1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu



Yüklə 206,29 Kb.
səhifə14/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
sosiologiya

Robert Kinq Mertonu sosioloq kimi məşhurlaşdıran XX yüzilliyin 30-ju illərində
bürokratik struktur və şəxsiyyət problemini tədqiq etməsi olmuşdur. Xüsusən o,
bürokratik struktur daxilində münaqişə, sosial fəaliyyətin sosial-psixoloci əsasda ortaya
çıxardığı gözlənilməz nətijələr probleminin təhlilinə daha çox diqqət yetirmişdir. O, bunu
çoxlu sayda mənafelərin və iradələrin qarşılıqlı mübarizəsi ilə əlaqələndirirdi. Bundan
əlavə Merton elmin sosioloci tədqiqi problemi ilə də məşğul olmuşdur.
15
Talkott Parsons əvvəljə təbiət elmlərini öyrənirdi və həkim olmaq fikrində idi. Lakin
1924-jü ildə o, fikrini dəyişərək London İqtisadiyyat Məktəbinə daxil olur. Daha sonra
Parsons Almaniyanın Heydelberq Universitetində «M.Veber və V.Zombartın kapitalizm
anlayışı haqqında» mövzusunda dissertasiya müdafiə etdi. 1944-jü ildən etibarən Harvard
Universitetində çalışmışdır. O, 1949-ju ildə Amerika Sosiologiya Jəmiyyətinin 31-ji
prezidenti seçilmişdir.
Yaradıjılığının ilk dövrlərində Parsons M.Veberin sosioloci baxışlarının öyrənilməsinə
xüsusi diqqət yetirmişdir. 1930-ju ildə o, Veberin «Protestant əxlaqı və kapitalizmin ruhu»
adlı əsərini ingilis dilinə tərjümə etmişdir. 1937-ji ildə onun özünün ilk fundamental əsəri
olan «Sosial fəaliyyətin strukturu» kitabı nəşr olunmuşdur. Məhz Parsonsun sayəsində
sosial elmlərdə müəyyən düşünjə tərzi formalaşır və bu düşünjə tərzinin həm struktur,
həm də funksional aspektləri bir-birindən fərqlənir. Belə ki, struktur uzun müddət mövjud
olan moment olub son nətijədə sabitliyi təmin edir, funksiya isə əksinə sistemi hərəkətə
gətirən dinamikanı əks etdirir. Bu fikri o, 1952-ji ildə nəşr olunmuş «Sosial sistem» adlı
əsərində əsaslandırmışdır.
Sosiologiya elminin inkişafında XX yüzilliyin əvvəllərində Sankt-Peterburq
Universitetinin professoru, milliyyətjə mordvin olan P.A.Sorokinin böyük xidmətləri
olmuşdur. 1922-ji ildə əvvəlljə Avropaya mühajirətə gedən alim 1923-jü ildə ABŞ-a
köçmüşdür. Onun əsas əsərləri aşağıdakılardır: «İnqilabın sosiologiyası», «Müasir
sosioloci nəzəriyyələr», «Sosial və mədəni mobillik», dörd jilddən ibarət olan «Sosial və
mədəni dinamika», «İnsan, sivilizasiya, jəmiyyət» və s.
«Sosiologiyanın sistemi» adlı əsərində P.Sorokin bir sıra elmi ümumiləşdirmələr
aparmaqla bu qənaətə gəlmişdir ki:
1. Sosiologiya elmi təbiətşunaslıq elmləri prinsipi üzrə qurulmalıdır. «Təbiət
elmləri» ilə «mədəniyyət haqqında elmlərin» qarşı-qarşıya qoyulması düzgün
deyildir;
2. Sosiologiya dünyanı olduğu kimi öyrənməlidir, elmə subyektiv təjavüzlər
yolverilməzdir;
3. Dəqiq və təjrübi elm olmağa çalışan sosiologiya «fəlsəfiləşməməlidir». Düzgün
statik diaqram hər jür sosial-fəlsəfi traktatdan daha qiymətlidir;
4. Sosiologiya obyektiv fənn olmalıdır, yəni obyektiv ölçüyə və oyrənməyə uyğun
olan real qarşılıqlı fəaliyyəti öyrənməlidir;
5. Hər bir hadisənin tədqiqində vahid başlanğıj (monizm) ideyasından imtina
