Biologiya BSQ 1 VIII sinif A variantı
Sinif:_____
Şagirdin adı və soyadı:_____________________
1.Canlı varlıqların funksional və struktur vahididir:
A) hüceyrəarası maddə
B)hüceyrə
C)xromosomlar
D)mitoxondrilər
E)nüvəcik
2. Onurğa beyninin və baş beynin əsas kütləsi hansı toxumadan təşkil olunmuşdur?
A) birləşdirici B)sinir C)epitel D)əzələ E)sümük
3.Sırf..daxili..sekresiya.vəzisidir:
A)tər.vəziləri...B)mədəaltı.vəzi...C)cinsiyyət.vəziləri
D)ağızsuyu.vəziləri.....E)qalxanabənzər.vəzi
4.İnsan orqanizmində neçə növ əzələ var?
A)1...........B)2........C)3........D)4.........E)5
5.İrsi əlamətlərin daşıyıcısı olan xromosomlar:
A)nüvədə........yerləşir B)stoplazmatik.....membranda......yerləşir
C)ribosomda yerləşir D)lizosomlarda yerləşir
E) holci aparatında yerləşir
6.Qısa....sümüklərə.....aiddir:
A) kürək sümükləri B) qabırğalar C) bud sümükləri
D) əl darağı arxası sümükləri E) döş sümükləri
7.Böyük....qan..dövranı.....haradan.....başlanır?
A)sağ..qulaqcıqdan.....B..sol...qulaqcıqdan C)sağ..mədəcikdən..D)..sol.mədəcikdən E).ağciyər..arteriyasından
8.Qrip...hansı...infeksiyalara....aiddir?
A)qeyri-yoluxucu.......B)qurd....C)bakterial
D) damcı E) toz və damcı
9.Çeynəmə...əzələlərinə....aiddir:
A) baş əzələləri B) mədə əzələləri C) ətraf əzələləri
D) saya əzələlə E) mimiki əzələlər
10. Müdafiə funksiyalarına aid olub orqanizmi artıq qan itirməkdən qoruyan proses necə adlanır?
A) laxtalanma B) immunitet C) faqositoz
D) qan azlığı E) hemafliya
11. Neyronların qısa, çox şaxələnmiş çıxıntıları necə.....adlanır?
A) neyroqliya B) akson C) mielin qişası
D) dendrit E) sinir lifi
12. Yaşlı insanda qalxanabənzər vəzi hormonunun normadan az ifraz olunması hansı xəstəliyə səbəb olur?
A) miksedema B) bazedov C) şəkər D) kretinizm E) nəhəng boyluluq ( giqantizm)
13. Ürəkdən başlayaraq qanı bədənin ayrı-ayrı hissələrinə daşıyan damarlar necə adlanırlar?
A) arteriyalar
B) venalar
C) kapilyarlar
D) limfa damarları
E) limfa düyünləri
14. “Humor” sözü necə tərcümə olunur?
A) hormon B) qan C) şirə D) maye E) tənzim
15. Tənəffüsdə iştirak edən əzələ hansıdır?
A) qarın və ağciyər əzələləri B) ancaq ağciyər əzələləri
C) bel və qarın əzələləri D) qabırğa arası əzələlər və diafraqma
E) qarın əzələləri və diafraqma
Qiymət: ________________
Səhv: _______ Düz: _______
Dostları ilə paylaş: |