1. Cəmiyyət insanların məqsədyönlü və mütəşəkkil xarakterli birgə fəaliyyəti



Yüklə 26,48 Kb.
səhifə2/2
tarix12.01.2022
ölçüsü26,48 Kb.
#51222
1   2
Belge

İstehsalat münasibətləri — ictimai istehsal əsnasında insanlar arasında yaranan münasibətlər. Anlayış kimi Karl Marks tərəfindən 1848-ci ildə "Kommunist Partiyasının Manifesti" səsərində işlənmişdir. Texniki-istehsalat münasibətlərindən fərqi ondadır ki, Marksın qənaətinə görə, insanların münasibətlərini onların istehsal vasitələrinə olan münasibəti, yəni mülkiyət münasibətləri ilə müəyənləşdirir.
BAZİS

və ustqurum – Hər bir ictimai-iqtisadi formasiyanın struktur ünsürlərini səciyyələndirən kateqoriyalar. Marksizm – Leninizm nəzəriyyəsində geniş şəkildə öz əksini tapmış-dır. Marksizmdə siyasi-iqtisadi sistemin əsas elementləridir. Bazis ingiliscədəki basic – əsas, qaynaq sözündən törəmədir.


3.Cəmiyyətin sosial  strukturu: siniflərin meydana gəlməsi və mahiyyəti
cəmiyyətin sosial strukturu onu təşkil edən iki əsas cəhətin ayrılmaz vəhdətidir: a) bu fərdlərin, adamların, onların birliyinin vəhdəti, b) adamlar və ictimai qruplar arasında qarşılıqlı fəaliyyətin, əlaqələrin, münasibətlərin məcmusu. Marksizmə görə, siniflərin, ictimai təbəqələrin və qrupların məcmusu, onların qarşılıqlı münasibətləri sistemi cəmiyyətin sosial strukturunu təşkil edir. Cəmiyyətin sosial strukturu tarixən yaranmış, nizamlı, bütöv kimi cəmiyyətin müxtəlif elementləri arasındakı əlaqə və münasibətlərin ayrı-ayrı fərdlər və insanların tarixi birlik formaları (qəbilə, tayfa, xalq, millət, ailə) siniflər, sosial qruplar - nisbətən möhkəm sistemidir. Cəmiyyətin sosial strukturunu anlamaq üçün əsas əhəmiyyət kəsb edən anlayışlar istehsal üsulu, əmək bölgüsünün iqtisadi sahəsi anlayışlarıdır. 
4. Cəmiyyətin siyasi təşkili - dövlətin yaranması və onun funksiyaları
Cəmiyyətin siyasi həyatı bir sıra elmlər, o cümlədən politologiya, siyasi sosiologiya, siyasi psixologiya, eyni zamanda fəlsəfə tərəfındən öyrənilir. Fəlsəfə bütün siyasi hadisələrin, onların qarşılıqlı fəaliyyətinin mahiyyətini dərk etməyə cəhd edir. Bu fəlsəfənin siyasətin fəlsəfəsi adlanan sahəsinin tədqiqat predmetidir. Cəmiyyətin siyasi sisteminin mühüm ünsürü - dövlətdir. Dövlət nədir? Aristotelə görə, dövlət ümumi mənafe şüurundan yaranır və əsasən xöşbəxt yaşamaq üçün qurulur. T.Hobbs isə əksinə, dövlətin əsasında qorxu intizamını görmüş və dövləti çoxsaylı adamların razılaşma əsasında yaratdıqları fərdi və ya kollektiv sima ad¬landırmışdır, məhz bu sima onlara sülhü və ən ümumi müdafiəni təmin edir. B.Spinoza da buna yaxın fikirləri müdafiə edir. Hegel dövlətin başlanğıcını zorakılıqda görür. F.Engels və V.İ.Lenin isə dövlətə bir sinfin başqasını əzməsi və istismar etməsi maşını, aləti kimi baxmışlar. M.Veber dövləti bir qrup adamların digərləri üzərində legitim (qanuni sayılan) zorakılığa əsaslanan münasibəti hesab edir. N.Tusiyə görə, dövlət adamların öz mənafeləri naminə könüllü surətdə birləşmək istədikləri anda yaranmışdır və əqlin gücünün nəticəsidir. 

Problemə müasir yanaşma çərçivəsində dövlət – cəmiyyətin siyasi sisteminin əsas institutudur, adamların, ictimai qrupların, siniflərin və cəmiyyətlərin birgə fəaliyyətini və münasibətlərini təşkil edir, istiqamətləndirir və nəzarət edir. 

Müasir dövlət bir sıra müxtəlif funksiyalar yerinə yetirir:

– mövcud dövlət quruluşunun müdafiəsi;

– cəmiyyətdə sabitlik və qayda-qanunun saxlanması;

– iqtisadiyyatın nizama salınması;

– daxili siyasətin bütün sahələrini – ictimai, mədəni, elmi, təhsil, milli, iqtisadi və s. - əhatə edən siyasətin həya¬ta keçirilməsi;

– beynəlxalq aləmdə dövlətin maraqlarının müda¬fiəsi;

– «həyat məkanının» genişləndirilməsinə aparan geo¬si¬yasətin həyata keçirilməsi;

– strateji mövqelərin və coğrafı vəziyyətin yaxşı¬laşdırılması, xammal və enerji mənbələrinə daxil olmanı təmin ‘etmək;

– ölkənin müdafiəsini, onun başqa dövlətlərlə qarşı¬lıqlı münasibətini qurmaq və s. 

5. Dövlətin tarixi tipləri, idarə formaları və siyasi rejim


Sivilizasiyanın tarixi təsnifatını verərkən qeyd etmək olar ki, onun: 

a) lokal; 

b) regional; 

v) ümumdünya kimi tarixi tipləri vardır

İdarə forması dövlət hakimiyyətinin həyata keçiril¬məsi xarakterindən asılı olaraq monarxiya və ya res¬publika idarə üsulu ola bilər. Monarxiya bütün hakimiy¬yətin bir adamın əlində cəmləşməsini nəzərdə tutur; bu adam hakim sülaləni təmsil edir və hakimiyyət varislik yolu ilə həyata keçirilir. 

Monarxiya özünü mütləq monarxiya və konsti¬tusiyalı monarxiya formasında göstərir. Mütləq monarxiya – dövlətin elə idarə formasıdır ki, burada siyasi haki¬miyyət tamamilə və şəriksiz olaraq bir şəxsin – impe¬ratorun (kralın, şahın) əlində olur. Məsələn, Nepal, Məra¬keş, Səudiyyə Ərəbistanı və s. 

Konstitusiyalı monarxiya dövləti isə elə şərikli ida¬rəetmə formasıdır ki, burada hakimiyyət başında imperator ilə yanaşı parlament də dayanır. Konstitusiyalı monarxiya iri burjaziya ilə mülkədarların kompromis dövlətidir. Məsələn, İran, İordaniya, İngiltərə, Belçika, Hollandiya, Danimarka, Norveç, Yaponiya və s. 

Respublika idirə üsulunda isə xalqın hakimiyyətə olan suveren hüquqları tanınır və xalq nümayəndəli or¬qanlarda təmsil olunur. 

Respublikanın ali dövlət hakimiyyət orqanları mövcud konstitusiyaya əsasən müəyyən müddətə seçilən nümayəndələrdən ibarət olur. Bir sıra ölkələrdə dövləti idarəetmə forması respublika və parlamentli respublika formasına əsasən təşkil olunur. 

Birinci halda prezident əhali tərəfindən seçilir. O, özü hökuməti təşkil edir. Hökumət prezident qarşısında məsuldur. Burada prezidentin səlahiyyətləri genişdir. Döv¬lətin belə idarəetmə formasına ABŞ, Braziliya, Venesuela, MDB məkanında olan ölkələr və s. misal göstərmək olar. 

Parlamentli respublikada prezident parlament tərə¬findən seçilir, o parlament qarşısında məsuldur. Hökumət də parlament tərəfindən yaradılır. 

Parlamentli respublikaya Avstriya, Türkiyə, İtaliya və b. dövlətləri misal göstərmək olar. 

Siyasi rejim deyərkən adətən dövlət hakimiyyətinin həyata keçirilməsi vasitələri və metodlarının məcmusu nəzərdə tutulur. Totalitarizm, avtoritar'ızm, liberalizm və demokratiya kimi siyasi rejimləri ayırmaq olar. Bu gün totalitarizm və demokratiya xüsusi maraq doğurduğundan bunları ətraflı təhlil etmək məqsədəuyğundur. 

6)FƏLSƏFƏDƏ INSAN PRОBLЕMI


Müdrik kəlamların birində dеyildiyi kimi, insan üçün оnun özündən maraqlı оbyеkt yоxdur. Insan prоblеmi dünya fəlsəfi fikrinin ən əsas prоblеmidir. Bütün şеylərin ölçüsü оlan insan dеmоkratik dövlətlərin еlminin, fəlsəfəsinin və siyasətinin ən əsas dünyagörüşü və mеtоdоlоji prinsipi оldu. D.Didrо insanı ən ali dəyər, Yеr kürəsində bütün mədəniyyət nailiyyətlərinin yaradıcısı, Kainatın ağıllı mərkəzi, hamının çıxdığı və hamının qayıdacağı məntəqə hеsab еtmişdir.

Insan nədir? sualı ilk baxışdan çоx sadə görünür: insan nədir sualını (lap intuitiv, üzdən, məişət səviyyəsində də оlsa bеlə) kim bilmir? Lakin bizə daha yaxın оlan, sanki hər şеydən yaxşı tanıdığımız insan, sən dеmə idrakın ən mürəkkəb оbyеktidir. Dəqiq dеmək lazımdır ki, insanda artıq çоx şеy dərk оlunsa da, insanın öz mahiyyətində müəmmalı və aydınlaşdırılmayan hələ çоx şеy qalır. Bu da aydındır: insan Kainat daxilində bir Kainatdır! О, dünyadan da sirlidir. Bundan başqa insan dünyanın başlıca sirridir.Insana fəlsəfi yanaşma оnun mahiyyətini, оnun fəallığının kоnkrеt - tarixi dеtеrminasiya fоrmasını aydınlaşdırmağı, оnun varlığının müxtəlif tarixi mövcudluq fоrmalarını açmağı nəzərdə tutur. Fəlsəfə insanın dünyadakı yеrini və оnun dünyaya münasibətini aşkar еdir, insanın öz imkanlarını açmaqla nə оla bilər sualını, оnda biоlоji və sоsiоlоji münasibətlərin nеcə оlmasını, şəxsiyyətin strukturunun necəliyini, ictimai-psixоlоji tipliliyinin mahiyyətinin nеcə оlmasını və s. təhlil еdir. 



Insan kоnsеpsiyası iki – оbyеktiv və subyеktiv qruplara ayrılır. Оbyеktiv kоnsеpsiya insana kоsmik prinsiplərdən və оbyеktiv sahədən, təbiətdən, cəmiyyətdən, tarixi zərurətdən, mütləq əql və ya Allahdan əsaslı asılı оlan varlıq kimi baxır. Subyеktiv kоnsеpsiya isə insana təbiətin оbyеktiv sahəsindən tam və ya əsasən müstəqil və azad varlıq kimi baxır və buna görə də dünya və insanın varlığı insanın özündən, subyеktiv «Mən»indən, insanın daxili fərdi həyatının dərin sahəsindən dərk оlunur.
7.Antropososiogenezin, insanların ictimai genezisinin mahiyyəti
Antropososiogenez bir növ tarixi hadisə kimi Homo sapiensin sosial formalaşması və fiziki inkişafı və təkamül zəncirinin bütün halqalarının formalaşması prosesidir.  Antroposofiogenez problemi fəlsəfə, sosiologiya və digər təbiət və insan elmləri tərəfindən həll edilir.  Antroposofiogenezin mərkəzi mövzusu sonuncu heyvandan insana təkamüldür.
Antroposofiogenez problemini qısaca olaraq üç formada bölmək olar: əmək fəaliyyəti (alətlərin yaranması), dil (nitqin yaranması və inkişafı), sosial həyat (insanların birliyi və əsas şəxsiyyətlərarası münasibətlərin və qadağaların yaradılması). 
insan ictimai varlıqdır. Marks yazırdı ki, insanın mahiyyəti ic¬ti¬mai münasibətlərin məcmusudur. Sosial həyatın maddi şəraiti, insanın ictimai varlığı necədirsə, onun mahiyyəti də elədir. Onlar təsdiq edirdilər ki, insanların fəaliyyətinin əsas forması onların maddi fəaliyyətidir və hər hansı bir digər fəaliyyət – əqli, siyasi, dini və i. a. ondan asılıdır. Marks və Engels “Al¬man ideologiyası”nda ictimai varlığın ictimai şüura münasibəti məsələsinə də diqqət yetirərək bildirmişdilər ki, ictimai varlıq ictimai şüuru müəyyən edir. 
8. İnsanda təbii (bioloji) və ictimai (sosial) tərəflər.
Bioloji və ictimai amillər həm insanda, həm də cəmiyyətdə sıx qarşılıqlı fəaliyyətdədirlər, dialektik cəhətdən bir-biri ilə bağlıdırlar. Bioloji növ kimi insanın yaşamasının zəruriliyi və onun tam hərtərəfli inkişafının yalnız cəmiyyətdə mümkün olması ictimai birliyin xüsusi növünün - insan ailəsinin meydana gəlməsini şərtləndirmişdir. Ailə həm bioloji, həm də müxtəlif ictimai funksiyalar (təsərrüfat, tərbiyə və s.) yerinə yetirir. Onun mühüm bioloji funksiyası insan nəslinin artırılması, insanın özü-özünü istehsal etməsidir. Bax bu baxımdan ailə insan cəmiyyətinin özəyi kimi təbiətlə daha sıx bağlıdır. Əhalinin yenidən istehsalının başlıca amili kimi ailənin rolu həmişə sabit qalır. Bu funksiya demoqrafik amillərlə, əhali problemi ilə sıx bağlıdır. 
İnsanın biolojiləşdirilməsi və ya sosiolojiləşdirilməsi mövqe­ləri arasında fikir ayrılıqları vardlr. 
İnsanların formalaş­masında təbii bioloji cəhətləri mütləqləşdirən irqçilik, sosial– dar­vi­nizm, maltusçuluq və s. konsepsiyalar məhz biolojiləşdirmə möv­qe­yindən çıxış etmişlər.
Sosiolojiləşdirmə konsepsiyası tərafdarları isə insanda ancaq sosial cəhəti əsas tutur, onu mütləqləşdirir. Marksizm fəlsəfəsi insanda bioloji və sosialı vəhdətdə götürür, onun formalaşmasında ictimai əlaqə və cəhətləri əsas götürsə də, təbii amilə də mühüm yer verir. 
Marksizm insanı ümumi, ictimai varlıq hesab etsə də, onun fərdi xüsusiyyətlərini, şəxsiyyət kimi özünəməxsusluğunu, hətta onda intuitiv keyfiyyətlərin olduğunu da inkar etmir.
9. Cəmiyyət tarixində ilk əxlaqi-etik qadağalar
Insanın məskunlaşdığı bütün yеrlərdə tоtеmlər mürəkkəb sistеmdə birləşdilər və icmadaxili nigah münasibətlərini qurdular. Məsələn, «ilan adamları» qruplara ayrılır, оnlardan biri əcdahanın nümayəndəsi, digəri isə başqa tоtеmin nümayəndəsi ilə nigah münasibətinə girə bilərdi. Yaxın qоhumlar arasında cinsi əlaqənin qadağan еdilməsi cinsi hisslərin nəcibləşməsi tarixinin başlanğıcı оldu. Cinsi məhəbbət icma, qəbilə, tayfa arasındakı münasibətlərdə mühüm amil оldu. Yaxın qоhumlar arasındakı tabu – qədim dövrdə yaranmış ilk əxlaqi – ictimai qadağadır. Istənilən səviyyədə оlan sürü instinktindən оnlar üç əlamətinə görə fərqlənir:

1. Əxlaqi-ictimai qadağalar qəbilə icmasının bütün üzvlərinə şamil оlunur – burada zəif və güclü nəzərə alınmır, sürüdə isə «оlmaz» yalnız zəiflərə şamil еdilir.

2. Оnlar özünüqоruma instinkti ilə birləşdirilə bilməz – bu instinkt çоx vaxt insana ziyan оlan, bəzən оnun özünü öldürməsinə aparan hərəkətlərə diktə еdir.

3. О, məcburi xaraktеr daşıyır, оnun pоzulması hamı tərəfindən həyata kеçirilən cəza ilə nəticələnir; Həmin şəxs icmadan qоvulur, оnunla hеç kəs ünsüyyətə girmir, оnu başqa hеyvan kimi öldürmək də оlar.

Qədim dövrdə məlum оlan üç sadə əxlaqi-qadağaları mühazirədə ayırmaq məqsədəuyğundur: birincisi, qan qоhumluğunun mütləq şəkildə qadağan еdilməsi, ikincisi, icma daxilində ölümün qadağan оlunması, üçüncüsü, öz icmasından оlanlara kömək еtməyin tələb оlunması. Bu sadə еtik tələblərin müasir əxlaq nоrmalarının yaranmasında yеri və rоlu tələbələrin nəzərinə çatdırılması maraqlı оlardı. Lakin unudulmamalıdır ki, əxlaqın inkişafı hеç bir qədim tələbləri ləğv еtmir. Yaxın qоhumla cinsi əlaqə, atanın və ya qardaşın öldülməsi, şikəst və uğursuz qоhumun acından ölməsinə razılaşmaq yеni dövr adamına da avstraliyalı abоrigеnlər kimi еyni dərəcədə dəhşətli görünür. Yaşamaq hüququ kimi sadalanan ictimai-əxlaqi tələb indi də aktual оlduğundan mühazirədə bununla bağlı mühüm məsələlərə tоxunmaq vacibdir. Nəzərə almaq lazımdır ki, ibtidai əxlaqı idеallaşdırmaq оlmaz,məhz оnlar tam yеtkin dеyildir, lakin məhz о vaxtdan yaranan əxlaq nоrmaları gеtdikcə daha da təkmilləşmişdir.Yеr kürəsinin hansı yеrində yaşamasından asılı оlmayaraq insanlar haqqında aşağıdakıları dеyə bilərik: оnlar alətlər vasitəsi ilə alət düzəldə və оndan maddi nеmətlərin istеhsalı üçün istifadə еdə bilirlər; оnlar sadə əxlaqi qadağaları və şübhəsiz ki, xеyir və şərin əksliyini dərk еdirlər; оnlar tarixən inkişaf еdən təlabata, hissi qavrayışa və əqli  vərdişlərə malikdirlər;оnlar cəmiyyətdən kənarda fоrmalaşa və mövcud оla bilməzlər; оnların qəbul еtdikləri fərdi kеyfiyyətlər və ləyaqət bu və  ya  digər ictimai münasibətlərə cavab vеrir; оnların həyat fəaliyyəti əvvəlcədən prоqramlaşdırılmayıb, şüurlu-iradə xaraktеri daşıyır, bunun da nəticəsində оnların   vicdanı və cavabdеhlik hissi fоrmalaşmışdır.

10. Cəmiyyət, ailə və dövlətin vəhdəti


Cəmiyyət və bəşəriyyət, millət və ailə

Cəmiyyət müəyyən xalqlar çoxluğunun vahid-bütöv sistemidir. Cəmiyyət müxtəlif səviyyəli birliklə bağlı olan adamalrdan ibarət hansısa tamdır, bu da onları birgəlik adlandırmağa imkan verir, bu isə adamların kifayət qədər yüksək inkişaf səviyyəsində mümkündür. Qeyd etmək lazımdır ki, “cəmiyyət” sözünün kökü ”cəm”dir, bu da məhz təklərin, hansısa təkcələrin birləşməsini ifadə edir. Cəmiyyətdən əvvəl “sürü” olmuşdur, bu adamların birliyinin ibtidai forması üçün xarakterikdir. Birliyin bu forması lap qədim dövrlərə, əcdadlarımızın sürü halında yaşadığı dövrə gedir. ”Sürü” sözü heyvanlara şamil edilir – onların əksəriyyəti sürü halında yaşayırlar - sonradan “birlik” sözü, birgə yaşayış tərzinə şamil edilərək işlənmişdir. Hal-hazırda “birlik” həm də insan birliklərinə-müxtəlif böyüklükdə olan insanların birgə yaşayışına şamil edilir. Məsələn biz elmi birliklər, jurnalistlər birliyi ifadəsini işlədirik. Adi şüurda cəmiyyət anlayışı çox vaxt hansısa sayda olan adamların müəyyən məqsədlər üçün birləşməsi mənasında işlədilir: idman cəmiyyəti, rəssamlar cəmiyyəti və s. Ancaq bu cəmiyyətlər və ya birliklər bütöv dövləti yaradan çoxluq kimi cəmiyyətin bir hissəsidir. Bu anlayışı və onun əks etdirdiyi reallığı məhz bu mənada nəzərdən keçirəcəyik. S.Frank yazırdı ki, “sosial fəlsə¬fə¬nin problemi cəmiyyətin nə olması, onun insan həya¬tın¬da¬kı əhəmiyyəti, onun həqiqi varlığı, onun bizim qarşımızda qoyduğu öhdəliklər məsələsidir”.


Vətəndaş cəmiyyəti qeyri – dövlət münasi¬bət¬lə¬ri¬nin, azad fərdlərin, təşkilat və vətəndaş assosiya¬siya¬la¬rının – o cümlədən könüllü yaranmış həyat fəaliyyəinin iqtisadi, siyasi, ictimai və mənəvi sahələrinin ilkin qeyri-dövlət strukturlarının məcmusudur. Bir az sadə desək, vətəndaş cəmiyyəti dövlətin orbitinə cəlb olun¬mayan çoxcəhətli insan təzahürüdür. 

Dövlət və vətəndaş cəmiyyətinin münasibəti çoxsaylı icmalar baxımından praktiki olaraq uyğun gəlmirlər, tarix gedişində onlar dramatik, çox vaxt faciəli xarakter daşımırlar. Bir tərəfdən müxtəlif tiranlar, diktatorlar, avtoritar dövlətlər cəmiyyət üzərində hökm¬ranlıq etmişlər, totalitar rejimlər isə cəmiyyətdən cəmiyyətdə olan kortəbiiliyin baş qaldırması praktiki olaraq onu qarışıqlığa dövlətin dağılmasına aparmışdır. Onlar arasında harmonik balans yaratmaq çətin olmuşdur – hətta əsrlər boyu yüksək mədəniyyət ənənələri olan, demokratiya prinsipləri ilə yaşayan dövlətlər belə - Yunanıstan, İtaliya. Almaniya və s. – bu çətinlikdən yaxa qurtara bilməmişlər. 

Legitimliyin ehtiyacının alternativ gücü və hüququ mədəniyyətdə, xalqın mentalitetində cəmləşir və məhz cəmiyyətin təsir dairəsindədir. 

Vətəndaş cəmiyyəti və dövlətin qarşılıqlı fəaliy¬yətinin optimallaşması üsulu mədəniyyətdə - tarixdə, ənənələrdə, əxlaqda, xalq həyatının prinsiplərindəndir. Onun əsasında olan dəyər təməli cəmiyyət və dövləti qarşılıqlı hesabata, sosial varlığın universal və tək ölçülərinin harmonlaşmasına istiqamətləndirir. Cəmiyyət üçün qeyri-adi dövrdə dövlətin üstünlüyü labüddür. Sakit dövrdə cəmiyyət və onu təşkil edən adamlar üstünlük təşkil edirlər, öz maraqları naminə rahat istədiklərini edə bilirlər, bu vaxt qanun çox şeyləri qadağan etmir, başqa adamın qeyri-müəyyən, məlum olmayan, daimi olmayan hakimiyyətini öz üzərilərində hiss etmirlər. Tarixin gedişində, xüsusən intibah, reformasiya və maarifçilik dövrlərində dövlət və vətəndaş cəmiyyətinin mürəkkəb və dramatik münasibətlərinin dialektikası onların qarşılıqlı təkamülünə kömək etmişdir. Klassik yetkin şəkildə o bir tərəfdən demokratik, hüquqi və sosial dövlət, digər tərəfdən inkişaf etmiş vətəndaş cəmiyyəti formasında özünü göstərir.


11.Kütlə və xalq, milli mənlik və millətçilik
Xalq - insanların dil, ərazi, iqtisadi və mədəni birliyidir. Yəni birliyin göstərici¬lərindən biri onların yığcam adlarının siması idi. Dövlətin yaranması xalqın möhkəmlənməsinə kömək etmişdir. Lakin tarixi inkişaf prosesində xalq nə ərazi, nə də dil baxımından dövlətə uyğun gəlməyə bilər. 

Kapitalist münasibətlərinin inkişafı ilə iqtisadi və mədəni əlaqələr güclənir, milli bazarlar yaranır, təsərrüfat dağınıqlığı ləğv edilir, xalqın ayrı-ayrı hissələri bir milli bütövlükdə birləşir, xalq millətə çevrilir. Xalqdan fərqli olaraq, millət - insanların daha sabit birliyidir. Millət həm bir-birilə qohum olan tayfa və xalqlardan, həm də müxtəlif tayfa, irq və xalqlardan yaranmışdır. Millətin tarixi keçmişinin, yaranmasının və inkişafının xüsusiy¬yətləri, onun iqtisadi quruluşunun, mədəniyyətinin, coğrafi və iqtisadi mühitinin məişətinin, ənənəsinin özunə¬məxsusluğu – bütün bunlar millətin mənəvi sima¬sında öz izini qoyur, xüsüsi milli xarakter formalaşdırır. Tarix sanki özunəməxsus milli “çalarlar”, “tikir”, onun nadirliyi qiymətsizdir. Kim bilir, bəlkə də, xalqlar, millətlər və nəsillər çox vaxt tarixi əql adlandırılan hansısa sirrli tarixi harimoniyanı saxlamaq üçün nadirdirlər. Millətlər bir-birindən əsasən ümumdünya tarixi rollarına görə fərqlənirlər: hər bir millət dünya sivilizasiyası və mədəniyyəti xəzinəsinə öz töhvəsini verir. Millətin yalnız xüsusi – onu başqa millətlərdən fərqləndirən – yox, həm də ümumi - onların bəzilərini birləşdirən - xüsusiyyətləri var: bir dildə danışan, ümumi ərazidə yaşayan və ya öz tarixlərində, mədəniyyətlərində, məişətlərində, psixolo¬giyalarında ümumi çox şeyləri olan müxtəlif millətlər vardır. Tarixin əqli millətlərin böyük rəngarəngliyini yaratmışdır, onların hamısı bir yerdə sosial varlıq bağında olan xüsusi gül dəstəsidir, burada hər bir millətin öz xüsusi ətri var, sanki öz aurası ilə ətrafa nur saçır. Bu mənada milləti şəxsiyyətlə müqayisə etmək olar. Əgər adamlar və xalqlar başqa milli xüsusiyyətləri özlərinki kimi dəyərləndirsələr bundan bəşəriyyət xeyli udardı. 

Milli özünüdərk və millətçilik məsələlərinə də toxunmaq yerinə düşərdi. Milli münasibətlərin ümumi iqlimi daha çox hər bir adamın vətəndaş yetkinliyindən və öz xalqının bütövlükdə cəmiyyətin köklü maraqlarını dərindən başa düşməsindən aslıdır. Bu sivil özünu¬dərketmənin əsasıdır. Milli özünüdüşünmə öz xalqının, həm də onun mədəni özünəməxsusluğunu - onun adətini, ənənəsini, inamının mənəvi vəhdətinin dərk olunması hissidir. Kim öz milləti haqqında danışırsa, o ilk növbədə öz xalqının mənəvi vəhdətini nəzərdə tutur. O ayrı-ayrı subyektlərin həyatdan getməsinə və nəsillərin dəyişməsinə baxmayaraq qalanları nəzərdə tutur. 

Millət çoxları üçün olan nə isə birləşmədir. Millət öz oğullarını və qızlarını, babalarını və nənələrini, ata və anaları birləşdirən böyük ailədir, hər bir ruh canlı əlaqə ilə onunla bağlıdır. Heç kəs başqa millətin nümayəndəsi ola bilməz (doğrudur, bunu formal edirlər: ancaq bu nəyə görəsə, kimin üçünsə edilən görüntüdür). Milli özünü dərk düşünmənin böyük nizamlayıcı və özünü təsdiq eden gücü var: o millətə daxil olan adamları birləşdirir, bir növ müdafiə mexanizmi kimi çıxış edir, onun bütövlüyünü qoruyur, başqa xalqlar və millətlərlə əlaqə qurur, milli dəyərlərə zidd olan baxışlara müqavimət göstərir. Milli özünü düşünmə millətin ümümi mədəni yüksəlişinə kömək edir, başqa millətlərlə münasibətini tənzimləyir. 



Millətçilik - milli eqoizmin təzahür formasıdır. Millət və millətçilik müxtəlif anlayışlardı. bu şəxsiyyət və onun kəskinləşmiş eqoizmidir. Millətçiliyin əsasını milli üstünlük milli istisnalıq ideyası təşkil edir, bu da milli təkəbbür yaradır. Hər bir millət şəxsiyyət kimi-əslində bu belədir - öz milli özünəməxsusluğunu, öz müsbət və mənfi tərəflərini başa düşən şüura malikdir. Hər bir millətin adamlarının şüurunda bu millətin vətəndaşlarının çatışmamazlığından və üstünlüyündən, xarekterindən və davranışından söhbət gedəndə həm özünü ittiham edəndə, həm də özünü tərifləyəndə eyni cür düşünür. Hər bir millətə çoxlu mövhumat, yanlış ideyalar, kortəbii milli instinklər və intuisiyalar xasdır. Millətin və xalqın öz Vətəninə tənqidi yanaşan nümayəndələri də onu tərifləyənlər qədər onun mənəvi inkişafında iştirak edirlər. Ümummilli humanizm milli istisnalığın başlanğıcına qarşı dayanır: dünyada heç bir millətin bu cür özünü qiymətləndirmə hüqüqü yoxdur. Onun iqtisadi və mədəni naliyyətləri nə qədər üstün olsa da hər hansı seçilmişlərə və ya üstünlüklərə iddialı ola bilməz. Hər bir xalqın öz tarixi mövqeyinə görə özünün və bəşəriyyətin qarşısında müəyyən tarixi öhdəlikləri var. Hər bir adamda mütləq vətənpərvərlik hissi olmalıdır. Bu və ya digər xalq yetkin milli həyat yaşamaq istəyirsə digər millətlər dənizində millətlərdən biri kimi qala bilməz – o özünü yetkin¬ləş¬dir¬məli, fövqəlmilli maraqla özünü yükləməli, bəşəriyyətin ümümdünya tarixi həyatına qoşulmalıdır. Böyük təbii və tarixi göstəriciləri olan istənilən xalq özü-özünə qapılmamalı, yalnız özü üçün yaşamamalı, öz milli “Mən”i ilə qürrələnməməli, ən pisi özünü başqa millətdən üstün tutmamalıdır. Bu həqiqi böyüklükdən və şəxsi milli ləyaqətdən imtina etmək, özü-özündən uzaqlaşmaq, özünün bəşəriyyətin ümümdünya-tarixi tərəqqisindəki rolunu itirmək deməkdir. Sadə bir həqiqət var: xalqın milli özünü düşünməsi nə qədər yüksək olarsa onun milli ləyaqət hissi bir o qədər yüksək olacaqdır, başqa xalqlara bir o qədər məhəbbət və hörmətlə yanaşacaqdır. İstənilən xalq başqa xalqlara hörmətlə yanaşsa, o mənən bir o qədər yetkinləşəcəkdir: bəşəriyyətə qarşı həqiqi məhəbbət olmayanda vətənə qarşı da həqiqi məhəbbət ola bilməz.
12. Ailə cəmiyyətin və sosial  strukturun  təkrar istehsalının mənbəyidir
Ailə sosial varlıq zəncirində əsaslı halqadır, axı hər bir millət və dövlət ayrı-ayrı ailələrdən yaran-mışdır:ailə dövlətin birinci bazisidir. Ailə ər-arvadı və onların varislərini birləşdirən cəmiyyətin ilkin özə¬yidir. Ailədə ayrıca şəxsiyyət özünün bəzi xususiyyətləri ilə üzv kimi hansısa tama daxil olur. Ailənin həyatı cinsi və əməyin yaş bölgüsü ilə, ev təsərrüfatını aparmaqla, məişətdə adamların bir birinə köməyi ilə, ər-arvadın şəhvani həyatı, nəslin artırılması, deməli, xalqın təkrar istehsalı, yeni nəslin tərbiyəsi, eyni zamanda əxlaqı, hüquqi və psixologi münasibətlərdə bağlıdır. Ailə şəxsiyyətin fərdi təşəkkülünün mühüm alətidir: məhz burada uşaq ilk dəfə ictimai həyata qoşulur, onun dəyərlərini, davranış normalarını, təfəkkür tərzini, dilini mənimsəyir. Başqa cür desək, ailə-tərbiyə, həyat təcrübəsinin ötürülməsi, məişət müdrikliyi məktəbidir. Kişi və qadının yetkin nigah əlaqəsi birləşən cütlüyün bölgüsünü nəzərdə tutur, yəni onların elə əlaqəsi nəzərdə tutulur ki, onlar bir-birini inkar yox, tələb edirlər, hər biri digərində öz şəxsi həyatının tamamlığını tapır. Yalnız belə olduqda ər-arvadın həqiqi birgə yaşayışından danışmaq olar. Şəxsiyyətlərarası uyğunlaşma problemi - çox incə və olduqca mürəkkəb problemdir. Ünsiyyətə girən adamlar (kommunikasiya, birgə əmək fəaliyyəti, təhsil, oyun vaxtı və ya səxsi münasibətlər prosesində) uyğun gəlirlər və ya az uyğunlaşırlar, bəzən isə heç uyğun gəlmirlər. Şəxsiyyətlərarası uyğunlaşma - partnyorların ünsiyyət, birgə fəaliyyət və ya nigahdakı həyat vaxtı qarşılıqlı qəbul olunmaqlarıdır: bu vaxt dəyər meyllərinin, sosial və əxlaqi mövqelərinin, zövqlərinin, temperamentlərinin, xarakterlərinin, emosional və intellektual səviyyələrinin və əhval-ruhiyyələrinin, dünyagörüşlərinin əməyə olan münasibətlərinin və s. uyğunluğu nəzərdə tutulur. Kişi və qadın arasındakı münasibətdə, dostluq və məhəbbətdə bir sıra şəxsi keyfiyyətlər, məsələn, şəhvani qarşılıqlı zövq almağın mümkünlüyü-mühüm rol oynayır. Cinsi qarşılıqlı təminatın, onların bir- birinə uyğun gəlməsinin psixoloji incəliyi hər şeydən əvvəl qadının özünü kişiyə tam təhvil vermək istəyindən, kişiyə maksimum zövq verməyindən, öz növbəsində kişinin qadın üçün buzları əritməsindən və ya hər birinin eqoistcəsinə maksimum özlərinin zövq almağa can atması, partniyorun qayğısına qalmaması ilə bağlıdır (yeri gəlmişkən qarşılıqlı məhəbbətin gücü məhz şəhvani zövqlə bağlıdır). Şəxsiyyətlərarası uyğunluğun meyarı partnyorların nəticədən, qarşılıqlı fəaliyyət prosesindən qane olmasındandır, qarşılıqlı anlaşma yarat¬maq üçün xüssi şərait yaratmağa və daimi olaraq münasibətləri aydınlaşdırmağa can atmaq lazım deyildir. Şəxsiyyətlərarası uyğunlaşma vaxtı adətən qarşılıqlı simpatiya, hörmət, gələcək əlaqələrin yaxşı olacağına əminlik yaranır;yəni münasibət etibarlı hesab olunur. Kişilər adətən fəal, qadınlar isə səbrli olurlar. Qadınlarda intuisiya güclü olur - təbiət bunu qadınlara bəxş etmişdir; onların təbiətlərinə mürəkkəb və xüsusi incə məsuliyyət düşür. Nigah - kişi və qadın arasındakı münasibətlərin hüquqi cəhətdən qanuniləşdirilməsidir. Hegel yazırdı ki, “nigah adlanan müxtəlif cinsdən olan iki şəxs arasındakı əlaqə sadəcə olaraq heyvani əlaqə deyildir, bu sadəcə vətəndaş nigahıda deyildir, o ilk növbədə qarşılıqlı məhəbbət və inam əsasında yaranır, ər-arvadı bir tam halına salan mənəvi əlaqə ittifaqıdır”. 

Məhəbbət haqqındada qısa danışmaq məsləhətdir. Nigahın emosional – psixoloji, əxlaqi və estetik əsası məhəbbətdir, doğrudur, heç də bütün nigahlar bu hissə əsaslanmır, hətta nigahdan kənarda məhəbbət ola bilər. Ailə - məhəbbətin, hörmətin və qarşılıqlı qayğının təbii yuvasıdır. Məhəbbət qarşılıqlı olanda, biz bütöv, səmimi və sadiq sevəndə hər şey gözəldir. Arximed yaxşı demişdir: məhəbbət teoremdir, onu hər gün sübut etmək lazımdır. Məhəbbət - fərdi seçilmiş hissdir, o dərin və möhkəm həyəcanda, fikrin və işin sevimli adama istiqamətlənməsində, azad, məqsədsiz ona doğru can atmaqda təcəssüm edir. Sevmək həm də sevilmək istəyidir. Şəhvani baxımdan məhəbbət qarşılıqlı ələ almağı və qarşılıqlı verməyi nəzərdə tutur. Təbii, mənəvi fərqlər, hətta əksliklər məhəbbətdə vəhdət yaradır. Məhəbbət şəxsiyyətin formalaşmasına, onun özünü təsdiq etməsinə, onun yaradıcılıq imkanlarının üzə cıxmasına böyük təsir edir. Məhəbbətin əxlaqi təbiəti onun sadəcə olaraq digər cinsin varlığına can atmasına yox, onun şəxsiyyətinə, fərdi keyfiyətlərinə meyl etməsindədir. Məhəbbətin estetik tərəfi onda təzahür edir ki, sevən adam onda həyat gücünü qaldırır, təxəyyülünü oyadır, zövq alma hislərini gücləndirir, uzun müddətli sevinc bəxş edir, tərəddüd əzabı verir, bir sözlə daxili ziddiyyətlər yaradır. Əsil qarşılıqlı məhəbbət özündə öz başqasını: “qadın kişini, kişi isə qadını” birləşdirir. Sevən insan qarşısındakı sevgilisini ilahiləşdirir, onun müsbət keyfiyyətlərini görür. 
Yüklə 26,48 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin