6. Biznesdə tərəfdaşların açıqlaması Tərəfdaşlar dedikdə sahibkara istehsal prosesinin normal təşkili üçün lazımi mal göndərənlər, həmçinin onun müəssisəsində istehsal olunan məhsulun istehlakçısı başa düşülür. Onu da qeyd edək ki,istənilən hüquqi haqlara sahib olan,biznes əlaqələri olan şəxsləri biznesdə tərəfdaş olaraq seçmək olar.Tərəfdaşlıq əlaqələrinə girərkən hər bir tərəf qarşılarına qoyduqları müəyyən məqsədləri həll etməyi hədəf aldıqları məsələləri diqqətə alırlar. Biznes fəaliyyətində uğurlar, yaxud uğursuzluqlar tərəfdaşların seçilməsi məsələsinin həllindən əhəmiyyətli dərəcədə asılıdır. Biznesmenlarin təcrübəsi sübut edir ki, tanış olmadığı adamlarla əlaqə qurmaq və az tanıdığın adamları tərəfdaş seçmək düzgün deyil.Tərəfdaş:malgöndərən,sifarişçi,alıcı əgər dost deyilsə, heç olmasa tanış olmalıdır. Müəyyən bir firma üçün bütün tərəfdaşları 5 qrupa bölmək olar:
Dillerlər,kommersiya agentləri, vasitəçilər;
Firma üçün marketinq, reklam kimi müxtəlif xidmət göstərən təşkilatlar;
Firma ilə birlikdə hər hansı bir sifariş üçün işləyən,bir məhsulun istehsal mərhələlərindən biri üçün məsuliyyət daşıyan təşkilatlar;
Üçüncü bir firma üçün sifarişdə firma ilə birlikdə birgə çalışan təşkilat;
Tərəfdaşlığından aydın va finansal olmayan mənfəət əldə edilən təşkilatlar.Bu cür təşkilatlara partiyaları, kommersiya va qeyri-kommersiya müəssisələri misal olaraq göstərə bilərik.
Tərəfdaşların qiymətləndirilməsi və seçilməsi prosesi-potensial xarici tərəfdaş haqqında informasiyanın toplanması, sistemləşdirilməsi və dərindən təhlil edilməsi tərəfdaşlıqda ən məsuliyyətli mərhələ sayılır.Hazırkı vaxtda iqtisadi informasiyanın toplanması,əldə edilməsi mənbələri çoxdur. Qərb dövlətlərində informasiyanın axtarılması və öyrənilməsi ilə məşğul olan informasiya,marketinq və konsaltinq firmalarının geniş yayılmış şəbəkəsi mövcuddur.
7. Biznesdə tərəfdaşları düzgün seçmək. Tərəfdaşları düzgün seçmək məqsədilə potensial tərəfdaş-firmaların maliyyə-təsərrüfat fəaliyyətinin təhlili bu ardıcıllıqla aparılır:
Potensial rəqibləri nəzərə almaqla bazarda fəaliyyət göstərən firmaların siyahısının tərtib edilməsi;
Firmaların maliyyə-təsərrüfat fəaliyyətini xarakterizə edən əsas göstəricilərin kompleks təhlili;
Bazarların, xüsusilə beynalxalq bazarların tutulması strategiyasının kompleks təhlili;
Biznesdə hər hansı bir sahibkarı özünə tərəfdaş axtarmağa yönəldən ən önəmli səbəb lazım olan maddi resusların çatışmazlığıdır. Sahibkar tərəfdaşını seçdiyi zaman qarşı tərəfin bütün xarakteristikasının, bunların onun işinə və gücünə uyğunluğunun diqqətli şəkildə təhlilini aparmalıdır.Əks halda daha sonralar problemlər yarana bilər.
Tərəfdaşlıq isə bir qrup vətəndaşın, yaxud fiziki şəxsin birgə təsərrüfatçılıq fəaliyyəti göstərmək üçün bağladıqları müqavilə əsasında yaratdıqları birlikdir. Ayrı- ayrı şəxslər fərdi müəssisələr yaratmaqla yanaşı, cəhdlərini və ehtiyatlarını dostları və yoldaşları ilə birləşdirə bilərlər.Bu yolla yaradılmış müəssisənin hüquqi şərti tərəfdaşlıq olacaq.Tərəfdaşlıq müqaviləsi menecment üzrə qərarın qəbul edilməsi və mənfəətin bölüşdürülməsi formasını əhatə edir.Təkbaşına sahibkarlıqda olduğu kimi tərəfdaşlıqda da təsisçilərin məsuliyyəti məhdud deyil.Müəssisənin maliyyə vəziyyəti pisləşəndə təsisçilər tərəfdaşlıqdakı payına görə deyil,qeyri-məhdud qaydada məsuliyyət daşıyırlar. Buna görə də tərəfdaşlıq əlaqəsində əsas şüar “Tərəfdaşını tanı” fikridir.