1. Biznesin mahiyyətini açıqlamaq üçün üç əsas konsepsiya


Turizmin inkişafında qeyri-hökumət təşkilatlarının rolu



Yüklə 328,45 Kb.
səhifə36/36
tarix21.12.2023
ölçüsü328,45 Kb.
#188949
1   ...   28   29   30   31   32   33   34   35   36
vasitəçilik

50. Turizmin inkişafında qeyri-hökumət təşkilatlarının rolu
Qeyri-kommersiya turizm təşkilatları (birliklər, ictimai təşkilatlar və assosiasiyalar, federasiyalar, peşəkar klublar) turizm sahəsində qeyri-dövlət tənzimləmə funksiyalarını yerinə yetirirlər.
Onların fəaliyyəti turizm biznesinin və turizmin sosial fenomen kimi inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəlib.
Qeyri-kommersiya turizm təşkilatlarının əsas fəaliyyəti aşağıdakı sahələrdir:

  • peşəkar turizm mühitinin və turist ictimai aktivinin inkişafına yardım;

  • turizm biznesinin korporativ formalarının, korporativ strategiyaların inkişafı və tərəfdaşlıq layihələrinin həyata keçirilməsi;

  • qabaqcıl təcrübələrin, habelə innovasiyaların öyrənilməsi və tətbiqi;

  • turizm təhsilinin və elmi tədqiqatların inkişafı;

  • turizmin genişləndirilməsi və onun iqtisadiyyata və sosial sahəyə müsbət təsiri;

  • turizm sənayesinin strukturunun təkmilləşdirilməsi;

  • bazar konyukturasının öyrənilməsi və tövsiyələrin hazırlanması;

  • xidmətin keyfiyyətinin yüksəldilməsinə, turizm məhsulunun şaxələndirilməsinə və təşviqinə yardım;

  • yerli bazarda sağlam rəqabətin inkişafına köməklik;

  • turizm müəssisələri ilə iqtisadiyyatın turizm sektorlarına aid olan müəssisələr, ilk növbədə nəqliyyat, ticarət və ictimai iaşə müəssisələri, sərgi biznesi, kredit-maliyyə müəssisələri və digərləri arasında tərəfdaşlıq əlaqələrinin inkişafına kömək etmək.

Turizm sahəsində qeyri-dövlət idarəetmə sektoru bütövlükdə turizm sənayesinin inkişafı üçün zəruri şərt olan turizm sahəsində daxili özünütəşkilatın əsaslarının yaradılması və ictimai stimulların gücləndirilməsi vəzifəsini yerinə yetirir.
Dövlət və bələdiyyələr turizm sahəsində idarəetmənin qeyri-dövlət sektoru ilə əməkdaşlıq edir və turizmin inkişafı proqramları və planları üzrə tapşırıqların icrası üçün dövlət və bələdiyyə sifarişlərinin yerləşdirilməsi yolu ilə onun fəaliyyətinə dəstək verirlər.
Qeyri-hökumət təşkilatları sosial-mədəni serviz və turizm sferasında
Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən bir sıra QHT-lər vardır.
Azərbaycan Turoperatorlar İctimai birliyi:
Ölkəmizdə fəaliyyət göstərən turoperatorların fəaliyyətinə dəstək, onların problemlərini həll etmək yolunda fəaliyyətini cəmləşdirmişdir.
Kənd yaşıl turizminin inkişafına dəstək İctimai birliyi:
Regionlarda turizmin inkişafına dəstək göstərməklə kənd sakinləri arasında məşğulluğun yüksəldirməsi, kənd qonaq evlərində turistlərə xidmtlərin göstərilməsi keyfiyyətinin yüksəldirməsi və xidmət çeşidinin genişləndirilməsində dəstək göstrməkdir. Kənd sakinləri arasında turizmin inkişaf etdirilməsi onların dünyagörüşünü genişləndirməklə yanaşı sosial səviyyəsinin artmasına şərait yaradır.turistlərə xidmət göstərmək xidmətinin çeşdini genişəndirmək məqsədilə hər bir kənd sakini kəndin, rayonun, ölkəmizin tarixi, mədəniyyəti barədə daha geniş məlumata malik olmaq məcburiyyətində qalır. Kəndlərə turistlərin axınların artması həmin ysşayış məntəqələrinin sosial-iqtisadi inkişafına birbaşa təsir göstərir. Belə ki, turizmdən əldə olunan gəlir hesabına kənd yollarının , rayon yollarının yaxşılaşdırılmasına imkanlar yaranır. ətraf ərazilərin ekoloji tarazlığına diqqət artır. Bu məqsədlə təmizlik işləri aparılır, yeni yaşıllıqlar salınır.
Milli otel Assosiasiyası:
Ölkəmizdə otelçilik fəaliyyətinə dəstək məqsədilə peşəkar kadrlara təlimlərin keçirilməsi, qonaqpərvərlik xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi ilə tədbirlrin həyata keçirilməsi,
Dövlət hüquqi normativ aktların hazırlanmasında iştirak. İnformasiya, məsləhət və metodiki dəstəyin təşkili.
Yüklə 328,45 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin