadir halda olur. Selikli qişanın mikroskopiyası örtuyücü epitelinin ( enterositlərin) və vəz axarları epitelinin dehenerasiyası və birləşdirici toxumanın infiltrasiyasından xəbər verir. Elektron mikroskopiya zamanı hüceyrə membranlarının strukturlarının pozulması aşkar olunur. Nəcis kütlələri cuyuqlqşmış ya cuyuq olmaqla üfünətli iy verir.

Diaqnoz və təfriqi diaqnozu Anamnez məlumatları , kliniki simptomları və xüsüsi muayinə usullarının nəticəsinə əsaslanaraq qoyulur. Xəstələrin ən xarakterik əlamətləri –xəstənin iştahasının zəifləməsi , bəzən tam yemdən imtina etməsi , məcaz pozqunluqu “ Yalama”-sindromu, qusma, əsnəmə, boğazlarını çəkib başlarını uzatma , üst dodaqın qalxması, gəyirmə , üst damaqın şişi,” Nasos” və stomatitdir.Xırda heyvanlarda qarın divarından , iri heyvanlarda isə düz bağırsaqlardan palpasiya edərkən-bağırsaqların ağrılı olması, və qaraciyərin böyüməsi müəyyən edilir.Kəskin və cuyuq ( duru) ishal nəticəsində , orqanizmdə su azaldığı uçun qanda eritrositlər, və leykositlərin sayi çoxalır , hemoqlobin və bilirubinin miqdarı artır, birbaşa reaksiya müsbət olur, sidik ifrazı seyrəlir (oluquriya) .Diaqnostikada mədə-bağırsaq möhtəviyətinin muayinəsi vacib amillərdən biridir.Xəstəliyin qəflətən baş verib sürətlə inkişaf etməsi, ishal, sancı, ümümi süstlük və zəiflik , və sinir pozuntusu kimi əlamətlərlə müşaiyət olunması diaqnozun təyinində vacib şərtlərdən hesab olunur. Təfriqi diaqnostikada taun, paravərəmli enterit, askaridoz, və sancı simptomokompleksləri ilə müşaiyətedilən xəstəlikləri nəzərə almaq lazımdır.

Gedişi və proqnozu İri heyvanlarda və əsasən də cavanlarda qastroenteritin ağır formaları çox sürətlə inkişaf edərək 2-3 gün ərzində ölümlə nəticələnir. Xəstəliyi əmələ gətirən səbəblər aradan götürüldükdə birincili ( müstəqil) formada inkişaf edən qastroenterit, tez keçərək 5-7 bəzən isə 12-15 gün ərzində sağalmaqla nəticələnir. Xəstəliyin başqa ağırlaşmış formalarında proqnoz şübhəli və ya qeyri əlverişli olur. Xəstəlik uzunmüddətli olduqda hepatit, hepatoz, nefrit və başqa pozuntularla ağırlaşır.Bəzi hallarda xəstəliyin residivi və kəskinləşməsi əmələ gəlir. Xəstəlik keçirmiş cavan heyvanlar çəki və boyda qeri qalaraq , iri heyvanlar isə məhsuldarlıqını itirərək və ya azaldaraq gələcəkdə çıxdaş olurlar.

Mualicəsi -Mualicəyə xəstəliyi əmələ gətirən səbəbləri aradan götürmək üçün tədbirlər aparılır. Xəstə heyvanları sürüdən ayıraraq ayrı saxlayır və 1-2sutka aclıq pəhrizi təyin edirlər.Su istənilən qədər verilir. Mədə -bağırsaqlarda toplanıb qalmış toksiki maddələri xaric etmək üçün tez bir vaxtda , qlauber duzu , gənə-gərçək yağı, purqen və başqa yumşaldıcı vasitələrdən , heyvanın növü və yaşına uyqun dozalarla istifadə edilir.Yumşaldıcı vasitələrdən sonra , dezinfeksiya edici, buruşdürücü və bürüyücü preparatlar istifadə edilir. Zəhərli məhsulları kənar etmək məqsədilə donuzlara 0.01-0.02 qr, itlərə 0.002-0.003qr apomorfin inyeksiya edilir.İşlətmə preparatlarından qaramala 300-700qr, ata 200-500qr, donuza 30-50qr maqnezium sulfatın 4% məhlulunun verilməsi məsləhətdir. Effektli bürüşdürücü vasitələr müxtəlif növ bitki mənşəli preparatlardır. Bunlardan ən çox istifadə edilən –palıd qabıqı , məşə gilası, bağayarpaqının yarpaqları, sincanotu, andız, qaragilə meyvələri, əvəlik, adi qaraqınıq, adi dazı, qızılağac, boymadərən, və çoxyarpaq daq tərxununun həlimləridir.Dezinfeksiyaedici vasitələrdən titrləşmiş antibiotiklər, sulfanilamid və nitrofuran preparatları istifadə edilir.Mədə və bağırsaqların selikli qişasının iltihabında bürüyücü vasitələrdən –daxilə düyü, arpa, və ya vələmir həliminə qlukoza , ixtiol, salol qarışdırılaraq və yaxud belə həlimin hər bir litrinə 2-3yumurta çalıb( iri heyvanlara 2-2.5 litr, xırda heyvanlara 200-500ml gündə 2-3 dəfə) verilməsi yaxşı nəticə verir. Ehtiyac olduqda mədəni 1% NaCl və ya natrium hiqrokarbonat yaxud 0.04% kalium permanqanat məhlulu ilə yuyurlar. Yumşaldıcı vasitə kimi itlərdə gənəqərçək yaqının istifadəsi daha məsləhətdir. Güclü qıcıqlandırmaya və yoqun bağırsaqlarda yumşaldıcı xassəyı malik olan preparatlardan qəti istifadə etmək olmaz ( fenolftalein , murdarça qabığı)Xəstələrə antibiotik , sulfanilamid preparatları , nitrofuran və onların kompleksbirləşmələri ilə mualicə kursu yəyin edilir. Bu preparatlardan geniş spektrli antimikrob aktivliyinə malik olan və bütün növ körpə və cavan heyvanlarda istifadə edilən preparatlardan-furaksin, trimetosul, trimerazin, tribrissen( oriprim) və. b. göstərmək olar.İri buynuzlu cavan heyvanlara ftazofur sutkada iki pastilka , heyvan saqalana qədər verilir, ftasin 0.2-0.3 qr/kq sutkada 1-2 dəfə verilir. Cavan donuzlara yemlə qrup şəklində nifulin , biofuzol və furabisin 5 kq-1000 kq yemə dozada 5-7 gün müddətində verilir. Bu forma və həmin dozada 4-dörd aylığa qədər olan çoşkalara emqal preparatı verilir . Bundan başqa dezinfeksiyaedici və dizbakteriozu ləğv edən dərman preparatlarından( atlarda 3-10 qr, inəklərdə 5-15, qoyunlarda 2-5, donuzlarda 1-3, itlərdə0.3-1 qr dozada ) kseroform, ixtiol, salol, və .b. istifadə etmək olar.Ağrı sindromları zamanı ağrıkəsici preparatlar : analqin və anestezin

( itlərə -bellastezin) təyin edilir.Həlim və dəmləmələr şəklində dərman bitkiləri və onların qarışıqından –dazı, boymadərən, qıcıtkan, mayaotu (soplodiya), solmazçiçəyi, və. b. istifadə edilir. Eyni vaxtda , bunlarla birgə ağrıkəsici xassəyə malik olan U-vit ilə mualicə kursu aparılır. Eqər 2-3 gün ərzində diareya simptomu keçmirsə ( hemorroji qastroenterit zamanı tipik əlamətlərin əmələ gəlməsindən dərhal sonra), büzüşdürücü və qankəsici vasitələrdən: vismut, tanin, vikasol preparatları ( daxilə və əzələdaxilinə -iri buynuzlu heyvanlara 0.1-0.3, itlərə 0.01-0.03qr dozada gündə 2 iki dəfə) yeridilir. Hemorroji iltihablaşmanın əlamətləri kəskin şəkildə bürüzə verirsə , iri buynuzlu heyvanlara v/d 10% kalsium xlorid yeridilir. Bağırsaqların meteorizmi və spazması zamanı kəskin ağrılar olduqda yuxarıda göstərilən ağrıkəsicilərdən və atropin preparatından terapevtiki dozalarla istifadə edilir. Orqanizmdə intoksikaiya və susuzlaşmanı aradan götürmək üçün v/d və ya qarın boşluğuna qlukoza və natrium hiqrokarbonatın məhlulu ( hipertonik rehidratasion məhlullarını-v/d, və ya natrium xloridin izotonik məhlulunu v/d və ya qarın boşluquna ) yeridilir.Ürək çatışmamazlıqı simptomları zamanı, ona uqun mualicə tədbirlərinin aparılması məsləhət görünür. Eyni vaxtda kimya və fitoterapiya ilə əvəzedici və stimuledici terapiya vasitələrindən , o cümlədən vitaminlərdən( xüsüsən də C vit), fermentlərdən , zülal preparatlarından və hidrolizatlardan , amin turşularından istifadə edilir. Dispepsiya və dizbakteriozun qabarıq bürüzə verməsi formalarında xəstələrə mədə şirəsi , xlorid turşusunun məhlulları , pepsin preparatları , körpələrə ABK və PABK, , asidofil süd və ayran verilir. Xəstəliyin əsas əlamətlərinin ləğvindən sonra 2-3gün dieto və vitaminoterapiya davam edilməlidir. Sonralar xəstə heyvan tədricən adi rejimə keçirilir. İştaha zəif olduqda , acılardan istifadə edilir. Xəstəliyin xroniki keçən formalarında dieto, vitamino, və stimuledici terapiyanıdavam edirlər. Orqanizmin susuzluqunu ( alqid vəziyyəti) aradan götürmək məqsədilə patoqenetik terapiya ( vena daxilinə , qarın boşluğuna , dərialtına və daxilə NaCl, qlukoza, Rinqer və Rinqer-Lokk məhlulları yeridilir) usulundan istifadə edilir. vena daxilinə və qarın boşluqu novokain blokadası yaxşı effekt verir.Əzələlərin spazması və mədə-bağırsaq ağrılarını aradan göturmək məqsədilə , spazmolitik və ağrıkəsici dərman preparatlarından –analqin, noşpa, dibazol, diprofen, , sakitləşdirici və yuxugətirici preparat kimi daxilə və əzələdaxilinə -dimidrol təyin edilir. Xəstə heyvanların yem payına keyfiyyətli və asan həzmə gedən yemlər daxil edilməli. Əgər xəstə mualicə olunmursa , təsərrüfat qiymətini itirirsə və xəstəliyə proqnoz şubhəlidirsə hevan çıxdaş edilir.

Profilaktikası –Heyvanların saxlanma və yemləmə texnoloqiyasına riayət etməli. Heyvanlara keyfiyətsiz zibilləşmiş . başqa növ və yaş heyvanlara aid yemləri verməməli. Heyvanların dispanserizasiyası zamanı həzm sistemi orqanlarının , maddələr mübadiləsini və təbii rezistentliyin vəziyyətinə diqqət yetirməli. Kimya-terapevtiki vasitələrdən - U-vit, və bəzi kompleks preparatları –(furaksin, nifulin, biofuzol və. b.) böyük profilaktiki effektə malikdirlər. Heyvanların tam dəyərli və səmərəli yemlənməsi , bir növ yemdən başqa yemlərə tədricən keçməsi və. s. profilaktiki tədbirlərin əsasını təşkil edir.

Enterokolit- Enterokolitis-Nazik və yöqun bağırsaqların iltihablaşması nəticəsində həzmetmə prosesinin əsas hissələrinin (boşluq və divar həzmi, həmçinə sorulmasının) pozulması ilə müşaiyət edən xəstəlikdir . Bu prosesdə əsasən selikli qişa pozulur.Çox vaxt prosesə mədə(şırdan) da qatılır, bu zaman iltihablaşma tam mədə-bağırsaq şöbəsini əhatə edir( qastroenterokolit).Mənşəyinə görə xəstəlik –müstəqil ( birincili) və ikincili, gedişinə görə -kəskin və xroniki, iltihabın xarakterinə görə kataral, hemorroqik, fibrinoz, və irinli ola bilər. Fibrinozlu enterokolit öz növbəsində krupoz və difteritik ola bilər. Alterativ proses inkişaf etdikdə enterokolit əsasən də nazik və yoqun bağırsaqların ön hissələrində eroziv-xoralı ola bilər. Xəstəliyə bütün növ və yaş qrupuna aid heyvanlar , xüsüsən cavan heyvanlar ( çoşkalar, buzovlar və ətyeyənlər tutulir.Sənayələşdirilmiş və ixtisaslaşdırılmış təsərrüfatlarda yemləmə texnoloqiyasının pozulması zamanı xəstəlik kütləvi xarakter ala bilər.



Etioloqiyası –Xəstəliyin əmələ gəlmə səbəbləri –heyvana çurumuş , kiflənmiş , keyfiyətsiz yemlərin( ot, silos, taxıl , kökümeyvəlilər, cecə) və. b. verilməsidir.Körpə heyvanlara turşumuş süd və çirkin suyun içirilməsi, ana südündən definitiv (adi) yemləməyə və bir yemdən başqa yemə keçirilməsi , bəzi hallarda A-vit. çatışmamazlıqı xəstəliyə səbəb olur. Bəzən xəstəlik heyvanları zəhərli bitkilərlə -gənəgərçək, qarabaşaq, qaramuq otu, südləyən, tərkibində toksiki maddə( qossipol ) olan pambıq cmıx ıilə yemlədikdə, və daxilə mərqümüş və fosfor tərkibli preparatları çox miqdarda daxil olması xəstəliyə səbəb olur. Bağırsaqların iltihabı həmçinə müxtəlif təbiyətli ümümi və yerli allerqik vəziyyətlərdə əmələ gələ bilir. Bəzi süd və başqa zülallaümədə və bağırsaq hidrolizinin çatışmamazlığına görə , sona qədər parçalanmırlar, qana sorularaq sensibiləedilmiş allerqenlər kimi təsir edirlər.Bunlara südəvəzedicilərdə olan soyaunu, və eləcədə suspenziya vasitələri aiddirlər. Selikli qişanın iltihabı -dizbakterioz, şərti mikrofloranın virulentliyinin artması , və bağırsaqlarda çuruntulu və qıcqırma proseslərinin güclənməsi nəticəsində əmələ gələ bilər.Enterokolit kif göbələkləri və onların toksinləri ilə əmələ gəlir. Onun funksional və morfoloji sindromları –enterovirus, bəzi bakterial, infeksion , və parazitar xəstəliklərinin kliniki nişanələrində aydın görünür.Bütün növ heyvanlarda əsasən də donuzlarda , dizenteriya əksər hallarda bağırsaqların pozuntuları ilə müşaiyət edilir.İkincili proses kimi bağırsaqların iltihabı –onlarda möhtəviyyətin durqunluqu , bağırsaqların tıxanması və çevirilməsi, eləcədə taun, paratif, qarayara, və başqa xəstəliklər zamanı ola bilər.

Patoqenezi -Nazik və yoqun bağırsaqların selikli qişalarının iltihabının patoqenetik mexanizm inkişafının əsasını qida maddələrinin həzminin pozulması təşkil edir. Yemlə daxil olan qıcıqlandırıcı və toksiki maddələr biləvasitə selikli qişaya təsir edərək, onun əsas funksiyalarını pozurlar. Bundan əlavə ximusun ( mədə möhtəviyətinin) bakterisid aktivliyi zəifləyərək , dizbakteriozun əmələ gəlməsinə səbəb olur. Bağırsaqlarda güclənmiş qıcqırma prosesləri küllü miqdarda , sirkə, süd və yaq turşusunun eləcədə metan , karbon qazı, və hidrogenin əmələ gəlməsinə səbəb olur.Çürümə proseslərinin güclənməsi isə çox miqdarda indol, skatol, hidrogen kükürd, krezol, putressin, kadaverin və başqa toksiki maddələr əmələ gətirir. Bağırsaq şöbəsində sürətlə keçərək bu maddələr selikli qişaların əsasən də onun epiteli və vəz təbəqələlərinin , bununla belə sekretor və mudafiyə mexanizminin morfofunksional pozuntularını əmələ gətirir. Xüsüsi ferment və hormonların sintezi və ifrazatı , eritrositlər üzərində isə pankreotik fermentlərin adsorbsiyası pozulur. Bağırsaq xovları öz xassələrini itirərək dağılırlar, epiteli hüceyrələrinin membranlarından maddələrin o cümlədən vitaminlərin nəqli pozulur. Bunların hamısı birlikdə ümümən maddələr mübadiləsinin tərpənməsinə səbəb olur. Bağırsaqların baryer funksiyasının zəifləməsi nəticəsində xarıcdən daxil olub orqanların boşluqlarına toplanan toksiki maddələr, çox miqdarda qana sorularaq , orqanizmin intoksikasiyasını əmələ gətirirlər. Qaraciyərin zərərsizləşdirmə funksiyasının zəifləməsi nəticəsində toksinlər qandan bağırsaq boşluğuna ekskresiya edirlər( keçirlər) və bununla da orada gedən iltihabı prosesi dəstəkləyir və gücləndirirlər. Damarların məsaməliyinin artırılması nəticəsində tərkibində aşağımalekulalı zülal-mineral və. b. maddələr olan mayenin transsudasiyası artır.Bağırsaq möhtəviyətində toplanmış toksinlər selikli qişanın reseptorlarını qıcıqlandıraraq peristaltikanı güçləndirirlər. Bu isə öz növbəsində diareyanın əmələ gəlməsinə , küllü miqdarda zülül və elektrolitlərin xaric olması və orqanizmin susuzlaşmasına gətirib çıxarır.Selikli qişanın baryer funksiyasının pozulması nəticəsində mikroorqanizmlər bağırsaq divarının toxuması və qana keçərək , qaraciyər, ürək, böyrəklər və b. orqnlarda iltihablaşma və distrofiya əmələ gətirirlər.Xlorid turşusu məhlullarının azalması ilə müşaiyət edilən mədə həzminin pozulması zamanı bütöv mədə-bağırsaq şöbəsində qrammüsbət mikroflora üçün əlverişsiz şərait( saqlam heyvanlarda bunlar üçün optimal şərait- mədə mühitidir) qramneqativ mikroflora üçün isə əlverişli şərait yaranır ( bunların əsas məskünlaşma yeri normada yoqun bağırsaqdır) .Sağlam heyvanların nazik bağırsaqlarında praktiki olaraq mikroflora olmur.Bunun nəticəsi olaraq qrammənfi mikroflora ( əsasən də bağırsaq çubuqu və protey) bütov mədə-bağırsaq şöbəsində -mədə, nazik və yoqun bağırsaqda məskunlaşır.Yaranmış əlverişli şəraitdə bir neçə saat və ya sutka ərzində, mikrobların miqdarı 1ml mədə -baqırsaq möhtəviyətində 1-1.5 mlrd çata bilər, normada nazik bağırsaqda bu rəqəm 5 ( beş) min. çatır. Beləliklə xəstə heyvanların mədə-bağırsaq şöbəsində toksiki maddələrin əmələ gəlməsi , həzmin və bütün orqanizmin fəaliyətinin pozulması ilə müşaiyət edilən dizbakterioz əmələ gəlir.

Simptomları Enterit və qastroenteritin əlamətləri ilə birgə , tərkibində çoxlu m iqdarda selik və həzmolunmamış ayem qırıntıları olan cuyuqlaşmış kal olur.Defekasiya aktı tezləşmiş və ağrılı olur , xəstəliyin birinci 2-3günündə peristaltika kəskin güclənir, sonra zəiflərir, qusma nadir hallarda olur. Cavanlarda bağırsaqların meteorizmi , gövşəyənlərin körpələrində qarın boşluqunun sağ tərəfindən qabırqa altında ağrılar , it və donuzlarada isə mezo və hipoqastriya müşahidə edilir. Hemorraqik, difteritik və xoralı enterokolitlər zamanı , intoksikasiya olduqdq bir necə saat və ya gün ərzində xəstələrdə kollaps əlamətləri bürüzə verir.Xəstəliyin xroniki gedişində isə anemiya, qaraciyərin distrofiyası, proqressiv arıqlama, ürək və aqciyər çatışmamazlığı simptomları inkişaf edir. Yoqun bağırsaqlarda qıcqırma proseslərinin üstünlüyü ilə müşaiyət edilən həzmetmə prosesinin çatışmamazlığının kaproloji sindromu aşağıdakı əlamətlərlə bürüzə verir : kal həlimvari, sarı rəngdə köpüklü və pis iy verir, reaksiyası turı olur, üzvü turşuların miqdarı kəskin artır, ammonyakın miqdarı isə azalır, neytral yağlar ya olmur ya da kı cüzi miqdarda izi olur, kalın tərkibində çox miqdarda seluloza, nişasta və iodofil flora olur.Xəstəliyin çürüntülü proseslərlə üstün keçən sindromu zamanı : kal tünd-qara rəngdə , turş reaksiyalı olur, və çürüntülü iy verir. Tərkibində ammonyakın kəskin artması və neytral yağların olmaması ilə xarakterizə edilir. İltihabın ağırlaşmış formalarında və xoralı kolit zamanı mikroskopiya usulu ilə kalda dəyişirilməmiş qanmüşahidə edilir. Əks hallarda isə qizli qana reaksiya müsbət olur.Beləliklə xəstəliyin kəskin forması –heyvanların ümümi süstlüyü , zəifliyi , iştahanın azalması və ya itməsi , əksər xəstələrdə ümümi temperaturun 1-1.5C artması, yanqı, bəzi hallarda sancılar və əzələlərin fibrilyar titrəməsi, ürək vurqularının güclənməsi və taxikardiya ilə müşaiyət edilir.Xəstəliyin xroniki gedişi isə heyvanların ariqlaması , boydan qalması , qaraciyərin zədələnməsi, intoksikasiya simptomları, aqciyər və ürək çatışmamazlıqları ilə xarakterizə olunur.Bu simptomların hamısı heyvanın ölümünə və ya məcbüri kəsiminə səbəb ola bilər.

Patomorfoloji dəyişikliklər - Xoralı və nekrotiki proseslər əsasən yoqun bağırsaqda müşahidə edilir. Çöz damarları qanla dolmuş olur, çöz limfa düyünləri infiltratlı olur. Donuzlarda enterokolit xəstəliyinin kəskin gedişi seroz örtüklərinin epikard altında və sidik kisəsinin selikli qişasında qan sağıntıları aşkar olunur.

Diaqnozu və təfriqi diaqnozu -Anamnez məlumatlarını əsasən saxlanma və yemlənmə şəraitini , yem vasitələri və əlavələrinin keyfiyətini nəzərə alırlar. Kliniki əlamətlərdən –defekaiya aktına və kalın xüsüsiyətlərinə , kaproloji sindromlara və kalda qan qarışığına xüsüsi diqqət yetirilir. Periferik qanda orqanizmin susuzlaşmasına dair dəyişikliklər təyin edilir, adətən bu dəyişiklik tipik olaraq bilirubinemiyadır. .Təfriqi diaqnostikada enterokolit əlamətləri ilə keçən infeksion və invaion xəstəlikləri nəzərə almaq lazımdır. Yarmanın, eləcədə yemin və bağırsaq möhtəviyətinin mikoloji muayinəsinin nəticələrini nəzərə almalı. Proqnoz kataral enterit zamanı adətən əlverişlidir, hemorroji , difteritik iltihablaşma və xoralı kolit zamanı isə əsasən əlverişsizdir.Xəstəlik zamanı adətən əsasən pozuntular bağırsaqlarda və defekasiya aktında olur. .Kalda həzmedilməyən yem qırıntıları , selik, qan , və nekrotik müşənbə qarışıqları və. s. olur. Hematoloji muayinələr zamanı eritrositlərin, hemoqlobinin, leykositlərin, bilirubinin, artması, EÇS zəifləməsi müşahidə edilir. Bunların hamısı orqanizmin susuzlaşmasını( alqid vəziyəti) göstərir.



Mualicəsi Xəstəliyi əmələ gətirən səbəblər aradan götürülür. Selikli həlimlərlə yarımaclıq dieta təyin edilir. Minimal terapevtiki dozada heyvanın içdiyi suya ixtiol, benzonaftol, və fenilsalisilat ( salol) əlavə olunur. Cavan heyvanlara və itlərə 0.2-0.3 % konsentrasiyalı duz məhlulu verilir. Bağırsaqların selikli qişalarının səthi pozqunluqlarında , aparılan bu kimi tədbirlər xəstənin ümümi vəziyətinin yaxşılaşması və kliniki əlamətlərin itməsinə səbəb ola bilər. Enterokolitin ağır keçən formalarında işləyici dərman preparatları o cümlədən öz təsirini yoqun bağırsaqlarda daha yaxşı göstərən ( fenolftalein, murdaşar qabığı, ravənd kökü) istifadə edilir. Belə hallarda təmizləyici və dezinfeksiyaedici imalələr yaşı nıticə verir. Maksimal tez bir vaxtda mədə -bağırsaqlardan toksiki maddələri xariç etmək məqsədilə , daxilə işlətmə dərmanları –gənəqərcək yağı iri heyvanlara 500ml qədər dəri altına apomorfin –itlərə 0.002-0.005qr donuzlara 0.01-0.02qr dozada təyinedilir. At, donuz, və itlərin mədəsi fizioloji məhlulla yuyulur.Sonra isə bunlara daxilə dezinfeksiyaedici vasitələr –ixtiol, salol , sulfanilamidlər-etazol, sulqin, ftalazol, norsulfazol, enteroseptol, bravaseptol, antibiotiklər, və sonda bürüyücü vasitələr-kətan toxumu, vələmir və duyu həliminin verilməsi məsləhət görünür. Uzunmüddətli ishal olduqda büzüşdürücü dərman preparatlarından –tanin, tanalbin, palıd qabığının dəmləməsi, mualicəvi liqnin , adi dazı, boymadərən və sincanotu ( Qambatı) bitkisinin dəmləmələrindən istifadə edirlər. Xəstəlik ağır keçdikdə heyvan çullanır, və solluks lampaları ilə qızdırılır. Susuzlaşmanın qarşısını almaq məqsədilə v/d , dəri altı, və qarın boşluquna fizioloji məhlul, Rinqer və Rinqer-Lokka məhlulları yeridilir.Zəhərlənmə simptomları ilə keçən qastroenterokolitlər zamanı mədəni 1% hidrokarbonat natrium və ya 1: 5000 -1: 10000 nisbətində kalium permanqanat məhlulu ilə yuyurlar. Ürək çatışmamazlığında iri heyvanlara dəri altı 10-15ml dozada 10% məhlul halında kamfora yağı , 10-15 ml 20% kofein benzoat natrium və başqa tibbi praktikada istifadə edilən ürək preparatları istifadə edilir. Nazik bağırsaq şöbəsində sorulması zəif gedən kimyaterapevtiki antimikrob preparatlarının : neomisin, polimiksin M-sulfat, levomisetin stearat, sulqin, ftalazol, disulfarmin, ftazin, furakrilin, əsaslı vismut nitrat, kseroform və onların kompleks birləşmələrinin istifadəsinə üstünlük verilir. İltihabı proses əsasən yoqun bağırsaqda getdikdə isə salazopiridozin və salazodimetoksin preparatlarının istifadəsinə daha üstünlük verilir. Cavanlara daxilə sutkada 2 dəfə 25-50mq dozada verilir. Adətən xəstəlik donuzlarda uzunmüddətli keçir, bu zaman onlara dord günlük mualicə kursu təyin edilir. Mualicə osarsol preparatı ilə 0.2-0.3 qr dozada gündə iki dəfə verilməklə aparılır. Bu zaman heyvanlarda aqrı sindromu müşahidə edilərsə onlara atropin və ya platifilin , daxilə isə anestezin və ya analqin teyin olunur.Xəstəlik hemoroji iltihablaşma ilə davam etdikdə -daxilə bürüşdürücü və qankəsici preparatlar təyin edilir.Xroniki kecən xəstəliklər zamanı vitamin və minerallarla zənginləşdirilmiş tam dəyərli yemləmə ilə yarımac dietanın təşkil olunması böyük əhəmiyət kəsb edir. Kəskin iltihablaşmanın kliniki əlamətləri kçdikdən sonra , xəstələrə iştahanı açan və mədə-bağırsaq həzmetməni yaxşılaşdıran acılar , ferment preparatları , dərman bitkiləri , stimuledici və. b. preparatlar verilir. Təsərrüfat üçün böyük əhəmiyət kəsb etməyən , azqiymətli uzunmüddətli təkrar qanaxmaları olan heyvanları çıxdaş etmək məsləhətdir.

Profilaktikası - xəstəliyi əmələ gətirən səbəblərdən irəli gəlir , və keyfiyətsiz , xarab olmuş ya tərkibində zəhərli maddələr olan yemlərin heyvanlara verilməməsinə əsaslanır. Sənayə kompleksləri və xüsüsiləşdirilmiş təsərrüfatlarda vaxtaşırı dispanserizasiyanın aparılması dövrdə abomazit və qastritlə xəstələnmiş heyvanları ayırıb mualicəsini aparmaq lazımdır.

Membran həzminin patoloqiyası

60-cı illərin sonunda qastroenteroloqiyada onun inkişafında yeni istiqamətin əsasını qoymuş, bir çox müddəalara yenidən baxılmasına səbəb olmuş mühüm hadisə baş verdi ki, bu da hazırkı dövrdə elmin və təcrübənin bu sahəsində aparıcı rola malikdir.Söhbət akademik A.M Uqolev tərəfindən kəşf edilmiş divar, kontakt və ya membran həzmindən gedir. Bu qida maddələrinin nazik bağırsaqın epitelial hüceyrələrinin ( enterositlərin) xarici səthi ilə struktur cəhətdən bağlı olan fermentlərlə kontaktı zamanı onların parçalanmasının (hidrolizin) aralıq və son mərhələsini , hidroliz proseslərinin inteqrasiyasını və əmələ gəlmiş sorula bilən məhsulların , yəni monomerlərin nəqlini ( transportunu ) təmin edir. Enterositlərin membranında olan fermentlər iki mənşəyə malikdirlər : bağırsaq boşluğundan adsorbsiya olunmuş fermentlər ( mədəaltı vəzin və mədə şirəsinin fermentləri) və enterositlərin sitoplazmasında sintez olunan və onun xarici membranına çıxan fermentlər ( bağırsaq fermentləri).Membran həzmi kəşf edildikdən sonra hazırda qastroenteroloqlar həzmin uç tipini aird edirlər: boşluq, hüceyrədaili və membran. Boşluq həzmi mədə-bağırsaq boşluğunda ağız suyunun . mədəaltı vəzinin , mədənin və nazik bağırsaqın fermentlərinin hesabına baş verir və qidanın parçalanmasının başlanğıc və orta mərhələlərini , yəni iri molekullara parçalanmanı əhatə edir.Hüceyrədaxili həzmə hüceyrə daxilinə keçmiş qida maddələrinin hidrolizi aiddir. Bu, əsasən sadə birhüceyrəli orqanizmlər üçun daha xarakterikdir.Ali heyvanlarda hüceyrədaxili həzm yalnız nazik bağırsaqda yenidəndoğulmuşların həyatlarının ilk 1-2-çi sutkasında faqositoz və pinositoz formasında baş verir. A.M. Uqolev müəyyən etmişdir ki bağırsaqın epiteli hüceyrələrinin ( enterositlərin və epiteliositlərin ) xarici səthində bağırsaqın boşluğunda gedən hidrolizdən daha güclü fermentativ proseslər baş verir.Qida molekullarının birləşmələrinin ( rabitələrinin) 60% -i membran həzminin hesabına parçalanır.Hesab olunur ki , funksional planda (əsasən fermentativ aspektdə0 və struktur cəhətdən ( başlıca olaraq enterositlərin membranlarının vəziyyəti) membran həzmi müxtəlif əlverişsiz yemlərə və başqa faktorlara qarşı yüksək həssaslıq göstərən hüceyrə -molekulyar səviyyəli sistemdir. Nəticədə məlum oldu ki membran həzminin də patoloqiyası mövcüddür. Membran həzminin kəşf edilməsi bir çox ədə-bağırsaq xəstəlilərinin patoqenezini başa düşmək imkanı yaratdı. Membran həzminin patoloqiasına dair materialları ümümiləşdirərək hazırda onun aşağıdaki pozqunluqları aird edilir:

1.-Nazik bağırsaqın selikli qişasının xovlarının strukturunda (epiteli hüceyrələrində) olan pozğunluqlar.

2-Epiteli hüceyrələrinin membranının mikroxovlarının pzulması ilə müşaiyət olunan bağırsaq hüceyrələrinin ultrastrukturunda olan pozğunluqları.

3.-Nazik bağırsaqların epitelial hüceyrələrinin membranının səthinin fermentativ aktivliyinin ümümi azalması

4.-Enterositləri membran səthinin fermentativ aktivliyinin bir və ya bir necə fermentlərin olmaması ilə xarakterizə olunan selektiv (ayrı-ayrı) defektləri.

5.-Bağırsaq boşluğundan və enterositlər tərəfindən sintez olunmuş fermentlərin adsorbsiyasının pozulması ilə müşaiyət olunan enterositlərin membran strukturlarının sorma xüsüsiyyətinin dəyişməsi.

6.-Enterositlər tərəfindən suyun sekresiyasının və rezorbsiyasının pozulması nəticəsində qida maddələrinin ( substratların) nazik bağırsaq boşluğundan onun səthinə daşınması da pozulur.

7.-Nazik bğırsaqın motorikasının pozulması bu zaman həmçinin substratların bağırsaq boşluğundan onun səthinə daşınması pozulur

8.-Motorikanın dəyişməsi nəticəsində substratın nazik bağırsaqın səthi ilə kontakt etmə müddətinin azalması ( məsələn , hipermator pozğunluqları zamanı)

Bunlardan başqa membran həzminin defektləri də ola bilər.

A.-Membran hidrolizini təmin edən fermentlərin hamısının və ya çox hissəsinin aktivliyinin azalması nəticəsində qeneralizasiya olunmuş defektlər nazik bağırsaqın selikli qişasının xovlarının strukturu və ya enterositlərin membranının strukturunun pozulması zamanı baş verir.

B.-Ayrı-ayrı fermentlərin (məsələn, laktozanın , invertazanın , maltazanın və.s. ) çatışmaması nəticəsində selektiv ( qenetik və ya həyatda qazanılma) defektlər.

Muhazirə №-8

Həzm sisteminin xəstəlikləri

Mədə və bağırsaqların sancılı xəstəlikləri

Plan

1.-Mədə və bağırsaqların sancılı xəstəlikləri



2.-Həqiqi sancıların təsnifatı

3.-Atların həzm sisteminə aid anatomo –topoqrafik məlumatlar

4.-Sancıların spastic formaları

Müxtəlif səbəblərdən əmələ gələrək həzm(mədə-bağırsaq) sisteminin ayrı-ayrı şöbələrində ( hissələrində) məhdudlaşan ( yerləşən) və ös əhəmiyyəti etibarı ilə möhtəviyyətin dayanması ( ileus) , narahatlıq və sancı əlamətləri ilə kecən ,bir qrup xəstəlikdir.



Kolika ( sancılar) nəticə etibarı ilə hansısa bir xəstəliyin ağrı simptomları kompleksidir.Sancılar( kolika) –otuzdan çox xəstəliklər zamanı müşahidə edilir. Bu kompleksin əsas simptomları , heyvanlarda ağrılar nəticəsində əmələ gələn narahatlıq , məcburi və qeyri təbii duruş , yem və su qəbulunun pozulması , və ya tam imtina etməsi, qarın boşluğunun həcminin dəyişməsi , peristaltik səslərin dəyişməsi. nəcis ifrazatının pozulması , tənəffüs, ürək-damar və sidik sistemi tərəfindən ikincili proses kimi əmələ gələn dəyişikliklər və. s. dir.Xəstəliyə əsasən atlar, qismən isə donuz, it, və qaramal tutulir.Sancılı xəstəliklərin əmələ gəlməsində başlıca rol oynayan mərkəzi sinir sisteminin əlaqələndiricifunksiyasının pozulmasıdır. Bunun sayəsində vegetativ sinir sistemində oyanma pozulur, sinerizmin aşağı düşməsi ilə yaranan disfunksiya simpatik , yaxud parasimpatik şöbələrdən birinin oyanma qabiliyyətini üstün saxlayır. Bu isə daxili orqanlarda o cümlədən həzm sistemi və maddələr mübadiləsində pozuntuya səbəb olur. Şərti reflektor reaksiya pis keyfiyyətli yemlərinverilməsi, , yemləmə vaxtının pozulması, sulama və işdə istifadə qaydalarına riayət edilməməsi. soyuq havanın təsiri ( ümümimsoyuqlama, donmuş yemlərlə yemləmə, soyuq su ilə suvarma) nəticəsində əmələ gəlir. Sancılı xəstəliklərin etiopatoqenezində mühüm rol oynayan amillər sırasına günəş kələfinin pozuntuları (delafondioz anevrizmi), barometrik təzyiqin dəyişməsi, visserovisseral və sensor-visseral patoloji reflekslər daxildir. Dəridən və daxili orqanlardan gələn ağrı qıcıqları reflektor olaraq mədə və bağırsaqların motor-sekretor və digərfunksiyalarını pozur,nəticədə sfinktorlarda və bağırsaq ilgəklərində spazm başlayır.Bu orqanlarda motor fəaliyyətinin pozulması bağırsaqlarda möhtəviyyətin ləngiməsinə, irinli-çürüntülü proseslərin şiddətlənməsinə və külli miqdarda qazın əmələ gəlməsinə səbəb olur.Bunun nəticəsi olaraq bağırsaqların divarı dartılır, interoreseptorlar qıcıqlanır , bağırsaq çözü güclü ağrı mənbəyinə çevirilir, bağırsaq ilgəklərinin dolaşması burada yerləşən reseptor və sinirləri təzyiq və dartılma nəticəsində qıcıqlandıraraq sancılar törədir .Sancı əlamətləri ilə müşaiyət olunan mədə- bağırsaq xəstəlikləri zamanı qanda mineral maddələrin səviyyəsi kəskin sürətdə dəyişir. Qaraciyərin piqment , baryer, zülal və karbohidratlar mübadiləsindəki funksiyası pozulur, reflektor təsir və autointoksikasiya nəticəsində qarındaxili təzyiqin dəyişməsi , qan dövranı və tənəffüs sistemində pozuntu yaratdığı üçün orqanizmdə asidozluq daha da yüksəlir. Sancılı xəstəliklər heyvanın məhsuldarlığını azaldır, ağır keçdikdə ölümlə nəticələnərək heyvandarlığa iqtisadi zərər vurur.Mədə və bağırsaqların sancı əlamətləri ilə müşaiyət olunan xəstəliklərinə verilmiş təsnifatlardan (15 dən artıq təsnifat mövcüddür ) Q.V.Domraçev və A.V.Sinyov tərəfindən verilmiş təsnifatlar daha üstün tutulur . Birinçi təsnifatın əsasina anatomiki bölmə, ikincinin isə həzm şöbəsinin funksional pozuntuları prinsipi qoyulmuşdur. A.V.Sinyov tərəfindən təklif edilmiş təsnifat , mualicəvi nöqtəyi nəzərdən praktiki həkimlər tərəfindən daha üstün tutulur.Q.V.Domracev bütün növ sancıları, mədə və bağırsaq sancılarına bölür.Mədə sancılarına ( mədənin genişlənməsi) xəstəliyini aid edir. Bağırsaq sancılarını isə iki yerə bölur: peritonitsiz və peritonitlə müşaiyət olunan sancılı xəstəliklər.Peritonitsiz bağırsaq sancılarına ( enteralqiya, meteoriz, bağırsaqlarda möhtəviyyətin durqunluğu, bağırsaqların daş, konkrement, və helmintlərlə tıxanması) xəstəlikləri və peritonitlə keçən bağırsaq sancılarına (bağırsaqların stranqulyasiyası-dolaşması və tromboemboliyası nəticəsində əmələ gəlmiş mexaniki keçilməzlik xəstəliklərini aid edir. A.V. Sinyov həzm sistemində gedən keçilməzliyi dinamik və mexaniki formalara bölür. Öz növbəsində dinamik keçilməzlik mənşəyinə görə spastik ( mədənin genişlənməsi, enteralqiya, bağırsaqların meteorizmi) və paralitik keçməzliyə isə ( bağırsaqların ximostaz və kaprostazlarinı) daxil edir. Mexaniki keçilməzliyi müəllif üç yerə: Obturasion( bağırsaqların daşlar, yad cismlər və helmintlərlə tıxanması), Stranqulyasion ( bağırsaqların burulması, sıxılması, invaqinasiyası, daralması, çevirilməsi), Hemostatik ( bağırsaq arteriyalarının tromboemboliyası nəticəsində tıxanması) ileuslara bölür. Mütəxəsislərin fikrincə mədə və bağırsaqların sancı simptomokompleksi ilə müşaiyət olunan xəstəliklərinə verilmiş təsnifatlardan A.V.Sinyovun təklif etdiyi təsnifat daha çox diqqəti cəlb edir, beləki –patoloji proseslərin gedişi və bürzə verməsinin mahiyyətini daha dolqun göstərir. Bu təsnifata əsasən sancılar-simptomatik, aldadıcı və həqiqi formalara bölünür. Simptomatik və ya ikincili sancılar infeksion, invazion, cərrahi, və bir necə bunlara bənzər xəstəliklər zamanı müşahidə edilir. Bunların diaqnostiki əhəmiyyəti elə də böyük deyil. Bunlar ancaq proqnostik nöqtəyi nəzərdən əhəmiyyət kəsb edirlər. Aldadıcı sancılar mədə-bağırsaq şöbəsindən başqa daxili orqanların qaraciyər, sidik və tənəffüs sistemi orqanlarının xəstəliklərini müşaiyət edirlər. Bunlar ancağ adı çəkilən orqan və sistemlərin xəstəliklərinin diaqnostikası üçün əhəmiyyət kəsb edirlər , və əksər hallarda başqa sancı formalarını müəyyən etməkdə çətinlik törədirlər. Mədə və bağırsaqların böyük bir qrup xəstəliklərini müşaiyət edən sancılara həqiqi sancılar deyilir. Bu sancılar etioloqiyası, patoqenezi, patoloji anatomiki xarakteri və terapevtiki əsaslarına görə müxtəlif olurlar.Mədə- bağırsaq şöbəsi tərəfindən sancıları nəinki morfoloji dəyişikliklər , hətta funksional pozuntuları müşaiyət edirlər. Morfoloji dəyişikliklər bağırsaqların iltihabı, burulması, tıxanması və bir necə başqa xəstəliklər zamanı əmələ gəlir. Funksional pozuntulara isə sensor (hissedici), hərəki, sekretor, və bağırsaq divarının məsaməliyi və sorulma qabiliyətinin pozuntuları aiddir. Daxili orqanlarda və damarlarda vegetativ sinir lifləri visseral reseptorlar və ya ağrı, mexaniki, termiki, kimyəvi, interoreseptorlar şəklində səpələnmişdir. Bunlar daxili orqanlarda baş verən ağrıları qəbul edib , onurqa beyinin vegetativ lifləri vasitəsilə beyinə ötürür. Sinir uclarının , sinir keciricilərinin və ağrı hissiyatə mərkəzlərinin qıcığlanması sancılı xəstəliklərə səbəb olur. Beləliklə mədə-bağırsaqın patoji yığılması nəticəsində spastik , mədə və bağırsaqın qazlarla dolub genişlənməsi nəticəsində distension , çözün dartılması nəticəsində resepsion , qarın pərdəsinin ( peritonun) iltihabı nəticəsində periton sancısı əmələ gəlir.Diaqnozun dəqiq qoyulmasında bu sancıların təfriq edilməsinin böyük əhəmiyəti var.Spastik sancı -mədə və bağırsaqın spazmatik yığılması , peristaltikanın güclənməsi nəticəsində əmələ gəlir.Bu yığılmalar tonik və klonik xarakterli olmaqla fasilə ilə baş verdiyi üçün , sancı da fasilə ilə davam edir. Sancının müddəti ağrıların nəşət etdiyi sahənin həcmindən asılıdır.Sahə nəqədər boyük olarsa , spastik yığılma da bir o qədər tez-tez baş verir və sancının müddəti uzanır.Ona görədə mədə-bağırsaq spazmı zamanı heyvan narahat olduqda özünü sərbəst aparır ( buna sərbəst sancılar deyilir), yeri təpikləyir, özünü yerə çirpır, ağnayır və qalxıb yerində hərəkət edir.Distension sancı -mədə və bağırsaqın qazla dolub genişlənməsi zamanı müşahidə edilir.spastik sancılardan fərqli olaraq distension sancılar fasiləsiz davam edir və bunların şiddəti bağırsaqların tonusu ilə əlaqədardır. Xəstəliyin ilk dövrlərində ( bağırsaqlar tonusdan düşməmiş) ağrı kəskin, qazlarla dolub tonusdan düşdükdə iflicə uqrayaraq zəifləyir., bəzən heç hiss olunmur.Xəstəliyin başlancığında bu sancılar spastik ağrılarla qarışıq şəkildə bürüzə verir.Resepsion sancı -bağırsaq çözünün dartılması, sıxılması, və burulması, bağırsaqların dolaşması və burxulması nəticəsində baş verir.Resepsion sancılar daimi xarakter daşıyır və çöz dartıldıqça daha da kəskinləşir.Ona görədə belə sancılı xəstəliklər zamanı xəstə heyvan məcburi vəziyyət alır ( belini donqar tutur , ayaqlarını qarnının altına yığır, dal ayaqlarının birini qaldırır və. s.) çöz dartılarkən heyvan məhdud hərəkətlər edir, təpiyini yerə bərk vura bilmir, ehtiyatla yatır, ağnamaqdan çəkinir. Rektal muayinə zamanı ağrılar bir qədər də şiddətlənir. Bu ağrılar adətən spastik və distension sancılarla birlikdə baş verir.

Periton sancısı -fasiləsiz xassəyə malik olub , heyvanın hərəkəti zamanı qarın divarına göstərilən təzyiqlə əlaqədar olaraq daha da şiddətlənir. Qarın əzələlərinin gərqinləşməsi heyvanı hərəkətdən çəkindirir , yerə yatmır, ayaqlarını götürüb qoyur, qabaq ayaqları ilə yeri eşələyir, qarnına baxır, dal araqlarının birini qaldırıb qarnına yaxınlaşdırır, lakin ora toxundurmaqdan çəkinir.Hərəki pozuntuları -bağırsaqların peristaltikasının güclənib zəifləməsi ilə müşaiyət edilir, və sensor ağrıları ilə əlaqədardırPeristaltikanı lokal ( hansısa bir hissədə ) güclənməsi , bağırsaqlarda ximusun keçilməzliyindən əmələ qəlir. Buna görədə tıxanmış sahədən qabaqda peristaltika güclənmiş olur. Simpatik və parasimpatik sinir sisteminin vəziyyəti peristaltikanın sürətinə təsir edir. Parasimpatik sinir sisteminin ( vaqusun) oyanmasının güclənməsi peristaltikanın sürətini artırır və bağırsaqların spazmasına səbəb olur. Bu isə qarın divarının soyuqlamasından , massaj və güclü hərəkətlərdən əmələ gələ bilər.Simpatk sisteminin oyanmasının güclənməsi isə peristaltikanı zəiflədir. Bunun səbəbləri isə biləvasitə bağırsaqlarda əmələ qələn və ya daxil olan toksiki maddələr, reflektor təsirlər, yemləmə və başqa faktorlar ola bilər.Səmaməliyin və sorulmanın pozulması -mədə və bağırsaqlarda bu proses iltihablaşmalar fonunda, möhtəviyətin durqunluğu , bağırsaqların tıxanması və burulmasında əmələ gəlir.



Atların həzm sisteminə aid anatomo-topoqrafik məlumatlar.

Atlarda həzm şöbəsinin xüsüsiyəti ondan ibarətdir ki yem borusu mədəyə bucaq altında düşür , və mədənin daxilisəthində yem borusunun qiriş yeriselikli qişadan əmələ gəlmiş büküşlə örtülmüşdür.Həsab edilir ki buna görədə atlarda qusma aktı , və qazların xaric olunması mümkün deyil. Atlarda mədənin həcmi 10-15 litr və ya 150-200litr həcmdə olan mədə- bağərsaq şöbəsinin 8-10% təşkil edir. Bu heyvanlarda mədə asılı vəziyətdə olmaqla , yem borusu və onikibarmaq bağırsaqla təsbit olunur, diafraqmanın zirvəsində yerləşməklə döş qəfəsi ilə məhdudlaşır , ona görə də xaricdən müayinəsi əlçatmazdır.At ac qaldıqda acgözlüklə yemi yediyi üçün mədə tez dolur. Belə hallarda mədədə yetərli qədər şirə ifraz olunmur və buqədər yemi kifayət dərəcədə mədə şirəsi ilə islada bilmir, onlar qıcqırıb çoxlu miqdarda qaz əmələ gətirir , atda gəyirmə aktı olmadığı üçün qaz ifraz edilməyib , mədəni genişləndirir, və buda onun sancılanmasına səbəb olur. Mədədən sağ tərəflə S-vari əyriliklə, və getdikcə diametrində genişlənmə və daralmaları olan onikibarmaq bağırsaq çıxır. (ş53, 54, korob.s. 167) Hesab olunur ki bələ vəziyyət bağırsaqların bu hissısində ximostazların əmələ gəlməsinə əlverişli şərait yaradır. Axırıncı qabırqadan dərhal sonra onikibarmaq bağırsaq arxaya və yuxarıya doğru uzanaraq kəskin sürətdə qarın boşluğunun sol tərəfinə keçir, sol böyrək nahiyəsinə yaxınlaşdıqda ikinçi bir əyrilik əmələ gətirir, və sol aclıq cuxuru nahiyəsində acı bağırsaqa kecir, məs buna görədə sol aclıq cuxuru onikibarmaq bağırsaqın xariçdən muayinəsi üçün (auskultasiya, perkussiya) ən optimal və əlverişli yer həsab olunur.Acı bağırsaq qalça bağırsaqa keçir. Nazik bağırsaqın axırıncı şöbəsi olan qalça bağırsaq soldan sağa , aşağıdan yuxarıya, irəlidən qeriyə uzanaraq qarın boşluğunun sağ tərəfində kör bağırsaqa açılır. Burada bağırsaqın əzələ qatı qalınlaşıb qapaqvarı forma alır ki, bu da müəyyən hallarda möhtəviyətin hərəkətinə mane olur.Qalça bağırsaqın kör bağırsaqa keçən yeri saq açlıq çuxuru nahiyədə qarın divarı ilə kontaktda olur, məs buna görədə saq açlığ çuxuru kor baqırsaqın muayinəsi üçün ( perkussiya, auskultasiya. palpasiya, və deşilmə) ən optimal və əlverişli yer həsab olunur. Kor bağırsaq tədricən yerini dəyişərək aşağı saqital xəttə qədər duşur və zirvəsi ilə döş sümüyünün xəncərvari qığırdaq nahiyəsinə çatır. Həcmi 25-30 litrə çatır, burada simbiont mikroflora həsabına selulozanın parçalanması gedir.Kor bağırsaqın çənbər bağırsaqa açıldığı nahiyənin dar olması bəzən möhtəviyətin hərəkətini məhdudlaşdıraraq , durğunluqa səbəb olur.Bağırsaqların atoniyası zamanı burada əksər hallarda möhtəviyətin durqunluqu ( kaprostaz) əmələ gəlir.Kor bağırsaq üç cərqə tor və üç cərqə ciblərdən ibarətdir. Qalça bağırsaqın kor bağırsaqa açılan yerin yanından , böyük çənbər bağırsağın aşağı sağ ventral dizi çıxır, uzanaraq diafraqmanın yaxınlığında böyük çənbər bağırsaqın aşağı qabaq dizinə keçir, axırıncısı isə sol qarın böşluğunda böyük çənbər bağırsaqın aşağı sol dizinə keçir. Sonra bağırsaq kəskn sürətdə yuxarı qalxaraq çanaq nahiyəsinə qədər uzanır, və burada böyük çənbər bağırsaqın yuxarı sol dizinə keçir.Bağırsaqın kəskin sürətdə dönməsi “ böyük çənbər bağırsaqın çanaq əyriliyi” adlanır .Bu nahiyə rektal muayinə zamanı çanaq boşluğunda sol tərəfdən bağırsaqın kəskin sürətdə daralması ilə müəyyən edilir.Sonra bağırsaq irəliyə doğru uzanıb sol dorzal dizi əmələ gətirir, və diafraqmal nahiyədə böyük çənbər bağırsaqın dorzal qabaq dizini yaradaraq , həmin bağırsaqın sağ dorzal dizini əmələ gətirir, burada bağırsaq genişlənir və böyük çənbər bağırsaqın mədəvarı genişliyini yaradır. Bu nahiyyədə tez-tez çəkisi bir neçə kq çatan daç və fitobezoarlar əmələ gələ bilər. Böyük çənbər bağırsaqın ventral dizləri dord cərgə tor və dord cərqə ciblərə malikdirlər, bununla da hamar səthə malik bağırsaqın dorzal dizlərindən fərqlənirlər. Böyük çənbər bağırsaqın kiçik çənbər bağırsaqa açıldığı nahiyənin darlığı bağırsaq möhtəviyətinin durğunluğu üçün şərait yaratmaqdan başqa , bu hissə həm də asanlıqla spazmatik yığılmalara məruz qaldığı üçün bağırsqaq meteorizminin inkişafında müəyyən rol oynayır. Axırda mədəvarı qenişlənmə birdən birə daralıb kiçik çənbər bağırsaqa keçir, o isə öz növbəsində düz bağırsaqa açılır .Düz bağırsaq sfinktoru olan anal dəliyi vasitəsilə bayıra açılır.Kiçik çənbər bağırsaq düz bağırsaqa keçən yerdə də sfinktor yerləşir. Bu sfinktorun uzunmüddətli spazmı qazların bağırsaqlardan xaric olmasına mane olaraq meteorizmin əmələ gəlməsinə səbəbolur

Sancıların spastik formaları

Mədənin genişlənməsi( Pilorospazm) DİLATATİO VENTRİCULİ.

Heyvanları coxlu miqdarda yemlə yemləndirilməsi nəticəsində mədənin həcmcə böyüməsi , onun əsas funksiyalarının ( motor, sekkretor, sorulma) pozulması , və kullu miqdarda qazların əmələ gəlməsi ilə xarakterizə edilən xəstəlikdir.Mənşəyinə görə birincili ( müstəqil) və ikincili , gedişinə görə isə əsasən iti nadir hallarda xroniki proses kmi gedi

Etioloqiyası -Mədənin kəskin genişlənməsinin müstəqil forması vegetativ sinir sisteminin simpatik şöbəsində oyanmanın şiddətlənməsi sayəsində baş verən spastik yığılmalardan əmələ gəlir.Burada heyvanın yemləmə , bəsləmə və işdə istifadə edilmə qaydalarının pozulması ( bir yerdən diqərinə dərhal keçirilməsi, , çoxlu dənli yemlərlə yemləndirilməsi, və ya yemləmədən sonra ağır işdə istifadə edilməsi, kiflənmiş, keyfiyyətsiz, xarab olmuş, tez qıcqırma verən yemlərlə yemləndirilməsi, çox soyüq su ilə suvarılması) mühüm rol oynayır, və belə hallar xəstəliyi daha da şiddətləndirir.Mədənin genişlənməsinə səbəb olan pilorospazm reflektor olaraq bağırsaqların xəstəlikləri və heyvanların ümümi soyuqlamasında baş verə bilər.Əksər hallarda vaqotonik heyvanlar xəstələnir.İkincili xəstəlik kimi mədənin genişlənməsi , nazik ( acı və qalça bağırsaqların duodenal dəlik nahiyəsində) və bəzən yoğun bağırsaqların ( obturasiya, ximostaz, stranqulyasiya) keçilməzliyində və günəş kələfinin funksional pozulması nəticəsində əmələ gəlir.

Patoqenezi -Mədənin selikli qişasının qıcığılanması və onun divarının dartılıb gərginləşməsi nəticəsində mədədə əmələ gələn spazmatik yığılmalar ağrılar törədir. Pilorusun davamlı spazması yaranır, . Belə ağrı impulsları beyin qabığında oyanma sahəsi yaradır, adrenalin sistemi qıcığlanaraq , qanda adrenalinin miqdarını artırır. Simpatik sinir sistemi oyanaraq pilorusda spazm əmələ gətirir. Ağrı impulsları mədəvə pilorusun divarında yaranır, ilk öncə spastik , sonralar isə distenzion ağrılar üstünlük təşkil edir. Yem kütləsi , maye və qazlarla dolmuş mədə həcmcə böyüyərək diafraqmaya təzyiq edir, ürəyin sistolik həcmini kiçildərək , tənəffüsü səthləşdirir, və bununla da oksidləşdirici prosesləri pozur. Mədə daxilində su-duz sekresiyasının güclənməsi ( 25 litr və bundan da artıq mayenin toplanması) orqanizmin susuzlaşması və maddələr mübadiləsinin pozulmasına səbəb olur. Bəzi hallarda pilorospazmla birgə mədənin kardial sfinktorunun spazması əmələ gəlir, və mədə daxilində təzyiqi artan bir qapalı torbaya çevirilir.Mədənin divarı nazikləşir, və hələ heyvanın sağlığındakən orqanın çırılmasına səbəb olur.

Simpyomları -Xəstəliyin ilkin əlamətləri yem qəbulundan və ya bir neçə saat sonra başlayır. İlk öncə heyvanda vaxtaçırı güclü narahatlıq ( spatik ağrılar) əmələ gəlir.Xəstə at qəflətən dayanır, ayaqlarını çarpaz qoyur, qarnına tərəf baxır, yerə yıxılaraq aqnayır, tez durur, irəliyə tərəf getməyə çəhd edir. Getdikçə mədəninkəskin genişlənməsi ilə narahatlıq daimi xarakter ( distension ağrılar) daşıyır. Heyvan çox vaxt it oturuşu vəziyyəti alır ( ş.55. s. 168. Korob) Xəstənin ümümi vəziyəti ağırlaşır, tərləmə güclənir, yeridikdə ayaqları ilişir, əzələləri titrəməyə başlayır. Bədənin daxili temperaturu 39C qədər yüksəlir, selikli qişalar əsasən də konyunktiva sianozlaşır, nəbz tezləşir, bir dəqiqədə 70-90 dəfə vurur, taxikardiya gücləndikdə , nəbz kiçilir, zəifləyir və yumşalır. Ürək tonları əvvəcə güclənir, sonralar zəifləyir, və birinci tonunda aksentləşir. Tənəffüs qərqin və səthi (25-50) olur. Mədəni qazlarla dolması qarın boşluğunun şişkinləşməsi ilə müşaiyət edilir, və soldan 14-17 qabırqaarası nahiyyədə daha aydın nəzərə çarpır. Bu sahənin dərin perkussiyası atimpanik səs verir. Bağırsaqların peristaltikası xəstəliyin başlancığında güclənə bilər, sonralar isə zəifləyir, bəzən heç eşidilmir. Defekasiyanın ( kal ifrazının ) sayı azalır. Rektal muayinə zamanı dalaqın axırıncı qabırqa altına , mədənin dal divarına qədər geriyə basılması müəyyən edilir.Əllədikdə dalaq həmin nahiyyədə yumru , sıxılmış bir əşya ( maddə) kimi hiss olunur. Mədə möhtəviyəti turş reaksiyalı ( 60-100titr. vahid) olaraq tərkibində çox miqdarda süd və yağ turşusu olur, adətən azad xlorid turşusu olmur. Orqanizmdə susuzlaşma getdiyinə görə qanda eritrosit və hemoqlobinin miqdarı artır, bəzən neytrofil leykositoz, eozinopeniya, EÇS-ləngiməsi, v. s. müşahidə edilir.Difraqma cırıldıqda mədənin bir hissəsi və bağırsaq ilgəkləri döş boşluğuna keçdikdə , heyvanda kəskin sürətdə qarışıq tənknəfəslik , ürək çatışmamazlığı, selikli qişaların sianozlaşması və ümümi süstlük əmələ gəlir. Mədə cırıldıqdan dərhal sonra heyvan tam sakitləşir, süstlük və kollaps artır, gözlər çuxuruna batır, heyvanı soyuq tər basır, qulaqları burun nahiyəsi və ətraflar soyuyur. Bədən temperaturu normadan aşağı düşür. Nəbz və ürək vurqusu demək olar ki hiss olunmur. Aşağı qarın divarından alınan sınaq mayesi mədə möhtəviyəti və qanla qarışmış olur.

Gedişi -Proses sürətli gedişə malik olaraq 4-8saat çəkir. Dənli yemlərlə yemləndikdə heyvanda xəstəlik uzun müddət davam edir. Mədə cırıldıqdan sonra qısa bir müddətdə heyvan ölür.

Diaqnozu - Sancıların xarakterik simptomları , kliniki əlamətləri , zondlama və rektal muayinələrdən alınan nəticələr , mədə qenişlənməsi diaqnozu üçün əsas sayılır. Çəsədin yarılması zamanı mədənin yem kütlələri ilə genişlənməsi və ya onun sağ olarkən cırılması diaqnoz qoymaq üçün əsas verir. Prosesin ikinçili formasında xəstəliyin əsas əlamətləri nəzərdə tutulmalıdır.

Təfriqi diaqnostikası -enteralqiyq –mexaniki keçilməzlik ( ileus) bağırsaqların burulması və daxili tıxanmasını nəzərə almaq lazımdır. Mədənin müstəqil genişlənməsini ikincili prosesdən mədədən alınan möhtəviyətin muayinəsindən alınan nəticələr əsasında təfriq edirlər.

Proqnozu -Mualicə tədbirləri vaxtında aparıldıqda xəstəliyin müstəqil forması əksər hallarda saqalır. Əlverişli proqnozun əsas əlamətləri , heyvanların narahatlığının tədricən zəifləməsi , iştahanın əmələ gəlməsi , təngnəfəsliyin itməsi, nəbzin normaya düşməsi, defekasiya aktının say və miqdarca çoxalması , heyvanın ümümi vəziyətinin yaxşılaşmasıdır. Qeyri əlverişli proqnozun əsas əlamətləri , vaxtaşırı güclənən sancı tutmaları, zarıltılar, kişnəmə, dişlərin xırcıltaması, ( ümümi intoksikasiyanın göstəriciləri), selikaxma, bədənin soyuması, bağırsaqların peristaltikasının itməsi, və defekasiyanın tam dayanması, təngnəfəslik, sapvari nəbz və ümümi zəiflikdir. Heyvanların ölümü boğulma ( asfiksiyadan) və ya mədənin cırılması və sonda kollapsın yaranması zamanı baş verir.

Mualicəsi Mualicəni təcili sürətdə burun-udlaq zondu vasitəsilə ( ş. 56.s.169. korob) mədəni qaz və möhtəviyətdən azad etməklə başlamaq lazımdır. Mədəni azad etdikdən sonra , həmin zond vasitəsilə daxilə 500ml suda həll olunmuş 15-20ml ixtiol, 10-15ml süd və ya xlorid turşusu, və 20ml 10% formalin məhlulu yeridilir. Kafedrada aparılan çoxillik təcrübələrin nəticələrinə əsaslanaraq , demək olar ki 50-60mlnaftalan neftini 1 litr sabunlu suda emulsiya hazırlayıb daxilə zondla yeridilməsi yaxşı nəticə verir. Ağrı sindromlarını ağrıkəsici vasitələrdən istifadə edərək ( v/d 30-60ml dozada 10% analqin, və ya 150-300ml dozada 10% xloralhidrat, 0.5-1 ml dozada 0.25-0.5% novokain) , dəri altına məhlul halında 0.02-0.03 ml dozada atropin sulfat yeritməklə) aradan götürmək olar.Düz bağırsaqdan ilıq suyun yeridilməsi, qarın nahiyəsinin qalın əşyalarla çullanması və fizioterapiyadan ( diatermiya, solluks,) istifadə etmək yaxşı nəticə verir. Xəstə atların v/d 200-300 ml dozada 10% NaCl məhlulunun , 2-2.5qr kofein natrium benzoat və 50-100qr qlukozanın birlikdə yeridilməsi yaxşı mualicəvi effekt verir. Qıcqırma proseslərini dayandırmaq məqsədilə zəif həll olunan antimikrob preparatları ( antibiotik və sulfanilamid) təyin edilir.



Profilaktikası -Yemləmə bəsləmə və işdə istifadə olunma qaydalarına ciddi riayət edilməli .Heyvanları dənli və tez qıcqıran yemlərlə çox yemləndirməməli. Yemlərin dəyişdirilməsi və bir yemdən başqa yemə keçirilməsi tədricən aparılmalı. Çürümüş və xarab olmuş yemlər yem payından çıxarılmalı. Heyvanları soyuqlamadan qorumalı.

Enteralqiya

Nazik bağırsaqların spazmı -ENTERALQİA

Bağırsaq divarının spastik yığılması nəticəsində vaxtaşırı ağrılar verən bağırsaq sancılarıdır. Xəstəlik ən çox atlarda , iri buynuzlu heyvanların cavanlarında ( düyə, subay heyvanlar) və qoyunlarda qırxılmaqdan sonra , nadir hallarda isə donuzlarda təsadüf edilir. Xəstəlikdən vurulan iqtisadi zərər atların iş qabiliyətinin azalması, və enteralqiyanın stranqulyasiyanın ağırlaşmaları nəticəsində əmələ gələn ölümdən ibarətdir. Etioloqiyası - Xəstəliyin əsas səbəbləri heyvanların bədəninin müxtə lif dərəcədə soyuqlaması dır ( soyuq və küləkli havada otlaqlarda saxlanılması , qoyunların qırxıldıqdan sonra soyuqda və küləyə düşməsi , onlara çoxlu soyuq suyun verilməsi , buzlu , kiflənmiş yemlərin qırovla örtülmüş otların yemləndirilməsi). Adətən tövlədə uzun müddət saxlanılan cavan heyvanlar –birdən birə soyüq havaya cıxartdıqda xəstəliyə daha tez tutulur. İri buynuzlu heyvanların cavanlarında enteralqiya xəstəliyi ( acıq şəraitdə darısqallığda saxladıqda , köcürülmə və daşınma zamanı stresslər nəticəsində ) xarakter daşıya bilər.Yay aylarında heyvanların isti havadan soyuq havaya düşməsi ( yaylaqlarda) xəstəliyin daha tez əmələ qəlməsinə səbəb olur.Mədə və bağırsaqların kataral vəziyyəti də xəstəliyə səbəb ola bilər, belə hallarda xəstəliyi “bağırsaqların kataral spazmı” adlandırırlar. Tez-tez vaqotonik adlandırdığımız ( vaqusun tonusu simpatik sinirlərin tonusundan yüksək olan) heyvanlar xəstəliyə daha tez tutulur.

Patoqenezi -Vaxtaşırı bağırsaq spazmaları ( enteralqiya) xəstəliyi törədən səbəbləri təsirindən veqetativ sinir sisteminin parasimpatik hissəsinin yüksək oyanması nəticəsində , funksiyasının pozulması əsasında əmələ gəlir. Bu əslində bağırsaq ilgəklərinin ayrı-ayrı hissələrinin davamlı spazmaları ilə müşaiyət olunan sensor hərəkətli bağırsaq nevrozudur. Beləliklə etioloji faktorların təsirindən əmələ gələn vegetativ sinir sistemi və sinir-əzələ aparatında pozuntular törədərək , reseptorların qıcıqlanmasına və bağırsaqların divarında əmələ gələn spastik yığılmalar bir birinin ardınca ağrı impulsları törədir ( spastik ağrılar) , bu ağrılar vaxtaşırı sakitləşmə ilə əvəz olunur.Enteralqiyanın əmələ gəlməsi həmişə ( xəstəlikdən asılı olmayaraq) parasimpatik sistemin pozuntuları nəticəsində əmələ gəlir. Qarışıq xəstəliklər zamanı ( kataral qastroenteritdən əmələ gələn enteralqiya) sancılar və sancılar itdikdən 1-3 gün sonra əsas xəstəliyin əlamətləri ilə əlaqədar dəyişikliklər müşahidə edilir. Vaxtaşırı bağırsaq spazmalarından əlavə , enteralqiya zamanı güclənmiş və qeyri bərabər olan peristaltika mövcüddür, bu isə öz növbəsində xəstəliyin ağırlaşmasına –(beləki bağırsaqların invaqinasiya , burulması, dolaşması və. s.) səbəb olur, və xəstəliyin xarakter və gedişində dəyişirliklər əmələ gəlir.

Simptomları -Sancı sindromları 10-12 dəqiqə müddətində vaxtaşırı ağrılarla bürüzə verir . Sancılar ara verdikdə , heyvan sakit dayanıb qarnına baxır, ayaqları ilə yeri cırmaqlayır, yatmaq istəyir, bəzən ağnayır, və yenədə qalxır. Bu zaman xəstə heyvanda güclü tərləmə və selikaxma müşahidə olunur. Heyvan sidik və nəcis ifrazatı vəziyəti alır. Sancılar ara verdikdə heyvan sakit dayanır, tam sağlam görünür, və hətta bəzə yem qəbul edir.Bağırsaqların peristaltikası qeyri bərabər olur , xəstədə narahatlıq olduqda – güclənir, sakitləşəndə isə zəifləyir, sancı müddəti və sakitləşmə dövrü ardıcıl olaraq təxminən 10-12 dəqiqə çəkir. Əvvəlcə nəcisin konsistensiyası yumşaq olur, sonra sıyıqlaşır, kəskin turş iy verir. Nəcis yumşaq boş , lət, və yetkinləşməmiş olur. Anusun sfinktoru və düz bağırsaqın divarı bərk sıxılır. Bağırsaqların ayrı- ayrı ilgəklərində qazların yığılması( meteorizm ) müşahidə edilir. Bədən temperaturu , nəbz, və tənəffüs ( əsasən də sakitlik dövründə ) fizioloji normada ola bilər . Bəzən bradikardiya və nevroqen aritmiya , birinci tonun hacalanması müşahidə olunur( ş.hacıyev.s-221, və korob. S-170). Kataral enterit və bağırsaq intoksikasiyası ilə ağırlaşmış enteralqiyalar zamanı , xəstələrdə selikli qişaların saralması , nəbzin və tənəffüsün tezləşməsi , ğurultulu peristaltika və kəskin iyli boş, lət çoxlu miqdarda həzmolunmamış yem qırıntıları ilə qarışmış nəcis və tezləşmiş defekasiya aktı müşahidə olunur. Qanda neytrofil leykositoz , eozinopeniya və bilirubinemiya müşahidə edilir. Qaramalda enteralqiya yünkül narahatlığla davam etsə də , əlamətləri o qədər də bürüzə vermir, ancaq xəstə heyvan ayaqları ilə qarnını döyəcləyir, yemdən imtina edir, gövşəmə dayanır, bağırsaqların peristaltikası güclənir, tez bir vaxtda ishal başlayır, və bəzi hallarda heç bir mualicə aparılmadan , sancı kəsilir və heyvan rahatlanır. Donuzlarda xəstəlik onların zarıması və əsasən də çoşkalarda zingildəmə ilə bürüzə verir, xəstələr sancı müddətində tez-tez yatıb dururlar. Xəstəlik 30dəqiqədən 4-6saata qədər davam edir. Sağaldıqdan sonra sancılar təkrar oluna bilər

Patomorfoloji dəyişikliklər-Bu xəstəlik üçün xarakterik olan dəyişikliklərdən bağırsaqların ayrı-ayrı nahiyyələrində zəif meteorizm müşahidə oluna bilər. Ciddi dəyişikliklər isə başqa xəstəliklərlə ağırlaşdıqda , ola bilər, bu zaman onlara xarakterik olan əlamətlərlə bağırsaqların invaqinasiya və burulma yerləri aşkar olunur.

Diaqnozu - Anamnez məlumatları , zondlama və rektal muayinələrin mənfi nəticələri, sancı sindromlarının bürüzə verməsi zamanı xarakterik olan vaxtaşırı ardıcıllığ və onların özlərinə məxsus xüsüsiyətləri, bağırsaqların güclənmiş peristaltikası, defekasiya aktının özünəməxsus pozulması , mədənin kəskin genişlənməsini göstərən əlamətlərin olmaması ( pilorospazm və bağırsaqların timpaniyası, meteorizmi) və başqa xəstəliklərlə ağırlaşmadıqda diaqnozun qoyulması çətinlik törətmir.

Proqnozu -Xəstəlik ağırlaşmadıqda adətən 8-10saatdan sonra saqalmaqla nəticələnir, bağırsaqların invaqinasiyası və burulması zamanı adətən proqnoz qeyri əlverişlidir.

Mualicəsi -Xəstəliyi əmələ gətirən səbəblər aradan götürülməli. Bağırsaq sancıları və ağrıları götürmək üçün xəstəyə dəri altı atropin sulfat ( 0.02-0.04qr) , platifillin hidrotartrat ( 0.015-0.07qr) yeritməli. İntoksikasiyalar zamanı taxikardiya və qan təzyiqi aşağı düşdükdə əmələ gələn ağrıları aradan götürmək üçün v/d 10% 30-50ml dozada analqin və ya 0.25% 150-250 ml dozada NaCl izotonik məhlulunda novokain yeridilir. Daxilə 20-50ml dozada efir-valeriana dəmləməsi təyin edilir. , dəri altına 0.02-0.04qr efedrin hidroxlorid yeridilir. Təmizləyici dərin imalə , qarın nahiyəsinin massaji və isti əşyalarla çullanması yaxşı nəticə verir. Sancı əlamətləri keçdikdən sonra bağırsaqların kataral iltihabının əlamətləri olduqda daxilə yünkül işlətmələr ( duzlar və bitki yağları ) və mikrob əlehinə preparatlar ( ixtiol, ftalazol, sulqin və. b. ), sulfanilamid və antibiotiklər təyin edilir. Heyvanları dietik, yemlərlə təmin etmək, mualicədə vacib şərtlərdən biridir. Xəstə heyvanlar mualicə dövründə işdən azad olmalıdırlar.

Profilaktikası -heyvanların mövcüd olan yemləmə bəsləmə , işdə istafadə qaydalarına ciddi riayət olunması , onları əsasən də işdən sonra külək və nəmli soyuqdan qorunması, tövlələrdə temperatur rejiminin dəyişməsinin qarşısı alınmsı , və heyvanların soyuq havaya tədricən oyrədilməsi profilaktik tədbirlərinin əsasını təşkil edir.

Bağırsaqların meteorizmi ( timpaniyası)

METEORİSMUS İNTESRİNORUM

Bağırsaqların motor-sekretor funksiyasının pozulması , qıcqırma proseslərinin şiddətlənməsi möhtəviyətin keçməsi və qazların çıxmasının çətinləşməsi nəticəsində nazik və yöğun bağırsaqlarda qazların yığılması ( toplanması ) və timpaniyanın( köpmə) əmələ gəlməsi ilə xarakterizə edilən xəstəlikdir. Qazların intensiv əmələ gəlməsi və çıxmasının çətinləşməsi bağırsaqların həcmcə böyüməsinə səbəb olur. Meteorizm –müstəqil (adətən asan vətez qıcqırma verən yemlərlə yemlədikdə - alimentar faktorlar) və ikincili ( bağırsaqların keçməməzliyi ilə əlaqədar) ola bilər. Xəstəlik adətən çox vaxt atlarda , nadir hallarda donuzlarda və itlərdə təsadüf edilir.

Etioloqiyası -Atlarda xəstəliyin əmələ gəlməsi –onlara tez qıcqıran şirəli yemlərin (göy jonca və qarğıdalı, kələm və çuğundur yarpağı) verilməsi, çehli sahələrdə otarılması , xarab olmuşçürümüş yemlərin habelə qarğıdalı dəni , arpa, vələmir kimi konsentratlı yemlərin yemləndirilməsidir. Xəstəliyə meyilli olan faktorlardan biri də aqır işdən dərhal sonra heyvanın yemlənməsi və suvarılması, üzlücü işlərdə işlədilməsi, zəhərli yemlərin verilməsi və. s.-dır. Bağırsaqları mexaniki tıxanması və çöz arteriyasının tromboemboliyası kimi xəstəliklər bağırsaqın müstəqil olmayan məhəlli köpməsinə, diffuz peritonit isə bağırsaqın ümümi meteorizminə səbəb olur.

Patoqenezi -Bağırsaqlarda meteorizmin əmələ gəlməsinin əsas səbəbi normadan artıq qazların ( əsasən karbon, kükürd, azot, hidroqen, və metan) əmələ gəlməsidir.Meteorizmin əmələ gəlməsində birinci faktordan heç də az əhəmiyyəti olmayan qazların xaricolmasının zəifləməsidir, bu isə öz növbəsində kiçik çənbər bağırsaqın düz bağırsaqa keçən yerdə olan sfinktorun spazması nəticəsində yaranır. Sfinktorun uzunmüddətli bağlanması ilk öncə qazların intensiv əmələ gəlməsi və onların bağırsaqların divarı və sfinktora təzyiq etməsi ilə əlaqədardır. Xəstəliyin başlancığında qazlar toplandığca bağırsaqların hərəkəti güclənir və spastik xarakterli olur , sonda parezin əmələ gəlməsi nəticəsində zəifləyir və tam dayanır. Yem kütləsi və qazlarla dolmuş yoğun bağırsaqlar qarın böşluğunu tam əhatə edərək , onu genişləndirir , qarın həcmcə böyüyür və formasını itirir. Qarın daxili təzyiq artaraq qarın və döş boşluqu orqanlarını sıxır, və nəticədə güclü sancı tutmalarına səbəb olur. Təzyiq altında sıxılmış daxili orqanlar diafraqmanın yerini dəyişir, qan damarları və limfa düyünlərini sıxır, bununla da tənəffüsün və, ürək fəaliyətinin çətinləşməsinə və ümümi orqanizmin intoksikasiyasına səbəb olur. Bəzi hallarda diafraqma və bağırsaq cırılaraq , asfiksiya ( boğulma) və zəhərlənmə nəticəsində heyvanın ölümünə səbəb olur.

Simptomları -Xəstənin qarnı əsasən də sağ tərəfdən şişib cəlləyi xatırladır, aclıq çuxuru və anus köpmüş olur, heyvan güclü natahatlıq keçirir Heyvanda yem yedikdən dərhal sonra əvvəlcə vaxtaşırı , sonra daimi sancılar başlayır. İlk öncə bu proses bağırsaqlarda səslərin güclənməsi, sonra isə zəifləməsi və tam itməsi ilə müşahidə edilir. Xəstə bir yerdə dura bilmir, qacır, yerə yıxılıb aönayır, beli üstə sağa, sola cevirilir, it oturuşu vəziyyəti alır, yenə də qalxır, bərk titrəyir, bədən temperaturu 39.5-40C –yə qalxır, proses bir necə dəfə ardıcıl təkrar olunur.qarın divarı gərqinləşir, perkussiya etdikdə uca atimpanik və ya çox vaxt timpanik metal cingiltili ( çaları) səs verir. Prosesin başlancığında nəcis və qaz ifrazatının pozulması ilə əlaqədar baöırsaqların peristaltikası güclənir , uca olur, sonda zəifləyir və ya tam itir. Selikli qişalar qızarıb göyərir , periferik vena damarları qanla dolub şişir, xəstəliyin başlancıqında qan təzyiqi artır, nəbz tezləşir, sonra aramla və zəif vurur , qan təzyiqi normadan aşağı enir, ürək vurquları və tonları güclənir, tənəffüs döş tipli plaraq 1 dəq. 25-50 yə qədərtezləşir. Rektal muayinə apardıqda bağırsaqların böyüməsi , dolğunluqu və gərqinliyi müşahidə olunur. Xəstəlik sürətlə iti formada keçərək 6-12 bəzən 20 saat davam edir/

Patomorfoloji dəyişikliklər -Qarın bərk şişmiş olur, qarın divarı cırıldığda , qazla dolmuş bağırsaqlar görünür. Bağırsaqlar cırıldıqda qarın boşluöunda qan qarışıqlı bağırsaq möhtəviyəti aşkar olunur. Çox vaxt böğulma ( asfiksiya) əlamətləri aşkar edilir. Diafraqmanın cırılması da ola bilər.

Diaqnozu -anamnez məlumatları , bağırsaqların meteorizminin xarakterik kliniki əlamətəri hələ heyvanın sağlığında diaqnozun qoyulmasını asanlaşdırır. Şübhə olduqda rektal muayinə aparılır və bağırsaqın qazla dolması diaqnozu dəqiqləşdirilir. Bağırsaqın cırılmasına və ya mexaniki keçməməzlik nəticəsində əmələ gəlmiş ikincili meteorizmə şübhə olduqda qarın boşluğunun sınaq deşilməsini apararaq mayenin olub olmaması müəyənləşdirilir. Alınan mayenin muayinəsinə əsaslanaraq ( maye sarımtıl rəngdə şəffaf olduqda –ağırlaşmamış meteorizm , maye qırmızı , eritrosit qarışıqlı olduqda stranqulyasiyanın keçməzliyi nəticəsində əmələ gəlmiş ikincili meteorizm, maye qan və yem qırıntıları qarışıqlı olduqda isə bağırsaqların cırılması , mədədə leykosit və endoteli hüceyrələri qarışıqlı eksudat olduqda – peritonit) ağrılı prosesin ( xəstənin) vəziyəti qiymətləndirilir.

Təfriqi diaqnozu -Xəstəliyin təfriqi diaqnostikasında mədənin kəskin genişlənməsini nəzərə almaq lazımdır, bu xəstəliklər üçün sancılar zamanı heyvanın “ it oturuşu” ümümi əlamətdir, ancaq mədənin genişlənməsində qarın həcmcə böyümür, şişmir, çünki mədə döş boşluqu ilə məhdudlaşdığına görə , qazlarla da belə dolsa kənara çıxmır. Keçməməzlik nəticəsində əmələ gəlmiş ikincili meteorizmi anamnez məlumatları və qarın boşluğu deşilib mayenin alınması ilə təfriq edilir. Bağırsaqların keçməməzliyi zamanı qarın boşluğunda maye aşkar olunur ( müsbət nəticə) , timpaniya olduqda isə nəticə mənfi olacaq

Proqnozu -Tədricən artan narahatlıq , və dişlərin xırçıltaması ( intoksikasiya əlamətlərini göstərir. Kişnəmə , ətrafların və yan hissələrinin soyuması , əzələ titrəməsi , hərəkət koordinasiyasının pozulması peristaltikanın və qaz ifrazının dayanması , tənknəfəslik , nəbzin aramla zəlf vurması -əlverişsiz proqnozun əlamətidir.Qaz ifrazının və bağırsaqların peristaltikasının bərpası , narahatçılığın azalması və sancıların zəifləməsi , heyvanda iştahanın yaranması –xəstənin sağalmasına bir işarədir.

Mualicəsi -İlk öncə sancı sindromunun ( ağrı və narahatlıq) aradan götürmək lazımdır. Bu məqsədlə v/d 80-100ml miqdarında 10% xloralhidrat, 150-200ml dozada 10%maqnezium sulfat və ya dəri altına suda həll edilmiş 8-10qr analqin istifadə etmək olar.Bağırsaqların peristaltikasını bərpa etmək üçün v/d 200-300ml dozada 10%NaCl məhlulu və ya dəri altına az dozada (0.001-0.002qr) karboxolin yeridilir.Toplanmış qazları çıxarmaq məqsədilə burun-udlaq zondundan istifadə edilir, həmin zondla da daxilə qıcqırma əlehinə dezinfeksiyaedici maddələrin ( ixtiol 15-20qr dozada 1litr suda həll edilir, timpanol 0.4-0.5ml /kq diri kütləyə su ilə 1: 10 -1: 15 nisbətində həll edilir, naftalan nefti 100 -150 qr 1.5-2 litr suda qarışdırılaraq verilir , 50ml sikoden 2-3 litr suda həll olunur) yeridiməsi yaxşı nəticə verir. Bağırsaqların qazlarla güclü dolması nəticəsində kəskin asfiksiya əlamətləri bürüzə verirsə , dərhal qarın divarından daha çox gərqin olan və ya qırağa çıxan nahiyəsindən deçmək lazımdır. Bu əməliyat nazik troakar və ya böyük diametrli Bobrovun iynəsi ilə aparılır. Ehtiyac olduqda ürək fəaliyətinin zəifləməsi zamanı . kofein, strofant və ya inci çiçəyi preparatlarından istifadə edilir.Sancı sindromları və bağırsaqların meteorizmi dayandırıldıqdan dərhal sonra bağırsaqdakı çürümüş möhtəviyəti təmizləmək lazımdır, bunun üçün bitki yaqları , duz işlətmələri və dzinfeksiyaedici dərmanlar ( ixtiol, ftalazol, norsulfazol, levomisetin və. s. ) vermək məsləhətdir.Xəstələnmiş heyvanlar ağır işdən azad olunur , pəhriz yemləmə təyin edilir.

Profilaktikası -Heyvanlara çox miqdarda tez qıcqıran yemlər verilməməli .Yemlənmə və işdə istifadə edilməsi düzgün aparılmalı .Yaqmur havada və şehli sahələrdə otarılmağa buraxılmamalı. Tez qıcqıran yemlər verdikdə , arada bir quru ot verməli və. s. ibarətdir.

Muhazirə № 9

Həzm sisteminin xəstəlikləri

Plan

5.-Sancıların paralitik formaları

6.-Sancıların mexaniki formaları

7.- Sancıların hemolitik formaları



Bağırsaqlarda möhtəviyətin durqunlaşması-ximostaz, kaprostaz

(OBSTİQATİO İNTESTİNORUM)

Xəstəlik bağırsaqların ayrı-ayrı şöbələrində möhtəviyətin quruması sıxılması və keçməzliyin pozulması ilə xarakterizə edilir.Möhtəviyətin nazik bağırsaqda dayanması –ximostaz, yoğun bağırsaqda dayanması isə kaprostaz adlanır.Bu xəstəlik ən çox atlarda, nadir hallarda isə it və başqa növ heyvanlarda təsadüf edilir. Xəstəlik sancıların paralitik formalarına aiddir. Bəzi hallarda möhtəviyəyin dayanması eyni vaxtda yoğun və nazik bağırsaqa ola bilər.

Etioloqiyası -Xəstəliyi əmələ gətirən səbəblər , heyvanlara uzun müddət az qidalı qaba yemlərin ( gec biçilmiş ot, saman, vələmir, və çiyid qabığı ) xırda üyüdülmüş konsentratlar və un tozu ilə yemləmədir. Mineral və vitamin çatışmamazlığı , aktiv gəzintinin ( mosion) olmaması , bağırsaq tərəfindən əmələ gələn intoksikasiya, və peristaltikasının zəifləməsi , dişlərin anomaliyası , ürək-damar çatışmamazlığının mövcüdlüyü , xəstəliyin əmələ gəlməsində mühüm əhəmiyət kəsb edir. Xəstəliyin əmələ gəlməsində bağırsaqların tonusunun aşağı düşməsi də böyük əhəmiyət kəsb edir. İkincili bir proses kimi bağırsaq möhtəviyətinin durğunluğu , bağırsaqların stenozları, burulması, bitişməsi, və. b. dəyişikliklərdən əmələ gələ bilər.

Patoqenezi -Xəstəliyi əmələ gətirən səbəblərin uzun müddətli təsiri həzmin pozulmasına , bağırsaqların motor-sekretor funksiyasının pozulmasına və bunun nəticəsi olaraq , möhtəviyətin tıxanıb bağırsaq şöbələrində toplanmasına səbəb olur. Nazik bağırsaqalrın yoqun bağırsaqlara nisbətən nazikliyinə və həcmcə balaca olduğuna görə ximostazlar tez bir vaxtda əmələ gələrək , faktiki olaraq bağırsaqların tam tutulmasına (tıxanmasına ) səbəb olur.Əksər hallarda ximostaz onikibarmaq bağırsaqın S-vari əyriliyində əmələ gəlir.Kaprostazlar isə yavaş-yavaş , tədricən bir necə gün və bəzən həftə ərzində formalaşır . Əksər hallarda kor bağırsaqda , böyük çənbər bağırsaqın çanaq ilgəyində , kiçik çənbər bağırsaqda əmələ gəlir.İtlərdə tıxanma əsasən düz bağırsaqda əmələ gəlir .Tıxanma sahələrdə möhtəviyət quruyaraq , özünəməxsus , bağırsaqın keçməzliyini pozan , tıxac əmələ gətirir. Qurumuş möhtəviyət toplanaraq bağırsaqların divarını genişləndirir , selikli qişasını qıcıqlandıraraq , onun iltihabı və bəzən nekrozlaşması əsasın da bağırsaqlarda ağrıların sancı sindromu formasında əmələ gəlməsinə səbəb olur. Möhtəviyətin nazik bağırsaqlarda (ximostaz) və yoğun bağırsaqın nazik yerlərində ( kaprostaz- böyük çənbər bağırsaqın çanaq ilgəyi və kiçik çənbər bağırsaqda ) tıxanması bağırsaqların mədəvarı genişliyində əmələ gələn kaprostaz zamanı tam keçməməzlik əmələ gəlmir, və qalça bağırsaqdan gələn ximusun cuyuq və yarımcuyuq hissəsi, bəkiyib qalan möhtəviyyətin üstündən keçib gedir.Buna görə bu bağırsaqların kaprostazı zamanı heyvan bəzən az miqdarda nəcis ifraz edə bilir, və bunun böyük diaqnostik əhəmiyəti var. Onikibarmaq bəzən isə qalça bağırsaqın ximostazı mədənin ikinçili kəskin genişlənməsi ilə aqırlaşır, və nəticədə orqanizmin susuzlaşması , intoksikasiyası , qanın qatılaşması tərkibində xlorun və azotun kəskin azalması qələvi ehtiyatının aşağı düşməsi asidoz , sarılıq, eləcədə ürək çatışmazlığı ilə müşaiyət edilir. Kaprostazlar zamanı bağırsaqlarda tıxanmış möhtəviyətin çürüməsi və əmələ gəlmiş toksinlərin sorulması , qaraciyərin funksiyasını pozaraq orqanizmin ümümi intoksikasiyasına , sinir və ürək –damar və başqa sistemlərin fəaliyət pozuntusuna səbəb olur

Simptomları Nazik baırsaqın ön hissələrinin ( onikibarmaq , acı) ximostazı , heyvan yem yedikdən dərhal sonraşiddətli sancılarla baş verir , narahatlıq güclənir , əvvəlcə tutmalar haında , sonralar isə arasıkəsilmədən taxikardiya , təngnəfəslik , qəyirmə və hətta qusma əlamətləri ilə davam edir.Bu əlamətlərin hamısı mədənin kəskin genişlənməsinə xarakterik olan əlamətlərdir.Zondla sıyıq mədə möhtəviyətini boşaltdıqdan sonra , heyvanın vəziyəti müvəqqəti olaraqyaxşılaşır, lakin 2-5saatdan sonra hamısı yenidən təkrar olunur. Gözün torlu qişasının və selikli qişaların sarılığının getdikçə artması , bağırsaqların ön ximostazlarının xarakterik əlamətlərididr. Rektal muayinə zamanı onikibarmaq bağırsaqın əyriliyinin uzanması və bərkiməsini , eləcədə geriyə basılmış dalaqı əlləmək olur. Qalça bağırsaqın ximostazının sancı əlamətləri , tədricən yavaş-yavaş artır.Əvvəlcə vaxta.ırı yünkül narahatlıqlar görünür, heyvan tez-tez sol aclıq çuxuruna baxır, və sidikburaxma vəziyəti alır , lakin sidik ifraz etmir.Sonralar narahatlıq daimi və qabarıq olur, xəstələr yatır və tez-tez qalxır, ayaqları ilə yeri eşir, quyruğunu bulayır, Əmələ gələrək yavaş-yavaş selikli qişaların və gözqn torlu qişasının saralması bürüzə verir. Xəstəlik uzunmüddətli olduqda , mədə və nazik bağırsaq qaz və maye möhtəviyətlə dolur, və proses kəskinləşir belə hallarda bu proses mədənin kəskin genişlənməsinin ikincili formasını xatırladır, və zondlama apardıqda –az miqdarda möhtəviyət gəlir. Nazik və yoğun bağırsaqların peristaltikası zəifləyir, defekasiya seyrəkləşir , intoksikasiyanın başlanması ilə əlaqədar olaraq heyvanın ümümi vəziyəti xeyli piləşir, tənəffüs tezləşir, nəbz 1 dəq. 70-90 olur, bəzi hallarda aritmiya müşahidə edilir. Rektal muayinə apararkən əli sol böyrək səviyyəsində aşağıdan yuxarıya , soldan sağa , kor bağırsaqın başına tərəf hərəkət etdirdikdə , qalça bağırsaqın arxa ilgəyinin möhtəviyyətlə dolması aşkar edilir, və bəzən o ağrılı olur.Kor bağırsaqın kaprostazı yünkül tədricən artan narahatlıq , iştahanın zəifləməsi , qəbz bəzən isə ishalla bürüzə verir. Atlar zəif hərəkət edir, qarnına baxır ( boylanır), tez-tez dartılmış vəziyyətdə durur, qeri və irəliyə səndələyir ” səndələyən kəfkir” duruşu alır , məqsədsiz hərəkətlər edir, ehtyatla yatır, zarıyır, bəzən ağnayır, və yenə də ayaqa durur nazik bağırsaqların peristaltikası əvvəlcə normaya yaxın olur, sonralar isə zəifləyir, yoqun bağırsaqlarda çox vaxt heç eşidilmir.İntoksikasiya tədricən artır , sancılar uzunmüddətli və gərgin olur , nəbz və tənəffüs tezləşir, atrioventrikulyar blokada tipli aritmiya və ya ekstrasistoliya müşahidə olunur. Selikli qişalar dolqun –hiperemiyalı , gözün torlu qişası isə sarımtıl olur. Bədən temperaturu normaya yaxın və ya ondan aşağı olur. Düz bağırsaq fekallardan azad olur, anusun sfinktoru boşalır, kor bağırsaqda bərkimiş möhtəviyyət, qalça bağırsaqın ilgəklərində isə meteorizm aşkar olunur. Boyük çənbər bağırsaqın mədəvarı genişliyində möhtəviyətin tıxanması nəticəsində əmələ gəlmiş kaprostaz kor bağırsaqın kaprostazlarına oxşayır, çanaq bükümündə əmələ gəlmiş keçməməzlik zamanı isə yoqun bağırsaqın meteorizminə səbəb olur, və sancılar intensiv xarakter daşıyır.Bu zaman rektal muayinə apardıqda çənbər bağırsaqın möhtəviyətlə bərkimiş hissəsi asanlıqla tapılır. Atlarda kiçik çənbər bağırsaqın kaprostazları ilə əlaqədar olan sancılar, çox şiddətli keçir, heyvan ayaqları ilə yeri cırmaqlayır , yerə yıxılıb aqnayır, , nəcis və sidikifrazetmə vəziyəti alır, gücənmə əlamətləri müşahidə olunur. Defakasiya aktı tam kəsilir, peristaltika zəifləyirya tamam kəsilir, lakin yoqun bağırsaqlarda vaxtaşırı olaraq hündür zanqıltılı səslər əmələ gəlir, bu isə öz növbəsində qazların toplanmasından xəbər verir İştaha itir ümümi məzlumluq daha qabarıq görünür, selikli qişalar dolqun- hiperemiyalı olurlar, nəbz zəif və yumşaq, ( 1 dəq. 70-100), qan təzyiqi aşağı olur, .Düz bağırsaq boş olur, selikli qişalar quru olaraq kələ-kötürləşir, kiçik çənbər bağırsaqda rektal muayinə edərkən bərkimiş dairəvi, və kolbasa formasında qurumuş kütlələr müəyyən olunur.Yoqun bağırsaqlar kiçik çənbər bağırsaqa qədər adətən normal və ya bir qədər köpmüş olur.

Patomorfoloji dəyişikliklər -Bağırsaqların həcmi və forması tıxanma yerlərdə adətən dəyişmir.Bəzən bağırsaqların divarının çırılması , iltihabı və nekrozu müəyyən olunur. Bağırsaqların selikli qişasında nekroz əlamətləri görünür, və çox vaxt boz səpkilərlə örtük, və qan saqıntıları olur, bağırsaqların başqa qişalarının da pozuntuları aşkar olunur .Bağırsaqların tıxanması hissələrində möhtəviyət bərkimiş, sıxılmış, və bağırsaqın formasına uyğun formada olur.

Gedişi -Onikibarbaq bağırsaqın ximostazı 10-12 saat, qalça bağırsaqınkı isə 3-4gün davam edir. Kor və böyük çənbər bağırsaqın kaprostazı tədricən inkişaf etdiyindən 10-14 gün davam edir. Böyük çənbər bağırsaqın çanaq bükümü və kiçik çənbər bağırsaq tamamilə tıxandıqda xəstəlik daha da sürətlə keçir.

Diaqnozu və təfriqi diaqnozu -Anamnez məlumatlarına xarakterik olan kliniki əlamətlərə , ümümi və xüsüsi muayinə metodlarının nəticələrinə əsaslanır. Heyvanların yemlənməsinin təhlili xüsüsi əhəmiyyət kəsb edir. Onikibarmaq və acı bağırsaqın ximostazlarına - müvəqqəti olaraq mədənin zondlanması ilə sakitləşən , mədənin kəskin güclənməsi əlamətləri ilə bürüzə verən, və gücünə görə tədricən artan sancılar xarakterikdir. Kor və böyük çənbər bağırsaqların kaprostazları ( geniş hissələrində bərkimiş möhtəviyətin tıxanması) tədricən əmələ gələrək 1-2 həftə davam edir. Lakin böyük çənbər bağırsaqın çanaq əyriliyində və kiçik çənbər bağırsaqında ( nazik hissələrində) sancılar daha intensiv keçir, ancaq bu vaxt mədənin ikincili genişlənməsinin əlamətləri olmur. Ximostaz və kaprostazların diaqnozunu təsdiq etmək üçün rektal muayinənin aparılması vacıbdir. Təfriqi diaqnostikada bağırsaqların yad cismlərlə ( daşlar, qum, konkrement) tıxanması , mədənin kəskin genişlənməsi , bağırsaqların burulması və çevirilməsi nəzərə alınmalıdır.



Proqnozu -Ehtiyatlıdır . Mualicəyə dərhal başladıqda proqnoz əlverişli ola bilər. Güclü bağırsaq intoksikasıyasında proqnoz qeyri əlverişli ola bilər.Xəstə heyvan –toksikoz, orqanizmin susuzlaşması, hemodinamik pozuntular, və bağırsaqların cırılması nəticəsində ölə bilər.

Mualicəsi -Ximostazların mualicəsi mədənin zondlanması , onun möhtəviyətdən azad edilməsi və müxtəlif məhlullarla ( ixtiol, natrium hidrokarbonat, natrium xlorid, və ya adi su ilə) yuylmasından başlanır. Bu əməliyyat müvəqqəti də olsa xəstənin vəziyətini yünkülləşdirir. Bu əməliyat mədənin ikincili genişlənməsi əmələ gəldikdə vaxtaşırı təkrar olunur. Ağrı və narahatlıqları aradan götürmək məqsədilə v/d 30-50 ml dozada 10% analqin, 50-100ml dozada xloralhidrat, və ya 100-150 ml maqnezium sulfat yeridilir. Daxilə selikli həlimlər ( 2-5 l) bitki yağları (0.5-1l) sonra isə bağırsaqların motor fəaliyətini artırmaq üçün hissə-hissə dozalarla dəri altına 0.01-0.1 qr pilokarpin hidroxlorid, 0.10-0.03 prozerin, 0.001-0.002 karboxolin, 0.1-0.5 qr spazmolitin yeridilir. Xəstəlik zamanı qarnın massajı , qarın boşluğunun induktoterapiyası , və yünkül gəzinti məqsədə uyğun hesab edilir. Orqanizmin susuzlaşması və intoksikasiyasının qarşısının alınması məqsədilə v/d 5% natrium xloridə qlukoza və kofein əlavə olunaraq ( 300-500ml) dozada yeridilməsi yaxşı nəticə verir. Hemodinamikanın pozulması ( qan təzyiqinin aşağı) düşməsi zamanı dəri altına 0.05-0.5 ml dozada hidroxlorid efedrin və ya 2-5 ml dozada adrenalin hidroxlorid yeridilir. Kaprostazların mualicəsi xəstəliyin ağırlığı və formasından asılıdırİştahası olan xəstə heyvana dietik yemləmə təşkil olunur, az cəngələrlə göy ot, şəkər çuğunduru, yer kökü, un və buğda kəpəyindən həlimlər, keyfiyyətli ot verilir. Heyvanları nəzarət altında otlağa da buraxmaq olar. Daxilə selikli həlimlər bəğəmotukökünün, kətan ciyidinin , düyünün həlimlərini 2-5 l miqdarında hər 5-6saatdan bir 2-3 dəfə işlədici duzlar natrium və maqnezium sulfat ( 250-500qr duz, 10-20 qr saburla 10-15 l suda həll olunaraq ) verilir. , 350-400 qr çörək mayası 5-10 litr suda həll edilib verilməsi də yaxşı nəticə verir. İşləyici və selikli həlimlərlə birlikdə qıcqırma prosesini dayandırmaq məqsədilə xəstələrə 20-30 qr ixtiol, 10-15 qr salol, 10-15 qr timol, 12-15qr ftalazol, 8-10 mq/kq diri kütləyə dozada xlortetrasiklin və oksitetrasiklin verilir.Qarın nahiyəsində massaj, faradizasiya və induktoterapiya aparılır.Xəstəyə yünkül gəzinti verilir, Bərkimiş nəcis kütlələrini yumşaltmaq üçün darmtamponatorla vazelin yağı və ya selikli məlhəmlərlə isti imalə edilir. Düz bağırsaqın kaprostazları zamanı Esmarx dolçası ilə bi necə dəfə təmizləyici imalə ( 5l qədər) qoyulur. Kaprostaz böyuk çənbər bağırsaqın mədəvarı genişlənməsi və kiçik çənbər bağırsaqda olduqda , dərin imalələr ( 30-40 l) qoyulur. İmalə bağırsaq tamponatoru ( Meyerin metalik, Selişevin rezin) vasitəsilə qoyulur Kor bağırsaqın kaprostazında göstərilən mualicə usulları ( imalələr) müsbət nəticə vermədiyindən A.V.Sinyov sağ aclıq çuxurundan troakarın qilzi vasitəsilə 15 litr su və ya qlauber duzunun zəif məhlulunun yeridilməsini məsləhət görür. İntoksikasiya gücləndikdə v/d 10% NaCl və qlukoza qarışığı ( 200-500ml NaCl, 50-150ml qlukoza ) dəri altına isə 0.05-0.5 ml efederin hidroxlorid , 3-5qr kofein natrium benzoat yeridilir. Uzun müddətli ağrıları kəsmək üçün dəri altına 10-15 ml dozada 30% analqin, yeridilir, Xəstənin sağalma dövründə enterokolitin bağırsaqlarda pozuntu qalıqlarını aradan götürmək məqsədilə onlara yumşaq dietik yemlər, vermək, tez-tez gəzintiyə cıxarmaq , yaxud otlaqa buraxmaq yaxşı nəticə verir.

Profilaktikası -Atlara uzun müddət qaba , keyfiyətsiz, və zəif qidalı yemlər verilməməli , onlara taxıl yemqarışıqlarının şirəli yemlərlə verilməsi daha məqsədə uyqundur. İşlək atları uzun müddət fiziki işsiz qoymaq olmaz , işdə müntəzəm istifadə etməli.Cins atlar və boğaz madyanlara gündəlik gəzinti təşkil etmək vacibdir.

Sancıların mexaniki formaları

Bağırsaqların kecməməzliyi-ileus

Bağırsaqların daxilən tıxanması –Obturatio intestinorum

Xəstəlik bağırsaqların yad cisimlərlə daxilən tıxanması ilə xarakterizə edilir və “bağırsaqların daxilən tıxanması” və ya obturasiya adlanır. Bu xəstəlik bağırsaqların özündə əmələ gələn daşlar, konkrement, fito və pilobezoarlarla , eləcədə helmint və təsadüfən bağırsaqlara düşən , kartof əski,və sümüklə tıxanmasıdır. Keçməməzliyin mexaniki forması atlarda , qoyun , it və nadir hallarda qaramal və donuzlarda müşahidə edilir. Bağırsaqların ən çox daxilən tıxanma yeri kiçik çənbər bağırsaqdır bu isə bağırsaq daşların( enterolitlərin) , konkrementlərin , fitokonkrementlərin , bezoarların, əmələ gəldikləri yerdən yəni böyük çənbər bağırsaqın mədəvarı genişlənməsindən , kiçik çənbər bağırsaqa keçməsi nəticəsində əmələ gəlir. Daşlar adətən turş-fosfatvə ammonyak- maqneziumdan ibarət olaraq , çəkisi 10 kq qədər olur. Kompakt kütləyə birləşmiş lil, qum, bitki lifləri, bərkimiş kal kütlələri , qeyri üzvü duzlardan ibarət yad cismlər konkrement hesab olunurlar. Fitokonkrementlər –bitki liflərinin bərk dolaşması nəticəsində , dairəvi formasında olan əmələgəlmələrdir, bəzi hallarda onların həcmi kiçik qarpız boyda , çəkisi isə 3 kq qədər olur. Əmələ gələn sancıların biləvasitə səbəbi göstərilən əmələgəlmələrin diametri böyük olan mədəvarı genişlənmədən , kiçik diametrli bağırsaqlara keçmələridir.

Etioloqiyası -Yem və su ilə çox miqdarda torpaq , qum, fosfor birləşmələrinin daxil olması, heyvanlara tərkibində vələmir kəpəyi,qarqıdalı və buğda unu , dəyirmən qalıxları olan yemlərin verilməsi , heyvanları qobud lifli , zəif qidalı yemlərlə yemləndirilməsi , həzm sisteminin əsas funksiyalarının (sekretor, motor, soruculuq) pozulması , bağırsaq daşlarının əmələ gəlməsi və inkişafına səbəb olur.Orqanizmdə maddələr mübadiləsinin o cümlədən vitamin-mineral nisbətinin pozulması da bağırsaq konqlomeratlarının əmələ gəlməsinə səbəb olur.

Patoqenezi -Bağırsaq daşları və bezoarlar başlanğıc materialının onların üzərində laylanması qabiliyətinə malik olmalarına görə həcmlərinin böyüməsi tendensiyasına malikdirlər. Buna görə də onlar böyüdükcə bağırsaqın selikli qişası və divarının qıcıqlanmasına və spazmalara səbəb olurlar. Bağırsaq daşlarının bağırsaq divarına təzyiq etməsi onun genişlənməsi ilə müşaiyət olunur, əzələlərin spazmasını əmələ gətirir, və yad cismin hərəkətinə mane olur –tez bir vaxtda obturasiya ( tıxanma) yerində bağırsaqın iltihabı sonra isə nekrozu əmələ gəlir.Gec-tez konqlomerat və ya bağırsaq daşı nəin ki bağırsaqın dəliyini tam tıxayır, hətta sıxılmasına və spazmasına səbəb olur.Spazmatik yığılmalar resepttorların güclü qıcıqlanması və kəskin bağırsaq sancılarına səbəb olur,sancılar əvvəlcə vaxtaşırı sonralar isə daimi olurlar.Bağırsaqların ön hissəsində ( əsasən də acı və qalca bağırsaqların duodenal dəliyi hissəsində ) tıxanmanın əmələ gəlməsi , tez bir zamanda bağırsaqlarda möhtəviyətin dayanması və mədənin ikincili genişlənməsinə səbəb olur. Yığılmış möhtəviyətdə qıcqırma və çürümə proseslərinin güclənməsi intoksikasiya və bağırsaqların meteorizminə səbəb olur, sinir sisteminin qan dövranı ,və tənəffüs sisteminin funksiyaları və maddələr mübadiləsi pozulur.Bu proseslər-nəticə etibarilə bağırsaqların cırılması , orqanizmin intoksikasiyası və xəstə heyvanın ölümünə gətirib cıxara bilər.

Simptomları -Bağırsaqların qismən keçməzliyinin sancı sindromları enteralqiya əlamətlərini xatırladır. Vaxtaşırı yünkül sancılar müşahidə olunur.Sancılar dayandiqda heyvan yem yeyir, su içir, qaz və sıyıq nəcis ifraz edir. Bağırsaqların tam keçməməzliyi tez bir zamanda ağır sancı əlamətləri ilə bürüzə verir , heyvan tez-tez “dartılma” və ya” müşahidəci” vəziyyəti alır Xəstə narahat vəziyətdə qarnına baxır, ehtiyatla boyrü üstə yatır.Kiçik çənbər bağırsaqın aşağı hissələri və düz bağırsaqın tutulması zamanı, heyvan tez-tez gücənir, lakin qaz və nəcis ifraz etmir, bağırsaqların peristaltikası itir, bəzən zəifləyir, metal cingiltili bağırsaq küyləri eşidilir. , bədən temperaturu 39-40C qədər yüksəlir, tənəffüs tezləşir, nəbzin sayı 1 dəq. 70-90 çatır. İntoksikasiya və meteorizm əlamətləri artır, selikli qişalar dolğunlu olur, hiperemiyalaşır, gözün torlu qişasında zəif sarılıq müşahidə edilir. Rektal muayinə apardıqda tıxanma yerində bağırsaq divarının ihfiltrasiyası və ağrılı olması müşahidə edilir, tıxanan maddə adətən dairəvi və oval formada olur. Düz bağırsaqda adətən kal kütlələri olmur, bəzi hallarda mədəningenişlənməsi və meteorizm əlamətləri ola bilər. İri buynuzlu heyvanlarda bağırsaqların obturasion keçməməzliyi zəif sancılarla müşaiyət olunur. Xəstə dal ayaqları ilə qarnını döyəcləyir, çox yatır, gövşəmə və iştaha zəifləyir, mədə önlüklərinin hipotoniya sonralar isə atoniyası müşahidə edilir, bəzən işkənbənin timpaniyası ( köpməsi) ola bilər, bağırsaqların peristaltikası zəifləyir, defekasiya aktı seyrəlir, və nəcis bərkimiş olur. Rektal muayinə zamanı daşlar olan nahiyyələrdə bağırsaqın hissiyəti artmış və ağrılı olur. İtlərdə bağırsaqların ön hissəsinin tıxanması zamanı xəstə tez-tez qusur, narahat, əznik, və məzlum olur, peristaltikanın zəifləməsi və qəbizlik müşahidə olunur, bəzi hallarda bağırsaqların köpməsi ( meteorizmi) əmələ gəlir.

Patomorfoloji dəyişiklikləri Yarma zamanı bağırsaqlarda obturasiya nahiyyələri ( tıxanma yerləri) aşkar olunur. Sıxılmış bağırsaq nahiyəsi tünd-qırmızı rəngdə, ödemli və əksər hallarda nekrozlu olur.Bağırsaqlar qaz və maye ilə dolub çurumuş pis iy verir, divarı qalınlaşır, boşalır, selikli qişası hiperemiyalaşır və ərplə örtülü olur. Tutulmuş nahiyələrdə daşlar və ya konkrementlər aşkar olunur , ondan ön tərəfdə olan bağırsaq qan və qazla qarışmış cuyuq ximusla dolub gərilir, arxa hissəsində isə bağırsaq nahiyəsi boş olur, kor və böyük çənbər bağırsaqda nəcis toplantısı aşkar olunur. Qarın boşluqundan qan və fibrin telləri qarıığı çoxlu transsudat tapılır. Çöz damarlarında durğunluq əlamətləri görünür.

Gedişi -Bağırsaqların ön hissəsinin keçməməzliyi 1-2gün davam edir, kiçik çənbər və böyük çənbər bağırsaqların düz hissəsi çanaq əyriliyinin keçməməzliyi isə 2-3gün, yöğun bağırsaqın geniş hissələrindən nazik hissələrinə keçən yerlərin tıxanması sıxıntılar olmadığda 8-12 gün davam edir. Diafraqma herniyaları olduqda qısa bir müddətdə heyvan kollaps vəziyətinə düşərək ölür

Diaqnozu və təfriqi diaqnozu -Anamnez məlumatları , klinik əlamətləri və rektal muayinənin nəticələri əsasında qoyulur. Düz, kiçikçənbər və böyük çənbər bağırsaqların çanaq əyriliyinin obturasiyasını ( tıxanmasını) , müəyyən təcrübə olduqda aydınlaşdırmaq çətinlik törətmir. Bu zaman bağırsaqlarda tıxanmış bərk maddəni aşkar etdikdə heyvan narahat olur və ağrı hissləri keçirir. Təfriqi diaqnostikada əlamətlərinə uyğun kaprostazları, bağırsaqların yerinin dəyişməsini, hemostatik ileusları nəzərə almaq lazımdır.

Proqnozu -bağırsaqlarda tıxanmanın yerləşməsi və dərəcəsindən , tıxanmış daşların həcmi və törətdikləri fəsdlardan asılıdır. Beləki kiçik çənbər düz və böyük çənbər bağırsaqın tıxanması adətən 2-3gün ərzində heyvanın ölümü ilə nəticələnir. Başqa bağırsaqların tıxanması adətən 10 gün davam edir, və cərrahiyə əməliyatı aparmadıqda yenədə ölümlə nəticələnir.

Mualicəsi -Düz və çənbər bağırsaqın tıxanması zamanı , tıxanmış yad cisimi kənarlaşdırmaq məqsədilə , düz bağırsaqa zondla bitki yağları yeridərək düz bağırsaqdan divarın massajı aparılır.Darmtamponator vasitəsilə dərin imalələr aparılır.Nazik bağırsaqın ön hissəsinin tıxanması zamanı , zondlama, mədənin yuyulması , və daxilə selikli həlimlər və bitki yağları yeridilir. Bu vasitələrlə heyvanı xilas etmək mümkün olmadıqda cərrahi əməliyat aparılır. Əgər yad cismi düz bağırsaqdan əllə cıxarmaq mümkündürsə onu cıxarmaqa cəhdetmək lazımdır. Buzaman atlarda bağırsaqların spazmasını aradan götürmək məqsədilə v/d 5-100 ml 10% xloralhidrat və ya hər kq/diri kütləyə 0.5-1ml 0.5% novokain məhlulu yeridilir. Əməliyyət nəticə vermədikdə , yad cism zond vasitəsilə icəri itələnir. Bağırsaq tamponatorları vasitəsilə dərin imalə aparılır. Eyni vaxtda simptomatik mualicə təyin edilir.

Profilaktikası -Yemləmə və işdə istifadə etmə qaydalarına ciddi riayət olunmalıdır. Heyvanlara keyfiyyətsiz, odunlaşmış, qum, torpaq və .s. qarışıqlı yemlərin verilməsinə qadağa qoyulmalıdır. . Heyvanların yemləmə , bəslənmə , saxlanma şəraiti il böyu ciddi baytar nəzarətində olmalıdır.

Bağırsaqların daxilən sıxılması ( stranqulyasiyası) –

Stranqulatio, incarceratio, tarsio, invaqinatio, intestinorum

Bağırsaqların ilgəklərinin çözlə birgə sıxılması nəticəsində əmələ gəlmiş mexaniki keçməməzliyin müxtəlif formalarıdır. Bağırsaqın daxilən sıxılması , invaginasiyası, burulması, dolaşması, və bükülməsi nəticəsində möhtəviyətin hərəkəti tam və ya qismən də olsa dayanır, -bunu bağırsaqın tutulması adlandırırlar.Xəstlik atlarda , qaramalda, və donuzlarda təsadüf edilir. Sıxılmaların ən çox təsadüf edilən formaları xarici və daxili yırtıqlardır. Bunlardan bağırsaq ilgəklərinin genişlənmiş qasıq dəliyində , piylik və çöz , qarın və diafraqma dəliklərində , bud kanalı , xaya torbası, və göbək xəlqəsi dəliklərində və ya əmələ gəlmiş yırtıqlara düşüb sıxılmsını göstərmək olar.Bağırsaqların sıxılması adətən nazik bağırsaqlara aiddir, burulması və dolaşması isə necə nazik eləcədə yoğun bağçrsaqlarda ola bilər.Bağırsaqın daxildən sıxılması zamanı, bağırsaq ilgəyindən biri qarın böşluğundakı təbii və ya süni dəliklərdən birinə keçərək sıxılır.Bəzi hallarda daxili sıxılma bağırsaq ilgəyinin uzanmış toxum ciyəsi , böyrək-dalaq, mədə- dalaq və oraxvari qaraciyər girdələri və birləşdirici toxuma qatları ilə dolaşması nəticəsində əmələ gəlir.

Etioloqiyası -Bağırsaqların sıxılması , dolaşması, və burulmasının əsas səbəbləri kimi –qarındaxili təzyiqinyüksəlməyə tərəfə kəskin dəyişməsiqərqin fiziki işdə qəflətən dayanması, doğuş zamanı olan gücənmələr, heyvanları təsbit etmək üçün yıxılması uzun məsafələrdəkəskin dönmələrlə dağdan enməsi, heyvanların yıxılması və ya çevirilməsini göstərmək olar .Bağırsaqların invaqinasiyası çox vaxt reseptorların yad cismlərlə qıcıqlanması, soyuq su verdikdən dərhal sonra, soyuq donmuş yemlərlə yemlədikdə, kataral enterit və enteralqiyalar zamanı, bağırsaqların ayrı-ayrı ilgəklərinin azan spazmatik yıqılmaları nəticəsində əmələ gəlir.

Patoqenezi -Bağırsaqın sıxılmış, burulmuş, və ya invaqinasiyası sahəsində( yerində) , zədələnmiş ilgəkdə, tez bir zamanda damarların sıxılması nəticəsində, qandövranının pozulması əmələ qəlir. Prosesin aktivliyindən asılı olaraq, az da olsa arteriya qan damarları vasitəsilə qan gəlir, vena damarları vasıtəsilə isə qan getmir, və tam dayanır. Beləliklə bağırsaqın belə sıxılmış yerlərində, venoz durğunluqu, əmələ gəlir, və qanın plazmasının sonralar isə bütöv qanın qan damarı divarlarından bağırsaq sonralar isə qarın boşluğuna dolması müşahidə edilir.Bu proses xəstəlik başlandıqdan 2-3 saat sonra əmələ gəlir, və adətən 8-12 , bəzən 24 saata qədər davam edir. Bağörsaqların sıxılması nəticəsində əmələ gələn stranqulyasiya yerində isə güclü ağrı və arasıkəsilməyən sancılarla müşaiyət edilən nekroz əmələ gəlir. Ağrı və sancıların güclənməsinə səbəb olan sıxılmanın ön hissəsində əmələ gələn meteorizm və antiperistaltik hərəkətlər olur.Tez-tez mədənin kəskin genişlənməsi əmələ gəlir. Qanın bağırsaqa və qarın boşluğuna kecməsi nəticəsində qanın qatılaşması, ürək fəaliyətinin və hemodinamikanın pozulması əmələ gəlir.Bağırsaqa daxil olmuş qanın elementləri yerli mikroflora üçün keyfiyətli və yaxşı qida maddəsi olduqundan, tez bir zamanda artaraq toksin məhsullarının artması mənbəyinə çevirilir., və heyvanların ümümi intoksikasiya və kəskin zəifləməsinə səbəb olur. Xəstə heyvanların qanında yapışqanlıq qatılaşmasına görə artır, tərkibində zülalsız azotunvə bilirubinin miqdarı artır, eyni vaxtda xloridlər vəqələvi ehtiyatının miqdarı isə azalır.

Simptomları -Xəstəlik kəskin və şiddətli sancılarla başlayır, Xəstəliyin başlancığında heyvanda yünkülvari narahatlıq hiss olunur - tez-tez qarnına baxır, həyacanla hərəkət edir, yatır, bəzən yerə yıxılıb, ağnayır. Sonralar tez bir müddətdə şiddətli sancı əlamətləri -heyvan cəkinmədən yerə yıxılır, ağnayır, beli üstə, uzanmağa çalışır, bu zaman ayaqlarını göyə dartır, hərəkəti gərqinləşir, o tərəf bu tərəf çevirilir, yatıb qalxır, .Bağırsaq sancıları ağırlaşdıqca heyvanlar daha diqqətli olur, kəskin hərəkətlərdən qaçırlar, diqqəti cəlb edən əlamətlərdən biri də heyvanın ehtiyatla yatmasıvə uzun müddət yerdə uzanıqlı vəziyyətdə qalmasıdır .Bu dövrdə xəstə müxtəlif yatış və duruş vəziyyəti alır, bədənini uzadır, gərnəkləşir, bel nahiyyəsində yatır, it oturuşu vəziyəti alır, bəzən bel nahiyəsində uzanaraq ətrafları ilə üzmə hərəkətləri edir, və.s.Bədən temperaturu 39-39.5Ccatır, xəstəliyin sonunda isə normadan aşağı olur, Nəbz zəifləyir, tezləşir və bir dəqiqədə 90-100 dəfə vurur, tənəffüs tezləşir, sayı 1 dəq. 30-40 catır,gərginləşir,iştaha itir, güclü tərləmə müşahidə edilir. Belə hallarda mədənin ikincili genişlənməsinin əlamətləri bürüzə verir, möhtəviyət üfünətli çürüntülü iy verir, reaksiyasısüd turşusuvə öd piqmentlərinə müsbətdir.Qanda pleyoxromiya və eritrositoz, neytrifiliya və tam zəifləmiş EÇS aşkar olunur.Xəstəlik bağırsaqların meteorizmi və mədənin genişlənməsi ilə ağırlaşdıqda , bağırsaqların peristaltikası dayanır, heyvan yerə yıxılıb ağnayır, sancılar şiddətlənərək aramsız xarakter alır, hərəkətləri məhdudlaşır, çox vaxt məcburi vəziyətdə dayanır, bədəni gərilmiş vəziyətdə olur, arxası üstə yatır, selikli qişaları hiperemiyalaşır, gözlər hədəqəsindən çıxır, qəflətən tərləmə baş verir, əzələlər titrəyir, yerişi ümidsiz olur, səndələyir, kəskin tənknəfəslik və ürək çatəşmamazlığı əmələ gəlir, defekasiya aktı dayanır, qan təzyiqi aşağa düşür, və bu zaman xəstəlik ölümlə nəticələnə bilər. Rektal muayinə zamanı bağırsaq ilgəyinin kəskin timpaniyasını aşkar etmək mümkündür.Stranqulyasiya nəticəsində əmələ qəlmiş mədənin genişlənməsi prosesin yoğun bağırsaqlarda getməsini müəyyənləşdirir.

Patoloji anatomiyası (patomorfoloji dəyişikliklər) -sıxılmış bağırsaq , köpmüş, venoz –qan durğunluqu nəticəsində tünd-qırmızı rəngdə olur, damarlar qanla dolmuş görünür, bağırsaq dartılmış divarı infiltrasiyalı və kəskin şişmiş olur, daxilində yem kütlələri qaz, və qan qarışıqlı olur. Sıxılmanın arxa hissəsində bağırsaqlar boş, bəzən kor və böyük çənbər bağırsaqda bərkimiş kal kütlələri aşkar olunur. Qarın boşluğunda çox miqdarda qçmçzç rəngdə eritrosit, leykosit, fibrin, və endotelial hüceyrə qarışıqlı transsudat, müəyyən edilir. Bəzi hallarda peritonit əlamətləri və bağırsaqın cırılaraq möhtəviyyətinin qarın boşluğuna tökülməsi görünür.

Gedişi -Atlarda nazik bağırsaqların stranqulyasion keçməməzliyi 2-3sutka ərzində ölümlə nəticələnir, başqa növ heyvanlarda adətən 2 gün keçir.Yöğun bağırsaqların stranqulyasiyası 3-4 gün davam edir.

Diaqnoz və təfriqi diaqnozu -Anamnez məlumatları , kliniki əlamətləri , ümümi və xüsüsi muayinələrin nəticələrinə , və başqa uyğun xəstəlikləri nəzərə alaraq qoyulur.Bəzi hallarda sancı sindromlarının xüsüsiyətinə və rektal muayinənin nəticəsinə əsaslanaraq diaqnoz dəqiqləşdirilir. Nazik bağırsaqın stranqulyasiyası ( daxilən tıxanması) əl çatan yerdə olduqda bərkimiş , ağrılı düyünə keçən , bərk köpən sıxılmış ilgək aşkar olunur.Böyük çənbər bağırsaqın sol sütünlərinin burulması hallarda bağırsaqın çanaq əyriliyi köpmüş və ağrılı olur., burulmuş nahiyədə bağırsaq nazilmiş hiss edilir. Nazik bağırsaqların invaqinasiyaında əl çatan nahiyyələrdə silindrik formada ağrılı olan hissə aşkar olunur. Diaqnostiki nöqtəyi nəzərdən mühüm olan məlumatlar mədənin zondlamasından əldə etmək mümkündür, beləki bununla mədənin genişlənib –genişlənməməsini müəyyən etmək olur, və bundan da mühüm məlumat qarın boşluğunun punksiyasından ( deşilməsi) əldə etmək olar. Punksiya etdikdə qırmızı rəngdə mayenin alınması xəstəliyin başlancığını, tünd-qırmızı mayenin alınması isə xəstəliyin 6-8saat keçməsini göstərir, qarın boşluğunda 8-10 litrə qədər maye toplana bilər.Xəstəliyin təfriqi diaqnostikasında mədənin genişlənməsi , bağırsaqların meteorizmi, enteralqiya və peritoniti nəzərə almaq lazımdır.

Proqnozu -Atlarda stranqulyasion ileuslar cərrahi əməliyyat aparmadan 6-8saat müddətində ağrı şokundan və orqanizmin intoksikasiyasından ölümlə nəticələnir.

Mualicəsi -Sancı sindromlarını aradan götürmək məqsədi ilə v/d 10% xloralhidrat və ya analqin yeridilir.Xəstənin vəziyətini yünkülləşdirmək üçün, mədə möhtəviyəti və qazları xaric etmək üçün zondlama aparılır.İri heyvanlarda stranqulyasiyanın erkən dövrlərində bəzən burulma , invaqinasiya və sıxılma sahələrini düz bağırsaqdan əllə düzəltmək mümkün olur . Lakin stranqulyasion ileusların hər bir formasında , radikal mualicə usulu –cərrahi əməliyat-laporotomiyadır.Mualicə zamanı əsas məsələ şiddətli gedən kəskin sancıların qarşısının alınmasıdır, bunun üçün v/d30-50ml 10%xloralhidrat və ya 0.5% novokain məhlulu , 0.5ml hər bir kq diri kütləyə dozada yeridilir. Antitoksiki vasitə kimi v/d 1000 ml NaCl fizioloji məhlulu və4% qlukoza yridilir. Əlavə simptomatik mualicə aparılır.

Sancıların hemostatik formaları

Tromboembolik ileuslar

THROMBOSİS ET EMBOLİN İLEUS

Bağırsaqların müxtəlif sahələrinin qidalanmasını təmin edən çöz arteriyalarının tromb və embollarla tıxanması ( obturasiya) nəticəsində əmələ gələn patoloqiyadır.Çöz arteriyalarının tıxanması , ilə əlaqədar bağırsaqların müxtəlif sahələrində qanın sirkulyasiyasının dayanması nəticəsində bağırsaqların hemostatik keçməməzliyi (tutulması) əmələ gəlir. Hesab olunurki xəstəlik ancaq atlarda təsadüf edilir , və onlar buna ilin bütün fəsillərində tutula bilər.

Etioloqiyası -Bağırsaqları qanla qidalandıran çöz arteriyasının gövdəsi və budaqlarının tıxanması qan məcrası ilə gələn embol və ya çöz arteriyasının özündə əmələ gəlmiş trombla yarana bilər.Damarların trombla tıxanmasına heyvanlarda daha çox təsadüf edilir. Beləki Delafondiya vulqaris parazitin süfrələri miqrasiya zamanı arteriyalara düşdükdə , damar qatlarının bütövlüyünü pozaraq , anevrizma və trombların əmələ gəlməsinə səbəb olur. Qan damarlarının bütövlüyünün pozulması göstərilən parazitlərin fəaliyyəti ilə əlaqədar yox, müxtəlif mənbəli iltihabı proseslərin nəticəsi kimi də əmələ gələ bilər.

Patoqenezi -Çöz arteriyalarının birinin və ya bir necəsinin tıxanması nəticəsində , bağırsaqın bu damarlarla qidalanan sahəsinə qanın daxil olması pozulur. Bağırsaqların bu sahələrində hemorraqik infarkt əmələ gəlir. İnfarkt nahiyələrində bağırsaq divarının qidalanmasının pozulmsi nəticəsində , reseptorların qıcığlanması , iltihablaşma və bağırsaq divarının nekrozu əmələ gəlir. Baqırsaqların peristaltikası ilk dövrdə spazmatik xatakter daşıyır, sonralar zəifləyir və tamam dayanır, bu da möhtəviyyətin dayanması və bağırsaqın tıxanmasına səbəb olur. Tez bir zamanda orqanizmin ümümi intoksikasiyası və zəifləməsi baş verir. Bağırsaqların geniş infarktı zamanı bağırsaq mikroflorasının qarın boşluğuna keçməsi nətucəsində peritonitin əmələ gəlməsi də ola bilər.Bu proseslər arteriyalar tıxanıbkollateral qan dövranının yaranmasına imkan olmadığda baş verir . Çox vaxt əsas damar tutulanda kollateral qan dövranı pozulmur, və bağırsaqlarda qan dövranının pozulması qan təzyiqinin qismən aşağı düşməsi və bağırsaqların seroz-hemorroji xarakterli eksudatla eksudatla infiltrasiyası müşahidə edilir. Sonralar kollateral qan dövranının güclənməsi nəticəsində , bağırsaqın qidalanması bərpa olunur, gedən neqativ proseslər dayanır, və bağırsaq öz funksiyasını yerinə yetirməyə başlayır.

Simptomları -Sancı sindromlarının gücü qan dövranının pozulma dərəcəsindən və bğırsaqda gedən infarktın böyüklüyündən asılıdır. İnfarkt zəif olduğda ( kiçik arteriyaların tıxanması) sancı əlamətləri , enteralqiya tipli olaraq , xəstənin yünkül vari narahatlığına səbəb olur. Əksinə bağırsaq infarktı geniş olduğda sancı əlamətləri qəflətən hec bir gözə görünən səbəb olmadan başlayır. Çox vaxt iş zamanı kəskin şiddətli , qısamüddətli sancılarla başlayaraq , sonralar vaxtaşırı xarakter alır. Heyvan yerə yıxılır.ağnayır, yenidən siçrayıb qalxır, çox vaxt it oturuşu vəziyyəti alır, və ya arxası üstə yatır, yaxud başını sallayıb, qabarıq depressiya halında durur.Bədən temperaturu yüksəlib 41C çatır, göz bəbəyi genişlənir, nıbz tezləşmiş, zəif, və sapvari olur.Ankoneus əzələlərində fibrillyar titrəmə müşahidə edilir, məzlumluq və zəiflik getdikcə artır. Bağırsaqların peristaltikası əvvəlcə güclənir, sonralar zəifləyərək tam itir. Defekasiya aktı xəstəliyin başlancığında tezləşir, sonralar seyrəkləşir, və qəbizlik əmələ gəlir. Rektal muayinə zamanı ağır xəstələrdə çöz arteriyanın pulsasiya edən anevrizmasını , gözün kökündə ağrılar və bağırsaqlarda köpmə ( meteorizm) müşahidə edilir , əli düz bağırsaqdan cıxartdıqda , əldə qan qarışığı qalıqlar olur. Qarın boşluğundan alınmış sınaq mayesi , hemoqlobin, eritrosit, və leykosit qarışığlı olur.

Patoloji anatomiyası -çöz arteriyasını gövdəsində qozdan –yumruqa qədər həcmdə anevrizma aşkar olunur. Damarın tutulan yerində və onun ətrafında zədələnmiş bağırsaq sahəsi köpmüş vəziyətində , qırmızı –tünd rəngdə , bağırsaqın divarı isə çox saylı qan sızıntıları ilə infiltrasiya olunmuşdur. Bağırsaq möhtəviyəti - tərkibində parcalanmış qan qalığları olduğuna görə qatran rənqində olur. Qarın boşluğunda çoxlu miqdarda qırmızı rəngdə maye olur, bağırsaq cırılması olduğda , mayenin tərkibində yem kütlələri aşkar olunur.

Diaqnoz və təfriqi diaqnozu -Anamnez məlumatları , kliniki əlamətləri, ümümi və xüsüsi muayinə metodları əsasında qoyulur.Lakin rektal muayinənin nəticələri , xəstəliyin qəflətən başlanması , çöz damarlarının infarktı, ( düz bağırsaqda qan qarışığlı möhtəviyyətin mövcüdlüyü, gözün kökündə ağrıların olması, qarın boşluğunda qanqarışığlı mayenin olması)diaqnozun qoyulmasında böyük əhəmiyyət kəsb edir.Təfriqi diaqnostikada bunlara məxsus olan əlamətlərlə bağırsaqların meteorizmi , burulması, mədənin kəskin genişlənməsi və peritoniti nəzərə almaq lazımdır.

Proqnozu -Hemostatik ileus xəstəliyinin yünkül forması əsasən 2-6 saatdan sonra sağalmağla nəticələnir. Ağır forması 2-3gün çəkir və ölümlə nəticələnir, bəzən xəstəlik 6-8gün çəkir və yenədə ölümlə nətıcələnirXəstəlik ağırlaşdığda , heyvanın vəziyyəti ağırlaşır və tez bir zamanda ölümlə nəticələnir.

Mualicəsi -İlk öncə ağrı və sancıların aradan götürülməsi , qan dövranının yaxşılaşdırılması və intoksikasiyanın qarşısının alınmasına yönəlməlidir. Ağrı və narahatlığı dayandırmaq məqsədilə v/d 40-60 ml dozada 10% xloralhidrat , və ya 40ml dozada 10% analqin yeridilir. Qan dövranını yaxşılaşdırmaq üçün dəri altına 20-30 ml kamfora yağı , 3-5qr kofein natrium benzoat, 10-15ml kardiamin, 5-50ml 0.1% adrenalin hidroxlorid yeridilir. İntoksikasiyanı zəiflətmək məqsədilə v/d 200-300ml qlukoza ilə birgə 5-10% natrium xlorid məhlulu, 500-800 ml hemodez, poliqlukin və. s. yeridilir. Daxilə antimikrob preparatları ( ixtiol, salol , dibiomisin, eritromisin, norsulfazol, sulfadimezin və. b.) təyin edilir. Xəstə heyvanın saqalması , ancaq qan dövranının ( kollateral hesabına) bərpasında baş verir. Sancı və ağrılar kəsilib , qan dövranı bərpa olunub iştaha yarandığda , heyvana xaşıl, yal, göy ot, şəkər çuxunduru, yerkökü, və. s. verilir

Profilaktikası -Müntəzəm olaraq atları muayinədən keçirib dehelmintizasiya aparmalı.

Atlarda mədə və bağırsaqların sancı əlamətləri ilə keçən xəstəliklərin ümümi mualicə sxemi

1-Spastik formalı sancılar -

1 –Mədənin kəskin genişlənməsi -mədənin zondlanması ilə birgə yuyulması , dezinfeksiya edici vasitələr( ixtiol, süd turşusu, alkoqol), saqaldığda –pəhriz.

2-Enteralqiya –qıcolmaəlehinə preparatlar( atropin, novokain)qarın divarının qızdırılması( çullanması, kompresslər), fizioterapiya.

3-Bağırsaqların timpaniyası –( bağırsaqların köpməsi, yel sancıları) narkotik maddələr-xloralhidrat , alkoqol, novokain., mədənin zondlanması və yuyulması, dezinfeksiyaedici maddələr-ixtiol, və.s. Ağır formalarında bağırsaqların deşılməsi , sağaldığdan sonra isə pəhriz

11 - Sancıların paralitik forması.

1 –Böyük çənbər bağırsaqın dolub tıxanması –düz bağırsaqın tamponada ilə imaləsi, işləyici preparatlar, ( natrium sulfat, maqnezium sulfat, v/d NaCl-un hipertonik məhlulu, pivə mayaları, karboxolin, gənəgərcək yağıvə. S., pəhriz- keyfiyətli ot, yal).

2-Kor bağırsaqın dolub tıxanması –düz bağırsaqın tamponadası ilə dərin imalələr, bitki və mineral yağları, selikli və büzücü maddələr, işləyici( natrium sulfat, maqnezium sulfat, v/d Nacl un hipertonik məhlulu, pivə qıcqırtması, karboxolin), troakarın sümbəsindən kor bağırsaqdaki möhtəviyəti yumşaltmaq, pəhriz( keyfiyətli ot,yal).

111-Sancıların mexaniki formaları

1-Obturasiya –düz bağırsaqın tamponadası, imalə, bitki və mineral yağları, selikli və büzücü maddələr, düz bağırsaqdan massaj, cərrahi əməliyyat.

2-Bağırsaqların stranqulyasiyası-mədənin təkrar zondlanması, dezinfeksiyaedici maddələr ( ixtiol, və. b.) , narkotiklər ( xloralhidrat, alkoqol və. b.). Qıcolmaəlehinə preparatlar ( atropin, novokain və. b.)

1V -Sancıların hemostatik formaları ürək-damar preparatları ( kamfora, kafein, NaCl un hipotonik məhlulu və. b.), qıcolmaəlehinə preparatlar ( atropin, novokain), narkotiklər ( xloralhidrat, alkoqol, dezinfeksiyaedici maddələr(ixtiol və. b.)

Muhazirə № 10

Qaraciyər və öd yollarının xəstəlikləri

Plan


  1. Qaraciyər və öd yollarının xəstəlikləri

  2. Qaraciyərin əsas funksiyaları və onların pozqunluğu

  3. Qaraciyər və öd yollarının xəstəliklərinin sindromları

Qaraciyər-parenximatoz orqandır, mürəkkəb boruşəkilli quruluşa malik iri həzmetmə vəzidir. Orqanizmdə kimyəvi homeostazın mərkəzi orqanı olaraq , vacıb həyatəhəmiyətli funksiyaları yerinə yetirir : beləki zülal-karbohidrat, yaq, piqment, vitamin, su və minerallar və. s. mübadiləsində, ödün ekskresiyasının , toksinlərin zərərsizləşdirilməsini, dəmir, mis və.b. depolaşması(toplanmasında) funksiyalarını yerinə yetirir.İri heyvanlarda qaraciyər qarın boşluğunda olan orqanizmin ümümi ağırlıq mərkəzində , biləvasitə diafraqmanın arxasında yerləşir.Kənd təsərrüfatı heyvanlarında qaraciyərin çox hissəsi saq qabırqaaltında , az hissəsi isə sol qabırqaaltında yerləşir. Qaraciyərin asılmış olduğu bağ onu iki yerə :saq böyük və sol kiçik bağa bölür. Atlardan başqa heyvanların hamısında qaraciyərin sağ payının arxa səthində öd kisəsi yerləşir. Qaraciyər özünün ön qabarıq səthi ilə diafraqmaya , batığ səthi ilə qarın boşluğuna söykənir. İri buynuzlu yaşlı heyvanların qaraciyəri uzunsov formada , sol payı qabaq yuxarı hissəsi ilə 6 qabırqanın aşağı ( sternal) , saq payı isə arxa kənarı ilə 13 qabırqanın vertebral qurtaracığına çarır.Qaraciyərin quyruq çıxıntısı 13 qabırqanın zirvəsindən çıxaraq saq boyrəyə söykənir, qaraciyərin nazik kənarı qabırqa qövsündən aşağı düşmür. Atlarda qaraciyər- formasına görə , iri buynuzlu heyvanlardan fərqlənir, və üç seçilən paydan ibarətdir, əsasən də saq qabırqaaltında yerləşir.Arxa yuxarı kənarı 16 qabırqanın ortasına çatır. Sol qabırqa altında qaraciyər7=12 qabırqaya çatır.Qoyunlarda qaraciyərin yerləşməsi qaramaldaki kimidir, lakin axırıncı qabırqadan kaudal tərəfə çıxmır, və 9-10 qabırqa səviyəsində qabırqa qövsündən aşağı düşür.Qaraciyər kütləsinin və funksiyasının tam bərpasına qədər, böyük reqenerativ qabiliyətə malikdir, onun 2/3 hissəsini qötürdükdə belə bir müddətdən sonra tam bərpa olunur.Qaraciyər xəstəliklərinin mövcud olan nozoloji ( qəbul olunmuş) formalarından , diffuz xəstəlikləri ( hepatit, hepatoz –piyli, omiloidli), sirroz, eləcədə ocağlı xəstəliklərə -abseslər, şişlər, və bunlara bənzər pozqunluqları aird edilrlər.Öd yollarının xəstəliklərindən –xolesistit, xolanqit, və öd daşlarıxəstəliklərinə təsadüf edilir.. Heyvanlarda qaraciyərin başqa xəstəliklərindən qaraciyər sindromu kimi qəbul edilən fassielyoz, exinokokkoz, opistorxoz, sistomatoz, vərəm, və başqalarına təsadüf edilir.

Qaraciyərin əsas funksiyaları və onların pozuntuları



Qaraciyər əsas maddələr mübadiləsində yaxından iştirak edərək , orqanizmdə turşu-qələvi müvazinətini tənzimləyir. Qaraciyər və öd yollarının xəstəlikləri zamanı öd hasiletmə və ödcıxarma , zülal və yağ mübadiləsi, zülal və sidik cövhəri hasiletmə, baryer və. b. funksiyaları pozulur.Öd əsasən ödün əsas komponentləri olan yaq turşuları , xolesterin , fosfolipidlərin sintez olduğları hepatositlərdə əmələ gəlir. Öd turşuları həzmetmədə mühüm rol oynayan taurin turşusu və qlisinlə birləşərək , öd turşularının tauro və qlisinkonyuqatlarını əmələ gətirirlər. Qaraciyərdə hepatositlərin və başqa hüceyrələrin zədələnməsi ödün sintezinin pozulmasına , onun tərkibində azad öd turşularının artmasına səbəb olur, ödün öd yollarında dayanması isə sarılıq, toksikoz, və həzmetmənin pozulması ilə müşaiyət olunur.Qaraciyərin hepatositlərinin və epiteliol ( ulduzlu) hüceyrələrin zədələnməsi zülalların sintezinin parçalanmasının və ammonyakın istifadə edilməsinin pozulmasına səbəb olur. Qaraciyərdə normal şəraitdə qanın albumini, 80% yaxın alfa-qlobulin, 50% beta-qlobulin, fibrinoqen, qlobin, protrombin, və qan laxtalanmasının başqa faktorları sintez olunur. Qaraciyərin parenximasının zədələnməsi albuminlərin, fibrinoqenin, protrombinin, qlobinin, sintezinin azalmasına səbəb olur. Qaraciyərin retikuloendotelial sisteminin zədələnməsi isə sintezinin pozulması və qlobulinlərin parçalanmasına , və onların qanda miqdarca artmasına səbəb olur. Qaraciyərdə ammonyakdan sidik cövhəri əmələ gəlir, qanda isə ammonyakın qlutamin –nəqliyyət formasının sintezi baş verir.Qlutamin ammonyakı böyrəklərə keçirərək burada parçalanır, ammonyakdan azad olunur, axırıncısı isə sidiklə ixrac olunur. Qaraciyərin parenximasında gedən zədələnmələr , bu prosesi pozaraq ammonyakın orqanizmdə toplanmasına səbəb olur. Qaraciyər -ksenobiotiklərin kimyəvi transformasiyası ( çevirilməsi) baş verən mərkəzi orqandır. Məlumdur ki qaraciyər güclü oksidləşdirmə orqanı kimi işləyir , suda həll olunmayan maddələri, suda həll olunan maddələrə çevirərək , borəklər vasitəsilə xaric edir.Qaraciyərin xəstələnməsi zamanı , xaricdən daxil olan və ya aralıq mübadiləsində əmələ gələn toksiki maddələrin zərərsizləşdirilməsi prosesi pozulur, mikroorqanizmlər və onların toksinlərinin ulduzlu endoteliositlərlə faqositozu , immun komplekslərinin ( antiqen-antitel) yağ damlaları və onların aqentlərinin miqdarı aşağı düşür.Beləliklə də orqanizmin baryer funksiyası zəifləyir. . Qalaktoza və başqa maddələrdən qlukozanın əmələ gəlməsi , qlikoqenin isə sintezi və parçalanması qaraciyərdə baç verir.Qaraciyərin zədələnməsi zamanı qlukoza və qlikoqenin əmələ gəlməsi pozulur və hipoqlikemiyanın inkişaf etməsinə səbəb olur.Qaraciyər qida yağlarının parçalanması və sorulmasında üçqliseridlərin oksidləşməsində keton cisimlərinin əmələ gəlməsində , üçqliseridlərin , fosfolipidlərin , lipoproteidlərin, xolesterinin, öd turşularının, sintezində, yaxından iştirak edir. Qaraciyərin xəstəliklərində bağırsaqda yağların sorulması zəifləyir, onların qaraciyərdə mübadiləsi pozulur, yağ turşularının oksidləşməsi və, hipoproteidlərin əmələ gəlməsi və nəqli kəskin sürətdə azalır. Qaraciyərdə bilirubinin tutulması , kimyəvi çevirilməsi və ekskresiyası , urobilinoqenlərin reekskresiyası , başqa piqmentlərin ( hemosiderin , hemolin, melanin və. b.) mübadiləsi gedir. Qaraciyərin zədələnməsi piqment mübadiləsinin pozulmasına , azad olmuş bilirubinin zərərsizləşdirilməsinə səbəb olur. Qaraciyər hüceyrələrinə burada keçən mübadilə proseslərində iştirak edən bir çox fermentlər daxildir. Qaraciyər hüceyrələrinin zədələnməsi bir fermentlərin qanda artmasına ( alaninaminotransferaza, aspartataminotransferaza) o birilərinin isə ( xolinesteraza) azalmasına gətirib cıxarır.

Qaraciyər və öd yolları xəstəliklərinin sindromları

Qaraciyər və öd yollarının xəstəliklərinin əsas sindromlarına –sarılıq, hepatolineal sindrom, qaraciyər catışmamazlığı, portal hipertenziya, qaraciyər koması və qaraciyər sancıları aiddir.

Sarılıq –bilirubinin qanda toplanması və toxumalarda yığılması nəticəsində dərinin, selikli qişaların ,və gözün torlu qişasının sarı rəngə boyanmasıdır. Sarılığın müxtəlif formaları ( mexaniki, parenximatoz, hemoliyik, ) mövcüddür. Bu formaları hər birini ayrı-ayrılığda müəyənləşdirmək və bununla da qaraciyərdə gedən prosesləri və zədələnmə dərəcəsini , bununla əlaqədar başqa orqan və sistemlərdə gedən dəyişikliyi müəyənləşdirmək üçün , piqment mübadiləsini norma və patoloqiyada bilmək vacib məsələlərdən biridir.

Normada keçən piqment mübadiləsi

Qanın əsas piqmenti olan bilirubin , eritrositlərin hemoqlobinindən ,( onların ömür müddəti başa çatdıqda ( 110-120 gün) dalaq və qaraciyərdə parçalanması nəticəsində) əmələ gəlir. Heyvanın orqanizmində gündə eritrositlərin 0.8-1% ömrünü başa vuraraq daqılır, bunlardan azad olmuş hemoqlobinin 65-80% yeni eritrositlərin törəməsində istifadə edilir, 25-30% isə qlobin və hematinə parçalanır. Bilirubinin bu formada qanın zülalları ilə birləşmiş şəkildə olduğundan onu qeyri birbaşa düz olmayan ( qaraciyərdən keçirilməmiş) adlandırırlar. Bu bilirubin qan serumuna spirt əlavə edərək ( zülalları çökdürdükdən sonra) dezoreaktivlə dolayı reaksiya müsbət nəticə verir.Qaraciyərdən keçirilməmiş qeyri birbaşa bilirubin sidiklə xaric olunmur, çünki böyrəklər normada zülalı buraxmır, bilirubin isə zülallarla birləşmiş formadadır. Qanda dövr eyləyərək bilirubin qan serumuna xüsüsi spesifik sarı boya verir. Qaraciyər, limfa düyünləri, dalaq, sümük iliyinin retikuloendotelialhüceyrələrindən azad olmuş, qeyri birbaşa bilirubin qan axımı ilə zülallarla zəif birləşmə kompleksi şəklində hepatositlərə nəql edilir və qlukuroniltransferazanın iştirakı ilə qlukuron turşusu ilə birləşərək, düz birbaşa ( bağlı olan) qaraciyərdən keçmiş, bilirubinə çevirilir.Bağlanmış bilirubin həll olunan az zəhərli birləşmədir, və bu formada öd kapilyarları ilə ödlə birlikdə onikibarmaq baırsaqa daxil olur.Burada birbaşa bilirubin bakteriyalarla reduktasiya olunaraq urobilinoqenə çevirilir, və qismən bağırsaqların divarlarından sorularaq qan və qapı venası vasitəsilə qaraciyərə keçir, və burada parçalanır, bir hissəsi qanla böyrəklərə nəql edilirvə burada urobilinə çevirilərək , sidiklə ona sarı boya verərək xaric olunur. Normal sidikdə urobilinoqen olmur. Bağırsaqlarda qalmış urobilinoqen , bağırsaq şöbəsinin arxa hissələrində bakteriyaların hasil etdiyi dehidroqenaza fermentinin təsiri altında sterkobilinə çevirilərək kalla xaric olunur, və heyvanın növündən asılı olaraq kala xarakterik boya verir.Sterkobilinoqen və urobilinoqen tərkib etibarı ilə eyni deyillər. Sterkobilinoqenin tərkibində oksiqenin miqdarı urobilinoqendən 4 atom çoxdur. Bilirubinin əmələ qəlməsi , konyuqasiya və xaric olması arasında olan tarazılıqın pozulması sarılığın əmələ gəlməsinə gətirib cıxarır, onun orqan və toxumalarda toplanması ( azad bilirubinin yüksək toksikozlu olduğuna görə) dərin patoloji dəyişikliklərə səbəb olur. Əmələ gəlmə səbəblərindən asılı olaraq sarılığın üç –mexaniki, parenximatoz, və hemolitik formaları mövcüddür.

Mexaniki sarılıq -Qaraciyərin və ümümi öd axarlarının daş, parazit (fassiola), və şişlərlə tutulması zamanı ödün bu yollarla axmasının çətinləşməsi nəticəsində baş verən xəstəlikdir.Tutulma yerindən yuxarıda yerləşən öd yolları , ödlə dolur və genişlənir, buradan öd limfa deşiklərinə sorulur və döş axarından qan məcrasına kecir.Mexaniki sarılığa xarakterik olan əlamətlərdən biri də qanda birləşmiş və eləcədə azad bilirubinin miqdarca artmasıdır( s. 192. Korob) Öddəki bilirubin qanla bütün orqanizmə yayılaraq sarılığa səbəb olur. Mexaniki sarılığda orqanizmdə müşahidə olunan proseslərin əlamətləri ödün bağırsaqa az axması və qana sorularaq bədənə yayılması ilə əlaqədardır.Bu zaman dəri örtüyü və selikli qişalar sarı, sonralar bilirubinin biliverdinə oksidləşməsinəticəsində yaşıl və tünd-zeytun rəng alır Birləşmiş bilirubinin sidikdə peyda olması ona açıq sarı köpüklü( xurma) rəngi verir. Bağırsaqa daxil olan öd turşuları burada yağları, yağ turşuları və qliserinə parçalayaraq , orqanizmlə mənimsəmə biləcək hala gətirir, lakin bağırsaqda axan ödün miqdarı azaldiğda çürümə və toksinlərin əmələ gəlməsi , və sorulması güclənir, yağların parçalanması zəifləyir, bəzən tam dayanır, yarımcıq qalır, onlar möhtəviyətin üzünü örtərək kalın rəngini dəyişir. Ətyeyən heyvanların fekalları rəngsizləşir, kil və ya ağ –boz rəng alır. Sidikdə urobilinoidlərin miqdarı azalır, fekalda sterkobilinin izi olur, qanda həddən artıq öd turşuları daxil olduğundan ( xolemiya) , orqanizmdə ümümi zəiflik , bradikardiya , yorğunluq , güclü məzlumluq, zəiflik, dəridə qicişmə, və adinamiya müşahidə edilir. Qanda qələvi fosfotazanın aktivliyi artır.

Qaraciyər ( parenximaroz ) sarılığı. Qaraciyər hüceyrələrində gedən struktur pozqunluqları ( hepatit, sirroz) , qlukuron turşusu və qlukuroniltransferazanın çatışmamazlığı , öd kapillyarlarının cırılması və. s. , hepatositlərin pozulmasına səbəb olur, və bilirubin mübadiləsi ( onların hepatositlərə daxil olması , birləşmə reaksiyaları, və ixrac olunması) tam pozulur, beləki hepatositlərin qandan bilirubini tutması , qlukuron turşusu ilə birləşdirməsi , birləşmiş bilirubini öd yollarına xaric etməsi prosesləri sıradan çıxır.Qan serumunda azad və birləşmiş bilirubinin miqdarı bir neçə dəfə artır , birincisinin artması hepatositlərin funksional çatışmamazlığından , ikinçisininki isə bilirubinqlukuronidin öd və qan kapilyarlarından əks diffuziya nəticəsində əmələ gəlir. Qanda bir bir tərəfdən qaracıyər tərəfindən tutulub ödün tərkibinə qarışan bilirubin( qaraciyərdən keçmiş) , o biri tərəfdən isə tutula bilməyən və ödün tərkibinə keçirilməyən bilirubin( qaraciyərdən keçməmiş) toplandığından , sarılıq daha da şiddətlənir, və birbaşa reaksiyanın müsbət olmasını təmin edir.

Qaraciyərin parenximasının funksional pozulması nəticəsində bağırsaqlarda sorulan sterkobilin bilirubinə çevirilə bilmir, və çoxlu miqdarda böyrəklərdən sidiklə ifraz olunur..Sidikdə sterkobilinin çoxlu miqdarda olması qaraciyərdə köhnə ( xroniki) və ağır prosesin getdiyini göstərir .Mexanik sarılıq zamanı dəri örtüyü və selikli qişalar sarı rıng alır, sonralar isə bilirubinin oksidləşməsi nəticəsində biliverdinə çevirilməsi – bunların yaşıl və tünd-zeytun rəngi almasının çahidi oluruq, ancaq parenximatoz sarılıqda dərinin gicışməsi , mexaniki sarılığa nisbətən zəif olur, çünki öd turşularının sintezi zədələnmiş hüceyrələrlə kəskin azalır. Sarılığın bu formasında qaraciyərin əsas funksiyalarının ( zülal – sintetik, zərərsizləşdirici) pozulması daha qabarıq şəkildə bürüzə verir, anoreksiya , hemorroji diatez , dalağın böyüməsi, bəzi hallarda assit və qaraciyər koması müşahidə edilir. Parenximatoz sarılıqda qaraciyərin iltihabı , infeksion anemiya , kontaqioz plevropnevmoniya , leptospiroz, zəhərlənmələr, qaraciyərin toksiki distrofiyası və. b. xəstəliklər zamanı təsadüf edilir. Piqment mübadiləsinin pozuntuları xəstə heyvanda iştahanın azalması , yanqı, vaxtaşırı ishal və qəbizlik , dilin üzərində sarımtıl ərp, dəridə zəif gicişmə, nəbzin seyrəkləşməsi, selikli qişaların saralmasına və. s. təsadüf edilir.

Hemolitik sarılığ -Retikulo –endotelial sisteminin hüceyrələrində eritrositlərin şiddətli dağılması ( hemoliz nəticəsində küllü miqdarda hemoqlobinin parçalanması zamanı azad bilirubinin əmələ gəlməsidir. Kullu miqdarda əmələ gələrək birbaşa bilirubin ödlə bağırsaqa daxil olur, və çox miqdarda kalın təbii rəngini gücləndirən urobilinoqen və sterkobilin əmələ gətirir.Bağırsaqlarda urobilinogen sorularaq qanla qapı venası vasitəsilə çox miqdarda qaraciyərə daxil olur, və tam parçalanmadığına görə ( qlukuron turşusunun çatışmamazlığı) çox miqdarda qana keçir və böyrək vasitəsilə xaric olaraq sidiyə tünd-sarı boya verir. Hemolitik sarılığa hemosporidiozlar, hemolitik anemiya , leptospiroz, folium defisit anemiya , hemolitik zəhərlər və mis-sulfatla zəhərlənmələri zamanı təsadüf edilir. Piqment mübadiləsinin bu formasında selikli qişalarda güclü sarılıq , laborator muayinələrdə qanda qeyri düz bilirubinin , sidikdə urobilinin , kalda isə sterkobilinin artması müşahidə edilir.

Hepatolienal ( qaraciyər-dalaq) sindromu -Qaraciyərin bir sıra xəstəlikləri zamanı -(kəskin və xroniki hepatit , sirroz, qaraciyərin amiloidozu, bir çox xronik infeksiyalar, və. b.) təsadüf edilir.Patoloqiyanın belə uyğunluqu bu orqanların ( qaraciyər və dalaq) retikulohistiositar aparatının sıx əlaqəsi , vena qapı sistemində eyni qan və limfa novalçasının və eyni innervasiyanın olması ilə əlaqədardır. Bu iki orqan anatomiya və funksiya çəhətdən çox yaxındırlar , retikuloendotelial hüceyrələrlə zənqindirlər, geniş damarlar şəbəkəsinə malik olduqlarından , uzun müddət qan saxlayan qan depolarıdır, hemoliz və piqment mübadiləsində yaxından iştirak edirlər, faqositoz və immun funksiyasına malikdirlər. Əksər hallarda hepatolienal sindromu - qaraciyərin ağır patoloqiyası ilə əlaqədar olur. Qaraciyər və dalaqda retikulohistiositar hüceyrələrin hiperplaziyası, qapı venası və onun budaqlarının infiltrativ –proliferativ və distrofik pozulması prosesləri, müşahidə edilir.Hepatolienal sindromun əsas əlamətləri –adətən qaraciyər və dalaqın böyüməsididr. Qaraciyərin sirrozu , xroniki hepatit, qaraciyərin amiloidozu zamanı orqanların ikisinin də konsistensiyası bərk olur. Septiki proseslər və bəzi bakterial infeksiyalar zamanı dalaq və sonrada qaraciyərin üstünlüklə keçən zədələnməsi ilə müşaiyət olunur.

Qaraciyərin funksiya çatışmamazlığı -Hepatositlərin kütləvi nekrozu və üstünlüklə keçən sitoliz zamanı əmələ gələn qaraciyərin əsas funksiyalarının pozulması ilə müşaiyət edilən bir qrup birləşdirici simptomlarıdır. Bunlar qaraciyərin parenximasında gedən pozuntular nəticəsində əmələ gəlir, və ilkin əlamətlərindən biri də urobilinuriyadır ki buda , Kupfer hüceyrələrində baryer funksiyasının pozulmasıdır. Qaraciyərdə baryer funksiyasının pozulması karbohidrat, yağ, zülül mübadiləsinin pozuntusu ilə müşaiyət olunur, və nəticədə qanda ara məhsulları tpolanaraq asidoz və ya alkoloz əmələ gəlir. Keton cisimlərinin qanda toplanması orqanizmdə autointoksikasiya yaradır. Qaraciyər çatışmamazlığı hepatit, sirroz, qaraciyərin amiloidozu, eləcədə hemolitik yaölarla zəhərləndikdə , leptospiroz, və başqa invaziyalarda qabarıq şəkildə bürüzə verir. Qaraciyərin ödhasiletmə , ödixracetmə ( sarılıq, dispepsik pozuntular), zülal və sidik cövhəri əmələgətirmə və. b. funksiyaları uyqun əlamətlərlə pozulur.Qaraciyərin ağır formada keçən çatışmamazlığı portal hipertenziya və koma ilə müşaiyət olunur.

Portal hipertenziya –Portal qan damarlarında qaraciyər venalarında və aşağı baş venada qanaxmanın pozulması nəticəsində qapı venası sistemində təzyiqin yüksəlməsidir.Portal hipertenziyanın əsas səbəbi qaraciyərin sirrozudur - bu zaman reqenerasiya edən parenximanın düyünləri ilə budaqlanmış ( şaxələnmiş) qaraciyər venalarının sıxılması hidromexaniki gərginliyin artmasına səbəb olur.Bu xəstəliyin ən xarakterik əlamətləri –assit, vena damarlarının varrikozlu genişlənməsi, qaraciyər nahiyəsində əmələ gələn ağrılar, dalaqın böyüməsi, və. b. əsas xəstəliyə xas olan əlamətlərdir.

Qaraciyər koması -Qaraciyərin əsas funksiyalarının pozulması nəticəsində əmələ gələn dönmə qabiliyətinə malik olan mərkəzi sinir sisteminin funksiyalarının pozulmasıdır.Bu pozqunluq qaraciyər-hüceyrə çatışmamazlığı ilə müşaiyət olunan hepatitin ağır formasında , kəskin piyli hepatoz və qaraciyərin serozu və. b. xəstəlikləri zamanı əmələ gəlir. Komanın patoqenetik mexanizm inkişafının əsasında mərkəzi sinir sisteminə birbaşa təsir edən qanda ammonyakın, azad yaq turşularının , fenolların, metilmerkoptanın, toplanması durur.Qaraciyər komasına -xarakterik olan əlamətlərdən kəskin məzlumluq, reflekslərin itməsi, taxikardiya, ağız boşluğunun və mədə- bağırsaq şöbəsinin selikli qişalarına petexiyal qan sızmaları, və qaracyərin ağır çatışmamazlığı simptomlarını göstərmək olar.

Qaraciyər sancıları -Qaraciyərdə kəskn ağrılar nəticəsində əmələ gələn bir qrup simptomlardır. Qaraciyər sancılarının əsas səbəbləri -əksər hallarda öd daşları xəstəliyi və kəskin xolesistit olur. Qaraciyər sancıları –orqanın perkussiya və palpasiyasında kəskin ağrılar , reflektor ürək bulanma , qusma, qarnın köpməsi, bağırsaqların peristaltikasının zəifləməsi, defekasiya aktının və sidikburaxmanın gecikməsi ilə müşahidə edilir.

Qaraciyər xəstəliklərinin nozoloji formalarından –hepatit, ( kəskin və xroniki), sirroz, abseslər, öd yollarının xəstəliklərindən –xolesistit və xolanqit, öd daşları xəstəliyi, aird edilir.Diffuz xəstəliklərinə -hepatit, hepatoz, və sirroz, ocağlı xəstəliklərinə isə abseslər, şişlər( axırıncılar çətin müəyyən olunurlar) aiddir. Bu xəstəliklərdən başqa heyvanlarda çox vaxt qaraciyərin fassielyozu, exinokokkozu, şistomatozu, vərəmi və. b. zədələnmələrə təsadüf edilir, bunlar nozoloji xəstəliklərə aid deyillər, lakin qaraciyərin sindromları kimi qiymətləndirilirlər.

Qaraciyər və öd yollarının xəstəlikləri k/t və ev heyvanları arasında geniş yayılmışdır, dəqiq statistik məlumat olmasada heyvanların kəsimində 20% artığ qaraciyər yararsız olur. ənayə komplekslərində iri buynuzlu heyvanların cavanlarının intensiv kökəltməsində heyvanların 33% qaraciyərin absesi qeydə alınır. Qaraciyər xəstəliklərinin geniş yayılması istifadə edilən yemlərin struktur dəyişiklikləri , silos, cecə, tərəvəz qalığları, və başqa qeyri ənənəvi , əksər hallarda keyfiyyəti olmayan , tərkibində çoxlu miqdarda göbələk və zərərverici maddələr olan yemlərlə əlaqədardır. Yemlərin və suyun pestisidlərlə , sənayə müəssisələrinin tullantıları ilə çirklənməsi, yemlərdə nitrat və nitritlərin toplanması – güclü etioloji faktorlardan biridir.

Muhazirə№ 11

Qaraciyərin xəstəlikləri

Plan


1.-Hepatit, hepatoz, sirroz, Amiloidoz

Hepatit -Hepatitis hepatositlərin və başqa struktur elementlərin hiperemiyası, hüceyrə infiltrasiyası , distrofiyası, nekrozu, və lizisi ilə müşaiyət edilən qaraciyərin diffuz xarakterli iltihabıdır. Xəstəlik qaraciyərin qabarıq şəkildə keçən çatışmamazlığı ilə xarakterizə edilir. Xəstəliyin iki forması mövcüddür, orqanın parenximasənın iltihabı ilə müşaiyət edilən kəskin ( parenximatoz), və iltihabı-distrofiki dəyişikliklərlə xarakterizə edilən , xroniki hepatit .İkinci forması mötədil qabarmış fibrozla müşaiyət edilir. Etioloqiyası Hepatit polietioloji təbiyətli xəstəlikdir.Xəstəliyi əmələ gətirən səbəblər kimi –kəskin infeksiyaları, qastrit , qastroenterit, bitki bakteriya və göbələk mənşəli zəhərlənmələr və parazitar xəstəlikləri ( protozoa) göstərmək olar. İnfeksion mənşəli hepatitlərə -itlərin , xəzdərililərin və ördəklərin viruslu hepatiti aiddir. Qaraciyərin iltihabı , leptospiroz, salmonellyoz, və bir çox başqa bakterial xəstəlikləri zamanı əmələ gəlir, patiqen ibtidailərdən ən çox hepatit xəstəliyini əmələ gətirən , piraplazmidozların törədiciləri ( iri buynuzlu heyvanların fransielyozu, babeziozu, piroplazmozu, qoyun və keçılərin babezioz,və piroplazmozu , atların piroplazmoz və nutalliozu, itlərin piroplazmozudur) teyleriidozlardan ( iri bunuzlu heyvanların ,və qoyunların eymeriozu, ) , toksoplazmozlardan ( pişik və itlərin toksoplazmozu), triponozoomozlardam ( atların , dəvələrin, uzunqulağların suaurusu, atların çütləşmə xəstəliyi), itləri leyşmaniozu və donuzların balantidiozu, və. b. dır.Hepatit xəstəliyini əmələ gətirən ekzogen və endogen zəhərlərdən dənli yemləri, saman, silos, və senajı sirayətləndirən ( fuzarium və staxibotris) , kimyəvi maddələrdən –qranozan, merkuran, mis, mərqümüş, civə, suleyma, heksaxloretan, dordxlorlu karbon, lyupin və . b. bitkilərin alkoloidləri , kartofun saloninivə. S. göstərmək olar.Çoşkalarda hepatit onları xarab olmuş balıq, , ət-sümük unu , ağılamış yağla yemlədikdə əmələ gəlir. Bəzi hallarda medikamentoz ( eritromisin, tetrasiklin, terramisin, biomisin), hepatitlərə təsadüf edilir. Xroniki hepatit əksər hallarda kəskn hepatitin nəticəsi kimi əmələ gəlir. Xəstəlik müstəqil formada zəhərli maddələrin uzun müddət təsirindən əmələ gələ bilər.Bəzi hallarda hepatoz xroniki hepatitə keçir. Patoqenezi - Qaraciyər hüceyrələrinin infiltrasiyası , zülal- karbohidrat və yağ distrofiyası , nekrozu və lizisi xəstəlik zamanə baş verən ümümi patoqenetik mexanizminin pozuntularıdır.Kəskin hepatit hepatositlərin nekrozu və lizisinin , xroniki hepatit isə -hepatositlərin distrofiyasının üstünlüyü ilə keçir . Hepatitin patoqenezinin xüsüsiyəti etioloji faktordan asılıdır. Spesifik adlanan hepatitin virusları ( leptospirozun törədiciləri hepatositlərə daxil olarkən , burada məskunlaşır və çoxalırlar və hüceyrədaxili distrofiya və nekroz əmələ gətirərək onların ölümünə səbəb olurlar) qaraciyərin hüceyrələrinə biləvasitə təsir edirlər. Başqa infeksion xəstəlikləri zamanı hepatitin əmələ gəlməsi parçalanmış toxumaların məhsullarının hepatositlərə təsir edərkən onlarda sensibilizə əmələ gətirməsi nəticəsində baş verir. Patoqen ibtidailərin qaraciyərə zərərli təsiri ondan ibarətdir ki , piroplazma , babeziya, nutalliyalar eritrositlərdə çoxalaraq onları parçalayırlar, və küllü miqdarda , zərərsizləşdirilməyən azad bilirubinin əmələ gəlməsinə səbəb olurlar.Bilirubin toksiki təsirə malik olduğundan qaraciyər hüceyrələrinin ölümünə və autolizinə səbəb olur. İbtidailərin özlərinin də parçalanması nəticəsində toksiki maddələr əmələ gəlir. Teyleriozun törədiciləri nəinki limfa düyünlərində , hətta qaraciyərdə də çoxalaraq onun iltihablaşmasına gətirib çıxarır . Koksidiozlar bağırsaqların epiteli hüceyrələrinə daxil olaraq ( dovşanlarda bundan başqa öd axarlarının epiteli hüceyrələrinə) inkişaf sikli keçərək , qaraciyər hüceyrələrinin ölümünə səbəb olurlar.Toksoplazmozun törədiciləri də qaraciyər qarışığı müxtəlif orqanlarda çoxalaraq həmin nəticəyə gətirib çıxarırlar. İtlərin leyşmaniozu qaraciyərin iltihabı və hüceyrələrin nekrozunu əmələ gətirirlər.Qaraciyərin helmintlərlə zədələnməsi zamanı, orqanın toxumalarının mexaniki zədələnməsi və helmintlərin məhsulları ilə allerqizasiyası , hepatitin əmələ gəlməsinə səbəb olur. Hepatit zamanı hüceyrələrin ölməsi ilə birlikdə onların autolizə uğraması da müşahidə edilir.Paycıqların daxili kapilyarlarının , paycıqlararası vena və arteriyaların , eləcədə öd axarlarının kapilyarlarının bütövlüyü pozularaq ödhasiletmə və ödçıxarma funksiyaları pozulur və qaraciyər sarılığı baş verir.Qaraciyərin zədələnmiş hüceyrələri qlikogeni , qlukozanı, qan laxtalanma faktorunu , albuminləri sintez edə bilmir, amin turşularının yağların və metabolizmin başqa məhsulları mübadilə reaksiyalarında iştirak etmir, ammonyakın və bşqa zərərli məhsulların istifadə edilməsini , bilirubinin konyuqasiyasını və başqa biokimyəvi reaksiyalarda iştirak etmə qabiliyyətini itirir. Qaraciyərin baryer funksiyasının zəifləməsi qan və toxumalarda zərərli maddələrin toplanmasına səbəb olur. Toplanmış zərərli maddələr böyrəklərə , ürək və başqa orqanlara təsir edərək onların distrofiya və nekrozunun əmələ gəlməsinə səbəb olurlar.Hepatit zamanı mərkəzi sinir sisteminin , həzmetmə orqanlarının , ürək , böyrəklər, və. b. orqanların fəaliyyəti pozulur.

Simptomları -Hepatit əksər hallarda hansısa bir infeksion və ya invazion xəstəliyin nəticəsi olduğuna görə , onun əlamətləri , əsas xəstəliyin əlamətlərindən və qaraciyər sindromlarından ibarət olur. Ümümi simptomlara –məzlumluq, iştahanın azalması və ya tamam olmaması, bədən temperaturunun artması , qaraciyərin həcminin böyüməsi, onun ağrılı olması aiddir. Qaraciyərin sarılıq ( parenximatoz) sindromu , dispepsik pozuntular( ishal) dəri qicışməsi, tüklərin tökülməsi, selikli qişaların və dərinin tüksüz yerlərinin intensiv sarı rəngə boyanması, qanda bilirubinin azad forması hesabına miqdarının artması və. s. aydın bürüzə verir. Kəskin və xroniki hepatit zamanı orqanizmin əsas funksiyalarının pozulması ilə müşaiyət edilən böyrək çatışmamazlığı sindromu - həzmetmənin pozulması, yaqların zəif mənimsənilməsi, qansızmaların artması, kəskin komatoz vəziyyətə gədər məzlumluq, çəki və məhsuldarlığın azalması, kəskin arıqlama, ( kaxeksiya) , və. s. əmələ gəlir. Hepatit dalağın böyüməsi ilə müşaiyət edilir. Qanda albuminin miqdarı azalır, alfa və beta qlobulinlərin miqdarı , ammonyakın və xolesterinin konsentrasiyası , AsAt, AlAt, LDF, və aldolazanın aktivliyi, artır, xolinesterazanın aktivliyi isə azalır. Zülal-çökmə reaksiyası ( suleyma, timol) əsasən də xroniki hepatit zamanı müsbət olur.Bir tərəfdən proses qan, limfa və öd kapilyarlarını əhatə etdiyi üçün öd qana sorulur., diqər tərəfdən isə qaraciyərin funksiyası pozulduğu üçün qandakı bilirubini ödün tərkibinə keçirə bilmir , beləliklə qan serumunda qaraciyərdən keçməyən və keçirilən bilirubin tapılır.Xəstəlik zamanı böyrəklər bilirubin və urobilinoqen ifraz etdiklərinə görə sidik tünd rəngdə olur.

Patomorfoloji dəyişikliklər-Əksər hallarda qaraciyər böyümüş və kənarları kütləşmiş , paycığların şəkili səlisləşdirilmiş , solğun , kövrək, kəsilmiş sahənin üzəri bulanıq, tutqun( donuq) , qırmızı-qəhvəyi , sarı-qəhvəyi və. s. olur. Mikroskopiya zamanı hepatositlərin tamamilə dəyişirilməsi və nekrozu , damarların qenişlənməsi və hüceyrə arası infiltrasiya görünür.

Gedişi - Kəskin və xronikidir. Vaxtında xəstəliyi əmələ gətirən səbəblər aradan götürülüb mualicə apardığda xəstə sağalır, əks halda kəskin hepatit , xroniki hala keçir, o isə öz növbəsində qaraciyərin sirroxu və ya fibrozu ilə tamamlanır.

Diaqnozu və təfriqi diaqnozu -Anamnez məlumatları , kliniki və laborator muayinələrə əsaslanır. Tıfriqi diaqnostikada qaraciyərin sirrozu , hepatoz, xolesistit və xolanqiti nəzərə almaq lazımdır. Hər bir dəfə xəstəlik baş verdikdə mümkün olan etioloji faktor nəzərə alınmalıdır. Qaraciyərin sirrozu xroniki halda və temperaturun dəyişməməzliyi ilə keçir. Qaraciyər bərkimiş olaraq böyümüş və bəzən sistitmüşahidə edilir. Kəskin keçən hepatit , hepatozdan -etioloqiyası, xəstəliyin gedişi, ağırlığı və temperatur reaksiyası ilə səciyələnir. Xroniki keçən hepatiti , hepatozdan təfriq etmək çətindir. Piyli hepatozda dalaq həcmcə böyümür.

Mualicəsi -İlk öncə xəstəliyi törədən əsas səbəbi müəyyən etmək lazımdır, invazion və infeksion xəstəliklərində , etiotrop mualicə aparılmalı .Heyvanların yem paylarından keyfiyyətsiz yemləri cıxararaq, yağlı yemlərin heyvanlara verilməsi , məhdudlaşdırılır.Keyfiyətli vitaminli ot, senaj, dənli konsentrat, kəpək yalı, kökümeyvəlilər, və ya kərtof verilir. Otlaq dövründə tərkibində az miqdarda nitrit və nitrat olan göy yemlərdən maksimal istifadə edilir. İtlərə bişirilmiş ət, balıq, kəsmik, kərtof və vələmir xaşılı, meyvə şirələri və bitki yağları verilir. Onlara şəkərlə zənqin olan yemlərin verilməsini məhdudlaşdırmaq lazımdır, çünki bu yemlər, qaraciyərdə lipoqenezi gücləndirirlər. Patoloji prosesi dərinləşdirməmək , və qaraciyərin hüceyrələrini əlavə medikamentoz zərərsizləşdirmə yükü yükləməmək məqsədi ilə hepatit xəstəliyinin dərman preparatları ilə mualicəsi ciddi nəzarət altında aparılmalıdır.Buna görədə terapiya vasitələri kimi əsasən qaraciyər hüceyrələrində mübadiləni nizamlayan ( hepatoprotektorlar) , iltihabəlehi və immunudepressiv təsirli preparatlardan istifadə edilir.Hepatoprotektorlar kimi vitamin preparatlarından A, E, C, B-1, B-6, B-12, kokarboksilaza, lipoel turşusu, essensiale və . b. uyğun dozada istifadə edilir. Retinolun təsirindən qaraciyərdə qlukozanın biosintezi yaxşılaşır, və oksidləşmə prosesləri sürətlənir. Tokoferollar antioksidant təsirə malikdirlər, qaraciyərin piyli infiltrasiya və distrofiyasının qarşısını alırlar. Askorbin turşusu təsiri altında qaraciyərdə retikulohistiositar hüceyrələrin faqositar aktivliyi , Vitamin –K və onun analoqu olan vikasolun aktivliyi artır, qaraciyərdə protrombinin , prokonvertinin və başqa qan laxtalanması faktorlarının sintezi stimullaşır. Tiamin - süd və piroüzüm turşularından karbohidratların sintezini və qlukozanın fruktozaya keçirilməsini sürətləndirir, qanda şəkərin səviyyəsini nizamlayır, piridoksin - qaraciyərdə amin turşularının transaminizasuya və dekarboksilləşdirmə proseslərində iştirak edir. Siankobalamin qaraciyərin zərərsizləşdirmə funksiyasını artırdığına görə adətən daxilə çox vaxt isə əzələ daxilinə yeridilir. Vitamin preparatları ilə mualicə müddəti 15-30 gündür. Kokarboksilaza , essensiale, lipoel turşusu, adətən daha qiymətli heyvanlara fərdi dozada 15-30 və bundan da artıq gün müddətində təyin edilir. İltihabəlehi və immunodepressiv preparatların ( prednizolon, delaqil, azatioprin, levamizol və. b.) təyini və istifadəsi məhdudlaşmalıdır. Ammonyakı zərərsizləşdirmək məqsədi ilə daxilə 0.5-1.0 qr 100kq diri kütləyə dozada qlutamin turşusu verilir. Xroniki hepatitlər zamanı öd qovucu ( maqnezium sulfat, oksafenamid, alloxol, və. b. ) preparatları verilir.

Profilaktikası -İnfeksion və invazion xəstəliklərə qarşı xüsüsi mualicə və profilaktiki tədbirlər aparılmalı.Heyvanlara keyfiyyətsiz yemlərin istifadə edilməsinə qadağa qoyulmalı.

Hepatozlar -Qaraciyərin qabarıq iltihabı əlamətləri olmadan , parenximasının distrofiyası ilə xarakterizə edilən bu orqanın bir qrup xəstəliklərinin ümümi nozoloji adıdır. Etioloji faktorlardan , onların gücü və davamiyyətindən asılı olaraq , piylənmə distrofiyasının üstünlüyü ilə keçən piylənmə distrofiyası , amiloidli distrofiya-amiloidoz, və distrofiyanın başqa növləri ola bilər( mövcüddür).

Piyli hepatoz -( piyli distrofiya, qaraciyərin steatozu) Hepatositlərdə üçqliseridlərin toplanması və qaraciyərin əsas funksiyalarının pozulması ilə xarakterizə edilən xəstəlikdir. Kəskin piyli hepatoz ( qaraciyərin toksiki distrofiyası) və xroniki piyli hepatoz ( ikincisinə daha çox təsadüf edilir) aird edilir. Maldarlığın səmərələşdirilməsi ( intensifikasiyası) şəraitində yüksək məhsuldarlı inəklərdə , kökəltmədə olan malda ö cümlədən qoyunlarda da piyli hepatoz ən çox yayılmış xəstəlikdir.Çox vaxt donuzlarda , xəzdəri yırtıcılarda , itlərdə , zoopark heyvanlarında təsadüf edilir.

Etioloqiyası -Piyli pepatoz müstəqil xəstəlik kimi təsadüf edilir, lakin çox hallarda ikincili hepatoz bir sıra xəstəliklərin təsiri nəticəsində əmələ gəlir.Müstəqil hepatozu əmələ gətirən səbəblər , keyfiyyətsiz və xarab olmuşyemlərin yemləndirilməsidir. Qaraciyər ən böyük təhlükə yaradan patoqen göbələklərin toksinləri , zülalların çürümə məhsulları , ağımış yağlar və. s. dır. Xəstəlik heyvanları keyfiyətsiz cecə, dənəvərləşdirilmiş yemlər , məişət tullantıları , balıq, ət-sümük unu, yem acıları, acılamış yağlar, toksiqen göbələklərlə ( fusarium, Asperqillus, penicillium, stachybotris) sirayətlənmiş , qarışıq, qüvvəli və qaba yemlərlə yemlədikdə əmələ gəlir. Qaraciyərin distrofiyasını lyupinin alkoloidləri , kərtofun salonini, nitrit və nitratlar, sidik cövhəri və başqa kimyəvi maddələr əmələ qətirirlər. Selen elementinin yemlərdə çatışmamazlığını da piyli hepatozun səbəbi kimi göstərmək olar. İkincili xəstəlik kimi piyli hepatoz , piylənmə , ketoz, şəkərli diabet, kaxeksiya, və bir çox başqa əsasən də maddələr mübadiləsinin və endokrin orqanlarının funksional pozqunluqları xəstəlikləri zamanı əmələ gələ bilər.Qaraciyərin distrofiyasının əmələ gəlməsini çox hallarda infeksion, invazion, mədə -bağırsaq, böyrəklərin və başqa orqanların xroniki xəstəliklərinin nəticəsi kimi qiymətləndirmək olar.

Patoqenezi -Piyli hepatozun inkişaf mexanizmi iki əsas patoqenetik məqamdan yaranır: qaraciyərə yağ turşuları və onların sələflərinin küllü miqdarda daxil olması , hepatositlərdə üçqliseridlərin sintezinin güclənməsi , və onların qaraciyərdən xaric olma sürətinin azalmasıdır. Piyli hepatoz o vaxt əmələ gəlir ki hepatositlər daxil olan çoxlu miqdarda yağ turşularını üçqliseridlərlə birləşdirib qana ifraz etməsini çatdıra bilmir. . Eyni vaxtda lipoproteidlərin –( üçqliseridlərin qaraciyər hüceyrələrindən əsas nəql edilmə forması) qaraciyərdə əmələ gəlməsi məhdudlaşır. Hepatotrop zəhərlərin orqanizmə daxil olması lipoproteidlərin tərkibində olan apoproteinin sintezini məzlum edir və üçqliseridlərin nəqli tormozlaşır, ona görədə bunlar hepatositlərdə toplanırlar. Yağların hepatositlərdə toplanması ilə birgə ulduzlu endoteliositlərin proliferasiyası əmələ gəlir, və patploji prosesə qaraciyərin başqa toxumaları da daxil olur, və nəticədə hüceyrələrin nekrozu və autolizi baş verir. Bu proses kəskin toksiki ditrofiya zamanı daha qabarıq olur .Qaraciyər hüceyrələrinin distrofiya , nekroz və autolizi , qaraciyərin öd hasiletmə və ödcıxarma , zülal hasiletmə , karbohidrat sintezi , baryer və başqa funksiyalarının pozulmasına gətirib cıxarır. Bu proseslərin hamısı həzmetmənin , addələr mübadiləsinin pozulmasına və orqanizmdə metabolizmin zəhərli məhsullarının toplanmasına səbəb olur.

Simptomları -Kəskin piyli hepatoz tez bir zamanda inkişaf edir, onun kliniki bürüzə verməsi ümümi intoksikasiya və sarılığın əlamətləri ilə xarakterizə olunur. Xəstə heyvan məzlum olur, süstləşir, ətrafdakına biqanə olur, temperaturu bir gədər yüksəlir, lakin bu səviyyədə uzun müddət qalır.İştaha azalır və ya tam itir. Əksər hallarda qaraciyər böyümüş , yumşaq və aqrısız olur. Orqanizmdə toplanmış toksiki maddələrin ( ammonyak, aminlər, fenollar, və.b. zəhərli maddələrin)beyinə təsiri qaraciyərin komasına gətirib cıxarır. İnəklərdə kəskin distrofiya onların doğumu məqamında və ya 2-4 gün doğumdan sonra bürüzə verir. Xəstə heyvan yemdən imtina edir , çətinliklə ayaqa durur , uzanır, kəskin taxikardiya , tezləşmiş tənəffüs və mədə önlüklərinin atoniyası müşahidə edilir. Qoyunlarda xəstəliyin əlamətləri adətən doğuma 2-4 həftə qalmış bürüzə verir. Ana qoyun yemdən imtina edir, göz bəbəyi genişlənmiş olur, və tərpənmir, heyvan öz oxu ətrafında hərlənir, yerə yıxılır, və bir necə müddətdən sonra koma vəziyyətinə düşür.Xəstə heyvanın bədən temperaturu subnormal olur, nadir hallarda titrəmə verir. Çoşkalarda anoreksiya , donub qalma , zəiflik , qusma , ishal, ümümi əzələ zəifliyi, bəzi hallarda qıcolma , tez-tez dəridə düyünlü dəri səpkiləri müşahidə edilir. Kəskin hepatoz zamanı tez bir müddətdə və ya 1-2 həftəyə heyvan ölə bilər. Bəzən ölum 90% çatır. Xroniki hepatoz zamanı xəstəliyin əlamətləri zəif olur, məzlumluq, ümümi zəiflik, iştahanın azalması, dispepsik əlamətlər, və. s. müşahidə edilir. Qaraciyər mötədil böyümüş , sıqal səthli , palpasiya və prkussiya zamanı ağrılı olur. Selikli qişaların sarılığı bürüzə vermir, və ya çox zəif görünür. Bədən temperaturu normada olur. Kəskin və xroniki hepatoz zamanı qanda qlukozanın miqdarı azalır, (inəklərdə 2.22 mmol/l) , piroüzüm turşusu (193 mkmil/l) , süd turşusunun ( 1.44 mmol/l artıq) , bilirubinin (10.3 mkmol/l ondan da artıq) , xolesterinin ( 3.9 mmol/l və artıq) miqdarı isə artır. Qaraciyərin toksiki distrofiyası zamanı AcAT, AlAT, LDQ aktivliyinin artması müşahidə dilir. İkinçili hepatozlar zamanı əsas xətəliyin əlamətləri daha aydın bürüzə verir.

Patomorfoloji dəyişikliklər -Kəskin piyli hepatoz zamanı qaraciyər kəskin böyümüş , sarı və ya tünd rəngdə , kövrək və bürüşmüş olur, kəsilmiş səthində şəkili silinmişdir. Xroniki hepatoz əksər hallarda qaraciyərinböyüməsi, kənarlarının kütləşməsi , və orqanın rəngbərəng olması ilə xarakterizə edilir. Piyli distrofiyanın üstünlüyü təşkil etdiyindən qaraciyər piyli görünür, və əsasən killi və sarı-qırmızı (oxra) rəngdə olur. . Histoloji muayinə zamanı paycıqların mərkəzi həssələrində hepatositlərin distrofiyası müəyyən edilir.Qaraciyərin toksiki distrofyası zamanı isə hepatositlərin nekrozu və lizisi müəyən edilir.

Diaqnoz və təfriqi diaqnozu -Kliniki , laborator, patomorfoloji muayinələrin və yemləmənin təhlilinə əsaslanır.Kəskin piyli hepatozu , kəskin hepatitdən səcıyələndirmək lazımdır. Kəskin hepatit zamanı dalaq böyümüş , hepatoz zamanı isə normada olur. Bu əlamət hepatozu sirrozdan dəqiqliyi ilə səcıyələndirir.

Proqnozu -Kəskn piyli hepatoz ağır qaraciyər çatışmamazlığı ilə müşaiyət etdiyindən , çox vaxt heyvanın ölümünə gətirib cıxarır . Xroniki hepatoz xəsrtəliyinı əmələ gətirən səbəblər vaxtında aradan götürülüb uyğun mualicə tədbirləri aparıldıqda xəstə tez bir zamanda sağalır.

Mualicəsi -İlk öncə xəstəliyi əmələ gətirən səbəblər aradan götürülür, heyvanların yem paylarına keyfiyətli ot, ot unu və ya un, vələmir, arpa kəpəyi, kökümeyvəlilər, ətyeyənlərə isə uzsuz süd , kəsmik, keyfiyətli yağlı olmayan ət, balıq, vələmir və başqa xaşıllar, kəpək qarışıqları və. s. əlavə edilir. Medikamentoz vasitə kimi –lipotrop, vitaminli və öd qovucu preparatlardan istifadə edirlər. Lipotrop preparatlardan xolin xlorid, metionin, lipoel turşusu, lipomid, və. b. istifadə edilir. Xolin xlorid və metionin orqanizmə daxil olduqda qaraciyərin piyli infiltrasiyasının qarşısını alan metil qrupları ifraz edirlər. Xolin xlorid piyləri nəql edən lesitinin tərkibinə daxildirlər.Preparatı daxilə iri buynuzlu heyvanlara və atlara 4-10 qr , qoyuna 1-2qr dozada təyin edirlər .Metionin daxilə iri buynuzlu heyvan və atlara 10-20 qr , donuzlara 3-5qr , qoyunlara 1-2qr, itlərə 0.5-1 qr dozada təyin edirlər. Mualicə müddəti 30 gündür , lipoel turşusu və lipomid , biokimyəvi xüsüsiyətlərinə görə B-qrupu vitaminlərə yaxındırlar. Öd hasiletməni və öd ifraz etməni maqnezium sulfatdan istifadə edərək stimullaşdırmaq olar, preparat daxilə 50-80 qr dozada verilir, bu məqsədlə xolaqol, alloxol, və . b. istifadə edilir.

Profilaktikası -Tərkibində çoxlu miqdarda nitrit, nitrat, pestisid olan keyfiyətsiz yemləri heyvanların yem paylarından cıxarmalı , əvəzinə premiks, və əlavələr verilir. Maddələr mübadiləsi və endokrin xəstəliklərinə qarşı profilaktiki tədbirlərin aparılması xəstəliyin profilaktikasında vacıb əhəmiyyət kəsb edir.

Qaraciyərin amiloidozu

Amiloidosis hepatis

Qaraciyər və başqa orqanların toxumasında bərkimiş zülal-şəkərli komplekslərin –amiloidlərin hüceyrə xaricində yığınları ilə xarakterizə edilən xroniki xəstəlikdir. Amiloid -iodla boya ( rəng) verən qlobulin və polisaxarid kompleksdir. Qaraciyərin amiloidozu adətən böyrəklərin , dalağın , bağırsaqların və başqa orqanlarda amiloidin yığınları ilə birlikdə keçir. Xəstəlik atlarda , qara mal və. b. heyvanlarda təsadüf edilir

Etioloqiyası -Xəstəlik əksər hallarda dəri, sümük, daxili orqanların ( artrit, osteomielit, xora, şişlər, plevrit, bronxopnevmoniya, mastit, endometrit və. s.) irinli xroniki prosesləri zamanı əmələ gəlir. Çox vaxt immun serumlarının produsenti olan atlarda təsadüf edilir. Heyvanları kəskin arığlaması ( kaxeksiya) əksər hallarda qaraciyərin amiloidozu ilə müşaiyət edilir. , lakin bu vaxt böyrəklərdə amiloidoz olmur.

Patoqenezi Mikroorqanizmlərin və toxumalarda parçalanmış zülal məhsullarının təsiri nəticəsində , zülal mübadiləsi pozulur, və qaraciyərin , böyrəklərin , dalağın, və bağırsaqların divarında amiloid yığınları çökür. Qaraciyərdə bu proses paycığlarının periferik hissələrindən başlayaraq , bütöv paycığa yayılır. Qaraciyər qobuları atrofiyaya uğrayaraq amiloid kütləsindən əmələ gəlmiş bütöv eynillik, paycığlararası kapilyarlarla dolmuş sahələr əmələ gətirir. Qan təçhizatı pozulduğundan toxumalarda qidalanma zəifləyir, və hepatositlərin distrofiyası və böyrəklərin funksional çatışmamazlığına səbəb olur.

Simptomları Xəstəliyin əsas xarakterik əlamətləri – selikli qişaların solğunluqu , qaraciyərin və dalağın böyuməsi (hepatosplenomeqaliya) . Qaraciyər bərkimiş , ağrısız, səthi düz və hamar olur, perkussiya sahəsi qenişlənmiş olur. Dalaq xeyli bərkimiş və böyumuş olur. Sarılıq nadir halda və zəif olur. Həzmetmə pozulur.Sidikdə çox vaxt zülal aşkar edilir.

Patomorfoloji dəyişiklikləri -İri heyvanlarda qaraciyərin kütləsi 23 kq və ondan da artıq , kapsulası qərqin , kənarları kütləşmiş olur. Rənqi tund-killi , kəsilmiş səthi hamar, və şəkli pozulmuş olur. Dalaq böyümüş və bərkimişdir. Əksər hallarda böyrəklər və bağırsaqlarda amiloid zədələnməsi , oynaqlar , sümüklər və toxumalarda isə iltihabı ocaqlar aşkar edilir.

Diaqnozu və təfriqi diaqnozu -Anamnez məlumatları , qaraciyərin biopsiyasının nəticəsi və xarakterik kliniki əlamətlərlə əsaslanır. Başqa xəstəlikləri onların spesifik əlamətlərinə uyqun olaraq təfriq edirlər.

Proqnozu -Xəstəlik illərlə davam edə bilər.

Mualicəsi -Heyvanın əsas xəstəliyini mualicə etmək lazımdır. Qaraciyəri mübadiləsini nizamlayan dərman preparatlarından da qeniş istifadə etmək lazımdır.

Profilaktikası -Orqan və toxumalarda əmələ gəlmiş iltihabı prosesləri vaxtında aradan qaldirmaq vacib şərtlərdən biridir.

Qaraciyər sirrozu

Cirrhosis hepatis

Qaraciyərin birləşdirici toxumasının diffüz inkişafı və orqanın dərin struktur dəyişikliyi nəticəsində funksiyalarının pozulması ilə xarakterizə edilən xroniki interstisial iltihabıdır. Bu xəstəliyin hipertrofik və atrofik formaları mövcüddür.

Etioloqiyası -Xəstəliyi əmələ gətirən səbəblərin ( zəhərlər, toksinlər, infeksiyalar, yemləmə çatışmazlığı, mikrob və göbələk faktorları) , təsir müddəti və gücündən asılı olaraq sirrozun müxtəlif lkiniki və morfoloji ( hipertrofik və atrofik sirroz) kliniki-morfoliji variantları əmələ gəlir. Xəstəliyin kliniki və morfoliji gedişi müxtəlif olduğundan , əksər hallarda sirrozun qarışıq forması müşahidə edilir. Buna görədə xəstəliyin müxtəlif variantları oldiğundan qaraciyərin sirrozunu eqanə nozoloji vahid kimi qəbul etmək lazımdır.



Sirroz -xroniki xəstəliklərin əsasən də hepatit və hepatozun sonuncu pilləsidir( stadiyasıdır) Məs buna görədə hepatit və hepatozu əmələ gətirən səbəblər , xəstəliyin etioloqiyasına aid edilir. Bunlara biləvasitə -yemlərin çürümə məhsullarının , bitk mənşəli toksinlərin ( lyupinin alkoloidləri, rapsın və xardalın acı yağları) pestisidlərin nitrat və nitritlərin uzun müddət qaraciyərə təsiri aıddir. Sirroz müstəqil xəstəlik kimi heyvanların yem payında B-6 vitaminin çatışmamazlığı nəmişli bataqlıq yerlərdə bitən zəhərli bitkilərlə , və zəhərli maddələrlə ( xloroform, CCL 4, mərqümüş, fosfor, naftalin bə. b.) zəhərlənmələrdə , keyfiyyətsiz xarab olmuş , kiflənmiş yemlərlə yemlədikdə əmələ gəlir. Karbohidratların çatışmamazlığı fonunda bunların yem payında artıq olması , orqanizmdə xülal intoksikasiyası ilə birgə asidoz əmələ gəlir və nəticədə qaraciyərin pozulmasına səbəb olur. Xəstəliyin etioloqiyasında qastroenteral intoksikasiyaya geniş yer verilir. İkincili sirroz bir çox əsas xəstəliklərin infeksion ( paratif, vərəm ) , parazitar (fassielyoz, dikroselioz) və mərkəzi sinir sisteminin üzvü pozuntularınin tez-tez müşahidə edilən simptomlarıdır.

Patoqenezi -Qaraciyərin sirrozu hansısa bir orqanın yox, bütöv orqanizmi zədələyən ümümi bir xəstəlikdir. Xəstəliyin əsasında qaraciyərin xarakterik dəyişiklikləri ilə bürüzə verən maddələr mübadiləsinin ümümi pozulması durur.Qaraciyərə daxil olan zəhərli hepatotrop məhsullarının təsiri eyni vaxtda orqanın qidalanmasının pozulması , sirroz xəstəliyinə xarakterik olan struktur-funksional dəyişirliklərə səbəb olur.: beləki prosesə qaraciyərin elementlərinin hamısı qarışır, müəyyən pillədə parenximatoz hüceyrələrin nekrozu əmələ gəlir, qaraciyər parenximasının düyünlü reqenerasiyası və diffuzlu fibrozu qabarır, birləşdirici toxumanın inkişafı ilə əlaqədar , paycığların arxitekturası pozulur, bu pozulma periferiyadan ( portal traktlardan ) mərkəzə doğru ( paycığların mərkəzi hissələrinə) yayılır. Bu proses zamanı gedən morfoloji əlamətlər xəstəliyin demək olarki əsas patoqenetik yollarıdır.Zəhərli maddələr qapı venasından daxil olduqda ilk öncə qaraciyərin paycığlarının mərkəzi hissələri zədələnir , əgər toksinlər arteriya və öd yolları ilə daxil olurlarsa çox vaxt əsasən paycığların kənar hissələri və paycıqarası birləşdirici toxuma zədələnir. Kliniki və patoloji anatomiki müşahidələr göstərir ki sirroz həmişə qaraciyərin böyüməsi ilə başlayır, sonralar bu proses orqanın bürüşməsi ilə nəticələnir və sonda atrofik sirroza gətirib cıxarır. Bəzən orqanın bürüşməsi dayanır, və ya heç baş vermir, və cavan birləşdirici toxuma diffuz olaraq artır, belə hallarda da qaraciyərin hipertrofik sirrozu əmələ gəlir.Sirrozun ciddi nəticəsi qaraciyərin vena damarlarının sıxılması , qapı venası sistemində qan durğunluqu , və transsudasiyanın qarın boşluğuna güclənməsi , assitlə nəticələnir. Biliar sirroz birləşdirici toxumanın inkişafı qaraciyərin yeni paycığlarının reqenerasiyası hesabına qaraciyərin xeyli böyüməsi ilə nəticələnir. Belə qaraciyərdə birləşdirici toxuma ilə sarılmış öd axarlarını asanlıqla əllə tapmaq olur. Birləşdirici toxuma xırda öd axarlarını əhatə etdiyindən qaraciyər paycığlarının struktur pozuntularına , hepatositlərin isə ölümü və reqenerasiyasına səbəb olur. Öd yollarının uzun müddət sıxılması xolestazın , öd və qaraciyərdə daxili axarların genişlənməsinə gətirib cıxarır. Beləliklə qaraciyərdə qan və öd yolları daxil olan zəhərli məhsullar , parenximada distrofik və nekrotik zədələnmələr əmələ gətirərək birləşdirici toxumanın inkişafına səbəb olur.Bu prosesin mexanizmi hepatositlərin nekrozu , reqenerasiyası , iltihabı reaksiyası və fibrozu ilə əlaqədardır. Sirroz hepatositlərin nekrozu ilə başlayaraq onların reqenerasiyası ilə davam edir.Hepatositlərin nekrozu , iltihabı reaksiyanın əsas səbəbidir, Sirroz prosesi toxumanın fibroz inkişafı və orqanın funksiyalarının hamısının pozulması ilə nəticələnir. Qaraciyərin sirrozu zamanı geniş şaxələnmiş qapı venasının inkişaf etmiş fibroz toxuması ilə qan damarlarının blokadası nəticəsində portal hipertenziya baş verir. Bu isə öz növbəsində -splenomeqaliya və assitlə müşaiyət edilir. Öd yollarının sıxılması nəticəsində sarılıq əmələ gətirən öd durğunluqu müşahidə edilir. Öd hasilatı kəskin azalır, qaraciyərin zərərsizləşdirmə funksiyası tam zəifləyir, madələr mübadiləsi pozularaq orqanizmin autointoksikasiyasına səbəb olur.

Simptomları -Xəstəlik tədriclə inkişaf edir. Heyvanın iştahası pozulur, qəbizliklə əvəz olunan ishal müşahidə edilir. Atlarda sancı əlamətləri , iri buynuzlu heyvanlarda isə mədə önlüklərinin hipotoniya və atoniyası , aşkar edilir. Selikli qişalar solqunlaşmış sarımtıl rəngdə olurlar. Qana çoxlu miqdarda öd turşularının daxil olması heyvanda qicişmə, örə və ya ekzema , bradikardiya və . s. əmələ gətirir.Orqanizmdə metabolitin aralıq məhsullarının toplanması heyvanda kəskin məzlumluq, süstlük, ətrafa biganəlik əmələ gətirir. Damaqlarda qan sızma dəridə qan sağıntıları , konyunktivit və. s. əlamətlər müşahidə edilir. Qaraciyərin kütləşmiş sahəsində perkussiya və palpasiya ilə orqanın böyüməsi aşkar olunur Dalağın həcmini palpasiya usulu ilə itlərdə sol tərəfdən qabırqalar qövsündə , atlarda isə düz bağırsaqdan müəyyən edirlər. Xəstə heyvanda kəskin arıqlama və zəifliyə gətirib cıxaran məcaz pozqunluqu və dispepsik əlamətlər müşahidə edilir. Atrofik sirroz zamanı qaraciyərin kiçilməsini dəqiq müəyyən etmək mümkün deyil. Qaraciyərin zədələnməsində ağrı müəyən edilmir. Qanda hemoqlobinin , eritrositlərin anemiya), leykositlərin( leykopeniya), miqdarının azalması , EÇS və azad bilirubinin miqdarının artması aşkar olunur. Qan serumunda albuminlərin miqdarı kəskin azalır, qlobulinlərin , beta və qamma qlobulinlərin miqdarı isə artır. Zülal –çökmə reaksiyası müsbət olur. Xolinesterazanın aktivliyi azalır., AcAt və qələvi fosfotaza isə artır. Sidikdə çozlu miqdarda urobilin , qabarıq görünən sarılıq zamanı isə bilirubin müəyyən edilir( tapılır) . Nəcisdə sterkobilinin olmaması onu rəngsiz ( axiliya) edir.

Qedişi -Xəstəlik illərlə davam edə bilər. Xəstənin ümümi vəziyəti tədricən pisləşir. Qaraciyər sirrozu zamanı mübadilənin pozulması kaxeksiya ( kəskin arıqlama) və anemiyaya səbəb olur.

Patomorfoloji dəyişiklikləri Patomorfoloji dəyişirliklərin inkişafının xüsüsiyətlərinə görə sirrozlar –portal, postnekrotik, və biliar formalara aird edilir

Portal sirroz –həqiqi və uydurma qaraciyər paycığlarının ətrafında birləşdirici toxumanın inkişafı ilə xarakterizə edilir. Birləşdirici toxuma arasında parenxima hissələri qalmış hörümçək toruna bənzər, tor əmələ gətirir. Qaraciyər hüceyrələrində piyli infiltrasiya və balaca nekroz ocaqları müşahidə edilir. Birləşdirici toxumanın qeyri bərabər inkişafı və qaraciyərin parenximasında reqenerativ –deqenerativ dəyişikliklərin əmələ gəlməsinə görə zədələnmiş orqan həcmcə böyümüş və ya kiçilmiş olur. Qaraciyər bərk konsistensiyalı olaraq çətinliklə kəsilir səthi isə kələ-kötürlu olur.

Postnekrotik sirroz – Qaraciyərin kiçilməsi və səthində düyünvarı yığınların əmələ gəlməsi ilə xarakterizə edilir. Qaraciyər parenximasının düyünvarı yığınları yoqun birləşdirici toxuma ilə arakəsmələrlə bölünürlər. Qaraciyərin arxitektonikası pozulur, beləki düyünvari-reqeneratorlar və hələlik saxlanmış qaraciyər parenximası qeyri bərabər formada olurlar , qaraciyərin bəzi hissələrində quruluşu dəyişməmişdir.

Diaqnoz və təfriqi diaqnoz -Kliniki və laborator muayinələr əsasında qoyulur. Deməliyik ki qaraciyərin laporoskopiya və biopsiya muayinə usulları diaqnozun qoyulmasında vacib əhəmiyyət kəsb edir.Laporoskopiya usulu qaraciyərdə gedən bir çox dəyişiklikləri orqanın forması, rəngi və xəstəlik zamanı çox vaxt baş verən perihepatiti görməyə imkan verir. Bu usulla nəinki sirrozun olub olmaması , hətta təfrigi diaqnostikasını dəqiqləşdirmək olur. Qaraciyərin punksiya vasitəsilə aparılan biopsiyası sirrozun morfoloji formasını dəqiqləşdirməyə imkan verir.

Proqnozu -adətən əlverişsixdir, zaman –zaman xəstənin vəziyəti yaxşılaşsada , qaraciyər çatışmamazlığı inkişaf edir. Tədricən sürətlənən arıq lama ( kaxeksiya) və infeksiyalarla ağırlaşan ( pnevmoniya, vərəm və. s.) proses , qaraciyər komasına beləliklə də heyvanın ölümünə səbəb olur. Buna görədə heyvanı vaxtında kəsimə vermək məsləhətdir.

Mualicəsi - İlk öncə xəstəliyi əmələ gətirən səbəbləri müəyyən edərək aradan qaldırmaq lazımdır. Xəstəliyin dərinləşməsinin qarşısını almaq üçün heyvanları tərkibində yetərincə zülal və vitaminlə zənqin olan yemlərlə təmin etmək böyük əhəmiyyət kəsb edir. Hepatositlərdə metabolik prosesləri stimullaşdıran essensiale və LİB-52 və. b. preparatların uzunmüddətli istifadəsi müəyyən dərəcədə qaraciyərin funksiyalarının pozulmasının qarşısını alır. Assitlər zamanı xörək duzu məhdudlaşdırılmış pəhriz yemlərdən istifadə edilir, və vaxtaşırı sidikqovucu preparatlardan ( temisal, furasemid, diakarb, və. s.) istifadə edilir.

Profilaktikası -Xəstə heyvanların yem payları tərkibində olan zülal, karbohidrat, yağlar, vitamin, və mineral maddələrə görə balanslaşdırılmalıdırlar. Heyvanların nəmişli , bataqlıq yerlərdə otarılmasına qadağa qoyulmalı. Vaxtaşırı aparılan dispanserizasiya zamanı mədə-bağırsaq xəstəliklərinə tutulmuş heyvanları müəyyən edərək , mualicəsini aparmaq vacib şərtlərdəndir. Heyvanlarda kaproloji muayinə aparılmalı , gündəlik gəzintiyə cıxarmalı, və. b. müstəqil ağrılı prosesləri aradan götürməli. Heyvanlara keyfiyətsiz yemlər verilməməli , pestisid və mineral gübrələri səmərəli istifadə etməli , infeksion və invazion xəstəliklərə qarşı muvafiq tədbirlər aparılmalı.

Muhazirə № 12

Qaraciyərin xəstəlikləri

Plan

1.-Qaraciyərin absesi



2.-Xolesistit , xolanqit

3.-Öddaşları xəstəliyi

4.-peritonun xəstəlikləri – Peritonit, Assit,

Qaraciyərin absesləri

Abscessi hepatis

Qaraciyər toxumasının məhdudlaşmış tək-tək və ya çoxsaylı ocağlı iltihabıdır. Xəstəliyə tez-tez kökəltmə məntəqələrində iri buynuzlu heyvanlarda təsadüf edilir.

Etioloqiyası -Xəstəliyin əsas səbəbləri bakteriya ( Eseherichia coli, proteus, strepto və stafilokokklardır) vəmikroflorasıdır . Xəstəlik askaridoz , protozoa və. b. xəstəliklər zamanı da əmələ gələ bilər.Xəstəliyi əmələ gətirən səbəblər kimi birtərəfli yüksəkkonsentratlı yemləmə , heyvanların yem paylarında cecə , qırıntılı və keyfiyətsiz yemlərin , tərəvəz tullantıları və qalığlarının üstünlük təşkil etməsi , yemlərdə vitamin çatışmamazlığı , orqanizmin rezistentliyinin aşağı düşməsi və. s. göstərmək olar.

Patoqenezi -İnfeksion aqent qaraciyərə vena qapısı vasitəsilə hematoqen yolla daxil olur. Buna səbəb asidoza, parakeratoza , xoralı-eroziv qastrit və mədə-bağırsaq şöbəsinin başqa xəstəliklərinə qətirib cıxaran fizioloji əsaslanmayan yemləmədir. Bakterial infeksiya qaraciyər toxumasına irinli xolanqit , xolesistit və. b. iltihab ocağlarından düşə bilər. Qaraciyər hüceyrələrindı infeksiyanın inkişafı qaraciyərin əsas funksiyalarını pozan irinli absesli proses əmələ gətirir.Bəzi hallarda qaraciyər abseslərində infeksion aqent tapılmır, bu isə öz növbəsində onu göstərirki absesli prosesin əmələ gəlməsi başqa səbəblərdəndir.

Simptomları -Xəstəliyin əlamətləri uzun müddət diqqəti cəlb etmir.Xəstəliyin ilkin əlamətləri –heyvanın məzlumlu vəziyəti , süstlük, iştahanın azalması, arığlama prosesinin sürətlənməsi və temperaturun az da olsa artmasıdır. Qaraciyər perkussiya və palpasiya zamanı ağrılı olur, işkənbənin təgəllüsetmə qabiliyəti zəifləyir3-5dəq. 1-2 dəfə olur. Qanda mötədil neytrofil leykositoz, disproteinemiya aşkar olunur, çox vaxt zülal-çöküntü reaksiyası müsbət olur.

Ptomorfoloji dəyişiklikləri -Qaraciyərdə tək bir və ya çoxlu miqdarda abseslər aşkar olunur . Proses uzunmüddətli olduğda abses ətrafında birləşdirici toxuma inkişaf edərək kapsula əmələ gətirir.Xırda abseslər bəzən çapığlaşmış və ya kirənçləşmiş olurlar. İşkənbə mədə və bağırsaqlarda zədələnmiş nahiyələr aşkar olunur.

Diaqnoz və təfriqi diaqnozu -Heyvanın sağlığında diaqnoz çətin qoyulur .Xəstəliyi əmələ gətirən səbəbləri müəyyən etmək , yemləməni və bəslənməni təhlil etmək ,hepatit , hepatoz, və qaraciyərin başqa xəstəliklərini nəzərə almaq lazımdır.

Mualicəsi -Xəstəliyi əmələ gətirən səbəblər aradan götürülür , heyvanların yemlənməsi nizamlanır, yem paylarına keyfiyətli ot, senaj, yaşıl yemlər, dənli konsentratlar, və. s. əlavə olunur. Heyvanların yem paylarında seluloza , çəkər-protein nisbəti və başqa göstəricilər nizamlanır. Mualicə vasitələrindən qeniş pektrli antibiotiklər və vitamin preparatları istifadə edilir.

Xolesistit və xolanqit - Cholesystitis et Cholanqitis

Xolesistit öd kisəsinin iltihabı , xolanqit-öd yollarının iltihabı. Bu xəstəlilər eyni vaxtda əmələ gələrək ya öd kisəsinin iltihabının üstünlüyu və ya öd yollarının iltihabının üstünlüyü ilə keçir. Etioloqiyası -Xəstəliyin əsas səbəbi bakterial və ya viruslu mikrofloradır. Xəstəliyi əmələ gətirən əlavə köməkçi səbəblərdən heyvanların yem payında zülal və vitamin çatışmamazlığı , yem və su ilə orqanizmə daxil olan zəhərli və güclü təsir edən maddələrin təsiri nəticəsində qaraciyər toxumasının retikulohistiositar rezistentliyinin azalmasını göstərmək olar.

Patoqenezi -Öd yolları və öd kisəsinə mikroflora hematoqen və limfoqen yolla gətirilən bağırsaq , bəzən isə qaraciyərdən daxil olur. Xolesistit və xolanqit zamanı –xolestaz –öd durğunluğu, və onun kimyəvi tərkibinin dəyişməsi baş verir.Öd axarları və öd kisəsinin divarında kataral –irinli və ya qarışıq iltihablaşma əmələ gəlir. Bəzi hallarda bu iki xəstəlik öd daşları ( xolelitiazis) ilə birgə keçir.

Simptomları -Xəstənin iştahası zəifləyir, həzmetmə pozulur, qəbizliklə əvəz olunan ishal müşahidə edilir.Qaraciyərin palpasiya və perkussiyası ağrılı olur.Qanda heytrofil leykositoz və EÇS artması müəyyən edilir.İrinli xolesistit və xolanqit zamanı subfebril titrəmə müşahidə edilir.Ödün durğunluqu və qaraciyərin ikinçi dəfə patploji prosesə uğraması bəzən sarılığa səbəb olur.

Patomorfoloji dəyişikliklər -Heyvanın öd axarları və öd kisəsinin divarlarında iltihabı proseslərin əlamətləri ödem, hiperemiya , infiltrasiya , irinli sahələr və.s. görünür.Öd axarları nazilir, bəzi hallarda öd kisəsi böyümüş , divarları qalınlaşmış və tünd –göyərmiş rəngdə olur. Öd yollarında kataral –irinli , irinli-kataral ödlə qarışmış eksudat olur. , bəzən öd kisəsi və söykənən qarın divarı iltihablaşmış görünür.

Diaqnoz və təfriqi diaqnozu -Xəstə heyvanı uzun müddət müşahidə etdikdən sonra diaqnozu kliniki muayinələr və qanın muayinəsi nəticəsində qoyulur . Xolesistit və xolanqitin təfriqi diaqnostikasında öd daşları , hepatit və hepatozu nəzərə almaq lazımdır.

Proqnozu -Şubhəlidir, çünki öd yollarının iltihabı əksər hallarda öd daşlarının əmələ gəlməsinə səbəb olur, bundan başqa patoloji proses qaraciyərin parenximasına yayıla bilər.

Mualicəsi -Dietoterapiya . Qeniş spektrli antibiotiklər : oksasilin, ampisillin, oletetrin, tetraolean, və. b. təyin edilir. Öd axarının sürətini artırmaq məqsədi ilə öd qovuculardan : oksafenamid, alloxol, dehidroxoliy turşusu , xolenzim, solmaz çiçəyi bitkisinin 10 : 250 nisbətdə dəmləməsi, qarğıdalı saçağının 10: 200 nisbətdə dəmləməsi istifadə edilir. Oksafenamid daxilə sutkada 2 dəfə -iri buynuzlu heyvanlara 0.6-5 qr, donuzlara 1-3qr, itlərə0.1-0.5 qr, dozada verilir. Dexolini daxilə sutkada 2-3 dəfə iri buynuzlu heyvan və atlara 2-5qr , itlərə 0.25-1 qr, dozada təyin edilir. Alloxol buzovlara 1-2 tabl. , itlərə 1 tabl, dozada sutkada 3 dəfə verilir.Öd hasilatının və ifrazatının artırılması məqsədi ilə xəstə heyvana yemlə ət, yer kökü, və cuğundur şirəsi, bitki( qarğıdalı, günəbaxan, zeytun) yağları verilməli. Ödaxarları və öd yollarında əmələ gələn spazmaları aradan götürmək məqsədi ilə xəstə heyvana atropin-sulfat, noşpa və. b. spazmolitiklər təyin edilir.

Profilaktikası -Yemləmənin normalaşdırılması , mosion ( qəzintinin) təyin edilməsi və əmələ gələn xəstəliklərin mualicəsinin vaxtında aparılmasına əsaslanır. Keyfiyyətsiz yemləri heyvanların yem paylarından cıxarılması vacib şərtlərdəndir.

Öd daşları xəstəliyi -Cholelithiasis

Qaraciyərin öd axarları və öd kisəsində daşların əmələ qəlməsi və bununla da ödün bağırsaqlara keçməsinin zəifləməsi və ya tam dayanması ilə xarakterizə edilən xəstəlikdir.

Etioloqiyası -Xəstəliyin əmələ gəlməsi üç əsas faktorlara :xolestərin və bilirubinin metabolizminin pozulması , öd kisəsi və öd axarlarının iltihabı , öd axınının dayanması ilə əlaqədardır. Bordağda olan heyvanlarda yüksək konsentratlı , tərkibində yetərincə seluloza olmayan yemləmə, xəstəliyin əsas səbəbi hesab olunur.Heyvanlarda uzun müddətli artıq yemləmə , piylənmə və hipodinamiya xolelitiaza səbəb olur. Xolelitiaz, xolesistit, və xolanqit xəstəlikləri arasında sıx etioloji əlaqə vardır, bu üç xəstəlik heyvanlarda eyni patoloqiya kimi qəbul edilir. Öd daşlarına səbəb həmcinə infeksion, invazion xəstəliklər, kataral iltihab və maddələr mübadiləsi xəstəlikləri səbəb ola bilər.

Patoqenezi. Öd kisəsinin və öd axarlarında eləcədə yemləmədə zülalın artıq olması ödün PH azalması ilə müşaiyət edilir. Bu isə öz növbəsində xolesterinin kristal şəklində çökməsinə və daşların əmələ gəlməsinə səbəb olur. Öd kisəsinin iltihabı zamanı eksudatla birlikdə küllü miqdarda zülal xaric olunur, və ödün kolloid və kimyəvi tərkibini dəyişir, nəticədəxolesterin , kalsium və bilirubin çöküntü verir, öd yolları tutulur, ödün axını pozulur. Xəstəliyin kliniki əlamətləri daşların olmasından yox, onların yerləşməsindən asılıdır. Öd kisəsinin dibində yerləşən daşlar , heç vaxt heyvana narahatlıq törətmir. Kəskin narahatlıq sindromu öd kisəsinin diskineziyası ilə əlaqədardır, beləki öd kisəsinin iltihabı və ya fiziki gərqinliyi zamanı daşların öd kisəsinin boyun hissəsinə tərpənişi əmələ gəlir, və sancı və ağrılara səbəb olur.

Simptomları -Xəstəliyin əsas əlamətləri –iştahanın azalması, bağırsaqların meteorizmi, ishal və nəcisin rənginin solması və pis iyli olmasıdır.Öd axarları tutulduğda heyvan narahatlıq keçirir, qaraciyər sancıları baş verir, nəbz və tənəffüs tezləşir. Heyvan tez-tez qarnına baxır, yatır, qalxır, qaraciyər ağrılı olur, anoreksiya əmələ gəlir, bəzən öd qarışığı qusma olur.yemləmənin pozulması və fiziki gərginlik qaraciyər sancılarına səbəb olur.Öd yollarının tutulması mexaniki sarılıq, dəri qicişməsi vəheyvanın dərisini didməsi ilə müşaiyət edilir. Bədən temperaturu normada və ya azca yüksəlmiş olur. Öd daşı xəstəliyi, öd axınına çətinlik törətmədikdə , simptomsuz keçir. Qaraciyərin perkussiyası zamanı hepatomeqaliya və öd kisəsi nahiyəsi ağrılı olur.

Patomorfoloji dəyişiklikləri -Öd daşları əksər hallarda şar formasında bəzən çoxbucaq , sığallı sarı-boz , və qırmızı-boz, çox vaxt elə də bərk olmayan , aşağıxüsüsi çəkili ( 1.23) olurlar. Onların sayı bir necə dənədən min dənəyə qədər , ümümi çəkisi isə bir necə kiloqrama çata bilər. Daşların həcmi düyüdən , noxuddan , qoz boydaya qədər ola bilər. Daşlar çox olduqca həcmi azalır. Kimyəvi noqtəyi nəzərdən daşların tərkibi ( 1.4-15%)- xolesterin , ( 28-30%)- bilirubin, qalanı isə kalsiumun karbon turşulu və fosfor turşulu duzları təşkil edir. Öd kisəsinindivarı atrofik dəyişikliklərlə qalınlaşmış olur. Eyni vaxtda öd yollarının xroniki katarı, və öd yollarının qenişlənməsi aşkar edilir.

Qedişi -Öd axarı tutulduqdq autointoksikasiya və ya öd kisəsinin cırılması və peritonitin əmələ gəlməsi heyvanın ölümü ilə nəticələnə bilər. Xəstəliyin proqnozu qeyri qənaətbəxşdir.

Diaqnoz və təfriqi diaqnozu -Xəstəliyə diaqnoz qoymaq çətindir.Əlamətlərə, kliniki və laborator muayinələrə əsaslanaraq qoyulur. Təfriqi diaqnostikada buna uyğun olan xəstəlikləri nəzərə almaq lazımdır.

Mualicəsi -İlk öncə xəstənin iqtisadı nöqtəyi nəzərdən mualicənin səmərəliyini nəzərə almaq lazımdır, çünki proqnoz qeyri qənaətbəxşdir. . Mualicədə isə dietoterapiya və müntəzəm olaraq qəzinti təyin edilir.

Profilaktikası -Yemləmənin normalaşdırılması , mosion ( gəzintinin) təyin edilmsəsi və əmələ gələn xəstəliklərin mualicəsinin vaxtında aparılmasına əsaslanır.Keyfiyyətsiz yrmləri heyvanların yem paylarından cıxarılması vacıb şərtlərdəndir.

Öd daşları xəstəliyi -Cholelitiasis

Qaraciyərin öd axarları və öd kisəsində daşların əmələ gəlməsi və bununla da ödün bağırsaqlara keçməsinin zəifləməsi və ya tam dayanması ilə xarakterizə edilən xəstəlikdir.

Etioloqiyası - Xəstəliyin əmələ gəlməsi üç əsas faktorlarla : xolesterin və bilirubinin metabolizminin pozulması , öd kisəsi və öd axarlarının iltihabı , və ıd axınının dayanması ilə əlaqədardır. Bordağda olan heyvanlarda yüksək konsentratlı , tərkibində yetərincə seluloza olmayan yemləmə, xəstəliyin əsas səbəbi hesab olunur.Heyvanlarda uzunmüddətli artıq yemləmə , piylənmə və hipodinamiya xolelitiaza səbəb olur. Xolelitiaz, xolesistit və xolanqitxəstəlikləri arasında sıx etioloji əlaqə vardır, bu üç xəstəlik heyvanlarda eyni patoloqiya kimi qəbul edilir. Öd daşlarına səbəb həmcinə infeksion , invazion xəstəlikləri , kataral iltihab və maddələr mübadiləsi xəstəlikləri səbəb ola bilər.

Patoqenezi -Öd kisəsi və öd axarlarının iltihabı, və yem paylarında zülalın artıq olması ödün PH azalması ilə müşaiyət edilir . Bu isə öz növbəsində xolesterinin kristal şəklində çökməsinə və daşların əmələ gəlməsinə səbəb olur.Öd kisəsinin iltihabı zamanı eksudatla birlikdə küllü miqdarda zülal xarıc olunur, və ödün kolloid və kimyəvi tərkibini dəyişir, nəticədə xolesterin , kalsium və bilirubin çöküntü verir, öd yolları tutulur, ödün axını pozulur. Xəstəliyin kliniki əlamətləri daşların olmasından yox, onların yerləşməsindən asılıdır. Öd kisəsinin dibində yerləşən daşlar , heç vaxt heyvanda narahatlıq törətmir. Kəskin narahatlıq sindromu öd kisəsinin diskineziyası ilə əlaqədardır, beləki kisənin iltihabı və ya fiziki gərginliyi zamanı daşların öd kisəsinin boyun hisəsində tərpənişi əmələ gəlir, və ağrılara səbəb olur.

Simptomları -Xəstəliyin əsas əlamətləri iştahanın azalması , bağırsaqların meteorizmi , ishal və nəcisin rənginin solması və pis iyli olmasıdır. Öd axarları tutulduğda , heyvan narahatlıq keçirir, qaraciyər sancıları baş verir , nəbz və tənəffüs tezləşir. Heyvan tez-tez qarnına baxır, yatır, qalxır, qaraciyər ağrıları olur, anoreksiya əmələ gəlir, bəzən öd qarışığı qusma olur. Yemləmənin pozulması və fiziki gərginlik qaraciyər sancılarına səbəb olur.Öd yollarının tutulması mexaniki sarılıq, dəri qicişməsi və didməsi ilə müşaiyət edilir. Bədən temperaturu normada və ya azca yüksəlmiş olur.Öd daşı xəstəliyi öd axınına çətinlik törətmədikdə simptomsuz keçir. Qaraciyərin perkussiyası zamanı hepatomeqliya və öd kisəsi nahiyyəsi ağrılı olur.

Patomorfoloji dəyişikliklər -Öd daşları əksər hallarda şar formasında , bəzən çoxbucaq , sığallı , sarı-boz, və qırmızı-boz, çox vaxt elədə bərk olmayan , aşağı xüsüsi çəkili ( 1.23) olurlar. Onların sayı bir neçə dənədən –min dənəyə qədər, ümümi çəkisi isə bir neçə kiloqrama çata bilər. Daşların həcmi düyüdən , noxuddan, qoz boydaya qədər ola bilər. Daşlar çox olduqça , həcmi azalır. Kimyəvi noqtəyi nəzərdən daşların tərkibi ( 1.4-15 %) xolestein , (28-30%) bilirubin , qalanı isə kalsiumun karbon turşulu və fosfat turşulu duzları təşkil edir. Öd kisənin divarı atrofik dəyişikliklərlə qalınlaşmış olur.Eyni vaxtda öd yollarının xroniki kataı və qenişlənməsi aşkar edilir.

Qedişi -Öd axarı tutulduqda , autointoksikasiya və ya öd kisəsinin cırılması və peritonitin əmələ gəlməsi heyvanın ölümü ilə nəticələnə bilər.Xəstəliyin proqnozu qeyri qənaətbəxşdir.

Diaqnoz və təfriqi diaqnozu -Xəstəliyə diaqnoz qoymaq çətindir.Əlamətlərə, kliniki və laborator muayinə əsasında qoyulur. Təfriqi diaqnostikada buna uyğun xəstəlikləri nəzərə almaq lazımdır.

Mualicəsi -İlk öncə xəstənin iqtisadi nöqtəyi nəzərdən mualicənin səmərəliyini nəzərə almaq lazımdır, çünki proqnoz qeyri qənaətbəxşdir. Mualicədə isə dietoterapiya və müntəzəm olaraq qəzinti təyin edilir.Öd ifrazatını artırmaq məqsədi ilə xəstəyə alloxol , xolenzim , xolaqon, oksafenamid, solmaz çiçəyi dəmləməsi və. b. təyin edilir. Qaraciyərin çancıları zamanı spazmolitik və xolanolitiklərdən :atropin sulfat, noşpa , analqin və. b. istifadə edilir. Xəstəyə əlavə istilik təyin edilir. Əgər əlavə xolesistit olsa , qeniş spektrli antibiotiklər ( oletetrin , levomisetin , kanamisin, tetraolean, tetropleks, penbeks, tilozin, və. b.) yüksək dozalarla təyin edilir.Bəzi hallarda cərrahi əməlyətin aparılması da mümkündür. Öd yollarının dezinfeksiyası üçün daxilə ödqovucu ( urotropin, sulfamidlər) yumşaldıcı preparatlar ( qənəgərcək yaqı, qlauber və karlovar duzları) təyin edilir. Heyvanların yem paylarına karbohidrat yemləri əlavə edilir

Peritonun xəstəlikləri

Qarın boşluğunun butun orqanları və onun özünün divarı periton pərdə ilə örtülmüşdür. Öz quruluşuna görə serozlu hesab olunur. Peritonda iki vərəqə - parietal ( divarüstü) periton divarını daxildən örtən və visseral –(daxili orqanları o cümlədən mədə-bağırsaq şöbəsini, qaraciyər, dalaqı, böyrəkləriörtən) aird edirlər. Diafraqma və piylik də periton hesab olunurlar. Periton qeniş qan və limfa damarları toruna , və çoxsaylıreseptor ( sinir) ucluqlarına malik olduğundan yüksək rezorbtiv ( sorma) və transsudativ ( hasiletmə) funksiyaları ilə xarakterizə edilir. Qan və limfa damarlarının nisbəti peritonun ayrı-ayrı şöbələrində müxtəlifdir. Bir sahədə bu nisbət 5:1 20:1 qədər olur, o biri sahələrdə əksinə ola bilər. Məlum edilib ki qan damarları çox olan sahələrdə əsasən rezorbsiya ( sorma) prosesləri qedir, limfa damarları üstünlük təşkil edən sahələrdə isə onikibarmaq bağırsaqlarda maksimuma çatan , və ya yoqun bağırsaqlara yaxınlaşdıqça intensivliyi azalan transsudatıv proseslərüstünlük təşkil edir. Qarın boşluğunun dibində həmişə az bir miqdarda tərkibində 1% qədərzülal olan sarı samanı rəngdə şəffav maye( fizioloji transsudat) olur, və ədəbiyyət məlumatlarında periton mayesi adlanır. Peritonun üzəri həmişə nəmişli olur. Peritonun müxtəlif nahiyyələri eyni rezorbtiv qabiliyətə malik deyirlər. Onun intensivliyi ardıcıl desək –diafraqmal, piyli, və visseral peritona bölünür. Parietal periton əsasən də çanaq hissəsində zəif rezorbtiv qabiliyətlə xarakterizə edilir.Normal funksiyalı periton müxtəlif xüsüsiyətlərə malikdir.Beləki piylik və periton mayesi bakteriyaları lizisə ( parçalamaqa) uqradır. Peritonda onun sorulma qabiliyyətinin azalması ilə əlaqədar venoz durğunluğu və bununla da mikrofloranın toksinlərinin və başqa toksiki maddələrin rezorbsiyası tez əmələ gəlir.İltihablaşmış periton sahələrində bakterisid mayenin transsudasiyası artır. Periton yüksək elastikliyə malik olduğundan , bitişməyə meyilli olur, və onun iltihabı zamanı əmələ gələn ağrılardan diafraqmal tənəffüsü dayandıra bilər. Peritonun bu xüsüsiyətləri patoloji proseslərin lokallaşma və birləşməsinə səbəb olur. Peritonun xəstəlikləri - iltihabı ( peritonit) və rezorbsiyasının ( sorulmasının) pozulması ilə əlaqədar- qarın boşluğunun hidropsu ( assit) aird edilir.

Peritonit-peritonun iltihabı -Peritonitis

Peritonit -yerli və ümümi əlamətlərlə orqanizmin əsas orqan və sistemlərinin funksiyalarının pozulması ilə müşaiyət edilən qarın pərdəsinin eksudasiyasının güclənməsi ilə əlaqədar məhdud və ya diffüz şəkildə keçən iltihabıdır.Peritonit adətən ikinçili bir xəstəlik kimi atlarda və iri buynuzlu heyvanlarda müşahidə edilir. Yerləşməsinə ( lokalizasiayasına) görə diffuz ( yayılmış , ümümi) və məhdud ( lokallaşmış) , gedişinə görə kəskin və xroniki , patoloji prosesin xarakterinə görə -- serozlu, fibrinozlu, hemorroji, irinli, çürüntülü və qarışıq olur. Xəstəlik nəinki peritonun funksiyalarının , hətta orqanizmin əsas orqan və sistemlərinin pozulması ilə müşaiyət edilir.

Etioloqiyası -peritonit əsasən daxili orqanlarının iltihabının yayılması zamanı mikroorqanizmlərin qarın boşluğu və periton pərdəsinə keçməsi nəticəsində əmələ gəlir.Bu cəhətdən qastroenteritlər, bağırsaqların çevirilməsi və invaqinasiyası , metrit, paranefrit, qarın boşluğu orqanların və qarın divarının dərin keçən yaraları , bəzi parazitar xəstəliklər, , hematoqen və limfoqen yolla mikrofloranın daxil olması və. s. səcıyəvidir. İri buynuzlu heyvanlarda xəstəlik əsasən mədə önlüklərinin travması zamanı ( travmatik retikulit) baş verir. Peritonit mikrofloranın qaraciyər və ağciyərdə yerləşən ( abseslər) iltihabı ocağlardan qarın boşluğuna daxil olması nəticəsində baş verə bilər. Bəzən peritonun aseptik iltihablaşması da mümkündür, beləki qeyri infeksion aqentlər–qan, sidik, öd, pankreatik şirənin qarın boşluğuna düşməsi onun serozlu qişasına aqressiv təsir edərək aseptik iltihablaşmaya səbəb olur.

Patoqenezi -peritonun yüksək bakterioloji qabiliyətinə baxmayaraq müxtəlif yollarla buraya daxil olan və yüksək virulentliyə malik mikroflora çoxalaraq , ifraz etdikləri toksinlər təsir edərək, peritonun iltihabını əmələ gətirirlər. İltihabı proses hiperemiya ilə başlayaraq damarların genişlənməsi , endotelinin proliferasiyası , deqenerasiyası və laylanması ilə müşaiyət olunur. Sonralar pritonun və qan damarlarının zədələnməsi dərəçəsindən asılı olaraq , qarın boşluğuna serozlu , serozlu-fibrinozlu eksudatın suzulub yığılması baş verirBu yığılmış eksudatın miqdarı atlarda 40 l, iri buynuzlu heyvanlarda isə 80-100 l ola bilər. Əgər iltihablaşmanın əsasında irinli mikroflora durursa , peritonit irinli olacaq, çürüntülü mikroflora olduqda -çürüntülü ( ixoroz) peritonit, eksudata eritrositin qarışması hemoroji peritonit əmələ gətirir, bəzən qarışıq forması da ola bilər. Hesab olunur ki atlarda peritonit əsasən serozlu , nadir hallarda isə serozlu-fibrinozlu formada ola bilər və qarın boşluğunda laxtalanma və bərkiməyə meyilli olur , ona gorədə bu növ heyvanlar peritonitə yüksək həsas olduğlarından , xəstəlik tez-tez neqativ hallarla nəticələnir.İri buynuzlu heyvanlarda peritonit fibrinoz, və fibrinozlu-serozlu formada keçir, qarın boşluğu və periton pərdəsində fibrinozlu eksudatın yığılmasına səbəb olur. Yığılmış eksudatda fibrin çökərək laxtalanır və zədələnmiş sahələri örtür. Bununla da onları sağlam toxumalardan təcrid edir ( izolasiya edir , ayırır) .Buna görədə bu növ heyvanlar bu xəstəliyə o qədər də həsas olmur, və gələcəkdə neqativ hallar zəif olur. Qaldı ki başqa növ heyvanlara donuz və itlərdə peritonit eyni səviyyədə seroz və fibrinoz formalarda keçə bilər.

Ona görə də bu növ heyvanlar xəstəliyə mötədil həssasdırlar. Toksinlər mərkəzi sinir sisteminə təsir edərək orqanizmin ümümi bədən temperaturunu qaldırır, mədə-bağırsaq , ürək-damar, tənəffüs və. b. sistem və orqanlar tərəfindən müxtəlif pozuntulara səbəb olur. Peritonitlər zamanı bağırsaqlarda onların keçməməzliyi ilə müşaiyət dilən parez əmələ gəlir. Müşahidələr göstərir ki xəstəlik heyvanların ancaq 3% ishalla başlayır. Bağırsaqlarda parezin əmələ gəlməsinin mexanizmi sona qədər məlum deyil, bununla belə hesab olunur ki iltihab məhsullarının toksinləri biləvasitə bağırsaqların əzələləri , bağırsaq divarının sinir struktuirlarına ,və beyin mərkəzlərinə təsir edərək qan dövranını o cümlədən bağırsaq divarının qan dövranının pozulmasına təkan verir və parezin əmələ gəlməsinə səbəb olur. Hesab olunur ki azan sinirin qıcığlanması kollapsla, bətn sinirinin qıcığlanması isə ağrılara və bağırsaqların parezinə gətirib çıxarır. Beləliklə ağır keçən peritonit əsas orqan və sistemlərin ( tənəffüs, aqciyər, ürək, qaraciyər, böyrək çatışmamazlığı , işkənbənin hipotoniya ,atoniya , və parezi , mədə və bağırsaqların parezi , immun müdafiyəsinin aşağı düşməsi ) funksiyalarının pozulması ilə müşaiyət edilir.

Simptomları -Xəstəliyin kliniki əlamətləri , iltihabı prosesin xatakterindən , peritonun zədələnmiş sahəsinin böyüklüyündən və heyvanın növündən asılıdır. Peritonitin xarakterik əlamətləri – iştahanın azalması və ya tam itməsi, ağrıların olması, qarın divarının çəkilmiş vəziyətdə olması və gərginliyi, bədən temperaturunun artması, heyvanın ümümi vəziyətinin ölgün olması , kəskin məzlumluğu, taxikardiya, mədə və bağırsaqların peristaltikasının zəifləməsi və ya tam dayanmasıdır. Xəstə heyvanın hərəkəti məhdudlaşır, yerişi gəginləşir. Iri heyvanlar ətraflarını geriyə çəkərək məcburi duruş vəziyəti alırlar, xırda heyvanlar isə uzun müddət yatırlar. İrinli yayılmış peritonit əsasən də atlarda daha ağır keçir, lokal məhdudlaşmış peritonit ( məsələn iri buynuzlu heyvanlarda –travmatik retikuloperitonit) isə nisbətən yünkül formada keçir. Atlarda peritonit sancılarla , bədən temperaturunun yüksəlməsi və bağırsaqların parezi ilə müşaiyət edilir. Ətyeyənlərdə peritonit çox vaxt qusma ilə müşaiyət edilir. Xırda heyvanlarda bimanual palpasiya ilə nəinki qarın divarı ağrılarının olub olmamasını hətta eksudatın yığılmasını da müəyən edirlər. Yayılmış peritonit zamanı perkussiya ilə üfüq vəziyyətdə küt səs alınır, lakin heyvanın vəziyətini dəyişdikdə səs də öz yerini dəyişir. Qarın boşluğuna eksudat yığıldıqdq əsasən də xırda heyvanlarda fluktuasiya aşkar olunur, və qarının sallanması müşahidə edilir. Xəstəliyin kəkinliyindən asılı olaraq bağırsaqların peristaltikası , ilk dövrdə bəzən güclənir və ishal ( diareya) ilə müşaiyət edilir, sonralar zəifləyir və tam dayanır, möhtəviyətin durğunluqu və qəbizlik əmələ gəlir. İri heyvanlarda rektal muayinə zamanı peritonun ağrılı olması və kələkötürlüyü müşahidə edilir. Nəbz tezləşmiş və zəif olur, ürək döyüntüsü müşahidə edilir. Ürəkdə miokarditin inkişafından xəbər verən aritmiya və alloritmiya aşkar edilir. Bəzi hallarda arterial təxyiqin aşağı düşməsi , müəyyən edilir. Tənəffüs tezləşmiş, səthi və döş tipli olur, qarın boşluğuna mayenin ( eksudatın) , bağırsaqlara isə qazların toplanması zamanı təngnəfəslik müşahidə edilir. Sidikkisəsinin visseral hissəsinin ğıcıqlanması nəticəsində heyvanda tez-tez sidik buraxma duruşu əmələ gəlir. Sidik az olur, onun xüsüsi çəkisi artır, tünd və qatılaşmış olur, bəzən albuminuriya müşahidə edilir. Qanda neytrofil xarakterli leykositox aşkar olunur. Xəstəlik zamanı iştaha əvvəlcə azalır, sonralar tam itir. Mədə və bağırsaqların cırılması nəticəsində əmələ gəlmiş yayılmış peritonit zamanı heyvanın vəziyəti sürətlə kəskinləşir, halsız olur, taxikardiya və kollaps əmələ gəlir.Balalığın cırılması zamanı peritonitin əlamətləri 3-5 gündən sonra inkişaf edir, bədən temperaturu yüksəlir, nəbz və tənəffüs tezləşir, qarın divarında ağrılar əmələ gəlir, qarın əzələləri gərginləşir, qarın çəkilir, ətyeyənlərdə qusma əlamətləri olur.

Patoloji anatomiyası -Xəstəliyin başlancığında peritonun hiperemiyası , qan damarlarının paralitik qenişlənməsi ( əsasən də nazik bağırsaqların selikli qişa altı təbəqəsinin venalarında qabarıq görünür) ilə xarakterizə edilir. Qarın boşluğunda çoxlu miqdarda , tərkibində fibrin , irin , bağırsaqlar cırıldıqda isə yem kütlələri olan müxtəlifrəngdə ( şəffav, rəngsiz, bulanıq, boz-ağ, qırmızımtıl) iri buynuzlu heyvanlarda 20-30 l qədər eksudat aşkar olunur. Mikroskopiya zamanı fibrinin tərkibində leykosit, eritrosit, və mikroblar aşkar edilir. Xəstəliyin kəskin formasında periton qızarmış , kələ kötürlü və qan sağıntılı olur. Xroniki formalarda –peritonun bağırsaqlarla birləşməsi və birləşmiş toxumadan əmələ gələn yığıntılar olur. , qarın divarı qalınlaşmış və inkapsulyasiyalı abseslər aşkar olunur. Retikuloperitonit zamanı iltihabı ocaqlar torcuq nahiyədə və işkənbənin aşağı divarında olur, bəzən torcuğun diafraqma ilə və ya qarın divarı ilə birləşməsi müəyyən edilir.

Qedişi -Xəstəlik iki-üç gündən iki – üç həftəyə ondan da artıq davam edir. Atlarda adətən xəstəlik kəskin , iri buynuzlu heyvanlarda isə xroniki formada keçir.Atlarda xəstəliyin yayılmış (diffuz ) forması zamanı proqnoz əlverişsizdir. , başqa növ heyvanlarda isə qorxuludur( təhlükəlidir). Lokallaşmış peritonit xroniki formada keçir.

Diaqnoz və təfriqi diaqnozu -Anamnez məlumatlarına , xarakterik kliniki əlamətlərinə , xəstəliyə səbəb olan faktorlara əsaslanır. Əzələlərin gərginliyi qarın divarına təzyiq etdikdə ağrı reaksiyası , tezləşmiş səthi döş tipli tənəffüs , məlum olmayan tipli subfebril qızdırma , tezləşmiş zəif nəbz , taxikardiya, döyüntülü ürək vurğuları , başlancığda güclənən sonralar isə zəifləyən ya tamam dayanan peristaltika, qəbizlik, bağırsaqların timpaniyası, qarın boşluğunda kütləşmiş perkutor səs , qarın boşluğundan alınmış mayedə 4-5%zülal, fubrin, irin və mikrobların olması, bəzən möhtəviyyətlə qarışıq olması diaqnozun qoyulması üçün böyük əhəmiyət kəsb edir. Təfriqi diaqnostikada uyğun olan xəstəliyi –assit, nəzərə almaq lazımdır. Assit zamanı da qarın boşluğuna maye toplanır, lakin peritonit zamanı may bulanıq , tərkibində 3-5% zülal , irin , leykosit və mikrob olur. , assit zamanı isə transsudat şəffav, tərkibiundə 1% az olaraq zülal və heç bir əlavələr olmur. Bundan başqa assitdə qızdırma , qarın divarında ağrılar və. b. peritonit üçün xarakterik əlamətlər olmur. Xəstəlik xroniki keçir.

Mualicəsi -Xəstənin yemləmə və bəslənmə şəraiti dəyişdirilir, aclıq sonralar isə mötədil pəhriz təyin edilir, yemlər xəstəyə az-az verilir, suvarılma məhdudlaşdırımır. Xəstəliyin başlancığında qarın divarına soyuq( soyuq çullanama) sonralar isə istilik ( rezin qovuq, qızdırıcı cihazlar) təyin edilir. Qəbizlik olduqda işləyici preparatlar ( gənəgərçək yağı, qlauber duzu) , qıcıqlandırıcı və dezinfeksiyaedici preparatlar istifadə edilir. Güclü meteorizm olduqda isə düz bağırsaqdan ( rektal) 1 metr uzunluğunda saricə çıxmış rezin borunun ucuna birləşdirilmiş qan alma iynəsi ilə bağırsaq deşilir. Qarın boşluğuna toplanmış eksudatın miqdarı çox olduqda , qarın divarı deşilərək maye xaric olunur. Maye az olduqda sidikgovucu preparatlar istifadə edilir. Peritonitin perforativ formalarında cərrahi əmələyət aparılır. Mosinin plevrəüstü , lebedavin venadaxili , Smirnovun qarındaxili novokain blokadaları xəstəlik zamanı yaxşı effekt verir. İri buynuzlu heyvanlarda peritonitin və birləşdirici proseslərin mualicəsi və qarşısının alınması məqsədi ilə qarın boşluğuna proteolitik fermentlərin – ximotripsin 0.05-0.1 mq 1kq diri kütləyə dozada 30-50 ml 0.5% novokain məhlulunda antibiotiklə birgə və ya 30-50 ml 2% levomisetin və 40% qeksametilentetramin ( urotropin) məhlulu qarışığı təyin edilir. Mualicə kursu günaşırı 3-4 inyeksiyadır. Eyni vaxtda qarın boşluğuna 250ml hər kq diri kütləyə dozada təmiz ooksiqen yeridilir. Peritonit zamanı birləşmələrin qarşısını almaq məqsədi ilə göstərilən dozalarla ferment və oksiqen hər gün yeridilir. Onların qarın boşluğuna yeridilməsi sağ aclıq cuxurundan aparılır. Əzələ daxili həmçinə streptomisin, penisillin, bisillin, ampisillin, eritromisin, oleandomisin, və . b. antibiotiklər yeridilir. Mualicənin əvvəlində antibiotiklər, orqanizmdə onların lazımı konsentrasiyasını yaratmaq üçün yüksək dozada yeridilirlər, sonralar dozalar azalır. Patoqenetik və simptomatik mualicədə kalsium xlorid, kalsium qlukonat, qlukoza, ürək preparatları , karlovar duzu , ruminator və. b. preparatlar təyin edilir. Xırda heyvanlarda diffüz proses zamanı cərrahi əmələiyat aparılır.

Profilaktikası -Cərrahi əməliyat və qarın boşluğunun punksiyası zamanı aseptika və antiseptika qaydalarına riayət olunmalı. Mədə və bağırsaqların cırılmasının qarşısı alınmalı . Travmatiki retikulitin qarşısı alınmalı və. s.

Assit -qarın boşluğu hidropsu

Ascitis Hedrops Abdominis

Transsudatın qarın boşluğuna toplanması ilə xarakterizə edilən xroniki keçən ikincili xəstəlikdir. Assit -hansısa bir əsas xəstəliyin sindromudur. Əsasən itlərdə və bəzən başqa növ heyvanlarda təsadüf edilir.

Etioloqiyası -Assitin əsas səbəbi qapı venası sistemində qan təzyiqinin artması ilə müşaiyət edilən sirrozudur. Qarın boşluğunda transsudatın toplanması amiloidoz, fibroz, qaraciyərin exinokokkozu, aşağı boş venanı sıxışdıran şişlər, ürək çatışmamazlığı, kaxeksiya və .b. xəstəliklər zamanı əmələ gələ bilər.Başqa nadir hallarda rast gələn assitin səbəblərindən iri buynuzlu heyvanlarda qarın boşluğunun vərəmi , qanının onkotik təzyiqinin aşağı düşməsi ilə müşaiyət edilən yem aclığıdır.

Patoqenezi -Assitin mürəkkəb olan patoqenezinin əsas hissəsi –portal hipertenziya , qapı venası sistemində qan durğunluğuna və damarlardan suyun və qanın əsas hissələrinin çıxmasına səbəb olur. Assitik maye qanın plazmasının süzgəncdən keçən hissəsidir. Qaraciyərin zədələnməsinin uzunmüddətli aclıq və böyrəklərin xəstələnməsi nəticəsində qanın albuminlərinin sintezinin azalması qanın onkotik təzyiqinin aşağı düşməsi , kapilyarların məsaməliyinin artması və transsudatın qarın boşluğuna dolmasına səbəb olur. Qaraciyərin sirrozu və bəzi xəstəliklər zamanı orqanizmdə natriumun toplanması hüceyrə xarici təzyiqin artmasına , suyun saxlanması və onun qarın boşluğuna keçməsi ilə müşaiyət edilir. Ürək çatışmamazlığı zamanı assitin əmələ gəlməsi , qan axınının zəifləməsi ilə əlaqədardır. Mayenin az miqdarda toplanması , heyvanın ümümi vəziyətində elə də ciddi dəyişirlik əmələ gətirmir. Lakin mayenin miqdarının çox olması qarın divarını qenişləndirərək qarın və döş boşluğu orqanlarına təzyiq edir və mədə-bağırsaq, aqciyər, ürək və başqa orqan və sistemlərin funksiyalarını pozur.

Simptomları -Qarın boşluğu həcmcə böyüyür , lakin bu böyümə tədricən aşaöı və yana olur. Əsas xəstəliyin kliniki əlamətləri fonunda qarın boşluğunun aşaqı və yan hissələrinin ikitərəfli simmetrik qərilməsi( qabarması0 müşahidə edilir. Qarın divarı gərgin və ağrılı olur. Heyvanın qarın divarı iki tərəfdən də böyüyərək tənəffüsü çətinləşdirir, heyvan arığlayır, tez yorulur, bədnin aşağı nahiyələrində şişlər əmələ gəlir . Bədən temperaturu çox vaxt normal , və bəzən aşağı olur. İri heyvanlarda hərəkət tam zəifləyir, , xırda heyvanlar çox vaxt yatır. Xəstə heyvan hərəkət edərək qarın boşluğunun konfiqurasiyası ( mayenin yerini dəyişdiyindən ) dəyişir. Maye yığılan nahiyəni əllədikdə qarın divarının qərqinliyinin azalması , təkan edikdə isə mayenin dalğavarı hərəkəti müşahidə edilir. Qarın boşluğunun perkussiyası üfüqi xəttlə kütləşmiş səs verir. Qarın boşluğununauskultasiyası zamanı , bağırsaqların peristaltikası ( dolmuş maye –transsudat səsi buraxmır ) zəif və ya heç eşidilmir. , Transsudatın çox miqdarda olması döş tipli tənəffüsün üstünlüyü ilə təngnəfəslik əmələ gətirir, ürəyin fəaliyəti çətinləşir, nəbz tezləşir, bədən temperaturu normal olur, selikli qişalar solğun, sonralar isə göyərmiş olur. Sonda kaxeksiya və anemiya baş verir

Patoliji anatomiyası -Qarın boşluğunda çoxlu miqdarda toplanmış maye ( itlərdə 10-20 l, atlarda 70-100l qədər) tapılr. Maye sarımtıl rəngdə olaraq tərkibində 1-2% zülal olur. Qarın divarında dəyişiklik və pritonit əlamətləri olmur. Ürək böyrəklər və qaraciyərdə əsas xəstəliyə aid olan dəyişikliklər müşahidə edilir.

Qedişi -Xəstəlik xroniki keçir , ağırlaşdıqda aylarla davam edir.

Proqnozu - Əsas xəstəliklərdən asılıdır. .Sarılıq və şişlərin əmələ gəlməsi proqnozun pisləşdiyini göstərir.Xəstəlik uzun müddətli olduğundan heyvan arığlamadan ölur.

Diaqnoz və təfriqi diaqnozu -Xarakterik kliniki əlamətlərə ( beləki palpasiya , perkussiya və qarın boşluğunun auskultasiyasına ) əsaslanır. Yekun diaqnoz qarın boşluğundan alınan sınaq mayesinin muayinəsindən sonra qoyulur. Assit zamanı bu maye –transsudatdır. Təfriqi diaqnostikada peritoniti nəzərə almaq lazımdır. Beləki assit xroniki gediçə malik olaraq temperatursuz davam edir , qarın boşluğunda toplanmış mayenin tərkibində çox az miqdarda ( 1-2% ) zülal olur. Peritonitdə isə bədənin ümümi temperaturu artır, qarın boşluğunun palpasiyası ağrılar verir, və qarın boşluğunda eksudat olur. Sidik kisəsinin həddən artıq dolmasını rektal muayinə zamanı dairəvi formada şarın əmələ gəlməsi ilə müəyənləşdirirlər.Sidik kisəsinin cırılması və qarın boşluğuna sidiyin dolmasını , anamnez məlumatlarından- -sancıların olub olmamsından müəyənləşdirirlər.

Mualicəsi -Heyvanların əsas xəstəliklərinin mualicəsindən başlanır. Yem payında duzun miqdarı azalır və ya məhdudlaşır. Xəstə heyvanlara suyun verilməsi məhdudlaşır, sidikqovucu və ürəkfəaliyətini tənzimləyən dərman preparatları təyin edilir. Simptomatik mualicə aparılır. Ən radikal mualicə usulu qarın boşluğunun punksiyası( deşilməsi ) və onun mayedən azad olunmasıdır. Mualicə zamanı qan damarlarının məsaməliyini azaldan dərman preparatları təyin edilməlidir.

Profilaktikası -Assit xəstəliyinə səbəb olan əsas xəstəliklərin ( qaraciyər, ürək, böyrəklər, və damarların xəstəlikləri) inkişafının qarşısının alınmasından ibarətdir.

Muhazirə № 13

Tənəffüs sisteminin xəstəlikləri

Plan


1.-Anatomo- fizioloji xüsüsiyyətləri, təsnifatı , sindromları

2.-Yuxarı tənəffüs yollarının xəstəlikləri



Tənəffüs -orqanizmin toxumaları və xarici mühit arasında oksiqen və karbon qazı arasında mübadiləni təmin edən proseslərin məcmuusudur.Tənəffüsü təmin edən orqanların cəmi isə tənəffüs sisteminin orqanları adlanır. Anatomik noqtəyi nəzərdən – tənəffüs sistemi hava ötürən və qaz mübadiləsini yerinə yetirən orqanların kompleksididir ( birləşməsidir). Hava ötürən yollara – burun boşluğu, burun-udlaq, qırtlaq, traxeya, və bronxlar, qaz mübadiləsi orqanlara isə -ağ ciyər aiddir.Ağciyərlər məsaməli toxuma ( parenxima) , coxlu miqdarda bronxların şaxələnməsi və ağ ciyər qabarçığları sistemi- alveollardan ibarət olan orqanlardır.Alveollarda onlara daxil olan qaz və qan arasında qaz mübadiləsi qedir. Heyvanların tənəffüs yollarının selikli qişaları kirpikcikli titrəici epiteli ilə örtulmuşdür.Ağciyərlərə kecməzdən öncə traxeya iki əsas bronxlara bölünüt. Bu yer bifurkasiya adlanır. Ağciyərlərdə bu iki bronxlar , müxtəlif diametrli coxsaylı bronxlara bölünərək - bronxial ağacı əmələ gətirir. Bronxların selikli gişası birtəbəqəli kublu epiteli ilə örtülmüşdür. Ağciyərlər çüt orqan olub döş qəfəsində ürəyin hər iki tərəfindən yerləşərək , əsası içəri batmış( batığ) ,zirvəsi isə kəsilmiş konusa bənzəyir,ğeriyə yönələrək diafraqmaya söykənir. Girdələşmiş zirvəsi qabağa yönəlir , xarici qabarıq səthi qabirqalara söykənir.Xariçdən ağciyərlər plevro- pulmonal adlanan ( qabırqa- kostal ) plevraya keçən serozlu qişa ilə örtülmüşdür.Belələiklə bunların arasında az miqdarda mayesi olan” yağlayıcı” funksiya daşıyan plevraarası boşluq əmələ qəlir.Ağciyərlər ( sağ-üç, sol-iki) paycığlara bölünür .Ağciyərlərin morfoloji və funksional vahidi acıq qabarcığ şəkli olan , daxili səthi birtəbəqəli yastı epiteli ilə örtülmüş – alveollardır. Bunların əsas funksiyalarından biri tənəffüs zamanı alveolları yapışqanlığdan qoruyan , və bununla da onların çökməsiniin qarşısını alan səthi aktiv madddə olan surfaktantin ifrazatıdır. Tənəffüs orqanları orqanizmdə qazlar mübadiləsi kimi mühüm bir vəzifə yerinə yetirir.Bu proses orqanizmin oksiqenlə təmin etmək və karbon qazının ifrazı ilə məhdudlaşmır , o həm də qanın kimyəvi tərkibində dəyişiklik yaradır. Tənəffüs sistemi orqanları biləvasitə xarici mühitlə əlaqəda olduğu ücün heyvanın temperaturunun dəyişməsi , patoloji proseslərin inkişafı və ağırlaşmasına imkan vermir. Xaricdən qəbul edilən hava tənəffüs yollarında isinir, tozdan, mikroorqanizmlərdən təmizlənir. Tənəffüs orqanları öskürmə , asğırma , fınxırma kimi reflektor aktlar vasitəsilə ğıcığlandırıcı amillərdən təmizlənir.Ağciyərin retikulo-endotelial hüceyrələri qanda və bronxlarda toplanan zərərli elementlər ayırıb limfa düyünlərinə ötürür. Ağciyərdə qazlar mübadiləsi karbonhidraza fermenti vasitəsilə intensivləşir. Tənəffüs orqanlarının xəstəliklərinə ( respirator xəstəliklər) bütün növ heyvanlar arasında və bütün coqrafi bölqələrin hamısında təsadüf edilir. Yayılmasına qörə həzm sistemi xəstəliklərdən sonra , tənəffüs sisteminin xəstəlikləri ikinci yerdə yerləşirlər. İri buynuzlu heyvanların kökəltmə məntəqələrində , qoyunçuluq və donuzçuluq təsərrüfatlarında , fermer və fərdi təsərrüfatların əksəriyyətində tənəffüs orqanlarının xəstəlikləri orta hesabla heyvanlarının ümümi xəstəliklərinin 20-30% təşkil edir. Atçılıq , dəvəçilik , maralşılığ və xəzli heyvanlar təsərrüfatlarında bu xəstəliklərin xüsüsi çəkisi nisbətən azdır. İtlər, pişiklər , quşlqr, və zoopark heyvanları arasında bu xəstəliklər, daimi qeydə alınan xəstəliklərdəndir. Tənəffüs orqanları xəstəliklərinin belə qeniş yayılması, və texnoloji saxlanma rejiminin pozulması ( hava-damcı usulu ilə infeksiyanı yayan, uzunmüddətli nəql edilmə , soyuqlama, tövlələrin nəmişli və tozlu olması , heyvanların sıxlığı, tövlələrin təbii işığlanmasının şatışmamazlığı, və orqanizmin müdafiyə gücünü zəiflədən faktorlar) heyvanların təbii rezistentliyinin azalmasına səbəb olur. İri təsərrüfatların kompleksləşdirilməsi ilə əlaqədar olaraq , tənəffüs xəstəliklərini əmələ gətirən səbəb kimi virus və göbələk mikroflorasını göstərmək olar. Törəmə, doğum, saxlanma , bəslənmə, kökəltmə texnoloji siklini başa vuran ixtisaslaşdırılmış sənayə komplekslərində tənəffüs sistemi xəstəlikləri az qeydə alınır. Respirator xəstəliklərinə daha çox bəslənmə və kökəltmə dövründə cavan heyvanlar məruz qalır. Onların əmələ qəlməsi və qedişi yaşından, fəsildən və heyvanın, növündən və başqa amillərdən asılı olaraq bir neçə dəfə özünə məxsus tərzdə keçir.Təsərrüfatlara xəstə heyvanların ölümündən ( 10% çata bilər) boy və çəkidən qalmasından, çıxdaş olmasından, məhsuldarlığın və iş qabiliyətinin azalması və ya itirilməsindən , mualicəyə çəkilən xərçlərdən ibarət olan boyük iqtisadi ziyan vurulur.Tənəffüs orqanlarının patoloqiyasına düzgün və vaxtında diaqnozun təyin edilməsi , profilaktika və mualicəsinin təşkil edilməsi üçün , ağciyər və tənəffüs yollarının çoxşaxəli fizioloji rolunu dəqiq təsəvvür etmək lazımdır. Tənəffüs orqanları- sinir sistemi, qan və limfa vasitəsi ilə orqanizmin bütün sistemləri ilə sıx əlaqədadır. Tənəffüs orqanlarının zədələnməsi ( patoloqiyası) zamanı orqanizmdə ürək-damar , həzmetmə , sidik-ifrazat və başqa sistemlərin funksiyaları dəyişir, havanın ağciyərə daxil olması azalır, və nəticədə qaz mübadiləsi zəifləyərək təngnəfəsliyə səbəb olur. Ağciyər ventilyasiyasının ( havanın çatışmaması) pozulması kliniki olaraq üç pilləli çatışmamazlığla : ( 1-təngnəfəsliyin, , orqanizmin fiziki yüklənməsindəəmələ qəlməsi, 2-təngnəfəsliyin –orqanizmin az bir yüklənməsində əmələ gəlməsi, 3- təngnəfəsliyin daimi ( fiziki yüklənmədən asılı olmayaraq) olmasıdır) bürüzə verir. Birinci və ikinci pilləli qaz mübadiləsinin çatışmamazlığı kompensasiya olduğundan qanda oksiqen çatışmamazlığı müəyyən edilmir. İkinçi pilləli ağçiyər çatışmamazlığında hipoksiya baş verir, yəni qanın və toxumaların oksiqenlə təchiz edilməsi azalır, bu isə öz növbəsində kliniki olaraq güclü zəiflik , selikli qişaların sianozu və b əlamətlərlə bürüzə verir. Bu çatışmamazlıq sonda orqanizmi komatoz vəziyyətə gətirərək olumlə nəticələnə bilər.Tənəffüs çatışmamazlığından başqa tənəffüs orqanlarının xəstəlikləri zamanı əsas spesifik kliniki əlamətlər : tənəffüs yollarının selikli qişalarının iltihabı dəyişiklikləri , burun dəliyindən axıntıların olması, asqırma, oskürək, qırtlağın və bronxların palpasiyası zamanı hissiyətin artması , auskultasiya zamanı bronxlar və ağciyərdə xışıltının olması, ağçiyərlərin perkutor səslərinin dəyişməsi, və ümümi bədən temperaturunun artmasıdır. Tənəffüs sistemi xəstəliklərinin səbəbləri müxtəlifdir , lakin əksər hallarda onların hamısı xarici mühitin qeyri əlverişli şəraitinin heyvan orqanizminə təsiri əsasən də uzun müdətli ümümi soyuğlama və isti vurma ilə əlaqədardır. Havanın aşağı temperaturunun təsiri havanın yüksək nəmişliyi və soyuq külək zamanı daha da güclənir. Bu onnan əlaqədardır ki eyni temperaturda su havaya nisbətən 11 ( onbir) dəfə artıq istilik qötürür, nəmişli dəri isə quru dəriyə nisbətən 4 (dord) dəfə artıq istilik verir. İsti vurma ( hipertermiya) tənəffüs sisteminin hiperemiyası , və orqanizmin immun statusunun azalması ilə ( məsələnleykositlərin faqositar aktivliyinin azalması ) müşaiyət edilir. Bu fonda şərti patoqen virus ( rinotraxeit, paraqrip, adenoviruslar, və enteroviruslar) sonralar isə bakterial infeksiyalarının əsasən də stafilokokkoların , steptokokkların, bağırsaq çubuğunun və b) bürüzə verməsi başlayır, meyilli faktorlar isə heyvanların yemlənmə ,bəslənmə və saxlanma çəraiti ola bilər. Tənəffüs sistemi patoloqiyasının bəzi xüsüsiyətlərinin bürüzə verməsini, mualicə zamanı heyvanın yaşı və növündən asılı olaraq həmişə nəzərə almaq lazımdır, beləki cavan heyvanlrda respirator xəstəlikləri daha qabarmış əlamətlərlə bürüzə verərək heyvanların ölümünə səbəb olurlar. Təkdırnağlı heyvanlarda aqciyərlərin iltihabı tez bir zamanda yayılması ilə xarakterizə edilir , bu isə orqanın morfoloji quruluşunun xüsüsiyyətləri ilə( alveolyar sahəsininboyük olması, kapillyarların çoxluğu, aqciyərin paycığlara bölünməsi, aqciyərin birləşdirici və qıqırdağ toxumasının nisbətən inkişaf etməsi) əlaqədardır. İkincili xəstəliklər kimi , tənəffüs sisteminin patoloqiyası infeksion və invazion xəstəlikləri ( plevropnevmoniyalar, pasterellyoz, taun, influensa, aqciyərin infeksion iltihabları, askaridoz, metastranqiloz, diktiokaulyoz , diktiokaulyoz və. b.) fonunda əmələ qəlirlər.tənəffüs sistemi orqanlarının xəstəliklərinin təsnifatında bəzi fikir ayrılığları mövcüddür: Bir qrup alimlər , bu xəstəliləri anatomiki prinsipə qörə iki yerə , 1-tənəffüs yollarının xəstəlikləri ( rinitlər, qaymoritlər, frontitlər, larinqitlər, traxeitlər, bronxitlər) və 2- aqciyərlər və plevranın xəstəlikləri (pnevmoniyalar, plevritlər, pnevmotoraks, hidrotoraks, emfizema) bölürlər.Başqaları isə tənəffüs sisteminin xəstəliklərini 4- əsas qrupa : 1-yuxarı tənəffüs yollarının xəstəlikləri (rinit, farinqit, qırtlağın ödemi) 2-traxeya və bronxların xəstəlikləri ( traxeir, bronxit) 3-Aqciyərlərin xəstəlikləri ( aqciyərlərin hiperemiyası və ödemi, bronxopnevmoniya, krupoz pnevmoniya, irinli pnevmoniya, mikozlu pnevmoniya, irinli-çürüntülü pnevmoniya –qanqrena, aqciyərin emfizeması. 4-Plevranın xəstəlikləri ( plevrit, döş assiti( hidrotoraks), plevra boşluğuna havanın dolmsı( pnevmotoraks) bölürlər. Biz isə tənəffüs sisteminin xəstəliklərini aşağıdakı təsnifatla təqdim edirik : 1- Yuxarı tənəffüs yollarının xəstəlikli ( rinit, burun qanaxması, larınqit, traxeit-larinqotraxeit, bronxit, frontit, hava torbalarının iltihabı.

2-Ağciyərin xəstəlikləri

a-Ocağlı pnevmoniya ( lobar)

1-Krupozlu pnevmoniya

b-Kiçik ocağlı pnevmoniya (lobulyar)

1-Bronxopnevmoniya

a-streptokokklu pnevmoniya

b-stafilokokklu pnevmoniya

v-viruslu pnevmoniya

q-mikozlu pnevmoniya

d-xlamidiozlu pnevmoniya

e- ornitoz zamanı olan pnevmoniya

g-eozinofil pnevmoniya

2-Atelektatik pnevmoniya-atelektaz

3-Hipostatik pnevmoniya –hipostaz

4-Metastatik pnevmoniya –metastaz

5-aspirasion pnevmoniya

6-Abses və ağciyərlərin qanqrenası

11-Qeyri iltihabı xarakterlı ( Aqciyərlərin hiperemiya və ödemi, aqciyərlərin emfizeması, aqciyərlərin qanaxması)

111-Plevranın xəstəlikləri ( plevrit, hidrotoraks, pnevmotoraks).

Tibbidə aqciyərin xəstəliklərinə aşağıdakılar aiddir-

Bronxitlər (kəskin və xroniki), pnevmoniyalar( krupoz və xroniki), bronxial astma, bronxoektatik xəstəlik, aqciyərlərin abses və qanqrenası, mukovissidoz, aqciyərlərin emfizeması, aqciyərli ürək, aqciyərlərin şişləri, plevritlər.Bəzi hallarda respirator patoloqiya , əsasən də irinli pnevmoniya metastaz verərək miokardit, nefrit, hepatit, və. b. özünə məxsus sindromatikası olan xəstəliklərlə mürəkkəbləşə bilər.

Yuxarı tənəffüs yollarının xəstəlikləri.

Rinit-Rinitis

Rinit-burun selikli qişası və qişa altıtəbəqənin iltihabıdır.Etioloqiyasına qörə birincili və ikincili , iltihabı prosesin xarakterinə qörə -kataral ( selikli) , krupoz( fibrinoz) ,follikulyar (qabarcığlı ), olaraq butun növ heyvanlarda əsasən cavanlarda müşahidə edilir.Adətən heyvanlarda kataral, irinli, krupoz (fibrinozlu), rinitlər qeydə alınır. Follikulyar rinitlər çox az müşahidə edilir, əsasən də atlarda qeydə alınır.

Etioloqiyası-rinitin əmələ qəlməsi əksər hallarda heyvanların saxlanma texnoloqiyasının pozulması nəticəsində baş verir. İri buynuzlu heyvanlar və donuzlarda xəstəlik əksər hallarda burun selikli qişasının mexanik , termiki , və ya kimyəvi qıcıqlanmaların təsiri nəticəsində ( quru yemləmədə, tozun, kəskin xassəli qaz və isti havanın təsiri , isti-qaynar yemlərin və ammonjak suyu ilə çilənmiş silosun yemləndirilməsi və.s.) əmələ qəlir.Qoyun və atlarda isti havada tozlu yollarla surulməsi, xəstəliyin əsas səbəblərindən biridir. Rinit xəstəliyinin səbəbiləri soyuğlama faktorlarıda ( ikitərəfli cərəyan, sement döşəmə , uzun müddət yağış altında qalmaları, tövlələrin nəmişliyi) ola bilər. İrinli , krupoz və follikulyar rinitlərin əmələ qəlməsində birincili faktor kimi patoqen mikroflora (streptokoklar, stafilokoklar, viruslar) və orqanizmin allerqik vəziyyətinə böyük əhəmiyyət verilir. İkincili rinitlər infeksion, invazion, və yoluxmayan xəstəliklərin ( atlarda- saqqo,manqo , donuzlarda- infeksion atrofik rinit, iri buynuzlu heyvanlarda -yabancı kataral qızdırma , və rinotraxeit, qoyunlarda –senuroz, dovşanlarda –infeksion rinit, diktiokaulyoz, metastranqilyoz, rinestroz, ətyeyənlərin taunu, haymoritlər, frontitlər və. b.) mürəkkəbləşməsi nəticəsində əmələ qəlir. Rinitlərin əmələ qəlməsində meyilli səbəblər kimi yemlərin tərkibində A –vit. çatışmamazlığı, tövlələrin antisanitariya vəziyyəti , havanın bakterial çirklənməsi və. b. göstərmək olar. Xəstəlik təsərrüfatlara böyük iqtisadı ziyan verir, xəstələnmiş heyvanlar məhsuldarlığını azaldır və boy inkişafından qalırlar. Qısa burun dəliyinə malik heyvanlar( pişik, dovşan, quşlar və.s.) hətta hava çatışmamazlığı ( asfiksiyadan) ölə bilərlər.

Patoqenezi Etioloji faktorların burnun selikli qişasına təsiri hiperemiya, eksudasiya, epitelinin deskvamasiyasına, iri müddətli olduğda və dərin təbəqələri zədələdikdə isə çapığlı toxumanın əmələ qəlməsinə səbəb olur. Ağrılı proses qonşu sahələrdə ( alın və yuxarı çənə deşikləri , udlaq, qırtlaq və. s.) yayıla bilər.Mikrob toksinləri və iltihabın məhsulları qana sorularaq orqanizmin ümümi intoksikasiyasına , məzlumluğu və irinli rinitlərdə isə temperaturun artmasına səbəb ola bilər.

Əlamətləri. Adi hallarda kəskin kataral rinit zamanı heyvanlarda azca da olsa ümümi məzlumluq, bədən temperaturunun normada olması və ya 0,5-1C artması, iştahanın saxlanması və ya bir az zəifləməsi müşahidə edilir. Xəstə heyvan asqırır, fınxırır, burnunu divara, ağaca, yerə sürtür.Burunun selikli qişası qızarır, şişir nəmişliyi və hissiyatı artır. Tənəffüs səsli-küylü, fışğırığlı olur, nəfəs alma və nəfəs vermə uzanır. Burnun selikli qişasının muayinəsi zamanı əvvəlcə serozlu sonralar isə selikli –kataral axıntılar olur, bəzən burun dəlikləri qurumuş qərtməklətıxanmış , selikli qişası qızarmış və şişmiş olur. Kataral rinit xəstəliyinin əlverişli qedişində heyvan 5-10 günə sağalır Xroniki kataral rinit uzun müddətli qedişi , vaxtaşırı kəskinləşmə , məhsuldarlığın və iş qabiliyyətinin azalması ilə xarakterizə edilir.Burnun selikli qişası solğunlaşır və atrofiyaya bəzən hipertrofiya ilə xoralanmaya uğrayır. Selikli qişada eroziya və birləşdirici toxumanın çapıxlaşması müşahidə edilir. Krupoz və follikulyar rinitlər zamanı ümümi süstlük , iştahanın azalması və arıqlama əlamətləri müşahidə olunur. Bədən temperaturu febril və subfebril , tənəffüs tezləşmiş , gərginli , heyvanların əksəriyyətində taxikardiya müəyyən edilir.Bəzi heyvanlarda çənəaltı limfa düyünlərinin böyüməsi , ödemi və hissiyatın artması müşahidə edilir. Xəstəliyin krupozlu forması , burnun selikli qişasının qabarmış hiperemiyası və ödemi , üzərində boz-sarı və ya sarımtıl-qırmızı ərplərin əmələ gəlməsi azaldıqdan sonra isə , qanaxarlı eroziyaların olması ilə xarakterizə edilir. Atlarda follikulyar rinit zamanı, hiperemiya və ödem fonunda 2-3gündən sonra burnun selikli qişasında , çoxsaylı bir-birinə yanaşı yerləşən tünd- qırmızı və ya solğun-sarı rənğdə 2-3mm həcmdə dairəvi formada olan düyünlər əmələ gəlir. Sonralar düyünlər sarı rəngə çevirilərək bir-biri ilə birləşib selikli qişanın üzünü ərplə tam örtür.Ərpi qopartdıqda səthində eroziyalar aşkar edilir.Follikulyar və krupoz rinit əlverişli şəraitdə keçdikdə , xəstələr 2-3həftəyə sağalırlar. Xəstəliyin ağır keçməsi , burun dəliklərinin ətrafında dermatit, limfadenit, qaymorit, larınqit, farinqit və burun-udlağın başqa patoloqiyası ilə mürəkkəbləşə bilər.

Diaqnoz və təfriqi diaqnozu Anamnez və xarakterik olan kliniki əlamətlərə əsasən qoyulur.Təfriqi diaqnostikada qaymorit və frontit xəstəlikləri nəzərə alınmalıdır . Rinit əlamətləri ilə davam edən infeksion və invazion xəstəliklərini təfriq etmək üçün əlavə diaqnostiki muayinələr aparılmalı.Xüsüsi ilə manqo xəstəliyində burun boşluğunda qedən iltihabı proseslər nəzərə alınmalıdır. Diaqnozu dəqiqləşdirmək üçün nəinki xarakterik kliniki əlamətləri ( burun selikli qişasında düyünlərin , xora, çarıq, qalınlaşma , və limfa düyünlərinin kələkötürlüyü) nəzərə alınmalı, hətta xüsüsi muayinələr ( malleinizasiya, komplement birləşmə reaksiyası və.s.) aparılmalıdır.

Proqnoz- Vaxtında aparılan diaqnostika və mualicə tədbirləri , tez- bir zamanda (2-3 həftə) öz müsbət təsirini göstərir . gəcikmiş mualicə tədbirləri , başqa xəstəliklərlə ağırlaşır və belə hallarda proqnoz şübhəlidir.

Mualicəsi -Xəstəliyi törədən səbəblər aradan qaldırılır. Əlverişli keçən kəskin kataral rinitlər zamanı, heyvanlar mualicəsiz də sağalırlar. Başqa vaxt burun selikli qişasını 0,25% novokain , 2-3% bor turşusu, 3-5% xörək sodası, 2% sulfat sink məhlulu ilə yuyulur( sulanır). İtlərin burun dəliyinə damcı tökənlə 1% mentol və ya balığ yağında qarışdırılmış bitki yağıdamcılanır. Burun boşluğlarına sulfanilamid preparatları və tanin tozunun püskürülməsi yaxşı nəticə verir. Temperaturun yüksəlməsi ilə müşahidə edilən rinitlər zamanı əzələ daxili 0,25% , 0,5% novokain və ya natrium xloridin fizioloji məhlulunda həll edilmiş antibiotiklər 5-7 min. t. V. 1kq diri. kütləyə dozada sutkada 2-4dəfə 5-6qün müddətində təyin edilir. Əgər rinitlər infeksion və ya invazion xəstəlikləri nəticəsində əmələ gəlirlərsə bu zaman təlimata uyğun xüsüsi mualicə tədbirləri aparılır. Tövlələrdə havanın temperat və nəmişlik normativləri , iki tərəfli cərəyyanın mövcüdlüyü , kəskin xassəli qazların havada konsentrasiyası il boyu ciddi baytarlığ nəzarətində saxlanılmalıdır. Heyvanların yem paylarından tozlu və iyli yemlər xaric olunmalıdır. Xroniki rinitlə olan xəstələrə yuxarıda aparılan mualicə tədbirlərindən əlavə 7-10 gün müddətində gündə iki dəfə burun dəliklərininselikli qişası 1% nitrat –gümüş və ya sink xlorid məhlulu ilə yuyulması məsləhət görünür. İrinli-krupoz və follikulyar rinitlə xəstələnmiş heyvanlara kompleks mualicə ilə birlikdə 5-7 gün müddətində qeniş spektrli antibiotiklərlə mualicə kursu aparılmalı. Ağır hallarda oksiqenterapiya və traxeotomiya əmələyyatı aparılır.

Profilaktikası Heyvanların saxlanma , bəslənmə və yemlənmə texnoloqiyasının qanunlarına riayət etmək, selikli qişaları qıcıqlandıran maddələrin ləğvini xüsüsi nəzarətdə saxlamağdan ibarətdir.

Burun qanaxmasi - Rhinorrahaqia

Burun qanaxması - burun və onun əlavə cibciklərinin qan damarlarından qanın axmasına deyilir. Xəstəlik bütün növ əsasən də at və iri buynuzlu heyvanlarda müşahidə edilir.

Etioloqiyası -burun boşluğundan qanın axması burada olan kapillyarlarda qan təzyiqinin artması və selikli qişanın mexaniki travmasından əmələ qələ bilər. Birinci halda həddindən artıq qərqinlik və isti vurma zamanı , ikinci halda isə müvəffəqiyətsiz zondlama aparıldıqda əmələ gələ bilər. Qanaxma adətən bir tərəfli olaraq intensivliyi müxtəlif dərəcədə yüksək təzyiqdə, kapillyarların cırılması nəticəsində və mexaniki travmalar zamanı əmələ qəlmiş damcılama ya şırnağla axan qan olur.Atlarda burundan qan axma aqciyərlərin zədələnməsi zamanı olur. Uzun və hərəkətli damaq pərdəsi udlaq yolunu tutaraq (tixayaraq) qan axınını burun boşluğuna istiqamətləndirir.Buynuzlu heyvanlarda isə aqciyərin qanaxması zamanı qan ağızdan xaric olunur. Burun boşluğunda şişlər, iltihablar, heyvanın bərk fınxırması, bəzi yoluxucu (qarayara, infeksion rinit) və yoluxmayan ( hemofiliya, qanləkəli xəstəlik) xəstəliklər də qanaxmaya səbəb ola bilər.

Kliniki əlamətləri -Atlarda aqciyərlərinın səbəbləri hələ də müəyyənləşdirilməmişdir. Həsab edilir ki bunu xroniki bronxit, bronxospazm və emfizema əmələ qətirirlər. Belə hallarda adətən qan az miqdarda xaric olunur. Çox vaxt burun yollarında kəndirvari qan laxtaları görünür. Qanaxmalar atlarda fiziki gərginlikdən sonra, göstərilən xəstəliklərin xroniki gedişi zamanı müşahidə edilir. Buynuzlu heyvanlarda aqciyər qanaxması , aqciyər arteriyalarının arxa boş vena damarının iltihabı zamanı oradan qətirilmiş tromblarla tıxandıqda baş verir.İnəklərdə qan həmişə ağızdan və çox miqdarda gəlir. Qanaxma tez-tez udğunma aktları ilə müşaiyət edilirvə adətən heyvanın ölümü ilə nəticələnir. Bəzən saq qaldığda heyvanın nəcisi çoxlu miqdarda udulmuş qan nəticəsində qaramtul rəngə çalır. Burundan axan qan çox vaxt qırmızı və tünd-qımızı rəngdə, köpüksüz olur, və bununla da aqciyərdən axan qandan fərqlənir. Xəstənin ümümi vəziyyətində kəskin dəyişiklik olmur, lakin qanaxma çox oldoqda heyvanda ümümi zəiflik başlayır, nəbz tezləşir, təngnəfəslik müşahidə edilir, selikli qişalar solğunlaşır, anemiya əlamətləri bürüzə verir. Qan aqciyərdən qəldikdə hər iki burun dəliyində al-qırmızı rəngdə köpüklü qan axır. Belə hallarda aqciyərlərdə xırıltılı səslər eşidilir.

Diaqnozu -Anamnez məlumatlarına və kliniki əlamətlərinə görə təyin edilir.Heyvanlarda onların bədəninin horizontal vəziyyətdə olduğuna görə aqciyərlərdən axan qan , havanın azad keçməsi ilə əlaqədar, köpuklənmir, ona görə də diaqnostika üçün heç bir əhəmiyyət vermir. Qırmızımtıl rıngdə köpüklü axıntı, aqciyərlərin ödemi və ürəyin sol mədəciyi çatışmamazlığı zamanı müşahidə edilir.Burun dəliklərindən qanın axması , onu törədən səbəbin ümüi və çox mühüm olduğunu göstərir.

Proqnozu -Xəstəliyi əmələ gətirən səbəblərdən , axan qanın miqdarından və xəstə heyvanın vəziyyətindən asılıdır.

Mualicəsi -Əsas mualicə xəstəliyi törədən səbəblərin aradan götürülməsinə və qanaxmanın dərhal dayandırılmasına yönəldilməlidir. Xəstə heyvan sərin binaya keçirilərək sakit yerdə saxlanılmalıdır .Az miqdarda qan axmalar mualicə olunmadan kecib gedir. Başqa hallarda heyvanın alnına və ya burnuna buz, yaxud soyuq əşya qoyulur, burunun selikli qişası büzüşdürücü məhlullarla ( 2-3% tanin, zəy ) yuyulur.Qanaxma dayanmadıqda burun boşluqlarına 1:1000 adrenalin, 2-3% tanin , ya dəmir kuparosu məhlulu hopdurulmuş tampon qoyulur. Ağır qanaxmalarda v\d 200ml dozada kalsium qlukonat məhlulu, dəri altına isə 2-3ml 1:1000 adrenalin yeridilir. Aqciyərlərin qanaxması zamanı adrenalin tətbiq edilmir, çünki qısamüddət damarları sıxdıqdan sonra adrenalin onları qenişləndirir və beləliklə süni sürətdə uzun müddətli qanaxmaya səbəb ola bilər.Qüclü qanaxmalarda burun boşluqlarına tampon qoyulması effekt vermir.

Profilaktikası -İsti havada heyvanları ağır işdə istifadə etməmək , mexaniki travma və zədələrin qarşısını almaq, zondlamanı ehtiyatla aparmaqdan –ibarətdir.

Haymorit - hiqhmoritis

Haymorit -üst çənə cibciyinin selikli qişasının iltihabıdır. Xəstəliyə əsasən atlar, bəzi hallarda ətyeyən heyvanlar tutulur. Qedişinə görə haymorit kəskin və xroniki, iltihabı prosesin xarakterinə görə serozlu , kataral və irinli ola bilər.

Etioloqiyası -Xəstəliyin əsas səbəbləri rinit,larinqit, farinqit, frontit, osteomielit, dişlərin kariesi, aktinomikoz, manqo və. b. zamanı prosesin mürəkkəbləşməsi nəticəsində , cicbciklərə infeksiyanın keirilməsidir. Müstəqil formada haymorit üst çənə cibciyinin yaralanması , üst sümüklərinin qirilması , yabancı şişlər zamanı əmələ qələ bilər. Xəstəliyin əmələ qəlməsində köməkçi faktorlar kimi soyuqlama və heyvanların yem paylarında a və D vit. çatışmamazlığını göstərmək olar.

Patoqenezi -Üst çənə cibciklərində kataral, kataral-irinli eksudatın toplanması və iltihabı məhsullarla intoksikasiya nəticəsində , tənəffüs , həzmetmə və qandövranı funksiyaları pozulur.

Əlamətləri -Xəstəliyin kəskin gedişi heyvanda iştahanın azalması və arığlaması ilə müşaiyət edilir. Bədən temperaturu norma və ya 0,5-1 C artıq olur. Xəstəliyin xarakterik əlaməti birtərəfli selikli və ya selik-irin qarışığı heyvanın başı aşağı olduqda sürülmədən ( qaçırıldığdan) sonra , öskürək asqırma və fırxınma zamanı axıntıların güclənməsidir.İltihaba uğramış sahədə perkussiya apararkən küt səs eşidilir ( normada qutu səsi eşidilir). Bəzi heyvanlarda zədələnmiş tərəfdən çeynəmə aktı pozulur. Çənə altı limfa düyünləri şişkinli və ağrılı olur. Xəstəliyin xroniki keçməsi heyvanın süstlüyü , məzlumluğu, məhsuldarlığın və işkuzarlığın azalması , sümüklərin nazilməsi nəticəsində haymor boşluğunun ( üst çənə cibciklərinin) konfiqurasiyasının ( xarıcı görünüşü) dəyişməsi ( qabarır) ilə müşahidə edilir. Burun bo.luğunun selikli axıntıları qatılaşır və az miqdarda xaric olunur. Xəstəlik uzun müddət davam etdikdə , vaxtında mualicə tədbirləri görülmədikdə , iltihabı proses alın cibciklərinə, qəfəs və pazşəkillisümüyə , beyinin qişalarına keçərək beyin iltihabına səbəb olur və ölümlə nəticələnir.

Diaqnozu -Anamnez məlumatları və xarakterik kliniki əlamətlərinə əsaslanaraq qoyulur. Qanın muayinsi zamanı neytrofil leykositoz və EÇS artması müəyyən edilir. Rentqenoloji muayinələr zamanı üst çənə cibcikləri sahədə kölqələşmə görünür. Şübhə olduğda diaqnostik trepanasiya aparılır. Uyğun əlamətlərlə keçən infeksion və invazion xəstəlikləri nəzərə almaq vacib şərtlərdəndir.Bunun üçün xüsüsi laborator və diaqnostiki muayinələr( helmintlərə, aktinomikoza və. b.) aparılır.

Mualicəsi -Xəstəliyin başlancığ dövründə etiotrop, patoqenetik, və siptomatik kompleks terapiya vasitələri ilə xəstəliyi əmələ gətirən səbəbləri aradan götürmək yaxşı mualicə effekti verir. Xəstə heyvana antibiotik və sulfanilamid preparatları təyin edilir. Eyni vaxtda mentolla inhalyasiya , zədələnmiş nahiyyəni isidici lampalarla qızdırma, induktoterapiya və ultrayüksəktezlikli terapiya aparılır.Xroniki qaymoritlə xəstələrdə haymor boşluğunun trepanasiyası ( deşilmə) aparılır.Trepanasiya edilmiş dəlikdən , boşluğu isti dezinfeksiyaedici məhlullarla : 0,1% etakridina laktat, 0,1% kalium permanqanat, 0,02% furasilin, 3% bor turşusu məhlulları ilə yuyurlar. Yuyulduğdan sonra boşluğa antibiotik və sulfanilamid preparatları( əvvəlcədən mikrobioloji usullarla preparatların mikrofloraya təsiri oyrənilməli) yeridilir.Ehtiyac olduqda cərrahi əməliyyətlə, əmələ qəlmiş qranulyasiya və polip törəmələri aradan götürülür.

Profilaktikası -Rinit, larinqit, farinqit, osteomielit, dişlərin kariesi, frontit, və aktinomikozla xəstələnmiş heyvanları vaxtında mualicə etmək , və heyvanların başlarını travmatik zədələrdən qorumağdan ibarətdir.

Frontit -frontitis

Alın cibciklərinin selikli qişasının iltihabıdır. Xəstəlik əsasən iribuynuzlu heyvanlar, atlar və qoyunlarda müşahidə edilir.

Etiologiyası -Müstəqil formada xəstəlik buynuzsuzlaşma texnikası pozulduqda , buynuz örtüyü qırıldıqda , alın cibciklərinin yaralanması , buynuzların qırılmqsı , və parazitlərin ( senuroz) olması zamanı əmələ gəlir. İkincili xəstəlik kimi rinit, haymorit, sümüklərin vərəmi, xəstəlikləri zamanı, iltihabın alın cibciklərinə keçməsi nəticəsində baş verə bilər.

Əlamətləri -Xəstəlik əsasən xroniki formada keçir. Heyvanlar süst, məzlumlu, tuk örtüyü pırpızlaşmış, və parlağlığını itirmiş, bədən temperaturu isə normal və ya subfebril olur. Xəstənin burnundan vaxtaşırı əsasən də birtərəfli bəzən qanlaxtaları ilə selik-irinli və ya irinli axıntılar müşahidə edilir. Burun axıntıları heyvanın başı aşağı olduqda güclənir.Müvafiq nahiyyələrdə ağrıların olması , perkussiya səsinin kütləşməsi , burundan müxtəlif xassəli axıntının gəlməsi , patoloji proses gedən sahələrdə sümüklərin konfiqurasiyası ( formasının dəyişməsi ) çənəaltı limfa düyünlərinin böyüməsi , palpasiya etdikdə isə zədələnmiş nahiyyə və ətraf toxumalarının ağrılı olması müşahidə edilir. Prosesin qeyri əlverişli keçməsi müxtəlif mürəkkəbləşmələrə ( meninqit, baş beyninabsesi, sümüklərin kariesi) səbəb olur və nəticə etibarilə sepsislə nəticələnə bilər.

Diaqnozu -Anamnez məlumatları və xarakterik kliniki əlamətlərinə əsasən qoyulur. Təfriqi diaqnostikada rinit, haymorit və rinit əlamətləri ilə davam edən infeksion və invazion xəstəliklər nəzərə alınmalıdır.

Mualicəsi - Xəstəliyin erkən dövrlərində antibiotiklərlə ( penicillin, streptomisin, oksitetrasiklin, oxivet, okstra, O-tetra, tilozin, tiliteks, penmix-LA, dexapen-La, amoxycol bə.b. ) mualicə aparılır.Ultrayüksəktezlikli terapiya təyin edilir. Konservativ usullar müsbət nəticə vermədikdə , cərrahi mualicə aparılır. Bu məqsədlə alın sinusunun trepanasiyası aparılır, və yaranmış dəlikdən toplanmış eksudat xaric edilərək boşluq dezinfeksiya edici ( 0,1% etakridin laktat, 0,1% kalium permanqanat 0,02% furasilin) isti məhlullarla yuyulur. Adətən yüksəkqiymətli və cins heyvanları mualicə edirlər.

Aerosistit -Aerocystitis

Hava kisəsinin selikli qişasının kataral və kataral –irinli iltihabı və onun boşluğuna eksudatın toplanması ilə xarakterizə edilən xəstəlikdir, adətən idman minik atlarda təsadqf edilir.

Etioloqiyası -Xəstəlik hava kisəsi nahiyyəsinin travma, zədələnmə və yaralanması , irinli limfodenit, parotit, rinit, farinqit zamanı və evstaxi borusu vasitəsilə yem qırıntılarının kif göbələklərinin və s hava yollarına düşməsi nəticəsində əmələ qəlir.

Əlamətləri -Xəstəlik kəskin və xroniki formada keçir. Birinci müstəqil xəstəliklər ( rinit, farinqit və.b. ) fonunda heyvanın ümümi məzlumluğu artır, iştahası azalır, bədən temperaturu yüksəlir. Hava kisəsinin bir tərəfli şişməsi –xəstəliyin xarakterik əlamətidir. Palpasiya zamanı şişmiş sahə ağrılı və eksudatın toplanması nəticəsində fluktuasiya edir. Perkussiya vasitəsi ilə ( qazlar toplandığda) timpanik səs müəyyən edilir. Heyvanlarda xəstəliyin xroniki keçən formasında daimi bir tərəfli selik və selik-irinli əksər hallarda çürüntülü iy verən , heyvanın başı aşağı salındığda və şişmiş nahiyəni sıxdıqda isə güçlənən axıntı olur. Xəstəlik mürəkkəbləşdikdə patoloji proses qulaqdibi selik vəzi , limfa düyünləri, qulağın daxili hissəsi və ətrafda yerləşən dərialtı toxumaya yayıla bilər.

Diaqnozu -Kliniki əlamətləri əsasında qoyulur. Dəqiqləşdirmək məqsədi ilə bəzən hava kisəsinin diaqnostik punksiyası ( deşilməsi) aparılır. Hematoloji muayinələr zamanı xəstəliyə xarakterik olan neytrofil leykositoz və EÇS artması aşkar edilir.

Mualicəsi -Antibiotiklərlə ( penicillin, streptomisin, oksitetrasiklin, tilozin, farmazin, qentamisin, duplosin, polimiksin və.b.) əzələ daxili mualicə kursu təyin edilir.Xəstəliyin xroniki gedişi zamanı hava kisəsinin cərahi yolla açılması ( aerosistostomiyası) və onların dezinfeksiyaedici və antimikrob preparat məhlullari ilə yuyulması təyin edilir.

Profilaktikası -Qiymətli atların boyunnahiyyəsini travmalar, zədələnmələr, və yaralanmalardan qorumalı, rinit, frontit, farinqit, qulaqdibi vəzlərin xəstəliklərinin vaxtında mualicəsini aparmaqdan ibarətdir.

Larinqit -Larinqitis

Qırtlaqın bəzi hallarda da ətrafda yerləçən orqanların (burun, udlaq və traxeyanın) selikli qişalarının iltihabı ilə xarakterizə edilən xəstəlikdir. Qedişinə görə larinqitlər kəskin və xroniki , əmələ gəlməsinə görə müstəqil və ikincili, iltihablaşmanın xarakterinə görə kataral və krupozlu ( fibrinozlu) formalara aird edilir.Kataral larinqit bütün növ heyvanlarda , tez-tez də traxeit və farinqitlə birqə keçir.Krupoz larinqit nadir hallarda əsasən də at və ətyeyənlərdə təsadüf edilir.

Etioloqiyası -Müstəqil xəstəlik kimi larinqit heyvanların zooqiqieniki və yemləmə qanunlarının pozulması ( tövlələrin nəmişliyi , ikitərəfli cərəyan, döşəməsi sementdən olan tövlələrdə yeləşməsi, atlara fiziki qərqinlikdən sonra soyuq suyun , donuzlara isə qaynar yemlərin verilməsi , tozlu hava və qıcığlandırıcı qazların , kif göbələklərinin udulması və.s.) nəticəsində əmələ gəlir.Xüsüsiləşdirilmiş fermer təsərrüfatlarında buzovlarda kütləvi larinqit və larinqotraxeit xəstəlikləri onlara soyuq su içirtdikdə və çox isti tövlələrdə saxladıqda əmələ qəlir. Xəstəliyin kütləvi sürətdə əmələ gəlməsinə kökəltmə məntəqələrində heyvanların , adi yemləmədən birdən –birə tərkibində qeyri ənənəvi yemlər olan ( spirt və pivə müəssisələrinin qalığları) yemlənməyə kecirilməsidir. Xəstəliyin əmələ qəlməsi zondların qeyri peçəkər yeridilməsi, dərman maddələrinin məcburi verilməsi , yabancı cisimlərin qırtlaqda qalıb tıxanması , ətyeyənlərdə uzunmüddətli hürümə və xalta ilə sıxılmsı nəticəsində baş verə bilər. Krupozlu farinqit qırtlaqın selikli qişasına güclü qıcıqlandırıcıların ( dezinfeksiyaedici vasitələrin , ammonyakın, turşuların , qələvilərin, tustunun hava ilə udulması , gərgin işdən sonra soyuq havanın udulması nəticəsində əmələ gəlir.. Həmişə isti tövlələrdə saxlanılan və qəzintisi olmayan heyvanlar xəstəliyə daha meyilli olurlar . Heyvanların yem paylarında A-vit çatışmamazlığını , xəstəliyin əmələ gəlməsində köməkedici faktor kimi göstərmək olar. İkincili farinqitlər iltihabı prosesin qonşu orqanlardan ( burun dəlikləri , udlaq, traxeya, ) yayılması və ya infeksion xəstəliklərin ( paraqrip, adenoviruslar, buzovların rinosintisial infeksiyaları, atların manqosu, iri buynuzlu heyvanlaqrda yabancı kataral qızdırma, donuzlarda pasterellyoz və taun , ətyeyənlərdə taun və. b.) davamı kimi əmələ qələ bilərlər. Xəstəlikdən əmələ gələn zərər heyvanların heyvanların köklük dərəcəsinin aşağı düşməsi, məhsuldarlığın və işkuzarlığın zəifləməsindən , məcburi kəsimdən , xəstə heyvanlqarın ölümündən və mualicəyə çəkilən xərçlərdən ibarətdir.

Patoqenezi -İltrihabı proses nəticəsində qırtlaqın selikli qişasının şişməsi və eksudatın toplanması ,onun dəliyinin sıxılması və tənəffüsün çətinləşməsinə səbəb olur. Vaxtında qarşısı alınmasa - inkişaf etmiş tənəffüs çatışmamazlığı , iltihabı məhsullar və mikrob toksinləri ilə orqanizmin intoksikasiyası- heyvanın asfiksiyadan ölümünə və ya ürək-damar sisteminin çatışmamazlığına gətirib çixara bilər.

Əlamətləri -Kəskin kataral larinqitlə xəstələnmiş heyvanların ümümi vəziyyəti qənaətbəxş və ya azca məzlumlu olur.İştahası zəifləyir, bədən temperaturu normal və ya subnormal olur.–Heyvan hərəkətdə olduqda və ya yerindən duranda tez tez təkrar olunan, sərt,təmiz, ağrılı, və tədricən güclənən öskürək- xəstəliyin xarakterik əlamətlərindəndir. İri buynuzlu hevanlar və atlar xəstəlik zamanı boyunlarını uzdaraq başlarını aşağı salırlar. Qırtlaq və traxeyanın birincı üç həlqələrini əllədikdə , xəstələrdə öskürmə güclənir, itlərdə öskürmə tutmaları zamanı bəzən qusma baş verir, auskultasiya apardiqda qırtlaqın stenozunun nəmişli xışıltıları , və küylərinin güclənməsi aydın eşidilir. Xroniki formada keçən kataral larınqit vaxtaşırı əmələ gələn və hərəkət zamanı daha da güclənən öskürmə tutmaları ilə xarakterizə edilir. Krupoz larınqit zamanı heyvanlar kəskin sürətdə məzlum olurlar, iştaha azalır, və ya tam itir, bədən temperaturu subfebril və ya febril olur. Tənəffüs hərəkətləri gərginləşir, bəzən nəfəsalma və nəfəs vermə zamanı xışıltı və fit səsləri eşidilir.Qırtlaq nahiyyəsinin palpasiyası zamanı onun ödemli və ağrılı olması müşahidə edilir. Bəzi heyvanlarda çənəaltı və quladibi limfa düyünləri böyümüş olur. Xəstəliyin başlancığından 3-5 gün keçmiş , öskürmə vaxtı burun axıntıları ilə fibrin qaysağları xaric olounur. Bu zaman xəstə heyvanın vəziyyəti adətən yaxşılaşır.

Patoloji-morfoloji dəyişikliklər -Xəstəliyin kataral forması selikli qişanın müxtəlif dərəcəli hiperemiyası, bəzən şişkinlik və xoralanması ilə müşaiyət edilir. Qırtlaq üstü nahiyyə və səs tellərinin selikli qişası qızarmış, və ödemli olur, yerlərlə qan sağıntıları müşahidə edilir.Krupoz farinqit zamanı qırtlağın kürəkvarı qığırdaqlarınən başlancığında, bəzən də traxeyada məhdudlaşmış və ya başdan başa qaysaq formasında fibrinoz eksudat örtüyü əmələ gəlir, təmizlədikdən sonra selikli qişa hiperemiyalı, hemorroji, şişkin və bəzi hallarda irinli-infiltrativ görünür.Bəzən də mürəkkəbləşmə getdikdə irinli və krupoz bronxitə xarakterik dəyişikliklər əmələ gəlir.

Diaqnoz və təfriqi diaqnozu -Anamnez məlumatları, kliniki və başqa muayinələr əsasında qoyulur.Vizual baxış və larinqoskopiya usulu ilə iltihabın xarakteri müəyyən edilir. Təfriqi diaqnostikada qırtlağın ödemi nəzərə alınmalıdır.Xəstəliyin əsas sindromu -öskürək, palpasiya zamanı qırtlağın həssaslığı, və heyvanın ümümi vəziyyətinin dəyişməməsi və ya cüzi dəyişmənin olmasıdır

ProqnozuMüstəqil kataral larinqit 8-10 gündən sonra heyvanın sağaqlması ilə nəticələnir. Xroniki formasına nadir hallarda təsadüf edilir. İkincili formalarda larinqitin proqnozu əsas xəstəliyin gedişindən asılı olur.

Mualicəsi -Xəstənin mualicəsi xəstəliyi törədən amillərin aradan götürülməsi ilə başlanır. Xəstə heyvan isti mötədil nəmişli və təmiz havalı binaya yerləşdirilir və soyuqlamadan qorunur.Tozlu və kəskin iyli yemlər , yem paylarından çıxarılır. Qırtlaq nahiyyəsinə isti sarqı və kompresslər qoyulur, və sutkada 3-4 dəfə qızdırıcı lampalarla-solluks, infraruj və başqa bu tipli lampalarla, qızdırılır, həmin nahiyəyə sabun suyunda həlledilmiş 5% skipidar, və ya kamfora spirti –sürtülür.Daxilə bəlğəm gətirici və sorulmanı artıran preparatlar ( gündə 2-3 dəfəammonium xlorid, hidrokarbonat, termopsis, kalium iodid və. b.) təyin edilir. Güclü və ağrılı öskürək olduğda heyvanlara uyğun dozalarla müxtəlif növ promedol təyin edilir. Heyvanlara hidrokarbonat natrium, ammonium xlorid, evkalipt yarpağlarının isti su buğunda inhalyasiyası təyin edilir, qırtlaq nahiyyəsi protorqolun isti məhlulu ilə yuyulur. Krupozlu larinqit xəstələrinə antibiotik, sulfanilamid preparatları, ultrayüksəktezlikli terapiya təyin edilir. Asfiksiya əmələ gəldikdə traxrotomiya aparılır və oksiqenterapiya təyin edilir. Allerqiya nəticəsində əmələ gəlmiş larinqitlərdə suprastin , taveqil, pipalfen bə. b. təyin edilir.

Profilaktikası -Larinqit xəstəliyini əmələ gətirən səbəblərin qarşısı alınmalı , heyvanların saxlanma və bəslənmə texnoloqiyasının rejiminə riayət edilməli , onları soyuqlamadan qorumalı, onlara soyuq su və yemlər verilməməli, saxlanılan binalarda hava təmiz( havada qıcıqlayıcı qazların , tozun olmaması) olmalı və binalarda ventilyasiyanı saz saxlamalı.

Qırtlaqın ödemi -Oedema Larynqis

Qırtlağın yumşaq birləşdirici toxumasına serozlu məhlulun toplanması nəticəsində əmələ gələn bir xəstəlikdir. Xəstəlik bütün növ heyvanlarda müşahidə edilir, kəskin və xroniki gedişə malikdir

Etioloqiyası -Qırtlağın ödemi başqa xəstəliklərin əlaməti olsada , xəstə heyvanı təhlükə qarşısında qoyduğu üçün, buna müstəqil xəstəlik kimi baxılır, və ona qarşı ciddi mübarizə tədbirləri görülməlidir.Beləliklə qırtlağın ödemi müstəqil yox , bir necə patoloji proseslərin bürüzə verməsidir. Qırtlağın ödemi müxtəlif formalarda qedir. Ödemin iltihablaşmış (larınğit, farinğit zamanı əmələ gələn) , durğunluq (ürək-damar sistemi çatışmamazlığında, böyrəklər və qaraciyər xəstəlikləri zamanı, əmələ gələn), və toksiki ( zəhərlənmələr və toksikoz zamanı əmələ gələn) formaları mövcüddür.

Patoqenezi -Xəstəlik zamanı qırtlağın selikli və selikaltı qişası tam serozlu və ya serozlu-irinli infiltrasiyaya uğrayır və ödemli olur. Selikli və selikaltı qişanın şişməsi- qırtlaq dəliyinin daralması və havanın keçməsinin çətinləşməsi bəzən isə dayanması ilə müşaiyət edilir.Hava keçməsinin çətinləşməsi və ya tam dayanması orqanizm üçün ölümlə nəticələnən ağır fəsadlar törədir.

Əlamətləri -Toksiki və iltihabi ödem tez bir vaxtda inkişaf edərək, bir vaxtda inkişaf edərək , bir necə saat ərzində heyvanı boğub öldürür. Qırtlaq qığırdaqları və yan bağlarının ödemi , qırtlaq yolunun kəskin sürətdə daralmasına , tənəffüsün tezləşməsi və çətinləşməsinə, təngnəfəsliyə, xırıltılara, qabırqalararası sahənin çökəlməsinə və öskürəyin əmələ qəlməsinə səbəb olur. Bütün növ ödemlərdə inspirator təngnəfəslik müşahidə edilir. Xəstə heyvan tərləyir, gözləri hədəqədən çıxır, selikli qişalar göyərir, venalar dolğun olur, nəbz tezləşir, seyrəkləşir, sapvari olur, arterial qan təzyiqi və ümümi bədən temperaturu aşağı düşür, heyvan zəifləyir və titrəmələr icində boğulub ölür.Durğunluq prosesləri nəticəsində əmələ gəlmiş ödem tədriclə inkişaf edir.

Patomorfoloji dəyişikliklər -Qırtlaqüstü - çilovabənzər qığırdağlar, səs telləri, qırtlaqüstü qığırdaq, və dilin arası nahiyyələrdə qöyərmiş və ya qırmızımtıl rəngə boyanmış həlməşik şişlər görünür.Əmələ gəlmiş belə həlməşik şişlər səs dəliyinə girişərək, onu daraldırlar. Şişkinliklər kəsdikdə selikli qişalar bukumə yığılaraq qırışır. Əksər hallarda udlaq traxeya və dilin kökündə selikli qişanın ödemli olması , nəzərə çarpır.

Diaqnoz və təfriqi diaqnozu Ən dəqiq və obyektiv diaqnostika usulu xəstəlik zamanı iri buynuzlu heyvanlarda ağız boşluğundan qırtlaq nahiyyəsinin elektrolarinqoskop və ya biləvasitə baxmaqla nəzərdən keçirməkdir, xırda heyvanlarda isə ağız boşluğundan qırtlaq qurğusu vasitəsilə -baxmaq və ya nəzərdən keçirməklə aparılır. İri heyvanlarda qırtlaq nahiyyəsinin palpasiyası ilə də diaqnozu dəqiqləşdirmək mümkündür.Qırtlaqda xırıltı ilə başlayan təngnəfəslik , venaların dolğunluğu, sianozluq, gözlərin hədəqədən çıxması, larinqit və farinqit əlamətləri , diaqnozun təyinində mühüm rol oynayır.Xəstəliyin toksiki formasında diaqnozun qoyulmasında anamnez məlumatları , və əsas xəstəliyin patoqenezini dəqiq bilmək ( qalxanabənzər vəzinin , böyrəklərin , qaraciyərin), və yemlərin muayinəsi vacib şərtlərdən hesab edilir.Təfriqi diaqnostikada krupoz larinqit , yad çisimlər, parazit və şişlər həmişə nəzərə alınmalıdır.

Proqnozu -Şox şübhəlidir. İltihabı ödemlər bu noqtəyi nəzərdən , durğunlu və toksiki ödemlərdən daha əlverişlidir. Çünki ikinciləri iti formada keçərək tez bir zamanda ( 2-4saat) heyvanın ölümü ilə nəticələnə bilər.

Mualicəsi -Əsas məqsəd –asfiksiyanın ( boğulmanın) qarşısının alınmasıdır.Xəstəlik baş verdikdə və klinik əlamətlər getdikçə şiddətləndikdə , həyata təhlükə olduqda traxeotomiya aparılır, v\d 10% kalsium qlukonatvə ya kalsium xlorid yeridilir, preparatların dozası heyvanların növü , kütləsi və ümümi vəziyyətinə uyğun təyin edilir.Toksiki ödemlər zamanı heyvandan qan buraxılır və əvəzinə iri heyvanlara 200-300ml dozada 5-10% natrium xlorid məhlulu , və 500ml dozaya qədər 4% qlukozanın izotonik məhlulu yeridilir. Ehtiyac plduğda ürək-damar preparatları təyin edilir.

Profilaktikası Qırtlağın ödemini əmələ gətirən əsas xəstəliklərin qarşısı alınmalı, və əmələ qəldikdə isə, vaxtında mualicə aparmaqla ödemin əmələ qəlməsinin qarşısı alınmalı

Traxeya və bronxların xəstəlikləri

Qırtlaq, traxeya və bronxların selikli qişalarının eyni və fasiləsiz olması , traxeyanın selikli qiçasının iltihabı , qırtlaq və bronxların selikli qişalarının iltihabından ayrılığda olmur, və ya çox nadir hallarda təsadüf edilir. Traxeit - qırtlaqın selikli qişasının iltihabı ilə müşaiyət edilirsə - larinqotraxeit, bronxların selikli qışasının iltihabı ilə müşaiyət edilirsə bronxotraxeit adlanır. Mütəxəssislər həsab edirlər ki heyvanlarda əsasən larinqotraxeit təsadüf edilir , ona görə də traxeiti bronxitlərin bir forması olan -makrobronxitə aird edirlər.Bu təsnifata görə traxeya və bronxların iltihabı bronxitlər kimi təqdim edilir.

Bronxit -Bronchitis



Bronxların selik və selik qişalarının iltihabıdır. Bu xəstəliyə bütün növ , əsasən də cavan , zəif və yaşlı heyvanlar tutulur. İxtisaslaşdırılmış təsərrüfatlarda saxlama şəraitinin zooqiqieniki parametrlərinin pozulması xəstəliyin kütləvi yayılmasına səbəb olur.Kökəltmə məntəqələrində xəstəlik çoşkalar arasında daha çox təsadüf edilir.Bronxitlər gedişinə görə iti və xroniki , əmələ gəlmə səbəblərinə görə -müstəqil və ikincili , iltihabı prosesin xarakterinə görə -kataral, fibrinozlu, irinli , çürüntülü, və mikotik( göbələkli) olur.Bronxlarda patoloji prosesin yayılmasına və yerinə görə -makrobronxit ( traxeyanın , iri və orta bronxların iltihabı), mikrobronxit (xırda bronxlar və bronxiolların iltihabı ) və diffuz bronxit (traxeya və bronxların hamısının iltihabı) . Kliniki təcrübədə adətən diffuz bronxitlərə daha çox təsadüf edilir. Bronxial divarının iltihaba uğramış dərəcəsindən asılı olaraq bronxitlər endobronxit( proses selikli və selikaltı qişada pokalizə edir ) , və peribronxitlərə ( bronxial divarının xarici təbəqələri və serozlu qişada gedir) bölünürlər.

Etioloqiyası -Əksər hallarda bronxitlərin əmələ gəlməsi heyvanların saxlanma , bəslənmə və yemləmə texnoloqiyasının pozulması ilə əlaqədar olur. Kəskin kataral bronxitlərin yayılmasının əsas səbəbləri -heyvanları isidilməyən sement və asfalt döşəməsi olan tövlələrdə saxlanması, burada olan yüksək nəmişliklə birqə temperaturun aşağı olması , iki tərəfli cərrəyan, tövlələrdə temperaturun kəskin dəyişməsi, heyvanların isti tövlələrdə saxlayarkən , soyuq su ilə suvarılması, heyvanların nəql edilərkən soyuqlamaları, onların çimizdirdikdən sonra qurulanmamaları, və başqa bu və digər kimi faktorlardır.Heyvanların gəzintisi olan fermer təsərrüfatlarında xəstəlik mövsüm xarakterli olur. Əsasən yaz və payız aylarında qeydə alınır. Heyvanların kütləvi xəstələnməsi yaz və payız aylarında, küləkli soyuq və yaqmurlu havada , qoyunların qırxılmasından sonra yaylaqlarda çovquna düşməsi, yataqlarda yeldöyərlər olduğda, heyvanları tozlu yemlərlə yemlədikdə, yaylaqlara qalxdıqda sürülərin külək və yağışa düşməsi, tozlu torpaqlı yollarla uzaq məsafəyə surulməsi, tozlu otlaqlarda otarılması və yaylaqlara qalxmzdan öncə heyvanların çimizdirilməsi zamanı baş verir. Xəstəliyin əmələ gəlməsi bronxların selikli qişasına tövlələrdə toplanmış kəskin qıcıqlandırıcı qazların ( ammonyak, hidrogen kükürd, metan və. s. təsirindən əmələ gələ bilər. Bronxitləri əmələ gətirən səbəblərdən biridə , udğunma aktı pozulduğda , traxeya və bronxlara yem kütlələrinin düşməsi , ağızdan bir sıra dərman maddələrinin düzğün verilməməsi , traxeotomiya və traxeya daxili injeksiyalar zamanı aseptika qaydalarının pozulmasıdır.Xroniki bronxit adətən kəskin bronxitin davamı kimi səbəblərin aradan kötürülməməsi və mualicənin vaxtında aparılmaması, eləcə də etioloji amillərin uzun müddət təsir etməsi zamanı inkişaf edir. Hemorroji , irinli və fibrinozlu bronxitlər , bronxların selikli qişalarının ( nəfəs alma zamanı zəhərləyici maddələrin , sənayə qazların , qızqın tustunun udulması ) kəskin qıcıqlanması nəticəsində əmələ gəlirlər, və ya bunlar infeksion xəstəliklərin ( infeksion rinotraxeit, qrip, pasterellyoz, yabanı kataral qızdırma) simptomları kimi bürüzə verirlər. Zəif və aşağı təbiirezistentli körpələrin doğumuna səbəb boğaz heyvanların saxlanma və yemləmə qaydalarının pozulması, bronxitlərin əmələ gəlməsinə meyilli olan faktorlardan biridir. Bu isə təbii və süni ultrabənövşəyi radiasiyanın çatışmamazlığı, heyvanlarda gəzintinin olmaması və il boyu isti, sıxılığı və bakterial çirklənməsi olan tövlələrdə saxlanılması, yem payında vitamin çatışmamazlığı səbəbindən ola bilər.İ xtisaslaşmış buzov saxlanma təsərrüfatlarda , virus , bakterial, və qarışıq etioloqiyalı traxeobronxit əlamətləri ilə kütləvi respirator xəstəlikləri baş verdikdə, adətən xəstəliyin ilkin səbəbləri paraqripp viruslar, rinoviruslar, adenoviruslar, miksoviruslar, mikoplazma və pasterellalar) ola bilərlər. İkincili bronxitlər infeksion və invazion xəstəlikləri ( salmonellyoz, pasterellyoz, manqo, ətyeyənlərdə taun, diktiokaulyoz, donuzlarda isə metastranqilyoz və. b.) zamanı baş verə bilər.

Patoqenezi -Etioloji faktorlar ( soyuq hava, toz, kəskin qıcıqlayici qazlar, bakteriya, göbələk, və toksinlər) bronxların selikli qişasına təsir ədərək , onların sinir humoral və immun funksiyalarını pozur, nəticədə kapillyarlar əvvəlcə spazmatik yığılırlar, sonralar isə qenişlənirlər, ona görə də selikli qişa əvvəlcə quruyur sonra şişir, və eksudat ifraz edir. Bronxların selikli qişasında iltihabı prosesin inkişafı nəticəsində mikrofloranın şiddətli çoxalması , toksinlərin əmələ gəlməsi, bronxial epiteli və xovcuqların qismən də olsa ölümü müşahidə edilir. Bronxlar və bronxiollarda tərkibində selik, qan plazması, epiteli toxumaları və leykositlər olan iltihabı eksudat toplanır. İltihab məhsulları qana sorularaq orqanizmin intoksikasiyası , heyvanın məhsuldarlığının azalması , ümümi zəifliyin əmələ qəlməsi,və bəzən subfebril qızdırmaya bsəbəb olur. Selikli qişaların hiperemiyası və şişməsi nəticəsində bronxlar daralır, eksudat toplandığda isə onlar tıxanır, tənəffüs çatışmamazlığı kompensasiya olunmadığından qaz mübadiləsi pozulur. Xəstəliyi törədən amillərin təsirindən asılı olaraq bronxlarda fibrin yığıldıqda - fibrinozlu bronxit , qan sızıldıqda isə -hemorroqik bronxit əmələ gəlir. İrinli mikrofloranın inkişafı nəticəsində irinli-çürüntülü iltihab əmələ gəlir. Etioloji faktorlar aradan götürülərək vaxtında mualicə aparılsa , kompensator mexanizm hesabına ( tənəffüsün, ürək-damar sisteminin fəaliyyətinin, qan elementlərinin hüceyrə və humoral müdafiyyəsinin güclənməsi), xəstə tez- bir zamanda saqala bilər.Əlverişsiz şəraitdə xəstəliyin gedişi ağırlaşır ( mürəkkəbləşir), iltihabı proses aqciyər toxumasına yayılaraq , bronxopnevmoniyanın əmələ gəlməsinə səbəb olur. Xəstəliyi əmələ gətirən səbəblər uzun müddət təsir etdikdə və ya vaxtaşırı təkrar olunduqda kəskin gedən proses xroniki hala cevirilir.Belə hallarda eksudatın miqdarı azalır, qatılaşır, bronxların epiteliləri atrofiyaya uğrayaraq məhv olurlar ,selikaltı qişa bəzən də əzələlər, xırda hüceyrələri infiltrasiyaya uğradaraq birləşdirici toxuma ilə örtülür. Tədricən bronxların müdafiyyə funksiyası zəifləyir, onların elastikliyi itir, deşikləri daralır, bronxostenoz və orqanizmdə oksiqen çatışmamazlığı əmələ qəlir.Xroniki bronxit və peribronxitlərdə ayrı-ayrı bronx boruları tıxanaraq atelektazların , ocağlı pnevmoniyanın əmələ gəlməsinə , bronxların genişlənməsi ( bronxoektaziya ) və ya aqciyərlərdə emfizema sahələrinin əmələ gəlməsinə səbəb olur.

Patoloji anatomiyası -Kəskin kataral bronxitlər zamanı selikli qişalar hiperemiyalı , şişkinli , bronxlar isə kataral eksudatla dolu olur.Histoloji muayinələrzamanı bronxial epitelilərinin deskvamasiya və ölməsi müəyyən edilir , hüceyrələr isə xovlarını itirmiş olur. Eksudatın tərkibində çoxlu miqdarda ölmüş hüceyrə, leykosit, eritrosit, və mikroblar olur.Xroniki bronxitlərdə selikli qişalar atrofiyaya uğrayır, bronxların elastikliyi itir, onların bəzilərində sıxılma-bronxostenoz və ya , qenişlənmə - bronxoektaziya və ya peribronxit müəyyən edilir, prosesin uzun müddət davam etməsi bronxların divarında birləşdirici toxumanın inkişafına və peribronxitə səbəb olur. Bronxlarda az miqdarda qatılaşmış selikli eksudat , aqciyərlərin uclarında isə emfizema müşahidə edilir. İrinli və fibrinozlu bronxitlərdə divararası limfa düyünləri böyümüş və ödemli olur.

Əlamətləri -Xəstəliyin kliniki əlamətləri prosesin gedişi , bronxların zədələnmə dərəcəsi , heyvanın növü və yaşından asılıdır.Kəskin kataral bronxitlər zamanı , adətən heyvanın iştahası zəifləyir , tənəffüs cüzi tezləşir, məhsuldarlıq və işkuzarlıq azalır. Bədən temperaturu normal və ya subfebril olur, . Xəstəliyin xarakterik əlaməti- öskürək ilk günlərdə quru və ağrılı olur, sonralar eksudasiyanın inkişafı ilə əlaqədar ağrısı azalır və nəmişli olur. Döş qəfəsinin auskultasiyası zamanı sərt vezikulyar tənəffüs eşidilir, sonralar xışıltılar, nəmişli xırda və iri qabarcığlı olaraq aydın eşidilir. Öskürək zamanı xaric olunan eksudatı adətən heyvan udur .İltihabı proses burun boşluğunun selikli qişası , və üst çənə cibciklərə keçdikdə burun axıntıları daimi olur.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin