1. Biznesin mahiyyətini açıqlamaq üçün üç əsas konsepsiya


Bazar iqtisadiyyatında biznesin funksiyaları



Yüklə 328,45 Kb.
səhifə2/36
tarix21.12.2023
ölçüsü328,45 Kb.
#188949
1   2   3   4   5   6   7   8   9   ...   36
vasitəçilik

2. Bazar iqtisadiyyatında biznesin funksiyaları.
Bazar iqtisadiyyatında biznes aşağıdakı funksiyaları hayata keçirir.



  1. Qiymət yaradıcı funksiya. Bu funksiyaya görə bazarda istənilən məhsul və ya xidmət üçün müəyyən bir qiymət qoyulur və bu qiymətin qoyuluşu rəqiblərin məhsul və ya xidmətlərinin qiymətindən,tələb və təklifin qarşılıqlı əlaqəsindən asılıdır.Eyni zamanda bu funksiyaya endirim sisteminin formalaşması da aid edilir.

  2. İnnovativ funksiya. Bir biznes subyektinin bu funksiya olmadan rəqabətdə cavabverə bilməsi və bazarda qalaraq fəaliyyətinə dəvam edə bilməsi çətindir. Bu qarşıya qoyulan məqsədə çatmaq üçün yeni ideaların həyata keçirilməsi,yeni vasitə və faktorlardan istifadə etməklə bağlıdır.

  3. Resurs funksiyası.Sahibkarlıq fəaliyyətinin davamlı fəaliyyətinin əsasında təşkilati və istehsal resurslarından effektiv istifadəsi dayanır.Resurs anlayışı altında torpaq,maddi,əmək, elmi resurslar dayanır.

  4. Maddi-texniki təmin etmə funksiyası.Bu funksiya daxilində biznes subyektlərinin sahibkarlıq fəaliyyəti üçün lazımi rol oynayan avadanlıqla təmin olunması yer alır.

  5. Sosial funksiya.Bu funksiya daxilində sahibkarlar biznes fəaliyyəti zamanı öz biliklərini artıraraq bazarda hərəkətlərini inkişaf etdirməklə rəqabət də sağlam şəkildə ayaqda qala bilər.

  6. Təşkilati funksiya.Bu funksiyanın təməl mahiyyəti sahibkarlıq fəaliyyəti zamanı rasioanalqararverə bilmək və effektiv idaraetməni həyata keçirmək,fəaliyyat zamanı uğurlu nəticə əldə etmək üçün strategiyalar həyata keçirməkdən ibarətdir.



3.Fəaliyyat növünə görə biznesin növləri
Fəaliyyat növünə görə biznesin növləri aşağıdakılardır:



  1. Kommersiya mahiyyəti daşıyan biznesi.Bu biznes növü sahibkarlıq fəaliyyəti

əsasında yaranır.

  1. Kommersiya mahiyyəti daşımayan biznes.Bu biznes növü dövlət tərəfindən yaradılır və dövlət büdcəsinə əsaslanır.

Həcminə görə biznes böyük,orta va kiçik biznesə,sənaye növlərindən birinə aidliyinə görə istehsal, qeyri-istehsal, maliyyə sahəsinə bölmək olar.
Digər tərəfdən biznes mənfəət əldə etmək məqsədi ilə digərlərini mal və xidmətlərlə təmin etmək fəaliyyətidir.Bu fikirdən də bilindiyi kimi müştəri biznes prosesində özünəməxsus bir mövqe tutur.Müştəri bir biznesin varlığı va inkişafında bir əsas olaraq iştirak edir.Sadəcə olaraq, müştəri yoxdursa,biznes də yoxdur.
Biznesdə önəmli bir əsas təşkil edən digər termin mənfəətdir.Mənfəət gəlirin biznes fəaliyyəti ilə bağlı bütün xərclər çıxıldıqdan sonra qalan hissəsidir.Biznes öz-özlüyündə tikinti,məhsul istehsalı,bankçılıq,sığorta,turizm,nəqliyyat,bu və digər çoxşaxəli sahələri birləşdirir və hər bir biznesmen özünə uyğun bildiyi sahəni seçir və fəaliyyət göstərir.
Biznes bir prosesdir. Bu proses firmaların fəaliyyət cədvəlini əks etdirir.Firmalar iqtisadiyyatın infrastukturunu təşkil edir,odur ki,onların fəaliyyəti önəm arz etməkdədir.Biznes ticarət-istehsal-ticarət sxemi üzrə hazır məhsulun son istehlakçıya çatdırılması ilə əlaqədardır.Təbii ki,biznes təkcə kommersiya deyil,həm də istehsalda da təzahür edir.



Yüklə 328,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin