1. Bərk dərman formaları Poroşoklar, təsnifatı, texnologiyası Poroşoklara aid reseptlərin yazılma qaydası 4



Yüklə 1,5 Mb.
səhifə6/12
tarix26.04.2023
ölçüsü1,5 Mb.
#103111
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu3

5. Qablaşdırma prosesi.

1. Dərman maddələrinin xırdalanması təbiətindən və xırdalanma dərəcəsindən asılıdır. Maddənin xırdalanana qədər olan böyük parçası ölçüsünün xırdalanandan sonrakı kiçik parçası ölçüsünə olan nisbətinə maddənin xırdalanma dərəcəsi deyilir. Aptek təcrübəsində istifadə olunan aşağıdakı xırdalanma dərəcələrini göstərmək olar:

İri xırdalanma – bu halda hissəciklərin diametri 1000-100 millimikron olur;

Orta xırdalanma – bu halda hissəciklərin diametri 100-10 millimikron olur;

Kiçik xırdalanma – bu halda hissəciklərin diametri 10-0,1 millimikron olur;

Hissəciklərin diametri 0,1 millimikrondan da kiçik olan xırdalanma məhsuluna pudra deyilir.

1. Aptek şəraitində xırdalanma üçün həvəng (mortaria) və dəstədən (pistilla) istifadə edilir. Həvəng müxtəlif formada və həcmdə olub, çini, şüşə, çuqun, polad və misdən hazırlanır. Aptekdə əsasən çini həvənglərdən istifadə edilir. Həvənglər 1-dən 7-yə qədər nömrələnir. Həvəng dərman maddəsini toz şəklinə salmaq üçün mexaniki vasitədir. Məsələn, təzyiq etməklə xırdalamada çini və şüşə həvənglərdən, zərbə endirməkdə isə başqa həvənglərdən istifadə edilir.

Dərman maddələri həvəngdə əzilərkən onun həcmi nəzərə alınmalıdır, belə ki, maddənin miqdarı həvəngin həcminin 1/20 hissəsindən artıq olmamalıdır. Çünki maddənin miqdarı nə qədər az, həvəngin həcmi isə geniş (böyük) olursa, xırdalanmaya sərf olunan müddət bir o qədər qısa olur.

Beləliklə, hər bir həvəng üçün maksimal və optimal yükləmə eksperimental yolla müəyyənləşdirilmişdir.

1 nömrəli həvəng üçün maksimal yük - 1,0q, optimal yük 0,5 q.

2 nömrəli həvəng üçün maksimal yük – 4,0 q, optimal yük 1,5 q.

3 nömrəli həvəng üçün maksimal yük - 4,0q, optimal yük – "-1,5 q

4 nömrəli həvəng üçün maksimal yük -- 8,0 q, optimal yük-"- 3,0q

5 nömrəli həvəng üçün maksimal yük – 16,0 q, optimal yük -- "-6,0q

6 nömrəli həvəng üçün maksimal yük - 48,0 q, optimal yük-"- 8,0q


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin