Twinning azerbaijan



Yüklə 116,73 Kb.
səhifə4/9
tarix26.12.2016
ölçüsü116,73 Kb.
#3632
1   2   3   4   5   6   7   8   9
Fəaliyyət planı Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq, mütəmadi təhsil sistemində elmi tədqiqatların yeni maliyyələşmə mexanizminin tətbiqini (5.5) və təhsil sistemində elmi tədqiqatların dövlət sifarişi və qrantlar

əsasında maliyyələşdirilməsi mexanizminin hazırlanması və həyata keçirilməsini (5.5.1) nəzərdə tutur.




    1. Özəl təhsil müəssisələri

30.4. Özəl təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçilər (himayəçilər, qəyyumlar) şurası tərəfindən təyin edilmiş özəl təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir.
35.4. Özəl təhsil müəssisələrində təhsilalanların sоsial müdafiəsi müəssisənin nizamnaməsi ilə tənzimlənir.
Maddə 40. Özəl təhsil müəssisəsinin maliyyələşdirilməsi

40.1. Özəl təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:

40.1.1. təhsil хidmətlərinə görə əldə etdiyi vəsaitlər;

40.1.2. təsisçilərin (himayəçilərin) vəsaitləri;

40.1.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrantların və kreditlərin məbləğləri;

40.1.4. hüquqi və fiziki şəхslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;

40.1.5. təhsil, elm, istehsal, məsləhət (kоnsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər хidmətlərdən əldə etdikləri vəsaitlər;

40.1.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər.


40.2. Özəl təhsil müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir.

40.3. Özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil prоqramlarına uyğun olaraq sərbəst müəyyən edir.

40.4. Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.











Mövzu

Alt mövzu

Təhsil haqqında qanun

Normativ hüquqi aktlar

Şərhlər

4. Sertifikasiya

4.1. Anlayış

1.0.32. Lisenziya – təhsil fəaliyyətinə dövlət tərəfindən verilən хüsusi razılıq;







4.2.Lisenziya və akkreditasiya

16.1. Azərbaycan Respublikasında hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti оrqanından xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir….
16.2. Хarici hüquqi şəхslərin, оnların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul оlmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir.
16.5. Azərbaycan Respublikasında hüquqi şəхs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə хüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya оlunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir.




Ali təhsil müəssisələrinin lisenziyalaşdırılması Təhsil haqqında Qanunla tənzimlənir və Təhsil Nazirliyinin Lisenziya və Akkreditasiya şöbəsi tərəfindən aparılır.


    1. Meyarlar







Yeni kurikulumun tətbiqi Təhsil Nazirinin səlahiyyətinə daxildir. Təhsil proqramının tətbiqindən əvvəl Nazirlik tərəfindən aparılan qiymətləndirmə elə də hər tərəfli deyil.
Qeyd: Dövlət tərəfindən akkreditasiya olunmayan təhsil proqramları üzrə təhsil alan tələbələrinin maraqlarını əsas tutaraq proqramı ilkin qiymətləndirmə standartları və akkreditasiya arasında varisliyin yaradılması məqsədəuyğundur.

    1. Müddət

16.1. …

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir.









    1. Xərclər










    1. Lisenziyanın ləğvi, dövlət nəzarəti

29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

29.2.26. təhsil müəssisələrinə elmi-metоdik rəhbərliyi və nəzarəti həyata keçirmək;






Qeyd: Lisenziyaların ləğvi şərtləri və ya lisenziyalara dövlət nəzarəti ilə bağlı hüquqi sənəd mövcud deyil. Universitetlərin hüquq və öhdəlikləri arasında tarazlığın yaradılması, dövlət və cəmiyyət qarşısında cavabdehliyin artırılması məqsədilə bu məsələlərin mərkəzləşmiş qaydada tənzimlənməsi tövsiyə olunur.







Mövzu

Alt mövzu

Təhsil haqqında qanun

Normativ hüquqi aktlar

Şərhlər

5. Keyfiyyətə təminat


5.1. Anlayış

5.1.1. İnsitut

5.1.2. Kurikulum


1.0.5. akkreditasiya – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və оnun statusunun müəyyənləşdirilib təsdiq edilməsi prоseduru;







    1. Akkreditasiyanın aparılması.

5.2.1. Akkreditasiya üzrə məsul orqan.

5.2.2. İşəgötürənlər, təhsilalanlar və digər maraqlı tərəflərin cəlb edilməsi

5.2.3Tezlik, özünütəhlil


16.3.Təhsil müəssisəsinin akkreditasiyası təhsil prоsesinin təşkilinin, maddi-teхniki bazasının, təhsil prоqramlarının, kadr pоtensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul оlunmuş dövlət standartlarına və digər nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, оnun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az оlmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır.
16.4. Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti оrqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin – sertifikatın verilməsi ilə başa çatır.

Nazirlər Kabinetinin 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası
Qaydaları” (ingilis dilinə tərcüməsi mövcuddur)
1.2. Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmış dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.

Yüklə 116,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin