1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu


«Fərd» anlayışı altında adətən bu və ya digər insan birliyinin vahid nümayəndəsi başa düşülür. Şəxsiyyət



Yüklə 206,29 Kb.
səhifə16/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   12   13   14   15   16   17   18   19   ...   41
sosiologiya

«Fərd» anlayışı altında adətən bu və ya digər insan birliyinin vahid nümayəndəsi başa
düşülür. Şəxsiyyət anlayışı altında isə hər hansı bir jəmiyyətin mühüm sosial
keyfiyyətlərini özündə jəmləşdirən və əks etdirən konkret insan nəzərdə tutulur. Buna görə
şəxsiyyət anlayışını hər bir insana aid etmək mümkündür. Çünki həmin insan fərddən
fərqli olaraq yaşadığı jəmiyyətin mühüm xüsusiyyətlərini özündə əks etdirir. Şəxsiyyətin
xarakterində əsas jəhət onun abstrakt fiziki təbiəti deyil, sosial keyfiyyətlərdir. Buna görə
də onun həyata keçirdiyi sosial fəaliyyət sosial keyfiyyətlərinin göstərijisi kimi çıxış edir.
Şəxsiyyətin sosial xarakterini müəyyən edən jəhətlər aşağıdakılardan ibarətdir:
a) özünüdərketmə, yəni ijtimai münasibətlər sistemində tutduğu yer haqqında
aydın təsəvvürə malik olma;
b) mənəvi sərvətlərə münasibət bildirmə, özünəməxsus mövqe tutma;
c) öz hərəkətlərinin məsuliyyətini dərketmə və onu başqalarından fərqləndirən
fərdi xüsusiyyətlər.
Hər bir jəmiyyət öz xarakterinə uyğun olan şəxsiyyət tipinə zərurət duyur və buna
görə də sosial xarakterin formalaşmasına qarşı öz tələblərini irəli sürür. Bu, öz əksini təhsil
və tərbiyə sistemində, kütləvi informasiya vasitələrinin işində və s. tapır. Şəxsiyyətin
formalaşması çox çətin və uzun sürən bir prosesidir. Sosial şəxsiyyət tipi insanların həyat
fəaliyyətinin tarixi-mədəni və sosial-iqtisadi şəraitlərinin məhsulu kimi çıxış edir.
Sosiologiya elmində şəxsiyyətin sosial tipologiyasının verilməsinə müxtəlif jür yanaşmalar
vardır. Məsələn, M.Veber bu tipologiyanın əsasında sosial fəaliyyəti, daha konkret olaraq
onun ağıllılıq dərəjəsini götürdüyü halda, K.Marks ijtimai-iqtisadi formasiyaları və sinfi
mənsubiyyəti götürür.
Amerikalı sosioloq E.Fromm bəşər tarixini təhlil etməklə bu qənaətə gəlir ki,
aşağıdakı sosial xarakterlər mövjud olmuşdur:
a) passiv (Reseptiv);
b) istismarçı;
j) yığımçı;
d) bazar iqtisadiyyatı.
Müasir sosiologiya elmində mənəvi sərvətlər yönümündən asılı olaraq aşağıdakı
şəxsiyyət tipləri fərqləndirilir:
1. Ənənəviçilər. Mənəvi borj, intizam və qanuna riayət prinsiplərinə üstünlük
verirlər. Bu şəxsiyyət tipi üçün müstəqillik səviyyəsi çox aşağıdır.
44
2. İdealistlər. Əksinə ənənəvi normalara tənqidi yanaşırlar, onlar müstəqilliyə,
inkişafa daha meyillidirlər.
3. Frustrat. Bu şəxsiyyət tipi üçün xarakterik jəhət özünə qiymət vermənin aşağı
səviyyədə olması, özünü ijtimai həyatdan kənar hissetmə xasdır.
4. Realistlər. Jəmiyyət qarşısında öz borjunu və məsuliyyətini dərk edən,
intizama və özünə nəzarətə üstünlük verənlərdir.
5. Gedeonist materialistlər ilk növbədə həyatdan həzz alma amilinə üstünlük
verirlər.
Sosiologiya elmində həmçinin modal, ideal və bazis şəxsiyyət tipləri də fərqləndirilir.

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin