Bərk dərman formalarına yığıntılar, poroşoklar, tabletlər, mikrodrajelər (spansullar), dənəciklər (granulalar) və s. aiddir.
Aptek şəraitində bunlardan əsasən poroşoklar hazırlanır.
Yığıntılar (Species latınca cins növ deməkdir) – doğranılmış DBX-dan ibarət olub, duz, efir yağı və ya digər maddələr əlavə edilməklə hazırlanır. Yığıntılar tarix etibarilə insanlar üçün birinci dərman növü hesab edilir. Yığıntı əldə etmək üçün dərmanın tərkibinə daxil olan bitkiləri doğrayaraq bir-birilə sadəcə qarışdırmaq lazımdır. Çox hallarda yığıntılardan sulu dəmləmələr və bişirmələr hazırlanır.
Ümumiyyətlə, yığıntılar qurumuş bitki hissələrinin, məsələn: köklərin, qabıqların, yarpaqların, çiçəklərin, ləçəklərin, otların və s. məlum ölçülərdə doğranmışının və əzilərkən iri toz halına salınmışının qarışığına deyilir.