olunmalı və plyuralizmə yol verilməlidir.
P.Sorokin sosiologiyanı nəzəri və praktiki hissələrə bölür. Onun fikrinjə, nəzəri
sosiologiyanın özü isə üç hissəyə ayrılır: sosial analitika, sosial mexanika, sosial genetika.
Bunlardan birinjisi sosial hadisələrin strukturunu, ikinjisi insanların qarşılıqlı təsiri
prosesini, üçünjüsü isə, sosial həyatın, onun ayrı-ayrı tərəflərinin və sosial institutların
inkişafını öyrənir.
Ümumiyyətlə, müasir amerikan sosioloqlarının əsərlərində diqqəti jəlb edən mühüm
jəhətlərdən biri odur ki, istənilən sosial sistemin qiymətləndirilməsi zamanı «sabitlik»,
«inteqrasiya», «ijtimai asayış» və s. bu kimi kateqoriyalardan geniş istifadə olunur.
Məsələn, S.M.Lipset «sabitlik» anlayışı altında demokratik prinsiplərin mövjudluğunu və
sosial hərəkatların olmadığını nəzərdə tuturdu. O, yazırdı: «Mədəni, yaxud dərin mənalı
sərvətlər əsasında münaqişələr inkişaf etməkdə olduğu qeyri-sabit dövlət quruluşu olan
ölkələrdə baş verir. Amerika kimi inkişaf etmiş ölkələrdə bu jür münaqişələr üçün əsas
yoxdur ».
__Amerika sosiologiyasının gənj nəslinin nümayəndələri olan T.Mur N.Smelzer
sosial sistemdə baş verən dəyişiklikləri sosial dəyişikliklərlə bağlayırlar. Onlar hesab edirlər
ki, məhz K.Marks sosial dəyişikliklər nəzəriyyəsinin banisidir. Smelzer özünün «İqtisadi
həyatın sosiologiyası» əsərində iqtisadiyyatı sosial proseslərin dinamikasına həllediji təsir
göstərən amil hesab edir. Smelzerin fikrinjə, tarixin sosial-iqtisadi inkişafının əsas
problemlərinin əsil elmi izahı K.Marksa və M.Veberə məxsusdur.
Amerika sosiologiyasının diqqət mərkəzində həmişə şəxsiyyət, insanlararası gündəlik
münasibətlər, sosial qruplar və təbəqələr, sosial institutlar kimi problemlər durur. Məsələn,
A.İnkels «Şəxsiyyət və sosial struktur», E.Hyuz «İş və istirahət»,T.Millz «Kiçik qrupların
sosiologiyası», Ç.Tilli «Urbanizasiya formaları», P.Blau «Formal təşkilatların tədqiqi» adlı
əsərlərin müəllifləridir. Sosial institutların sosiologiyası ilə əsasən aşağıda adları çəkilən
sosioloqlar məşğul olurlar: Erza Voutel «Ailə və qohumluq», Martin Trou «Təhsilin
sosiologiyası», S.M.Lipset «İqtisadiyyat və siyasət», Leon Meyxü «Hüququn
sosiologiyası» Norman Storer elmin, Robert Bell isə dinin sosiologiyası ilə məşğul olur.
Reynxard Bendiksin və Eduard Şillzin diqqət mərkəzində isə müasir jəmiyyət dayanır.
Çarlz Biduel «Müasir jəmiyyətdə gənjlik» problemini tədqiq edir.
Talkott Parsons «Amerika sosiologiyası» adlı məjmüəyə həsr etdiyi ümumi ijmalda
yazır ki, tarixi inkişafın müxtəlif mərhələlərində bu və ya digər elm intellektual
mədəniyyətin mərkəzində dayanır. Məsələn, Rikardonun dövründən başlayaraq və
xüsusən də Marksın populyarlığı zamanı iqtisadiyyat elmi sosial aləmin dərk
edilməsinin əsasında dayanırdı. Müxtəlif psixoloci nəzəriyyələr çox az müddətə diqqət
mərkəzinə keçmişdi. Yalnız indi tam əminliklə demək olar ki, məhz sosiologiya elmi
maraqların mərkəzində dayanır.


Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin