1. Biznesin mahiyyətini açıqlamaq üçün üç əsas konsepsiya


QHT anlayışı, açıqlaması və yaradılma məqsədləri



Yüklə 328,45 Kb.
səhifə34/36
tarix21.12.2023
ölçüsü328,45 Kb.
#188949
1   ...   28   29   30   31   32   33   34   35   36
vasitəçilik

48. QHT anlayışı, açıqlaması və yaradılma məqsədləri
QHT-lərin fəaliyyəti qeyri-komersiya məqsədləri daşıyır və humanitar, təhsil, səhiyyə, ictimai –siyasi,sosial,insan hüquqları və ətraf mühitin qorunması sahələrini əhatə edir.QHT–hökümətdən asılı olmayaraq fəaliyyət göstərən özünü vətədaş cəmiyyətinə aid edən müxtəlif ictimai birliklər,hərəkatlar,komitələr,fondlar,institutlar və digər təşkilatların şəbəkələridir.Qeyri-hökumət təşkilatları(ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununda qeyd edilir ki:
İctimai birlik – təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır.
Fond – üzvləri olmayan, bir və ya bir neçə fiziki və ya hüquqi şəxslər tərəfindən əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyri-hökumət təşkilatdır.
Vətəndaş cəmiyyəti institutlarının formalaşmasında qeyri-hökumət təşkilatları mühüm rol oynayır. 
Azərbaycan QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun 1995-ci ildə qəbul edilmiş ölkə konstitusiyasıdır.Sərbəst birləşmək azadlığını özündə əks etdirən konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya,həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir.
2000-ci ildə qəbul edilən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanun isə qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə aydınlıq gətirir. Bu qanun QHT-lərin yaradılmasından başlayaraq, onların hakimiyyət orqanları ilə münasibətlərinə qədər,meydana gələ biləcək bir çox məsələləri tənzimləməyə çalışır. Həmçinin, qanun qeyri-hökumət təşkilatlarının fəaliyyəti, yenidən təşkili və ləğv edilməsi qaydaları, onların idarə olunmasının əsas prinsiplərini nizamlayır.
Qanunun 2-ci maddəsində "ictimai birlik" və "fond" anlayışlarından söz açılır və onlara belə bir tərif verilir.Qanuna əsasən, qeyri-hökumət təşkilatları ölkə daxilində və xaricdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yasaq edilməyən və konkret olaraq qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərlə ziddiyyət təşkil etməyən istənilən fəaliyyət növünü həyata keçirmək hüququna malikdir.4-cü maddədə QHT-lərin təşkilati-hüquqi formaları müəyyən olunur. Orada göstərilir:"QHT-lər istənilən təşkilati-hüquqi formalarda təsis oluna bilərlər".

Yüklə 328,45 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin