1. Bərk dərman formaları Poroşoklar, təsnifatı, texnologiyası Poroşoklara aid reseptlərin yazılma qaydası 4


Poroşokların xüsusi texnologiyası



Yüklə 1,5 Mb.
səhifə9/12
tarix26.04.2023
ölçüsü1,5 Mb.
#103111
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   12
movzu3

Poroşokların xüsusi texnologiyası

Mürəkkəb poroşokların tərkibinə bərk dərman maddələri ilə yanaşı preparatlar da daxil edilir. Odur ki, mürəkkəb dozalanmış poroşoklar hazırlanarkən göstərilən bu cəhətlər nəzərə alınmalıdır.

Əgər dərman maddələri müxtəlif dozalardadırsa, ümumi qaydaya əsasən qarışdırma əməliyyatı azdozalıdan çoxdozalığa doğru aparılmalıdır. Lakin əksər hallarda azdozalı dərman maddəsi, əsas təsiredici maddə olduğuna görə onun birinci olaraq həvəngə daxil edilməsi məqsədəuyğun deyil, çünki bu da dərmanın müalicəvi təsirini azaldır. Belə hallarda ümumi qaydanın əksinə olaraq qarışdırılma əməliyyatı çoxdozalıdan başlanır, daha doğrusu, həvəngin səthi əvvəlcə çoxdozalı dərman maddəsi ilə örtülür, həvəngdə təxminən azdozalı maddənin miqdarı qədər xırdalanmış maddə saxlanılaraq qalan hissəsi ağ kağız üzərinə tökülür. Həvəngə azdozalı dərman maddəsi əlavə edilərək qarışdırılır. Ən axırda isə kağız üzərinə köçürülmüş maddə hissə-hissə əlavə edilir və qarışdırılır.

BOYAYICI MADDƏLƏRDƏN POROŞOKLARIN HAZIRLANMASI

Mürəkkəb poroşokların tərkibinə rəngsiz dərman maddələri ilə bərabər rəngləyici (boyayıcı) maddələr də daxil olur. Belə olduqda həvəng səthinin boyanmaması üçün, ilk növbədə, həvəngə əlavə edilir və onun səthi həmin maddə ilə örtülür. Sonra bu maddədən həvəngdə müəyyən miqdar saxlayıb qalan hissə ağ kağız üzərinə tökülür, həvəngə boyayıcı dərman maddəsi, sonra ağ kağız üzərində olan dərman maddəsi əlavə edilir.

Rp.: Riboflavini 0,01

Sacchari 0,2

M.f. pulv.

D.t.d № 12

S. bir poroşokdan gündə 3 dəfə

Riboflavin sarı kristallik maddədir. Əvvəlcə 2,4 şəkər çəkilir, əzilərək narın poroşok şəklinə salınır, həvəngdə 0,3-0,5 q saxlayıb, qalan hissə ağ kağız üzərinə tökülür. Sonra isə 0,12 q riboflavin quru tərəzidə çəkilərək həvəngə əlavə edilir, üzərinə ağ kağızdakı şəkər tökülərək qarışdırılır. 0,21 q-dan 12 poroşok çəkilərək bükülür.

ŞİDDƏTLİ TƏSİREDİCİ VƏ ZƏHƏRLƏYİCİ MADDƏLƏRDƏN POROŞOKLARIN HAZIRLANMASI


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin